Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1819/2025 13.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Əsədov (sədrlik edən və məruzəçi), X8 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, Masallı Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh X4 qarşı əmlak tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X5 ilə İddiaçı 21 iyun 2017-ci ildə rəsmi nikahda olmuşlar. Birgə nikahdan 1 uşaq- 21 iyun 2018-ci il təvəllüdlü X7 doğulmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-599/2023 saylı, 23 may 2023-cü il tarixli qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aşağıdakı əmlakın, əşyalar olmadıqda onların dəyərini tələb etmişdir: 500 manat dəyərində divan, 700 manat dəyərində 6 ədəd stol- stul dəsti, 1500 manat dəyərində yataq otağı mebel dəsti, 550 manat dəyərində televizor, 500 manat dəyərində paltaryuyan maşın, 800 manat dəyərində soyuducu, 600 manat dəyərində mətbəx mebeli, 250 manat dəyərində qaz peçi, 150 manat dəyərində aspirator, 350 manat dəyərində ətçəkən maşın, 150 manat dəyərində sokçəkən maşın, 200 manat dəyərində qazan dəsti, 600 manat dəyərində serviz, 500 manat dəyərində iki ədəd xalça, 300 manat dəyərində yorğan-döşək dəsti, 20 manat dəyərində 12 ədəd çəngəl-qaşıq dəsti, 30 manat dəyərində 10 ədəd boşqab, 20 manat dəyərində 6 ədəd stəkan, 200 manat dəyərində iki ədəd pərdə, 250 manat dəyərində tok peçi, 1700 manat dəyərində kombi, 150 manat dəyərində sokçəkən maşın. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə ayrıldıqdan sonra cavabdehdə ona məxsus əşyalar qalmışdır. Cavabdeh həmin əşyaları könüllü şəkildə təhvil verməkdən imtina edir. Birinci instansiya məhkəməsində cavabdeh X5 iddia tələbini qismən qəbul etdiyini bildirərək izahatında göstərmişdir ki, iddia tələbində göstərilən əşyaların dəyəri şişirdilmiş şəkildədir. İddia tələbində adları çəkilən bütün əşyalar hazırda “AAAF Park” yaşayış kompleksində yerləşən evdədir, yalnız sokçəkən (şirəçəkən) maşın evdə olmamışdır. Divan, stol-stul dəsti və yataq otağı mebeli onun qohumlarına məxsusdur və həmin əşyalar nikah dövründə ona pay şəklində verilmişdir. Lakin bu əşyaların hansı qohumları tərəfindən pay verildiyini xatırlamır. İddia ərizəsində göstərilən mətbəx mebeli, qaz peçi, aspirator, ətçəkən maşın, qazan dəsti, serviz, iki ədəd xalça, yorğan-döşək dəsti, 12 ədəd çəngəl-qaşıq dəsti, 10 ədəd boşqab, 6 ədəd stəkan, iki ədəd pərdə və tok peçi nikahdan sonra iddiaçı tərəfindən cehiz olaraq evə gətirilmişdir. Soyuducu iddiaçının valideynlərinin evindən işlənmiş vəziyyətdə gətirilmiş, televizor və paltaryuyan maşın isə iddiaçının anası tərəfindən, qızının adına olan “Bolkart” vasitəsilə alınmışdır. İddia tələbində göstərilən kombi ilə bağlı Abşeron Rayon Məhkəməsində ondan pul tutulmuşdur və bu barədə ekspert rəyi mövcuddur. Cavabdeh X5 eyni zamanda bildirmişdir ki, o, siyahıda göstərilən heç bir əşyanın üzərində israr etmir. İddiaçı hansı əmlakı almağı sübut edirsə apara bilər, sübut etməsə əmlakları verməyə razı deyildir. Masallı Rayon Məhkəməsinin (hakim E.Hüseynov) 09 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospekti 167, AAAF park yaşayış kompleksi küçə 17, bina 1 A, mənzil 6 ünvanında yerləşən cehiz əşyaları - 120 manat dəyərində divan, 370 manat dəyərində 6 ədəd stol-stul dəsti, 350 manat dəyərində yataq otağı mebel dəsti, 110 manat dəyərində televizor, 300 manat dəyərində paltaryuyan maşın, 290 manat dəyərində soyuducu, 180 manat dəyərində mətbəx mebeli, 90 manat dəyərində qaz peçi, 75 manat dəyərində aspirator, 90 manat dəyərində ətçəkən maşın, 80 manat dəyərində qazan dəsti, 200 manat dəyərində serviz, 200 manat dəyərində 2 ədəd xalça, 265 manat dəyərində yorğan döşək dəsti, 17 manat dəyərində 12 ədəd çəngəl- qaşıq dəsti, 30 manat dəyərində 10 ədəd boşqab, 10 manat dəyərində 6 ədəd stəkan, 140 manat dəyərində 2 ədəd pərdə və 45 manat dəyərində tok peçi naturada, bu mümkün olmadıqda isə onların dəyəri olan cəmi 2962 (iki min doqquz yüz altmış iki) manat məbləğində pulun cavabdeh X2 alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin digər hissədə təmin edilməməsi, aparılmış tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul İddiaçı və cavabdeh X2 bərabər qaydada tutularaq "xxxx" MMC-nin ("xxxx" ASC Qarayev filialı, kod 200145, VÖEN **********, SWİFT kod AZ37NABZ********************, VÖEN **********, Hesab AZ90AİİB********************) hesabına köçürülməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin eyni tarixli qərardadı ilə “150 manat dəyərində sokçəkən maşın” tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 225.2-ci maddəsinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1, 34.2, 36.3-cü maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) müvafiq maddələrinə istinad etmişdir. Qətnamədən cavabdeh X5 apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh şikayətində Mülki Məcəllənin 225.2-ci maddəsinə istinad edərək göstərmişdir ki, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. İşin mübahisələndirilən halı odur ki, iddiaçı tələb etdiyi əşyaların ona məxsusluğunu, mövcudluğunu sübuta yetirə bilməmişdir. Şikayətə görə, məhkəmə əşyaları düzgün qiymətləndirməyib. İddiaçı tərəf bununla bağlı nə çek, nə təsvir- heç bir sübut təqdim etməyib. Əlavə olaraq qeyd etmək istəyir ki, qaz peçinin təzəsi indi 100 manatdır, ən keyfiyyətsizi olub illərlə özü evdə işlədib qəzalı vəziyyətdə işlədib özü də. 2018-ci il tarixindən bu günə qədər elə 90 manat dəyərində qaldı? Paltaryuyan maşın da elə o illərdəki qiyməti 300- 400 manat olub illərlə işlənmiş maşına indi yenə 300 manat qoyulub. Qarşı tərəf heç nəyi sübut etmir internetdən elan saytlarından sübut olunmayan şeylərə qiymət qoyurlar. Qazan dəstləri, serviz dediyi şeyləri illərlə özü işlədib, çox olurdu ki evlərinə aparırdı əşyaları, ya qırılırdı, ya evlərində itirdi. İllərlə bunları özü işlədib, indi təzə komplekt dəstlər kimi ondan tələb olunur. İşlənmiş bir neçə qab-qacaq 200 manat dəyərində və yararsız vəziyyətdə olan pərdə cehiz kimi qiymətləndirlib, tamamilə səhvdir. Yuxarıda qeyd etdikləri, qazan dəstləri, servis, çəngəl-bıçağa da aiddir. Ələxsus bu siyahıda evdə heç vaxt olmayan, qarşı tərəfin də heç bir formada sübut təqdim etmədiyi yorgan-döşək dəstinə necə qiymət təyin edilib və mübahisə pretmetinə çevriləsi də əsaslı şübhələr yaradır. Prosessual məsələlər Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Əvvəlki apellyasiya baxışında iştirak edən cavabdeh X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirmişdir ki, Masallı rayon Məhkəməsindən və çıxardığı qətnamədən narazıdır belə ki, onun xəbəri olmadan ekspertiza təyin olunmuş və ekspertiza xərci 300 manat onun üzərinə qoyulmuşdur. İddia ərizəsində tələb olunan əşyalarının bir çoxu olmayan əşyalardır. İddia ərizəsində yorğan-döşək dəsti 200 manat göstərilib onu da qəbul etmir, həmçinin divan da cehiz əşyası deyil. Ümumiyyətlə iddiaçı cehiz gətirməmişdir. Qeyd olunan əşyalar birgə nikah dövründə əldə olunmuşdur. İddia ərizəsində göstərilən kombinin pulu və iddia olunan pul vəsaitini o tam ödəmişdir. Əşyaların çoxunu onun qohumları hədiyyə etmişdir. Televizor isə kreditlə alınmışdır. Cavabdeh sonrakı məhkəmə iclasına gəlməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı qətnaməni mübahisələndirməmişdir. Cavabdeh qətnamənin iddianın təmin olunmasına dair hissəsini mübahisələndirmişdir. Kollegiya işə cavabdehin apellyasiya şikayəti həddində baxır. İşin faktiki hallarından görünür ki, tərəflər 21 iyun 2017-ci ildə rəsmi nikahda olmuşdur. Birgə nikahdan 1 uşaq doğulmuşdur. Tərəflər arasındakı nikah xx.xx.2023-cü il tarixdə pozulmuşdur. Hazırkı tələbində iddiaçı özünə məxsus, eləcə də birgə nikah dövründə alınmış əşyalarını cavabdehin qanunsuz sahibliyindən geri tələb etmişdir. İddiaçı həm də ümumi mülkiyyətdəki əmlakını, mahiyyətcə birgə mülkiyyətdən özünə çatası əmlakını tələb etmişdir. Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Mülki Məcəllənin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əmlak tələbi barədə iddianı təmin etmək üçün aşağıdakı şərtlərin ödənilməsi lazımdır: əmlak üzərində iddiaçının mülkiyyət hüququnun olması, iddiaçının əmlak üzərindəki faktiki sahibliyinin (onun iradəsi əleyhinə) itirilməsi, tələb edilən əşyaların digər eynicinsli əşyalardan fərdi-müəyyən əlamətlərlə seçilməsi (konkretləşdirilməsi), tələb edilən əşyaların faktiki olaraq cavabdehlərin qanunsuz sahibliyində olması. Bu hallardan hər-hansı birinin müəyyən edilməməsi iddianı rədd etmək üçün əsasdır. Tələb edilən əşyaların mövcudluğu, hazırda cavabdehin sahibliyində qalması faktı mübahisəsizdir. İddiaçı tələb edilən əşyaların hamısının ona məxsus olduğunu bildirsə də cavabdeh tərəf birinci instansiya məhkəməsində, eləcə də apellyasiya baxışında izahatında tələb edilən əşyaların mövcudluğunu əsasən qəbul edərək əşyaların dəyərləri ilə razı olmadığını bildirmişdir. İddiaçı göstərmişdir ki, adları çəkilən bütün əşyalar hazırda “AAAF Park” yaşayış kompleksində yerləşən evdədir, yalnız sokçəkən (şirəçəkən) maşın evdə olmamışdır. Bununla yanaşı, qeyd etmişdir ki, iddiaçının tələb etdiyi divan, stol-stul dəsti və yataq otağı mebeli onun qohumlarına məxsusdur və həmin əşyalar nikah dövründə ona pay şəklində verilmişdir. Lakin bu əşyaların hansı qohumları tərəfindən pay verildiyini xatırlamır. İddia ərizəsində göstərilən mətbəx mebeli, qaz peçi, aspirator, ətçəkən maşın, qazan dəsti, serviz, iki ədəd xalça, yorğandöşək dəsti, 12 ədəd çəngəl-qaşıq dəsti, 10 ədəd boşqab, 6 ədəd stəkan, iki ədəd pərdə və tok peçi nikahdan sonra iddiaçı tərəfindən cehiz olaraq evə gətirilmişdir. Soyuducu iddiaçının valideynlərinin evindən işlənmiş vəziyyətdə gətirilmişdir. Televizor kreditə götürülmüşdür. Birinci instansiya məhkəməsi iddianı yuxarıdakı qaydada təmin edərkən hesab etmişdir ki, tələb edilən əşyalar iddiaçıya cehiz şəklində hədiyyə edilmiş əmlakdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tələb edilən əşyaların bütünlüklə iddiaçıya məxsus olduğu qənaətinə gələrkən sübutlara düzgün qiymət verməmiş, nəticə etibarı ilə təmin edilən əşyaların müəyyən hissəsinə münasibətdə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. MPM-in 76.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları sübutlar hesab olunur. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Cavabdeh izahatlarında tələb edilən əşyaların mövcudluğunu etiraf etsə də, həmin əşyalardan divanın, 6 ədəd stol-stul dəstinin, yataq mebel dəstinin qohumları tərəfindən hədiyyə edildiyini, televizorun kreditə götürüldüyünü qeyd etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin bu izahatını nəzərə almamış, nəticə etibarı ilə bu hissədə sübuta düzgün qiymət verməmişdir. Cavabdeh tərəf divanın, 6 ədəd stol-stul dəstinin, yataq mebel dəstinin qohumları tərəfindən ona hədiyyə edildiyini bildirsə də, həmin əşyaların şəxsən ona hədiyyə edildiyini sübuta yetirə bilməmişdir. Halbuki, həmin əşyaların şəxsən ona hədiyyə edildiyini sübuta yetirmək yükü cavabdehin üzərindədir. Ona görə Kollegiya hesab edir ki, bu əşyalar tərəflərin nikahından sonra onları ailəsinə hədiyyə edildiyindən onların birgə mülkiyyəti hesab edilməlidir. Bundan başqa, cavabdeh apellyasiya baxışında televizorun kreditə alındığını da qeyd etmişdir. Ona görə həmin əmlak da tərəflərin ümumi birgə mülkiyyəti hesab edilməlidir. Birinci instansiya məhkəməsi işin bu hallarını düzgün qiymətləndirməmişdir. Kollegiya hesab edir ki, divan, 6 ədəd stol-stul dəsti, yataq mebel dəsti və televizor birgə mülkiyyət kimi tanınmalıdır. Birinci instansiya məhkəməsi 120 manat dəyərində divan, 370 manat dəyərində 6 ədəd stol-stul dəsti, 350 manat dəyərində yataq mebel dəsti və 110 manat dəyərində televizorun tələb edilməsinə dair hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da birinci instansiya məhkəməsi qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsasdır. Qanunun tələbinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Kollegiyanın qənaətinə görə, göstərilən hissədə əşyalar ümumi birgə mülkiyyət kimi tərəflər arasında bölünməli, divan, 6 ədəd stol-stul dəsti, bu əşyalar olmadıqda isə onların dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməli, yataq mebel dəsti və televizor isə cavabdehin mülkiyyətində qalmalıdır. Cavabdeh apellyasiya şikayətində mübahisələndirilən hissədə tələb edilən əşyaların dəyərləri ilə razı olmadığını da bildirmişdir. "xxxx" MMC-nin 06 may 2025-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına görə, analoq yanaşmasından istifadə etməklə orta bazar dəyəri hesablanaraq müəyyən edilmişdir ki, siyahıda qeyd edilən (divan 120 manat, 6 ədəd stol-stul dəsti 370 manat, yataq otağı mebel dəsti 350 manat, televizor 110 manat, paltaryuyan maşın 300 manat, soyuducu 290 manat, mətbəx mebeli 180 manat, qaz peçi 90 manat, aspirator 75 manat, ətçəkən maşın 90 manat, sok çəkən 70 manat, qazan dəsti 80 manat, serviz 200 manat, 2 ədəd xalça 200 manat, yorğan döşək dəsti 265 manat, 12 ədəd çəngəl-qaşıq dəsti 17 manat, 10 ədəd boşqab 30 manat, 6 ədəd stəkan 10 manat, 2 ədəd pərdə 140 manat, tok peçi 45 manat, kombi 950 manat) daşınar əmlakların ümumilikdə bazar dəyəri - 3982 (üç min doqquz yüz səksən iki) AZN təşkil edir. Qiymətləndirmə işi Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitənin və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən uyğun qiymətləndirmə metodlarından istifadə edilməklə əmlakın faktiki vəziyyətinə və bazar konyukturasına uyğun olaraq aparılmışdır. X1 Standartlarına (BQS) eləcə də, əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. Aparılmış tədqiqatın dəyəri 200 manat ("xxxx" ASC Qarayev filialı, kod 200145, VÖEN **********, SWİFT kod AZ37NABZ********************,VÖEN**********,HesabAZ90AİİB**********0817 272114) təşkil edir. Kollegiya "xxxx" MMC-nin 06 may 2025-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatı yazılı sübut olaraq qəbul edir və hesab edir ki, iddianın təmin edilməsinə dair hissədə mövcud olmayan əşyalara münasibətdə həmin qiymətlər əsas götürülməlidir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən– 120 manat dəyərində divan, 370 manat dəyərində 6 ədəd stol-stul dəsti, 350 manat dəyərində yataq mebel dəsti və 110 manat dəyərində televizorun tələb edilməsinə dair hissədə ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, 120 manat dəyərində divan, 370 manat dəyərində 6 ədəd stol-stul dəsti, həmin əşyalar olmadıqda isə onların dəyəri cavabdeh X2 alınaraq İddiaçı verilməli, 350 manat dəyərində yataq mebel dəsti və 110 manat dəyərində televizorun tələb edilməsi hissədə iddia təmin edilməməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti qismən təmin edildiyindən və iddia əsasən təmin edildiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçiyə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Mübahisələndirilən hissəsdə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh X3 apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli, e-2(050)-1265/2025 saylı qətnaməsi qismən– 120 manat dəyərində divan, 370 manat dəyərində 6 ədəd stol-stul dəsti, 350 manat dəyərində yataq mebel dəsti və 110 manat dəyərində televizora aid hissədə iddianın təmin edilməsi hissədə ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. 120 manat dəyərində divan, 370 manat dəyərində 6 ədəd stol-stul dəsti, həmin əşyalar olmadıqda isə onların dəyəri cavabdeh X2 alınaraq İddiaçı verilsin. 350 manat dəyərində yataq mebel dəsti və 110 manat dəyərində televizorun tələb edilməsi hissədə iddia təmin edilməsin. Qətnamə qalan mübahisələndiirlən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1819/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1819/2025
13.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver