Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1353/2023 11.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlak tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)519/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə 11 sentyabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1800 manat dəyərində 20 qarmlıq 585 əyyarlı boyunbağı, qolbaq, üzük və sırğadan ibarət kolye dəsti, 450 manat dəyərində 5 qarmlıq 585 əyyarlı qolbaq, 270 manat dəyərində 3 qarmlıq 585 əyyarlı nişan üzüyü və 135 manat dəyərində 1,5 qramlıq 585 əyyarlı üzükdən ibarət qızıl-zinət əşyalarının, 1170 manat dəyərində “BOSCH KGM36VLEA” modelli soyuducunun, 467 manat dəyərində paltaryuyan maşının və ya onların dəyərinin, həmçinin mediasiya ilə bağlı ödənilmiş 105 manat, məhkəmə rüsumuna görə ödənilmiş 17 manat, qızılla bağlı mütəxəssis rəyinə görə ödənilmiş 50 manat pulun müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1la ilə nikahlarını 18 avqust 2022-ci il tarixdə Masallı Rayon Qeydiyyat şöbəsində rəsmi qeyd etdirməklə ailə həyatı qurub valideynlərinə məxsus ünvan 1 ünvanına gəlin köçmüşdür. Toy hədiyyəsi olaraq ona 1800 manat dəyərində 20 qarmlıq 585 əyyarlı boyunbaq, qolbaq, üzük və sırğadan ibarət kolye dəsti, 450 manat dəyərində 5 qarmlıq 585 əyyarlı qolbaq, 270 manat dəyərində 3 qarmlıq 585 əyyarlı nişan üzüyü və 135 manat dəyərində 1,5 qramlıq 585 əyyarlı üzükdən ibarət qızıl-zinət əşyaları, həmçinin müxtəlif adda cehiz əşyaları verilmişdir. 2022-ci ilin sentyabr ayının 29-da cavabdehlər ona cehiz olaraq verilmiş 1170 manat dəyərində soyuducunu və 467 manat dəyərində paltaryuyan maşını satmış, Məhəmməd həmin pul ilə onunla birlikdə İran İslam Respublikasına gedəcəyini bildirmişdir. Hətta orada yaşayacaqlarından ötrü o, nənəsindən borc pul da almışdır. Lakin sentyabr aynın 30-da X12 Respublikasına gedərkən onu özü ilə aparmamış, tək getmiş və həmin vaxt onun orada başqa qadınla evli olmasını bildirmişdir. Buna görə aralarında narazılıq yaranmış və bir neçə gün sonra nənəsi gəlib onu aparmışdır. Evdən gedərkən həmişəlik getmək niyyəti olmadığından, Məhəmmədlə münasibətləri yoluna qoyacağını düşündüyündən özü ilə heç bir şey götürməmişdir. Lakin sonradan Məhəmmədin fikrinin qəti olması aydın olduğundan əşyalarını götürmək üçün müraciət etdikdə, cavabdehlər digər əşyalarını qaytarsalar da, qızıl-zinət əşyalarını verməmiş, paltaryuyan maşınla soyuducunun isə nə dəyərini ödəmiş, nədə əvəzində yenisini alıb vermişdilər. Halbuki, həmin əşyaları ona cehiz olaraq alarkən nənəsi onları nisyə aldığından pullarını hələ də ödəyir. Nəticədə əşyaları cavabdehlərin qeyri-qanuni istifadəsində qaldığından məhkəməyə müraciət etməli, bundan ötrü mediasiya ilə bağlı və məhkəmə rüsumu ödəməli olmuşdur. Odur ki, həmin əmlakların və qızıl-zinət əşyalarının və ya onların dəyərinin, həmçinin ödənilmiş xərclərin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, cehiz əmlakı olan “BOSCH KGM36VLEA” modelli soyuducu və paltaryuyan maşın ondan soruşulmadan satılıb, həmin əmlaklar satılandan sonra təxminən 15-20 gün gəlin köçdüyü evdə yaşmışdır. Keçmiş ərindən əmlaklarının satılmasının səbəbini soruşduqda İran İslam Respublikasına getmək üçün pul lazım olduğunu demişdir. Əmlaklarının satılması ilə bağlı heç bir şey deməmişdir. Buna səbəb ixtiyarı olmamışdır ki, əmlakının satılmasına etirazını bildirsin. Tələb etdiyi satılmış əmlakları satılmamışdan öncə əri ilə İran İslam Respublikasına getmək üçün nənəsigildən 4000 manat pul da almışdılar. Keçmiş əri X12 Respublikasına getdikdən təxminən 15 gün sonra evdən getmişdir. X12 Respublikasına getdikdən sonra da qızıllar evdə olmuşdur. Qızılların hamsı ər-arvadın otağıda saxlanılırdı. Evdə müəyyən narazlıqlar olmuş, telefon vasitəsi ilə axşam anasıgil ilə əlaqə saxlayaraq, onu gəlib aparmalarını demişdir. Həmin vaxt baldızı ilə bir otaqda olmuşdular. Telefon ilə məlumat verdikdən təxminən 25-30 dəqiqə sonra axşam saat 10-11 radələrində gəlib onu aparmışdılar. Nənəsigil onu aparmaq üçün gələn zaman yaranmış vəziyyətə (onun yolla verməmələrinə görə) uca səslə etirazını bildirmişdir. Gəlin köçdüyü evdən təxminən 2022-ci ilin oktyabr ayının 12-13-də çıxmışdır. Evdən çıxanda fikiri birdəfəlik getmək olmamış, sonra tərəflər arasında müəyyən narazlıqlar olmuş, fikiri qətiləşmişdir ki, artıq bir ailə kimi yaşamaqları çətin olacaqdır. Evdən çıxandan bir müddət sonra gəlib cehiz əmlaklarını aparmışdılar. Cehiz əmlaklarını aparmaq üçün, o, gəlməmişdir. Cavabdeh1 Masallı Rayon Polis şöbəsinə şikayət edən zaman qızıl-zinət əşyalarını tələb etməməsinə səbəb ona alınmış qızıl-zinət əşyalarının ayrılarkən ona verilməli olduğunu bilməməsi olmuşdur. Zənn etmişdir ki, həmin əşyaları qarşı tərəf aldığı üçün həmin əşyalar onlara məxsusdur və ona arvadı olduğu üçün vurmaq məqsədi ilə verilmişdir. Ata evindən gətirdiyi qızıl-zinət əşyaları daim üzərində olmuş, bu səbəbdən gedərkən onları aparmışdır. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. İddiaçının vəkili Vəkil1 iddianı müdafiə edərək, bildirdi ki, hədiyyə olaraq alınmış qızılzinət əşyalarının fotoşəkilləri və bununla bağlı CD mütəxəssisə təqdim edilmiş, mütəxəssis tərəfindən həmin qızıl-zinət əşyaları 2655 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh tərəfindən həmin əmlakların 1800 manat məbləğində alınması barədə məhkəməyə təqdim edilmiş məktub sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin əmlakların həqiqətən də qeyd edilən qiymətə satılması barədə sübut yoxdur. Sonda Vəkil1 iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 iddianı qəbul etməyərək, bildirdi ki, tələb edilən cehiz əmlaklar olan “BOSCH KGM36VLEA” modelli soyuducu və paltaryuyan maşın keçmiş arvadı İddiaçı razılığı əsasında satılmışdır. Belə ki, o və keçmiş arvadı İran İslam Respublikasına müəyyən müddət orada yaşamaq üçün getmək istəmişdilər. Bunun üçün pul lazım olmuş, ailənin razılığı əsasında qeyd edilən əyşalar satılmış, pulu götürərək, İran İslam Respublikasına getmiş və orada pul tədricən xərclənmişdir. Əgər ailədə problem olmasa idi, keçmiş arvadını da özü ilə aparacaqdır. Onlara pul lazım olduğu üçün keçmiş arvadının nənəsi gənc ailəyə köməklik üçün 4000 manat pul da bağışlamışdır. Onun özünün də nişan üzüyü yoxdur. Qızıl-zinət əşyaları keçmiş ər-arvadın otağında olmuşdur. İran İslam Respublikasından qayıtdıqdan sonra evdəkilərdən qızılzinət əşyalarını soruşmuş, ona bildirilmişdir ki, keçmiş arvadı gedərkən qızılzinət əşyalarını da aparmışdır. Sonda Cavabdeh1 iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 iddianı qəbul etməyərək, bildirdi ki, keçmiş gəlini gedərkən qızıl-zinət əşyalarını aparmışdır. Gəlin evdən gedən zaman o, yatılı vəziyyətdə olmuşdur. Yuxudan oyandıqdan sonra bilmişdir ki, gəlin gedib. Keçmiş gəlini evdən gedən gün qızı (gəlinin baldızı) ilə bir otaqda olmuşdur. Qızıl qablarına baxan zaman qızılların yerində olmadığını görmüşdür. Qızının gəlinin qızılları götürməsini görübgörməməsini bilmir. Qızıllar 1800 manata alınmışdır. Sonda Cavabdeh2 iddianın rədd edilməsini xahiş etdi. Cavabdehlərin vəkili Vəkil2 iddianı qəbul etməyərək, bildirdi ki, əgər iddiaçı qızıl əşyalarını özü ilə aparmasaydı, o, Cavabdeh1 barəsində Masallı Rayon Polis şöbəsinə şikayət edən zaman həmin əşyaları da tələb edərdi. Bundan başqa, qızıl-zinət əşyaları 1800 manata alınmışdır. Sonda Vəkil2 iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)519/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (Hakim: C.Quliyev), iddia tələbinin qismən təmin edilməsi, dəyəri 1800 manat olan 20 qarmlıq 585 əyyarlı boyunbağı, qolbaq, üzük və sırğadan ibarət kolye dəsti, dəyəri 450 manat olan 5 qarmlıq 585 əyyarlı qolbaq, dəyəri 270 manat olan 3 qarmlıq 585 əyyarlı nişan üzüyü və dəyəri 135 manat olan 1,5 qramlıq 585 əyyarlı üzükdən ibarət qızıl-zinət əşyaları və ya qət olunan əşyaların naturada alınması mümkün olmadığı hallarda həmin əyşaların dəyəri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, mediasiya xərci qismində ödənilmiş 55 manat və əmlakın qiymətləndirilməsi ilə bağlı mütəxəssis rəyinə görə ödənilmiş 50 manat pul müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 və 666.1-ci maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Masallı Rayon Məhkəməsinin 2(050)519/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən yəni iddianın təmin olunmayan hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehlər iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etirazında qeyd etmişlər ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi soyuducu və paltar yuyan maşının alınıb verilməsi hissəsində doğru qənaəta gəlsə də qızılların verilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə mütəxəssiz rəyinə əhəmiyyət verməmişdir. Soyuducu və paltar yuyan maşının satılması iddiaçının razılığı əsasında baş vermişdir. Bu narazılıqlar boşanmağa qərar verdikdən sonra yaranmışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Masallı Rayon Məhkəməsinin 2(050)519/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən yəni iddianın təmin olunmayan hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə qabaqcadan məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, iddia tələbi qızıl zinət əşyalarının alınıb verilməsi hissəsində təmin edilsə də soyuducu və paltaryuyan maşının dəyərinin alınıb verilməsi hissəsində təmin edilməmişdir. Cavabdehlər qətnamə ilə razılaşaraq qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişdir. İddiaçının nümayəndəsi isə qətnaməni soyuducu və paltaryuyan maşının dəyərinin alınıb verilməsi hissəsində mübahisələndirərək apellyasiya şikayəti vermişdir. Odur ki, kollegiya Masallı Rayon Məhkəməsinin 2(050)519/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi soyuducu və paltaryuyan maşının dəyərinin alınıb verilməsi hissəsində İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələbinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Cavabdehlər iddianın təmin olunan hissəsi ilə razılaşaraq apelyasiya qaydasında mübahisə açmamışdır. Qətnamədən İddiaçının nümayəndəsi isə qətnaməni soyuducu və paltaryuyan maşının dəyərinin alınıb verilməsi hissəsində mübahisələndirmişdir. Odur ki, Məhkəmə kollegiyası İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apelyasiya şikayətinin dəlilləri həddində Masallı Rayon Məhkəməsinin 2(050)519/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində qanuniliyinin yoxlanılmasını məqsədəmüvafiq hesab etmişdir Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini tələbin əsası kimi istinad edilən halların iş üzrə toplanmış sübutlarla qismən təsdiq olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayəti verərək, Masallı Rayon Məhkəməsinin 2(050)519/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsinin qismən yəni iddianın təmin olunmayan hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş Nikah haqqında arayışdan görünür ki, Cavabdeh1 ilə X6 arasında 18 avqust 2022-ci il tarixdə Masallı Rayon Qeydiyyat şöbəsində 75 nömrəli nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Bağırov (a) soyadı verilmişdir. İş materiallarıda olan Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)- 208/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında Masallı Rayon Qeydiyyat şöbəsində 18 avqust 2022-ci il tarixdə bağlanmış, 75 № ilə qeyd edilmiş nikah pozulmuşdur. İş materiallarıda olan Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)- 281/2023 saylı qətnaməsindən görünür ki, X2 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən borclu olduqları 4000 manat və dövlət rüsumu kimi ödənilmiş 60 manat pulun alınaraq ona verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamənin 2-ci səhifəsində tərəflər izahatları ilə təsdiq etmişlər ki, Məhəmməd və X11 Respublikasına getmələri üçün pul lazım olmuş və bu məqsəd ilə keçmiş gəlinin (hazırki iddiaçının qohumları) 4000 manat pul vermişdilər. İş materiallarıda olan X1 (VÖEN **********) tərəfindən verilmiş 05 dekabr 2022-ci il tarixli rəydə göstərilir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə təqdim etdiyi foto və CD-yə DVD aparatı vasitəsilə baxış keçirilmiş, qiymətləndirməyə təqdim edilmiş əmlaklar - boyunbağı dəsti (qolbaq, kolye, sırğa və üzük) - 585 əyyarlı, 20 qr, 1800 manat, qolbaq - 585 əyyarlı, 5 qr, 450 manat, üzük nişan - 585 əyyarlı, 3 qr, 270 manat, üzük - 585 əyyarlı, 1.5 qr, 135 manat, cəmi 2655 manat təşkil edir. İş materiallarıda olan Fiziki şəxs X9 (VÖEN **********) tərəfindən verilmiş məktubda göstərilir ki, Cavabdeh2 2022-ci ildə “Almaz” qızıl dükanından Allahyarov Ziyafətdən 1800 manat məbləğində qızıl-zinət əşyaları almışdır. İş materiallarıda olan Fiziki şəxs X9 (VÖEN **********) tərəfindən məhkəməyə ünvanlanmış məktubda göstərilir ki, “Almaz” qızıl dükanının satıcısı X3 alğı-satqı qeydiyyat kitabından çıxarışa əsasən aşağıdakı qızı-zinət əşyalarını - 1 ədəd qarnitur dəst (üzük, sırğa, sep, qolbaq) 16.5 qr, 1300 manat, 1 ədəd, üzük 1 qr, 80 mant, 1 ədəd üzük 2.5 qr, 200 manat, 1 ədəd, sep 3 qr, 220 manat, cəmi 1800 manat məbləğində qızıl-zinət əşyalarını 2022-ci ilin iyul ayında Cavabdeh2 satmışdır. İş materiallarıda olan Ödəniş qəbzlərindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 17 manat, mediasiya təşkilatına 105 manat, mütəxəssis rəyi üçün 50 manat pul ödəmişdir. İş materiallarında olan cehiz əmlaklar olan1170 manat dəyərində “BOSCH KGM36VLEA” modelli soyuducu və 467 manat dəyərində paltaryuyan maşın satılmışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında ər-arvad arasında hədiyyə edilmiş qızıl-zinət əşyalarının və gəlin gedərkən apardığı cehiz əşyalarının cavabdehlər tərəfindən qaytarılmaması təşkil etmiş və cavabdehlərin həmin əmlakların iddiaçıya qaytarılmaması səbəbindən o, hazırkı iddia tələbini irəli sürmüşdür. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını mülki məcəllənin 157.2, Ailə Məcəlləsinin 32.1,34.1,157.2-ci maddələri təşkil edir. İddiaçının iddia tələbinin mahiyyətindən görünür ki, Cavabdeh1la ilə nikahlarını 18 avqust 2022-ci il tarixdə Masallı Rayon Qeydiyyat şöbəsində rəsmi qeyd etdirməklə ailə həyatı qurub valideynlərinə məxsus ünvan 1 ünvanına gəlin köçmüşdür. Toy hədiyyəsi olaraq ona 1800 manat dəyərində 20 qarmlıq 585 əyyarlı boyunbaq, qolbaq, üzük və sırğadan ibarət kolye dəsti, 450 manat dəyərində 5 qarmlıq 585 əyyarlı qolbaq, 270 manat dəyərində 3 qarmlıq 585 əyyarlı nişan üzüyü və 135 manat dəyərində 1,5 qramlıq 585 əyyarlı üzükdən ibarət qızıl-zinət əşyaları, həmçinin müxtəlif adda cehiz əşyaları verilmişdir. 2022-ci ilin sentyabr ayının 29-da cavabdehlər ona cehiz olaraq verilmiş 1170 manat dəyərində soyuducunu və 467 manat dəyərində paltaryuyan maşını satmış, Məhəmməd həmin pul ilə onunla birlikdə İran İslam Respublikasına gedəcəyini bildirmişdir. Hətta orada yaşayacaqlarından ötrü o, nənəsindən borc pul da almışdır. Lakin sentyabr aynın 30-da X12 Respublikasına gedərkən onu özü ilə aparmamış, tək getmiş və həmin vaxt onun orada başqa qadınla evli olmasını bildirmişdir. Buna görə aralarında narazılıq yaranmış və bir neçə gün sonra nənəsi gəlib onu aparmışdır. Evdən gedərkən həmişəlik getmək niyyəti olmadığından, Məhəmmədlə münasibətləri yoluna qoyacağını düşündüyündən özü ilə heç bir şey götürməmişdir. Lakin sonradan Məhəmmədin fikrinin qəti olması aydın olduğundan əşyalarını götürmək üçün müraciət etdikdə, cavabdehlər digər əşyalarını qaytarsalar da, qızıl-zinət əşyalarını verməmiş, paltaryuyan maşınla soyuducunun isə nə dəyərini ödəmiş, nədə əvəzində yenisini alıb vermişdilər. Halbuki, həmin əşyaları ona cehiz olaraq alarkən nənəsi onları nisyə aldığından pullarını hələ də ödəyir. Nəticədə əşyaları cavabdehlərin qeyri-qanuni istifadəsində qaldığından məhkəməyə müraciət etməli, bundan ötrü mediasiya ilə bağlı və məhkəmə rüsumu ödəməli olmuşdur. Odur ki, həmin əmlakların və qızıl-zinət əşyalarının və ya onların dəyərinin, həmçinin ödənilmiş xərclərin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 iddia tələbinə etirazından görünür ki, tələb edilən cehiz əmlaklar olan “BOSCH KGM36VLEA” modelli soyuducu və paltaryuyan maşın keçmiş arvadı İddiaçı razılığı əsasında satılmışdır. Belə ki, o və keçmiş arvadı İran İslam Respublikasına müəyyən müddət orada yaşamaq üçün getmək istəmişdilər. Bunun üçün pul lazım olmuş, ailənin razılığı əsasında qeyd edilən əyşalar satılmış, pulu götürərək, İran İslam Respublikasına getmiş və orada pul tədricən xərclənmişdir. Əgər ailədə problem olmasa idi, keçmiş arvadını da özü ilə aparacaqdır. Onlara pul lazım olduğu üçün keçmiş arvadının nənəsi gənc ailəyə köməklik üçün 4000 manat pul da bağışlamışdır. Onun özünün də nişan üzüyü yoxdur. Qızıl-zinət əşyaları keçmiş ər-arvadın otağında olmuşdur. İran İslam Respublikasından qayıtdıqdan sonra evdəkilərdən qızılzinət əşyalarını soruşmuş, ona bildirilmişdir ki, keçmiş arvadı gedərkən qızılzinət əşyalarını da aparmışdır. Sonda Cavabdeh1 iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 iddia tələbinə etirazından görünür ki, keçmiş gəlini gedərkən qızıl-zinət əşyalarını aparmışdır. Gəlin evdən gedən zaman o, yatılı vəziyyətdə olmuşdur. Yuxudan oyandıqdan sonra bilmişdir ki, gəlin gedib. Keçmiş gəlini evdən gedən gün qızı (gəlinin baldızı) ilə bir otaqda olmuşdur. Qızıl qablarına baxan zaman qızılların yerində olmadığını görmüşdür. Qızının gəlinin qızılları götürməsini görübgörməməsini bilmir. Qızıllar 1800 manata alınmışdır. Sonda Cavabdeh2 iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddia tələbinin təmin olunan hissəsi ilə bağlı tərəflərin apellyasiya qaydasında mübahisə açmamasını nəzərə alaraq hesab edir ki, iddianın qızıl-zinət əşyaları ilə bağlı araşdırma aparılması apellyasiya icraatının mahiyyətinə zidd olduğundan, araşdırma yalnız mübahisələndirilən və birinci instansiya məhkəməsi tərəfindən təmin olunmayan birgə nikah müddətində satılmış cehiz əmlaklar olan 1170 manat dəyərində “BOSCH KGM36VLEA” modelli soyuducu və 467 manat dəyərində paltaryuyan maşının cavabdehlərdən alınıb iddiaçıya verilməsi (mübahisələndirilən hissə) hissəsində hüquqi dəyərləndirmə aparılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı sübut edə bilmir ki, cehiz əmlaklar olan 1170 manat dəyərində “BOSCH KGM36VLEA” modelli soyuducu və 467 manat dəyərində paltaryuyan maşın onun razılığı olmadan satılmışdır. Məhkəmə kollegiyası iş materiallarında olan sübutları apellyasiya şikayəyinin dəlilləri ilə birlikdə müqayisəli tədqiq edərək müəyyən edir ki, birinci instansiya məhkəməsi iddia tələbini iddiaçı tərəfindən kifayət qədər sübut verməməsi əsası ilə təmin etməməkdə haqlı olmamışdır. Belə ki, Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarınıəsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Hazırki iddia tələbi üzrə cavabdehlərin qismən etirafı həm yazılı (cavabdehlərin yazılı izahatı cinayət işinin rədd edilməsi barədə materiallda öz əksini tapmışdır.) həm də, şifahi izahatda ifadə edildiyidən,bu, MPM-in 106.3 və 191-ci maddələrinə uyğun olaraq faktın və ya iddianın etirafı kimi qəbul oluna bilər. Lakin mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etməküçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara qiymət verməlidir. İşin mübahisəsiz halları tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. Bu baxımdan məhkəmə iclasında şifahi izahat verən tərəfin işinhallarını məhkəməyə düzgün bildirmək vəzifəsi vardır və o, həmin izahatın hüquqi nəticələrindən irəli gələn riskləri daşıyır. Halbuki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin qızl-zinət əşyalarının alınıb verilməsi hissəsi və cehiz əmlaklar olan soyuducu və paltaryuyan maşının dəyərinin və ya yenisinin alınıb verilməsi hissəsi üzrə sübutetmə yükünün bölüşdürülməsində hissəsində prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinnə əməl etməyərək, iddia tələbinin təmin edilməyən hissəsində səhv nəticəyə gəlmiş və nəticədə Masallı Rayon Məhkəməsinin 2(050)519/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin apellyasiya qaydasında qismən ləğvi üçün əsaslar yaratmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. İddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.
1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.
2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;
3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Hazırkı işin halları ilə iddia tələbinin əsaslı olması baxımından tələb olunan bu 3 komponentin hamısının mövcudluğu öz təsdiqini tapmışdır. Belə ki, tələb edilən birgə nikah müddətində satılmış soyuducu və paltaryuyan maşının mübahisələndirilməyən tərəfi ondan ibarətdir ki, tərəflərin hər biri etiraf edir ki, tələb edilən paltaryuyan maşın və soyuducu iddiaçıya cehiz olaraq verilmiş, həmin cehiz əşyaları cavabdehlər tərəfindən satılmışdır. Mübahisələndirilən isə satılan əşyaların tərəflərin qarşılıqlı razılığı əsasında satılması və Cavabdeh1 İran İslam Respublikasına getməsi və orada qalması üçün zəruri olan məsrəflərə xərcləməsi ilə bağlı olmasıdır. Kollegiya mübahisəli əşyaların qarşılıqlı razılıq əsasında satılaraq əldə olunmuş pulun İran İslam Respublikasına getmə və orada qalma xərcləri üçün sərf olunması ilə bağlı cavabdehlərin mövqeyinə münasibətdə bildirir ki, məhkəmə araşdırması zamanı cavabdeh bunu təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, tərəflərin qarşılıqlı razılığı əsasında soyuducu və paltaryuyan maşının satılmasını sübutetmə yükü cavabdehlərin üzərinə düşür ki, onlar bu sübutu nə birinci instansiya nə də apellyasiya məhkəməsi icraatı zamanı təqdim edə bilməmişlər. Halbuki, sübutetmə yükü baxımından qeyd edilən halı (tərəflərin qarşılıqlı razılığı əsasında mübahisəli əmlakın satılması) sübut etmək onun vəzifəsidir. Bu halda cavabdehlər sübut etməlidir ki, tələb olunan soyuducu və paltaryuyan maşın məhz iddiaçının razılığı ilə satılmışdır. Halbuki bu barədə hər hansı sübut iş materiallarına mövcud olmamışdır. Cavabdehlərin mövqeyi ilə razılaşılsa onda anoloji işlər üzrə hər bir cavabdeh tələb edilən əşyalarının nikah dövründə qarşılıqlı razılığ əsasında satılmasından əldə olunan vəsaitin hər hansısa məsrəfləri üçün xərclənməsini bildirər və bununla məsələ bitmiş olar. Göründüyü kimi birinci instansiya məhkəməsi mübahisələndirlən soyuducu və paltaryuyan maşının onun razılığı ilə satılmaması barədə sübutetmə yükünü iddiaçının üzərinə qoymaqla düzgün nəticəyə gəlməmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya onu da nəzərdən qaçırmır ki, nə qədər ki, tələb olunan əmlaklar yəni “BOSCH KGM36VLEA” modelli soyuducu və paltaryuyan maşın satılmışdır, belə olan halda əmlakın özü deyil, onun dəyəri, müvafiq olaraq 1170+467=1637 manat pul cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, MPM-nin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Masallı Rayon Məhkəməsinin 2(050)519/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində yəni 1170 manat dəyərində “BOSCH KGM36VLEA” modelli soyuducunun, 467 manat dəyərində paltaryuyan maşının və ya onların dəyərinin alınıb verilməsi hissəsində ləğv edilməli, iddia tələbinin həmin hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada “BOSCH KGM36VLEA” modelli soyuducuya görə 1170 manat, paltaryuyan maşına görə 467 manat, cəmi 1637 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İddiaçının iddia tələbi mübahisələndirilən hissəsində iddianın qiyməti 1170+467=1637 manat, yəni beş min manatdan az olduğundan tələb üzrə qəbul olunan qətnamədən qanunvericiliyin tələbinə görə kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.3, 385, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)519/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən yəni 1170 manat dəyərində “BOSCH KGM36VLEA” modelli soyuducunun, 467 manat dəyərində paltaryuyan maşının və ya onların dəyərinin alınıb verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada “BOSCH KGM36VLEA” modelli soyuducuya görə 1170 manat, paltaryuyan maşına görə 467 manat, cəmi 1637 (min altı yüz otuz yeddi manat) manat pul alınaraq İddiaçı verilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.