Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1729/2024 29.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X3, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Masallı Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cehiz və qızıl zinət əşyaları tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Cavabdeh1 ilə İddiaçı 2019-cu ildən faktiki nikahda olmuşdur. Birgə nikahdan 1 uşaq - 19 avqust 2020-ci il təvəllüdlü Miryusif doğulmuşdur. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cehiz və qızıl zinət əşyaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus 11068 manat dəyərində cehiz əmlakın və 3515 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların dəyərinin və 134 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ildə Masallı rayonu Təklə kənd sakini Cavabdeh1 ilə el adəti qaydasında toy etdirməklə ailə həyatı qurmuşdur. Aralarında rəsmi nikahları olmamışdır. 19 avqust 2020-ci ildə X1 adlı uşaqları dünyaya gəlmişdir. 27 may 2023-cü ildə qaynı Nemət Hüseynov onu evdən qovmuş və o, evdən qovulduğu zaman heç bir əşyasını götürə bilməmişdir. Dəfələrlə qızıl-zinət əşyalarını və cehiz əmlaklarını tələb etməyinə baxmayaraq əşyaları ona verilməmişdir. İddiaçı aşağıdakı əşyalarını tələb etmişdir: yataq mebeli dəsti 1000 manat, künc divan 800 manat, stol dəsti 500 manat, soyuducu 800 manat, paltaryuyan 700 manat, televizor - 2500 manat, uşaq kravatı 350 manat, tək kravat 100 manat, 4 dəst yorğan döşək- 500 manat, duxovka 150 manat, ət maşını - 150 manat, mikser - 50 manat, lüstr 100 manat, ütü masası- 70 manat, 4 dəst kasturka naboru 860 manat, saat 30 manat, asılqan 30 manat, yüz ədəd nimçə 150 manat, 4 ədəd xalça 400 manat, tozsoran 180 manat, kompyuter 500 manat, qaz peçi- 200 manat, stəkan 24- nəlbəki 24-48 manat, 6 dəst çxol dəsti 200 manat, pərdə 200 manat, 10 ədəd təlis 20 manat, qaşıq naboru - 180 manat, vaz 6 ədəd 50 manat, vedrə 3 ədəd - 30 manat, termoz-70 manat, taxt üstlüyü 150 manat; qızıl-zinət əşyaları: komplekt (qarnitur) qızıl dəsti 585 əyarlı, 22,6 qram çəkidə- qiyməti 2370 manat, nişan üzüyü 585 əyarlı, 3 qram çəkidə- qiyməti 315 manat, kulon aypara şəkilli 583 əyarlı, 6 qram çəkidə- qiyməti 630 manat, “Yarpaq” üzük 585 əyarlı, 2 qram çəkidə- qiyməti 200 manat. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən məhkəməyə ünvanalnmış ərizələrdə qeyd edilmişdir ki, iddiaçının onlardan tələb etdiyi cehiz əşyaları onların evindədir, lakin qızıl zinət əşyalarından xəbərləri yoxdur, İddiaçı ərizəsində qızıl əmlakların konkret kimdə olması, həmin əmlakları necə əldə etməsi və evdən gedəndə həmin əmlakları aparıb aparmamasını ərizəsində əsaslandırmamışdır. Ona görə də onlara qarşı olan qızıl-zinət əşyaları barədə tələbin rədd edilməsini xahiş etmişlər. Masallı Rayon Məhkəməsinin (hakim Z.Zeynalov) 27 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada yataq mebeli dəsti və ya dəyəri 1000 manat, künc divanı və ya dəyəri 800 manat, stol dəsti və ya dəyəri 500 manat, soyuducu və ya dəyəri 800 manat, paltaryuyan və ya dəyəri 700 manat, televizor və ya dəyəri 2500 manat, uşaq çarpayısı və ya dəyəri 350 manat, tək çarpayı və ya dəyəri 100 manat, 4 dəst yorğan döşək və ya dəyəri 500 manat, duxovka və ya dəyəri 150 manat, ət çəkən maşın və ya dəyəri 150 manat, mikser və ya dəyəri 50 manat, lüstr və ya dəyəri 100 manat, ütü masası və ya dəyəri 70 manat, 4 dəst kasturka naboru və ya dəyəri 860 manat, saat və ya dəyəri 30 manat, asılqan və ya dəyəri 30 manat, yüz ədəd nimçə və ya dəyəri 150 manat, 4 dəst xalça və ya dəyəri 400 manat, tozsovuran və ya dəyəri 180 manat, kompyuter və ya dəyəri 500 manat, qaz peçi və ya dəyəri 200 manat, stəkan 24 ədəd nəlbəki 24 ədəd və ya dəyəri 48 manat, 6 dəst çexol və ya dəyəri 200 manat, pərdə və ya dəyəri 200 manat, 10 ədəd təlis və ya dəyəri 20 manat, qaşıq naboru və ya dəyəri 180 manat, vaz 6 ədəd və ya dəyəri 50 manat, vedrə 3 ədəd və ya dəyəri 30 manat, termoz və ya dəyəri 70 manat, taxt üstlüyü və ya dəyəri 150 manatın alınaraq İddiaçı verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada komplekt (qarnitur) qızıl dəsti 585 əyarlı 22.6 qram və ya dəyəri 2370 manat, nişan üzüyü 585 əyarlı 3 qram və ya dəyəri 315 manat, yarpaq üzük 585 əyarlı 2 qram və ya dəyəri 200 manatın alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ləğv olunmasını və iddia tələbinin qızıl-zinət əşyaları hissəsində rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh şikayətində göstərmişdir ki, məhkəmə qızıl-zinət əşyalarının mövcudluğunu, kimdə olmasını müəyyən etməmişdir. Məhkəmə iclasında cavabdehlərin iştirakı təmin olunmamış, məhkəmə iclası cavabdehlərin iştirakı olmadan keçirilmişdir. Ümumiyyətlə qızıl-zinət əşyaları heç vaxt onlarda olmamış, iddiaçının özündə olmuş və həmin qızıllardan heç vaxt məlumatı olmamışdır. İddiaçı qızıl-zinət əşyaları ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, şahidlər dindirilməmiş, sadəcə formal mülahizələrə əsasən qətnamə qəbul edilmişdir. Məhkəmənin mövqeyi sübutlar əsasında olmalı və sübutlara istinad edilməlidir. Əgər o, iddianı qəbul etməsə idi, iddiaçının cehiz əmlaklarının da onda olmasını qəbul etməzdi, lakin iddiaçının əmlakları ona lazım deyil, buna görə də cehiz hissəsində iddianı qəbul edir. Lakin qızıl-zinət əşyalarından ümumiyyətlə xəbəri olmamışdır. Şikayətə görə, məhkəmə qızıl-zinət əşyalarının kimdə olmasını, iddiaçının evdən getmə şəraitini, qızıl-zinət əşyalarının hər zaman iddiaçıda saxlanılmasını, qızıl-zinət əşyalarının mövcud olub-olmamasını aydınlaşdırmamışdır. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, cavabdeh tərəf imkanlı, iddiaçı isə çox kasıbdır. İddiaçının evdə heç bir səlahiyyəti olmayıb. Cavabdeh qızıl-zinət əşyalarını özü evdə olan sandıqda saxlayıb. Yalnız xeyr-şər məclislərində qızıl əşyalarını istifadə edib, sonra cavabdehə qaytarıb. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qətnaməni Cavabdeh2 qızıl-zinət əşyalarına dair hissədə mübahisələndirmişdir. Məhkəmə işə apellyasiya şikayəti həddində baxmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 2019-cu ildən faktiki ailə qurmaqla nikahda olmuşdur. Birgə nikahdan 1 uşaq doğulmuşdur. Hazırkı tələbində iddiaçı, ona hədiyyə edilmiş cehiz və qızıl zinət əşyalarını cavabdehlərin qanunsuz sahibliyindən geri tələb etmişdir. Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 225.2-ci maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mübahisələndirilən hissədə tələb edilən əşyaların mövcudluğunu, onun iddiaçıya məxsusluğunu, onların fərdi əlamətlərini, cavabdehlərə məxsus evdə saxlandığını, hazırda cavabdehin qanunsuz sahibliyində qaldığını sübut etmə yükü iddiaçının üzərindədir. İddiaçı əşyalarının fərdi əlamətlərini, onların dəyərlərini göstərmişdir. İş materiallarında olan Daşınar Daşınmaz Əmlakın Qiymətləndirilməsinə dair mütəxəssis rəyinə görə, 1 ədəd 22.6 qram çəkidə, 585 əyarlı qarnitur (qızıl dəsti) dəyəri-2370 manat, 1 ədəd 3 qram çəkidə, 585 əyarlı üzük nişan dəyəri-315 manat, 1 ədəd 6 qram çəkidə, 583 əyarlı kulon (ay para) dəyəri-630 manat olmaqla, cəmi dəyərləri 3315 manat məbləğindədir. Tələb edilən əşyaların mövcudluğu, onların fərdi əlamətləri, onların iddiaçıya məxsus olması ilə bağlı cavabdehlər hər-hansı başqa mövqe bildirməmişlər. İddiaçı 2019-cu ildə cavabdehlə ailə həyatı qurduğunu, evləndikdən sonra köçüb Bakıda yaşadıqlarını, sonra Masallıya qayıtdıqlarını, əşyalarını Bakıdan gələndə gətirdiyini və cavabdehlərə məxsus evdə yerləşdirdiyini, 27 may 2023-cü ildə qaynı Nemətin onu evdən qovduğunu və o, evdən qovulduğu zaman heç bir əşyasını götürə bilmədiyini bildirmişdir. Bununla bağlı da cavabdeh tərəf hər-hansı arqument bildirməmiş, sadəcə ümumi sözlərlə etirazlarını bildirmiş, məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirildiyini, ümumiyyətlə qızıl-zinət əşyalarının heç vaxt onlarda olmadığını, iddiaçının özündə olduğunu bildirmişdir. İddiaçının, o evdən qovularkən heç bir əşyanı özü ilə götürə bilmədiyi barədə bildirdiklərinə cavabdeh tərəf, yalnız cehiz əşyalarının onlarda, evdə qaldığını bildirmişdir. Kollegiya qeyd edir ki, iddiaçı tələb etdiyi əşyaların iddiaçının iradəsi əleyhinə sahibliyindən çıxmasını, cavabdehlərə məxsus evdə qaldığını sübut edə bilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçiyə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti qanunla müəyyən edilmiş həddən az olmadığı halda qətnamədən kassasiya qaydasında şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(050)-1116/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1729/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1729/2024
29.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver