Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-1917/2025 13.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı X2 və cavabdeh Nuriyev Çingiz Xanqulu oğlunun iştirakı ilə, İddiaçı X2 cavabdeh Nuriyev Çingiz Xanqulu oğluna qarşı Torpağın mülkiyyətə verilməsinə dair JN 1219A, KOD ******** saylı şəhadətnamə əsasında onun mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin 0,1179 ha hissəsindən cavabdeh Nuriyev Çingiz Xanqulu oğlunun çıxarılması və həmin torpaq sahəsinin cavabdehdən alınıb ona təhvil verilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ####### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Nuriyev Çingiz Xanqulu oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı X2 cavabdeh Nuriyev Çingiz Xanqulu oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ## ###### 1997-ci il tarixli, ** saylı qərarı ilə JN 1219A, KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair şəhadətnamə” əsasında onun mülkiyyətində olan 0,12 ha torpaq sahəsindən çıxarılmaqla ona təhvil verilməsi və torpaq sahəsi üzərində istifadə hüquqlarının bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X2 məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə göndərərək qeyd etmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN 1219A, KOD ******** saylı şəhadətnamə əsasında onun mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin 0,1179 ha hissəsindən cavabdeh Nuriyev Çingiz Xanqulu oğlunun çıxarılması və həmin torpaq sahəsinin cavabdehdən alınıb ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçı X2 iddianı əsaslandıraraq verdiyi izahatında bildirdi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının ## ###### 1997- ci il tarixli, ** saylı qərarı ilə JN-1219A, KOD ******** saylı Torpağın mülkiyyətə verilməsinə dair JN 1219A, KOD ******** saylı şəhadətnamə əsasında 0,12 hektar həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Hal-hazırda həmin torpaq sahəsinin bir hissəsini onun qaynı olan cavabdeh Nuriyev Çingiz Xanqulu oğlu zəbt edərək istifadə edir. Bu da onun və ailə üzvlərinin həmin torpaq sahəsindən istifadə hüquqlarını pozur. Cavabdeh Çingiz Nuriyevə dəfələrlə həmin torpaq sahəsinin tərk etməsini bildirmiş, lakin cavabdeh buna məhəl qoymur, edilən xəbərdarlıqlardan heç bir nəticə çıxarmır və halhazırdada qanunsuz əməlini davam etdirir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Nuriyev Çingiz Xanqulu oğlu iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, iddiaçı X2 onun qardaşının yoldaşıdır. O, iddiaçı X2 torpağını zəbt etməmişdir. Özünün torpaq sənədi var və öz torpağından istifadə edir. Ona görə də iddianın əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (Hakim: Elxan Əmirəliyev) iddianın qismən təmin edilməsi, cavabdeh Nuriyev Çingiz Xanqulu oğlunun Torpağın mülkiyyətə verilməsinə dair JN 1219A, KOD ******** saylı şəhadətnaməyə əsasən iddiaçı X2 mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin 0,0754 ha hissəsindən çıxarılması və torpaq sahəsinin cavabdehdən alınıb iddiaçıya qaytarılması, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdeh Nuriyev Çingiz Xanqulu oğlundan alınaraq iddiaçı X2 verilməsi, iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə iddiaçı X2 tərəfindən ödənilmiş 95 (doxsan beş) manatın cavabdeh Nuriyev Çingiz Xanqulu oğlundan alınaraq iddiaçı X2 verilməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə cavabdeh Nuriyev Çingiz Xanqulu oğlundan 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN 1401555071, müxbir hesab AZ41NABZ01360100000000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN 1700326621, hesab AZ34CTRE00000000000002088501) hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Nuriyev Çingiz Xanqulu oğlu apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Cəlilabad Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ####### 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh Nuriyev Çingiz Xanqulu oğlu apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini Cəlilabad Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ####### 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Cəlilabad Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ####### 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası cavabdeh Nuriyev Çingiz Xanqulu oğlunun apellyasiya şikayətinin dəlilləri həddində Cəlilabad Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ####### 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Cəlilabad Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPMnin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, işdə olan Torpağın mülkiyyətə verilməsinə dair JN 1219A, KOD ******** saylı şəhadətnamədən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının ## ###### 1997-ci il tarixli, ** saylı qərarı ilə JN-1219A, KOD ******** saylı qərarı Cəlilabad rayonu Sabirabad kəndində X2 mülkiyyətinə fərdi yaşayış evi ilə bağı təyinatlı 0,12 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDKR Xidməti tərəfindən verilmiş ************ saylı çıxarışdan görünür ki, Nuriyev Çingiz Xanqulu oğlunun xüsusi mülkiyyətinə Cəlilabad rayonu Sabirabad kəndində 0,12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi verilmişdir və ## ###### 2021-ci il tarixdə 2321009522 nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## #### 2023-cü il tarixli, **/**** saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Cəlilabad Ərazi İdarəsinin ## ### 2023- cü il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materiallarına və JN-1219A, KOD ******** saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə görə Cəlilabad rayonu Sabirabad kəndinin ərazisində iddiaçı X2 mülkiyyətinə verilmiş ****A nömrəli 0,12 ha ilə bələdiyyə mülkiyyətinə aid olan 0,075 ha, cəmi 0,194 hektaradək həyətyanı torpaq sahəsinin müəyyən olunmuş 0,1179 hektaradək hissəsinin cavabdeh Nuriyev Çingiz Xanqulu oğlunun faktiki istifadə kimi plana alınmış həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. İddiaçı X2 mülkiyyətinə verilmiş ****A nömrəli 0,12 ha ilə bələdiyyə mülkiyyətinə aid olan 0,0754 ha, cəmi 0,1954 hektaradək həyətyanı torpaq sahəsinin 0,1179 (eni 25,81 m və 25,21 m, uzunluğu 59,78 m və 41,73 m) hektaradək hissəsi cavabdeh Nuriyev Çingiz Xanqulu oğlunun faktiki istifadə kimi plana alınmış 0,2779 hektaradək ərazinin şimal-qərb istiqamətində hüdudları daxilində yerləşir. İddiaçı X2 mülkiyyətinə verilmiş ****A nömrəli 0,12 ha ilə bələdiyyə mülkiyyətinə aid olan 0,0754 ha, cəmi 0,1954 hektaradək həyətyanı torpaq sahəsinin mübahisələndirilən 0,1179 hektaradək hissəsində cavabdeh Nuriyev Çingiz Xanqulu oğlu tərəfindən hər-hansı tikinti işlərinin aparılmadığı müəyyən edilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçı G.Nuriyeva cavabdeh Ç.Nuriyevə qarşı iddia irəli sürərək, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin qanunsuz zəbt edilən hissəsindən çıxarılmasını tələb edir. İddia tələbinin hüquqi əsasını Mülki məcəllənin 152.1,152.5 və 157.2-ci maddələri və Torpaq məcəlləsinin 84, 111-ci maddələri təşkil edir. Kollegiya qeyd edir ki, iddiaçının iddia tələbi mülkiyyətin müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Baxılan işdə də birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair JN 1219A, KOD ******** saylı şəhadətnaməyə əsasən Cəlilabad rayon Aqrar İslahat Komissiyasının ## ###### 1997-ci il tarixli, ** saylı qərarı ilə Cəlilabad rayonu Sabirabad kəndində X2 mülkiyyətinə fərdi yaşayış evi ilə bağı təyinatlı 0,12 hektar torpaq sahəsi verilmişdir. İddiaçıların subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsi, edilmişdirsə hansı hissəsinin zəbt edilməsinin müəyyən edilməsindən ibarətdir. İşə baxmış birinci instansiya məhkəməsi bu halın müəyyən olunması üçün ekspertiza aparmaq yolu ilə müəyyən etmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materiallarına və JN-1219A, KOD ******** saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə görə Cəlilabad rayonu Sabirabad kəndinin ərazisində iddiaçı X2 mülkiyyətinə verilmiş ****A nömrəli 0,12 ha ilə bələdiyyə mülkiyyətinə aid olan 0,075 ha, cəmi 0,194 hektaradək həyətyanı torpaq sahəsinin müəyyən olunmuş 0,1179 hektaradək hissəsinin cavabdeh Nuriyev Çingiz Xanqulu oğlunun faktiki istifadə kimi plana alınmış həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Apellyasiya icraatı zamanı Cəlilabad rayonu Sabirabad kənd Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilmiş, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilibedilmədiyinin, həmçinin iddiaçının istifadəsində olan bələdiyyə mülkiyyətinə aid olan 0.075 ha, torpaq sahələrinin ayrı-ayrılıqda zəbt edilib-edilməməsinin müəyyən edilməsindən ötrü ekspertiza təyin edilmiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publik Hüquqi Şəxsin * saylı Cəlilabad Ərazi İdarəsindən daxil olmuş *-**-*-**/*-****/**** saylı, # #### 2026 -cı il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Torpaqların elektron kadastr uçotu sistemi informasiya sistemi baza məlumatında iddiaçı X2 mülkiyyətinə verilmiş JN-****A nömrəli 0,12 ha həyətyanı torpaq sahəsi ilə bələdiyyə mülkiyyətində olan 0,0754 ha torpaq sahəsi birlikdə qeyd olunmuşdur. X2 mülkiyyətinə verilmiş JN-****A nömrəli 0,12 ha ilə bələdiyyə mülkiyyətində olan ,0754 ha torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 0,1954 ha olan həyətyanı torpaq sahəsindən 0,1179 ha hissəsi cavabdeh Nuriyev Çingiz Xanqulu oğlunun faktiki istifadəsi kimi plana alınmış 0,2779 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olundu. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatında, iddiaçı və cavabdehin mülkiyyətlərinə verilmiş torpaq sahələri bir-biri ilə qonşuluq təşkil etmədiyi müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Göründüyü kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit edilmiş mülkiyyətində olan əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, Mülki Məcəllənin 157.2-ci maddəsində müəyyən edilmiş özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməklə cavabdehin onun torpaq sahəsindən çıxarılması və yaradılan maneələrin aradan qaldırılmasını tələb etmək hüququ üçün əsaslar da yaranmışdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmçinin Mülki Məcəllənin 152.6-cı maddəsində deyilir ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddia qismən təmin edilərək, cavabdeh Nuriyev X3 mülkiyyətə verilməsinə dair JN 1219A, KOD ******** saylı şəhadətnaməyə əsasən iddiaçı X2 mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin 0,0754 ha hissəsindən çıxarılsın və torpaq sahəsi cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır.” qənaətinə gəlməsini qanuni və əsaslı hesab edir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvəfiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Cəlilabad Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ####### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh Nuriyev Çingiz Xanqulu oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ####### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə mütəxəssis rəyinin verilməsi üçün ödənilən 95 manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1917/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1917/2025
13.04.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver