Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-37/2024 27.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Tale Suliddin oğlu Kərimov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X1, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Astara Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahibliyindən alınması və cavabdehin özbaşınalığına son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Astara rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə Astara rayonu, Şiyəkəran kəndində yerləşən 0.06 hektar torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş, mülkiyyət hüququ xx.xx.2002-il tarixdə qeydiyyata alınmış, bu barədə onun adına, mülkiyyət hüququnu təsdiq edən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1505 A, Kod 80112028 nömrəli şəhadətnamə verilmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 08 avqust 1990-cı il tarixli, 342 nömrəli qərarına uyğun olaraq, Astara rayon 26 Bakı Komissarı adına sovxozun 02 noyabr 309 saylı əmri ilə həmin sovxozun ərazisindən Cavabdeh 0.06 hektar torpaq sahəsi ayrılmışdır. İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Astara rayonu, Şiyəkəran kəndində yerləşən xüsusi mülkiyyətinə verilmiş 0,06 hektar torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınıb sahibliyinə və istifadəsinə verilməsi və cavabdehdən mülkiyyətə qəsd edilən özbaşına hərəkətlərə son qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən çəpərə alınıb zəbt edilmişdir. Bununla da onun mülkiyyət hüquqları pozulmuşdur. Dəfələrlə cavabdehdən torpaq sahəsinin azad edilməsini tələb etsə də nəticəsi olmamışdır. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, ev inşa etdiyi həmin torpaq sahəsi özünə məxsusdur. O, iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etməmişdir. Astara Rayon Məhkəməsinin (hakim M.Məmmədov) 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Astara rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 1997-ci il tarixli 12 saylı qərarı ilə JN-1505 A, 80112028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı Astara rayonu, Şiyəkəran kəndi ərazisində verilmiş 0,06 hektar torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən azad edilməsi və İddiaçı verilməsi, mülki iş üzrə ekspertiza xərci olan 300 (üç yüz) manat məbləğindəki pul Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın cavabdehin özbaşınalığına son qoyulması tələbinə dair hissəsində təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən iş üzrə təqdim edilmiş sübutlara, o cümlədən iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsaslanmış, Azərbaycan Respublikası Konstitusiyasınn 13-cü və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 157.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müvafiq maddələrinə istinad etmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olduğundan ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh şikayətində göstərmişdir ki, ona Azərbaycan SSR Nazirlər Sovetinin 08 avqust 1990-cı il tarixli, 342 nömrəli qərarına uyğun olaraq, Astara rayon 26 Bakı Komissarı adına sovxozun 02 noyabr 309 saylı əmri ilə həmin sovxozun ərazisindən 0.06 hektar torpaq sahəsi ayrılmışdır. Onun istifadə etdiyi torpaq sahəsi özünə aiddir. Orada yaşayış evi inşa etmişdir. Məhkəmə işi tam və hərtərəfli araşdırmamış, bunun üçün iş üzrə yenidən ekspertiza keçirilməli olduğu halda bunu etməmişdir. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh qətnamənin iddianın təmin olunmasına dair hissəsini mübahisələndirmişdir. Kollegiya işə cavabdehin apellyasiya şikayəti həddində baxır. Kollegiya apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməlidir. İşin hallarından müəyyən edilir ki, iddiaçı Astara rayonu, Şiyəkəran kəndində yerləşən 0.06 hektar torpaq sahəsinin mülkiyyətçisidir. Bu barədə onun adına, mülkiyyət hüququnu təsdiq edən “Torpağın mülkiyyətə verilməsinə dair” çıxarış verilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz zəbt edildiyini iddia etməklə, cavabdehin çıxarılmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçının tələbinin təmin edilməsi üçün, o, iddia etdiyi torpaq sahəsinin mülkiyyətçisi (qanuni istifadəçisi) olmalı, torpaq sahəsi cavabdehin qanunsuz sahibliyində olmalı, cavabdeh həmin əmlakı qaytarmaqdan imtina etməlidir. İddianın təmin edilməsi şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçının iddia etdiyi sahənin məhz cavabdehin sahibliyində olan ərazidə yerləşdiyi sübut edilməlidir. İddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilib-edilməməsini müəyyən etmək üçün müvafiq ekspertiza keçirilmiş, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının rəyi alınmışdır. Birinci instansiya məhkəməsində “X3”-nin rəyi alınmışdır. 01 iyun 2022-ci il tarixli, 68 nömrəli həmin mütəxəssis rəyində göstərilmişdir ki, naturada və kameral şəraitdə aparılan ekspertiza tədqiqatı nəticəsində Astara Rayon Agrar İslahat Komissiyasının 26 dekabr 1997-ci il tarixli 12 saylı qərarı ilə JN-1505A 80112028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməsinə əsasən İddiaçı Astara rayonu, Şiyəkəran kəndi ərazisində verilmiş 0.06 hektar torpaq sahəsinin sərhədləri və döngə nöqtələri Kompleks Yerquruluşu Layihəsi əsasında müəyyənləşdirilmiş və müvafiq olaraq plan tərtib edilmişdir. Torpaq sahəsinin ayrılması barədə sxem və ya plan təqdim olunmadığına görə Astara rayon Dövlət Arxivinin 10 noyabr 2021-ci il tarixli, 285/2 saylı arayışında qeyd edilmiş Azərbaycan SSR Nazirlər Sovetinin 08 avqust 1990-ci il tarixli 342 saylı qərarına əsasən Astara rayon Bakı komissarı adına Sovxozu üzrə 02 noyabr 1990-cı il tarixli 309 saylı əmrdən çıxarışla Cavabdeh Astara rayonu, Şiyəkəran kəndi ərazisində verilmiş 0.06 hektar torpaq sahəsinin sərhədlərini və döngə nöqtələrini müəyyənləşdirmək mümkün olmamışdır. Naturada və kameral şəraitdə aparılan ekspertiza tədqiqatı nəticəsində Astara rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 1997-ci il tarixli 12 saylı qərarı ilə JN-1505 A 80112028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinə əsasən İddiaçı Astara rayonu, Şiyəkəran kəndi ərazisində verilmiş 0.06 hektar torpaq sahəsi tam həcmdə Cavabdeh faktiki istifadəsində olan 0.0822 hektar torpaq sahəsinin daxilində olması müəyyən olunmuşdur. Torpaq sahəsinin ayrılması barədə sxem və ya plan təqdim olunmadığına görə Astara rayon Dövlət Arxivinin 10 noyabr 2021-ci il tarixli, 285/2 saylı arayışında qeyd edilmiş Azərbaycan SSR Nazirlər Sovetinin 08 avqust 1990-ci il tarixli 342 saylı qərarına əsasən Astara rayon Bakı komissarı adına Sovxozu üzrə 02 noyabr 1990-cı il tarixli 309 saylı əmrdən çıxarışla Cavabdeh Astara rayonu, Şiyəkəran kəndi ərazisində verilmiş 0.06 ha torpaq sahəsinin sərhədlərini və döngə nöqtələrini müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən Astara Rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 1997-ci il tarixli,12 saylı qərarı ilə JN-1505A 80112028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməsinə əsasən İddiaçı Astara rayonu, Şiyəkəran kəndi ərazisində verilmiş 0.06 hektar torpaq sahəsi ilə Astara rayon Dövlət Arxivinin 10 noyabr 2021-ci il tarixli, 285/2 saylı arayışında qeyd edilmiş Azərbaycan SSR Nazirlər Sovetinin 08 avqust 1990-ci il tarixli 342 saylı qərarına əsasən Astara rayon Bakı komissarı adına Sovxozu üzrə 02 noyabr 1990-cı il tarixli 309 saylı əmrdən çıxarışla Cavabdeh Astara rayonu, Şiyəkəran kəndi ərazisində verilmiş 0.06 hektar torpaq sahəsinin üst-üstə düşməməsi müəyyən olunur. Tədqiq olunan torpaq sahəsinin coğrafi məkan göstəriciləri xüsusi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan aerofotoplan və plan-sxemdə aydın şəkildə göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 avqust 2022-ci il tarixli, 10/4029 nömrəli “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatından görünür ki, mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatların, mübahisəli torpaq sahəsinin sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətini göstərən sxemin (koordinatlar qeyd olunmaqla) Mərkəzə təqdim olunması zəruri olduğuna görə, bu barədə məhkəməyə 28 iyun 2022-ci il tarixli vəsatət göndərilmişdir. Lakin ekspert vəsatətinin təmin olunması ilə bağlı heç bir məlumat Mərkəzə təqdim olunmadığından ekspertiza keçirilmədən iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Cavabdeh apellyasiya şikayətində iş üzrə yenidən müvafiq məhkəmə ekspertizasının keçirilməsinin zəruriliyini vurğulamışdır. Apellyasiya baxışında ƏMDK Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin mütəxəssis arayışı əsasında məhkəmə tikinti-texniki ekspertizasının (Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin) rəyi alınmışdır. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü i tarixli, 3-16-16/2-10/752 nömrəli rəyində göstərilmişdir ki, (İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-47/2024 №-li mütəxəssis rəyinə əsaslanmaqla) Astara rayonu, Şiyəkəran kəndində yerləşən, JN-1505A nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi müəyyən olunmuşdur. Astara rayon “26 Bakı komissarı” adına sovxozun 02 noyabr 1990-cı il tarixli, 309 nömrəli əmri ilə Cavabdeh ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin sərhəd, yerləşmə, həndəsi ölçüləri və.s əks olunan) və ayrıc aktı (qonşu torpaq sahələri əks olunan, hər hansı bir istinad nöqtəsi olan və.s) mülki iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin 0,06 ha torpaq sahəsinin sənəd üzrə sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Rəyə görə, Astara rayon “26 Bakı komissarı” adına sovxozun 02 noyabr 1990-cı il tarixli, 309 nömrəli əmri ilə Cavabdeh ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinin konkret yerləşmə yerini müəyyən etmək mümkün olmadığından, həmin torpaq sahəsi ilə JN-1505A nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Araşdırma zamanı JN-1505A nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin faktiki olaraq bütövlüklə Cavabdeh istifadəsində olması müəyyən olunmuşdur. Həmin torpaq sahəsi üzərində fərdi yaşayış evinin mövcud olması da müəyyən edilmişdir. Cavabdeh tərəf apellyasiya şikayətində istifadə etdiyi torpaq sahəsinin ona rəsmi olaraq ayrıldığını bildirmişdir. İş üzrə məhkəm ekspertizasının rəylərindən göründüyü kimi, cavabdehin istifadəsinə ayrılmış torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin sərhəd, yerləşmə, həndəsi ölçüləri və.s əks olunan) və ayrıc aktı (qonşu torpaq sahələri əks olunan, hər hansı bir istinad nöqtəsi olan və.s) təqdim olunmadığından ona məxsus torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Beləliklə, təqdim edilmiş sübutlarla, o cümlədən iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə iddia edilən torpaq sahəsinin iddiaçıya məxsus olduğu və həmin sahənin cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilir. Kollegiya iş üzrə ekspert rəyini sübut olaraq qəbul edir və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən doğru qənaətə gəlmiş, cavabdehin torpaq sahəsindən çıxarılması hissədə məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Cavabdeh apellyasiya şikayətində mübahisəli ərazidə yaşayış evi inşa etdiyini də bildirmişdir. Lakin tikiliyə dair iddia olmadığından Kollegiya tikiliyə münasibət bildirilməsini lazım bilmir. Göstərilənlər onu deməyə əsas verir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Ekspertiza tədqiqatına görə 50 manat Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(018)-143/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərcinə görə Cavabdeh 50 manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-37/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-37/2024
27.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver