Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1322/2025 14.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər –Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə çəkilmiş xərcin tutulması və tutulmanın cavabdehə məxsus torpaq sahəsinə yönəldilməsi barədə ilkin iddiasına, cavabdehin iddiaçıya qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, e-2(036)-620/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları İş materiallarında olan "xxxx" MMC-nin Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0.0451 ha olan torpaq sahəsi, üzərindəki fərdi yayış evinin və yaxşılaşdırma işlərinin məbləğinin qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli hesabatdan görünür ki, qiymətləndirmə obyektinin dəyərinin hesablanması üçün Qiymətləndirici xərc, gəlir və müqayisəli satışlar yanaşmasından istifadə etmişdir. Nəticələrin razılaşdırılması zamanı xərc metodu ilə alınmış dəyərin çəki payının az olması qiymətləndirmə obyektinə çəkilmiş xərclərin obyektin ədalətli bazar dəyərinin həddinə uyğun olmaması ilə əlaqəlidir. Beləliklə vətəndaş X2 xüsusi mülkiyyətində olan, Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük” rayonu ünvanında yerləşən 0,0451 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin (digər tikililərlə birlikdə) qiymətləndirmə tapşırığına uyğun olaraq hesablanmış ədalətli bazar dəyəri 22 avqust 2024-cü il tarixinə 71 120,0 (yetmiş bir min bir yüz iyirmi) manat; vətəndaş X2 xüsusi mülkiyyətində olan, Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük” rayonu ünvanında yerləşən 0,0451 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evində vətəndaş İddiaçı tərəfindən görülmüş yaxşılaşdırma işlərinin məbləği 22 avqust 2024-cü il tarixinə 27 900,0 (iyirmi yeddi min doqquz yüz) manat təşkil edir; İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük” rayonu ərazisində yerləşən 0.0451 kv/m torpaq sahəsi üzərində X2 mülkiyyət hüququ **********34 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır; İş materiallarında olan daşınmaz əmlakın ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, X6 ilə Cavabdeh arasında xx.xx.2017- ci il tarixdə Azərbaycan dəmir yolu yük” rayonu ərazisində yerləşən 0.0451 kv/m torpaq sahəsinin alqı-satqısı müqaviləsi bağlanmışdır; İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə AZ59MUGA**********06290AZM67 nömrəli hesaba 50 000.00 (əlli min) manat məbləğində pul köçürülmüşdür; İş materiallarında olan 157574 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkün kimi qeydiyyata alınmışdır; İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-286/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(060)- 5359/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli və AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və Cavabdeh adına Azərbaycan Respublikası Əmlak X8 yanında DƏDRX-də **********34 reyestr nömrəsi ilə qeydə alınmış çıxarışın ləğv edilməsinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-5359/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-100/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 324/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı Cavabdeh məxsus olan Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” ünvanında yerləşən 0,0451 hektar torpaq sahəsində inşa olunmuş evdən çıxarılması və həmin evin iddiaçı Cavabdeh təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun 70 (yetmiş) manatının cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-324/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır; İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3479/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-100/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Sumqayıt Bələdiyyəsinin əməkdașı Eldar Əhmədovun həqiqətə uyğun olmayan formada arayış verməsi ilə bağlı iddiaçının müraciəti əsasında aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmişdir; İş materiallarında olan kim tərəfindən imza edilməsi göstərilməyən və təsdiq edilmiş möhürü oxunmayan ******* saylı qaimə fakturasından görünür ki, şebelin miqdarı-5, qiyməti 16, məbləği -80, atsepin miqdarı-6, qiyməti 18, məbləği - 108, qumun miqdarı-10, qiyməti 17, məbləği -170 və şiferin miqdarı-30 kv, qiyməti 7,8, məbləği -234 manat olmaqla cəmi 592 manat təşkil etmişdir; İş materiallarında olan imza edilməsi göstərilməyən və təsdiq edilmiş möhürü oxunmayan ******* saylı qaimə fakturasından görünür ki, N400 miqdarı-75, qiyməti 5,8, məbləği - 435, profilin miqdarı-8, qiyməti 3, məbləği - 24, dekor 40 miqdarı-4, qiyməti 5, məbləği -20 və əlcəyin miqdarı-12, qiyməti 0,5, məbləği -6 manat olmaqla cəmi 485 manat təşkil etmişdir; İş materiallarında olan imza edilməsi göstərilməyən və təsdiq edilmiş möhürü oxunmayan ******* saylı qaimə fakturasından görünür ki, emusiya 25kq. miqdarı-5, qiyməti 52, məbləği - 260, arm 14 miqdarı-120, qiyməti 0,9 məbləği - 108, 15x15 miqdarı64, qiyməti 0,22, məbləği -14,1 və kubikin miqdarı - 1200, qiyməti 0,44, məbləği -528 manat olmaqla cəmi 910 manat təşkil etmişdir; İş materiallarında olan Laçın RİHB-nın Malıbəy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 24 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Malıbəy kənd icra nümayəndəliyinin daimi qeydiyyatındadır. 1992-ci ilin may ayının 18-də Laçın rayonu erməni təcavüzkarları tərəfindən işğal edilən zaman köçkün düşmüşdür. Hal-hazırda Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yükboşaltma” ərazisində məskunlaşmışdır; İş materiallarında olan Sumqayıt şəhər bələdiyyəsi “Sumqayıtçay stansiyası və Qazpaylayıcı Mərkəzin ətraf əraziləri” üzrə 1 saylı Məhəllə Komitəsinin 349 saylı xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt Çay Stansiyası Qazpaylayıcı Mərkəzin ətraf ərazisində qeydiyyatsız (Azərbaycan dəmir yolu yük həyəti ərazisi) 2017-ci ildən yaşayır və həmin ildən aparılmış tikinti təmir işlərini, kommunal xərclərini özü aparmışdır; İş materiallarında olan Ruslan Pənahov, Ələddin Abbasov, Azər Həsənov, Anar Həsənov, Vaqif Cəfərov və Aqşin Paşayevin imzaları ilə təsdiq edilmiş aktdan görünür ki, hariqətən də Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0.0451 ha olan torpaq sahəsində yerləşən yaşayış sahəsi 2017-ci ildən İddiaçı istifadəsində olmuş, yaşayış sahəsində ondan başqa şəxs və ya şəxslər olmamışdır. Bundan əlavə Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyətı” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0.0451 ha olan torpaq sahəsində və üzərində yerləşən yaşayış sahəsində aparılmış yaxşılaşdırma işləri vətəndaş İddiaçı tərəfindən həyata keçirilmişdir; İş materiallarında olan abonent saldosundan görünür ki, abonent X2 adına “Smart G-4 İTRON” tipli sayğac xx.xx.2016-cı il tarixdə quraşdırılmışdır; İş materiallarında olan abonent saldosundan görünür ki, abonent X2 adına “Smart G-4 İTRON” tipli sayğac xx.xx.2016-cı il tarixdə quraşdırılmışdır; İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından görünür ki, göstərilənlərə əsasən aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmişdir; İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı DOST Mərkəzinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh (FİN xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı X11 (FİN 7GNMY4S) üçün 150 (yüz əlli) manat məbləğində sosial müavinət və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluğa görə 100 (yüz) manat məbləğində Prezident təqaüdü alır. Şirvan Apellyasiya Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmış, № 0049/25 24 dekabr 2025-ci il tarixli qiymətləndirmə hesabatında göstərilmişdir ki, Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0,0451 ha olan torpaq sahəsində yerləşən fərdi yaşayış evində və torpaq sahəsində 2017-ci ildən sonrakı dövrdə aparılmış yaxşılaşdırma, təmir və ya yenidənqurma işlərinə çəkilən xərcin hazırkı dəyəri 27000 (iyirmi yeddi min) manat təşkil edir. Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0,0451 ha olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yaxşılaşdırmadan sonra hazırkı bazar dəyəri 92000 (doxsan iki min) manat, yaxşılaşdırmadan əvvəlki bazar dəyəri isə 73600 (yetmiş üç min altı yüz) manat təşkil edir. Həyətə beton tökülməsi üçün 2205.4 manat, yaşayış evinin çöl divarının suvaq və fasadı üçün 2592 manat, hasarın inşa edilməsi üçün 7131 manat, ağacların əkilməsi üçün 250 manat xərc çəkilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh xx.xx.2017-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0.0451 ha olan torpaq sahəsində yerləşən yaşayış sahəsinə çəkilmiş xərc - 40.000 manat məbləğində pulun Cavabdeh tutulub İddiaçı ödənilməsinə, tutmanın Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0.0451 ha olan torpaq sahəsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, Cavabdeh ilə 2017-ci il tarixində İmişli rayonunda tanış olmuşdur. Həmin rayonda yerləşən Şirinqum ərazisində cavabdehə məxsus mal-qara ferması olmuşdur. Cavabdeh tibb bacısı işləmiş və onunla tanışlığı da cavabdehin İmişli rayon Mərkəzi Xəstəxanasına müraciət etdikdən sonra yaranmışdır. Tanışlıqları yarandıqdan sonra faktiki nikah münasibətlərində olmuşlar. Bir müddətdən sonra o, Sumqayıt şəhərinə köçmək istədikdə Cavabdeh da onunla Sumqayıt şəhərinə köçmək qərarına gəlmişdir. Sumqayıt şəhərinə köçdükdən sonra yaşayacaqları bir evə sahib olmaq üçün iddiaçı maklerlər vasitəsi ilə torpaq sahəsi almaq fikrində olmuş və bu məqsəd ilə də İmişli rayonunda yerləşən mal-qara fermasını satmaq qərarına gəlmiş və həmin fermanı 90.000 manata satmışdır. Bundan sonra iddiaçı Sumqayıt şəhərində yaşayış yeri almaq üçün X9 ilə tanış olmuşdur. Belə ki, Nazim, arvadı X2 adına olan və Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0.0451 ha olan torpaq sahəsi iddiaçıya satmaq üçün xx.xx.2017-ci il tarixdə AN-İ № ******* saylı alqı-satqı müqaviləsi imzalayaraq, müqavilə Cavabdeh adına rəsmiləşdirilmişdir. Belə ki, həmin torpaq sahəsi üçün 50.000 manat məbləğində pul notariusun bank hesabına, 13.000 manat məbləğində pul isə X3 özünə ödənilmişdir. Qeyd edilən torpaq sahəsi üçün ümumiulikdə 63.000 manat məbləğində pul onun tərəfindən ödənilmiş, torpaq sahəsində yerləşən yaşayış sahəsi üçün isə 27.900 manat məbləğində pul xərclənmişdir. Qeyd etmək istəyir ki, Cavabdeh tibb bacısı vəzifəsində işləməklə qeyd edilən daşınır və daşınmaz əmlakları almağa maddi imkanı olmamış, əmlakların hamısı onun tərəfindən təmin edilmişdir. 2017-ci ildən 2020-ci il tarixədək qeyd edilən torpaq sahəsində inşa edilmiş evdə birlikdə yaşadıqdan sonra Cavabdeh evi tərk etmiş və bir daha geri qaytımamışdır. Hesab edir ki, Cavabdeh, Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0.0451 ha olan torpaq sahəsində yerləşən yaşayış sahəsinə onun tərəfindən xərclənmiş pul vəsaiti geri ödənilməlidir. Cavabdeh ona qarşı “mənzildən çıxarılma” tələbinə dair iş Sumqayıt şəhər Məhkəməsində olmuş və 2(060)-324/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, o, qarşılıqlı iddia ilə Cavabdeh qarşı “müqavilənin etibarsızılığına” dair Sumqayıt şəhər Məhkəməsində olmuş və 2(060)-5359/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bundan sonra, Sumqayıt şəhər Məhkəməsin və 2(060)- 324/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi qətnaməni quvvədə saxlanılmışdır. Daha sonra, Ali Məhkəməyə verilmiş kassasiya şikayyəti Məhkəmənin 2(102)-3479/2024 saylı, xx.xx.2024-cü il qərarına əsasən təmin edilməmişdir. Hesab edir ki, iddia ərizəsininin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Cavabdeh iddiaçıdan 16800 manat məbləğində pul vəsaitinin və ödənilmiş 140 AZN dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, iddiaçı öz vəsaiti hesabına X2 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri Azərbaycan dəmir yolu yük həyəti ünvanında yerləşən torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən tikilini alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin torpaq sahəsində yerləşən tikilini alqı - satqı müqaviləsinə əsasən almışdır. Həmin torpaq sahəsinə dair iddiaçıya ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Beləliklə həmin torpaq sahəsi və onun üzərində inşa edilmiş tikili iddiaçının xüsusi mülkiyyətinə çevrilmişdir. İddiaçı həmçinin həmin evi öz vəsaiti hesabına bütün zəruri məişət əşyaları ilə təmin etmişdir. Daha sonra iddiaçı nikahdan kənar münasibətdə olduğu cavabdeh ilə həmin evdə yaşamışdır. Evdə yaşayarkən cavabdehin əsl niyyəti bəlli olmuş və qəsdən iddiaçı ilə səbəbsiz mütəmadi mübahisələr yaradaraq onu döyərək həmin evdən qovub evə yiyələnmək fikrinə düşərək evi qanusuz ələ keçirmişdir. Cavabdeh hətta evə dair mülkiyətçiyə məxsus sənədləri belə ona verməkdən imtina edərək qanunsuz olaraq özündə saxlamışdır. İddiaçı cavabdehdən xüsusi mülkiyyətində olan evdən çıxmasını dəfələrlə tələb etsə də cavabdeh buna heç bir məhəl qoymayaraq iddiaçının mülkiyyət hüququnu pozmaqda davam edir. Belə ki, Sumqayıt Şəhər Məhkəmsinin 07 aprel 2023-cü il tarixli qətnaməsi ilə onun iddiası əsasında cavabdeh İddiaçıya məxsus Sumqayıt şəhəri Azərbaycan dəmir yolu yük həyəti ünvanında verləşən 0.0451 hektar torpaq sahəsində inşa olunmuş evdən çıxarılsın və həmin ev iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. Sumqayıt Apellasiya Məhkəməsinin xx.xx.2024-cii ii tarixli qərarı ilə Sumqayıt Şəhəri Məhkəmsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin qərarı ilə də Sumqayıt Şəhər Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Nəzərə alır ki, artıq iddiaçı cavabdehin qanunsuz əməlləri nəticəsində xx.xx.2021-ci ildə öz mənzilindən məhrum olmuşdur. Qüvvədə olan məhkəmə qətnamələrinə baxmayaraq cavabdeh süni şəkildə məhkəmələrə iddialar verərək qüvvədə olan qətnamələrin icrasına maneəçilik törədir. Nəzərə alır ki, həmin ərazidə eyni şəraitə uyğun kirayə haqqı 300 AZN təşkil edir. Cavabdehin qanunsuz, mənim evimi zəbt etməsinə görə iddiçıya 16800 manat zərər dəyib, çünki iddiaçı həmin müddətdə məcburiyyətdən 3-cü qrup əlil uşağı ilə kirayədə qalmışdır. Cavabdehin iddiasına gəldik də isə təmamilə yazdıqları yalandır. Evin mübahisəsinə dair artıq məhkəmə qərarları var. Cavabdehin iddiasının yalan olduğunu bir daha aşağıdakılar sübut edir. Sumqayıt Şəhər Məhkəməsində onun iddiaçı olduğu araşdırılan zaman cavabdeh və nümayəndəsi izahatlarında bildirmişlər ki, torpaq sahələrində yerləşən yaşayış sahəsi üçün 20 min manat məbləğində pul xərclənmişdir, hazırki iddia əizələrində isə həmin məbləği 27000 manat məbləğində qeyd elmişlər. 13 min manat məbləğində pulun X5 ödəməsi barədə iddia etsə də nə əvvəlki məhkəmələr də nə də halhazırdakı iddialarda heç bir sübut təqdim eləməmişdir. İddia ərizəsində qeyd edir ki, guya o, heyvandarlıqla məşğul olur guya ferması olmuş və həmin fermanı 90 min manata satmışdır. Nəzərə çatdırır ki, həmin iddianı o, onun iddiası üzrə işə baxılarkən desə də buna dair heç bir sübut təqdim edə bilməmişdir və həmin dəlillərin sübut edilə bilməməsi barədə məhkəmə qətnamələri var. Onun iddiaları üzrə gedən proseslərdə də həmin evin ona məxsus olması, anasının ona bağışladığı evi satıb, həmin evi almağı tam sübuta yetmişdir. İmişli Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2(036)-620/2025 saylı qətnaməsi ilə (hakim Orxan Mahmud) ilkin iddia və qarşılıqlı iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini onunla əsaslanırmışdır ki, iddiaçının təqdim etdiyi sübutlarla iddia tələbi sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş şahidlərdən məhkəmə iclasında şahid X7 izahatında bildirmişdirdi ki, o, iddiaçının qardaşı olduğunu və iddiaçının sifarişi pul müqabilində həmin evdə təmir işlərini görməsini bildirsə də, ona nə qədər pul verməsini xatırlamadığını bildirmişdir. Digər şahidlər X10 təmir işləri müqabilində 3700 manat məbləğində pulun, şahid X4 350 manat məbləğində pulun, X13 isə 720 (yeddi yüz iyirmi) manat məbləğində pulun verilməsini bildirsələr də, onlar iddiaçının tanışları olduqlarına, ödəmə və aralarında iddiaçı ilə hər hansı yazılı və ya şifahi şəkildə müqavilə bağlanması bərədə heç bir sübut təqdim etmədiklərinə görə məhkəmə şahidlərin ifadələrinə tənqidi yanaşmaqla, hesab edir ki, həmin ifadələr mötəbər sübut kimi qəbul edilərək, iddia tələbinin qismən təmin edilməsinin yeganə əsası kimi çıxış edə bilməz. Eyni zamanda iddiaçı tərəfindən də ödəmə barədə və şahidlərlə aralarında hər hansı yazılı və ya şifahi şəkildə müqavilə bağlanması bərədə sübut təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, şahid ifadələri və onların tərtib etdiyi akta iddiaının təmin əsası ola bilməz. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə işə baxarkən işin hallarını tam, hərtərəfli və obyektiv alaraq araşdırmamış, təqdim edilmiş düzgün qiymət verməmişdir. Tanışlıqları yarandıqdan sonra faktiki nikah münasibətlərində olmuşlar. Bir müddətdən sonra o, Sumqayıt şəhərinə köçmək istədikdə Cavabdeh da onunla Sumqayıt şəhərinə köçmək qərarına gəlmişdir. Sumqayıt şəhərinə köçdükdən sonra yaşayacaqları bir evə sahib olmaq üçün iddiaçı maklerlər vasitəsi ilə torpaq sahəsi almaq fikrində olmuş və bu məqsəd ilə də İmişli rayonunda yerləşən mal-qara fermasını satmaq qərarına gəlmiş və həmin fermanı 90.000 manata satdıqdan sonra Sumqayıt şəhərinə gəlmiş, bundan sonra iddiaçı Sumqayıt şəhərində yaşayış yeri almaq üçün X9 ilə tanış olmuşdur. Nazim, arvadı X2 adına olan və Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0.0451 ha olan torpaq sahəsi iddiaçıya satmaq üçün xx.xx.2017-ci il tarixdə AN-İ № ******* saylı alqı-satqı müqaviləsi imzalayaraq, müqavilə Cavabdeh adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi üçün 50.000 manat məbləğində pul notariusun bank hesabına, 13.000 manat məbləğində pul isə X3 özünə ödənilmişdir. Qeyd edilən torpaq sahəsi üçün ümumilikdə 63.000 manat məbləğində pul onun tərəfindən ödənilmiş, torpaq sahəsində yerləşən yaşayış sahəsi üçün isə 27.900 manat məbləğində pul xərclənmişdir. Qeyd etmək istəyir ki, Cavabdeh tibb bacısı vəzifəsində işləməklə qeyd edilən daşınar və daşınmaz əmlakları almağa maddi imkanı olmamış, əmlakların hamısı onun tərəfindən təmin edilmişdir. 2017-ci ildən 2020-ci il tarixədək qeyd edilən torpaq sahəsində inşa edilmiş evdə birlikdə yaşadıqdan sonra Cavabdeh evi tərk etmiş və bir daha geri qayıtmamışdır. Cavabdeh həmin evi almağa maddi imkanı olmamışdır. Cavabdeh ona qarşı “mənzildən çıxarılma” tələbinə dair iş Sumqayıt şəhər Məhkəməsində olmuş və 2(060)-324/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, o, qarşılıqlı iddia ilə Cavabdeh qarşı “müqavilənin etibarsızılığına” dair Sumqayıt şəhər Məhkəməsində olmuş və 2(060)-5359/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bu qətnamə onun evə çəkdiyi xərci tələb etmək hüququndan məhrum etmir. Həmin pulları şahidlərin iştirakı ilə vermişdir. Evin bütün xərclərini çəkmişdir. Lakin məhkəmə əsassız olaraq onun iddiasını təmin etməmişdir. Cavabdeh qarşılıqlı iddia verərərək məhkəmənin fikrini başqa istiqamətə aparmaq istəyir. Onun ümumiyyətlə qarşılıqlı iddiasının əsası yoxdur. İlk iddia əsaslı iddiadır. Məhkəmə sübutlarla bağlı əsassız nəticəyə gəlmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı İmişli rayon Məhkəməsinin e-2(036)-620/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya baxışında iştirak edən Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, iddiaçının mübahisəli evin həyətinə beton tökməsi ilə bağlı xərc çəkməsini qəbul etdiyini, lakin həmin betonun bugünədək dəfələrlə yeniləndiyini bildirmiş, buna görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək, İmişli rayon Məhkəməsinin e- 2(036)-620/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən qətnamə həmin hissədə əsaslılığı yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquq və vəzifələrin yaranmasına əsasdır. Maddə 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas nolmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2.-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Maddə 1092.1.1.-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; Maddə 1092.1.2.-ci maddəsinə əsasən əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Maddə 1092.2.-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1092.3.-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını, birinci instansiya məhkəməsinin qətnaməsini, apellyasiya şikayətində göstərilən dəlilləri və proses iştirakçılarının izahatlarını hərtərəfli təhlil edib sübutları qarşılıqlı əlaqədə qiymətləndirməklə belə qənaətə gəlir ki, İmişli Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, e-2(036)-620/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv olunmalı, ilk iddia tələbi qismən təmin olunaraq Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0,0451 ha olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinin həyətinə beton tökülməsi üçün çəkilmiş xərc olaraq 2205 (iki min iki yüz beş) manat Cavabdeh İddiaçı xeyrinə tutulmalı, ilk iddia qalan hissədə rədd olunmalıdır. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər arasında mübahisə Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evinə təmir tikinti işlərinə xərclənmiş pul tələbi ilə bağlıdır. İlk iddiaçı bildirir ki, 2017-ci ildə ona məxsus fermanı satmış, həmin il Sumqayıt şəhərində cavabdehin adına torpaq sahəsi almış, torpaq sahəsini almaq üçün 13000 manat nağd olaraq beh də vermiş, 50000 manat da notariat qaydada vermiş, cavabdehlə iki ilə yaxın bir yerdə yaşamış, mübahisəli evə xərcləmiş olduğu pul 27900 manat təşkil edir, sonda iddiaçı ümumi məbləği 40000 manat pulun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddiaçının tələbini qəbul etmir, göstərir ki, cavabdeh heç bir yerdə işləməyib, onunla faktiki nikah münasibətində olmuş, 2017-2021-ci illərdə bir yerdə yaşamış, iddiaçının təmir xərci çəkdiyini iddia etdiyi Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0,0451 ha olan torpaq sahəsində yerləşən fərdi yaşayış evini təmir və hazır şəkildə almışdır. İddiaçı fərdi yaşayış evinin həyətinə beton tökülməsindən başqa xərc çəkməmişdir. İşin müəyyən edilmiş və mübahisələndirilməyən hallarına görə, Cavabdeh ilə İddiaçı arasında 2017-ci ildən bir neçə il birgə qeyri-rəsmi nikah münasibətləri yaranmışdır. Cavabdeh ilə X6 arasında bağlanmış xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0,0451 hektar olan torpaq sahəsini 50000 manata Cavabdeh satılmışdır. Həmin torpaq sahəsi xx.xx.2015-ci il tarixdə iddiaçının xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmışdır. Qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2023- cü il tarixli, 2(060)-5359/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli və AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və Cavabdeh adına Azərbaycan Respublikası Əmlak X8 yanında DƏDRX-də **********34 reyestr nömrəsi ilə qeydə alınmış çıxarışın ləğv edilməsinə dair iddia tələbi rədd edilmişdir. Qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-324/2023 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı Cavabdeh məxsus olan Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” ünvanında yerləşən 0,0451 hektar torpaq sahəsində inşa olunmuş evdən çıxarılması və həmin evin iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. İddiaçı iddiasının əsası kimi cavabdehin əsassız varlanmasını qeyd etmiş, sübut qismində şahid ifadələri, qiymətləndirmə rəyi, qaimə və arayış təqdim etmişdir. Apellyasiya baxışında fərdi yaşayış evində konkret hansı işlərin görülməsi ilə bağlı hallar araşdırılarkən ilk iddiaçı həyətə beton tökülməsi, yaşayış evinin çöl divarının suvaq və fasadı, hasarın inşa edilməsi, ağacların əkilməsi üçün xərc çəkdiyini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası məhkəmə qiymətlənldirmə ekspertizası təmin etmiş, "xxxx" MMC tərəfindən verilən qiymətləndirmə hesabatından məlum olur ki, Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0,0451 ha olan torpaq sahəsində yerləşən fərdi yaşayış evində və torpaq sahəsində 2017-ci ildən sonrakı dövrdə aparılmış yaxşılaşdırma, təmir və ya yenidənqurma işlərinə çəkilən xərcin hazırkı dəyəri 27000 (iyirmi yeddi min) manat təşkil edir. Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0,0451 ha olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yaxşılaşdırmadan sonra hazırkı bazar dəyəri 92000 (doxsan iki min) manat, yaxşılaşdırmadan əvvəlki bazar dəyəri isə 73600 (yetmiş üç min altı yüz) manat təşkil edir. Həyətə beton tökülməsi üçün 2205.4 manat, yaşayış evinin çöl divarının suvaq və fasadı üçün 2592 manat, hasarın inşa edilməsi üçün 7131 manat, ağacların əkilməsi üçün 250 manat xərc çəkilmişdir. İşin apellyasiya baxışında cavabdeh tərəf iddiaçının beton tökülməsi üçün xərclər çəkməsi faktını qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, ilk iddia tələbi bu hissədə təmin olunmalı, "xxxx" MMC tərəfindən verilən qiymətləndirmə hesabatında həyətə beton tökülməsi üçün çəkilmiş xərc olaraq göstərilmiş 2205.4 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Kollegiya digər hissədə ilk iddia tələbi sübut olunmadığı üçün rədd olunması qənaətinə gəlir. Belə ki, məhkəmə tərkibi sübutları qiymətləndirərkən qeyd edir ki, ilk iddiaçının məhkəməyə təqdim etdiyi sübutlar mötəbər sayıla bilməz. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahidlərdən X7 qeyd edir ki, o, iddiaçının qardaşı olduğunu və iddiaçının sifarişi pul müqabiləndə ilə həmin evdə təmir işlərini görməsini bildirsə də, ona nə qədər pul verməsini xatırlamadığını bildirmişdir. Digər şahidlər X10 təmir işləri müqabilində 3700 manat məbləğində pulun, şahid X4 350 manat məbləğində pulun, X13 isə 720 (yeddi yüz iyirmi) manat məbləğində pulun verilməsini bildirsələr də, onlar iddiaçının tanışları olduqlarına, ödəmə və aralarında iddiaçı ilə hər hansı yazılı və ya şifahi şəkildə müqavilə bağlanması bərədə heç bir sübut təqdim etmədiklərinə görə məhkəmə şahidlərin ifadələrinə tənqidi yanaşmaqla, hesab edir ki, həmin ifadələr mötəbər sübut kimi qəbul edilərək, iddia tələbinin qismən təmin edilməsinin yeganə əsası kimi çıxış edə bilməz. Eyni zamanda, iddiaçı tərəfindən də ödəmə barədə və şahidlərlə aralarında hər hansı yazılı və ya şifahi şəkildə müqavilə bağlanması bərədə sübut təqdim edilməmişdir. Bundan başqa şahid ifadələrinin mötəbər sübut kimi qəbul edilməməsinin digər bir səbəbi də ondan ibarətdir ki, iddiaçı tərəfindən həmçinin şahidlər Ruslan Pənahov, Azər Həsənov, Vaqif Cəfərov və Aqşin Paşayevin imzaları ilə təsdiq edilmiş aktda onlar Sumqayıt şəhəri,“Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0.0451 ha olan torpaq sahəsində yerləşən yaşayış sahəsinin 2017-ci ildən İddiaçı istifadəsində olmasını, yaşayış sahəsində ondan başqa şəxs və ya şəxslər olmamasını bildirsələr də, məhkəmə iclasında X4 2021-ci ildən iddiaçı ilə qonşu olduğunu və 4 ildir ki, orada yaşadığını, X10 və Anar Əkbər oğlu isə aktda göstərdiklərinin əksinə olaraq cavabdeh Həsənov Cavabdeh həmin evdə yaşamasını gördüklərini bildirmişlər. İddiaçı tərəfindən bu ziddiyyətləri aradan qaldıran hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən iş materiallarında olan 0159474, 0159475, 0159477, ******* saylı qaimə fakturaların üzərində “kimdən” xanasında “Laçın İnşaat” göstərilsə də, “kimə” xanasında heç bir yazı mövcud deyil. Həmçinin, qaimələrdə “təhvil verdi” və “təhvil aldı” xanasında imzalar olsa, imzaların kimə məxsus olması qeyd edilməmişdir. Qaimələrdə olan möhürlər isə oxunmadığı üçün kimə məxsus olması müəyyən edilmir. Eyni zamanda qaimlərin tarixləri müvafiq olaraq xx.xx.2018-ci il, xx.xx.2019-cü il, xx.xx.2020-ci il, xx.xx.2023-cü il göstərilmişdir, lakin nömrələri 0159474, 0159475, 0159477, ******* ardıcıllıqla qeyd edilmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan 5 ildən artıq müddətdə ardıcıl nömrələrlə qaimlərin məhz iddiaçıya verilməsinin iddia edilməsi və yuxarıda qeyd edilən digər səbəblər həmin qaimlərin mötəbər sübut kimi qəbul edilməsini mümkün etmir. Yuxarıda göstərilənləri nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçıya yalnız 2.205 manat məbləğində dəymiş maddi ziyanın mövcudluğu cavabdehin etirafı ilə öz təsdiqini tapmış, qalan hissədə isə cavabdehin evində təmir işləri aparmasını, bu səbəbdən isə ona maddi ziyan dəyməsini sübut edə bilməmişdir. İlk iddiaçının «tutmanın Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0.0451 ha olan torpaq sahəsinə yönəldilməsi» barədə tələbi də təmin oluna bilməz. Belə ki, həmin əmlakla bağlı tərəflər arasında öhdəliyinin icrasının təmin edilməsi üsulu olaraq hər hansı bir əqd (ipoteka müqaviləsi) mövcud deyil. Bu səbəbdən, iddianın qalan hissədə təmin edilməsi üçün hüquqi və faktiki əsaslar yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd edilən prinsip, hüquq sisteminin ən əsas prinsiplərindən biri olan “sübutetmə yükü” prinsipini özündə əks etdirir. Bu prinsipə əsasən, hər bir tərəf öz irəli sürdüyü iddiaların və ya qarşı tərəfə yönəltdiyi etirazların hüquqi əsasını sübut etmək vəzifəsini daşıyır. Bu, məhkəmə mübahisələrinin ədalətli şəkildə həll olunması üçün zəruri bir mexanizmdir. Sübutetmə yükü prinsipi yalnız tərəflərin öhdəliklərini deyil, həm də məhkəmənin funksiyasını müəyyən edir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutları obyektiv və qərəzsiz şəkildə dəyərləndirir. Sübutların mötəbərliyini, əlaqəliliyini və kifayətliliyini yoxlayır. Eyni zamanda, məhkəmə tərəflərin sübutetmə öhdəliyini yerinə yetirib-yetirmədiyini qiymətləndirir. Bundan başqa, ilk İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2025-ci tarixdə təqdim etdiyi ərizəyə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Beləliklə, Kollegiya hesab edir ki, cavabdeh tərəfin ilk iddianı qismən etiraf etməsi qəbul edilmiş qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsini zəruri edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.-ci maddəsinə əsasən Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Odur ki, məhkəmə kollegiyası işin yuxarıda göstərilən halları, təqdim edilmiş sübutlar, izahatları və tətbiq ediləcək hüquq normalarını nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, e-2(036)-620/2025 saylı qətnaməsi qismən mübahisələndirilən hissədə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, 2205 (iki min iki yüz beş) manat Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1.-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.3, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə t e t d i: İlkin iddia üzrə iddiaçı tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2(036)-620/2025 saylı qətnaməsi qismən mübahisələndirilən hissədə ləğv edilsin. İlk iddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2205 (iki min iki yüz beş) manat pul tutulsun. İlk iddia qalan hissədə rədd olunsun. Qətnamədən tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1322/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1322/2025
14.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver