Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1921/2023 28.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qızıl zinyət əşyaları və əmlak” tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(056)-427/2023 saylı qətnaməsindən Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “qızıl zinyət əşyaları və əmlak” tələbinə tələbinə dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət etmişdir. Sabirabad Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(056)-427/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İş materiallarında olan xəbərnamələrə əsasən mülki işin məhkəmə baxışına hazırlıq mərhələsində və məhkəmə baxışı zamanı cavabdehin adına bildirişlər rəsmi qeydiyyat ünvanı üzrə Sabairabad rayonu, Ulacalı kəndinə göndərilmiş və hər zaman atası tərəfindən qəbul edilmişdir (işin 36,44, 51-ci vərəqləri). O cümlədən 27 aprel 2023-cü il tarixli qətnamə də sifarişli poçt göndərişi ilə cavabdehin rəsmi qeydiyyat ünvanına göndərilmiş və 18 iyul 2023-cü il tarixdə ünvana çatdırılmışdır( işin 69-cu vərəqi xəbərnamə). 26 sentyabr 2023-cü il tarixdə Cavabdeh ərizə ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhərində yaşadığından qətnaməni almadığını bildirmiş və rəsmi qaydada ona təqdim olunmasını xahiş etmişdir. Cavabdehin ərizəsinə əlavə edilmiş "xxxx" MMC-nin X4 Filialının 26 sentyabr 2023-cü il tarixli məktubunda qeyd edilir ki, Cavabdeh evdə olmadığı üçün sifarişli-xəbərnaməli məktub 18 iyul 2023-cü ildə qohumuna təhvil verilmişdir. Bununla əlaqədar olaraq xəbərnamədə vətəndaşın imzası yoxdur. İş materiallarında olan məhkəmə qəbzinə əsasən Sabirabad Rayon Məhkəməsinin 2(056)-427/2023 saylı qətnaməsi 26 sentyabr 2023-cü il tarixdə Cavabdeh təqdim olunmuşdur. 25 oktyabr 2023-cü il tarixində cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qətnamədən apellyasiya şikayəti verilmişdir. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin Məcəllənin 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Prosessual qanunvericiliyin tələblərinə əsasən prosessual hərəkətlər Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilməlidir və qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Müddət keçdikdən sonra isə həmin prosessual hərəkətin yerinə yetirilməsindən ötrü, Mülki Prosessual Məcəllənin 133-cü maddəsində nəzərdə tutulan qaydalara riayət edildiyi halda, həmin prosessual hərəkət yerinə yetirilə bilər. Apellyasiya şikayətinin prosessual müddətlər çərçivəsində verilməsinin yoxlanılması məqsədilə "xxxx" MMC-nin X4 Filialına sorğu verilərək, Sabirabad Rayon Məhkəməsi tərəfindən Cavabdeh adına ünvan 1 ünvanına göndərilmiş SX000830918AZ sifarişlixəbərnaməli məktubun 18 iyul 2023-cü il tarixdə qəbul etmiş şəxsin adı, soyadı və ata adı qeyd edilməklə, məktub ünvanlanmış şəxslə necə qohum olması, onunla eyni ünvanda yaşayan şəxs olub-olmaması barədə arayış verilməsi istənilmişdir. "xxxx" MMC-nin X4 Filialının sorğuya verdiyi 29 noyabr 2023-cü il tarixli 1/489 qeydiyyat nömrəli cavab məktubuna əsasən, Sabirabad Rayon Məhkəməsi tərəfindən Cavabdeh adına ünvan 1 ünvanına göndərilmiş SX000830918AZ sifarişli-xəbərnaməli məktub Cavabdeh ilə eyni ünvanda yaşayan atası X2 təqdim edilmişdir. Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin məcəllənin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi cavabdehin apellyasiya qaydasında mübahisələndirmək istədiyi qətnamə 18 iyul 2023-cü il tarixdə onunla eyni ünvanda yaşayan atası tərəfindən qəbul edilmişdir. Belə olan halda qətnamə həmin tarixdən rəsmi qaydada verilmiş hesab edilir. Belə olan halda isə cavabdehə münasibətdə qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunan prosessual müddət 18 avqust 2023-cü il tarixində bitmiş olmuşdur. Birinci instansiya məhkəməsi 25 oktyabr 2023-cü il tarixdə verilən apellyasiya şikayətini Mülki Prosessual Məcəllənin 360 və 363.1.3-cü maddələrinə əsasən geri qaytarmalı olduğu halda, iş materiallarını 13 noyabr 2023-cü il tarixdə apellyasiya şikayətinə baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da, qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipi də bunu tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, Sabirabad Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(056)-427/2023 saylı qətnaməsindən Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 128.1, 363.1.3, 366, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sabirabad Rayon Məhkəməsinin 27 aprel 2023-cü il (056)-427/2023 saylı qətnaməsindən Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 360, 363.1.3-cü maddələrinə müvafiq olaraq qaytarılması üçün iş materialları ilə birlikdə Sabirabad Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kasasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-1921/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1921/2023
28.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver