Məhkəmə qərarları › İş №2(106)-1806/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1806/2023

31.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1806/2023 31.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi ilə, İddiaçı Cavabdeh Əli oğluna qarşı gediş-gəliş üçün avtomobil yolunun açılması, dəmir hasarın sökülməsi və s. tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyənetdi: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əli oğlu tərəfindən gediş-gəliş üçün avtomobil yolunun açılması və s. xahiş etmiş, Beyləqan Rayon Məhkəməsinin (hakim R.Nurullayev) 01 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh Əli oğlu tərəfindən İddiaçı evinə gediş-gəliş üçün avtomobil yolunun açılması, dəmir məftilin onun hesabına sökülməsi, maneənin aradan qaldırılması, yola qeyri-qanuni müdaxilənin qadağan edilməsi və avtomobil yoluna aid torpaqdan çıxarılması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Qətnamədən Cavabdeh Əli oğlu deyil, Cavabdeh adlı şəxs apellyasiya şikayəti vermişdir. Halbuki, Cavabdeh iş üzrə tərəf deyil. Belə halda sonuncunun adından verilmiş apellyasiya şikayətinə baxılmaq üçün əsas yoxdur. Azərbaycan Respublikasının MPM-nin 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilə bilər. Beləliklə, Kollegiya hesab edir ki, Beyləqan Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və müvafiq nöqsanın aradan qaldırılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən apellyasiya verənin cavabdeh olması aydınlaşdırılmalı, zəruri halda yanlışlıq aradan qaldırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 363.1.1-1, 366.2, 366.3, 366.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Beyləqan Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Beyləqan Rayon Məhkəməsinə qaytarılsın. X1 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar