Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1532/2024 30.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov, (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tale Suliddin oğlu Kərimovdan ibarət tərkibdə, katib X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddia ərizəsində qeyd edilən qızıl əşyalarının naturada qaytarılması, əmlakları naturada olmadıqda onların ümumi dəyəri olan 11085 manat pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etmiş, Masallı Rayon Məhkəməsinin (hakim Z.Zeynalov) 29 avqust 2023cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə Kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İşin hallarından görünür ki, məhkəmənin qətnaməsi Cavabdeh iş materiallarında olan ünvanına 31 avqust 2023-cü il tarixdə göndərilmiş və cavabdehin adından “Zeynallı” soyadlı şəxs 08 sentyabr 2023-cü il tarixdə xəbərnaməyə imza etməklə qətnamənin surətini qəbul etmişdir. Məhkəmə qətnaməsi icraya yönəldilmişdir. Sonradan, xx.xx.2024-cü il tarixdə cavabdeh birinci instansiya məhkəməsinə ərizə ünvanlayaraq bildirmişdir ki, məhkəmə qətnaməsini almamış və qətnamənin surətini ona verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə qəbzə imza etməklə yenidən qətnamənin surətini əldə etmişdir. Cavabdeh apellyasiya şikayətini birinci instansiya məhkəməsinin qətnaməsinin ona göndərildiyi tarixdən 10 aydan çox vaxtdan sonra məhkəməyə təqdim etmiş, bununla da apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Bununla yanaşı müddətin ötürülməsinin üzrlü sayılaraq bərpa edilməsini də xahiş etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.2-ci maddəsinə əsasən prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikasının MPM-nin 363.1.3-cü maddəsinin tələbinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364-cü maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Hazırkı halda birinci instansiya məhkəməsi cavabdeh tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl edilməsini yoxlamadan işi apellyasiya qaydasında baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki, apellyasiya şikayəti müddət ötürüldükdən sonra verildiyindən birinci instansiya məhkəməsi tərəfindən qaytarılmalı idi. Azərbaycan Respublikasının MPM-nin 366.2-ci maddəsinin tələbinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması üçün əsas olmadığından apellyasiya qeyri-mümkün hesab edilməlidir. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinə uyğunluğunun yoxlanılması üçün apellyasiya şikayəti mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 365, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Masallı Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Masallı Rayon Məhkəməsinə qaytarılsın. X1 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-1532/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1532/2024
30.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver