Məhkəmə qərarları › İş №2(106)-134/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-134/2023

12.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-134/2023 12.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Tale Suliddin oğlu Kərimov və Tofiq Xudayar oğlu Heydərovdən ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, İddiaçı, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Kürdəmir Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, iddiaçı Nəsirova (Şükürova) Leyla Əslan qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Kürdəmir Rayon Məhkəməsinin (hakim M.Bayramov) 18 fevral 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 150 manat dəyərində şifoner, 90 manat dəyərində taxt, 70 manat dəyərində trümo, 100 manat dəyərində 2 ədəd tumba, 150 manat dəyərində servant, 150 manat dəyərində stol, 160 manat dəyərində 6 ədəd stul, 100 manat dəyərində jurnal stolu, 700 manat dəyərində Yevrolüks paltar yuyan, 600 manat dəyərində LD televizor, 100 manat dəyərində duxovka, 40 manat dəyərində mikser, 60 manat dəyərində elektrik ət çəkən maşın, 250 manat dəyərində 3 ədəd xalça, 80 manat dəyərində televizor altı, 120 manat dəyərində 18 ədəd güllü boşqab dəsti, 60 manat dəyərində 48 ədəd müxtəlif boşqablar, 35 manat dəyərində 24 ədəd stəkan nəlbəki, 150 manat dəyərində qaşıq, bıçaq, çəngəl, qazan dəsti və s. 160 manat dəyərində tozsoran, 70 manat dəyərində blendr, 60 manat dəyərində ütü stolu, 150 manat dəyərində çil-çıraq, 50 manat dəyərində ütü (vestel), 120 manat dəyərində 5 ədəd çuğun və ağ qazan, 150 manat dəyərində 7 ədəd nikkel qazan, 30 manat dəyərində 2 ədəd padnos, 50 manat dəyərində 2 ədəd gecə lampası, 40 manat dəyərində böyük ağ qazan, 40 manat dəyərində tefal çaydan, 25 manat dəyərində 12 ədəd meyvə bıçaqları, 100 manat dəyərində 12 ədəd qətvə dəsti, 100 manat dəyərində 12 ədəd billur (xrustal) bakal, 30 manat dəyərində 1 ədəd böyk güldan, 50 manat dəyərində kofemolkadan ibarət gehiz əşyaları, 250 manat dəyərində telefon-A-6, 540 manat dəyərində Redmi-PCO telefonlar, 350 manat dəyərində 16 ədəd şalvar, 400 manat dəyərində 27 ədəd köynək,200 manat dəyərində qırmızı palto, 60 manat dəyərində cins gödəkcə, 40 manat dəyərində nazik balonka, 200 manat dəyərində 2 ədəd cins pencək, 140 manat dəyərində uzunboğaz çəkmə, 45 manat dəyərində krassovka, 40 manat dəyərində dəri jaket, 150 manat dəyərində 3 ədəd çanta, 60 manat dəyərində güllü ətək yubka, 70 manat dəyərində dəri pencək, 25 manat dəyərində ətək yubka bənövşəyi, 45 manat dəyərində mavi don, 100 manat dəyərində yaşıl kostyum, 35 manat dəyərində uzun jaket, 250 manat dəyərində 5 ədəd ayaqqabı, 85 manat dəyərində ağ don, 85 manat dəyərində gödəkcə, 100 manat dəyərində sapaşki, 150 manat dəyərində uzun balonka kurtka, 25 manat dəyərində qəhvəyi ətək, 80 manat dəyərində qara don, 110 manat dəyərində 2 ədəd idman geyimi, 100 manat dəyərində uzun balonka, 30 manat dəyərində nazik jaketdən ibarət paltarlar və digər aksesuarlar, 2800 manat dəyərində komplekt (üzük, sırğa, qolbaq, zəncir), 700 manat dəyərində nişan üzüyü tək qaşlı, 250 manat dəyərində toppuzlu üzük, 250 manat dəyərində sadə nazik üzük, 350 manat dəyərində halqa sırğa, 1970 manat dəyərində tros qalın sep, qolbaq, 600 manat dəyərində tros zəncir, 250 manat dəyərində 1 ədəd klon, 200 manat dəyərində uşaq sırğası, 300 manat dəyərində nazik sepdən ibarət qızıl-zinət əşyalarının özlərinin, özləri olmadıqda isə onların pulla dəyəri 15675 (on beş min altı yüz yetmiş baş) manatın alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. İşinhalları Cavabdeh1 ilə İddiaçı xx.xx.2012-ci ildən nikahda olmuşlar. Bu nikahdan 2 uşaqxx.xx.2014-cü il təvəllüdlü Əli, xx.xx.2019-cu il təvəllüdlü Asu doğulmuşdur. Nikah Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, cavabdehlərin evində qalan və ona məxsus olan cehiz, geyim və qızıl-zinət əşyalarının alınması, onlar olmadıqda cehiz əşyalarının dəyərini təşkil edən 4200 manatın, geyim əşyalarının dəyərini təşkil edən 2975 manatın, 2 ədəd hədiyyə telefonun dəyərini təşkil edən 790 manatın eləcə də qızıl-zinət əşyalarının dəyərini təşkil edən 9150 manatın xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı aşağıdakı əşyalarını tələb etmişdir: 150 manat dəyərində şifoner, 90 manat dəyərində taxt, 70 manat dəyərində termo, 100 manat dəyərində 2 ədəd tumba, 150 manat dəyərində servant, 150 manat dəyərində stol, 160 manat dəyərində 6 ədəd stul, 100 manat dəyərində jurnal stolu, 700 manat dəyərində Yevrolüks paltar yuyan, 600 manat dəyərində LD televizor, 100 manat dəyərində duxovka, 40 manat dəyərində mikser, 60 manat dəyərində elektrik ət çəkən maşın, 250 manat dəyərində 3 ədəd xalça, 80 manat dəyərində televizor altı, 120 manat dəyərində 18 ədəd güllü boşqab dəsti, 60 manat dəyərində 48 ədəd müxtəlif boşqablar, 35 manat dəyərində 24 ədəd stəkan nəlbəki, 150 manat dəyərində qaşıq, bıçaq, çəngəl, qazan dəsti və s. 160 manat dəyərində tozsoran, 70 manat dəyərində blendr, 60 manat dəyərində ütü stolu, 150 manat dəyərində çil-çıraq, 50 manat dəyərində ütü (vestel), 120 manat dəyərində 5 ədəd çuğun və ağ qazan, 150 manat dəyərində 7 ədəd nikkel qazan, 30 manat dəyərində 2 ədəd padnos, 50 manat dəyərində 2 ədəd gecə lampası, 40 manat dəyərində böyük ağ qazan, 40 manat dəyərində tefal çaydan, 25 manat dəyərində 12 ədəd meyvə bıçaqları, 100 manat dəyərində 12 ədəd qətvə dəsti, 100 manat dəyərində 12 ədəd billur (xrustal) bakal, 30 manat dəyərində 1 ədəd böyük güldan, 50 manat dəyərində kofemolkadan ibarət cehiz əşyaları, 250 manat dəyərində telefon-A-6, 540 manat dəyərində Redmi-PCO telefonlar, 350 manat dəyərində 16 ədəd şalvar, 400 manat dəyərində 27 ədəd köynək, 200 manat dəyərində qırmızı palto, 60 manat dəyərində cins gödəkcə, 40 manat dəyərində nazik balonka, 200 manat dəyərində 2 ədəd cins pencək, 140 manat dəyərində uzunboğaz çəkmə, 45 manat dəyərində krassovka, 40 manat dəyərində dəri jaket, 150 manat dəyərində 3 ədəd çanta, 60 manat dəyərində güllü ətək yubka, 70 manat dəyərində dəri pencək, 25 manat dəyərində ətək yubka bənövşəyi, 45 manat dəyərində mavi don, 100 manat dəyərində yaşıl kostyum, 35 manat dəyərində uzun jaket, 250 manat dəyərində 5 ədəd ayaqqabı, 85 manat dəyərində ağ don, 85 manat dəyərində gödəkcə, 100 manat dəyərində sapaşki, 150 manat dəyərində uzun balonka kurtka, 25 manat dəyərində qəhvəyi ətək, 80 manat dəyərində qara don, 110 manat dəyərində 2 ədəd idman geyimi, 100 manat dəyərində uzun balonka, 30 manat dəyərində nazik jaketdən ibarət paltarlar və digər aksesuarlar, 2800 manat dəyərində komplekt (üzük, sırğa, qolbaq, zəncir), 700 manat dəyərində nişan üzüyü tək qaşlı, 250 manat dəyərində toppuzlu üzük, 250 manat dəyərində sadə nazik üzük, 350 manat dəyərində halqa sırğa, 1970 manat dəyərində tros qalın sep, qolbaq, 600 manat dəyərində tros zəncir, 280 manat dəyərində halqa sırğa, 350 manat dəyərində 2 ədəd klon, 300 manat dəyərində qolbaq, 250 manat dəyərində bilərzik, 250 manat dəyərində 1 ədəd klon, 200 manat dəyərində uşaq sırğası, 300 manat dəyərində nazik sep və 300 manat dəyərində 1 ədəd üzük. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus əmlak cavabdehlərin qanunsuz sahibliyindədir. İddiaçı ərizəsində göstərmişdir ki, Cavabdeh2 onun doğma xalası, digər Cavabdeh1 isə xalası oğludur. Qohumların qarşılıqlı razılaşmalarının nəticəsi olaraq xx.xx.2012-ci il tarixdə xalası oğlu Cavabdeh1la el adəti üzrə toy edərək ailə həyatı qurmuşdur. Toydan sonra bir müddət xalasıgildə yaşamış, hərbidə gizir vəzifəsində işləyən xalası oğlu bir neçə məkanda qulluq etdikdən sonra nəhayət Bərdə rayonunda yerləşən N saylı hərbi hissədə qulluqda olmuşdur. Əri müxtəlif məkanlarda qulluq etmək üçün tez-tez yerini dəyişdiyindən, toy zamanı ona hədiyyə edilmiş eləcə də qız vaxtı özünə məxsus olan müxtəlif qızıl-zinət əşyaları cavabdeh xalasında qalırdı. Xeyli müddət sonra əri ilə aralarında olan ailə münasibətləri cavabdehin ona xəyanət etməsi nəticəsində get-gedə soyumağa, son nəticədə isə münaqişələrə səbəb olmağa başlamışdır. Aprel-may aylarında əri səbəbsiz olaraq onu döymüş, iki körpə balasını da zorla əlindən alaraq bir dəst paltarla evdən qovmuşdur. Ailə münasibətləri bərpa olunmaz həddə çatdıqdan sonra nikahın xitamı və uşaq tələbi ilə bağlı rəsmi olaraq Kürdəmir Rayon Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə iddiaçının özündə olan telefon vasitəsi ilə başqa şəxslə danışaraq həmin şəxsi oğlunun ad gününə dəvət etməsinə görə aralarında söz söhbət yaranmış, buna görə iddiaçının valideynlərini evlərinə çağıraraq onun hərəkətləri və telefon vasitəsi ilə başqa səxslə gizlin əlaqə yaratmasını onlara dedikdən sonra iddiaçının valideynləri iddiaçını özləri ilə birlikdə evlərinə aparmışdır. İddiaçı gedərkən özünə məxsus qızıl-zinət əşyalarını və lazım olan digər əmlakını böyük bir sumkaya yığıb özü ilə aparmışdır. O, iddiaçını heç vaxt döyməmişdir. İddiaçıya məxsus olan qızılların hamısı onun özündə olmuşdur. Anası onların ailə daxili işlərinə qarışmamış və iddiaçıya məxsus qızıllar heç vaxt anasında olmamışdır. İddiaçı istədiyi vaxt həmin cehiz və geyim paltarlarını götürə bilər, qızıl-zinət əşyaları isə onlarda deyil. Ona görə də iddia tələbinin cehiz və geyim paltarları hissəsində təmin edilməsi, qızıl-zinət əşyaları hissəsində təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı gedərkən özünə məxsus qızıllarını və bəzi əşyalarını böyük bir sumkaya yığaraq özü ilə aparmışdır. İddiaçı özünə məxsus qızılları heç vaxt ona verməmişdir, qızıllar həmişə iddiaçının özündə olmuşdur. Cehizləri və geyim paltarlarını isə iddiaçı istədiyi vaxt götürə bilər. Ona görə də iddia tələbinin cehiz və geyim paltarları hissəsində təmin edilməsi, qızıl-zinət əşyaları hissəsində təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 225.2, 666.1-ci maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Qızıl-zinət əşyalarının cavabdehlərin qanunsuz sahibliyində olduğunu sübuta yetirmək vəzifəsi iddiaçının üzərindədir, lakin iddiaçı öz tələbini sübut edə bilməmişdir. Bundan başqa, şikayətə görə, iddiaçı qızıl-zinət əşyalarının miqdarını, dəyərini şişirtmişdir. Belə ki, iddiaçıya toy hədiyyəsi olaraq zinət əşyalarından üzük, sırğa, qolbağ- 750 manat, sep- 500 manat, nişan üzüyü 250 manat olmuşdur. Cavabdeh apellyasiya şikayətində dəqiqləşdirmədə göstərmişdir ki, gəlinə (iddiaçıya) toy hədiyyəsi olaraq 1700 manat dəyərində sirkon qaşlı 585 əyarlı sırğa, üzük, boyunbağı komplekt və 400 manat dəyərində, 585 əyarlı, brilyant qaşlı nişan üzüyü verilmiş, cavabdehin bibisi tərəfindən iddiaçıya toy hədiyyəsi olaraq verilən 585 əyarlı “toppuzlu” üzük isə 250 manat dəyərində olmuşdur. Tərəflərinizahatları Apellyasiya baxışında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini və apellyasiya şikayətinə dəqiqləşdirməni müdafiə edərək, qətnamənin qızıl-zinət əşyalarına dair hissədə ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsini xahiş etmişdir. Nümayəndə izahatında bildirmişdir ki, tərəflər xalaoğlu və xalaqızıdır. İddiaçının kiminləsə telefonla danışdığına görə cavabdeh iddiaçıdan ayrılmışdır. Qeyd olunan qızıl-zinət əşyalarının dəyəri şişirdilmişdir, iddiaçıya əri və onun ailəsi tərəfindən toy hədiyyəsi olaraq 585 əyarlı sırğa, üzük, boyunbağı, sirkon qaşlı 1700 manat dəyərində komplekt və 585 əyarlı brilyant qaşlı 400 manat dəyərində nişan üzüyü verilmiş, cavabdehin bibisi tərəfindən iddiaçıya toy hədiyyəsi olaraq verilən 585 əyarlı “toppuzlu” üzük isə 250 manat dəyərində olmuşdur. Qızılları iddiaçı özü lombarda qoymuşdur. İddiaçı Nəsirova (Şükürova) Leyla Əslan qızı apellyasiya şikayətinin dəlillərinə öz etirazını bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, sentyabr ayında əri onu döydüyünə görə valideynləri gəlib onu ər evindən aparmışlar. Həmin vaxt əşyalarını götürməmişdir. Sonradan gedib əşyalarını götürmüşdür. Lakin qızıl-zinət əşyaları qayınanasında qalmışdır. Digər Cavabdeh2 apellyasiya baxışında iştirak etməmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsini xahiş etsə də mahiyyətcə qətnaməni qızıl-zinət əşyalarının tutulmasına dair hissədə mübahisələndirmişdir. Ona görə də Kollegiya işə apellyasiya şikayəti həddində baxır. İşin faktiki hallarından görünür ki, iddiaçı və cavabdeh xx.xx.2012-ci ildən nikahda olmuşlar. Bu nikahdan 2 uşaq doğulmuşdur. Onların ailə münasibətləri pozulmuş və tərəflər arasında olan nikah Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Qətnamə qızıl-zinət əşyalarının tutulmasına dair hissədə mübahisələndirilmişdir. İddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən əmlakını tələb etmişdir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tələb edilən qızıl-zinət əşyalarının mövcudluğunu, onun iddiaçıya məxsusluğunu, onların fərdi əlamətlərini, cavabdehlə (cavabdehlərlə) birgə yaşadıqları müddətdə və bu münasibətlərə son qoyulduqdan sonra cavabdehlərə məxsus evdə saxlandığını, hazırda cavabdehlərin qanunsuz sahibliyində qaldığını sübut etmə yükü iddiaçının üzərindədir. Əmlak tələbi barədə iddianı təmin etmək üçün aşağıdakı şərtlərin ödənilməsi lazımdır: əmlak üzərində iddiaçının mülkiyyət hüququnun olması, iddiaçının əmlak üzərindəki faktiki sahibliyinin itirilməsi, tələb edilən əşyaların digər eynicinsli əşyalardan fərdi-müəyyən əlamətlərlə seçilməsi (konkretləşdirilməsi), tələb edilən əşyaların faktiki olaraq cavabdehin qanunsuz sahibliyində olması. Bu şərtlərdən hər hansı birinin ödənilməməsi iddianı rədd etmək üçün kifayət edir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə qənaətə gələrkən hesab etmişdir ki, iddiaçı tələbini əsaslandıra və sübuta yetirə bilmişdir. Kollegiya hesab edir ki, mübahisələndirilən hissədə iddiaçı öz tələbini kifayət qədər əsaslandıra bilməmişdir. Birinci instansiya məhkəməsi, yalnız iddiaçının izahatını və onun təqdim etdiyi mütəxəssis arayışını əsas tutub iddianı təmin etmişdir. Kollegiya, mübahisələndirilən hissədə qətnaməni əsaslı saymır və iddia tələbi ilə bağlı aşağıdakıları bildirir. İddiaçı qızıl-zinət əşyalarının üzərində qanuni sahibliyinin itirildiyini, qızıl əşyaların cavabdehdə qaldığını bildirmiş, cavabdeh tərəf bu halı etiraf etməmişdir. Cavabdeh həm apellyasiya şikayətində həm də apellyasiya baxışında izahatında bildirmişdir ki, iddiaçı tələbində qızıl-zinət əşyalarının miqdarını, dəyərini şişirtmişdir. Cavabdeh tərəfin izahatına görə, iddiaçıya toy hədiyyəsi olaraq hədiyyə edilmiş qızıl-zinət əşyalarının dəyəri 1500 manat olmuş, əşyalardan üzük, sırğa, qolbağ- 750 manat, sep- 500 manat, nişan üzüyü 250 manat olmuşdur. Cavabdeh apellyasiya şikayətində dəqiqləşdirmədə göstərmişdir ki, gəlinə (iddiaçıya) toy hədiyyəsi olaraq 1700 manat dəyərində sirkon qaşlı 585 əyarlı sırğa, üzük, boyunbağı komplekt və 400 manat dəyərində, 585 əyarlı, brilyant qaşlı nişan üzüyü verilmiş, cavabdehin bibisi tərəfindən iddiaçıya toy hədiyyəsi olaraq verilən 585 əyarlı “toppuzlu” üzük isə 250 manat dəyərində olmuşdur. İddiaçı cavabdehin etirazına qarşı konkret arqument irəli sürməmişdir. Kollegiya hesab edir ki, iddia ərizəsində sadaladığı zinət əşyalarının ona hədiyyə edildiyini, onun mülkiyyətində olduğunu iddiaçı tam olaraq sübuta yetirə bilməmişdir. Bununla yanaşı, cavabdeh tərəf qızıl-zinət əşyalarına münasibətdə iddianı qismən etiraf etmişdir. Qanunun tələbinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir (MPM-in 106.3-cü maddəsi). Kollegiya hesab edir ki, tərəflərin izahatları, cavabdehin qismən etirafı, iddiaçıya nişan və toy ərəfəsində, yaxud ondan sonra 585 əyarlı qızıldan hazırlanmış sırğa, üzük, qolbağ, zəncirdən ibarət dəstin, 680 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış, brilyant qaşlı nişan üzüyünün, 600 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış tros zəncirin, 250 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış toppuzlu üzüyün hədiyyə edildiyi qənaətinə gəlməyə əsas verir. Tələb edilən qızıl-zinət əşyalarının qiymətlərinə münasibətdə hər iki tərəf öz mövqeyini bildirmişdir. İddiaçı qızıl-zinət əşyalarının qiymətinə dair mütəxəssis arayışını təqdim etsə də öz iddia ərizəsində fərqli qiymətlər göstərmişdir. Cavabdeh tərəfin təqdim etdiyi arayışa görə, 2012-ci ildə (tərəflərin nikah münasibətinə daxil olduğu, yaxud əşyaların hədiyyə edildiyi müddətdə) 585 əyarlı qızıl məmulatının 1 qramının qiyməti 60 manat, 750 əyarlı qızılı qiyməti- 77 manat, brilyant qaşların 1 karatının qiyməti 392 manatdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, mütəxəssis arayışı (arayışları) sübut mənbəyi deyil. Tələb edilən zinət əşyalarının fərdi əlamətləri (forması, təsvirləri, çəkisi, keyfiyyəti və s.) barədə sübut təqdim edilməmişdir. Tərəflərin izahatları və mütəxəssis arayışları tələb edilən zinət əşyaları barədə kifayət qədər dəqiq təsəvvür yaratmağa imkan vermir. Bu baxımdan iddianı iddiaçının tələb etdiyi həddə təmin etmək mümkün deyil. Bununla yanaşı, Kollegiya tələb edilən əşyaların dəyərlərinə münasibətdə tərəflərin izahatlarının, mütəxəssis arayışlarının qismən nəzərə alınmasını məqsədəuyğun sayır. Kollegiya izahatları və iş üzrə digər sübutları nəzərə alaraq belə hesab edir ki, tələb edilən zinət əşyalarını dəyəri aşağıdakı kimi müəyyən edilə bilər: 585 əyarlı qızıldan hazırlanmış sırğa, üzük, qolbağ, zəncir-dən ibarət dəst- 2800 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış, brilyant qaşlı nişan üzüyü- 680 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış tros zəncir- 600 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış toppuzlu üzük 250 manat dəyərində və 585 əyarlı qızıldan hazırlanmış uşaq sırğası 200 manat dəyərində. Tərəflərin izahatları, iddiaçının cavabdehlərlə birgə yaşadığı evdən getmə şəraiti belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı ər evini tərk edərkən sözügedən zinət əşyalarını özü ilə götürməmişdir. Ona görə həmin əşyalar cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qızıl-zinət əşyalarının cavabdehlərdən tutulmasının təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, 2800 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış sırğa, üzük, qolbağ, zəncirdən ibarət dəst; 680 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış, brilyant qaşlı nişan üzüyü; 600 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış tros zəncir; 250 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış toppuzlu üzük və 200 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış uşaq sırğası, onlar olmadıqda isə onların dəyərləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb iddiaçı Nəsirova (Şükürova) Leyla Əslan qızına verilməli, iddia mübahisələndirilən qalan hissədə təmin edilməməlidir. Qətnamə qalan əmlak tələbinə dair hissədə mübahisələndirilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olmadığı halda qətnamədən kassasiya qaydasında şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 2(041)11/2022 saylı qətnaməsi qızıl-zinət əşyalarının cavabdehlərdən tutulmasına dair hissədə ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 2800 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış sırğa, üzük, qolbağ, zəncirdən ibarət dəst; 680 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış, brilyant qaşlı nişan üzüyü; 600 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış tros zəncir; 250 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış toppuzlu üzük və 200 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış uşaq sırğası, həmin əşyalar olmadıqda onların dəyəri alınıb Nəsirova (Şükürova) Leyla Əslan qızına verilsin. İddia qalan mübahisələndirilən hissədə təmin edilməsin. Qətnamə digər əmlak tələbinə dair hissədə mübahisələndirilməmişdir. Mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olmadığı halda qətnamədən kassasiya qaydasında şikayət verilə bilər. Sədrlik edən İlham Əsədov Hakimlər Tale Kərimov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar