Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1764/2023 20.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “xüsusi mülkiyyətində olan evindən cavabdehə məxsus cehiz əmlaklarını onun hesabına çıxarılması və evin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)90/2023 saylı, 29 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi verərək, o iddiaçı - İddiaçı DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********87-10301 olan, qeydiyyat nömrəsi ********** saylı Çıxarışa əsasən xüsusi mülkiyyətində olan, X3 küçəsi, ev 37A ünvanında yerləşən yaşayış sahəsi – 108.8 kv.m, köməkçi sahəsi – 68.7 kv.m olmaqla, ümumi sahəsi 177.5 kv.m, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,04 ha torpaq sahəsi üzərində mərhum atası X2 tərəfindən 1974-cü il tarixdə tikilmiş 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əmlaklarını onun hesabına çıxarılması və evin boşaldılaraq o iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)90/2023 saylı, 29 avqust 2023-cü il tarixli qətnaməsi (Hakim R.Məmmədov) ilə, iddianın təmin edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan X3 küçəsi, ev 37A ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əmlakları onun hesabına çıxarılsın və həmin fərdi yaşayış evi boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi verərək, o iddiaçı - İddiaçı DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********87-10301 olan, qeydiyyat nömrəsi ********** saylı Çıxarışa əsasən xüsusi mülkiyyətində olan, X3 küçəsi, ev 37A ünvanında yerləşən yaşayış sahəsi – 108.8 kv.m, köməkçi sahəsi – 68.7 kv.m olmaqla, ümumi sahəsi 177.5 kv.m, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,04 ha torpaq sahəsi üzərində mərhum atası X2 tərəfindən 1974-cü il tarixdə tikilmiş 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əmlaklarını onun hesabına çıxarılması və evin boşaldılaraq o iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o iddiaçı - İddiaçı DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********87-10301 olan, inventar nömrəsi: 4556 saylı «Texniki Pasport»a əsasən, X3 küçəsi, ev 37A ünvanında yerləşən yaşayış sahəsi 108,8 kv.m, köməkçi sahəsi 68,7 kv.m olan cəmi ümumi sahəsi 177,5 kv.m (kvadratmetr), yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,04 ha torpaq sahəsi üzərində məhrum atası X2 tərəfindən 1974-cü il tarixdə tikilmiş 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyətinə verilmişdir. Cavabdeh, oğlu X13 ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin tarixdə o iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən həmin evinə cavabdeh, el adəti üzrə gəlin köçmüşdür. Onunla cavabdeh gəlin arasında evinin, yəni yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı haqqında notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmamışdır. Lakin 2004-cü il tarixdə gəlin köçmüş Cavabdeh 72 yaşında olan o qaynatası İddiaçı və hələ sağlığında 64 yaşlı ağır dializ xəstəsi olan qaynanası X4 heç bir hörmət qoymayaraq «İnkir- minkir suyu içib bu qaynana ölən deyil» deməklə onları günlərlə təhqir etməkdə davam edirdi. Hələ bu azmış kimi üstəlik DİN 102 qaynar xəttinə zəng etməklə bu yaşlarında yaşadıqları evlərinə polis gətirməklə qonşu qohumlar arasında hörmətdən salır. Cavabdeh gəlinləri Cavabdeh ilə aparılan öyüd nəsihətlərin qanunvericiliydə mənzil məcəlləsində birgə yaşayış qaydalarına riayət etməsinə, dəvət olunmasına baxmayaraq heç bir nəticəsi olmamışdır. Atma sözləri, bərkdən onların eşidə biləcəyləri təqdirdə telefon danışıqları ilə nalayiq sözlərlə onları təhqir etməkdə günbəgün hal hazırda da davam edir. Bununla belə iddiaçı qismində hələ 2020-ci il tarixdə, cavabdeh gəlin Cavabdeh «Nikahın pozulması və sabit pul məbləğində aliment tələbi» barədə oğlu X10 qarşı Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran rayon Məhkəməsi iddia tələbini № 2(049)- 1721/2020 saylı mülki işi üzrə, icraata götürməklə 20 iyul 2020-ci tarixə, saat 17:45-də hazırlıq iclası keçirilmiş və sonrakı məhkəmə baxış iclasında isə işi baxılmamış saxlamışdır. Nəhayət Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(0491- 645/2022 saylı qətnaməsi əsasında oğlu Hüseynov Elnur ilə cavabdeh arasındakı nikah pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdeh keçmiş gəlini Cavabdeh, o 72 yaşlı iddiaçının xüsusi mülkiyyətində olan evində yaşamasına yenidən maneçilik yaratmağa başlamışdır. Belə ki, teztez nalayiq sözlərlə ailə üzvüləri olan oğlu X7, qızı X11 nikahı pozulsa da belə keçmiş əri X10 qarşı artıq əskik sözlərlə evdə əsəb gərginlik yaradan ifadələr işlətməkdə davam edir. Cavabdehə dəfələrlə bu barədə xahiş edib deyilsə də, atasına və DİN 102 xidmətinə zəng vurmaqla qonşular arasında bu yaşda o iddiaçını hörmətdən salmaqla sakit yaşamağına imkan vermir. Odur ki, xx.xx.2021-ci il tarixdə vəfat edərkən can üstündə ağır dializ xəstəsi olan həyat yoldaşı X8 heç bir hörmət göstərmədən ölüm ayağında onu dindirmədən, halallıq etmək üçün çağırışına gəlməyən, cavabdehin ona məxsus mənzildə yaşamağa haqqı yoxdur. O oğlu – X13, Cavabdeh ilə birgə nikahdan xx.xx.2005-ci il tarixdə X14 və xx.xx.2009-cu il tarixdə isə X12 adlı nəvələri dünyaya gəlmişdir. Cavabdehin təzyiq və tələbi ilə nəvələri ev adamları olan: bibisi- Aynuru, əmisi- Pərvizi və o iddiaçı- babası, həmçinin doğma atalarını dindirmir heç bir yaxınlıq göstərmirlər. Uşaqlar doğma adamlarına qarşı analarının qorxusundan yad düşmən ruhunda tərbiyə alıb böyüyürlər. Cavabdeh ilə baş verən mübahisə qarşı durmadan hər ayda bir neçə dəfə polisi evə çağırması ilə bir küm altında baş verən birgə yaşayışın nə dərəcədə ağır mümkünsüz olması başa düşüləndir. Cavabdeh gəlini ilə aparılan öyüd nəsihətlərin, danışıq məsləhətlərin qanunvericiliyin mənzil məcəlləsində göstərilən bir evdə birgə yaşayış qaydalarına riayət etməsinə dəvət olunmasına baxmayaraq onunla edilən söhbətlərin heç bir faydası və ya nəticəsi olmamışdır, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-645/2022 saylı qətnaməsi əsasında təyin edilmiş aliment, oğlu Hüseynov Elnur tərəfindən vaxtlı vaxtında cavadehə ödənilir. Ona görədə faktiki olaraq evində cavabdehin cehiz əmlakları ucbatından yaranan darısqallığa görə 72 yaşımda rahat yaşamaq mülkiyyətinə sahib olmaq, istifadə etmək və sərəncam verməkhüquqlarını həyata keçirə bilmirəm. Yəni, xüsusi mülkiyyətində olan daşınmaz əmlakın ona məxsus olması faktı hüquqmüəyyənedici sənədlərlə sübut olunsa da belə, cavabdeh göstərilən ünvandakı evimdə faktiki olaraq cehiz əmlaklarını çıxarmamışdır. Bu səbəblərdən həyat yoldaşı X1 yəni 30 iyul 2020-ci il tarixində onun imzası ilə mülkiyyətilərində olan fərdi yaşayış evlərinin boşaldılması tələbi haqqında, “Xəstə mülkiyyətçiyə qarşı, gəlini tərəfindən edilən təhdid, şərəf və ləyaqətinin təhqir edilməsi, məxsus olduğu yaşayış sahəsində, şər böhtan ataraq tutdurub həbs etdirməsi ilə hədələməsi bir sözlə birgə yaşayış qaydalarının pozulmasına yönələn qanuna zidd hərəkətlərinin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsindən ötrü,” Lənkəran ŞRPŞ şikayət ərizəsi ilə də müraciət ediblər. Lənkəran ŞRPŞ-i cavabında, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq Lənkəran Rayon Məhkəməsinə müraciət etmək hüquqlarının olmasını bildirildi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili X15 iddianı qəbul etməyib, çıxışında iddianın rədd edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə vermiş olduğu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırmamış, iş üçün mühüm əhəmiyyəti faktiki hallar tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırılmamış, gəlinən nəticə isə işin faktiki hallarına uyğun olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh vəkili və nümayəndəsi Babayev X9 Rayon Məhkəməsinin 2(049)90/2023 saylı, 29 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)90/2023 saylı, 29 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada İddiaçı və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 1 noyabr 2013-cü il tarixli qərarında apellyasiya instansiya məhkəməsinin səlahiyyətləri ilə əlaqədar qeyd etmişdir ki, Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (MPM-in 372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddiaçı tərəfindən təqdim edilmiş sübutların iddianın təmin olunması üçün kifayət etməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)90/2023 saylı, 29 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğunluğu yoxlanılarkən müəyyən etmişdir ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən prosessual hüquq normalarının tələblərinə əməl olunmamış, nəticədə prosessual hüquq normasını pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntular izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 151.2-ci maddəsinə əsasən zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində, həmçinin iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar, onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Əgər təqdim edilmiş iddia ərizəsində cavabdeh kimi qeyd olunmuş işdə iştirak edən şəxsə münasibətdə istinad olunan maddədə sadalanan hallardan biri və ya bir neçəsi göstərilməyibsə, yaxud ümumiyyətlə iş üzrə hər hansı şəxsin cavabdeh kimi göstərilməsi açıq-aşkar formaldırsa (həmin şəxsin mübahisəyə aidiyyəti iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə təsdiq olunmursa), məhkəmə iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 152.1.1 -ci maddəsinə əsasən geri qaytarılması barədə məsələni müzakirə etməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddianı icraata qəbul edərkən prosessual hüquq normaları pozulmuş, nəticədə prosessual hüquq normasını pozmaqla qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (iddia ərizəsi icraata qəbul edilərkən qüvvədə olan prosessual məcəllə başa düşülür) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 151.3-ci maddəsinə əsasən, iddia ərizəsi, əgər onun daxil olmasından 5 gün müddətində məhkəmə qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, qəbul edilmiş sayılır. Maddənin məzmunundan da göründüyü kimi məhkəmə iddia ərizəsinin mümkünlüyünü yoxlayarkən Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğuna riayət olunub-olunmaması yoxlanılmalı və yalnız MPM-nin tələbləri nəzərə alınmaqla məhkəmə icraatı mümkün hesab edilməlidir. Əks təqdirdə MPM-nin tələblərinə uyğun olaraq iddia ərizəsinin prosessual məcəllənin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırarkən daha sonra müəyyən etmişdir ki, iddia ərizəsi icraata qəbul edilərkən MPM-in 149-cu maddələrinin tələblərinə əməl olunmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində, həmçinin iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar, onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Əgər təqdim edilmiş iddia ərizəsində cavabdeh kimi qeyd olunmuş işdə iştirak edən şəxsə münasibətdə istinad olunan maddədə sadalanan hallardan biri və ya bir neçəsi göstərilməyibsə, yaxud ümumiyyətlə iş üzrə hər hansı şəxsin cavabdeh kimi göstərilməsi açıq-aşkar formaldırsa (həmin şəxsin mübahisəyə aidiyyəti iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə təsdiq olunmursa), məhkəmə iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 152.1.1 -ci maddəsinə əsasən geri qaytarılması barədə məsələni müzakirə etməlidir. Lakin birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində iddiaçı - İddiaçı DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********87-10301 olan, qeydiyyat nömrəsi ********** saylı Çıxarışa əsasən xüsusi mülkiyyətində olan, X3 küçəsi, ev 37A ünvanında yerləşən yaşayış sahəsi – 108.8 kv.m, köməkçi sahəsi – 68.7 kv.m olmaqla, ümumi sahəsi 177.5 kv.m, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,04 ha torpaq sahəsi üzərində mərhum atası X2 tərəfindən 1974-cü il tarixdə tikilmiş 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əmlaklarını onun hesabına çıxarılması və evin boşaldılaraq o iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia ərizəsinin mahiyyətindən görünür ki, iddiaçının xüsusi mülkiyyətində olan X3 küçəsi, ev 37A ünvanında yerləşən yaşayış sahəsi – 108.8 kv.m, köməkçi sahəsi – 68.7 kv.m olmaqla, ümumi sahəsi 177.5 kv.m, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,04 ha torpaq sahəsi üzərində 1974-cü il tarixdə tikilmiş 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əmlaklarını onun hesabına çıxarılması və evin boşaldılaraq o iddiaçıya təhvil verilməsi təşkil edir. Göründüyü kimi, iddiaçı cavabdehdən sonuncuya məxsus cehiz əşyalarının onun hesabına evdən çıxarılmasını xahiş etsə də, tələbin əsası kimi çıxış edən əşyaların siyahısını sübut qismində təqdim etməmişdir. Kollegiya qeyd edir ki, hal hazırkı iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən edilə bilmir ki, həqiqətən də cehiz əşyaları mövcuddurmu və ya həmin əşyalar cavabdehə məxsusdurmu. Habelə cavabdehə məxsus əşyalar dedikdə iddiaçı nəyi nəzərdə tutması aydın deyil, nəzərə alınmalıdır ki, mülki qanunvericiliyə əsasən yalnız fiziki obyektlər əşya sayılır Pullar və qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Belə olan halda iddiaçı cavabdehə məxsus cehiz əşyalarının mülkiyyətində olan evdən çıxarılması tələbi irəli sürərkən, mütləq şəkildə çıxarılması tələb olunan əşyaların nədən ibarət olması dəqiq müəyyən etməlidir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinin tələblərinə uyğun olmamışdır. Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almadan iddia ərizəsini geri qaytarmalı olduğu halda qaytarmamış, iddia ərizəsi icraata qəbul etməklə prosessual qanunvericiliyin tələblərini pozmuş, nəticədə qətnaməni apellyasiya qaydasında ləğvi üçün əsaslar yaratmışdır. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə uyğun olaraq, iddia ərizəsində iddiaçının tələbi, habelə tələbini əsaslandırdığı hallar göstərilməlidir. İddiaçının tələbi dedikdə, onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədi ilə ona qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi maddi-hüquqi tələb başa düşülür. İddia tələbinin əsaslandırıldığı hallar isə iddiaçının cavabdehə qarşı yönəltdiyi tələbi əsaslandırmaq üçün istinad etdiyi hüquqi faktlar və hüquq normalarıdır. Eyni zamanda, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Yuxarıda qeyd olunan prosessual hüquq normasında göstərilən tələb imperativ xarakterli olub, tərəflərin istinad etdikləri sübutları vaxtında məhkəməyə təqdim etməklə həm işdə iştirak edən şəxslər, həm də məhkəmələr tərəfindən prosessual qənaət prinsipinə riayət edilməsinə yönəldilmiş tədbirdir. Göründüyü kimi birinci instansiya məhkəməsi bütün yuxarıda qeyd olunanları nəzərə almamış, iddia tələbinin icraata qəbul edilməsi üçün prosessual əsasların olmadığı halda icraata qəbul etməsi, yekunda isə iddia tələbi üzrə nəticəyə gəlinməklə prosessual qanunvericiliyin tələblərini pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunanlara əsasən yekun olaraq hesab edir ki, iddia ərizəsi MPM-in 149.2.3, 155.1, 155.3, 156-cı maddələrin tələblərinin pozulması ilə qəbul edilldiyindən, Lənkəran Rayon Məhkəməsinin 2(049)90/2023 saylı, 29 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş üzrə qətnamənin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılması iddiaçının yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Mülki Prosessual Məcəllənin 260.4-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsassdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.3, 384.0.5, 385.1.1, 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)90/2023 saylı, 29 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “xüsusi mülkiyyətində olan evindən cavabdehə məxsus cehiz əmlaklarını onun hesabına çıxarılması və evin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı izah edilir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan hal aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1764/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1764/2023
20.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver