Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1317/2023 13.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçının İddiaçı və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3, Cavabdeh2 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı qızıl və cehiz əmlak tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)554/2023 saylı, 11 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 sentyabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı qızıl və cehiz əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən yataq dəsti taxt, şfaner, termo, tumba Kamot qiyməti 1500 manat, 2 ədəd qorka, divan, kreslo, jumalni miz, kamot, stol 1 ədəd , 6 ədəd stul mətbəx üçün 1 ədəd stol, 6 ədəd stul, tək nəfərlik çarpayı (kravat), televizorl ədəd, televizor altlığı (bar) 1 ədəd qiyməti 3500 manat, soyuducu 1 ədəd qiyməti 700 manat, plazma televizor 1 ədəd qiyməti 400 manat, kaşmir xalça 2 ədəd qiyməti 300 manat, xalça 2x5 qiyməti 150 manat, xalça 4x3 qiyməti 130 manat, lüstür 1 ədəd qiyməti 70 manat, pərdələr qiyməti 500 manat, yorğan döşək 3 dəst, 6 ədəd balış, 12 ədəd nalça, 6 ədəd adyal qiyməti 1500 manat, kravat şkafı ilə uşaq üçün qiyməti 350 manat, divar saatı 1 ədəd qiyməti 40 manat, Ət çəkən maşm 1 ədəd qiyməti 50 manat, sok çəkən maşın 1 ədəd qiyməti 25 manat, mikser 1 ədəd qiyməti 35 manat, duxovka 1 ədəd qiyməti 90 manat, tozsoran 1 ədəd qiyməti 120 manat, ütü 1 ədəd qiyməti 25 manat, elektrik samovar 1 ədəd qiyməti 35 manat, çaynik 1 ədəd qiyməti 15 manat, çaydan ədəd qiyməti 25 manat, podnis qiyməti 15 manat, qaşıq çəngəl çamadan qiyməti 70 manat, qazan dəsti güllü qiyməti 160 manat, qazan dəsti qiyməti 160 manat, karaca serviz dəsti qiyməti 350 manat, su bakları 24 ədəd iyməti 40 manat, paltar yuyan maşın 1 ədəd qiyməti 400 manat, uşaq üçün yelləncək 1 ədəd qiyməti 150 manat, kasa 12 ədəd qiyməti 44 manat, böyük boşqab 12 ədəd qiyməti 33 manat, salat nimçə 12 ədəd qiyməti 33 manat, dərin boşqab 12 ədəd qiyməti 33 manat, kabab boşqabı 12 ədədqiyməti 33 manat, stol üstü skater 1 ədəd qiyməti 20 manat, 2 çamadan çxol prastina qiyməti 50 manat, 3 dəst çxol prastina qiyməti 60 manat, dəsmal 12 ədəd qiyməti 50 manat, teşt 1 ədəd 25 manat çuqun ləyən 1 ədəd qiyməti 20 manat, kalçuk ləyən 2 ədəd qiyməti 15 manat, armudu stəkan 24 ədəd nəlbəki 24 ədəd, xrustal stəkan 24 ədəd, nəlbəki 24 ədəd, qəhfədan 2 ədəd qiyməti 30 manat, çuqun vedrə 1 ədəd qiyməti 20 manat, taxt üstlüyü qiyməti 150 manat, kamot üstünə yığılan bəzəyli qablar qiyməti 50 manat, alminium qazan 1 ədəd qiyməti 10 manat, aş süzən 1 ədəd 3 manat, balıq qabı qiyməti 15 manat, çayni serviz dəsti 2 ədəd qiyməti 70 manat, kalonkalı peç 1 ədəd qiyməti 150 manat, balaca peç 1 ədəd qiyməti 50 manat, kabab üçün manqal 1 ədəd qiyməti 40 manat, qazan altlığı 1 ədəd qiyməti 25 manat, dəmir bak qiyməti 10 manat, çörək çıxardan şiş 1 ədəd qiyməti 5 manat, kabab şişi 12 ədəd qiyməti 10 manat əmlaklar. Bundan əlavə qızıl əmlakları olansep qolbağı dəsti brilyant qaşlı çəkisi 60 qram qiyməti 3000 manat, saat çəkisi 11 qram qiyməti 500 manat, sırğa üzük dəsti çəkisi 11 qram qiyməti 500 manat, oğlana verilən üzüyü çəkisi 11 qram qiyməti 500 manat və nişan üzüyü çəkisi 10 qram qiyməti 460 manat dəyərində əmlakları və ya onların cəmi dəyəri 16927 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Səccadla nkahlarını qeyd etmədən ailə həyatı qurmuşdur. Birgə yaşadıqları müddətdə 18 aprel 2014-cü ildə Aysun, 07 iyul 2020-ci ildə Əli adlı iki nəfər uşaqları olmuşdur. Ailədə bir müddət mehriban olmuşlar, sonradan aralarında narazılıqlar olmuşdur və hazırda ayrı-ayrı yaşayırlar. Bundan sonra onun Səccadla bir yerdə yaşamaqları mümkün deyildir. Cavabdeh Səccad uşaqların saxlanmasında ona heç bir maddi yardım etmir. Cavabdeh Səccad əmlakları ondan alaraq verməmişdir. Dəfələrlə əmlaklarını cavabdehlərdən istəmişdir. Lakin heç bir nəticəyə nail ola bilməmişdir. Ona görə də cavabdehlərdən əmlaklarını tələb edir. Tələb etdiyi əmlakları yataq dəsti taxt, şfaner, termo, tumba kamot qiyməti 1500 manat, 2 ədəd qorka, divan, kreslo, jurnal mizi, kamot, stol 1 ədəd, 6 ədəd stul mətbəx üçün 1 ədəd stol, 6 ədəd stul, tək nəfərlik çarpayı, televizorl ədəd, televizor altlığı (bar) 1 ədəd qiyməti 3500 manat, soyuducu 1 ədəd qiyməti 700 manat, plazma televizor 1 ədəd qiyməti 400 manat, kaşmir xalça 2 ədəd qiyməti 300 manat, xalça 2x5 qiyməti 150 manat, xalça 4x3 qiyməti 130 manat, lüstür 1 ədəd qiyməti 70 manat, pərdələr qiyməti 500 manat, yorğan döşək 3 dəst, 6 ədəd balış, 12 ədəd nalça, 6 ədəd adyal qiyməti 1500 manat, kravat şkafı ilə uşaq üçün qiyməti 350 manat, divar saatı 1 ədəd qiyməti 40 manat, ət çəkən maşın 1 ədəd qiyməti 50 manat, sok çəkən maşın 1 ədəd qiyməti 25 manat, mikser 1 ədəd qiyməti 35 manat, duxovka 1 ədəd qiyməti 90 manat, tozsoran 1 ədəd qiyməti 120 manat, ütü 1 ədəd qiyməti 25 manat, elektrik samovar 1 ədəd qiyməti 35 manat, çaynik 1 ədəd qiyməti 15 manat, çaydan ədəd qiyməti 25 manat, podnis qiyməti 15 manat, qaşıq çəngəl çamadan qiyməti 70 manat, qazan dəsti güllü qiyməti 160 manat, qazan dəsti qiyməti 160 manat, karaca serviz dəsti qiyməti 350 manat, su bakları 24 ədəd iyməti 40 manat, paltar yuyan maşın 1 ədəd qiyməti 400 manat, uşaq üçün yelləncək 1 ədəd qiyməti 150 manat, kasa 12 ədəd qiyməti 44 manat, böyük boşqab 12 ədəd qiyməti 33 manat, salat nimçə 12 ədəd qiyməti 33 manat, dərin boşqab 12 ədəd qiyməti 33 manat, kabab boşqabı 12 ədəd qiyməti 33 manat, stol üstü skater 1 ədəd qiyməti 20 manat, 2 çamadan çxol prastina qiyməti 50 manat, 3 dəst çxol prastina qiyməti 60 manat, dəsmal 12 ədəd qiyməti 50 manat, teşt 1 ədəd 25 manat çuqun ləyən 1 ədəd qiyməti 20 manat, kalçuk ləyən 2 ədəd qiyməti 15 manat, armudu stəkan 24 ədəd nəlbəki 24 ədəd, xrustal stəkan 24 ədəd, nəlbəki 24 ədəd, qəhfədan 2 ədəd qiyməti 30 manat, çuqun vedrə 1 ədəd qiyməti 20 manat, taxt üstlüyü qiyməti 150 manat, kamot üstünə yığılan bəzəyli qablar qiyməti 50 manat, alminium qazan 1 ədəd qiyməti 10 manat, aş süzən 1 ədəd 3 manat, balıq qabı qiyməti 15 manat, çayni serviz dəsti 2 ədəd qiyməti 70 manat, kalonkalı peç 1 ədədqiyməti 150 manat, balaca peç 1 ədəd qiyməti 50 manat, kabab üçün manqal 1 ədəd qiyməti 40 manat, qazan altlığı 1 ədəd qiyməti 25 manat, dəmir bak qiyməti 10 manat, çörək çıxardan şiş 1 ədəd qiyməti 5 manat, kabab şişi 12 ədəd qiyməti 10 manat əmlakdan ibarətdir. Bundan əlavə qızıl əmlakları-sep qolbağı dəsti brilyant qaşlı çəkisi 60 qram qiyməti 3000 manat, saat çəkisi 11 qram qiyməti 500 manat, sırğa üzük dəsti çəkisi 11 qram qiyməti 500 manat, oğlana verilən üzüyü çəkisi 11 qram qiyməti 500 manat və nişan üzüyü çəkisi 10 qram qiyməti 460 manat məbləğlərdən ibarət olan əmlaklarını tələb edir. Odur ki, qeyd edilən qızıl-zinət əşyaların və cehiz əşyalarının cavabdehlərdən alınaraq ona verilməlidir. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini qismən etiraf edərək verdiyi izahatında göstərdi ki, iddiaçı tərəfindən qızıllara dair hər hansı sübut təqdim edilməmişdir. Ona görə də iddianın həmin hissədə təmin edilməməlidir. Həmçinin, iddiaçı ilə cavabdeh Səccad arasında rəsmi nikahları olmamışdır. İddia ərizəsində qeyd edilmiş yataq dəsti, soyuducu, divan, stol, stul, yazı masası, 2 ədəd xalça götürülmüşdür. Bundan əlavə cavabdeh tərəf iddiaçıdan əmlakların götürülməsini istəmişdir. İddiaçı 2-3 dəfə olmaqla evdən küsərək getmiş və getdiyi müddətlər ərzində əmlaklarının bir çox hissəsini götürmüşdür. İddia ərizəsində qeyd edilmiş qızıllar tərəflərin qarşılıqlı razılığı əsasında çox hissəsi pandemiyada satılmışdır. Cavabdehlər tərəfindən iddiaçıya məxsus qızıllar götürülməmişdir. İddiaçı gedərkən yerdə qalan qızılları özü ilə aparmışdır. Belə ki, cavabdeh Səccada bir ədəd nişan üzüyü verlməsinə baxmayaraq iddia ərizəsində iki ədəd nişan üzüyünün verildiyi qeyd edilmişdir. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə iddiaçının və digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, iddiaçıya məxsus əmlakların bir hissəsini özünə məxsus avtomobillə iddiaçıya məxsus evə aparmışdır, qardaşı Səccad əlil olmaqla barmaqları yoxdur, ona görə də ümumiyyətlə üzük taxmır. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə etmək üçün göndərilmiş diskə baxış keçirilməsinə baxmayaraq iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının mövcudluğu, qiyməti, çəkisi, cavabdehlərdə olması barədə sübut təqdim edə bilmədiyi və öz dəlillərini əsaslandıra bilmədiyi üçün iddianın qızıl-zinət əşyalarının tələb edilməsi hissəsində sübut növü kimi qəbul edilməmişdir. Həmçinin iddiaçı məhkəmə iclasları barədə məlumatlı olduğu halda heç bir üzürlü səbəb bildirmədən məhkəmə iclaslarında iştirak etməmiş və sübutetmə yükü baxımından qızıl zinət əşyaları tələbi barədə sübut təqdim edə bilməmişdir. Məhkəmə iclasında cavabdeh Səccad Hüseynovun nümayəndəsi tərəfindən təqdim edilmiş Pensiya haqqında arayışdan və fotoşəkildən görünür ki, onun əl barmaqları amputasiya olunduğu üçün xx.xx.2007-ci ildən əlilliyə görə pensiya alır və nümayəndəsi bildirdi ki, Səccadın barmaqları olmadığı üçün üzükdən istifadə etmir ona görə də Səccaddan qızıl üzük tələb edilməsi barədə iddiaçının dəlilləri absurddur. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)554/2023 saylı, 11 aprel 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: Z.Zeynalov), iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 2 ədəd qorka, kreslo, jurnal mizi, kamod, stol 1 ədəd, 6 ədəd stul mətbəx üçün, 1 ədəd stol, 6 ədəd stul, tək nəfərlik çarpayı, televizor altlığı 1 ədəd və ya dəyəri 3500 manat, plazma televizor və ya dəyəri 400 manat, kaşmir xalça 2 ədəd və ya dəyəri 300 manat, xalça 2x5 və ya dəyəri 150 manat, xalça 4x3 və ya dəyəri 130 manat, lüstür 1 ədəd və ya dəyəri 70 manat, pərdələr və ya dəyəri 500 manat, yorğan döşək 3 dəst, 6 ədəd balış, 12 ədəd nalça, 6 ədəd adyal və ya dəyəri 1500 manat, çarpayı şkafı ilə uşaq üçün və ya dəyəri 350 manat, divar saatı 1 ədəd və ya dəyəri 40 manat, ətçəkən maşın 1 ədəd və ya dəyəri 50 manat, sokçəkən maşın 1 ədəd və ya dəyəri 25 manat, mikser 1 ədəd və ya dəyəri 35 manat, duxovka 1 ədəd və ya dəyəri 90 manat, tozsoran 1 ədəd və ya dəyəri 120 manat, elektrik somovar 1 ədəd və ya dəyəri 35 manat, çaynik 1 ədəd və ya dəyəri 15 manat, qaşıq çəngəl çomadan və ya dəyəri 70 manat, qazan dəsti güllü və ya dəyəri 160 manat, 1 ədəd karaca servis dəsti və ya dəyəri 350 manat, paltaryuyan maşın və ya dəyəri 400 manat, uşaq üçün yelləncək 1 ədəd və ya dəyəri 150 manat, kasa 12 ədəd və ya dəyəri 44 manat, böyük boşqab 12 ədəd və ya dəyəri 33 manat, dərin boşqab 12 ədəd və ya dəyəri 33 manat, stol üstü skater 1 ədəd və ya dəyəri 20 manat, 2 çamadan çexol prostina və ya dəyəri 50 manat, teşt 1 ədəd və ya dəyəri 25 manat, kauçuq ləyən 2 ədəd və ya dəyəri 15 manat, taxt üstlüyü və ya dəyəri 150 manat, aşsüzən 1 ədəd və ya dəyəri 3 manat, kolonkalı peç 1 ədəd və ya dəyəri 150 manat, balaca peç və ya dəyəri 50 manat, manqal və ya dəyəri 40 manat, qazan altlığı və ya dəyəri 25 manat, dəmir bak və ya dəyəri 10 manat, şörək çıxardan şiş və ya dəyəri 5 manat, kabab şişi 12 ədəd və ya dəyəri 10 manat, ütü 1 ədəd və ya dəyəri 25 manat, çaydan və ya dəyəri 25 manat, podnis və ya dəyəri 15 manat, qazan dəsti və ya dəyəri 160 manat, bakallar 24 ədəd və ya dəyəri 40 manat, salat nimçə 12 ədəd və ya dəyəri 33 manat, kabab boşqabı 12 ədəd və ya dəyəri 33 manat, 3 ədəd çexol prostina və ya dəyəri 60 manat, dəsmal 12 ədəd və ya dəyəri 50 manat, çuqun ləyən 1 ədəd və ya dəyəri 20 manat, armudu stəkan 24 ədəd nəlbəki 24 ədəd, xrustal stəkan 24 ədəd, nəlbəki 24 ədəd və ya onların dəyəri, qəfədan 2 ədəd və ya dəyəri 30 manat, çuqun vedrə 1 ədəd və ya dəyəri 20 manat, taxt küpə yığılan bəzəkli qablar və ya dəyəri 50 manat, kamot üstünə yığılan bəzəkli qablar və ya dəyəri 50 manat, aliminum qazan və ya dəyəri 10 manat, balıq qabı və ya dəyəri 15 manat, çay servis dəsti 2 ədəd və ya dəyəri 70 manat alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instasniya bu qənaətə gələrkən Mülki Məcəllənin 157.2 və 666.1-ci maddələrinə istinad edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamış nəticədə qəbul edilən qətnamə isə qanunsuz və əsasız olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı Masallı Rayon Məhkəməsinin 2(050)554/2023 saylı, 11 aprel 2023-cü il tarixli qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində yəni qızıl zinət əşyalarının və ya onların dəyərinin alınıb verilməsi hissəsində ləğv edərək həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehlərin apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Masallı Rayon Məhkəməsinin 2(050)554/2023 saylı, 11 aprel 2023-cü il tarixli qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində yəni qızıl zinət əşyalarının və ya onların dəyərinin alınıb verilməsi hissəsində ləğv edərək həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya icraatı zamanı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini Masallı Rayon Məhkəməsinin 2(050)554/2023 saylı, 11 aprel 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh3 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək Masallı Rayon Məhkəməsinin 2(050)554/2023 saylı, 11 aprel 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi X2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək Masallı Rayon Məhkəməsinin 2(050)554/2023 saylı, 11 aprel 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq cavabdehlər keçirilən məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində Masallı Rayon Məhkəməsinin 2(050)554/2023 saylı, 11 aprel 2023-cü il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-cimaddəsinin tələbinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Cavabdehlər iddianın təmin olunan hissəsi ilə razılaşaraq apelyasiya qaydasında mübahisə açmamışdır. Qətnamədən iddiaçı qətnaməni qızıl zinət əşyalarının alınıb verilməsi hissəsində mübahisələndirmişdir. Odur ki, Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlilləri həddində Masallı Rayon Məhkəməsinin 2(050)554/2023 saylı, 11 aprel 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını məqsədəmüvafiq hesab etmişdir Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini tələbin əsası kimi istinad edilən halların iş üzrə toplanmış sübutlarla qismən təsdiq olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən İddiaçı apellyasiya şikayəti verərək, Masallı Rayon Məhkəməsinin 2(050)554/2023 saylı, 11 aprel 2023-cü il tarixli qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində yəni qızıl zinət əşyalarının və ya onların dəyərinin alınıb verilməsi hissəsində ləğv edərək həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan Masallı Rayon Məhkəməsinin 2(050)-205/2023 saylı, 27 yanvar 2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı məxsus yataq dəsti-taxt, şifoner, tumbalar, 2 ədəd xalça 4x5 metr ölçüdə, soyuducu-“Biryusa”, divan, stol, 4 ədəd stul, yazı masası və uşaq beşiyindən ibarət olan əmlaklar iddiaçı Cavabdeh3 məxsus Masallı rayonu Ləngan kəndində yerləşən yaşayış evindən götürülməsi və İddiaçı təhvil verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 tərəfindən verilmiş etirazın məzmunundan görünür ki, iddiaçının iddia ərizəsində göstərdiyi amlaklardan 45 adda yataq dəsti-taxt, şifoner, termo, tumba, kamod 1500 manat, 2 ədəd qorka, divan, kreslo, jurnal mizi, kamod, stol 1 ədəd, 6 ədəd stul mətbəx üçün, 1 ədəd stol, 6 ədəd stul, tək nəfərlik çarpayı, televizor altlığı, bar 1 ədəd 3500 manat, soyuducu 1 ədəd 700 manat, plazma televizor 400 manat, kaşmir xalça 2 ədəd 300 manat, xalça 2x5 150 manat, xalça 4x3 130 manat, lüstür 1 ədəd 70 manat, pərdələr 500 manat, yorğan döşək 3 dəst, 6 ədəd balış, 12 ədəd nalça 10 ədəd, 6 ədəd adyal 4 ədəd 1500 manat, kravat şkafı ilə uşaq üçün 350 manat, divar saatı 1 ədəd 40 manat, ət çəkən maşın 1 ədəd 50 manat, sok çəkən maşın 1 ədəd 25 manat, mikser 1 ədəd 35 manat, duxovka 1 ədəd 90 manat, tozsoran 1 ədəd 120 manat, elektrik somovar 1 ədəd 35 manat, çaynik 1 ədəd 15 manat, qaşıq çəngəl çomadan 70 manat, qazan dəsti güllü 160 manat 1 ədəd, karaca servis dəsti 350 manat, paltar yuyan maşın 400 manat, uşaq üçün yelləncək 1 ədəd 150 manat, kasa 12 ədəd 44 manat 10 ədədi, böyük boşqab 12 ədəd 33 manat 10 ədədi var, dərin boşqab 12 ədəd 33 manat 10 ədədi var, stol üstü skater 1 ədəd 20 manat, 2 çəmadan çexol prastina 50 manat, teşt 1 ədəd 25 manat, kauçuq ləyən 2 ədəd 15 manat, taxt üstlüyü 150 manat, aş süzən 1 ədəd 3 manat, kolonkalı peç 1 ədəd 150 manat, balaca peç 40 manat, manqal 40 manat, qazan altlığı 25 manat, dəmir bak 10 manat, çörək çıxardan şiş 5 manat, kabab şişi 12 ədəd 4 ədədi var 10 manat, həmçinin iddia ərizəsində qeyd olunan aşağıda göstərilən 18 adda əmlakların bir hissəsi iddiaçı tərəfindən aparılıb və ya iddiaçı onunla yaşadığı 9 il ərzində tələf olmuşdur. Həmin əmlaklar televizor 1 ədəd, ütü 1 ədəd 25 manat, çaydan 25 manat, podnis 15 manat, qazan dəsti 160 manat, bakalları 24 ədəd 40 manat, salat nimçə 12 ədəd 33 manat, kabab boşqabı 12 ədəd 33 manat, 3 ədəd çexol prostina 60 manat, dəsmal 12 ədəd 50 manat, çuqun ləyən 1 ədəd 20 manat, armudu stəkan 24 ədəd nəlbəki 24 ədəd, xrustal stəkan 24 ədəd nəlbəki 24 ədəd, qəfədan 2 ədəd 300, çuqun vedrə 1 ədəd 20 manat, taxt küpə yığılan bəzəkli qablar 50 manat, aliminium qazan 10 manat, balıq qabı 15 manat, çaynı servis dəsti 2 ədəd 70 manat. İş materiallarında olan mütəxəssiz rəyindən görünür ki, 1 ədəd kolya dəsti (sep üzük, sırğa qolbaq briliyant qaşlı) 750 əyyar 25 qram çəkidə dəyəri 3000 manat, 1 ədəd qadın qızıl saatı 583 əyyar 6 qram çəkidə dəyəri 500 manat, 1 ədəd komplekt 583 əyyar 10 qram çəkidə dəyəri 900 manat, 1 ədəd kişi üzüyü 583 əyyar 6 qram çəkidə dəyəri 500 manat, 1 ədəd nişan üzüyü 583 əyyar 6 qram çəkidə dəyəri 500 manatdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında ər-arvad arasında hədiyyə edilmiş qızıl-zinət əşyalarının və gəlin gedərkən apardığı cehiz əşyalarının cavabdehlər tərəfindən qaytarılmamsı təşkil etmiş və cavabdehlərin həmin əmlakların iddiaçıya qaytarılmaması səbəbinndən o, hazırkı iddia tələbini irəli sürmüşdür. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını mülki məcəllənin 157.2, Ailə Məcəlləsinin 32.1,34,maddələri təşkil edir. İddiaçının iddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı cavabdeh Səccadla nikahlarını qeyd etmədən ailə həyatı qurmuşdur. Birgə yaşadıqları müddətdə 18 aprel 2014-cü ildə Aysun, 07 iyul 2020-ci ildə Əli adlı iki nəfər uşaqları olmuşdur. Ailədə bir müddət mehriban olmuşlar, sonradan aralarında narazılıqlar olmuşdur və hazırda ayrı-ayrı yaşayırlar. Bundan sonra onun Səccadla bir yerdə yaşamaqları mümkün deyildir. Cavabdeh Səccad uşaqların saxlanmasında ona heç bir maddi yardım etmir. Cavabdeh Səccad əmlakları ondan alaraq verməmişdir. Dəfələrlə əmlaklarını cavabdehlərdən istəmişdir. Lakin heç bir nəticəyə nail ola bilməmişdir. Ona görə də cavabdehlərdən əmlaklarını tələb etmişdir. Tələb olunan əmlaklar isə, 1 ədəd kolya dəsti (sep üzük, sırğa qolbaq briliyant qaşlı) 750 əyyar 25 qram çəkidə dəyəri 3000 manat, 1 ədəd qadın qızıl saatı 583 əyyar 6 qram çəkidə dəyəri 500 manat, 1 ədəd komplekt 583 əyyar 10 qram çəkidə dəyəri 900 manat, 1 ədəd kişi üzüyü 583 əyyar 6 qram çəkidə dəyəri 500 manat, 1 ədəd nişan üzüyü 583 əyyar 6 qram çəkidə dəyəri 500 manat məbləğlərdən ibarət olan əmlaklardan ibarətdir. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iddia tələbinə etirazından görünür ki, iddia tələbini qismən etiraf edərək verdiyi izahatında göstərdi ki, iddiaçı tərəfindən qızıllara dair hər hansı sübut təqdim edilməmişdir. Ona görə də iddianın həmin hissədə təmin edilməməlidir. Həmçinin, iddiaçı ilə cavabdeh Səccad arasında rəsmi nikahları olmamışdır. İddia ərizəsində qeyd edilmiş yataq dəsti, soyuducu, divan, stol, stul, yazı masası, 2 ədəd xalça götürülmüşdür. Bundan əlavə cavabdeh tərəf iddiaçıdan əmlakların götürülməsini istəmişdir. İddiaçı 2-3 dəfə olmaqla evdən küsərək getmiş və getdiyi müddətlər ərzində əmlaklarının bir çox hissəsini götürmüşdür. İddia ərizəsində qeyd edilmiş qızıllar tərəflərin qarşılıqlı razılığı əsasında çox hissəsi pandemiyada satılmışdır. Cavabdehlər tərəfindən iddiaçıya məxsus qızıllar götürülməmişdir. İddiaçı gedərkən yerdə qalan qızılları özü ilə aparmışdır. Belə ki, cavabdeh Səccada bir ədəd nişan üzüyü verlməsinə baxmayaraq iddia ərizəsində iki ədəd nişan üzüyünün verildiyi qeyd edilmişdir. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, iddiaçıya məxsus əmlakların bir hissəsini özünə məxsus avtomobillə iddiaçıya məxsus evə aparmışdır, qardaşı Səccad əlil olmaqla barmaqları yoxdur, ona görə də ümumiyyətlə üzük taxmır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iddiaçıya məxsus iddia ərizəsində sadalanan qızıllar iddiaçı ilə cavabdeh Səccadla qarşılıqlı razılığ ilə bir hissəsi satılmış və satışdan əldə edilən vəsait hesabına istehlak məqsədləri üçün xərclənmişdir. Digər qızılları isə iddiaçı evdən gedərkən özü ilə aparmışdır. Hazırki vəziyyətdə sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçı qeyd etdiklərini sübut etməlidir. Lakin o, bununla bağlı heç bir sübut təqdim etmir” sübut təqdim edilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası iş materiallarında olan sübutları apellyasiya şikayəyinin dəlilləri ilə birlikdə müqayisəli tədqiq edərək müəyyən edir ki, birinci instansiya məhkəməsi iddia tələbini iddiaçı tərəfindən kifayət qədər sübut verməməsi əsası ilə təmin etməməkdə haqlı olmamışdır. Belə ki, Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o, halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Hazırki iddia tələbi üzrə cavabdehlərin qismən etirafı həm yazılı (cavabdehin yazılı izahatı iş materiallarına əlavə edilmiş iddia tələbinə etirazında öz əksini tapmışdır.) həm də, şifahi izahatda ifadə edildiyidən,bu, MPM-in 106.3 və 191-ci maddələrinə uyğun olaraq faktın və ya iddianın etirafı kimi qəbul oluna bilər. Lakin mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etməküçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara qiymət verməlidir. İşin mübahisəsiz halları tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. Bu baxımdan məhkəmə iclasında şifahi izahat verən tərəfin işinhallarını məhkəməyə düzgün bildirmək vəzifəsi vardır və o, həmin izahatın hüquqi nəticələrindən irəli gələn riskləri daşıyır. Halbuki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin qızıl-zinət əşyalarının və ya onların dəyərinin alınıb verilməsi hissəsi üzrə sübutetmə yükünün bölüşdürülməsində prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etməyərək, iddia tələbinin təmin edilməyən hissəsində səhv nəticəyə gəlmiş və nəticədə Masallı Rayon Məhkəməsinin 2(050)554/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin apellyasiya qaydasında qismən ləğvi üçün əsaslar yaratmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. İddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.
1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.
2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;
3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Hazırkı işin halları ilə iddia tələbinin əsaslı olması baxımından tələb olunan bu 3 komponentin hamısının mövcudluğu öz təsdiqini tapmışdır. Belə ki, tələb edilən birgə nikah müddətində satılmış 1 ədəd kolya dəsti (sep üzük, sırğa qolbaq briliyant qaşlı) 750 əyyar 25 qram çəkidə dəyəri 3000 manat, 1 ədəd qadın qızıl saatı 583 əyyar 6 qram çəkidə dəyəri 500 manat, 1 ədəd komplekt 583 əyyar 10 qram çəkidə dəyəri 900 manat, 1 ədəd kişi üzüyü 583 əyyar 6 qram çəkidə dəyəri 500 manat, 1 ədəd nişan üzüyü 583 əyyar 6 qram çəkidə dəyəri 500 manat olan əmlakların mübahisələndirilməyən tərəfi ondan ibarətdir ki, tərəflərin hər biri etiraf edir ki, tələb edilən qızıl-zinət əşyaları iddiaçıya hədiyyə olaraq verilmiş, lakin hədiyyə edilmiş qızıl-zinət əşyaları Cavabdeh1 tərəfindən satılmışdır. Mübahisələndirilən isə satılan əşyaların tərəflərin qarşılıqlı razılığı əsasında satılması və ailənin zəruri olan məsrəflərə xərcləməsi ilə bağlı olmasıdır. Kollegiya mübahisəli qızıl-zinət əşyalarının qarşılıqlı razılıq əsasında satılaraq əldə olunmuş pulun ailənin zəruri dolanacaq ehtiyaclarına sərf olunması ilə bağlı cavabdehlərin mövqeyinə münasibətdə bildirir ki, məhkəmə araşdırması zamanı cavabdeh bunu təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, tərəflərin qarşılıqlı razılığı əsasında hədiyyə olunmuş qızıl-zinət əşyaların satılmasını sübutetmə yükü cavabdehlərin üzərinə düşür ki, onlar bu sübutu nə birinci instansiya nə də apellyasiya məhkəməsi icraatı zamanı təqdim edə bilməmişlər. Əksinə birinci instansiya məhkəməsi icraatı zamanı iddiaçının vəkili və nümayəndəsi qızıl zinət əşyalarının qarşılıqlı razılığ əsasında bir hissəsinin satılaraq istehlak məqsədləri üçün xərclənməsi qalan hissəsinin isə iddiaçı tərəfdən evden gedərkən özü ilə aparmasını qeyd etmişdir. Lakin apellyasiya məhkəməsi icraatı zamanı digər cavabdehlər isə qızıl əşyalarının hamısının satıldığını yanlız nişan üzüyünün qaldığını onu isə iddiaçı evdən gedərkən apardığını bildirmişdir. Göründüyü kimi ifadələr bir birinə ziddir və iddia tələbinin təmin edilməməsinə yönəldilmiş hal kimi nəzərə alına bilməz. Halbuki, sübutetmə yükü baxımından qeyd edilən halı (tərəflərin qarşılıqlı razılığı əsasında mübahisəli əmlakın satılması) sübut etmək onun yəni cavabdehlərin vəzifəsidir. Bu halda cavabdehlər sübut etməlidir ki, tələb olunan hədiyyə olunmuş qızıl-zinət əşyaların məhz iddiaçının razılığı ilə satılmışdır. Halbuki bu barədə hər hansı sübut iş materiallarına mövcud olmamışıdır. Cavabdehlərin mövqeyi ilə razılaşılsa onda anoloji işlər üzrə hər bir cavabdeh tələb edilən əşyalarının nikah dövründə qarşılıqlı razılığ əsasında satılmasından əldə olunan vəsaitin hər hansısa məsrəfləri üçün xərclənməsini bildirər və bununla məsələ bitmiş olar. Bu isə ona dəlalət edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarının müəyyən edilməsində prosessual fəallıq göstərməmiş, təqdim olunmuş sübutları tərəflərin qarşılıqlı münasibətinə uyğun qiymət verməmiş, nəticədə iddia tələbini qızıl zinət hissəsində təmin etməməkdə haqlı olmamışdır. Apellyasiya icraatı zamanı həm iddiaçının həm də cavabdehlərin izahatlarından müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim olunan mütəxəssis rəyində qeyd olunan 5 predmetdə qızıl zinət əşyaları mövcud olmuş, onlardan 4 predmet üzrə yəni 1 ədəd kolya dəsti (sep üzük, sırğa qolbaq briliyant qaşlı) 750 əyyar 25 qram çəkidə dəyəri 3000 manat, 1 ədəd qadın qızıl saatı 583 əyyar 6 qram çəkidə dəyəri 500 manat, 1 ədəd komplekt 583 əyyar 10 qram çəkidə dəyəri 900 manat, 1 ədəd, 1 ədəd nişan üzüyü 583 əyyar 6 qram çəkidə dəyəri 500 manat olan qızıl əşyaları iddiaçıya hədiyyə olaraq verilmiş, 1 ədəd kişi üzüyü 583 əyyar 6 qram çəkidə dəyəri 500 manat olan əşya isə Cavabdeh1 hədiyyə olaraq verilmişdir. Hazırda iddiaçı ona hədiyyə olunmuş 4 predmetdən ibarət olan qızıl zinət əşyalarını Cavabdeh1 tələb etməkdə haqlı olsada digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tələb etməkdə haqlı olmamış, həmçinin onun tərəfindən Səccəd Həsənova hədiyyə edilmiş nişan üzüyünü tələb etməkdə haqlı olmamışdır. İddiaçının apellyasiya icraatı zamanı ona hədiyyə olunmuş qızıl zinət əşyalarının qayınanası Nailə Hüseynovada saxlandığını və onun evdən qovarkən ona qaytarmadığını bildirsə də, bu halın təsdiqi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə Cavabdeh1 nümayədəsi və eyni zamanda digər cavabdehlərin həm birinci həm də apellyasiya icraatı zamanı verdikləri izahatlardan müəyyən olunmuşdur ki, iddiaçı hədiyyə olunmuş qızıl zinət əşyaları ər arvadın birgə nikah dövründə yaşadığı müddətdə maddi ehtiyaclarını təmin etmək məqsədi ilə qarşılıqlı razılıqa əsasən satılaraq ailənin zəruri ehtiyaclarına xərclənmişdir. Burdan belə bir nəticə hasil olur ki, cavabdeh sübut etməlidir ki, həqiqətən tələb olunan qızıl zinət əşyaları həqiqətən məhz iddiaçının razılıqı ilə satılmışdır. Lakin iddiaçı birmənalı olaraq tələb etdiyi qızıl zinət əşyalarının satılmadığı və həmin qızıl zinət əşyalarının satılmasına hər hansı razılıq verilmədiyi və həmin əşyaların cavabdehdə olmasını iddia edir.Belə olan halda cavabdeh sübut etməlidir ki, həqiqətən qızıl zinət əşyaları iddiaçının razılıqı ilə satılıb və onların birgə zəruri ehtiyaclarına xərclənmişdir. Bu barədə nə birinci nədə apellyasiya icraatı zamanı hər hansı bir sübut təqdim edilməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi mübahisələndirilən hədiyyə olunmuş qızıl-zinət əşyaların onun razılığı ilə satılmaması barədə sübutetmə yükünü iddiaçının üzərinə qoymaqla düzgün nəticəyə gəlməmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin 2(050)554/2023 saylı, 11 aprel 2023-cü il tarixli qətnaməsi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı qızıl zinət əşyalarının və ya onların dəyərinin verilməsinin təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, 1 ədəd kolya dəsti (sep üzük, sırğa qolbaq briliyant qaşlı) 750 əyyar 25 qram çəkidə dəyəri 3000 manat, 1 ədəd qadın qızıl saatı 583 əyyar 6 qram çəkidə dəyəri 500 manat, 1 ədəd komplekt 583 əyyar 10 qram çəkidə dəyəri 900 manat, 1 ədəd nişan üzüyü 583 əyyar 6 qram çəkidə dəyəri 500 manat dəyərində olan qızıl zinət əşyalarının Cavabdeh1 alınaraq İddiaçı verilməsi hissəsində təmin edilməli, iddia digər cavabdehlərə münasibətdə və 1 ədəd kişi üzüyü 583 əyyar 6 qram çəkidə dəyəri 500 manat dəyərində olan qızıl zinət əşyasının Cavabdeh1 alınaraq İddiaçı verilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İddiaçının iddia tələbi mübahisələndirilən hissəsində iddianın qiyməti 4900 manat, yəni beş min manatdan az olduğundan tələb üzrə qəbul olunan qətnamədən qanunvericiliyin tələbinə görə kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 385, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)554/2023 saylı, 11 aprel 2023-cü il tarixli qətnaməsi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı qızıl-zinət əşyalarının və ya dəyərinin alınıb verilməsinin təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul olunsun. Cavabdeh1 1 ədəd kolya dəsti (sep üzük, sırğa qolbaq briliyant qaşlı) 750 əyyar 25 qram çəkidə dəyəri 3000 manat, 1 ədəd qadın qızıl saatı 583 əyyar 6 qram çəkidə dəyəri 500 manat, 1 ədəd komplekt 583 əyyar 10 qram çəkidə dəyəri 900 manat, 1 ədəd nişan üzüyü 583 əyyar 6 qram çəkidə dəyəri 500 manat dəyərində olan qızıl zinət əşyaları və ya onların dəyəri cəmi 4900 (dörd min doqquz yüz manat) manat alınaraq İddiaçı verilsin. İddia digər cavabdehlərə münasibətdə və 1 ədəd kişi üzüyü 583 əyyar 6 qram çəkidə dəyəri 500 manat olan qızıl zinət əşyası və ya onun dəyərinin Cavabdeh1 alınaraq İddiaçı verilməsi hissəsində təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz