Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1635/2025 04.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X3 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cehiz əmlak” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-875/2025 saylı, 20 avqust 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04 noyabr 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X11 müştərək qaydada bu əşyaları qanunsuz olaraq öz sahibliyində saxlayır. Buna görə də iddiaçı onların xeyrinə 21.801 manat məbləğində pul vəsaitinin, həmçinin ödədiyi 95 manat 40 qəpik dövlət rüsumunun və 60 manat mediasiya xərclərinin cavabdehlərdən tutulub ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 30 avqust 2001-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. O, 24 dekabr 2021-ci il tarixdə X9 ilə nikaha daxil olaraq ailə qurmuş və həmin tarixdə cavabdehlərin yaşadıqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə nikahdan 11 iyun 2020-ci il tarixdə Leyla və 22 may 2021-ci il tarixdə Rüqəyyə adlı iki övlad anadan olmuşdur. Uşaqlar sağ-salamat olmaqla hazırda iddiaçının himayəsindədir. İddiaçı ailəsi ilə mehriban yaşamış, həyat yoldaşı yaxşı qazanc gətirən və ailəsinə daim yüksək dəyər verən biri olmuşdur. Lakin 04 mart 2024-cü il tarixdə həyat yoldaşı X9 vəfat etmişdir. Onun vəfatından sonra cavabdehlər – mərhumun valideynləri iddiaçını və azyaşlı uşaqlarını evdən qovmuş, küçəyə atmışlar. Nəticədə iddiaçı məcburiyyət qarşısında qalaraq hazırda Bakı şəhərində kirayə mənzildə yaşayır. İddiaçı gəlin köçərkən özü tərəfindən alınmış və valideynləri tərəfindən hədiyyə edilmiş cehiz əşyalarını cavabdehlərin evinə yerləşdirmiş, lakin oradan çıxarkən həmin əşyaları götürmək imkanından məhrum olmuşdur. İddiaçı hesab edir ki, cehiz əşyalarının cavabdehlərin evində qalması qanunsuzdur və həyat yoldaşının vəfatından sonra cavabdehlərlə heç bir münasibəti qalmamışdır. Bu səbəbdən də o, cavabdehlərin yaşadığı evdə saxlanılan, ona məxsus əmlakların və ya həmin əmlakların ümumi dəyəri olan 21.801 (iyirmi bir min səkkiz yüz bir) manat pulun cavabdehlərdən tutulub xeyrinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət edir. İddiaçının iddia etdiyi əmlaklar aşağıdakılardan ibarətdir: 1) 10.000 manat dəyərində yataq dəsti, masa, stullar, divan, kreslo, komot, televizor altlığı, ayaq üstü saat; 2) 1.500 manat dəyərində soyuducu; 3) ümumilikdə 1.550 manat dəyərində iki ədəd plazma televizor; 4) 200 manat dəyərində pərdələr; 5) 850 manat dəyərində 3 ədəd lüstr; 6) 280 manat dəyərində tozsoran; 7) 280 manat dəyərində mikrovalnovka; 8) 600 manat dəyərində 4 ədəd xalça; 9) 150 manat dəyərində döşək, yorğan və yastıqlar; 10) 360 manat dəyərində 4 ədəd iran odeyalı; 11) 150 manat dəyərində qızılı rəngli taxt üstü dəst; 12) 85 manat dəyərində ütü; 13) 40 manat dəyərində ütü vuran; 14) 250 manat dəyərində ətçəkən; 15) 160 manat dəyərində elektrik kofe bişirən; 16) 300 manat dəyərində 3 dəst kastorka naboru; 17) 140 manat dəyərində skater dəstləri; 18) 250 manat dəyərində çexol-mələfə naborları; 19) 200 manat dəyərində dəsmallar; 20) 150 manat dəyərində konfet qabı, güldan, meyvə qabı dəsti; 21) 60 manat dəyərində xrustal stəkan dəsti; 22) 60 manat dəyərində nəlbəki dəsti; 23) 180 manat dəyərində çamadan dəsti və qaşıq naboru; 24) 20 manat dəyərində paltar asan; 25) 45 manat dəyərində kasalar; 26) 170 manat dəyərində elektrik çaydanı; 27) 70 manat dəyərində çərəzqabı; 28) 40 manat dəyərində şamdanlar; 29) 20 manat dəyərində salat doğrayıcı; 30) 1.200 manat dəyərində kondisioner; 31) 20 manat dəyərində şişlər; 32) 25 manat dəyərində qayçı naboru; 33) 26 manat dəyərində qızılı salvarka qabları; 34) 50 manat dəyərində padnos dəstləri; 35) 400 manat dəyərində servis dəsti; 36) 20 manat dəyərində armudu stəkan dəsti; 37) 110 manat dəyərində qızılı rumka dəsti; 38) 120 manat dəyərində 24 ədəd tarelka; 39) 80 manat dəyərində bulud qabları; 40) 30 manat dəyərində çaşka naboru; 41) 50 manat dəyərində xırda qablar; 42) ümumilikdə 810 manat dəyərində uşaqlara aid əşyalar və oyuncaqlar; 43) 150 manat dəyərində uşaq yorğan-döşək dəsti; 44) 350 manat dəyərində Pekines cinsli ev iti. Odur ki, cavabdehlər Cavabdeh1 və X11 müştərək qaydada bu əşyaları qanunsuz olaraq öz sahibliyində saxlayır. Buna görə də iddiaçı onların xeyrinə 21.801 manat məbləğində pul vəsaitinin, həmçinin ödədiyi 95 manat 40 qəpik dövlət rüsumunun və 60 manat mediasiya xərclərinin cavabdehlərdən tutulub ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh2 iddianı qismən qəbul edərək bildirdi ki, həm İddiaçı, həm də oğlu X4 ikinci evlilikləridir.Onlar toy etməmişlər. X5 oğlu X9 tanış olub bir müddət kənarda yaşamışlar. Sonradan onların evlərinə köçmüşlər. İddiaçı gələndə özü ilə heç bir cehiz gətirməyib. İddiaçı oğlu barəsində narkomandır deyir. X9 narkoman ola-ola mebel ala bilməzdir. Evdə olan bütün əmlakları onların özləri almışlar və X1 məxsus deyil.Onlar qeyd ediblər evdə İddiaçı nə məxsusdur. Odur ki, o, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddianı qismən qəbul edərək, bildirdi ki, İddiaçı, həm də oğlu X4 ikinci evlilikləridir.Onlar toy etməmişlər. X5 oğlu X9 tanış olub bir müddət kənarda yaşamışlar. Sonradan onların evlərinə köçmüşlər. İddiaçı gələndə özü ilə heç bir cehiz gətirməyib. İddiaçı oğlu barəsində narkomandır deyir. X9 narkoman ola-ola mebel və digər əmlak ala bilməzdir.Oğlunun gəliri olmayıb. Evdə olan bütün əmlakları onların özləri almışlar və X1 məxsus deyilEvdə İddiaçı məxsus olan əşyaları ərizədə qeyd ediblər. Odur ki, o, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin 2(018)-875/2025 saylı, 20 avqust 2025-ci il tarixli qətnaməsi ilə (Hakim: İlqar Məmmədov), iddianın qismən təmin edilməsi, İddiaçı məxsus cehiz əmlakları- bir ədəd kiçik plazma televizor 550 manat, 280 manat dəyərində tozsoran, döşək və iki ədəd yastıqlar 100 manat; 90 manat dəyərində 1 ədəd iran odeyalı; 40 manat dəyərində ütü vuran; 160 manat dəyərində elektrik kofe bişirən, 140 manat dəyərində skater dəstləri, bir ədəd güldan, 180 manat dəyərində çamadan dəsti və qaşıq naboru, 20 manat dəyərində paltar asan, 170 manat dəyərində elektrik çaydanı; 70 manat dəyərində çərəzqabı, 40 manat dəyərində şamdanlar, 20 manat dəyərində salat doğrayıcı, 5 ədəd şişlər, 26 manat dəyərində qızılı salvarka qabları, 50 manat dəyərində padnos dəstləri, 20 manat dəyərində armudu stəkan dəsti, 110 manat dəyərində 11 ədəd qızılı rumka dəsti, 80 manat dəyərində bulud qabları, 50 manat dəyərində xırda qablar, ümumilikdə 810 manat dəyərində uşaqlara aid əşyalar və oyuncaqlar, 150 manat dəyərində uşaq yorğan-döşək dəstinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb İddiaçı verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dövlət rüsumu üçün ödənilmiş 95 manat 40 qəpik və mediasiya üçün ödənilmiş 60 manat məbləğində pul vəsaitinin tutulub İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, mərhum əri X9 2019-cu ilin iyun ayının 20-də onu qaçırdaraq özünün və cavabdehlərin yaşadıqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aparmışdır. İddiaçı onların evində yaşayarkən valideynləri tərəfindən ona pul verilmişdir ki, özü üçün cehiz alsın. O da mərhum əri X9 ilə birlikdə gedərək 7200 manat verərək Cəlilabad şəhərində yerləşən “Dalğa-94” mebel dükanında Roma qəhvəyi yataq dəsti, DAEWOO FGK51EFG markalı soyuducunu və digər yerlərdən 11305 manat dəyərində isə iddia ərizəsində qeyd etdiyi əşyaları alaraq gəlin gəldiyi cavabdehlərin yaşadıqları fərdi yaşayış evində yerləşdirmişdir. Bununla bağlı məhkəməyə müvafiq olaraq fotoşəkillər də təqdim eləmiş, lakin həmin fotoşəkillərə ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Hansı ki, həmin fotoşəkillərin çəkilmə tarixlərindən aydın görünür ki, hansı vaxtdan cavabdehlərin evlərinin otaqları boş olmuş və hansı tarixdə həmin evin otaqları mebellərlə bəzədilmişdir. Belə ki, məhkəməyə təqdim etdiyi və cavabdehlərin yaşadıqları evin otaqlarını özündə əks etdirən 12 iyun 2019-cu il tarixdə çəkilmiş fotoşəkildən aydın görünür ki, evin otağı boşdur, onların evinə gəlin köçəndən sonra, yəni 07 iyul 2019-cu il tarixdə və 20 dekabr 2019-cu il tarixdə çəkilmiş fotoşəkildən isə görünür ki, evin otaqları mebellərlə bəzədilmişdir. Buradan da müəyyən etmək olar ki, əgər cavabdehlərin yaşadığı evin otaqlarında yerləşdirilmiş mebel və əşyalar onların dedikləri kimi əgər onlara məxsus idisə, nəyə görə onlar həmin mebel və əşyaları iddiaçı onların evinə gəlin köçənədək həmin evin otaqlarına yerləşdirməmişlər. Necə olur ki, həmin mebel və əşyalar iddiaçı onların evinə gəlin gedəndən sonra peyda olur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı Astara Rayon Məhkəməsinin 20 avqust 2025-ci il tarixli 2(018)-875/2025 saylı qətnaməsini ləğv edərək İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cehiz tələbinə dair iddiasının tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı keçirilən məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar vermiş, izahatında Astara Rayon Məhkəməsinin 2(018)-875/2025 saylı, 20 avqust 2025-ci il tarixli qətnaməsini ləğv edərək İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cehiz tələbinə dair iddiasının tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək izahatında apelyasiya şikayətinin təmin edilməməsini, Astara Rayon Məhkəməsinin 2(018)-875/2025 saylı, 20 avqust 2025-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə Cavabdeh1 iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində Astara Rayon Məhkəməsinin 2(018)-875/2025 saylı, 20 avqust 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Astara Rayon Məhkəməsinin 2(018)-875/2025 saylı, 20 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Belə ki, İş materiallarında olan AZ-İİ 422416 seriya və nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə X2 arasında xx.xx.2021-ci il tarixdə Astara rayon Qeydiyyat şöbəsində nikah bağlanmış və 306 №-ilə qeydə alınmışdır. İş materiallarında olan AZ-İİ 422416 seriya və nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2024-cü il tarixdə ölmüş və Bakı şəhəri, Qaradağ rayon Qeydiyyat şöbəsində xx.xx.2024-cü il tarixdə ölüm haqqında akt 210 №-ilə qeydə alınmışdır. İş materiallarında olan X7 iştirak edilməməsi haqqında xx.xx.2024-cü il tarixli, MŞL/MT014/2024-01100 saylı arayışa əsasən, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh1 iştirak etməmişdir. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı dövlət rüsumu üçün 95 manat 40 qəpik və mediasiya üçün ödənilmiş 60 manat məbləğində pul rüsum ödəmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçı 24 dekabr 2021-ci il tarixdə X9 ilə nikaha daxil olaraq ailə qurmuş və həmin tarixdə cavabdehlərin yaşadıqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə nikahdan 11 iyun 2020-ci il tarixdə Leyla və 22 may 2021-ci il tarixdə Rüqəyyə adlı iki övlad anadan olmuşdur. Uşaqlar sağ-salamat olmaqla hazırda iddiaçının himayəsindədir. İddiaçı ailəsi ilə mehriban yaşamış, həyat yoldaşı yaxşı qazanc gətirən və ailəsinə daim yüksək dəyər verən biri olmuşdur. Lakin 04 mart 2024-cü il tarixdə həyat yoldaşı X9 vəfat etmişdir. Bundan sonra iddiaçı həmin evdən ayrılmış və Bakı şəhərində kirayə mənzildə yaşayır. İddiaçının deməsinə görə gəlin köçərkən özü tərəfindən alınmış və valideynləri tərəfindən hədiyyə edilmiş cehiz əşyalarını cavabdehlərin evinə yerləşdirmiş, lakin oradan çıxarkən həmin əşyaları götürmək imkanından məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. İddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.
1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.
2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;
3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı iddiasının 10.000 manat dəyərində yataq dəsti, masa, stullar, divan, kreslo, komot, televizor altlığı, ayaq üstü saat; 1.500 manat dəyərində soyuducu; plazma televizor və digər əşyalar hissəsində öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarınıəsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Hazırki iddia tələbi üzrə cavabdehin mövcud olan əşyaların qismən etirafı nəzərə alınmış və təmin edilmişdir. Lakin digər əşyaların mövcudluğu sübut olunsa da, həmin əşyaların məhz iddiaçıya valideynləri tərəfindən hədiyyə olaraq verilməsini iddiaçı sübut edə bilməmişdir. İddiaçı isə apellyasiya şikayəti verərək iddiasının tam təmin edilməsini xahiş etmişdir. İddanın təmin edilməyən hissəsinə münasibətdə iddiaçı məhkəmə kollegiyasına "xxxx" MMCdən 1 ədəd yataq dəsti Roma qəhvəyi, 1 ədəd Soyuducu DEAWO FGK51EFG silver, ümumilikdə 7200 manat dəyərində əşyaların mərhum əri X9 tərəfindən 2019-cu ildə alınmasına dair sübut təqdim etmiş və qeyd etmişdir ki, həmin arayışı birinci instansiya məhkəməsində vəkilinə vermiş, lakin vəkili tərəfindən təqdim edilməmişdir. Cavabdeh2 isə həmin arayışı polis şöbəsinə məhz elə özünün təqdim etdiyini bildirmişdir. Kollegiya iddiaçı tərəfindən təqdim edilmiş arayışa münasibətdə qeyd edir ki, əvvəla Mülki prosessual qanunvericiliyinə əsasən apellyasiya instansiya məhkəmələrinin bir qayda olaraq əsas vəzifəsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyini yoxlamaqdan ibarətdir. Yuxarıda qeyd olunan prosessual normaların mahiyyətindən də aydın olur ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır və faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilsin. Eyni zamanda o da nəzərə alınmalıdır ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.4). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2). İddiaçı apellyasiya instansiyası məhkəməsindən birinci instansiya məhkəməsində verilməli olan arayışın hansı səbəbdən vaxtında birinci instansiya məhkəməsinə təqdim edə bilməməsini əsaslandıra bilmədiyindən həmin arayışa hüquqi qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz. İkincisi kollegiya qeyd edir ki, həmin arayış sübut qismində qəbul edilib hüquqi qiymət verilsə belə iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, təqdim edilən arayışdan görünür ki, adıçəkilən əşyalar iddiaçının mərhum əri X9 tərəfindən 2019-cu ildə alınmışdır. Tərəflər arasında nikah isə 24 dekabr 2021-ci il tarixdə bağlanmışdır. İddiaçı iddia tələbində cehiz əşyalarının valideynləri tərəfindən pul verilərək ona alındığını qeyd etmiş, daha sonra iddiaçı apellyasiya icraatı zamanı verdiyi izahatında arayışda göstərilən əşyaların Orxan Babayevlə birgə nikah dövründə alındığını bildirmişdir. Əvvəla qeyd edilməlidir ki, tərəflər arasında nikah 2021-ci ildə bağlanmışdır. İddiaçı ilk öncə 2019-cu ildən X9 ilə faktiki nikah münasibətlərində olduqlarını sübut etməlidir. İkincisi isə iddiaçı apellyasiya icraatı zamanı iddia tələbindən fərqli olaraq həmin arayışda göstərilən əmlakların ər-arvadın birgə nikah dövründə əldə etdiyi əmlak kimi qəbul edilməsini və bölünməsini tələb edir. Kollegiya isə bununla bağlı qeyd edir ki, iddiaçının iddia tələbi vindikasiya iddiası olduğu halda, hazırkı dəlili birgə mülkiyyətin bölünməsi ilə bağlıdır. Belə olan halda apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ilə bağlı tələb əsaslı hesab edilərək qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırkı iş üzrə iddiaçı əgər hesab edirsə ki həmin əmlaklar birgə nikah dövründə əldə edilmişdir, o zaman iddiaçı yeni iddia qaldırmaq yolu birgə nikah dövründə əldə edilmiş əmlakın və ya ona çəkilən xərclərin bölünməsini tələb edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin qismən əsaslı hesab edilərək təmin edilməsi qənaətinə gəlməsi mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiq olunmayan formal mülahizələrdən ibarət olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Astara Rayon Məhkəməsinin 2(018)-875/2025 saylı, 20 avqust 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 2(018)-875/2025 saylı, 20 avqust 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.