Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1503/2023 12.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X7 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan avtomobilin və qeydiyyat şəhadətnaməsinin ona qaytarılması tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(064)-820/2023 saylı qətnaməsindən (hakim A.Musayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan "X9 MİNİK” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin, onun qeydiyyat şəhadətnaməsinin və dövlət rüsumuna görə ödədiyi 100 manat məbləğində pulun Cavabdeh (bundan sonra - cavabdeh) alınıb ona verilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, dost münasibətində olduğu X2 (bundan sonra - Anar) xahişi ilə mülkiyyətində olan "X9 MİNİK” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili və qeydiyyat şəhadətnaməsini 2022-ci ilin oktyabr ayında notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında avtomobili idarə etmək hüququnu Anarın mağazasında satıcı işləyən şəxs kimi tanıdığı cavabdehə etibar etdiyinə görə sonuncuya təhvil vermişdir. Anar ona cavabdehlə aralarında olmuş işgüzar münasibətlərin pozulduğunu dedikdən sonra sonuncudan həmin avtomobili və qeydiyyat şəhadətnaməsini ona qaytarmasını tələb etmişdir. Cavabdeh həmin tələbini icra etməkdən imtina etdiyinə görə 12 aprel 2023-cü il tarixdə göstərdiyi etibarnaməni notariat qaydasında ləğv etdirmişdir. Lakin cavabdeh yenə də həmin avtomobili və qeydiyyat şəhadətnaməsini ona qaytarmaqdan imtina etmişdir. Göstərdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən, onun mövqeyi bəlli olmamışdır. Füzuli Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(064)-820/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, “X9 MİNİK” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin, onun 14 oktyabr 2022-ci il tarixli, BA221437 nömrəli qeydiyyat şəhadətnaməsinin və dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pulun Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh və onun nümayəndəsi və vəkili X4 birgə apellyasiya şikayəti vermiş, şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən özəmlakını geri tələb edə bilər. Nəzərə çatdırmaq istəyirlər ki, hazırkı iş üzrə Cavabdeh mübahisə predmeti olan X9 markalı **- CS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini X1 50.000 (əlli min) manat pul müqabilində almış və həmin nəqliyyat vasitəsindən tamamilə qanuni əsaslarla istifadə etmiş birinci instansiya məhkəməsi isə qeyd edilən hallara əhəmiyyət vermədən yalnız bir tərəfin təqdim etdiyi sübutlara qiymət verərək Mülki Məcəllənin 157.2-ci maddəsini düzgün tətbiq və təfsir etməmişdir. Məhkəmə Cavabdeh tərəfindən mübahisə predmeti olan nəqliyyat vasitəsini almaq məqsədiilə 50000 (əlli min) manat pul vəsaitini A.Ələkbərova ödəməsini və nəqliyat vasitəsinə qanuni əsaslarla sahiblik etməsi ilə bağlı məsələlərə əhəmiyyət vermədən işə dair yanlış qənaətə gələrək işdə olan və əlavə təqdim edilmiş sübutları hərtərəfli və tam araşdırmamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı və cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada iddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəcə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində mülki işin materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş müvafiq sənədlər əsasında işin tərəflərin mübahisələndirmədiyi və ya mübahisəsiz faktiki halları ilə bağlı müəyyən etmişdir ki,: - “X9 MİNİK” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil 14 oktyabr 2022-ci il tarixdə iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır (Nəqliyyat vasitəsinin 14 oktyabr 2022-ci il tarixli, BA221437 nömrəli qeydiyyat şəhadətnaməsinin surətinə əsasən). - İddiaçı 18 oktyabr 2022-ci il tarixdə mülkiyyətində olan “X9 MİNİK” markalı, **-CS- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnu 20 dekabr 2028-ci il tarixədək cavabdehə etibar etmiş, 12 aprel 2023-cü il tarixdə həmin etibarnaməni ləğv etmişdir (18 oktyabr 2022-ci il tarixli etibarnamənin surətinə əsasən). İddiaçı hazırda avtomobilini özgənin qanunsuz sahibliyindən geri tələb etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh hazırlıq iclasında verdiyi etirafedici izahatı və 18 oktyabr 2022-ci il tarixli etibarnamə əsasında işin mübahisəsiz faktiki halı ilə bağlı, həmçinin müəyyən etmişdir ki, cavabdeh 18 oktyabr 2022-ci il tarixdən sahibliyində olan “X9 MİNİK” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili və qeydiyyat şəhadətnaməsini iddiaçıya qaytarmaqdan imtina etmişdir. Buna əsaslanaraq birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Cavabdeh apellyasiya şikayətində nəqliyyat vasitəsini X1 50.000 (əlli min) manat pul müqabilində aldığını, həmin nəqliyyat vasitəsindən tamamilə qanuni əsaslarla istifadə etdiyini bildirsə də, qeyd etdiklərini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır və dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(064)-820/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1503/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1503/2023
12.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver