Məhkəmə qərarları › İş №2(106)-1540/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1540/2025

06.05.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-1540/2025 06.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Novruzova Aytən Nazim qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət məhkəmə tərkibində, X2 oğlunun katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı Rayonu Banbaşı Bələdiyyəsinin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı qanunsuz tikilinin sökülərək torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Masallı rayonu, Böyük Xocavar kəndində yerləşən 0.06 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş hissəsindən cavabdehin çıxarılması, çəkilmiş hasarın və dəmir darvazanın sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi, gediş-gəliş yolunun bağlanması, habelə ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Masallı rayonu, Böyük Xocavar kəndində fərdi yaşayış evi vardır və həmin evdə mütəmadi olaraq yaşayır. Həmin ərazidə mülkiyyətində 0.06 ha torpaq sahəsi vardır və yaşadığı ev həmin torpaq sahəsinin 0.016 ha hissəsində yerləşir. Onun torpaq sahəsinin müəyyən hissəsi cavabdeh Cavabdeh tərəfindən zəbt olunmuş, həmin torpaq sahəsindən yol çəkilmiş, daşla hasar hörülmüş və dəmir darvaza qoyulmuşdur. Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinə qanunsuz daxil olmuş və nəticədə onun mülkiyyət hüququnu məhdudlaşdırmışdır. Dəfələrlə cavabdehə zəbt olunmuş torpaq sahəsindən çıxarılması və yolun açılması barədə müraciət etsə də, nəticəsi olmamış və hətta yolun sonunda dəmir darvazada qoymuşdur. Odur ki, pozulmuş hüququnun bərpa olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Həmin yolu ona qaynatası vermişdir. Birinci onun evi tikilib. Sonradan iddiaçı olan qaynının evi tikilib. Qaynatasının sözünə əsasən həmin yoldan ikisi də istifadə etməyə başlamışdır. Onun maddi imkanı yoxdur ki, evinə gələn başqa yolu düzəltdirib istifadə etsin. Iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi ##.##.2019-cu il, qeydiyyat nömrəsi 2319000293 olan Çıxarışın surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətinə Masallı rayonu, Böyük Xocavar kəndində 0,016 ha yaşayış məntəqəsi torpaq sahəsi verilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının ## ### 2025-ci il tarixli, **/**** saylı rəyindən məlum olur ki; Qərardadın birinci sualı üzrə: Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Cəlilabad Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Böyük Xocavar kəndində ************-***** reyestr nömrəli Çıxarışın “Texniki Pasportunun” Torpaq sahəsinin planına (cizgisinə) əsasən iddiaçı İddiaçı istifadəsinə verilmiş bələdiyyə mülkiyyətində olan 0.06 ha tikilialtı və ikili ətrafı torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə naturada sərhəd mərzlərinin yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Qərardadın ikinci sualı üzrə: Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Cəlilabad Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Böyük Xocavar kəndində ************-***** reyestr nömrəli Çıxarışın “Texniki Pasportunun” Torpaq sahəsinin planına (cizgisinə) əsasən iddiaçı İddiaçı istifadəsinə verilmiş bələdiyyə mülkiyyətində olan 0.06 ha tikilialtı və tikili ətrafı torpaq sahəsinin müəyyən olunmuş 0.0093 ha (93.3 kv.m) hissəsinin iddiaya görə cavabdeh Cavabdeh tərəfindən çınqıl daşla örtülərək gediş-geliş yoluna çıxış kimi istifadə edildiyi və öz sərhədi üzərində yola çıxış kimi dəmir darvazanın quraşdırıldığı müəyyənləşdirilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim: Ellara Abbasova) iddianın təmin edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, çıxarılmış qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Iddiaçı onun qaynıdır, evləri qonşudur. Mərhum qaynatası iddiaçının və onun torpaq sahələrini alaraq bizə vermişdir. Həyətlərinə gedən yolu və evlərinin yerlərini belə mərhum qaynatası müəyyən etmişdir. O heç kimin torpaq sahəsini zəbt etməmişdir. Həyəti böləndə iddiaçının iştirakı ilə daşla hasar hörmüş və sonda dəmir darvazada qoymuşdur. Daha sonralar münasibətləri pozulmuş və heç bir əsas olmadan iddiaçı onu məhkəməyə vermişdir. Məhkəmə işi birtərəfli aparmış, obyektiv araşdırma aparmadan ədalətsiz qətnaməsini çıxarmışdır. Məhkəmənin istinad etdiyi yeganə sübut ekspert rəyidir. O, ekspert rəyi ilə ümumiyyətlə razı deyil. Mütəxəssislər əraziyə baxış keçirmədən otaq şəraitində rəylərini vermişlər. Mütəxəssislərin əraziyə gəlməyindən onun məlumatı olmamış və ümumiyyətlə ona məlumat verməmişlər. Onda olan məxfi məlumata görə ümumiyyətlə mütəxəssislər əraziyə gəlməmişlər, onun hasarının və darvazasının yerləşdiyi torpaq sahəsinin kordinatlarını təyin etməmişlər. Təyin etmədiklərinə görə qanunsuz rəylərini vermişlər. Qanuni əsaslarla torpaq sahəsi almışdır, torpağın onun mülkiyyətində olması barədə çıxarış da verilmişdir. Çıxarış verilərkən torpaq sahəsinə gedən yol müəyyən olunmuş və bu barədə çıxarışına koordinatlar da əlavə edilmişdir. Onun torpaq sahəsinə və evinə gedən alternativ yolu da yoxdur. Iddiaçının torpaq sahəsi isə bələdiyyə mülkiyyətidir, onun evinə və torpaq sahəsinə gedən yolun koordinatları belə müəyyən olunmamışdır. Məhkəmə işin faktiki hallarını araşdırmadan qətnamə çıxarmışdır. Işin obyektivliyi naminə ən azından məhkəmə mübahisəli əraziyə yerində baxış təyin edə bilər və ekspertlər qarşısında qoyulan suallar obyektiv ola bilərdi. Məhkəmənin çıxarmış olduğu qətnamə onun mülkiyyət hüquqlarını kobud şəkildə pozmaqdadır, mülkiyyətinə qəsdən ziyan vurulur. Onlar hər ikisi torpaq sahəsini bələdiyyədən almışlar. Iddiaçının istifadə etdiyi torpaq sahəsi hal-hazırda da bələdiyyə mülkiyyətindədir. Ədalət naminə məhkəmə hazırki bələdiyyə sədrini və yaxud bələdiyyənin nümayəndəsini məhkəmə iclasına şahid və ya üçüncü şəxs kimi çağırmalı idi. Çünki torpaq sahəsinin ilkin cizgiplan sənədləri, hansı ərazinin yol, hansı ərazinin xüsusi mülkiyyət olmasını bələdiyyədən düzgün heç kim bilə bilməzdi. Məhkəmə tələm-tələsik mötəbər sübutlara istinad etmədən və araşdırmadan qanunsuz qətnaməsini qəbul etmişdir. Hesab edir ki, mülki iş apellyasiya məhkəməsində geniş şəkildə araşdırılmalıdır. Mülki işin obyektiv araşdırılmasından ötrü iş üzrə təkrar və yaxud əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməlidir. Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsini, mülki iş üzrə obyektiv araşdırma aparılmasından ötrü iş üzrə təkrar və yaxud əlavə ekspertizanın keçirilməsini, ekspert rəyi verildikdən sonra apellyasiya şikayətinin təmin olunaraq iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz etdiklərini bildirdi. Cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini bildirdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı Rayonu Banbaşı Bələdiyyəsinin nümayəndəsi X1 izahatında göstərdi ki, cavabdeh Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsindən yol kimi istifadə edir. Cavabdehin alternativ yolu yoxdur. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Odur ki, məhkəmə kollegiyası Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin bütövlükdə yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Cavabdeh apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı İddiaçı xüsusi mülkiyyətinə Masallı rayonunun Böyük Xocavar kəndində 0.06 ha torpaq sahəsi vardır, buna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2019- cu il tarixli, ************-***** saylı çıxarış alınmışdır. Hazırda iş üzrə iddiaçı mülkiyyətində olan 0.06 hektar torpaq sahəsinin zəbt edilmiş hissəsindən Cavabdeh çıxarılmasını və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsini tələb edir. Məhkəmə tərəfindən işin mübahisəli halları araşdırılarkən torpaq sahəsinə dair mütəxəssis rəyi alınmış, mühəndistexniki ekspertizası təyin edilmiş və qeyd edilənlərin əsasında müəyyən olmuşdur ki, iddiaçı İddiaçı mülkiyyətində olan Masallı rayonunun Böyük Xocavar kəndində yerləşən 0.06 ha torpaq sahəsinin 0.0093 ha (93.3 kv.m) hissəsi cavabdeh Cavabdeh tərəfindən çınqıl daşla örtülərək gediş-gəliş yoluna çıxış kimi istifadə edilir və öz sərhədi üzərində yola çıxış kimi dəmir darvaza quraşdırılıb. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsində ona məxsus torpaq sahəsinin bir hissəsinin cavabdeh Cavabdeh tərəfindən zəbt edilməsinə və üzərində hasarın çəkilməsi, darvazanın quraşdırılmasına dair göstərilmiş hallar sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin zəbt edilmiş 0,0093 hektaradək hissəsindən cavabdeh Cavabdeh çıxarılmalı, torpaq sahəsi üzərindəki hasar və darvaza sökülməli, torpaq sahəsi əvvəlki vəziyyətə gətirilməklə üzərindəki gediş-gəliş yolu bağlanmalıdır. Həmçinin apellyasiya icraatı zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ * saylı Cəlilabad Ərazi Idarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən də görünür ki:

1. Cavabdeh Cavabdeh tərəfindən çınqıl daşla örtülərək gediş-gəliş yoluna çıxış kimi istifadə edilən 0,0350 ha (349.6 kv.m) torpaq sahəsindən, 0.0093 ha (93,3 kv.m) hissəsi və həmin hissənin hüdudları daxilində mövcud olan dəmir darvazanın yerleşdiyi torpaq sahəsi Torpaqların elektron kadastr uçot informasiya sistemində Masallı rayonu Böyük Xocavar kəndində ************ reyestr nömrəli Çıxarışa əsasən iddiaçı İddiaçı mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir.

2. Cavabdeh Cavabdeh faktiki istifadəsi kimi plana alınmış 0,3461 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və həmin ərazinin hüdudları daxilində ************-***** reyestr nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin yerləşmə vəziyyəti müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına əsasən iddia tələbinə görə cavabdeh Cavabdeh tərəfindən naturada, çınqıl daşla örtülərək gediş-gəliş yolu kimi istifadə edilən 0,350 ha torpaq sahəsindən başqa alternativ yolunun olmaması müəyyən edildi. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyləri sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdeh tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Odur ki, sözügedən ekspert rəyləri mötəbər sübut kimi qəbul edilməlidir. Kollegiya həmçinin qeyd edir ki, mütəxəssis rəyinə əsasən Cavabdeh tərəfindən çınqıl daşla örtülərək gediş-gəliş yoluna çıxış kimi istifadə edilən 349.6 kv.m torpaq tiorpaq sahəsinin cəmi 93,3 kv.m hissəsi iddiaçının mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Göründüyü kimi, iddiaçı qalan sahədən yol kimi istifadə edə bilər. Yaxud da cavabdeh iddiaçıya ona yol verilməsi üçün də(servitut kimi) müraciət edə bilər. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-in 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar