Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1912/2023 25.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və X1 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs ilə barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli 2(050)-3289/2023 saylı qətnaməsindən Maraqlı şəxs nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi, uşaqları 11 aprel 2017ci il təvəllüdlü X4, 22 dekabr 2018-ci il təvəllüdlü X7 və 19 mart 2020-ci il təvəllüdlü X8 ilə hər həftənin bazar günləri saat 14:00-dan 19:00-dək atanın iştirakı olmadan uşaqların yaşadığı ərazi üzrə görüşərək ünsiyyət hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli 2(050)-3289/2023 saylı qətnaməsi ilə (hakim Habil Bəhmənov) ərizə təmin edilərək Bakı şəhəri 14 saylı Mediasiya orqanı tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi və Barışıq sazişinin şərtlərinə görə Ərizəçi uşaqları 11 aprel 2017-ci il təvəllüdlü X4, 22 dekabr 2018-ci il təvəllüdlü X7 və 19 mart 2020-ci il təvəllüdlü X8 ilə hər həftənin bazar günləri saat 14:00-dan 19:00-dək atanın iştirakı olmadan uşaqların yaşadığı ərazi üzrə görüşərək ünsiyyət hüququnun təmin edilməsi qət edilmişdir. Maraqlı şəxs nümayəndəsi vəkil Osmanlı X3 Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli 2(050)-3289/2023 saylı qətnaməsindən apelyasiya şikayəti verərək onun tam ləğv edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: Ərizəçi iddiası onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə 05 iyun 2017-ci ildə ailə qurmuş və birgə nikahlarından 11 aprel 2017-ci il təvəllüdlü X4, 22 dekabr 2018-ci il təvəllüdlü X7 və 19 mart 2020-ci il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə uzun müddət birgə yaşamış, lakin sonradan münasibətləri pozulmuşdur. Aralarında xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalamışlar və həmin sazişin şərtlərinə əsasən uşaqları ilə hər həftənin bazar günü saat 14:00-dan 19:00-dək atanın iştirakı olmadan istənilən vaxt görüşməyinə dair razılığa gəlmişlər. Maraqlı şəxs barışıq sazişinin şərtlərinin şərtlərini icra etməmiş və uşaqlarla görüşməyinə şərait yaratmamışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Maraqlı şəxs nümayəndəsi Vəkil apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Masallı Rayon Məhkəməsinin 2(050)-3289/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri 14 saylı Mediasiya orqanı tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli barışıq sazişi təsdiq edilmiş, barışıq sazişinin şərtlərinə görə Ərizəçi uşaqları 11 aprel 2017-ci il təvəllüdlü X4, 22dekabr 2018-ci il təvəllüdlü X7 və 19 mart 2020-ci il təvəllüdlü X8 ilə hər həftənin bazar günləri saat 14:00-dan 19:00-dək atanın iştirakı olmadan uşaqların yaşadığı ərazi üzrə görüşərək ünsiyyət hüquq təmin edilmişdir. Həmin qərarın heç bir hüquqi əsası yoxdur. Belə ki, Maraqlı şəxs və Ərizəçi 05 iyun 2017-ci ildə ailə qurmuş və birgə nikahlarından 11 aprel 2017-ci il təvəllüdlü X4, 22 dekabr 2018-ci il təvəllüdlü X9 və 19 mart 2020-ci il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Əvvəllər ailə münasibətləri normal olsa da, Ərizəçi ümumi əxlaq normalarına zidd formada xəyanətkar hərəkətləri nəticəsində aralarındakı münasibət pozulmuşdur. Bunun ardınca hər iki şəxs birgə mediasiya sazişi bağlamağa razılaşmışlar və xx.xx.2023-cü il tarixdə tərəflər arasında mediasiya sazişi bağlanmışdır. Ərizəçi sonradan Masallı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək həmin sazişini hədə-qorxu və təzyiq altında bağladığını, həmin sazişin şərtlərini qəti surətdə qəbul etmədiyini bildirmişdir. Həmin faktlar ərizəçinin özü tərəfindən məhkəməyə təqdim olunan iddia ərizəsində qeyd olunmuşdur. Həmçinin həmin mediasiya sazişinin müddəalarına əsasən hər üç uşağın ataları Maraqlı şəxs himayəsində qalması razılaşdırılmış, bundan əlavə, tərəflərin bir-birlərinə qarşı heç bir tələbinin olmaması da əks olunmuşdur. Lakin hazırda Masallı Rayon Məhkəməsində Ərizəçi həm uşaq və aliment, həm də cehiz və qızıl-zinət əşyalarının tələbinə dair iddia ərizələrinə baxılır və iş üzrə məhkəmələr davam etməkdədir. Belə bir dövrdə Maraqlı şəxs məlumatı belə olmadan hazırkı qərarın çıxarılması tamamilə əsassızdır. Ərizəçi eyni vaxtda həm barışıq sazişini hədə-qorxu altında bağladığını deyir, həm də həmin barışıq sazişinin təsdiqini tələb edir. Habelə məhkəmə tərəfindən işin hallarına tam, hərtərəfli və obyektiv qaydada baxılmamış, işin həlli və ədalətli məhkəmə qərarının çıxması üçün əsas faktlar yoxlanılmamışdır. Belə ki, birinci instansiya məhkəməsi hazırkı qətnaməni qəbul edərkən Ərizəçi eyni mediasiya sazişini bir dəfə rədd, bir dəfə qəbul etməsini, sonra yenidən rədd etməsini, guya sazişin zor tətbiqi və hədəsi altında imzalanma iddialarını ümumiyyətlə araşdırmamışdır. Hətta keçirilən məhkəmə prosesi barədə tərəfə belə düzgün şəkildə məlumat verməmişdir. Maraqlı şəxs nümayəndəsi Vəkil məhkəmədə izahat verərək bildirmişdir ki, hazırda Maraqlı şəxs və Ərizəçi arasında Masallı Rayon Məhkəməsində nikahın pozulması, uşaq və aliment tələbinə dair mübahisə mövcuddur. Həmin iş üzrə məhkəmə iclasında izahat verərkən Ərizəçi xx.xx.2023-cü il tarixdə tərəflər arasında bağlanmış mediasiya sazişini məcburiyyət qarşısında imzaladığını göstərmişdir. Lakin həmin Sazişi tərəflərin heç biri hazırkı vaxta kimi mübahisələndirməmiş və bu barədə hər hansı qərar mövcud deyildir. Həqiqətən də, tərəflər adıçəkilən mediasiya sazişini könüllü imzalamışlar. Nəzərə alınmalıdır ki, uşaqlar hal-hazırda anaları Ərizəçi ilə görüşmək istəmirlər və bunu məcburi həyata keçirmək olmaz. Maraqlı şəxs məhkəmədə nümayəndəsi Vəkil izahatı ilə razı olduğunu bildirmişdir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Ərizəçi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Maraqlı şəxs nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Masallı Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli 2(050)-3289/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan Nikah haqqında arayışdan görünür ki, Məcidov Maraqlı şəxs (Qurbanzadə) Gülnar Rafiq qızı ilə nikahlarını 05 iyun 2017-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər və 1665 saylı qeydiyyat aparılmışdır. İşdə olan Doğum haqqında arayışlardan görünür ki, X4 11 aprel 2017-ci ildə, X7 22 dekabr 2018-ci ildə və X8 19 mart 2020-ci ildə doğulmuşlar. Uşaqların atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan 19 iyun 2023-cü il tarixli Barışıq sazişindən görünür ki, Ərizəçi övladları 11 aprel 2017-ci il təvəllüdlü X2, 22 dekabr 2018-ci il təvəllüdlü X5 və 19 mart 2020-ci il təvəllüdlü X6 ataları Maraqlı şəxs himayəsində qalmağa razılıq vermişdir. Ərizəçi uşaqları Ruqəyya Məcidova, Hüsen Məcidov və Həsən Məcidov ilə uşaqların yaşadığı ərazi üzrə (şəhər) daxilində hər həftənin bazar günləri saat 14:00-dan 19:00-dək atanın iştirakı olmadan və uşaqların təhsilinə mane olmamaq şərti ilə istənilən vaxt görüşməsinə ata Maraqlı şəxs razılıq verir. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən edilir ki, sazişin ikinci tərəfi uşaqlarla ünsiyyət üçün sazişin birinci tərəfinə şərait yaratmalı olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə haqlı olaraq müraciət etmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər hazırkı qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. AM-in 61.3-cü maddəsinə görə uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Maraqlı şəxs nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərkən xüsusi qeyd edilməlidir ki, hazırda Masallı Rayon Məhkəməsində tərəflər arasında nikahın pozulması, uşaq və aliment tələbinə dair məhkəmə mübahisəsinin olması, həmin məhkəmə prosesində Ərizəçi öz izahatında hər hansı sübut təqdim etmədən barışıq sazişini hədə-qorxu altında bağladığını deməsi kimi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Bununla da, kollegiya hesab edir ki, məhkəmə tərəfindən işin hallarına tam, hərtərəfli və obyektiv şəkildə müvafiq hüquqi qiymət verilmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə, diqqətə çatdırılmalıdır ki, Maraqlı şəxs və onun nümayəndəsi Vəkil izahatlarında göstərmişlər ki, hazırda Maraqlı şəxs və Ərizəçi arasında Masallı Rayon Məhkəməsində olan nikahın pozulması, uşaq və aliment tələbinə dair mübahisə üzrə məhkəmə prosesi zamanı Ərizəçi xx.xx.2023-cü il tarixdə tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini məcburiyyət qarşısında imzaladığını göstərsə də, tərəflər həmin sazişi könüllü imzalamış və o, hazırkı vaxta qədər mübahisələndirilməmişdir. Beləcə, xx.xx.2023-cü il tarixli həmin sazişin həqiqətən də tərəflərin əsl iradə ifadələrinə və niyyətlərinə uyğun olması hazırkı mülki işin mübahisəsiz halıdır. Uşaqların anaları Ərizəçi ilə görüşmək istəməməsi isə yalnız icra mərhələsində həll edilən məsələ olmaqla, Sazişin təsdiqi üçün qanuni məhdudiyyət deyildir. MPM-in 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ərizənin təmin edilməsi barədə qənaətə gəlməsini işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edir. Belə ki, MPM-in 355-26-cı maddəsində Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması halları (barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda) öz əksini tapmışdır ki, hazırda qeyd edilən maddədə göstərilən və ərizənin təmin edilməsinə mane olacaq hər hansı hal aşkar edilmir. Apellyasiya şikayətinin yuxarıda sadalanan dəlilləri isə formal və əsassız olmaqla hər hansı əhəmiyyət kəsb etmir. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Diqqətə çatdırılmalıdır ki, MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, apellyasiya şikayətinin təmin edilməsi və Masallı Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli 2(050)-3289/2023 saylı qətnaməsinin ləğv edilməsi üçün əsaslar yoxdur. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14, 76, 77, 89, 372, 376, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli 2(050)-3289/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Əgər həmin müddət ərzində qətnamədən şikayət verilməmişdirsə, o, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1912/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1912/2023
25.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver