Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1712/2024 27.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Laçın Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2(047)-222/2024 saylı qərardadından Cavabdeh nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı əmlakın və ya onun dəyərinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Laçın Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2(047)-222/2024 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmişdir. Qətnamədən Cavabdeh etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili X3 tərəfindən apellyasiya şikayəti verilərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi Şirvan Apellyasiya Məhkəməsindən xahiş olunmuşdur. Laçın Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2(047)-222/2024 saylı qətnaməsindən Cavabdeh etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və apellyasiya şikayətinə müddətin üzürlü səbəbdən buraxılması barədə həmin müddətin bərpa edilməsinə dair ərizə əlavə edilmədiyindən Laçın Rayon Məhkəməsinin 25 iyul 2024- cü il tarixli, 2(047)-222/2024 saylı qərardadına əsasən baxılmadan geri qaytarılmışdır. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili X1 Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(047)-222/2024 saylı qərardadından 15 avqust 2024cü il tarixdə şikayət ilə məhkəməyə müraciət edərək qeyd edilən qərardadın ləğv edilməsi və apellyasiya şikayətinin adiyyəti üzrə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2(047)-222/2024 saylı qərardadına əsasən Cavabdeh etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili X3 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və şikayətə müddətin üzürlü səbəbdən buraxılması barədə həmin müddətin bərpa edilməsinə dair ərizə əlavə edilmədiyindən baxılmadan geri qaytarılması qərara alınmışdır. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili X3 qeyd olunan qətnamədən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş apellyasiya şikayətindən və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsindən görünür ki, o, 2(047)-222/2024 saylı mülki iş üzrə Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsini üzürlü hesab edərək bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü tarixli, 2(047)-222/2024 saylı qərardadı ilə Laçın Rayon Məhkəməsinin 2(047)-222/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi ilə əlaqədar Cavabdeh etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili X3 tərəfindən verilmiş vəsatətin əsassız olduğundan rədd edilməsi qərara alınmışdır. Daha sonra Cavabdeh etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili X3 şikayət ilə məhkəməyə müraciət edərək Laçın Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2(047)-222/2024 saylı qərardadının ləğv edilməsi, vəsatətin təmin edilməsi, işə mahiyyəti üzrə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi, Laçın rayon Şamkənd kənd icra nümayəndəsi X4 barəsində xüsusi qərardad çıxarılaraq Bağ Prokurorluğa və Laçın Rayon İcra Hakimiyyətinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü tarixli, 2(047)-222/2024 saylı qərardadı ilə, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili X3 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarının tədqiqindən müəyyən edilir ki, birinci instansiya məhkəməsi istər 25 iyul 2024- cü il tarixli qərardadında, istərsə də 02 sentyabr 2024-cü tarixli qərardadında qətnamədən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasının və müddətin bərpa edilməməsinin əsası kimi Laçın rayon Şamkənd kənd icra nümayəndəsi X2 16 may 2024-cü il tarixli, 2(047)-222/2024 saylı qətnamənin 11 iyun 2024-cü il tarixdə Cavabdeh verilməsi ilə bağlı icra nümayəndəsi tərəfindən verilmiş məktuba istinad etmiş və hesab etmişdir ki, qətnamə 11 iyun 2024-cü il tarixdə Cavabdeh kənd icra nümayəndəsi tərəfindən şəxsən verildiyindən cavabdeh müddəti üzürsüz səbəbdən ötürmüş və ona görə də məhkəmə müddəti bərpa etməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə əlaqədar iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin geri qaytarılması və müddətin bərpa edilməməsi barədə gəldiyi nəticə prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanuni və əsaslı hesab oluna bilməz. Odur ki, şikayət qismən təmin edilərək qərardad ləğv edilməli, hazırkı qərarda göstərilən halların yenidən araşdırlması üçün iş materialları Laçın Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsində Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olduğu göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verərək (İ hissə), məhkəmə orqanları da daxil olmaqla dövlət hakimiyyəti orqanlarının və vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) şikayət verilməsinin mümkünlüyünü bu hüququn əsas elementi kimi nəzərdə tutur (İİ hissə). “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyasının 6-cı maddəsinin 1-ci maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Həmin maddənin 3-cü b yarım bəndinə əsasən hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmalıdır. Qanunvericilik bu məqsədlərə nail olmaq üçün aşağı instansiya məhkəmələrinin qəbul etdiyi qərarların qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydalarını müəyyən edir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının təsirli şəkildə bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 134.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Həmin məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Göründüyü kimi məhkəmə sənədinin rəsmi qaydada verilməsi üçün həmçinin həmin sənədin şəxs özü və ya ailə üzvləri olmadıqda ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına verilməsini də özündə ehtiva edir. Lakin həmin sənədin yerli özünüidarə orqanına verilməsi bu sənədin hələ də çatıdırılmasını ehtiva edə bilməz. Belə ki, həmin orqanın nümayəndəsi sənədin çatdırılmalı olduğu şəxsi çağırmalı və ona həmin sənədi rəsmi qaydada imza etdirməklə təqdim etməlidir. Əks halda bu barədə sübut yoxdursa məhkəmə aktının proses iştirakçısına çatdırılması şübhə altında qalmış olar. İş materiallarından da görünür ki, Laçın rayon Şamkənd kənd icra nümayəndəsi X4 16 may 2024-cü il tarixli, 2(047)-222/2024 saylı qətnamənin 11 iyun 2024-cü il tarixdə Cavabdeh verilməsi barədə məktub göndərmiş, lakin həmin məktubda qətnamənin cavabdeh tərəfindən imza etməklə qəbul edilməsi barədə hər hansı sənəd əlavə edilməmişdir. Birinci instansiya məhkəməsi də məhkəmə iclasında Laçın rayon Şamkənd kənd icra nümayəndəsi X2 iştirakını təmin etməklə həmin sənədin cavabdehə icra nümayəndəsi tərəfindən rəsmi qaydada verilibverilməməsini araşdırmamış və nəticədə cavabdehin hüquqlarını pozmaqla müddətin ötürülübötürülməməsinə düzgün hüquqi qiymət verməmişdir. Nəzərə alınmalıdır ki, müddətin buraxılması elə prosessual hərəkətdir ki, şəxs onun iradəsindən aslı olan və ya olmayan səbəblərdən vaxtında qanunla ona tanınmış hüquqdan istifadə edə bilmir. Cavabdeh isə şikayətində və müddətin bərpası barədə ərizəsində məhkəmə qətnaməsini ümumiyyətlə almadığını, qətnamə icra mərhələsində olan zaman həmin qətnamə ilə tanış olduğunu bildirmişdir. Göründüyü kimi Laçın Rayon Məhkəməsi müddətlə bağlı məsələyə düzgün hüquqi qiymət verməmiş və nəticədə qərardadın apelyasiya qaydasında ləğvi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, üç pilləli məhkəmə sistemində tərəflərin məhkəmə aktından narazı qaldığı təqdirdə tərəfin həmin aktı yuxarı instansiya məhkəməsində mübahisələndirməsi və həmin instansiya məhkəməsində ədalətli mülki iş üzrə məhkəmə araşdırılmasının təmin edilməsi, ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək üçün Laçın Rayon Məhkəməsinin 02 sentyabr 2024cü il tarixli, 2(047)-222/2024 saylı qərardadından Cavabdeh nümayəndəsi - vəkili Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, hazırkı qərardadın əsaslandırıcı hissəsində göstərilən hallara yenidən araşdırılması və hüquqi qiymət verilməsi üçün iş materialları Laçın Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara və Mülki Prosessual Məcəllənin 263, 264, 366.3, 395-398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Laçın Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2(047)-222/2024 saylı qərardadından Cavabdeh nümayəndəsi - vəkili Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Laçın Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2(047)-222/2024 saylı qərardadı ləğv edilsin. Laçın Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2(047)-222/2024 saylı qətnaməsindən Cavabdeh etibarnamə üzrə nümayəndəsi-vəkili X3 tərəfindən apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəyə yenidən baxılması və hazırkı qərardadda göstərilən məsələlərə hüquqi qiymət verilməsi üçün iş materialları Laçın Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1712/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1712/2024
27.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver