Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1685/2022 25.08.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi ilə, hakimlər X2 və X3 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi X9, ərizəçi X4 nümayəndəsi və vəkili Vəkil və maraqlı şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X10 iştirakları ilə açıq məhkəmə iclasında ərizəçi X4 X7nun xx.xx.1992-ci ildə Çıldıran kəndinin azad edilməsi zamanı ölmüş hesab edilməsinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli 2(071)- 507/2019 saylı qətnaməsindən ərizəçi X12 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ Hacıqabul Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli 2(071)-507/2019 saylı qətnaməsi ilə (sədrlik edən X26) ərizə təmin edilmiş, X11 xx.xx.1992-ci il tarixdə ölmüş hesab edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Ərizəçi X12 tərəfindən Hacıqabul Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli 2(071)-507/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin dəyişdirilməsi, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: Ərizəçi X4 ərizəsi onunla əsaslandırılmışdır ki, o, 13 may 1939-cu il tarixdə Ağsu rayonunun Calayır kəndində anadan olmuşdur. Hal-hazırda Hacıqabul rayonunun Qarasu kəndində qeydiyyatda olmaqla orada yaşayır. O, 12 sentyabr 1964-cü il tarixdə X18 ilə nikah münasibətinə girərək ailə həyatı qurmuş və birgə nikahlarından 1971-ci il tarixdə X14 anadan olmuşdur. Onun X7 1992-ci il tarixdə Azərbaycan Respublikası torpaqlarının erməni işğalçılarından azad edilməsi üçün Əli Bayramlı Şəhər Hərbi Komissarlığı tərəfindən cəbhə bölgəsinə göndərilmişdir. X7 07 sentyabr 1992-ci il tarixdə Çıldıran kəndinin erməni işğalçılarından azad edilməsi zamanı itkin düşmüş və həmin vaxtdan 27 il keçməsinə baxmayaraq o, ana kimi oğlunun qayıtmasını gözləmişdir. X11 Çıldıran kəndi uğrunda gedən döyüşlərdə itkin düşməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin 23 aprel 2019-cu il tarixli, 81 nömrəli məktubunda öz əksini tapmışdır. Ərizəçi X12 uzun illər “Şəhid ailəsi vəsiqəsi”ni ala bilmədiyini, vəsiqəni ala bilmədiyindən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 03 sentyabr 1993-cü il tarixli qanunda və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidenti təqaüdünün” təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2006-cı il tarixli, 493 saylı Fərmanında nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə etmək imkanının məhdudlaşdığını, hazırda oğluna şəhid statusu almaq üçün ölüm şəhadətnaməsi almaq istədiyini, bu barədə Hacıqabul rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, 23 aprel 2019-cu il tarixli, 23/12 saylı məktubla ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydalarının” 8.1 və 8.5-ci bəndlərinə əsasən mərhumun ölüm aktını təsdiq edən tibbi arayış alınmadığından ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməsi bildirildiyini və bu səbəbdən də, məhkəməyə müraciət etmək qərarına gəldiyini göstərərək mərhum X7nun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda, yəni xx.xx.1992-ci il tarixdə Çıldıran kəndinin azad edilməsi zamanı ölmüş hesab edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Ərizəçi X4 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən ərizəçinin tələbinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, onun oğlunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə itkin düşməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin 23 aprel 2019cu il tarixli, 81 nömrəli məktubunda öz təsdiqini tapmasına baxmayaraq, məhkəmə qətnamənin nəticə hissəsində həmin halı qeyd etməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Ərizəçi X4 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Hacıqabul Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli 2(071)-507/2019 saylı qətnaməsinin dəyişdirilməsi, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X15 apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Maraqlı şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Hacıqabul rayon Qeydiyyat Şöbəsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Hacıqabul rayon Filialına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə həmin maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası ərizəçinin nümayəndəsi və vəkilinin, işdə iştirak edən maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli 2(071)-507/2019 saylı qətnaməsi ləğv edilməli, ərizə təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Qarasu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 aprel 2019-cu il tarixli 237 saylı arayışdan görünür ki, X1 rayonu Qarasu kəndində yaşamaqla həmin kənddə qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Hacıqabul Rayon Şöbəsi tərəfindən verilmiş 23 aprel 2019-cu il tarixli, 81 nömrəli arayışdan görünür ki, 21 avqust 1992-ci il tarixdə Əli- Bayramlı şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılmış 1971-ci il təvəllüdlü X14 07 sentyabr 1992-ci il tarixdə Çıldıran kəndinin azad edilməsi zamanı itkin düşmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən X6 ünvanlanmış 23 aprel 2019-cu il tarixli, 23/12 nömrəli məktubdan görünür ki, mərhumun ölüm aktı onun ölümünü təsdiq edən tibbi arayış alınmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdəndə ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi X12 X7nun 1992-ci il tarixdə Azərbaycan Respublikası torpaqlarının erməni işğalçılarından azad edilməsi üçün Əli Bayramlı Şəhər Hərbi Komissarlığı tərəfindən cəbhə bölgəsinə göndərildiyini, X11 07 sentyabr 1992-ci il tarixdə Çıldıran kəndinin erməni işğalçılarından azad edilməsi zamanı itkin düşdüyünü, oğlunun itkin düşməsinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin 23 aprel 2019-cu il tarixli, 81 nömrəli məktubunda öz əksini tapdığını, lakin oğlunun 07 sentyabr 1992-ci il tarixdə Çıldıran kəndinin azad edilmsəi zamanı itkin düşməsinə baxmayaraq onun ölmüş elan edilməməsi səbəbindən “Şəhid ailəsi vəsiqəsi”ni ala bilmədiyini, vəsiqəni ala bilmədiyindən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 03 sentyabr 1993-cü il tarixli qanunda və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidenti təqaüdünün” təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2006-cı il tarixli, 493 saylı Fərmanında nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə etmək imkanından məhrum olduğunu göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Hacıqabul Rayon Şöbəsi tərəfindən verilmiş 23 aprel 2019-cu il tarixli, 81 nömrəli arayışdan görünür ki, 21 avqust 1992-ci il tarixdə Əli-Bayramlı şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılmış 1971-ci il təvəllüdlü X14 07 sentyabr 1992-ci il tarixdə Çıldıran kəndinin azad edilməsi zamanı itkin düşmüşdür. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə kollegiyası işin faktiki hallarını tərəflərin izahatları və iş materialları üzrə araşdıraraq belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlməmişdir. Ona görə də apelyasiya şikayəti qismən təmin edilməli, Hacıqabul Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli 2(071)-507/2019 saylı qətnaməsi ləğv edilməli, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 372, 376.2, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Ərizəçi X12 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli 2(071)-507/2019 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi X4 ərizəsi təmin edilsin. X14 xx.xx.1992-ci ildə Çıldıran kəndinin azad edilməsi zamanı ölmüş elan edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nüsrət Mirzəyev Hakimlər: İlham Əsədov Orxan İsmayılov Sədrlik edən: İmza. Hakimlər: İmzalar. Əsli ilə düzdür. Hakim: Nüsrət Mirzəyev Sədrlik edən: İmza. Hakimlər: İmzalar. Əsli ilə düzdür. Hakim: Nüsrət Mirzəyev Sədrlik edən: Nüsrət Mirzəyev Hakimlər: İlham Əsədov Orxan İsmayılov İş № 2(071)-507/2019 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ Hacıqabul Rayon Məhkəməsi X25 Novruz oğlunun sədrliyi, Hüseynov Namik Fikrət oğlunun katibliyi, Ərizəçi X5 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə 23 oktyabr 2019-cu il tarixdə Hacıqabul şəhərində Ərizəçi X5 ölüm faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Hacıqabul Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X13 ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi X13 ərizəsini onunla əsaslandırmışdır ki, o, 13 may 1939-cu il tarixdə Ağsu rayonunun Calayır kəndində anadan olmuşdur. Hal-hazırda Hacıqabul rayonunun Qarasu kəndində qeydiyyatda olmaqla orada yaşayır. O, 12 sentyabr 1964-cü il tarixdə X18 ilə nikah münasibətinə girərək ailə həyatı qurmuşlar və birgə nikah münasibətlərindən 1971-ci il tarixdə X14 anadan olmuşdur. X7 1992-ci il tarixdə Azərbaycan Respublikası torpaqlarının erməni işğalçılarından azad edilməsi üçün Əli Bayramlı şəhər Hərbi Komissarlığı tərəfindən cəbhə bölgəsinə göndərilmişdir. X7 07 sentyabr 1992-ci il tarixdə Çıldıran kəndinin erməni işğalçılarından azad edilməsi zamanı itkin düşmüş və həmin vaxtdan 27 il keçməsinə baxmayaraq o, ana kimi oğlunun qayıtmasını gözləmişdir. X11 Çıldıran kəndi uğrunda gedən döyüşlərdə itkin düşməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin 23 aprel 2019-cu il tarixli, 81 nömrəli məktubunda öz əksini tapmışdır. Ərizəçi X13 uzun illər “Şəhid ailəsi vəsiqəsi”ni ala bilmədiyini, vəsiqəni ala bilmədiyindən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 03 sentyabr 1993-cü il tarixli qanununda və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidenti təqaüdünün” təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2006-cı il tarixli, 493 saylı Fərmanında nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə etmək imkanının məhdudlaşdığını, hazırda oğluna şəhid statusu almaq üçün ölüm şəhadətnaməsi almaq istədiyini, bu barədə Hacıqabul rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, 23 aprel 2019-cu il tarixli, 23/12 saylı məktubla ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydalarının” 8,1 və 8,5-ci bəndlərinə əsasən mərhumun ölüm aktını təsdiq edən tibbi arayış alınmadığından ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməsi bildirildiyini və bu səbəbdən də, məhkəməyə müraciət etmək qərarına gəldiyini göstərərək mərhum X7nun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda yəni xx.xx.1992-ci il tarixdə Çıldıran kəndinin azad edilməsi zamanı ölmüş hesab edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X13 ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X5 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə maraqlı şəxs Hacıqabul rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edimiş Azərbaycan Respublikasının Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Qarasu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 aprel 2019-cu il tarixli 237 saylı arayışdan görünür ki, X1 rayon Qarasu kəndində yaşamaqla həmin kənddə qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş AZE 03168942 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayon Qarasu kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Hacıqabul Rayon Şöbəsi tərəfindən verilmiş 23 aprel 2019-cu il tarixli, 81 nömrəli arayışdan görünür ki, 21 avqust 1992-ci il tarixdə Əli- Bayramlı şəhər Hərbi komisarlığı tərəfindən hərbi xidmətə çağrılmış 1971-ci il təvəllüdlü X14 07 sentyabr 1992-ci il tarixdə Çıldıran kəndinin azad edilməsi zamanı itkin düşmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən X6 ünvanlanmış 23 aprel 2019-cu il tarixli, 23/12 nömrəli məktubdan görünür ki, mərhumun ölüm aktı onun ölümünü təsdiq edən tibbi arayış alınmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdəndə ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını təsdiq edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8 maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə görə şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə görə əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X11 xx.xx.1992-ci il tarixdə ölmüş hesab edilməsi faktı müəyyən edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi X5 ölüm faktının müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. X11 xx.xx.1992-ci il tarixdə ölmüş hesab edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həmid Əzizov Düzdür X26 İş № 2(071)-507/2019 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏDƏNÇİXARİŞ Hacıqabul Rayon Məhkəməsi X25 Novruz oğlunun sədrliyi, Hüseynov Namik Fikrət oğlunun katibliyi, Ərizəçi X5 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə 23 oktyabr 2019-cu il tarixdə Hacıqabul şəhərində Ərizəçi X5 ölüm faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Hacıqabul Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 214.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi X5 ölüm faktının müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. X11 Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda yəni xx.xx.1992-ci il tarixdə Çıldıran kəndinin azad edilməsi zamanı ölmüş hesab edilməsi faktının müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həmid Əzizov Düzdür X26
Məhkəmə qərarları › İş №2(106)-1685/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1685/2022
25.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver