Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1855/2023 27.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli 2(056)-642/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sabirabad Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli 2(056)-642/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçı Ağayeva X2 Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli 2(056)-642/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayəti MPM-in 361-ci maddəsinin tələblərinə uyğun verilmədiyi üçün Sabirabad Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli 2(056)-642/2023 saylı qərardadına əsasən geri qaytarılmışdır. İddiaçı yenidən Sabirabad Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli 2(056)- 642/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sabirabad Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2(056)-642/2023 saylı qərardadına əsasən apellyasiya şikayəti icraata qəbul edilmiş və şikayət iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinin tələbinə görə isə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Məhkəmə kollegiyası İddiaçı tərəfindən Sabirabad Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli 2(056)-642/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti verilərkən bu Məcəllə ilə müəyyən edilmiş müddətlə bağlı tələblərə əməl edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən İddiaçı apellyasiya şikayətinin MPM-in tələblərinə cavab vermədiyi müəyyən edilməklə müvafiq olaraq apellyasiya şikayəti yenidən geri qaytarılmalı olduğu halda, qəbul edilərək baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xəbərnamələrdən görünür ki, Sabirabad Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli 2(056)-642/2023 saylı qətnaməsinin surətini İddiaçı 08 avqust 2023-cü il tarixdə rəsmi qaydada almışdır. İddiaçı hazırkı apellyasiya şikayəti isə 09 oktyabr 2023-cü il tarixdə vermişdir. Bununla da, məhkəmə kollegiyası qeyd edir ki, Sabirabad Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli 2(056)-642/2023 saylı qətnaməsindən hazırkı apellyasiya şikayəti verilərkən prosessual müddət ötürülmüşdür. MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qeyd edilməlidir ki, MPM-in 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Nəzərə alınmalıdır ki, MPM-in 129-cu maddəsinin tələblərinə əsasən aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. MPM-in 130.1-ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Bundan başqa, iş materiallarından görünür ki, İddiaçı tərəfindən Sabirabad Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli 2(056)-642/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, “Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.” Habelə Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq diqqətə çatdırır ki, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, Sabirabad Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli 2(056)-642/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilməlidir. Nəzərə alınmalıdır ki, MPM-in 363.1.3-cü maddələrinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, hakim apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 361, 364, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Sabirabad Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli 2(056)-642/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Sabirabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1855/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1855/2023
27.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver