Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1262/2023 24.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2r oğluna və Cavabdeh3 qarşı qızıl-zinət əşyaları tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(050)-1002/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ümumi dəyəri 2100 (iki min bir yüz) manat olan srikon qızıl dəstinin (bir ədəd kolyeli qızıl zəncir, bir ədəd qızıl qolbağ, bir cüt qızıl sırğa, bir ədəd srikon qaşlı qızıl üzük (cəmi 17.82 qram çəkidə), dəyəri 120 (bir yüz iyirmi) manat olan bir ədəd qızıl nişan üzüyünün, dəyəri 250 ( iki yüz əlli) manat olan bir ədəd qızıl üzüyün, dəyəri 140 (bir yüz qırx) manat olan bir ədəd qızıl qolbağın və ya onların ümumi dəyəri olan 2610 (iki min altı yüz on) manat pulun və dövlət rüsumu üçün ödənilmiş 55 (əlli beş) manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə həmkəndlisi Cavabdeh3 ilə el adəti üzrə toy edib, qaynatası Cavabdeh2 məxsus evə gəlin köçərək ailə həyatı qurmuşdur. Ailə həyatlarının ilk iki həftəsi normal keçsə də, sonradan həyat yoldaşı və digər ailə üzvləri tərəfindən ona qarşı olan normal münasibəti dəyşilmiş, tənqid və təhqirə çevrilmişdir. Birgə yaşadıqlarının ilk ayı olmamış həyat yoldaşı evi tərk edərək Bakı şəhərinə getmişdir. Ərinin gedişindən sonra qaynatası, qaynanası və baldızı tərəfindən müntəzam davam etdirilən və günü- gündən ciddi surətdə pisləşən qeyri insani rəftar onun əsəblərinə və psixi vəziyyətinə son dərəcə pis təsir etdiyindən özünü öldürmək həddinə çatdırmışdır. O, qarşılaşdığı zülmə və ona qarşı nümayiş etdirilən münasibətə baxmayaraq, dərdini böldüyü yaxınlarının nəsihəti və məsləhəti ilə ailənin dağılmaması naminə dözümlülük göstərərək ailənin qorunması üçün çalışmışdır. Lakin, cavabdehin ona göstərdiyi dözülməz münasibət onun səhhətinin korlanmasına, nəticə etibarilə xəstələnməyinə səbəb olmuş və xəstəliyi ilə bağlı yaşadığı evdəki insanlardan hər hansı biri tərəfindən ona ən elementar insani və ya tibbi yardım göstərilməmişdir. Daha şiddətli təhqir və təzyiqlərə məruz qalmağı onu xx.xx.2022-ci il tarixdə məcburən gəlin köçdüyü evi tərk etməyinə səbəb olmuşdur. O, evi tərk edərkən cavabdehin ona göstərdiyi mənəvipsixoloji və fiziki təsirlərin nəticəsində özüylə heç əmlak və qızıl-zinət əşyası götürməyi belə ağlına gətirməmiş, sadəcə quru canını xilas etmək üçün işgəncə yerini çarəsizcə tərk etmişdir. Atası evinə getdikdən sonra müalicə almağa başlamış və sağlamlığını tamda olmasa bərpa etmişdir. Ötən müddət ərzində isə qarşı tərəf onunla qətiyyən maralanmamış, onunla və ya valideyinləri ilə hər-hansı bir ünsiyyət qurmamışdır. O, baş verənlərə və ona qarşı göstərilmiş qeyri-insani rəftara görə cavabdehlə bütün qohumluq əlaqələrinin kəsilməsinə qərar vermişdir. O, Cavabdeh3 ilə faktiki nikah münasibətinə girərkən cavabdeh tərəfindən ona hədiyyə edilmiş hal-hazırda cavabdehlərdə qalan ona məxsus qızıl-zinət əşyalarının və ya onların ümumi dəyərinin cavbadehlərdən alınaraq ona verilməsi barədə məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi-vəkili Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər birinci instansiya məhkəməsində iştirak etmədiklərindən, onların mövqeyi bəlli olmamışdır. Masallı Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(050)-1002/2023 saylı qətnaməsi ilə (sədrlik edən F.Əliyev) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2r oğluna və Cavabdeh3 qarşı qızıl-zinət əşyalarının tələbinə dair iddiası təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmənin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə istinad etməsi uğursuz tətbiqdir. Sözügedən maddə məzmun və mahiyyət etibarı ilə “ərlə arvadın nikah dövründə qazandıqları əmlak”la bağlı yaranan mübahisələrin hüquqi müstəvidə həlli üzrə ailə münasibətlərinin və hüquqi yanaşmanın dəqiq mexanizmini müəyyən edir. Halbuki cavabdehlə aralarındakı ər-arvad münasibətləri rəsmi qeydiyyata alınmamışdır, yəni aralarında nikah bağlanmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.5-ci maddəsinə əsasən “Dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Bu müddəa müvafiq icra hakimiyyəti orqanının (rayon (şəhər) qeydiyyat şöbələri) yaradılmasınadək bağlanmış dini nikahlar və onların təsdiqinə dair sənədlərə, doğum, nikahın bağlanması, nikahın pozulması və ölüm haqqında şəhadətnamələrə aid deyildir”. Belə olan halda məhkəmənin öz yekun qərarını əsaslandırmaq üçün maddi hüquq norması olaraq AR MM-nin 225.1-ci maddəsinə istinad etməsi təsirsizdir. Hesab edir ki, məhkəmə iş üzrə Mülki Məcəllənin 666.1-ci maddəsini də, düzgün tətbiq etməmişdir. Sözügedən maddənin tələbinə əsasən onun mövqeyi müdafiə və təmin olunur. Yəni iddia tələbinin təmin olunmaması ilə bağlı həmin maddənin heç bir əlaqəsi yoxdur, əksinə həmin maddəyə əsasən cavabdehlər və digər şəxslər tərəfindən ona hədiyyə şəklində verilmiş qızıl-zinət əşyalarının onun mülkiyyətində olması təsdiqlənir. Hazırkı halda cavabdehlər tərəfindən ona verilmiş qızıl-zinət əşyalarının (hədiyyələrin) geri alınması və ya bağışlanması müqaviləsindən imtinaya səbəb ola biləcək hər hansı hal mövcud olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərin məhkəmə prosesində iştirakı təmin edilməmiş, bununla da, çəkişmə prinsipi pozulmuşdur. İddiaçı tərəfin təqdim etdiyi CD disk və fotoşəkillər sübut kimi qəbul edilməmiş və buna qətnamədə münasibət bildirilməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, cavabdehlərlə eyni kənddə yaşayırlar. Cavabdehlərin evi onların yaşadığı evdən 4-5 ev aralıdır. El qaydasında ailə quraraq cavabdehgilin evlərinə gəlin köçmüş, gəlin kimi gedərkən özü ilə cehiz əşyaları da aparmışdır. Həmçinin toyları ərəfəsində cavabdehlər tərəfindən ona dəyəri 2100 (iki min bir yüz) manat olan srikon qızıl dəsti (bir ədəd kolyeli qızıl zəncir, bir ədəd qızıl qolbağ, bir cüt qızıl sırğa, bir ədəd srikon qaşlı qızıl üzük (cəmi 17.82 qram çəkidə), dəyəri 120 (bir yüz iyirmi) manat olan bir ədəd qızıl nişan üzüyü, dəyəri 250 ( iki yüz əlli) manat olan bir ədəd qızıl üzüyü, dəyəri 140 (bir yüz qırx) manat olan bir ədəd qızıl qolbağ hədiyyə edilmişdir. xx.xx.2022-ci il tarixdə evi xüsusən qaynanasının onu döyüb təhqir etməsi olmuşdur. Həmin vaxt ancaq ki, evi tərk edərək atası evinə getmişdir. 6-7 ay sonra cavabdehlərin evinə gedərək cehiz kimi apardığı bütün əşyalarını götürmüş, lakin adı yuxarıda sadalanan və ona hədiyyə edilmiş qızıl-zinət əşyaları ona qaytarılmamışdır. Həmin əşyaların ona hədiyyə edilməsi ilə bağlı birinci instansiya məhkəməsinə şəkil və toy diskini təqdim etsə də məhkəmə həmin sübutlarını tədqiq etməmiş və araşdırmamışdır. Hesab etmişdir ki, ona hədiyyə edilən tələb etdiyi qızıl əşyaları naturada, olmadıqda isə onun dəyəri cavabdehlərdən alınaraq ona verilməlidir. Cavabdehlər apellyasiya baxışında iştirak etməmişlər. Məhkəmə Kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; MM-nin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinin tələbinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvadın kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətidir. 34.2.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olmasından və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 33.1-ci maddəyə əsasən ər-arvadın ümumi birgə əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36-cı maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tam təmin edilməlidir. İş materiallarına əlavə edilmiş mediator X2 tərəfindən təsdiqlənmiş 16 yanvar 2023cü il tarixli, MŞL-01679 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, X1 ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh3 isə məlumatlandırılmasına baxmayaraq mediasiya sesiyasında iştirak etməmişdir. Apellyasiya şikayətlərinin dəlillərinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsaslı olduğundan apellyasiya şikayəti təmin edilməlidir. İddiaçı qeyd edilən tələb əşyaların ona hədiyyə edildiyini bildirmiş, bununla bağlı fotoşəkilləri və diski məhkəməyə təqdim etmişdir. Göstərmişdir ki, el qaydasında ailə quraraq cavabdehlərin evlərinə gəlin köçmüş, gəlin kimi gedərkən özü ilə cehiz əşyaları da aparmışdır. Həmçinin toyları ərəfəsində cavabdehlər tərəfindən ona dəyəri 2100 (iki min bir yüz) manat olan srikon qızıl dəsti (bir ədəd kolyeli qızıl zəncir, bir ədəd qızıl qolbağ, bir cüt qızıl sırğa, bir ədəd srikon qaşlı qızıl üzük (cəmi 17.82 qram çəkidə), dəyəri 120 (bir yüz iyirmi) manat olan bir ədəd qızıl nişan üzüyü, dəyəri 250 ( iki yüz əlli) manat olan bir ədəd qızıl üzüyü, dəyəri 140 (bir yüz qırx) manat olan bir ədəd qızıl qolbağ hədiyyə edilmişdir. xx.xx.2022-ci il tarixdə evi, xüsusən qaynanasının onu döyüb təhqir etməsi olmuşdur. Həmin vaxt ancaq ki, evi tərk edərək atası evinə getmişdir. 6-7 ay sonra cavabdehlərin evinə gedərək cehiz kimi apardığı bütün əşyalarını götürmüş, lakin adı yuxarıda sadalanan və ona hədiyyə edilmiş qızıl-zinət əşyaları ona qaytarılmamışdır. Göründüyü kimi iddiaçı digər cehiz əşyalarını götürməsini bildirsə də cavabdehlər tərəfindən ona hədiyyə edilmiş qızıl-zinət əşyalarının ona geri qaytarılmadığını bildirir. İddiaçıya foto şəkillərdən birində olan srikon qızıl dəsti (bir ədəd kolyeli qızıl zəncir, bir ədəd qızıl qolbağ, bir cüt qızıl sırğa, bir ədəd srikon qaşlı qızıl üzüyün (cəmi 17.82 qram çəkidə) dəyərinin 3000 manat olmasına baxmayaraq, iddia ərizəsində həmin əşyanın dəyərinin 2100 manat göstərilməsinin səbəbi soruşulduqda iddiaçı həmin əşyaların faktiki olaraq onun yanında alındığını bildirmişdir. Həmçinin digər qızıl əşyaların da onun yanında alındığını bildirmiş və həmin qızıl əşyaların da real alış dəyərini tələb etmişdir. Məhkəmə kollegiyası iddiaçının qeyd edilən izahatını inandırıcı hesab etmiş və onun tərəfindən gətirilmiş arqumentlərlə razılaşmışdır. Kollegiya qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsinə iddia tələbində göstərdiyi qızıl-zinət əşyalarının ona hədiyyə edilməsi ilə bağlı 6 fotoşəkil və 1 ədəd SD diski təqdim etmişdir. Məhkəmə qeyd edilən mülki iş üzrə 1 hazırlıq iclası və 1 baxış iclası keçirərək iddianı rədd etmək qənaətinə gəlmişdir. Məhkəmə məhkəmə hazırlıq iclasını təxirə salmamış, cavabdehlərin mülki işdə iştirakının təmin edilməsi istiqamətində prosessual hərəkətlər etməyərək çəkişmə prinsipinə nail olmamışdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Masallı Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(050)-1002/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin edilməli, ümumi dəyəri 2100 (iki min bir yüz) manat olan srikon qızıl dəsti, (bir ədəd kolyeli qızıl zəncir, bir ədəd qızıl qolbaq, bir cüt qızıl sırğa, bir ədəd srikon qaşlı qızıl üzük (cəmi 17.82 qram çəkidə), dəyəri 120 (bir yüz iyirmi) manat olan bir ədəd qızıl nişan üzüyü, dəyəri 250 ( iki yüz əlli) manat olan bir ədəd qızıl üzük, dəyəri 140 (bir yüz qırx) manat olan bir ədəd qızıl qolbaq, olmadıqda isə həmin əşyaların ümumi dəyəri olan 2610 (iki min altı yüz on) manat pul Cavabdeh1, Cavabdeh2r oğlu və Cavabdeh3 tutularaq İddiaçı verilməlidir. Göründüyü kimi iddianın qiyməti 2610 (iki min altı yüz on) manat olmaqla qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(050)-1002/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Ümumi dəyəri 2100 (iki min bir yüz) manat olan srikon qızıl dəsti, (bir ədəd kolyeli qızıl zəncir, bir ədəd qızıl qolbaq, bir cüt qızıl sırğa, bir ədəd srikon qaşlı qızıl üzük (cəmi 17.82 qram çəkidə), dəyəri 120 (bir yüz iyirmi) manat olan bir ədəd qızıl nişan üzüyü, dəyəri 250 ( iki yüz əlli) manat olan bir ədəd qızıl üzük, dəyəri 140 (bir yüz qırx) manat olan bir ədəd qızıl qolbaq, olmadıqda isə həmin əşyaların ümumi dəyəri olan 2610 (iki min altı yüz on) manat pul müştərək qaydada Cavabdeh1, Cavabdeh2r oğlu və Cavabdeh3 tutularaq İddiaçı verilsin. Mediasiya xərci 55 manat və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş 28 manat məbləğində pul vəsaiti Cavabdeh1, Cavabdeh2r oğlu və Cavabdeh3 tutularaq İddiaçı ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1262/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1262/2023
24.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver