Məhkəmə qərarları › İş №2(106)-1829/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1829/2025

07.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-1829/2025 07.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmlak və maddi ziyan” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmlak və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə vermiş olduğu iddia ərizəsində qeyd olunan, 2000 manat dəyərində olan X formalı toxunuşlu, Türkiyə istehsalı, 13 qramlıq, 585 əyarlı, 1 ədəd qolbağının, 2600 manat dəyərində olan, Reket formalı, Rusiya istehsalı, 20 qramlıq, 583 əyarlı bir ədəd qızıl qolbağının, 3000 manat dəyərində olan 583 əyarlı, 18 qramlıq, ortada iri sapfir, kənarlarında brilyant qaşları olan, Rusiya istehsalı bir cüt sırğa-üzük dəstinin, 1300 manat dəyərində olan 583 əyarlı, 10 qramlıq qaşsız, halqa formasında, Rusiya istehsalı bir ədəd qızıl nişan üzüyünün, 2000 manat dəyəri olan 6 qramlıq, ortası ağ qızıldan, 583 əyarlı, bir ədəd, gül formalı, brilyant qaşlı, Rusiya istehsalı nişan üzüyünün, 1500 manat dəyəri olan 5 qramlıq, 583 əyarlı, qızıl, brilyant qaşlı, Rusiya istehsalı olan, kişi üçün nişan üzüyünün, 1200 manat dəyərində olan qızıl, qırmızı Aleksandrit qaşlı, 6 qramlıq, 583 əyarlı, Rusiya istehsalı olan üzüyün, 800 manat dəyərində olan, qızıl, yaşıl qaşlı, yarpaq formalı, 5 qaramlıq, 583 əyarlı, Rusiya istehasalı üzüyün, 500 manat dəyərində, yaşıl qaşlı, Rusiya istehsalı, 3 qramlıq, 583 əyarlı, bir ədəd qızıl üzüyün, 500 manat dəyərində, xırda, ağ sadə qaşlı, sadə formalı, 3 qramlıq, 583 əyarlı, Rusiya istehsalı, bir ədəd qızıl üzüyün, 700 manat dəyəri olan, qızıl, sadə ağ qaşlı, 5 qramlıq, 583 əyarlı, Rusiya istehsalı üzüyün, 2000 manat dəyərində, brilyant qaşlı, paxlava formalı, 8 qramlıq, 583 əyarlı, Rusiya istehsalı, bir ədəd qızıl üzüyün, 5000 manat dəyəri olan Reket formalı , 40 qramlıq, 583 əyarlı, Rusiya istehsalı olan bir ədəd qızıl sepin, 4000 manat dəyəri olan, Çayka firmadan, yoloçnu qolbağı ilə, Rusiya istehsalı, 25 qramlıq, 583 əyarlı, bir ədəd qızıl qol saatının, 1400 manat dəyəri olan, 583 əyarlı, Rusiya istehsalı, bir ədəd onluq qızıl klonun, 800 manat dəyəri olan, Reket formalı, uşaq üçün, 583 əyarlı, Rusiya istehsalı, 7 qramlıq, bir ədəd qızıl qolbağının, 900 manat dəyəri olan, uşaq üçün, 583 əyarlı, Reket formalı, 8 qramlıq, bir ədəd qolbağının, 600 manat dəyəri olan, uşaq üçün, qırmızı qaşlı, 583 əyarlı, 4 qramlıq, Rusiya istehsalı, bir cüt sırğanın, 6000 manat dəyərində, yoloçnu formalı, qızıl, 45 qramlıq, Rusiya istehsalı, 583 əyarlı, qolbağı və sep dəstinin, 7000 manat dəyəri olan, badam formalı, brilyant qaşlı, 583 əyarlı, 20 qramlıq, Rusiya istehsalı, sırğa-üzük və klon dəstinin, 2500 manat dəyərində, brilyant qaşlı, 8 qramlıq, 583 əyarlı, Rusiya istehsalı ulduz formalı sırğa-üzük dəstinin natura formasında, bu mümkün olmadıqda onların dəyəri olan cəmi 46.300 (qırx altı min üç yüz) manat pulun, borc üçün cavabdehə verdiyi 1.000 (bir min) manat pulun, 250 +1 manat dövlət rüsumunun, 2500 manat vəkil xidmət haqqının cavabdeh Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Cavabdeh ilə Tik-Tok sosial şəbəkədə tanış olmuşlar. Onunla dostluq etmişlər. Bir neçə dəfə müxtəlif vaxtlarda görüşmüşlər. Cavabdeh onunla evlənmək niyyətində olduğunu demişdir. Cavabdeh 2024cü ilin mart ayında onu atasının xəstə olmasına inandıraraq ondan 6 ay müddətinə 46.300 (qırx altı min üç yüz) manat dəyərində qızıl-zinət əşyalarını alıb lombarda qoymuşdur. Həmin qızıl-zinət əşyaları ona, anasına və azyaşlı uşaqlarına məxsusdur. Bir müddət sonra isə cavabdeh ondan 1.000 (bir min) manat borc pul istəmişdir. O, ##.##.2024-cü il tarixində ona məxsus olan kart hesabına 1.000 (bir min) manat pul göndərmişdir. Cavabdeh Cavabdeh dəfələrlə ona, uşaqlarına və anasına məxsus olan 46.300 (qırx altı min üç yüz) manat dəyərində qızıl zinət əşyalarını və 1.000 (bir min) manat pulunu geri istəsə də, o, yalan vədlər verərək nə qızıl-zinət əşyalarını, nə də pulunu geri qaytarmamışdır. Bu səbəbdən də o, DİN-nin “102” xidmətinə zəng etmiş və ##.##.2024-cü il tarixində Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə ərizə təqdim etmişdir. Ərizəsi aidiyyətı üzrə Şəmkir Rayon Polis X1 Bölməsinə göndərilmişdir. Şəmkir Rayon Polis X1 Bölməsindən isə ona tələbinin mülki xarakterli olması və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Buna görə də məcbur olub, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehə vermiş olduğu qızıl-zinət əşyaları aşağıdakılardır: Qızıl-zinət əşyaları: Bir ədəd qızıl qolbağı, X formalı toxunuşlu, Türkiyə istehsalı, 13 qramlıq, 585 əyarlı- 2000 manat, bir ədəd qızıl qolbağı, reket formalı, Rusiya istehsalı, 20 qramlıq, 583 əyarlı– 2600 manat, bir cüt qızıl sırğa-üzük dəsti, ortada iri sapfir qaşı olan, kənarlarında brilyant qaşları olan, 583 əyarlı, Rusiya istehsalı, 18 qramlıq- 3000 manat, bir ədəd nişan üzüyü, qızıl, halqa formasında, qaşsız, 583 əyarlı, 10 qramlıq, içərisində anasının adı yazılıb, Rusiya istehsalı– 1300 manat, bir ədəd nişan üzüyü, qızıl, gül formalı, brilyant qaşlı, 6 qramlıq, ortası ağ qızıldan, 583 əyarlı, Rusiya istehsalı- 2000 manat, bir ədəd nişan üzüyü, qızıl, brilyant qaşlı, kişi üçün, 5 qramlıq, 583 əyarlı, Rusiya istehsalı- 1500 manat, bir ədəd üzük, qızıl, qırmızı Aleksandrit qaşlı, 6 qramlıq, 583 əyarlı, Rusiya istehsalı,- 1200 manat, bir ədəd üzük, qızıl, yaşıl qaşlı, yarpaq formalı, 5 qaramlıq, 583 əyarlı, Rusiya istehasalı– 800 manat, bir ədəd üzük, qızıl, yaşıl qaşlı, Rusiya istehsalı, 3 qramlıq, 583 əyarlı- 500 manat, bir ədəd üzük, qızıl, xırda ağ qaşlı, sadə formalı, 3 qramlıq, 583 əyarlı, Rusiya istehsalı 500 manat, bir ədəd üzük, qızıl, ağ qaşlı, sadə, 5 qramlıq, 583 əyarlı, Rusiya istehsalı 700 manat, bir ədəd üzük, qızıl, brilyant qaşlı, paxlava formalı, 8 qramlıq, 583 əyarlı, Rusiya istehsalı– 2000 manat, bir ədəd sep, qızıl, reket formalı , 40 qramlıq, 583 əyarlı, Rusiya istehsalı- 5000 manat, bir ədəd qızıl saat, Çayka firmadan, yoloçnu qolbağı ilə, Rusiya istehsalı, 25 qramlıq, 583 əyarlı- 4000 manat, bir ədəd onluq qızıl klon, 583 əyarlı, Rusiya istehsalı– 1400 manat, bir ədəd qızıl qolbağı, Reket formalı, uşaq üçün, 583 əyarlı, Rusiya istehsalı, 7 qramlıq- 800 manat, bir ədəd qızıl qolbağı, uşaq üçün, 583 əyarlı, Reket formalı , 8 qramlıq- 900 manat, bir cüt qızıl sırğa, uşaq üçün, qırmızı qaşlı, 583 əyarlı, 4 qramlıq, Rusiya istehsalı,- 600 manat, bir dəst qolbağı və sep dəsti yoloçnu formalı, qızıl, 45 qramlıq, Rusiya istehsalı, 583 əyarlı,- 6000 manat, bir dəst komplekt, badam formalı, sırğa-üzük dəsti və klonla birlikdə, brilyant qaşlı, 583 əyarlı, 20 qramlıq 7000 manat, bir dəst ulduz formalı, brilyant qaşlı, sırğa-üzük dəsti, 8 qramlıq, 583 əyarlı 2500 manat olmaqla cəmi 46.300 (qırx altı min üç yüz) manat dəyərində qızıl-zinət əşyalarından ibarətdir. Eyni zamanda hesab edir ki, cavabdeh ona vurduğu maddi ziyanı da ödəməlidir. Belə ki, cavabdeh onun 46.300 (qırx altı min üç yüz) manat dəyərində qızıl-zinət əşyalarını və 1.000 (bir min) manat pulunu könüllü olaraq ona qaytarsaydı, o vəkil xidmət haqqı və dövlət rüsumları ödəməzdi. Hesab edir ki, o cavabdehin təqsiri ucbatından maddi ziyan çəkmişdir və cavabdeh Cavabdeh ona vurmuş olduğu maddi ziyanı ödəməlidir. Hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi ziyan çəkmişdir. Mülkiyyətində olan əmlakından məhrum olmuşdur. İddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili İsayeva Xalidə İsa qızı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində 5ci sırada qeyd olunan bir ədəd nişan üzüyünün əyarının 585, 10-cu sırada qeyd olunan qızıl üzüyün əyarının 585, 7-ci sırada göstərilən bir ədəd qızıl üzüyünün əyarının 585, 9-cu sırada qeyd olunan bir ədəd qızıl üzüyünün əyarının 585, 3-cü sırada qeyd olunan bir cüt sırğa üzük dəstinin əyarının 585, 8-ci sırada qeyd olunan bir ədəd qızıl üzüyünün əyarının 585, 19-cu sırada göstərilən bir ədəd qızıl qolbağın əyarının 585, 18-ci sırada göstərilən bir cüt sırğanın əyarının 585, 15-ci sırada qeyd olunan bir ədəd onluq qızıl klonun əyarının 875 kimi qalan tələblərin olduğu kimi oxunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Astara Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi (hakim: Şəfiqə Meybullayeva) ilə 1 ədəd 875 əyarlı 8,85 qramlıq onluq, 1 ədəd 885 əyarlı 4,35 qramlıq sırğa, 1 ədəd 585 əyarlı 1,55 qramlıq üzük, 1 ədəd 585 əyarlı 39,55 qramlıq sep, 1 ədəd 585 əyarlı 20,05 qramlıq qolbaq, 1 ədəd 583 əyarlı 10,00 qramlıq komplekt (qaşı düşmüş), 3 ədəd 585 əyarlı 11,60 qramlıq qolbaq, 3 ədəd 585 əyarlı 6,30 qramlıq üzük, 3 ədəd 750 əyarlı 4,50 qramlıq üzük, 1 ədəd 585 əyarlı 2,75 qramlıq üzük, 3 ədəd 585 əyarlı 11,60 qramlıq qolbaq, 3 ədəd 585 əyarlı 6,30 qramlıq üzük, 1 ədəd 750 əyarlı 4,50 qramlıq üzük, 1 ədəd 585 əyarlı 39,55 qramlıq sep, 1 ədəd 585 əyarlı 20,05 qramlıq qolbaq, 1 ədəd 583 əyarlı 10,00 qramlıq komplekt (qaşı düşmüş) qızıl-zinət əşyaları natura formasında, bu mümkün olmadıqda isə onların dəyəri 42.300 ( qırx iki min üç yüz) manat məbləğində pul, 1000 manat məbləğində borc pul, 1500 manat vəkil xərci olmaqla, cəmi 44.800 manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 214 manat hissəsinin cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarına əlavə edilmiş: AA0579913 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ##.##.1992ci ildə anadan olmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə ## ###### 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəmkir rayonu Qılıncbəyli kəndində yaşayan X2 ilə tanışı Cavabdeh aralarında yaranmış qızıl-zinət əşyalarına və 1000 manat pul mübahisələri mülki xarakterli məsələ olduğundan Ayşən Qurbanovaya mülki qaydada müvafiq məhkəmə orqanlarına müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Şəmkir rayonu “xxxx-1” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli rəyindən görünür ki, qeyd olunan qızıl-zinət əşyalarının bu günə bazarda satış qiyməti-bir ədəd qızıl qolbağı, X formalı toxunuşlu, Türkiyə istehsalı, 13 qramlıq, 585 əyarlı 2000 manat, bir ədəd qızıl qolbağı, reket formalı, Rusiya istehsalı, 20 qramlıq, 583 əyarlı 2600 manat, Bir cüt qızıl sırğa-üzük dəsti, ortada iri sapfir qaşı olan, kənarlarında brilyant qaşları olan, 583 əyarlı, Rusiya istehsalı, 18 qramlıq- 3000 manat, bir ədəd nişan üzüyü, qızıl, halqa formasında, qaşsız, 583 əyarlı, 10 qramlıq, içərisində anamın adı yazılıb, Rusiya istehsalı- 1300 manat, bir ədəd nişan üzüyü, qızıl, gül formalı, brilyant qaşlı, 6 qramlıq,-ortası ağ qızıldan, 583 əyarlı, Rusiya istehsalı- 2000 manat, bir ədəd nişan üzüyü, qızıl, brilyant qaşlı, kişi üçün, 5 qramlıq, 583 əyarlı, Rusiya istehsalı- 1500 manat, bir ədəd üzük, qızıl, qırmızı Aleksandrit qaşlı, 6 qramlıq, 583 əyarlı, Rusiya istehsalı, 1200 manat, bir ədəd üzük, qızıl, yaşıl qaşlı, yarpaq formalı, 5 qaramlıq, 583 əyarlı, Rusiya istehsalı- 800 manat, bir ədəd üzük, qızıl, yaşıl qaşlı, Rusiya istehsalı, 3 qramlıq, 583 əyarlı- 500 manat, bir ədəd üzük, qızıl, xırda ağ qaşlı, sadə formalı, 3 qramlıq, 583 əyarlı, Rusiya istehsalı- 500 manat, bir ədəd üzük, qızıl, ağ qaşlı, sadə, 5 qramlıq, 583 əyarlı, Rusiya istehsalı 700 manat, bir ədəd üzük, qızıl, brilyant qaşlı, paxlava formalı, 8 qramlıq, 583 əyarlı, Rusiya istehsalı-2000 manat, bir ədəd sep, qızıl, reket formalı, 40 qramlıq, 583 əyarlı, Rusiya istehsalı 5000 manat, bir ədəd qızıl saat, Çayka firmadan, yoloçnu qolbağı ilə, Rusiya istehsalı, 25 qramlıq, 583 əyarlı- 4000 manat, bir ədəd onluq qızıl klon, 583 əyarlı, Rusiya istehsalı-1400 manat, bir ədəd qızıl qolbağı, Reket formalı, uşaq üçün, 583 əyarlı, Rusiya istehsalı, 7 qramlıq-800 manat, bir ədəd qızıl qolbağı, uşaq üçün, 583 əyarlı, Reket formalı, 8 qramlıq- 900 manat, bir cüt qızıl sırğa, uşaq üçün, qırmızı qaşlı, 583 əyarlı, 4 qramlıq, Rusiya istehsalı,- 600 manat, bir dəst qolbağı və sep dəsti yoluçnu, formalı, qızıl, 45 qramlıq, Rusiya istehsalı, 583 əyarlı-6000 manat, bir dəst komplekt, badam formalı, sırğa-üzük dəsti və klonla birlikdə, brilyant qaşlı, 583 əyarlı, 20 qramlıq– 7000 manat, bir dəst ulduz formalı, brilyant qaşlı, sırğa-üzük dəsti, 8 qramlıq-583 əyarlı-2500 manat kimi qiymətləndirilmişdir. Girov qoyulmuş qiymətlilərin dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktlarından görünür ki, Cavabdeh tərəfindən 1 ədəd 875 əyarlı 8,85 qramlıq onluq, 1 ədəd 585 əyarlı 4,35 qramlıq sırğa, 1 ədəd 585 əyarlı 1,55 qramlıq üzük, 1 ədəd 585 əyarlı 39,55 qramlıq sep, 1 ədəd 585 əyarlı 20,05 qramlıq qolbaq, 1 ədəd 583 əyarlı 10,00 qramlıq komplekt (qaşı düşmüş), 3 ədəd 585 əyarlı 11,60 qramlıq qolbaq, 3 ədəd 585 əyarlı 6,30 qramlıq üzük, 3 ədəd 750 əyarlı 4,50 qramlıq üzük, 1 ədəd 585 əyarlı 2,75 qramlıq üzük, 3 ədəd 585 əyarlı 11,60 qramlıq qolbaq, 3 ədəd 585 əyarlı 6,30 qramlıq üzük, 1 ədəd 750 əyarlı 4,50 qramlıq üzük, 1 ədəd 585 əyarlı 39,55 qramlıq sep, 1 ədəd 585 əyarlı 20,05 qramlıq qolbaq, 1 ədəd 583 əyarlı 10,00 qramlıq komplekt (qaşı düşmüş) qızıl-zinət əşyaları lombarda təhvil verilmişdir. Cavabdeh Şəmkir RPŞ-nə vermiş olduğu ##.##.2025-ci il tarixli izahatından görünür ki, Cavabdeh “Gəncə Mall” Ticarət mərkəzində İddiaçı qızıl-zinət əşyaları alması, aldığı həmin qızılları lombarda qoyaraq ümumilikdə 8000 manata qədər pul götürməsini, İddiaçı 1000 manat məbləğində nağd pul aldığını etiraf etmişdir. ##.##.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 250 manat dövlət rüsumu ödənilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən vəkil xidməti göstərilməsi üçün 2500 manat dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh 2024-cü ildə tanış olmuş, evlənmək niyyətində olmuşlar. İddiaçı tərəfindən cavabdehə qızıl-zinət əşyaları və pul verilmişdir. Qızıl-zinət əşyaları cavabdeh tərəfindən fərdi sahibkar X3 məxsus lombardda girov qoyulmuş, təhvil-təslim aktları əsasında 1 ədəd 875 əyarlı 8,85 qramlıq onluq, 1 ədəd 585 əyarlı 4,35 qramlıq sırğa, 1 ədəd 585 əyarlı 1,55 qramlıq üzük, 1 ədəd 585 əyarlı 39,55 qramlıq sep, 1 ədəd 585 əyarlı 20,05 qramlıq qolbaq, 1 ədəd 583 əyarlı 10,00 qramlıq komplekt (qaşı düşmüş), 3 ədəd 585 əyarlı 11,60 qramlıq qolbaq, 3 ədəd 585 əyarlı 6,30 qramlıq üzük, 3 ədəd 750 əyarlı 4,50 qramlıq üzük, 1 ədəd 585 əyarlı 2,75 qramlıq üzük, 3 ədəd 585 əyarlı 11,60 qramlıq qolbaq, 3 ədəd 585 əyarlı 6,30 qramlıq üzük, 1 ədəd 750 əyarlı 4,50 qramlıq üzük, 1 ədəd 585 əyarlı 39,55 qramlıq sep, 1 ədəd 585 əyarlı 20,05 qramlıq qolbaq, 1 ədəd 583 əyarlı 10,00 qramlıq komplekt (qaşı düşmüş) qızıl zinət əşyaları olduğu müəyyən edilmişdir. Sözügedən qızıl-zinət əşyaları cavabdeh tərəfindən etiraf edilmişdir. Həmçinin cavabdeh tərəfindən 1000 manat məbləğində pulun iddiaçıdan alınması etiraf edilmiş, lakin, pulun qaytarılmasına dair tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından iddiaçının hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil və ərizənin hüquqi əsasını hakim müəyyən edir. Məhkəmə işin araşdırılan halları ilə hesab etmişdir ki, hazırkı iddianın predmetini əsassız varlanmadan irəli gələn münasibətlər, qanuni əsasını isə əsassız varlanmaya tətbiq edilməli olan normalar təşkil edir. Belə ki, cavabdeh hüquqi əsas olmadan iddiaçıdan özünün etiraf etdiyi lombarda qoyulmuş qızılları və 1000 manat məbləğində pulu qəbul etməklə öz ehtiyacına sərf etmiş və məhrum olanın, yəni iddiaçının hesabına əldə etdiyi əmlakı qaytarmamışdır ki, bu da sonda cavabdehin əsassız varlanmasına səbəb olmuşdur. Cavabdeh məhkəmə iclasında lombarda qoyulmuş qızılların qiymətini lombardın qiymətləndirdiyi qiymətdə qəbul etdiyini bildirsə də, məhkəmə hesab etmişdir ki, bu tələb əsassızdır. Belə ki, iddiaçı tərəfindən müstəqil qiymətləndirici olan “xxxx” MMC tərəfindən qızıllar qiymətləndirilmiş, həmin rəy qızılların əyarına, qramına münasibətdə cavabdeh tərəfindən mübahisələndirilmiş, lombard sənədləri ilə təsdiqini tapan qızılların əyarı və qramı əsas götürürlməklə lombard qiymətləri əsasında iddianın qəbul edilməsi cavabdeh tərəfindən bildirilmişdir. Məhkəmə, lombard sənədləri ilə təsdiq edilən qızılların əyarına və qramına qiymət verməklə hesab edir ki, həmin sənədlərdəki qızılların əyarı və qramı qiymətləndirmə aktındakı qızılların əyarından və qramından daha çoxdur. Tərəflər isə məhkəmə iclasında yenidən ekspertiza keçirilməsi ilə bağlı hər hansı tələblə çıxış etmədiyindən, qızılın qətnamə qəbul edilən tarixə metal kimi bazar dəyəri nəzərə alınmaqla məhkəmə hesab etmişdir ki, tələb edilən qızılın dəyəri iddiaçının tələb etdiyi qiymət ilə ödənilməlidir. Bu səbəbdən cavabdehin etiraf etdiyi hissədə iddia tələbi əsaslıdır təmin edilməlidir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi 1 ədəd qızıl saat, Çayka firmadan, yoloçnu qolbağı ilə Rusiya istehsalı, 25 qramlıq 583 əyarlı– qiyməti 4000 manat hissədə təmin edilməməlidir. Belə ki, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. Birinci dispozitiv şərtlə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının çayka firmadan qızıl saata sahib olması işin mübahisəsiz halıdır. Belə ki, qeyd edilən qızıl-zinət əşyası şahid ifadələri ilə təsdiq olunur. İkinci dispozitiv şərtin olması, yəni, həmin qızıl zinət əşyasının cavabdehin sahibliyində olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı həmin qızılzinət əşyasının mövcud olmasını sübut edə bilsə də, onun cavabdehin sahibliyində olmasını sübut edə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin sözügedən qızıl-zinət əşyasının cavabdehin sahibliyində olması öz təsdiqini tapmadığından həmin əşyanın cavabdehin qanunsuz sahibliyində olması ilə bağlı üçüncü şərt də ödənməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 250 manat məbləğində dövlət rüsumunun 214 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ödənilmiş dövlət rüsumunun 36 manat hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə ## ##### 2025-ci il tarixli qərarına əsasən 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözlərinin əlavə edilməsi və həmin hissədə “6 manat” sözlərinin “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəmə, vəkilin işə sərf etdiyi vaxtı, çəkdiyi xərci, qanunla vəkil üçün müəyyən edilmiş minimum saat haqqını və s. nəzərə alaraq hesab etmişdir ki, hüquqi yardıma görə ödənilmiş 2500 manat məbləğində pulun 1500 manat hissəsi ağlabatandır və cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı xeyrinə ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 135, 152.1, 157.2, 529.1, 529.3, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarı,“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 106.3, 119.1, 121.1, 191.3, 217.3, 217.4, 218.1, 220.4-cü maddələri, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə ## ##### 2025-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Astara Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin iddianın təmin edilən hissədə ləğv edilməsi və rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi 1(bir) ədəd qızıl saat, Çayka firmadan, yoloçnu qolbağı ilə Rusiya istehsalı, 25 qramlıq 583 əyarlı – qiyməti 4000 manat hissədə təmin edilməməlidir. Qətnamə ilə qismən yəni iddianın təmin edilməyən hissədə razıdır, təmin edilən hissədə razı deyil. Belə ki, iddiaçı İddiaçı qızıl–zinət əmlaklarını bir dəfəyə deyil, 6 dəfəyə ona vermişdir. Lombarda girov qoyulmuş aktlarda bunları təsdiq edilir. Həmin aktlara əsasən girov qoyulmuş qızılzinət əmlakları çəkisi, əyarı, qiyməti məlum olduğu halda, iddiaçı İddiaçı tələb etdiyi məhkəmə qətnaməsi ilə qət edilmiş qızıl–zinət əmlaklarının ona təqdim edilən tarixlərdə çəkisinin, qiymətinin, əyarının nə qədər olması hər hansı sübutla təsdiq edilməmiş və cavabdeh kimi onun sübutları lombard aktları və digər sənədlər təşkil edir. Lombarda girov qoyulmuş qızıl – zinət əmlaklardan başqa ona iddiaçı tərəfindən qızıl –zinət əmlakları verilməmişdir. Əgər məhkəmə qətnaməsi ilə qət edilmiş qızıl – zinət əmlakları ona verilmişdirsə, bunları sübut etmək cavabdehin deyil, iddiaçının vəzifəsidir. İddiaçı bunlara dair subutlar təqdim etməmiş, məhkəmə tərəfindən qət edilmiş çəkidə, qiymətdə, əyarda qızıl - zinət əmlakları ona verildiyini sübut etməmişdir. Ona iddiaçı İddiaçı tərəfindən verilmiş və məhkəmə tərəfindən qət edilmiş çəki və qiymətləri ilə lombarda girov qoyulmuş qızıl–zinət əmlaklarının çəki və qiymətləri ilə üst-üstə düşmür. Şəmkir Rayon Polis X1 Bölməsində verdiyi izahatında İddiaçı ona verilmiş qızıl–zinət əmlaklarının qiyməti 15000 olduğu halda və həmin məbləğdə pul (və ya qızıl-zinət əmlakları) tələb etdiyini göstərsə də, iddia tələbinə görə 46.300 manat pul tələb edilməsi əsasları məlum deyil. Cinayət işi başlanmasının rədd edilməsi barədə ## ###### 2024-cü il tarixli qərarına görə İddiaçı 2024cü ilin mart ayınada sosial şəbəkə olan Tik-Tok saytında tanış olduğu Cavabdeh atasının xəstə olmasına inandıraraq ondan 6 ay müddətinə 15.000 (on beş min) dəyərində qızıl – zinət əşyaları alıb lombarda qoyub pul götürmüş və əlavə olaraq özünə məxsus kart hesabından 1000 manat pulu sonuncu dəfə yaşadığı Şəmkir rayonu Qılıncbəy kəndindən ##.##.2024-cü il tarixdə göndərmişdir. Həmin qərara görə o Aişənin kartına 1000 manat pulun 430 manatı qaytarmışdır.Bunlar məhkəmə tərəfindən münasibət bildirilməmiş və araşdırılmamış, cinayət işi başlanmasının rədd edilməsi barədə ## ###### 2024-cü il tarixli qərarında qeyd edilənləri sübut kimi qəbul edilməməsi əsasları məlum deyil. İddiaçı cinayət işi başlanmasının rədd edilməsi barədə ## ###### 2024-cü il tarixli qərarında qızıl-zinət əmlaklarının qiyməti 46.300 manat deyil, 15000 manat olduğunu təsdiq etmiş və həmin qiymətlə lombarda qoyulmuş qızıl - zinət əmlakları qiymətindən müəyyən məbləğdə artıq olduğu sənədlərlə təsdiq olunur. “xxxx-1MMC” rəyi də əsaslı və qanuni hesab edilməməlidir. Qızıl-zinət əmlakları əyani baxış keçirmədən verilmiş rəyi məhkəmənin sübut kimi qiymətləndirilməsi əsasları məlum deyil. Bunlarda həmin rəyin mötəbərliyini istisna edir, sübut kimi qiymətləndirilməsi əsaslı və qanuni deyil. İddiaçı İddiaçı lombarda girov qoyulmuş qızıl- zinət əmlaklarının çəki, əyarı və qiyməti ilə razılaşmasa da onların təkzibinə dair məhkəməyə əsaslı sübutlar təqdim etməmişdir. Həmin halları sübut etmək iddiaçının vəzifəsidir. Qətnaməyə görə həmin qızıl-zinət əşyaları ona, anasına və azyaşlı uşaqlarına məxsusdur. Bunlar məhkəmə tərəfindən müəyyən edilməmiş, bütün qızıl – zinət əmlakları (bir ədəd istisna olmaqla) iddiaçı İddiaçı tərəfindən tələb irəli sürülmüşdür. Bunlarda iddiaçı İddiaçı bütün qızıl–zinət əmlaklarının tələb edilməsinə subyektiv hüququ olmasını təsdiq etmir. Yəni qanuna görə İddiaçı azyaşlı uşaqlarına mənsub qızıl–zinət əmlaklarını tələb edə bilər, anasına mənsub qızıl-zinət əmlaklarını tələb edilməsinə subyektiv hüququ yoxdur. Halbuki, anası məhkəmə iclasında şahid kimi verdiyi ifadəsi ilə qızıl–zinət əmlaklarının əksəriyyətinin ona məxsus olduğunu təsdiq etmişdir. Bunlarda iddiaçı İddiaçı anasının ifadəsinə dair məhkəmədə olan video-görüntülərdə təsdiq edə bilər. Lombarda girov qoyulmuş qızıl-zinət əşyalarının siyahısı (ayrı-ayrılıqda cəmi) və tələb olunan qızıl-zinət əşyalarının siyahısının (ayrı-ayrılıqda cəmi) müqayisəsi aparıldıqda aşağıdakıları müəyyən edilir: İki ədəd sep, 79.10 qramlıq, 585 əyar, 3955 manat – tələb olunan qızıl-zinət əşyalarının ümumi çəkisi (81 qram) və qiymətilə (11000 manat) uyğun gəlmir;

1. Bir ədəd sırğa, 4.35 qramlıq, 585 əyar, 217.50 manat – tələb olunan qızıl-zinət əşyalarının sayı (dörd ədəd), ümumi çəkisi (50 qram) və qiymətilə (13100 manat) uyğun gəlmir;

2. Səkkiz ədəd qolbaq, 63.3 qramlıq, 585 əyar, 3165 manat – tələb olunan qızıl-zinət əşyalarının sayı (altı ədəd), ümumi çəkisi (73 qram) və qiymətilə (10300 manat) uyğun gəlmir;

3. On ədəd üzük, 25.9 qramlıq, 585 və 750 əyar olmaqla, 1242 manat – tələb olunan qızıl-zinət əşyalarının sayı (on iki ədəd), ümumi çəkisi (51 qram) və qiymətilə (10500 manat) uyğun gəlmir;

4. Bir ədəd onluq, 8.85 qramlıq, 875 əyar, 645 manat - tələb olunan qızıl-zinət əşyasının ümumi çəkisi (çəki məlum deyil) və qiymətilə (1400 manat) uyğun gəlmir;

5. İki ədəd komplekt (qaşı düşüb), 20 qramlıq, 583 əyar, 900 manat – tələb olunan qızılzinət əşyası arasında dəqiq qeyd olunmamışdır. Girov qoyulmuş qızıl-zinət əşyalarının siyahısı (yekun) və tələb olunan qızıl-zinət əşyalarının siyahısının (yekun) müqayisəsi aparıldıqda aşağıdakıları müəyyən olunur: İyirmi dörd ədəd qızıl-zinət əşyası, 201.50 qramlıq, 583, 585, 750 və 875 əyar olmaqla, 10124.50 manat – tələb olunan qızıl-zinət əşyalarının sayı (iyirmi beş ədəd), ümumi çəkisi (259 qram) və qiymətilə (46.300 manat) uyğun gəlmir. İddiaçının təqdim etdiyi məlumatlarla cavabdehin təqdim etdiyi məlumatların müqayisəsi aparıldıqda sep və onluq qızıl-zinət əşyaları ilə bağlı məlumatlar üst-üstə düşür. Yerdə qalan digər qızıl-zinət əşyaları ilə bağlı məlumatlarla həm onların sayı, həm də əyarında fərqlilik özünü göstərir. Aparılan müqayisə zamanı həm əşyaların ümumi çəkisi üzrə, həm əyarları üzrə, həm də say və qiymət üzrə fərqlilik mövcuddur. Nəticə olaraq qeyd edir ki, iddiaçının tələb etdiyi qızıl – zinət əmlakları qeyri-dəqiq olmaqla, onun tərəfindən təqdim olunmuş əmlaklarının səhih olmadığını vurğulamaq lazımdır. Bununla yanaşı, tələb olunan əyarlar üzrə məlumatlar da bir-birilə eynilik təşkil etmir. Cavabdeh tərəfindən lombarda girov verilmiş qızıl-zinət əşyalarının qiymətləndirilməsi zamanı əyarı 750 və 875 olan qızıl-zinət əşyaları olsa da, iddiaçının təqdim etdiyi məlumatlarda bu əyara uyğun gələn qızıl-zinət əşyaları mövcud deyil. Lombarda girov verilmiş qızıl-zinət əşyaları ilə bağlı səhih məlumatlar təhvil-təslim aktları ilə sübuta yetirildiyi halda, iddiaçının təqdim etdiyi məlumatlarda həmin səhihlik, düzgünlük, aşkarlıq və dəqiqlik özünü göstərmir. Bu da iddiaçının tələbinin qeyri-müəyyən məlumatlara əsaslandığını, iddia tələbinin dəqiqləşməsinə dair ərizəsi ilə də sübuta yetirilir. İlk dəfə qızılzinət əşyaları ilə bağlı məlumat iddia ərizəsində təqdim edilərkən “xxxx-1 MMC” məlumatlarına əsasən olsa da, iddia tələbinin dəqiqləşməsi ilə bağlı ərizədə istinadın mənbəyi məlum deyil. Eyni zamanda əyarlar arasındakı fərq 306 əyar təşkil etməklə tələb olunan məbləğdə hər hansı dəyişiklik özünü göstərməmişdir. Lombarda girov qoyulmuş qızıl – zinət əmlakları likvid qiyməti kimi götürülmüşdür. Likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Qızıl – zinət əmlaklarının qiyməti ilə bağlı qətnamədə qeyd edilir ki, tərəflər məhkəmə iclasında yenidən ekspertiza keçirilməsi ilə bağlı hər hansı tələblə çıxış etmədiyindən, qızılın qətnamə qəbul edilən tarixə metal kimi bazar dəyəri nəzərə alınmaqla məhkəmə hesab edir ki, tələb edilən qızılın dəyəri iddiaçının tələb etdiyi qiymət ilə ödənilməlidir. Qeyd edir ki, məhkəmə iclasında məhkəmə tərəfindən qət edilmiş qızıl–zinət əmlaklarının qiyməti və çəkini qəbul etmədiyini bildirmiş, lombard girov qoyulmuş qızıl–zinət əmlaklarının çəki və qiyməti ilə razı olduğunu, həmin qızıl–zinət əmlaklarının çəki və qiymət üzrə iddiaçıya ödəməyi bildirmişdir. Bu hallara görə iddiaçı İddiaçı əmtəəşünaslıq ekspertizası təyin edilməsini tələb etməmiş və məhkəmədə bunları nəzərə almamışdır. “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin məlumatına görə sentyabr 2025-ci il tarixdə, 585 əyarlı qızıl məmulatlarının qiyməti 140–160 manat, 750 əyarlı qızıl məmulatları 180–210 manat, 999,9 əyarlı qızıl isə 220–240 manata yüksəlmişdir. AR MPM-in 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Qanunverici hazırkı halda iddia üzrə qızıl–zinət əmlaklarının məbləğini müəyyən edilməsi üçün ekspertiza təyin edilməsi barədə məhkəməyə hüquq vermişdir. Məhkəmənin həmin hüquqdan istifadə etməməsi əsasları məlum deyil, iddiaçı İddiaçı iddia ərizəsindəki qiymətlərə əsaslanması məhkəməni obyektiv olduğuna şübhələr yaradır. Qətnamədə 1000 manat pulun qaytarılmasına dair sübut olmadığı qeyd edilmişdir. Məhkəmə iclasında 1000 manat pulu iddiaçı İddiaçı kartına göndərdiyini bildirmiş, bu barədə məhkəmə tərəfindən aidiyyəti Banka müraciət edilməsini məhkəmə iclasında şifahi vəsatət verilsədə, məhkəmə bunları müəyyən etməkdə imtina etmiş, sorğu ilə banka müraciət etməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

Etiraz onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 300-cü maddəsinə əsasən, girovun növlərindən biri kimi lombard qeyd olunmuşdur. Girovun anlayışı isə Məcəllənin 276-cı maddəsində öz əksini tapmışdır. Burada qızıl-zinət əşyalarının lombarda qoyulması Mülki Məcəllənin 302-ci maddəsi ilə tənzimlənir. İlk öncə nəzərə almaq lazımdır ki, qızılzinət əşyalarının lombarda qoyulan zaman öz bazar dəyərindən dəfələrlə az qoyulması bazarda artıq müəyyənləşmiş bir tendensiyadır və praktikada qəbul edilmiş bir haldır. Heç bir lombarda qoyulmuş əşyaların dəyəri ilə lombard vasitəsi ilə əldə edilmiş pulun dəyəri eynilik təşkil etmədiyi məlumdur. Bunun əsas səbəbi isə gələcəkdə baş verə biləcək risklərin əvvəlcədən tam şəkildə sığortalanmasına dair atılmış real addımlardır. “xxxx-1” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli rəy əsasında qızıl-zinət əşyalarının qiymətləndirilməsinə dair rəyin doğruluğuna hansı əsasla şübhə yaranması şikayətdə yalnız lombardda göstərilən qiymətə münasibətdə uyğunsuzluğun olması əsas gətirilmişdir. Bu isə tamamilə əsassızdır. Nəzərə almaq lazımdır ki, rəyin əsassızlığı kommersiya təşkilatının öz xeyrinə qəbul etdiyi qiymətləndirmə ilə müəyyən edilə bilməz. Həmçinin, iddiaçının burada əsas məqsədi əşyanı qarşı tərəfin qanunsuz sahibliyindən geri almaqdan ibarətdir. Bununla bağlı qarşı tərəf həmin qiymətli əşyalar qismində qeyd olunan qızıl-zinət əşyalarının qarşı tərəfdən naturada, yəni pul şəklində olmadan da tələb etmişdir. Ancaq, tərəf həmin qızıl-zinət əşyalarını bu və ya digər səbəbdən onda olmaması (satılması, lombarda qoyulması və digər) səbəbilə naturada təqdim edə bilməmişdir. Buna görə də o həmin əşyaların dəyərinin ona ödənilməsini xahiş etmişdir. Məhkəmə qətnaməsində də əşyaya münasibətdə pul dəyəri hesablanmışdır. Mülki Məcəllənin 115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulmasına görə məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin əmlak qismində qızıl-zinət əşyalarının bazar dəyəri qiymətləndirilməli və məhkəmə qətnaməsi də bu əsasla ödənilməli olan dəyəri 42300 AZN (qırx iki min üç yüz manat) pul həcmində təyin etmişdir. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 Bəlli oğlu apellyasiya şikayətinin digər arqumenti kimi həmin qızıl-zinət əşyalarının yalnız iddiaçıya deyil, onun yaxın qohumlarına aid olması faktını əsas gətirərək, iddianın əsassız hesab edilməsini ehtiva etmişdir. Ancaq, burada əmlakların kimə məxsus olması iddiaçının həmin əmlakları cavabdehə verməsi məsələsini təkzib edə bilməz. Əmlakın sahibi ilə əmlakın istifadəçisi məsələsinə münasibət bildirilməyinin bu məsələnin həllində işin gedişatına görə heç bir əhəmiyyəti yoxdur. Əgər cavabdehin fikrinə istinad edərək, bildirilsə ki, burada qızıl-zinət əşyalarının bir qisminin onun yaxın qohumlarına aid olması və həmin əşyaların iddiaçının istifadəsinə verilməsi iddiaçı isə öz növbəsində cavabdehə verməsi iddiaçının cavabdehdən qaytarılmasına hansı qanunvericiliklə maneə yarada bilər. Hansı ki, məhkəmə prosesinin gedişatında birbaşa iddiaçının yaxın qohumları iştirak etmiş və ifadə vermişdir. Cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili vəkil1 Bəlli oğlu apellyasiya şikayətinin digər arqumenti kimi həmin qızıl-zinət əşyalarının cavabdehə verilməsinə sübut təqdim edilməməsi qeyd olunmuşdur. Halbuki, cavabdeh özü öz ifadəsi ilə etiraf etmişdir. Mülki Məcəllənin 7-ci fəsli birbaşa sübutlar bölməsinə aid edilmiş və məhkəmədə sübutların dairəsi qismində tərəflərin izahatları, şahid ifadələri əks olunmuşdur. Hətta bu ifadələr digər mötəbər sübutlarla birlikdə tədqiq edilərək, cavabdehin sözgedən məhkəmə qərarında əks olunaraq, sübuta yetirilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlilləri məzmununda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Astara Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin iddianın təmin edilən hissədə ləğv edilməsi və rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. İddiaçı elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 152.1-ci maddəsinə müvafiq olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsində qeyd olunmuşdur ki, əmlakın mülkiyyətçisi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

Apellyasiya baxışının hədləri

Apellyasiya şikayətlərindən görünür ki, apellyator Astara Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin iddianın təmin edilən hissədə ləğv edilməsi və rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Astara Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(018)- 1133/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində-iddianın təmin edilmiş hissəsində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq yuxarıda qeyd edildiyi kimi təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən tələb olunan qızıl-zinət əşyalarının siyahısı, onların çəkisi, əyarı və ümumi dəyəri cavabdeh tərəfindən lombarda girov qoyulmuş əşyalarla uyğunluq təşkil etmir, iddiaçı bu əşyaların məhz həmin həcmdə və xüsusiyyətlərdə ona verildiyini sübut edə bilməmiş, həmçinin təqdim olunmuş qiymətləndirmə rəyi obyektiv hesab edilə bilməz, bu səbəbdən məhkəmə tərəfindən müəyyən edilmiş məbləğ əsassızdır və yalnız lombard sənədlərində göstərilən qızıl-zinət əşyalarının dəyəri nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında mübahisə iddiaçı tərəfindən cavabdehə verilmiş qızıl-zinət əmlaklarının və pulun qaytarılması təşkil etmişdir. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını mülki məcəllənin 1091, 1092, 1093-cü maddələri maddələri təşkil edir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Mülki işin materiallarından görünür ki, iddiaçı cavabdehə evlənəcəyi insan olaraq etimad münasibətləri çərçivəsində qızıl-zinət əşyaları və pul vermiş, cavabdeh həmin əmlakı qəbul edərək istifadə etmiş, o cümlədən qızıl-zinət əşyalarını lombarda girov qoymaqla onlardan fayda əldə etmişdir. Daha sonra iddiaçının tələblərinə baxmayaraq həmin əmlak və pul qaytarılmamışdır. İş materiallarında olan izahatlar və sübutlar əsasında cavabdehin mübahisəli əmlakı hüquqi əsas olmadan əldə etdiyi və özündə saxladığı müəyyən olunmuşdur. Məhkəmə tərkibi ilk növbədə qeyd etməyi lazım bilir ki, cavabdeh apellyasiya şikayətində iddiaçının iddia tələbində göstərilən qızıl-zinət əşyalarının ona verilməsini sübut edə bilmədiyini bildirsə də, birinci instansiya məhkəməsi tərəfindən artıq lombardda girov qoyulmuş qızıl-zinət əşyaları, habelə cavabdeh tərəfindən etiraf edilmiş əmlaklar sübut kimi qəbul edilmiş və yalnız həmin hissədə iddia tələbi təmin olunmuşdur. Digər hissələr üzrə isə iddiaçının tələbləri sübut edilmədiyindən təmin edilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, cavabdeh cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda iddiaçının verdiyi izahata istinad edərək həmin izahatın sübut kimi qəbul edilməli olduğunu bildirsə də, məhkəmə tərkibi qeyd edir ki, həmin izahat ümumi xarakterli bəyanat olmaqla, orada göstərilən 15.000 manat məbləğ iddiaçının qızıl-zinət əşyalarının dəqiq dəyərini bilməməsi səbəbindən təxmini olaraq qeyd etdiyi rəqəmdir. Belə ki, iddiaçı öz izahatında da qızıl-zinət əşyalarının dəqiq dəyərini bilmədiyindən həmin məbləği təxmini olaraq göstərdiyini bildirmişdir. Bu səbəbdən həmin izahat iş üzrə qızıl-zinət əşyalarının real dəyərinin müəyyən edilməsi üçün mötəbər və yetərli sübut kimi qiymətləndirilə bilməz. Bundan əlavə, cavabdeh birinci instansiya məhkəməsində ekspertiza keçirilməməsinə etiraz etdiyini bildirərək, məhkəmənin bu hüququndan istifadə etməli olduğunu qeyd etmiş və “xxxx-1” MMC tərəfindən verilmiş rəyin sübut kimi qəbul edilməsinə etiraz etmişdir. Məhkəmə tərkibi şikayətin bu dəlillərinə münasibətdə ##.##.2025-ci il tarixli qərardadla iş üzrə müstəqil qiymətləndirici dəvət etmiş, iddianın təmin edilmiş hissəsində qızıl-zinət əşyalarının dəyərinin müəyyən edilməsi məsələsini ekspert qarşısında qoymuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq “xxxx” MMC tərəfindən təqdim edilmiş ## #### 2026-cı il tarixli daşınar əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, qeyd olunan qızıl-zinət əşyalarının real bazar dəyəri 45.598,25 manat təşkil edir. Beləliklə, müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən sübut kimi qəbul edilmiş qiymətləndirmə rəyinin mötəbərliyini şübhə altına alan hər hansı hal mövcud olmamışdır (əksinə, əlavə aparılmış qiymətləndirmə nəticəsində müəyyən edilən dəyər əvvəlki rəydə göstərilən məbləğə yaxın olmaqla, cavabdehin dəlillinin əsassızlığı sübut edir.) Həmçinin cavabdehin qızıl-zinət əşyalarının yalnız lombarda girov qoyulduğu zaman müəyyən edilmiş dəyərlə qaytarılmalı olduğu barədə mövqeyi əsaslı hesab edilə bilməz. Belə ki, lombard qiymətləndirilməsi adətən bazar dəyərindən aşağı müəyyən edilən likvid dəyər xarakteri daşıyır və bu qiymətin hazırkı mübahisədə tətbiqi iddiaçının mülkiyyət və bərpa hüquqlarını məhdudlaşdırmış olardı. Cavabdehin digər dəlili isə qızıl-zinət əşyalarının iddiaçının anasına və uşaqlarına məxsus olması səbəbindən iddiaçının həmin əşyalar üzrə tələb irəli sürmək hüququnun mövcud olmaması olmuşdur. Məhkəmə tərkibi apellyasiya şikayətinin bu dəlili ilə də razılaşmayaraq bildirir ki, tərəflər arasında yaranmış münasibətlər bilavasitə iddiaçı ilə cavabdeh arasında formalaşmış və iş materiallarında olan izahatlardan da müəyyən olunur ki, qızıl-zinət əşyaları ümumi istifadədə olmuş, iddiaçının anası da həmin qızıl-zinət əşyalarını etimad münasibətləri çərçivəsində iddiaçıya vermişdir. Bu hal tərəflər arasında formalaşmış faktiki münasibətlərin etibar və razılıq əsasında baş verdiyini təsdiq etmişdir. Hazırkı halda iddiaçı tərəfindən tələb edilən hüquq əmlakın faktiki olaraq onun sahibliyindən çıxması və cavabdeh tərəfindən qaytarılmaması ilə bağlıdır. Hal-hazırda iddiaçının anasına məxsus əşyaları sadəcə özü biləvasitə qızından, yəni iddiaçıdan tələb edə bilər. Cavabdehin bu dəlili iddia tələbinin rədd edilməsi üçün əsas təşkil etməməklə yalnız mübahisənin mahiyyətindən yayınmağa yönəlmiş formal xarakter daşımaqdadır. Cavabdeh əlavə olaraq iddiaçı tərəfindən verilmiş 1000 manatın müəyyən hissəsini ona qaytardığını bildirsə də, bu halı təsdiq edən hər hansı bir əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərkibi iş üzrə toplanmış sübutları və tətbiq edilən hüquq normalarını məcmu şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülmüş dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Məhkəmə tərkibi iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmə tərkibi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlir. Bunu əsas götürən məhkəmə tərkibi işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Məhkəmə tərkibi qeyd edir ki, mübahisə üzrə cavabdehin iddiaçı hesabına hüquqi əsas olmadan əmlak əldə etməsi ilə ifadə olunan əsassız varlanma halı mövcuddur və bu hal aradan qaldırılmalıdır. Bu məqsədlə iddiaçının pozulmuş hüquqları bərpa edilməli, cavabdeh tərəfindən əldə edilmiş əmlak naturada, bu mümkün olmadıqda isə onun dəyəri iddiaçıya qaytarılmalıdır. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə iddianın tamamilə rədd edilməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə qiymətləndirmə rəyinin verilməsi üçün çəkilmiş xərc cavabdehə aid edilməli, qiymətləndirmənin xərci olaraq müəyyən edilmiş 350 manat cavabdeh Cavabdeh tutularaq “xxxx” MMC-nin (“xxxx” ASC, kod 505141, VÖEN 1700767721, müxbir hesab AZ82NABZ01350100000000071944, SWİFT PAHAAZ22, hesab AZ35PAHA40060AZNHC0190049454) hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi

Qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Astara Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi cavabdehin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qiymətləndirmənin xərci olaraq müəyyən edilmiş 350 manat cavabdeh Cavabdeh tutularaq “xxxx” MMC-nin (“xxxx” ASC, kod 505141, VÖEN 1700767721, müxbir hesab AZ82NABZ01350100000000071944, SWİFT PAHAAZ22, hesab AZ35PAHA40060AZNHC0190049454) hesabına ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetinə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar