Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1727/2024 19.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cəlilabad rayon Cavabdehə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbinə dair mülki iş üzrə Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi işburaxma. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X**, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X* ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X*0, cavabdehin nümayəndəsi Nümayəndə, onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Cəlilabad rayon Cavabdehə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbinə mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(073)-*752/2024 saylı qətnaməsindən (hakim O.Vəliyev) cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Cəlilabad rayon Cavabdehə qarşı əmrin etibarsız hesab olunması və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu Cavabdeh direktoru tərəfindən verilmiş 0* noyabr 2023-cü il tarixli 96 nömrəli əmrin etibarsız hesab edilməsi və işə bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, əmrin qanunsuz hesab edilməsi, işə bərpa və ötürülmüş müddət üçün əmək haqqının bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o (iddiaçı), xx xxx *985-ci ildə Cəlilabad rayonu Əsədli kəndində anadan olmuşdur və orada yaşayır. Yaşadığı kənddə kifayət qədər nüfuza və hörmətə sahibdir. Hər zaman cəmiyyətin köməyə və yardıma ehtiyacı olan insanlarının yanında olmuş və dövlətin də dəstəyini arxasına alaraq onların sosial problemlərinin həll edilməsində yaxından iştirak etmişdir. 20*6-cı ilin fevral ayından Cəlilabad rayonu Cavabdeh texniki işçi işləmişdir. 0* noyabr 2023-cü il tarixdə işlədiyi məktəbin direktoru Nümayəndə 96 nömrəli əmrinə əsasən o, heç bir səbəb göstərilmədən işdən azad etmişdir. İşdən azad olunmağı barədə əmrin surəti ona təqdim edilməmiş, bu barədə heç bir xəbərdarlıq almamışdır. Lakin cavabdeh onu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişdir. İşlədiyi müddət ərzində müqavilənin şərtlərinə əməl etmiş, işinə məsuliyyətlə yanaşmış və əmək intizamını pozmamışdır. Həmin əmri əsassız və qanunsuz hesab edir. Əlavə olaraq bildirir ki, mübahisəli əmri mediasiya şurasına müraciət etməzdən *4 gün əvvəl əldə etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh Cəlilabad rayon Əsədli kənd orta məktəbinin direktoru Nümayəndə iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, o (cavabdeh) *3 sentyabr 202*-ci il tarixdən *0 oktyabr 2022-ci il tarixədək müvəqqəti olaraq Cəlilabad rayon Cavabdehin direktoru səlahiyyətlərini icra etmişdir. *0 oktyabr 2022-ci il tarixdən hazırki vaxtadək Cəlilabad rayon, Cavabdehin direktoru vəzifəsində işləyir. Hal-hazırda Cəlilabad rayon, Cavabdehdə müəllimlər və texniki işçilərin hər biri vaxtı-vaxtında işə gəlir. O, işlədiyi müddət ərzində Cəlilabad rayon Cavabdehdə hər hansı bir qanunsuzluğa yol verilməmişdir. İddiaçı son zamanlar vaxtı-vaxtında işə gəlməmiş və ya işə gəlsə də iş saatı bitmədən məktəbdən getmək istəmişdir. Hətta bir neçə dəfə İddiaçı ondan, bəzi hallarda isə məktəbin təsərrüfat müdiri Kərəm Nəsirovdan icazə alaraq işdən vaxtından əvvəl getmişdir. Lakin son zamanlar İddiaçı işə davamiyyətində ciddi şəkildə pozuntular olduğundan və sonuncu icazə almadan iş yerini tərk etdiyindən bu hallar aktlaşdırılmış, 3* oktyabr 2023-cü il tarixdə isə Cəlilabad rayon Cavabdehin Həmkarlar Təşkilatının iclası olmuş və iclasın yekununda İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “e" bəndi ilə xitam verilməsinə razılıq verilməsi barədə qərar qəbul edilmişdir. Həmin vaxt iclas protokolunda adları qeyd olunmuş hər bir şəxs iclasda iştirak etmiş və həmkarlar təşkilatının sədri tərəfindən iclas protokoluna möhür vurulmuşdur. İclas keçilməmişdən əvvəl İddiaçı həmin iclas barədə məlumat verilmiş, lakin sonuncu iştirak etməkdən yayınmışdır. Bundan sonra İddiaçı onun barəsində qərəzli olaraq müxtəlif dövlət qurumlarına şikayətlər etməyə başlamışdır. Həmçinin Cəlilabad rayon Cavabdehin sabiq direktoru Aydın Nuriyev tərəfindən İddiaçı barəsində sonuncunun intizam pozuntularına görə bir neçə dəfə töhmət verilmişdir. Özü tərəfindən isə xəbərdarlıqlar da edilmişdir. Tərəfindən İddiaçı hər dəfə tənbeh tədbirləri tətbiq olunduqdan sonra İddiaçı otağına dəvət olunmuş və sonuncuya tənbeh tədbirinin tətbiq olunması elan edilmişdir. Lakin İddiaçı yenidən işə bərpa olunmaq üçün yalandan barəsində tətbiq olunmuş tənbeh tədbirlərindən xəbəri olmadığını bildirir. Belə olan halda iddiaçının tələbi qanunsuz və əsassızdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(073)-*752/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cəlilabad rayon Cavabdeh direktorunun İddiaçı Cəlilabad rayon Cavabdeh texniki işçisi (xadimə) vəzifəsindən azad edilməsi haqqında 0*.**.2023-cü il tarixli, 96 saylı əmri ləğv edilmiş, İddiaçı əvvəlki işinə, yəni Cəlilabad rayon Cavabdeh texniki işçisi (xadimə) vəzifəsinə bərpa edilmiş, cavabdeh Cəlilabad rayon Cavabdeh tərəfindən 0*.**.2023-cü il tarixdən etibarən iddiaçının işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün aylıq əmək haqqının hesablanaraq (məktəbin texniki işçisi (xadimə) vəzifəsi üzrə) İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, o, məktəbin texniki işçisi olmuş İddiaçı Mirzəbala oğlu 0*.02.20*5-ci il tarixdən məktəb üzrə *0 nömrəli əmrlə məktəbə texniki işçi qəbul edilmişdir. İşə qəbul olunduğu gündən bu günədək əmək müqaviləsi üzrə üzərinə düşən funksiyanı və müəssisədaxili intizam qaydalarını kobud şəkildə pozmuşdur. Belə ki, iddiaçı işlədiyi müddətdə əvvəlki rəhbərlik və onun rəhbərliyi dövründə 0*.06.2020-ci il tarixdə 49 nömrəli əmrlə Əmək Məcəlləsinin *86.2-ci maddəsinin (a) bəndinə əsasən töhmət, 07.*2.202*-ci il tarixdə 64 nömrəli əmrlə xəbərdarlıq, 0*.05.2023-cü il tarixli 3* nömrəli əmrlə sonuncu xəbərdarlıq, xx.xx.2023-cü il tarixli 32 nömrəli əmrlə aylıq əmək haqqından tutulma, 3*.05.2023-cü il tarixli 36 nömrəli əmrlə Əmək Məcəlləsinin *86.2-ci maddəsinin (b) bəndinə əsasən şiddətli töhmət, xx.xx.2023-cü il tarixli 65 nömrəli əmrlə əmək haqqından tutulmalara dair intizam tədbirləri tətbiq edilmişdir. Qeyd edilənlərdən iddiaçı heç bir nəticə çıxarmayan İddiaçı növbəti dəfə 28.*0.2023-cü il tarixdən 0*.**.2023-cü il tarixədək üzrlü səbəb olmadan və aidiyyəti üzrə məlumat vermədən işə çıxmamışdır. Qeyd edilən hallar iddiaçının necə bir işçi olduğunu açıq-aşkar xarakterizə edən bir haldır. Bundan əlavə, məhkəmə qətnaməsində qeyd edilir ki, iddiaçı mübahisəli əmri Mediasiya Şurasına müraciət etməzdən *4 gün əvvəl əldə etmişdir. Lakin iş materiallarında olan Mediasiya təklifindən görünür ki, iddiaçı *5 aprel 2024-cü ildə mediasiyaya müraciət etmişdir. Bildirirəm ki, iddiaçıya həmin əmr *4 noyabr 2023-cü il tarixində göndərilmişdir, iddiaçı həmin əmri əldə etdikdən sonra 27 noyabr 2023-cü il tarixdə X7 müraciət etmiş və əmək müfəttişliyi tərəfindən iddiaçıya rəsmi qaydada cavablar verilmişdir. Əgər iddiaçı həmin əmri 2024-cü ilin aprel ayında almışdırsa necə ola bilir ki, 27 noyabr 2023-cü il tarixdə X7 müraciət etmişdir. Belə çıxır ki, iddiaçı həmin əmri 2023-cü ildə əldə etmiş, lakin bundan 5 ay keçdikdən sonra mediasiyaya müraciət etmişdir. Bununla da iddiaçıƏmək Məcəlləsinin 296-cımaddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Göründüyü kimi iddiaçı işə bərpa ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş * (bir) aylıq iddia müddətini ötürmüşdür. Lakin birinci instansiya məhkəməsi tərəfindən istinad edilən qanunvericilik normaları düzgün tətbiq edilməmiş və nəzərə alınmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə, onun nümayəndəsi və vəkili X8 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə əlavə olaraq göstərmişdir ki, tabel həmişə dispetçer otağında olub və kim gəlibsə tabeli imzalamışdır. Ona verilən suallara cavabında bildirmişdir ki, tabeldə iddiaçının adı tabeldə öz əksini tapmamışdır. Çünki iddiaçının adı olan tabelin siyahısı cırılıb itmişdir. Lakin onlar nəzəri olaraq bilmişlər ki, iddiaçının adı “*3cü” sırada yerləşir və iddiaçı tabeldə *3-cü sıranın qarşısına imza atmışdır. Təsdiq edir ki, *3-cü sıranın qarşısında olan bütün imzalar iddiaçının imzasıdır. Tabeldə 28 oktyabr 2023cü il tarixindən 07 noyabr 2023-cü il tarixinədək olan dövrdə iddiaçı tərəfindən tabelin necə imzalamasını deyə bilmir. Onu bilir ki, tabel həmişə ortalıqda olub. İddiaçı, onun nümayəndəsi və vəkili X*3 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı əlavə olaraq göstərmişdir ki, onun işdən çıxarılmasından xəbəri olmayıb. O, daim işdə olmuş, heç bir vaxt işdən qalmamışdır. Belə ki, cavabdehin tabel kitabı tədqiq ediləndə də onun işə davam etməsi, tabeldə *3-cü sıranın qarşısında işdə olması “tabeli imzalaması” ilə öz təsdiqini tapır. Yəni o demək olar ki, hər gün işdə olmuş və tabeli imzalamışdır. Tabeldən görünür ki, o, noyabr ayının ilk günlərində də işə davam etmiş və tabeli imzalamışdır. Əgər o, işdə olmasaydı cavabdehin tabel kitabını necə imzalaya bilərdi. Qeyd etmişdir ki, o tabeldə həmişə “*3-cü” sıranın qarşısına imza edib. 07.**.2023cü il tarixindək ona tabeli imzalamağa heç kəs mane olmayıb. Onu işdən güya 28-3* oktyabrda işdə olmaması əsası ilə işdən çıxarmışlar. Həmin günlərdən 28-29 oktyabr şənbə-bazar, 30-3* oktyabrda isə özü işdə olmuşdur. Bunu tabeli imzalamağı da təsdiq edir. Buna görə də cavabdehin apellyasiya şikayətini əsassız hesab edir və onun təmin edilməməsini xahiş edir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.*-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.*. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 20**-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının *27-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının *29-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Məcəllənin *0-cu maddəsinin "a” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, "b” bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməkdir. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən əmək müqaviləsi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin "a” bəndinə əsasən işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan 5 bütün iş günü işə gəlməməsi, "c” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, "d” bəndinə əsasən qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi və "e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin *4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Belə ki, işdə olan 0*.05.2024-cü il tarixli məktubdan görünür ki, Cəlilabad rayon Cavabdehin direktoru Nümayəndə həmin məktubda göstərmişdir ki, İddiaçı aid olan əmək kitabçası, elektron xitam və 96 nömrəli əmrdən çıxarış (işdən azad olunma barədə əmr) ** noyabr 2023-cü il 2 nömrəli akt tərtib edilməklə onun sifarişi ilə X5 verilmiş, Paşayev Teyyub sənədləri ona (İddiaçı) çatdırdığını bildirmişdir. Aktın surətini ona təqdim edir. İşdə olan İddiaçı əmək kitabçasının, xitam əmrinin surətinin və aktların verilməsi barədə *4.**.2023-cü il tarixli aktdan görünür ki, akt məktəbin direktoru Nümayəndə, təsərrüfat müdiri X9, həmkarlar təşkilatının sədri X6, X4 iştirakı ilə aşağıdakı faktın təsdiqi məqsədilə tərtib olunmuşdur: İddiaçı şifahi müraciətinə əsasən yuxarıda adları göstərilmiş sənədlər onların iştirakları ilə B. Ələsgərova çatdırılmışdır. İşdə olan Cəlilabad rayon Cavabdehin həmkarlar təşkilatının 3* oktyabr 2023-cü il tarixli iclasının 0* saylı protokolundan görünür ki, Cavabdeh texniki işçisi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi və 72-ci maddəsinin "ə” bəndi ilə xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. İşdə olan işçinin iş vaxtıda iş yerində olmaması barədə 0*.**.2023-cü il tarixli, 2 nömrəli aktdan görünür ki, akt məktəbin direktoru Nümayəndə Mirzəbala oğlu tərəfindən, təsərrüfat müdiri X9 və həmkarlar təşkilatının sədri X2 iştirakı ilə aşağıdakı faktın təsdiqi məqsədilə tərtib olunmuşdur: 28 oktyabr 2023-cü il tarixdən 0l noyabr 2023-cü il tarixədək işçilər tərəfindən daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət məqsədilə aparılmış yoxlama nəticəsində məktəbin texniki işçisi İddiaçı Mirzəbala oğlunun iş yerində olmaması müəyyən edilmişdir. Yuxanda adları çəkilən işçilərin iştirakı ilə 0*.**.2023-cü il iş vaxtının sonuna kimi işçinin işdə olmaması təsbit edilmişdir. Təsərrüfat müdiri X9 şifahi izahatında bildirmişdir ki, işçiyə işdənkənar heç bir tapşınq verilməmişdir. İşdə olan işçinin iş vaxtında iş yerində olmaması barədə xx.xx.2023-cü il tarixli, * nömrəli aktdan görünür ki, akt məktəbin direktoru Nümayəndə tərəfindən, təsərrüfat müdiri X9 və həmkarlar təşkilatının sədri X2 iştirakı ilə aşağıdakı faktın təsdiqi məqsədilə tərtib olunmuşdur: 28 avqust 2023-cü il tarixdən 05 sentyabr 2023-cü il tarixədək işçilər tərəfindən daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət məqsədilə aparılmış yoxlama nəticəsində məktəbin texniki işçisi İddiaçı iş yerində olmaması müəyyən edilmişdir. Yuxarıda adları çəkilən işçilərin iştirakı ilə xx.xx.2023-cü il iş vaxtının sonuna kimi işçinin işdə olmaması təsbit edilmişdir. Təsərrüfat müdiri X9 şifahi izahatında bildirmişdir ki, işçiyə işdənkənar heç bir tapşırıq verilməmişdir. İşdə olan Cəlilabad rayon Cavabdeh üzrə 0*.**.2023-cü il tarixli 96 nömrəli əmrdən görünür ki, məktəbin texniki işçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əsas: Əmək Məcəlləsinin 70 "ç” bəndi. İşdə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək 07.**.2023-cü il tarixli bildirişindən görünür ki, 0*.**.2023-cü il tarixli 96 nömrəli əmrə əsasən xx.xx.2022-ci ildə işə başlamış işçisi İddiaçı əmək müqaviləsinə əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilmişdir. Göründüyü kimi iddiaçının iddiası təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh narazı qalmış və apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında müəyyən etmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cəlilabad rayon Cavabdehdə texniki işçi (xadimə) vəzifəsinə təyin edilmiş və həmin məktəb direktorunun 0*.**.2023-cü il tarixli, 96 saylı əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən vəzifəsindən azad edilmişdir. İddiaçı həmin əmri əsassız heab edir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsaslandırılmamışdır, əmrdə sadəcə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi, xitam əsası kimi isə Əmək Məcəlləsinin70-ci maddəsinin "ç” bəndi göstərilmişdir ki, bununla da işəgötürən (cavabdeh) Əmək Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, Əmək Məcəlləsinin 7*.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 83.*-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qayda nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə də işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Məhkəmə qeyd etmişdir ki, həmin Məcəllənin 84.*-ci maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) məzmununda həmin əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Həmin maddənin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, işçi ilə əmək müqaviləsinə xitam verilməsi, xüsusilə də Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi ilə xitam verilməsi işçinin mövcud və gələcək işgüzar həyatında olduqca vacib əhəmiyyətə malik olduğuna görə, qanunverici həmin əmrin verilməsi üçün ehtimal olunan əsas hesab edilə biləcək dolayı sənədlərdə (aktlar, iclas protokolları və s.) deyil, məhz əmək müqaviləsinə xitam verilməsi barədə əmrin özündə həmin halların göstərilməsini və işəgötürən tərəfindən həmin halların ciddi şəkildə əsaslandırılmasını tələb etmişdir. Bu, həmçinin işçinin iştirakı və məlumatı olmadan, onun tərəfindən yol verilmiş hər hansı əmək intizamının pozuntusu halı barədə tərtib edilmiş akt və ya iclas protokolları formasında sənədlər olsa da belə, xitam əmrindən işçinin müvafiq orqanlara və ya məhkəməyə şikayət verə bilməsi hüququnun realizəsi üçün olduqca vacibdir, çünki məhz əsaslandırılmış əmrdə işçi onun hansı pozuntulara yol verdiyini və nəyə görə müqaviləyə xitam verildiyini müəyyən etmiş olur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, cavabdeh tərəf iddiaçının işdən azad edilməsinə dair əmr verərkən əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi əsası olan Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə formal şəkildə istinad etsə də, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır və onun qəbul edilməsi üçün əsas hesab edilən rəsmi sənədlər həmin əmrdə göstərilməmişdir ki, bununla da işəgötürən (cavabdeh) Əmək Məcəlləsinin tələblərini pozmuşdur. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri bilir ki, iddiaçı onun barəsində həmkarlar təşkilatının keçirdiyi iclas barədə məlumatlı olmamışdır. Cavabdeh iddiaçının bu barədə məlumatlandırıldığını, lakin onun iştirakdan imtina etdiyini bildirsə də, iddiaçının rəsmi qaydada məlumatlandırılması və ya onun iştirakdan imtina etməsi barədə iş materiallarında hər hansı mötəbər sübutlar (sənəd) yer almır. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına əsasən iddiaçının işdən azad edilməsinə dair cavabdeh Cəlilabad rayon Cavabdehin 0*.**.2023-cü il tarixli, 96 saylı əmrinin ləğv edilməsi qənaətinə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Buna əsasən də, birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Belə ki, iddiaçı daim işdə olmasını bildirmiş, cavabdeh isə iddiaçının 28-3* oktyabr aralığında işdə olmadığını göstərmişdir. Həmçinin iddiaçı bildirir ki, onun işdən çıxarılması barəsində həmkarlar təşkilatının keçirdiyi iclas, onun işdən çıxarılması barədə məlumatlı olmamışdır. Cavabdeh iddiaçının bu barədə məlumatlandırıldığını, lakin onun iştirakdan imtina etdiyini bildirsə də, iddiaçının bütün qeyd edilənlər barədə rəsmi qaydada məlumatlandırılması və ya onun iştirakdan imtina etməsi barədə iş materiallarında hər hansı mötəbər sübutlar olmaması müəyyən edilir. Kollegiya belə olan halda cavabdehdə olan tabel kitabının tədqiq edilməsi üçün kollegiyanın iclasına gətirilməsini təklif etmiş və məhkəmə iclası təxirə salınmışdır. Tabelə kollegiya tərəfindən baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, tabel daima xüsusi otaqda olmuş, tabel nəzarətsiz olmaqla cavabdeh tərəfindən tabelə məsul olan şəxs təhkim edilməmişdir. Kim nə vaxt istəyibsə tabeli imzalamışdır. Cavabdeh bildirmişdir ki, iddiaçının adı tabeldə öz əksini tapmamışdır. Çünki iddiaçının adı olan tabelin siyahısı cırılıb itmişdir. Lakin onlar nəzəri olaraq bilmişlər ki, iddiaçının adı “*3-cü” sırada yerləşir və iddiaçı tabeldə *3-cü sıranın qarşısına imza atmışdır. Təsdiq edir ki, *3-cü sıranın qarşısında olan bütün imzalar iddiaçının imzasıdır. Tabeldə 28 oktyabr 2023-cü il tarixindən 07 noyabr 2023-cü il tarixinədək olan dövrdə iddiaçı tərəfindən tabelin necə imzalamasını deyə bilmir. Tabel həmişə ortalıqda olub. İddiaçı bildirmişdir ki, o, daim işdə olmuş, heç bir vaxt işdən qalmamışdır. Onun işdən çıxarılmasından xəbəri olmayıb. Tabel tədqiq edilərkən müəyyən edildi ki, iddiaçı tabeldə *3-cü sıranın qarşısında imza çəkmişdir. İddiaçının işdə olması “tabeli hər gün imzalaması” ilə öz təsdiqini tapır. Yəni o demək olar ki, hər gün işdə olmuş və tabeli imzalamışdır. Tabeldən görünür ki, o, noyabr ayının ilk günlərində də işə davam etmiş və tabeli imzalamışdır. Müəyyən edilir ki, iddiaçı tabeldə həmişə “*3-cü” sıranın qarşısına imza edib. 07.**.2023-cü il tarixindək iddiaçıya tabeli imzalamağa heç kəs mane olmayıb. İddiaçını işdən guya 28-3* oktyabrda işdə olmaması əsası ilə işdən çıxarmışlar. Həmin günlərdən 28-29 oktyabr 2023-cü il tarixlərində şənbə-bazar günlərinə, 30-3* oktyabr və * noyabr 2023-cü tarixində isə özü işdə olmuş və tabeli imzalamışdır. Belə olan halda iddiaçının 30-3* oktyabr və * noyabr 2023-cü tarixlərində işdə olması öz təsdiqini tapır. Cavabdeh isə iddiaçının işdə olmaması ilə bağlı məhkəməyə hər hansı sübut verməmişdir. Ümumiyyətlə tabelə nəzər saldıqda müəyyən edilir ki, işçilər tabeli bayram günləri də imzalamışlar. Məsələn 08 və 09 noyabr 2023-cü il tarixləri qeyri iş günləri olsa da tabel həmin günlərdə işçilər tərəfindən imzalanıb. Beləliklə məhkəmə kollegiyası iş materiallarını və izahatı nəzərdən keçirərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(073)-*752/2024 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.*-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Cavabdehin apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv olunması, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin yalnız formal mülahizələrə görə ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.*, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(073)-*752/2024 saylı qətnaməsi cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1727/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1727/2024
19.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver