Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1733/2024 14.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, Biləsuvar Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli 2(022)-12/2018 saylı qərardadından İddiaçı və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə, məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaklardan bərabər şəkildə payının naturada ayrılması və ya həmin əmlakın dəyərinin tutulması” tələbinə dair iddia ərizəsi ilə 29 mart 2017-ci ildə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahları dövründə əldə edilmiş 447000 manat dəyərində əmlakın bərabər şəkildə, yəni 223500 manat dəyərində ona düşən payın naturada ayrılması və ya həmin əmlakın dəyəri olan pul vəsaitinin cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 6 fevral 2018-ci il tarixli 2(022)-12/2018 saylı qərardadı ilə iddia baxılmamış saxlanılmış, habelə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərcinin İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməsi qərara alınmışdır. 7 fevral 2018-ci il tarixdə Biləsuvar rayon Məhkəməsinin 06 fevral 2018-ci il tarixli 2(022)-12/2018 saylı qərardadının surəti poçt vasitəsi ilə tərəflərə göndərilmiş və "xxxx" MMC-nin Biləsuvar poçt filialının 21 fevral 2018-ci il tarixli 18/09 nömrəli arayışına əsasən, həmin məhkəmə qərardadının içərisində olduğu poçt göndərişi İddiaçı 9 fevral 2018-ci il tarixdə təqdim edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 06 fevral 2018-ci il tarixli 2(022)-12/2018 saylı qərardadından qanunla müəyyən olunan müddət ərzində şikayət verilməmiş, qərardad qanuni qüvvəyə minmiş və ekspertiza xərcinin İddiaçı tutulması hissəsində qərardad üzrə icra vərəqəsi tərtib edilərək, icra edilməsi üçün Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 10 iyul 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarına əsasən borclu İddiaçı tərəfindən icra sənədi icra edildiyinə görə, Biləsuvar Rayon Məhkəməsinin 6 fevral 2018-ci il tarixli 2(022)- 12/2018 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. 12 avqust 2024-cü il tarixdə İddiaçı vəkili, eyni zamanda nümayəndəsi Biləsuvar Rayon Məhkəməsinin 6 fevral 2018-ci il tarixli 2(022)-12/2018 saylı qərardadından şikayət vermə müddətinin bərpa edilməsi barədə ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmiş və qərardaddan şikayət vermişdir. Biləsuvar Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli 2(022)-12/2018 saylı qərardadı ilə məhkəmənin 6 fevral 2018-ci il tarixli 2(022)-12/2018 saylı qərardadından şikayət verilməsi müddətinin bərpa edilməsi haqqında İddiaçı vəkili, eyni zamanda nümayəndəsi Vəkil xahişi təmin edilməmiş və həmin şəxsin verdiyi şikayət geri qaytarılmışdır. Biləsuvar Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli 2(022)-12/2018 saylı qərardadı həmin gün “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilib, imzalanmışdır. Biləsuvar Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli 2(022)-12/2018 saylı qərardadından iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Billəsuvar Rayon Məhkəməsinin 6 fevral 2018-ci il tarixli 2(022)-12/2018 saylı qərardadı iddiaçıya təqdim edilməmişdir. İddiaçı pozulmuş hüquqularının bərpa edilməsi məqdəsi ilə vəkilə müraciət edilmişdir. İşin yekun nəticəsi olan Biləsuvar Rayon Məhkəməsinin 6 fevral 2018-ci il tarixli 2(022)-12/2018 saylı qərardadı sorgu verilərək əldə edilmiş və müəyyən edilmiş müddət ərzində həmin qərardaddan şikayət və buraxılmış müddətin üzürlü hesab edilməsi barədə ərizə verilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli 2(022)-12/2018 saylı qərardadı ilə ərizə təmin olunmayaraq, şikayətin geri qaytarılması qərara alınmışdır. Biləsuvar Rayon Məhkəməsinin 6 fevral 2018-ci il tarixli 2(022)-12/2018 saylı qərardadı iddiaçıya təqdim edilməmiş, yalnız vəkil sorğusundan sonra əldə edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 6 fevral 2018-ci il tarixli 2(022)-12/2018 saylı qərardadı əldə edildikdən sonra prossesual qanunveriçiliyin tələblərinə uyğun olaraq şikayət verilmişdir. Əlavə olaraq işin uzanmaması xatirinə şikayət müddətinin üzürlü hesab edilməsi barədə ərizə də şikayətə əlavə edilmişdir. Lakin məhkəmə 6 fevral 2018-ci il tarixli 2(022)-12/2018 saylı qərardadın iddiaçıya təqdim edilməsi barədə poçt qəbzi olmasını əsas götürürərək əldə edilməsi kimi qiymətləndirmiş və şikayətin geri qaytarılması barədə qərardad çıxarmışdır. İddiaçı tərəfindən Biləsuvar Rayon Məhkəməsinin 6 fevral 2018-ci il tarixli 2(022)-12/2018 saylı qərardadı əldə edilməmiş və poçt qəbzində olan imza da iddiaçıya məxsus deyildir. Məhkəmə tərəfindən araşdırma aparılsaydı bütün həqiqət ortaya çıxmış olardı. Lakin məhkəmə bu hissədə araşdırma aparmadığı üçün, nəticə də düzgün olmamışdır. Məhkəmə tərəfindən maddi hüquq norması tətbiq edilərkən səhvə yol verilmişdir. Məhkəmə tərəfindən prossesual hüquqları pozularaq dəlillərin təqdim edilməsinə şərait yaradılmamışdır. Məhkəmənin gəldiyi nəticə işin bütün mühüm əhəmiyyətli hallarının aydınlaşdırılmamasına gətirib çıxartmışdır. Belə ki, yuxarıda da qeyd etdiyi kimi Biləsuvar Rayon Məhkəməsinin 6 fevral 2018-ci il tarixli 2(022)-12/2018 saylı qərardadı iddiaçıya təqdim edilməmişdir. Eyni zamanda poçt qəbzi (əgər vardırsa) iddiaçıya aid olan imza ilə ola bilməz. Biləsuvar Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli 2(022)-12/2018 qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir; 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 128.2-ci maddəsinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur; 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3-cü maddəsinə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 21-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 260.5-ci maddəsində nəzərdə tutulan vəsatət Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanmasına dair qərardadın ləğvi barədə tərəfin xahişidir. Odur ki, həmin vəsatət qərardadı mübahisələndirən şikayət sayılmır. Ərizənin baxılmamış saxlanılması haqqında (o cümlədən Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla çıxarılmış) qərardadın qanuni və əsaslı olması yalnız şikayət verilməklə mübahisələndirilə bilər. Şikayətə Azərbaycan Respublikası MPM-in 269-cu maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Həmin Plenum qərarının 9.2-ci bəndində qeyd edilir ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. İş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi qərardad poçt fililanın rəsmi arayışına əsasən 9 fevral 2018-ci ildə ona təqdim olunmuşdur. Məhz həmin andan iddiaçı qəbul edilmiş qərardadın mövcudluğundan rəsmi qaydada xəbərdar edilmişdir və həmin tarixdən qərardad rəsmi qaydada ona verilmiş hesab edilir. Belə olan halda isə iddiaçıya münasibətdə qərardaddan şikayət verilməsi üçün qanunla müəyyən olunan prosessual müddət 19 fevral 2018-ci il tarixində bitmiş olmuşdur. Bundan başqa həmin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərci də qərardadla iddiaçıdan tutulub, qərardad əsasında 21 fevral 2018-ci ildə icra vərəqəsi verilib və icra məmurunun 10 iyul 2019-cu il tarixli qərarı ilə ekspertiza xərcinin iddiaçı tərəfindən ödənilməsi əsası ilə icra sənədi üzrə icraata xitam verilib. Bunlardan da savayı 2018-ci ildən iddiaçı məhkəmədə qaldırdığı iddianın aqibəti ilə maraqlanmamış, işə baxılmaması ilə əlaqədar vəkil sorğusu verilən 13 may 2024-cü il tarixinədək hər hansı bir müraciəti olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olumamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İddiaçının özü də ərizəsində keçən 6 il 6 ay müddətində hərəkətsizlik göstərməsinin tutarlı üzürlü səbəblərdən baş verməsinə dair hər hansı bir hala istinad etməmişdir. Odur ki, proesessual müddətin buraxılmasının üzürlü səbəblərdən baş verməsinə dair hər hansı bir sübut verilməməsini nəzərə alan birinci instansiya məhkəməsi, buraxılmış prosessual müddəti bərpa etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.3, 400 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli 2(022)-12/2018 saylı qərardadı dəyişdirilməsin. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-1733/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1733/2024
14.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver