Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1733/2023 23.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Nümayəndə1 qarşı qızıl-zinət əşyaları və cehiz əmlakları tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(050)-1133/2023 saylı qətnaməsindən cavabdeh Nümayəndə1 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiyaların mümkünlüyünü yoxlayaraq məhkəmə kollegiyası müəyyənetdi: Masallı Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(050)-1133/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Nümayəndə1 yataq mebeli- 2 kamod (200 manat), taxt (500 manat), güzgülü termo (400 manat), şifoner (800 manat). qonaq dəsti- divan, kreslo (500 manat), 1 stol, 6 stul (300 manat), qorka (1000 manat), televizor altlığı (200 manat), yazı stolu (200 manat), 1 televizor- “Hissense”- 800 manat, 1 soyuducu- “Nord”- 380 manat, 1 qaz sobası- 250 manat, 1 tozsoran- 70 manat, 1 ətçəkən- 50 manat, 1 çörək bişirən soba- 70 manat, 1 çörək bişirən-80 manat, 1 mikser-50 manat, 1 şirəçəkən-50 manat, 1 paltaryuyan-300 manat, 1 elektrikli çaydan- hədiyə-70 manat, 1 ütü- 30 manat, 1 qazan dəsti güllü-tefal-160 manat-1 tava, 3 qazan, 1 çaydançaynik, 1 qazan dəsti alüminium- 3 ədədli, 1 qazan tək termoz materiallı- 40 manat, 1 qazan dəsti termoz materiallı- 50 manat, 1 ədəd çaydan-çaynik dəst güllü- 50 manat, 1 ədəd çaydan-çaynik dəst dəmir- 40 manat, 1 termoz- çay dəsti-12 manat, 1 sarı çuqun ləyən- 1 vedrə çuqun, 1 bak sarı çuqun- 160 manat, 1 aşsüzən ayaqlı-10 manat, xonçalar- 2 ədəd- dəmir- 28 manat, 1 əlavə- qulplu- 30 manat, 1 ələk- 5 manat, 1 çamadan qaşıq dəst- 40 manat, 1 qutu qaşıq dəsti asılqan-100 manat, 3 paketdə-18 ədəd boşqab dəsti- 100 manat, 1 tort qabı dəsti- 25 manat, 3 qutu şirə bakalları-100 manat, 1 qutu kofe fincanı- 40 manat, 1 qutu qaşıq dəsti- 50 manat, 12 ədəd kasa- 40 manat, 60 ədəd boşqab balaca-18 manat, 1 qutu qapaq açmaq üçün dəst- 25 manat, 1 ləbləbi qabı böyük- 8 manat, 1 xırdalayıcı dəst qutu- 30 manat, 18 ədəd xrustal stəkan böyük- 3 paket- 60 manat, 12 ədəd armudu stəkan- 40 manat, 12 ədəd nəlbəki- madonna- 20 manat, 12 ədəd nəlbəki- armudu- 20 manat, 12 ədəd ağ xətli nəlbəki- 20 manat, 2 qutu mürəbbə nəlbəkisi- 12 manat, 2 ədəd salfet qabı- göy rəng-10 manat, 4 ədəd duz qabı- göy rəng-10 manat, 1 qutu çaydan-çaynik dəsti güllü- 40 manat, 2 göy ləbləbi qabı- balaca dəmir qulplu- 20 manat, 2 ədəd ağ ləbləbi qabı- balaca dəmir qulplu - 20 manat, 2 ədəd ləbləbi qabı- 3 mərtəbəli- 20 manat, 2 ədəd güldan-xrustal- 30 manat, 2 ədəd çörəkqabı- 5 manat, 1 ədəd meyvə qabı- xrustal- 30 manat, 2 ədəd meyvə qabı- güllü lepkalı- 50 manat, 2 ədəd qəndqabı- qapaqlı xrustal- 30 manat, 2 mürəbbə qabı- qapaqlı göy- 20 manat, 1 dondurma qabı- 6 balaca dəst- 30 manat, 1 çaydan (səsli)- 20 manat, 12 ədəd güllü stəkan- 50 manat, yemək dəsti- çay servizi, 3 bulud boşqab- 300 manat, 6 ədəd- xallı stəkan- 20 manat, 12 ədəd- bakal- qara ayaqlı- 50 manat, 6 ədədli bogema dəsti- lepkalı mavi- 30 manat, 6 ədəd bakal xrustal- 40 manat, 1 qutu dəst rumkalar zərli- 50 manat, 1 ədəd dəmir balaca ləyən- çuqun, 2 ədəd plastmas-10 manat, 1 ədəd ləyənçə qapaqlı dəmir-10 manat, 1 saat balaca- 40 manat, 3 lüstr-150 manat, 1 ədəd yorğan- sintifon- 60 manat, 7 ədyal- 1 taxt üstü, 2- tək kravat, 1-maxer, 3 ədyal tək, 1 sintifon yorğan, 1 dəst pakraval pərdəli- 3 sintifon balış- 250 manat, lüstr- 3 ədəd-150 manat, 3 xalça- 2 böyük-1 balaca- 300 manat, divan üstü ədyal- 30 manat, 1 qutu dəsmal- 4 ədədli- 50 manat, 3 stolüstü süfrə-150 manat, 3-4 qutu çay dəsmalı 100 manat, 4 ədəd can dəsmalı- 60 manat, 5 ədəd əl dəsmalı- 50 manat, 1 paket döşək üzü- təzə parça-100 manat, 3 döşək-1 taxt- 2 tək, 3 yorğan-1 taxt- 2 tək, 6 yastıq- 2 taxt- 4 böyük-150 manat, o cümlədən 50 qram komplekt dəsti-dəyəri 4000 manat, 4 qramlıq nişan üzüyü- dəyəri 320 manat, üzükdəyəri 200 manat, üzük-dəyəri 200 manat, üzük dəyəri- 400 manat, yaxud olmayan əşyanın dəyəri, həmçinin dövlət rüsumuna görə 155,26 manat cavabdehlər Cavabdeh1 və Nümayəndə1 müştərək qaydada alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdehlər Nümayəndə1 və Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayətləri verilmişdir. Masallı Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli 2(050)1133/2023 saylı qərardadı ilə həmin məhkəmənin 12 iyul 2023-cü il tarixli 2(050)1133/2023 saylı qətnaməsindən cavabdehlər Nümayəndə1 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri iş materiallarına əlavə edildikdən sonra baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) tələblərinə cavab vermir. Belə ki, MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanı mümkünlüyü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Cavabdeh Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Halbuki MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Göründüyü kimi, qanunverici “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bundan başqa, kollegiya Cavabdeh1 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyü məsələsinə dair qeyd edir ki, mülki iş üzrə Cavabdeh1 birinci instansiya məhkəməsinin aktından apellyasiya instansiya məhkəməsinə şikayət etmək hüququ onun konstitusion hüququdur. Lakin o, bu hüququndan qanunvericilikdə nəzərə tutulmuş müddətdə istifadə edərkən apellyasiya şikayəti yalnız Nümayəndə2 tərəfindən (vəkil və nümayəndə qismində) imzalansa da, lakin Nümayəndə2 Cavabdeh1 adından şikayəti imzalamaq səlahiyyəti (etibarnaməsi və orderi) olmamışdır. MPM-in 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 363.1.1-ci və 363.1.5-ci maddələrinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İşə baxan birinci instansiya məhkəməsi apellyasiya şikayətlərinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayaraq, yalnız həmin normanın tələblərinə cavab verən apellyasiya şikayətlərini, ona əlavə edilmiş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərməli olduğu halda, yanlış olaraq apellyasiya şikayətlərinin prosessual qanunvericiliyin tələblərinə uyğun olması qənaətinə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Masallı Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(050)-1133/2023 saylı qətnaməsindən cavabdehlər Vaqiyyə Yağub qızı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiyalar qeyrimümkün hesab edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və MPM-nin 263-264, 366, 402.2.1-ci və 403-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Masallı Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(050)-1133/2023 saylı qətnaməsindən cavabdehlər Nümayəndə1 və Cavabdeh1 tərəfindən tərəfindən verilmiş apellyasiyalar qeyri-mümkün hesab edilsin. Cavabdehlər Nümayəndə1 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri MPM-in 363-cü maddəsinə müvafiq olaraq qaytarılması üçün iş materialları ilə birlikdə Masallı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1733/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1733/2023
23.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver