Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1543/2024 09.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Tərlan oğlunun sədrliyi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli 2(057)- 1584/2024 saylı qərardadından iddiaçının nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı 255000 manat məbləğində pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(057)- 1584/2024 saylı qərardadı ilə (hakim Adil Vəliyev) İddiaçı Cavabdeh qarşı 255000 manat məbləğində pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlərin icraata qəbul edilmədən geri qaytarılması, İddiaçı qərardadın təsviri və əsaslandırıcı hissələrində göstərilən iddia ərizəsinin qaytarılmasına əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət edə bilməsinin izah edilməsi qərara alınmışdır. Qərardadda göstərilmişdir ki, İddiaçı məhkəməyə yenidən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair eyni məzmunlu ərizə ilə müraciət etmişdir. Göründüyü kimi, hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan həmin mübahisəyə məhkəməyə aidiyyəti üzrə ümumi məhkəmə tərəfindən deyil, müvafiq kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. İddia ərizəsinə əlavə olunmuş dövlət rüsumunun ödənilməsi haqqında məlumat bölməsindən görünür ki, ********* saylı ödəniş qəbzi üzrə dövlət rüsumu 545 manat xx.xx.2021-ci il tarixdə ödənilmişdir. “Elektron Məhkəmə sistemi”ndən xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, ********* qəbz nömrəsi xxxxxxx-FİN-ə uyğun heç bir məlumat tapılmamışdır. Göründüyü kimi dövlət rüsumunun ödənildiyi tarixdən təxminən 02 il 06 aydan da çox müddət keçmişdir. Məhkəmədə “Elektron Məhkəmə İnformasiya” Sistemi 2023-cü ildən fəaliyyət göstərdiyi üçün sözügedən qəbzin əvvəllər hər hansı başqa iş üzrə istifadə olunubolunmadığını müəyyən etmək olmur. Buna görə də, qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. İddiaçının nümayəndəsi vəkil Nümayəndə qərardaddan şikayət verərək qərardadın ləğvini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, qanunda rüsumun ödənilməsi ilə iddia ərizəsinin verilməsi arasında vaxt məhdudiyyəti qoyulmamışdır. Digər tərəfdən elektron məhkəmə sistemi elə qurulmuşdur ki, qəbz nömrəsi həqiqi olmasa, sistem ərizəni ümumiyyətlə qəbul etmir.Salyan Rayon Məhkəməsində bunun bilinməməsi vətəndaş İddiaçı Konstitusiya və MPM-də təsbit edilmiş hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(057)-1584/2024 saylı qərardadına əsasən şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası ilk öncə, iddia ərizəsinin qaytarılmasının əsası kimi qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsinin zəruriliyi məsələsinə münasibət bildirilməsini zəruri hesab edir. Birinci instansiya məhkəməsi həmin hissədə düzgün qənaətə gəlmişdir. Belə ki, ********* qəbz nömrəsi üzrə xxxxxxx-FİN-ə uyğun heç bir məlumat tapılmaması ilə yanaşı, qeyd edilməlidir ki, qəbzdə öz əksini tapmış həmin dövlət rüsumunun illər öncə hazırkı iddia tələbinin gələcəkdə mövcudluğu halı üçün ödənilməsi ağlabatan deyildir və onun bu dövrə kimi müvafiq qərardad əsasında geri qaytarılması halı da mümkündür. Nəzərə alınmalıdır ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.4-cü maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə ddia qiyməti 100000 manatdan ******* manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilir. Beləcə, Salyan Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli 2(057)-1584/2024 saylı qəraradadı iddia ərizəsinin qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməməsi əsası ilə geri qaytarılması hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. MPM-in 269-cu maddəsinin tələbinə görə şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. MPM-in 403-1.1-403-1.5-ci maddələrinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Şikayətin surəti birinci instansiya məhkəməsi tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra onlar, 5 gündən gec olmayaraq şikayətə dair etirazlarını və yaxud izahatlarını kassasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Kollegiya həmçinin diqqətə çatdırır ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2013-cü il tarixli qərarında göstərilmişdir ki, məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Qeyd edilməlidir ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Belə ki, Konstitusiyanın 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Salyan Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli 2(057)-1584/2024 saylı qəraradadı ilə iddia ərizəsinin məhkəmə aidiyyətinə əməl edilməməsi əsası ilə geri qaytarılması hissədən Nümayəndə tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, işdən göründüyü kimi, MM-in 269-cu maddəsinin tələbinə əsasən məhkəmə aidiyyətinə dair müvafiq qərardad qəbul edən birinci instansiyası məhkəməsi həmin hissədə baxılması üçün apellyasiya instansiya məhkəməsinə deyil, Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə və işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməklə kassasiya instansiyası məhkəməsinə göndərməli idi. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. MPM-in 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və MPM-in 263-264, 366, 402.2.1-ci və 403-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Salyan Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli 2(057)-1584/2024 saylı qəraradadı iddia ərizəsinin qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməməsi əsası ilə geri qaytarılması hissədə dəyişdirilmədən saxlanılsın. Salyan Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli 2(057)-1584/2024 saylı qəraradadının iddia ərizəsinin məhkəmə aidiyyətinə əməl edilməməsi əsas ilə geri qaytarılması hissəsindən iddiaçının nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və həmin hissədə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya hazırkı qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Salyan Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1543/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1543/2024
09.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver