Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-169/2024 08.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının cehiz əmlaklarının qaytarılması” tələbinə dair mülki iş üzrə Açar sözlər: cehiz və qızıl-zinət əmlakları Şirvan şəhəri, 08 fevral 2024-cü il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X6, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, açıq məhkəmə iclasında, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının cehiz əmlaklarının qaytarılması” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(057)- 573/2023 saylı qətnaməsindən (hakim Ənnağı Məmmədli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh evində qalan cehiz əmlak və qızılları olan 1 ədəd taxt, 2 ədəd tumbuçka və geyim dolabı 2400 manat, serevant 200 manat, stol-stul 500 - manat, divan-kreslo dəsti 1100 - manat, 2 ədəd güzgülü kamot 300 - manat, paltaryuyan maşın "Şivaki” 1100 - manat, televizor "Vesta” altlığı ilə 1200 - manat, soyuducu "Şvaki” 800 manat, elektrik soba evroluks 200 manat, aspiratr 90 manat, elektrik süpürgə eroluks 240 manat, elektrik ətçekən maşın evroluks 200 manat, mətbəx mebeli 2 metrlik 700 manat, tək çarpayı 180 - manat, 3 ədəd xalça 150 -manat, billur rumkalar 90 - manat, billur meyvə qabı və 2 ədəd güldan ilə birlikdə 200 - manat, çaynik, abedni və kafeyni dəstlər 200 - manat, qaşıq - çəngəl dəsti 30 - manat, çilçıraq 2 ədəd 100 - manat, gecə lampası 25 - manat, salatdoğrayan 15 - manat, 1 ədəd mikser 35 - manat, otaq güldanı içində gülləri 48 - manat, 2 ədəd zibilqabı 11 manat, 1 ədəd ləyən 5 - manat, 4 ayaq və oxlov 20 - manat, qara çömçə naboru 20 manat, xrustal stəkan nəlbəkilər 15 - manat, armud stəkan nəlbəki 11 - manat, ədviyyat naboru 20 - manat, qəddan 19 - manat, 3 ədəd çaynik 45-manat, çaynik çaşka dəsti 25manat, 12 ədəd yağ bıçağı 6 - manat, 6 ədəd duzqabı 5-manat, 2 ədəd qəndqabı 10 manat, toyuq doğrayan qayçı 12-manat, qoz sındıran 6-manat, asılqan 6-manat, pol silən matorlu 15-manat, kartof səbəti 10 manat, paltar səbəti 6-manat, 2-aş süzən 6-manat, 6 ədəd çay dəsmalı 6-manat, 2 ədəd sini 13-manat, ayaqqabı geyən 4-manat, 2 ədəd salfetka qabı 5-manat, yağ və pendirqabı 4-manat, paltar şotkası 4-manat, şpilka paltar üçün 3 - manat, 1 ədəd vedrə plasmas 3-manat, 2 ədəd dəmir vedrə 10-manat, çörəkqabı 5-manat, çörək saxlayan 15-manat, şampun maçalka dəsti 7-manat, iynə sap 2-manat, plasmas qab ilə aş süzən 4-manat, 2 ədəd çuğun qazan 27-manat, divar saatı 30-manat, güzgü balaca 5-manat, divan üstlüyü 70-manat, yay ədyalı 25-manat, 2 ədəd çamadan ədyal 100-manat, 6 ədəd bulud qaşığı 6-manat, ütü tefal və altlığı 94-manat, tortqabı dəsti 30-manat, iki tül pərdə və atlas 120-manat, tefal çaynik 40-manat, tava alüminum dəst 100-manat, tefal tava tək 65-manat, 1ədəd tava 10-manat, 2 ədəd ləpəqabı 15-manat, 6 ədəd yun nalça 60-manat, 4 ədəd balış qaz tükündən 60-manat, 4 ədəd yorğan 200manat, 3 ədəd yun döşək atlas üzlü 260-manat, taxt üstlüyü gəlincik 300-manat, 6 ədəd əlüz dəsmalı 36-manat, 4 ədəd hamam dəsmalı 48-manat, 6 ədəd yataq örtüyü dəst 72manat, masa örtüsü 6-dəst 180-manat, 2 ədəd divan üstü balış 10-manat, ümumi qiymət 12450-manat dəyərində. Geyimləri koftalar, yupkalar, pencəylər, kurtkalar, ayaqqabıları, ziyafət geyimləri, çantalar, sapaşkiləri, vinetka, kasmetikaları, kitabları, suvinerləri, şəkilləri hava və ütü saç fenləri, orada qalmışdır. Qızılları: boyunbağı, qolbaq, üzük sırğa dəsti 750-əyyar 34-qram 3400-manat, tək üzük alyans 585-əyyar 4-qram 350-manat, bəxt üzüyü briliyant qaşlı 750-əyarlı 4-qram 400-manat, duz ayağına verilmiş qaşlı üzük 585əyar 5 qram 400-manat ümumi dəyəri 4550 manat. Ərizədə qeyd etdiyi əmlakın özünü və yaxud dəyəri cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 23 iyul 2022-ci il tarixdə el adəti ilə toy edib rəsmi ailə qurmuşlar. Ailə qurduqları gündən bütün ailə münasibətlərinə qaynanası müdaxilə etmiş, 2-ay cavabdehin evində gəlin olduğu hər gün mübahisə hər gün təhqir stolun üzərində meyvə qabını sındıraraq onun əlini sınmış şüşəyə basan Qoşqar əlindən axan qandan sanki zövq alırmış. Onun valideyinləri çəkdiyi əziyyəti görsələrdə Qoşqarın müharibədə iştirak etməsinə görə hörmətlə yanaşmışlar anasının qolundan yapışıb sıxaraq əzən Qoşqar onu qorxutduqca ondan uzaq olmağa çalışmış valideyinlərinin gözləri qrşısında valideyinləri onun təhqir olunub döyüldükdən sonra atasının evinə qayıtmış, geri qayıtmaq artıq onun üçün asan olmamışdır. Barəsində xoşa gəlməz şaiyələr yayaraq onu şərləməyə başlayan Qoşqar cehiz əmlakını qızıllarını geyimlərini vermədiyindən bu günə kimi qardaşının jaketlərini geyinir. Qoşqar cehizlərinin götürməsinə imkan verməyərək əvəzində ondan pul istəyir ki, toy edib pul xərcləmiş deyir. Cavabdehin evində qalan cehizlarini və toyuna verdikləri qızıllar onların evində qalıb döyülüb çıxarılmış əyninin bir dəst dəyişiyində götürməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı bildirmişdir ki, cavabdehlə 2 ay birlikdə yaşamışlar. Valideyinləri onları qonaq çağırdığı üçün 01 oktyabr 2022-ci il tarixdə o, Qoşqar, Qoşqarın xalası və xalasının əri ilə birlikdə getmişlər. Valideyinləri onun bir neçə gün qalmasını istəmişlər, Qoşqar da etiraz etməmişdir. Bir neçə gün qaldıqdan sonra anası ilə birlikdə evə qayıtmaq istəsə də cavabdeh və onun anası buna imkan verməmişdir. Cehiz əşyalarını cavabdeh təhvil verilərkən onun iştirakı olmadığına və əşyaları cavabdeh əvvəlcədən qablaşdırdığı üçün Tefal ütünün altlığı, Termus, 1 ədəd Fincan, yanında oyuncaq ayı, Quran Ayəsinin və mətbəx mebelini və ya onun dəyərinin 1/3 hissəini (2 metr) tələb etdiyini bildirmişdir. Cavabdeh iddia tələbini qəbul etməməklə, izahatında bildirmişdir ki, 01 oktyabr 2022ci il tarixdə iddaçının atası onları evlərinə qonaq çağırmış, o, iddiaçı, xalası və xalasının əri ilə birlikdə qonaq getmişlər. Biz qonaq getdiyimiz üçün İddiaçı qızıl-zinət əşyalarını taxmışdır. 04 oktyabr 2022-də o, anası ilə Salyan şəhərində bazarda olduqları vaxtı iddiaçı anası ilə birlikdə evə getmişdir. Evin qapısının açarının biri də iddiaçıda olmuşdur. Onlar evə qayıtdıqdan sonra onların arasında yenə də söz-söhbət olmuş, iddiaçı anası ilə birlikdə evi tərk edərək getmişlər. Evdə olan cehiz əşyalarının hamısını iddiaçı 11 iyun 2023-cü il tarixdə aparmışlar. Qızıl-zinət əşyalarını isə anası evinə gedərkən üzərində taxılı olmuşdur. Salyan Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(057)-573/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh “Tefal” ütünün altlığının, 1 ədəd termusun, 1 ədəd fincanın və Quran ayələrinin yazılı olduğu kitabın İddiaçı verilməsi, ödənilmiş rüsumunun 10 manatının Cavabdeh alınaraq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Salyan Rayon Məhkəməsinin 16 iyun 2023-cüil tarixli, 2(057)-573/2023 saylı qətnaməsinin qismən dəyişdirməklə, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi işi düzgün araşdırmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçı ilə onu xalası tanış etmiş və onlar evlənmişlər. İddiaçı qonşu kənddə yaşamışdır. Ailə qurduqdan 10 gün sonra iddiaçı ona demişdir ki, onunla bir ailə kimi yaşaya bilməyəcəklər. Göstərmişdir ki, iddiaçı ilə təxminən 2 ay bir yerdə yaşamışlar. xx.xx.2022-ci ildə iddiaçı ona təkidlə atasıgilə qonaq getmələrini demişdir. Həmin gün anası toyda olmuşdur. Ona görə də anası qaynatasıgilə qonaq gedə bilməmişdir. Lakin xalası, xalasının əri, özü və iddiaçı özü qonaq getmişlər. Qeyd etmişdir ki, hədiyyə edilən qızıl-zinət əşyaları daima iddiaçının sahibliyində və istifadəsində olmuşdur. Qonaq gedərkən də iddiaçı ona hədiyə edilən qızıl-zinət əşyalarını öz üzərinə taxmışdır. Qonaqlıqda iştirak etmiş və evə qayıdarkən qayınanası ona demişdir ki, icazə versin qızı 1-2 gün onlarda qalsın. O da etiraz etməmişdir. İddiaçı 2 gün anasıgildə qalmışdır. Bu müddət ərzində iddiaçı ilə danışarkən aralarında mübahisə olmuşdur. Həmin vaxt qayınanası iddiaçıdan telefonu alaraq ona anasının pozğun olduğunu və s. ifadələr işlətmişdir. Bildirmişdir ki, evlərinin açarlarının biri daima iddiaçıda olmuşdur. xx.xx.2022-ci ildə qaynatası ona zəng edərək evə gəlməsini bildirmişdir. Həmin vaxt anası ilə bazarda olmuşdur. Evə gəlib iddiaçını, anası və atasını evlərində görmüşdür. İddiaçı ilə anası onlara məxsus evdən müxtəlif əşyalar yığıb aparmışlar. Bundan sonra onlar arasındakı münasibət kəsilmişdir. Qeyd etmişdir ki, iddiaçının bütün cehiz əşyalarını ona təhvil vermişlər. Evlərində iddiaçıya aid bir dənə də olsun əşya qalmamışdır. Evdə qalan “Tefal” ütünün altlığını, 1 ədəd termusu, 1 ədəd fincanı və Quran ayələrinin yazılı olduğu kitabı da məhkəməyə apararaq məhkəmədə iddiaçıya vermişdir. İddiaçı apellyasiya baxışında iştirak etməmişdir. İddiaçıya müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən dəyişdirilməklə, iddianın tam təmin edilməsini xahiş etməklə qətnaməni qismən- iddianın təmin edilməyən hissəsində mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə qismən yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin ; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir, 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir, 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır, 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir, 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir,həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir.Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır, 668.1.3-cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdiyi halda bağışlama etibarlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin izahatını, məruzəni dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin və ya dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apelyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarına olan X5 Şəhadətnamənin ksero surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Salyan Rayon Qeydiyyat Şöbəsində 191 nömrəli akt qeydi ilə xx.xx.2022-ci il tarixdə pozulmuşdur. İş materiallarına olan 14 mart 2023-cü il tarixdə Neftçala şəhəri, 20 Yanvar D-1/2 küçəsində yerləşən 49 saylı zərgərlik emalatxanasının zərgər mütəxəsisi X3 tərəfindən Cavabdeh adına verilmiş rəydən görünür ki, təqdim edilmiş fotoşəkillərdəki və video görüntülərdə əks olunan qızılların təxmini qiyməti: dəst (boyunbağı, qolbaq, üzük, sırğa) 585 əyyar, 17.5 qram 1750 manat, üzük tək qaşlı 585 əyyar, 2 qram - 190 manat, nişan üzüyü 583 əyyar, 5 qram - 300 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş 11 iyun 2023-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, Cavabdeh, X4 və X2 iştirakı ilə İddiaçı iddia ərizəsində qeyd etdikləri cehiz əmlaklarının qızıl-zinət əşyaları istisna olmaqla cavabdehin evindən götürülmüşdür. İşin hallarından müəyyən edilir ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cehiz və qızıl-zinət əşyalarını tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı hesab etmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçı apellyasiya şikayətində işin düzgün araşdırılmadığını bildirsə də, buna dair məhkəməyə zəruri sübutlarını təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Qeyd edilən qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə, mübahisə predmeti üzrə tətbiqi, məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə ədalətli hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən məlum olur ki, iddianın mübahisələndirilən hissəsinin qiyməti 5000 manatdan çoxdur. Ona görə də qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(057)-573/2023 saylı qətnaməsi iddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi vaxtdan 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-169/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-169/2024
08.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver