Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2310/2022 13.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Nüsrət Fətulla oğlu Mirzəyevdən ibarət tərkibdə, Hüseynov Elvin Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Ağcabədi Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı qızının Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh aşağıdakı qızılzinət əşyalarını, geyim və cehiz əşyalarını tələb etmişdir: cəmi dəyəri 2800 manat olan çəkisi 23 qram, 585 əyarlı qolbaq, çəkisi 8 qram 585 əyarlı bilərzik, çəkisi 9 qram, 585 əyarlı qaşlı sırğa-üzük, dəyəri 500 manat olan çəkisi 7 qram, 585 əyarlı (sal qaşlı qədimi Rusiya) üzük; geyim əşyaları - 6 ədəd don (1 ədədinin qiyməti 40 manat) 240 manat, 1 ədəd gödəkçə 90 manat, 1 ədəd jilet (tüklü) 45 manat, 1 ədəd kabloklu ayaqqabı 40 manat, 2 cüt krosovka (1 cütünün qiyməti 25 manat) 50 manat, uşaq paltarları 50 manat; cehiz əşyaları -30 manat dəyərində 1 ədəd mikser. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ildə Cavabdeh ilə qeyri-rəsmi nikaha daxil olmaqla ailə qurub və Səddamın yaşadığı evə gəlin köçmüşdür. Gəlin köçərkən cehiz əşyalarını da həmin evə aparmışdır. Cavabdehlə faktiki nikahından xx.xx.2019-cu il təvəllüdlü Tunar olmuşdur. Bir yerdə yaşamaları mümkün olmadığından 13 iyul 2021-ci il tarixdə atası evinə qayıtmışdır. Sonradan, yəni 2021-ci ilin sentyabr ayında ər evinə qayıdıb cehiz əşyalarını götürüb atası evinə aparmışdır. Lakin qızıl-zinət əşyaları, geyim və cehiz əşyalarınının bir hissəsi Cavabdeh qalmışdır. Ər evində olanda qızıl-zinət əşyalarını həmişə saxlamaq üçün qayınanası Gülnaza vermişdir. Cehiz əşyalarını götürərkən qalan əşyalarını tələb etsə də ona qaytarmaqdan cavabdeh imtina etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. Ağcabədi Rayon Məhkəməsinin (hakim E.Quliyev) 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı qızı apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, Cavabdeh komplekt dəstdən ibarət sırğa-üzük, sep, bilərzik, sal qaşlı qədim (Rusiya istehsalı) üzüyün, 6 ədəd don, 1 ədəd kurtka, tüklü jilet, kabloklu ayaqqabı, 2 cüt krasovka, uşaq paltarları və 1 ədəd mikserin naturada və ya onların dəyərləri olan cəmi 4045 manatın, həmçinin ödənilən 100 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Şikayətə görə, birinci instansiya məhkəməsi işə baxarkən onun təqdim etdiyi sübutlara səthi yanaşmış, təqdim etdiyi şahidin məhkəmə iclasında göstərdikləri halları qətnamədə qeyd etməməklə və ya göstərmədiyi fikirləri qeyd etməklə həmin sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, şahid X2 məhkəmə iclasında şahid qismində ifadə verərkən ona və uşağa məxsus geyim əşyalarının, ona məxsus qızıl əşyalarının və mikserin verilmədiyini, cavabdeh tərəfdə qalmasını göstərsə də, həmin hallar qətnamədə qeyd edilməmişdir. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, cavabdeh qızıl-zinət və digər əşyaları ona verməmişdir. Birgə yaşadıqları dövrdə qızıl-zinət əşyalarını saxlamaq üçün qayınanası ondan almış, lakin sonra qaytarmamışdır. Ona bildirilmişdir ki, həmin əşyalar onun bacısı evinə göndəriləcəkdir. Amma heç bir əşya geri göndərilməmişdir. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin atası Nəsibov Allahverən məhkəməyə məktub göndərərək, oğlu Cavabdeh hazırda N saylı hərbi hissənin tərkibində Laçın rayonuda MAXE kimi xidmətdə olduğunu qeyd etməklə, iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının iddiaçının özündə olduğunu, digər əmlakları isə sonradan, 2021-ci ilin sentyabr ayında Səbanın gəlib atası evinə apardığını bildirmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçı və cavabdeh 2019-cu ildən qeyri-rəsmi nikahda olmuşlar. Bu nikahdan xx.xx.2019-cu il təvəllüdlü bir uşaq olmuşdur. Tərəflər arasında olan münasibətlər pozulmuş və iddiaçı xx.xx.2021-ci il tarixdə valideynlərinin evinə qayıtmışdır. İddiaçı hazırki tələbində cavabdehdən, özünə məxsus əmlakını və ona hədiyyə edilmiş qızıl-zinət əşyalarını tələb etmişdir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2 maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Əmlak tələbi barədə iddianı təmin etmək üçün aşağıdakı şərtlərin ödənilməsi lazımdır: əmlak üzərində iddiaçının mülkiyyət hüququnun olması, iddiaçının əmlak üzərindəki faktiki sahibliyinin itirilməsi (onun iradəsi əleyhinə çıxması), tələb edilən əşyaların digər eynicinsli əşyalardan fərdi-müəyyən əlamətlərlə seçilməsi (konkretləşdirilməsi), tələb edilən əşyaların faktiki olaraq cavabdehlərin qanunsuz sahibliyində olması. Bu hallardan hər-hansı birinin müəyyən edilməməsi iddianı rədd etmək üçün əsasdır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tələb edilən əşyaların mövcudluğunu, iddiaçıya məxsusluğunu, fərdi əlamətlərini, cavabdehlə birgə yaşadıqları müddətdə və bu münasibətlərə son qoyulduqdan sonra cavabdehə məxsus evdə iddiaçının iradəsi əleyhinə və cavabdehin qanunsuz sahibliyində qaldığını sübut etmə yükü iddiaçının üzərindədir. Kollegiya hesab edir ki, iddiaçı tələbini əsaslandırmaq üçün tələb etdiyi əşyaların mülkiyyətçisi olmasını, əmlak üzərindəki faktiki sahibliyinin onun iradəsinin ziddinə itirilməsini, tələb edilən əşyaların digər eynicinsli əşyalardan fərdi-müəyyən əlamətlərlə seçilməsini (konkretləşdirilməsini), həmin əşyaların faktiki olaraq cavabdehlərin qanunsuz sahibliyində olmasını əsaslı dəlillərlə sübuta yetirə bilməmişdir. İddiaçı öz izahatında (iddia ərizəsində) göstərmişdir ki, 2021-ci ilin sentyabr ayında ər evinə qayıdıb cehiz əşyalarını götürüb atası evinə aparmışdır. Lakin qızıl-zinət əşyaları, geyim və cehiz əşyalarınının bir hissəsi cavabdehdə qalmışdır. Bu faktı şahidlər də təsdiq etmişdir. Lakin əmlakının bir hissəsinin qalması barədə həmin vaxt iddiaçının hər hansı etirazının olması barədə hal müəyyən edilmir. İddiaçı apellyasiya şikayətində şahid ifadəsinin təhrif edildiyini (protokolda düzgün əks edilmədiyini) də bildirmişdir. Lakin onun tərəfindən protokola dair qeyd verilməmişdir. İddiaçı izahatında birgə yaşadıqları vaxtda qızıl-zinət əşyalarını həmişə saxlamaq üçün qayınanası Gülnaza verdiyini bildirmişdir. Bununla yanaşı, iddiaçı mübahisələndirdiyi zinət əşyalarını qayınanasından tələb etməmişdir. Kollegiya hesab edir ki, iddiaçı öz tələbini sübuta yetirə bilməmişdir. Ona görə də Kollegiya iddianı təmin etməsi üçün əsas tapmır. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə doğru qənaətə gəlmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilənlər qətnaməni qanunsuz və əsassız saymaq, habelə onu ləğv etmək üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı qızının apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(017)-858/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: İlham Əsədov Hakimlər: Samir Mayılov Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(106)-2310/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2310/2022
13.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver