Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-380/2025 06.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Həsənova (Abuşova) Firuzə Bəybala qızının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı əmlak tələbinə dair ilk, Cavabdeh1 Həsənova (Abuşova) Firuzə Bəybala qızına qarşı əmlak və ya onların dəyəri tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlak tələbi, qızıl-zinət əşyalarının qaytarılması, qarşılıqlı iddia, sübutetmə yükü) Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X1 oğlunun katibliyi, Həsənova (Abuşova) Firuzə Bəybala qızı və onun nümayəndəsi Nümayəndə, Cavabdeh2, Cavabdeh1 və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Həsənova (Abuşova) Firuzə Bəybala qızının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı əmlak barədə ilkin, Cavabdeh1 Həsənova (Abuşova) Firuzə Bəybala qızına qarşı əmlak və ya onların dəyəri barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1687/2024 saylı qətnaməsindən Həsənova (Abuşova) Firuzə Bəybala qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı əmlak tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 750 manat dəyərində divar dəsti mebel, 500 manat dəyərində mətbəx mebeli, 150 manat dəyərində 1 ədəd şifoner, 250 manat dəyərində 1 ədəd taxt, 40 manat dəyərində 2 ədəd tumba, 50 manat dəyərində 1 ədəd termo, 100 manat dəyərində 2 ədəd çarpayı, 250 manat dəyərində 1 ədəd divan, 100 manat dəyərində 2 ədəd kreslo, 200 manat dəyərində 1 ədəd stol, 80 manat dəyərində 8 ədəd stul, 20 manat dəyərində 1 ədəd jurnalnı stol, 180 manat dəyərində 6 ədəd döşək, 80 manat dəyərində 4 ədəd yorğan, 160 manat dəyərində 16 ədəd yastıq, 10 manat dəyərində 1 ədəd adyal, 100 manat dəyərində 5 ədəd qalın adyal, 42 manat dəyərində 6 ədəd İran istehsalı olan adyal, 400 manat dəyərində 16 ədəd yataq dəsti, 40 manat dəyərində 2 ədəd təzə pakrıval, 40 manat dəyərində 3 ədəd nazik pakrıval, 30 manat dəyərində 2 ədəd divan üstlüyü, 20 manat dəyərində 2 ədəd kreslo üstlüyü, 45 manat dəyərində 3 ədəd çarpayı üstlüyü, 250 manat dəyərində 1-i oval, 2-i 3x4 ölçüdə olmaqla 3 ədəd xalça, 40 manat dəyərində 1 ədəd tül pərdə dəsti, 25 manat dəyərində 5 ədəd tül, 30 manat dəyərində 2 ədəd böyük günlük atlas, 15 manat dəyərində 4 ədəd balaca günlük atlas, 30 manat dəyərində 10 ədəd balaca süfrə, 30 manat dəyərində 10 ədəd böyük süfrə, 35 manat dəyərində 12 ədəd süfrə, 30 manat dəyərində 10 ədəd hamam dəsmalı, 20 manat dəyərində 20 ədəd əl-üz dəsmalı, 30 manat dəyərində 30 ədəd qab dəsmalı, 35 manat dəyərində 8 ədəd işlədilmiş dəsmal, 15 manat dəyərində 5 ədəd sukeçirməz, 100 manat dəyərində 20 ədəd şalvar, 80 manat dəyərində 20 ədəd köynək, 450 manat dəyərində 4 ədəd kurtka, 30 manat dəyərində sapoşki, 20 manat dəyərində tufli, 20 manat dəyərində krasovka, 15 manat dəyərində sportivni, 15 manat dəyərində jaket, 100 manat dəyərində 8 ədəd təzə şərf, 65 manat dəyərində 13 ədəd hicab, 20 manat dəyərində 2 ədəd namaz paltarı, 25 manat dəyərində 5 ədəd səccadə, 2 ədəd Quran kitabı, 300 manat dəyərində 1 ədəd soyuducu, 300 manat dəyərində 4 plitə qaz, 40 manat dəyərində 1 ədəd tozsovuran, 20 manat dəyərində 1 ədəd sokçəkən, 40 manat dəyərində 2 ədəd ətçəkən, 10 manat dəyərində 1 ədəd mikser, 10 manat dəyərində 2 ədəd termos, 20 manat dəyərində 1 ədəd epilyator, 30 manat dəyərində 1 ədəd ütü, 30 manat dəyərində 2 ədəd çılçıraq, 20 manat dəyərində ev qızdıran piletka, 80 manat dəyərində 1 ədəd kran tülpan, 6 manat dəyərində 3 ədəd paltar səbəti, 140 manat dəyərində 6 ədəd stol üstlüyü, 20 manat dəyərində 1 dəst samovar kasturka naboru, 90 manat dəyərində 5 dəst çuqun kasturka naboru, 40 manat dəyərində 1 dəst tefal kasturka naboru, 25 manat dəyərində 3 ədəd tefal tava, 50 manat dəyərində 50 ədəd xrustal stəkan, 50 manat dəyərində 50 ədəd armudu stəkan, 25 manat 50 ədəd taraş stəkan, 100 manat dəyərində 100 ədəd böyük nəlbəki, 50 manat dəyərində 100 ədəd balaca nəlbəki, 80 manat dəyərində 80 ədəd böyük boşqab, 100 manat dəyərində 100 ədəd balaca boşqab, 80 manat dəyərində 40 ədəd kasa, 100 manat dəyərində göy rəngli obedni servis dəsti, 90 manat dəyərində 3 dəst çayni servis, 100 manat dəyərində 6 ədəd güldan, 20 manat dəyərində 4 ədəd böyük güldan, 20 manat dəyərində 6 ədəd balaca güldan, 40 manat dəyərində 8 ədəd böyük xrustal meyvə qabı, 30 manat dəyərində 15 ədəd xrustal konfet qabı, 15 manat dəyərində 2 ədəd bagema konfet qabı, 15 manat dəyərində 2 ədəd bagema meyvə qabı, 5 manat dəyərində 1 ədəd bagema güldan, 3 manat dəyərində 1 ədəd bagema kül qabı, 40 manat dəyərində 3 dəst xrustal su qabı, 10 manat dəyərində 1 dəst (6 bardaqlı) bagema su qabı, 6 manat dəyərində 6 ədəd bulud qabı, 30 manat dəyərində 24 ədəd yemək dəstqabı, 40 manat dəyərində 40 ədəd maskura, 50 manat dəyərində 50 ədəd salat qabı, 160 manat dəyərində 80 ədəd aş qabı, 90 manat dəyərində 90 ədəd souz qabı, 15 manat dəyərində 6 ədəd qruşka naboru, 20 manat dəyərində 13 paçka şirniyyatqabı, 10 manat dəyərində 10 ədəd qəndqabı, 20 manat dəyərində 6 ədəd çaynik, 75 manat dəyərində 5 ədəd samovar çaydan, 10 manat dəyərində 2 ədəd çuqun vedrə, 10 manat dəyərində 1 ədəd çuqun bak, 15 manat dəyərində 3 ədəd çuqun ləyən, 10 manat dəyərində 1 dəst padnos naboru, 15 manat dəyərində 3 ədəd böyük padnos, 15 manat dəyərində 3 ədəd balaca padnos, 40 manat dəyərində 1 dəst qaşıq çamadanı, 20 manat dəyərində 3 paçka qaşıq, 12 manat dəyərində 12 ədəd qaşıq, 20 manat dəyərində 20 ədəd ləpə qabı, 12 manat dəyərində 6 ədəd uzun ləpə qabı, 10 manat dəyərində 1 ədəd balaca sandıq, 6 manat dəyərində 3 ədəd balaca fincan, 20 manat dəyərində 2 ədəd balaca tava, 15 manat dəyərində 1 dəst su qabı naboru, 45 manat dəyərində 3 ədəd qazan, 15 manat dəyərində 1 ədəd qapaqlı çörək qabı, 6 manat dəyərində 1 ədəd çörək qabı, 40 manat dəyərində 2 ədəd böyük teşt, 30 manat dəyərində 2 dəst kasturka naboru, 30 manat dəyərində 1 dəst çömçə naboru, 20 manat dəyərində qaşıq-çəngəl dəsti, 15 manat dəyərində duzqabı dəsti, 15 manat dəyərində qorapalan, ət taxtası, 50 manat dəyərində 5 ədəd meyvə qabından ibarət əşyalarının və ya onların dəyərinin müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 İddiaçı qarşı əmlak və ya onların dəyəri tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı qzının ona qarşı əmlak tələbi barədə ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunaraq cavabdeh İddiaçı 2700 manat dəyərində 1 ədəd 30 qram 583 əyyarlı boyunbağı, 1440 manat dəyərində 1 ədəd 585 əyyarlı 16 qram qolbaq, 285 manat dəyərində 1 ədəd 3 qram 583 əyyarlı üzük, 285 manat dəyərində 1 ədəd 3 qram üzük, 1000 manat dəyərində 1 ədəd 9 qram 750 əyyarlı üzük, cəmi 5710 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların dəyərinin, həmçinin dövlət rüsumuna görə ödədiyi 77 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1687/2024 saylı qətnаməsi ilə (hakim Z.Zeynalov) ilk iddia qismən təmin edilmiş, İddiaçı məxsus 250 manat dəyərində 1 ədəd taxt, 40 manat dəyərində 2 ədəd tumba, 150 manat dəyərində 5 dəst döşək, 60 manat dəyərində 3 dəst yorğan, 160 manat dəyərində 16 dəst yasdıq, 42 manat dəyərində 6 dəst İran istehsalı adyal, 15 manat dəyərində 1 dəst divan üstlüyü, 10 manat dəyərində 1 dəst kreslo üstlüyü, 250 manat dəyərində 1 dəst oval formalı, 2 dəsti 3x4 ölçüdə 3 dəst xalça, 40 manat dəyərində 1 ədəd tül pərdə dəsti, 25 manat dəyərində 5 ədəd tül, 3 manat dəyərində 1 ədəd süfrə, 12 manat dəyərində 4 dəst hamam dəsmalı, 8 manat dəyərində 8 dəst əl-üz dəsmalı, 6 manat dəyərində 6 ədəd qab dəsmalı, 100 manat dəyərində 20 dəst şalvar, 80 manat dəyərində 20 ədəd köynək, 450 manat dəyərində 4 ədəd kurtka, 30 manat dəyərində 1 ədəd sapoşki, 20 manat dəyərində 1 ədəd tufli, 20 manat dəyərində 1 ədəd krasovka, 15 manat dəyərində 1 dəst sport geyimi, 15 manat dəyərində jaket, 50 manat dəyərində 10 ədəd hicab, 20 manat dəyərində 2 ədəd namaz paltarı, 5 manat dəyərində 1 ədəd səccadə, 20 manat dəyərində 1 ədəd ətçəkən maşın, 10 manat dəyərində 2 ədəd termos, 30 manat dəyərində 1 ədəd ütü, 46 manat dəyərində 2 ədəd stolüstlüyü, 20 manat dəyərində 1 ədəd samovar kasturka naboru, 12 manat dəyərində 12 ədəd xrustal stəkan, 18 manat dəyərində 18 ədəd armudu stəkan, 19 manat dəyərində 38 ədəd stəkan, 40 manat dəyərində 40 ədəd böyük nəlbəki, 10 manat dəyərində 20 ədəd balaca nəlbəki, 25 manat dəyərində 25 ədəd böyük boşqab, 35 manat dəyərində 35 ədəd balaca boşqab, 40 manat dəyərində 20 ədəd kasa, 30 manat dəyərində 1 dəst çayni servis, 5 manat dəyərində 1 ədəd xrustal meyvəqabı, 3 manat dəyərində 1 ədəd bagema külqabı, 10 manat dəyərində 1 dəst bagema suqabı, 20 manat dəyərində 20 ədəd maskura, 50 manat dəyərində 25 ədəd aşqabı, 12 manat dəyərində 12 ədəd souzqabı, 1 manat dəyərində 1 ədəd qəndqabı, 5 manat dəyərində 1 ədəd çuqun vedrə, 10 manat dəyərində 1 ədəd çuqun bak, 15 manat dəyərində 3 ədəd çuqun ləyən, 20 manat dəyərində 4 ədəd podnos, 40 manat dəyərində 1 dəst qaşıq çamadanı, 1 manat dəyərində 1 ədəd ləpəqabı, 10 manat dəyərində 1 ədəd balaca sandıq, 20 manat dəyərində 2 ədəd tava, 15 manat dəyərində 1 ədəd qazan, 15 manat dəyərində 1 ədəd qapaqlı çörəkqabı, 6 manat dəyərində 1 ədəd çörəkqabı, 20 manat dəyərində 1 ədəd böyük teşt, 15 manat dəyərində 1 dəst kasturka naboru, 30 manat dəyərində 1 dəst çömçə naboru, 15 manat dəyərində 11 ədəd duzqabı, 15 manat dəyərində 1 ədəd qorapalan və ya qət olunan əşyaların naturada alınması mümkün olmadığı hallarda həmin əyşaların dəyəri cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı verilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, 2700 manat dəyərində 30 qram çəkidə 583 əyyarlı qızıl boyunbağı, 1440 manat dəyərində 16 qram çəkidə 585 əyyarlı qızıl qolbaq və 1000 manat dəyərində 9 qram 750 əyyarlı qızıl üzük və ya qət olunan əşyaların naturada alınması mümkün olmadığı halda həmin əyşaların dəyəri İddiaçı alınaraq Cavabdeh1 verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməsi və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində (iddianın qiyməti 5710 manat təşkil etdiyinə görə 77 manat dövlət rüsumu ödənilməli, 5140 manat qiymətində iddia təmin edildiyindən) 71,40 manat pul İddiaçı tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ilk iddia üzrə cavabdehin təqdim etdiyi siyahıdan görsənir ki, İddiaçı məxsus əmlaklar - 11 ədəd manto, 17 ədəd platya, 6 ədəd sport dəsti, 23 ədəd uzun köynək, 51 ədəd gödək köynək, 2 ədəd hamam xalatı, 2 ədəd ev xalatı, 24 ədəd retuz, 4 ədəd yubka, 10 ədəd şalvar, 12 ədəd qadın maykası, 3 ədəd bric, 8 ədəd kurtka, 2 ədəd jilet, 11 ədəd qadın şalvarı, 6 ədəd oğlan şalvarı, 6 ədəd odyal, 4 ədəd sintifon odyal, 1 ədəd divan-kreslo üstü, 2 ədəd stol üstü, 1 ədəd şal, 10 ədəd hicab, 2 ədəd yaylıq, 14 ədəd balış, 1 ədəd tufli, 1 ədəd sapoşki, 1 ədəd jaket, 1 ədəd tül, 5 ədəd döşək, 3 ədəd yorğan, 3 ədəd xalça, 10 ədəd çixol dəsti, 4 ədəd böyük dəsmal, 8 ədəd kiçik dəsmal, 6 ədəd qab dəsmalı, 2 ədəd namaz çadrası, 1 ədəd surfa, 1 meşok ayaqqabı,1 ədəd pərdə, 1 ədəd kiçik sandıq, 1 ədəd çay servisi, 1 ədəd samovar naboru, 1 ədəd kastrul naboru, 6 ədəd bagema b/k, xrustal b/k, 1 kuvşin dəsti, 38 ədəd sadə stakan, 18 ədəd armudu stakan, 12 ədəd xrustal stakan, 11 ədəd duzqabı, 20 ədəd kiçik nəlbəki, 40 ədəd böyük nəlbəki, 11 ədəd dərin sousqabı, 20 ədəd maskur, 35 ədəd salatqabı, 25 ədəd dayaz sinni, 12 ədəd dayaz sousqabı, 25 ədəd dərin sinni, 20 ədəd kasa cavabdehin evindədir. Masallı Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 16(050)-134/2023 saylı qərardadının icrası ilə bağlı tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, “İcra vərəqəsində qeyd olunan əmlaklardan 5 döşək, 3 yorğan, 2 nalça, 3 ədəd xalça (3.80x3), 1 ədəd oval xalça, 1 ədəd bagema güldan, 2 ədəd bagema meyvə qabı borcluların yaşadığı evdə aşkar olunmuşdur.” İlk iddia üzrə İddiaçı cavabdehlər tərəfindən hədiyyə edilmiş qızıl-zinət əşyalarını cavabdehlərin evindən gedərkən özü ilə apardığı üçün bu barədə məhkəmə mübahisəsi olmamışdır. Aktda göstərilməyən lakin ilk iddia üzrə cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmiş siyahılardan görünür ki, İddiaçı digər əmlakları da mövcuddur. Lakin Masallı Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 16(050)-134/2023 saylı qərardadının icrası ilə əlaqədar tərtib edilmiş akta və ilk iddia üzrə cavabdehlərin təqdim etdiyi etirafedici siyahıda göstərilməyən əmlaklarla bağlı ilk iddia üzrə iddiaçı heç bir sübut təqdim edə bilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının 1 ədəd boyunbağı, 1 ədəd qolbaq və 1 ədəd nişan üzüyünün mövcud olması təsdiqini tapmışdır. Qarşılıqlı iddia üzrə cavabdeh həmin qeyd edilən qızıl zinət əşyalarının mövcudluğunu mübahisələndirmir.Lakin Cavabdeh1 tərəfindən 1 ədəd boyunbağının və 1 ədəd bilərziyin ona hədiyyə edilməsini bildirsə də, hədiyyə edilmiş qızılların tələb edilən qızıllarla eynilik təşkil etməsini subut edə bilməmişdir. Tələb edilən digər iki üzüyun mövcudluğu subut olunmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, Masallı Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 16(050)-134/2023 saylı qərardadının icrası ilə bağlı tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, “İcra vərəqəsində qeyd olunan əmlaklardan 5 döşək, 3 yorğan, 2 nalça, 3 ədəd xalça (3.80x3), 1 ədəd oval xalça, 1 ədəd bagema güldan, 2 ədəd bagema meyvə qabı borcluların yaşadığı evdə aşkar olundu.” Aktda göstərilməyən lakin ilk iddia üzrə cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmiş siyahılardan görünür ki, İddiaçı digər əmlakları da mövcuddur. İlk iddia üzrə tələb edilən, lakin Masallı Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 16(050)-134/2023 saylı qərardadının icrası ilə əlaqədar tərtib edilmiş akta və ilk iddia üzrə cavabdehlərin təqdim etdiyi etirafedici siyahıda göstərilməyən əmlaklarla bağlı ilk iddia üzrə iddiaçı heç bir sübut təqdim edə bilməmişdir. 1700 ABŞ dollarına alınan əmlaklar toyun videogörüntüsündə mövcuddur. İlk iddia üzrə cavabdehlər qeyd edilən məbləği qəbul etdiklərini etiraf edirlər və həmin pul məbləği ilə videogörüntüdə olan əmlakların alınmasını bildirirlər. Lakin ilk iddia üzrə iddiaçı həmin əmlakların Cavabdeh2 öz vəsaiti hesabına almasını, sonradan Masallı rayonu, Köhnə Alvadı kəndinə köçdükdən sonra (4-5 il sonra) atasının verdiyi pulla mebel alınmasını bildirsə də bununla bağlı heç bir sübut təqdim etməmişdir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Göstərilən səbəblərdən ilk iddia qismən təmin edilməlidir. Qarşılıqlı iddia tələbinin əsaslı olması məhkəməyə təqdim edilmiş fotoşəkillər, şahid ifadələri və tərəflərin izahatları təsdiq etmişdir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçının 1 ədəd boyunbağı, 1 ədəd qolbaq və 1 ədəd nişan üzüyünün mövcud olması təsdiqini tapmışdır. Qarşılıqlı iddia üzrə cavabdeh həmin qeyd edilən qızıl zinət əşyalarının mövcudluğunu mübahisələndirmir, lakin Cavabdeh1 tərəfindən 1 ədəd boyunbağının və 1 ədəd bilərziyin ona hədiyyə edilməsini bildirsə də, hədiyyə edilmiş qızılların tələb edilən qızıllarla eynilik təşkil etməsini subut edə bilməmişdir. Tələb edilən digər iki üzüyun mövcudluğu subut olunmamışdır. Həmçinin tərəflər qızıl-zinət əşyalarının qiymətlərini mübahisələndirmədiklərindən, qiymətləndirmə ekspertizası keçirilməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab etmişdir ki, ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən qarşılıqlı iddia qismən təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində (iddianın qiyməti 5710 manat təşkil etdiyinə görə 77 manat dövlət rüsumu ödənilməli, 5140 manat qiymətində iddia təmin edilmədiyindən) 71,40 manat pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ödənilməlidir. İlk iddia üzrə iddia tələbində dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə tələb olmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 225.2-ci maddələri, “Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 10-cu bəndi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 , 218.3, 119-cu maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyаsiyа şikаyətini onunla əsaslandırılmışdır ki, tələb edilmiş cehiz əmlakları Birinci İnstansiya Məhkəməsi tərəfindən qanunsuz olaraq təmin edilməmişdir. Cаvаbdеhlərin tələb еtdiyi qızıl-zinət əşyаlаrını nişаnlı оlаrkən Sаdiq Аbışоv ona 1 ədəd sеp ilə 1 ədəd bilərzik hədiyyə еtmişdir. Sеp və bilərzik Sаdiqin оlsа dа, hələ nişаnlı vахtlarındа ona hədiyyə kimi vеrildiyindən, оnlаr hədiyyə оlduğundаn gеri tələb еdilə bilməz. Ona görə də Mаsаllı Rаyоn Məhkəməsinin xx.xx.2024-cü il tаrixli 2(050)- 1687/2024 sаylı qətnаməsinin qismən,ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, 2700 manat dəyərində 30 qram çəkidə 583 əyyarlı qızıl boyunbağı, 1440 manat dəyərində 16 qram çəkidə 585 əyyarlı qızıl qolbaq və 1000 manat dəyərində 9 qram 750 əyyarlı qızıl üzük və ya qət olunan əşyaların naturada alınması mümkün olmadığı halda həmin əyşaların dəyərinin ondan alınaraq Cavabdeh1 verilməsi, dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 71,40 manat pulun ondan tutularaq Cavabdeh1 ödənilməsi hissəsində ləğv edilməsini, iddiasının tam təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xаhiş еtmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Həsənova (Abuşova) Firuzə Bəybala qızı izahat verərək bildirmişdir ki, o, qızılları oğurlamamışdır, həmin əşyalar ona nişanlı vaxtdan hədiyyə olaraq bağışlanılmışdır. 2004-cü ildə həmin əşyaları qəbul etmişdir. İş materiallarında bunu təsdiq edən fotoşəkillər də vardır. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Həsənova (Abuşova) Firuzə Bəybala qızının nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, Firuzə Həsənovanın atasıdır. Sözügedən əşyalar qızına nişanlı olarkən hədiyyə şəklində verilmişdir. Qızı həmin əşyaları oğurlasaydı özündə olmadığını bildirərdi. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, tədqiq olunan fotoşəkildəki qızıl mübahisə edilən qızıl deyil. Həmin fotoşəkil ola bilsin ki, başqa bir mağazadakı qızılın şəkilidir. Qeyd edir ki, birinci instansiya məhkəməsi zamanı İddiaçı heç bir izahatında həmin əşyaların ona hədiyyə olaraq verildiyini bildirməmiş, yalnız sonuncu iclasda bunu bildirmişdir. Əgər həmin əşyalar ona hədiyyə olaraq verilmişdirsə sübutetmə yükü onun üzərinə düşür və bunu özü sübut etməlidir. Birinci instansiya məhkəməsi zamanı İddiaçı izahatında münasibətlərinin pozulduğunu gördükdən sonra həmin əşyaları özüylə apardığını bildirmişdir. Apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirmişdir ki, həmin əşyalar İddiaçı hədiyyə olaraq yox, saxlanılması üçün verilmişdir. Nikahın pozulmazdan öncə oğlu Sadiq həmin əşyaları ondan tələb etmiş, o isə verməmişdir. Apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, qeyd edilən qızılları keçmiş həyat yoldaşı İddiaçı 2022-ci ildə evi tərk edib gedərkən özü ilə aparmışdır. Evdən getməzdən öncə dəfələrlə qızılları ondan tələb etsə də, o, hər dəfə müxtəlif bəhanələrlə həmin qızılları ona qaytarmaqdan yayınmışdır. Nikahları pozulmasaydı da həmin əşyaları ondan tələb edəcəkdi. Apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.3-cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə, bağışlama etibarlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Mаsаllı Rаyоn Məhkəməsinin xx.xx.2024cü il tаrixli 2(050)-1687/2024 sаylı qətnаməsinin qismən, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, 2700 manat dəyərində 30 qram çəkidə 583 əyyarlı qızıl boyunbağı, 1440 manat dəyərində 16 qram çəkidə 585 əyyarlı qızıl qolbaq və 1000 manat dəyərində 9 qram 750 əyyarlı qızıl üzük və ya qət olunan əşyaların naturada alınması mümkün olmadığı halda həmin əyşaların dəyərinin ondan alınaraq Cavabdeh1 verilməsi, dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 71,40 manat pulun ondan tutularaq Cavabdeh1 ödənilməsi hissəsində ləğv edilməsini, iddiasının tam təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1687/2024 saylı saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməsini qarşılıqlı iddia tələbinin təmin edilən 2700 manat dəyərində 30 qram çəkidə 583 əyyarlı qızıl boyunbağı, 1440 manat dəyərində 16 qram çəkidə 585 əyyarlı qızıl qolbaq hissəsinə münasibətdə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, qarşılıqlı iddianı düzgün olmayaraq yuxarıda qeyd edilən qızıl-zinət əşyalarına münasibətdə təmin etmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qarşılıqlı iddianın təmin edilmiş 2700 manat dəyərində 30 qram çəkidə 583 əyyarlı qızıl boyunbağı və 1440 manat dəyərində 16 qram çəkidə 585 əyyarlı qızıl qolbağın İddiaçı alınaraq Cavabdeh1 verilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1687/2024 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması cavabdehin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin 2700 manat dəyərində 30 qram çəkidə 583 əyyarlı qızıl boyunbağı və 1440 manat dəyərində 16 qram çəkidə 585 əyyarlı qızıl qolbağa İddiaçı alınaraq Cavabdeh1 verilməsi hissəsində düzgün hüquqi qiymət verilməmişdir. Bu mənada məhkəmə tərkibi hesab edir ki, qarşılıqlı iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi nəzərdən keçirilə bilər; Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Mülki Məcəllənin 157-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların özünün mülkiyyətində (qanuni sahibliyində) olduğunun, onun cavabdehdə saxlandığının, cavabdehlərin həmin əşyaya qanunsuz sahiblik etməsinin sübut olunmasıdır. Məhkəmə tərkibi qeyd edir ki, qarşılıqlı iddiaçı Cavabdeh1 iddia ərizəsində bildirmişdir ki, 2700 manat dəyərində 30 qram çəkidə 583 əyyarlı qızıl boyunbağı, 1440 manat dəyərində 16 qram çəkidə 585 əyyarlı qızıl qolbaq qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qanunsuz olaraq sahibliyindədir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında bildirmişdir ki, 2700 manat dəyərində 30 qram çəkidə 583 əyyarlı qızıl boyunbağı və 1440 manat dəyərində 16 qram çəkidə 585 əyyarlı qızıl qolbaq ona hədiyyə olaraq bağışlanmışdır. Məhkəmə tərkibi hesab edir ki, qarşılıqlı iddiaçı Cavabdeh1 2700 manat dəyərində 30 qram çəkidə 583 əyyarlı qızıl boyunbağı və 1440 manat dəyərində 16 qram çəkidə 585 əyyarlı qızıl qolbağın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qanunsuz sahibliyində olmasını sübut edə bilməmişdir. Çünki həmin əşyalar hədiyyə olaraq qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı bağışlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.3-cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə, bağışlama etibarlıdır. İşin hallarından görünür ki, iddiaçı qızıl-zinət əşyalarının qanunsuz olaraq cavabdehin sahibliyində olmasını sübut edə bilməmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı isə izahatında həmin əşyaların ona nişanlı vaxtdan bağışlandığını etiraf etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh1 məhkəmə iclasında izahatında bildirmişdir ki, qeyd edilən qızılları keçmiş həyat yoldaşı İddiaçı 2022-ci ildə evi tərk edib gedərkən özü ilə aparmışdır. Eyni zamanda Cavabdeh1 qızıllar aparıldıqdan 2 il sonra məhkəməyə müraciət etməyinə aydınlıq gətirə bilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, əgər qızıllar qanunsuz şəkildə Cavabdeh1 keçmiş həyat yoldaşı İddiaçı sahibliyində olsaydı, o, qızıllar aparıldıqdan sonra 2 il ərzində məhkəməyə müraciət etmiş olardı. Amma işin hallarından görünür ki, o, İddiaçı məhkəməyə iddia ərizəsiylə müraciət etdikdən sonra qarşılıqlı iddia ərizəsiylə məhkəməyə müraciət etmişdir. Bu da onu deməyə əsas verir ki, qarşılıqlı iddiaçı Cavabdeh1 həmin əşyaları keçmiş həyat yoldaşı İddiaçı hədiyyə olaraq vermişdir. Eyni zamanda birinci instansiya məhkəməsinin iclasında qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şahidlərin izahatından da görünür ki, onlar qarşılıqlı iddiaçının özünə məxsus qızıl əşyalarından evlənənə kimi istifadə etdiyini bildirmişlər. Göründüyü kimi işin bu halı İddiaçı məhkəmə iclasında verdiyi izahatla üst-üstə düşür. Yəni qarşılıqlı iddia tələbi həmin hissədə əsassızdır. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən 2700 manat dəyərində 30 qram çəkidə 583 əyyarlı qızıl boyunbağı, 1440 manat dəyərində 16 qram çəkidə 585 əyyarlı qızıl qolbağa aid hissədə ədalətli araşdırma aparılmamış, işdə olan sübutlara mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun qiymət verməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, qarşılıqlı iddia ərizəsində sadalanan 2700 manat dəyərində 30 qram çəkidə 583 əyyarlı qızıl boyunbağı, 1440 manat dəyərində 16 qram çəkidə 585 əyyarlı qızıl qolbaq və ya qət olunan əşyaların naturada alınması mümkün olmadığı halda həmin əyşaların dəyəri İddiaçı alınaraq Cavabdeh1 verilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Şikayətdə qeyd edilən 1000 manat dəyərində 9 qram 750 əyyarlı qızıl üzüyə aid hissədə isə şikayətin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı həmin hissədə təmin etməkdə haqlı olmuşdur. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı tərəf apellyasiya şikayətində tələb edilən yalnız birinci instansiya məhkəməsi tərəfindən təmin edilməyən cehiz əmlaklarının mövcudluğunu mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, Masallı Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 16(050)-134/2023 saylı qərardadının icrası ilə əlaqədar tərtib edilmiş akta və ilk iddia üzrə cavabdehlərin təqdim etdiyi etirafedici siyahıda göstərilməyən əmlaklarla iddiaçıda deyil cavabdehdə qalması ilə bağlı iddiaçı tərəfindən işin faktiki halları sübuta yetirilməmişdir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulmaqla sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. İddiaçı isə belə bir sübut təqdim edə bilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə tərkibi qeyd edir ki, Masallı Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 16(050)-134/2023 saylı qərardadının icrası ilə əlaqədar tərtib edilmiş aktda və ilk iddia üzrə cavabdehlərin təqdim etdiyi etirafedici siyahıda göstərilməyən əmlaklarla bağlı ilk iddia üzrə iddiaçı heç bir sübut təqdim edə bilməmişdir. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin cehiz əmlaklarına aid hissəsində düzgün qənaətə gəlsə də, qarşılıqlı iddia tələbi üzrə təmin edilən 2700 manat dəyərində 30 qram çəkidə 583 əyyarlı qızıl boyunbağı, 1440 manat dəyərində 16 qram çəkidə 585 əyyarlı qızıl qolbağın İddiaçı alınaraq Cavabdeh1 verilməsi hissəsində səhvə yol vermişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qarşılıqlı iddia tələbinin təmin edilən 2700 manat dəyərində 30 qram çəkidə 583 əyyarlı qızıl boyunbağı və 1440 manat dəyərində 16 qram çəkidə 585 əyyarlı qızıl qolbağın İddiaçı alınaraq Cavabdeh1 verilməsi hissəsində qətnamə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)- 1687/2024 saylı qətnaməsi mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Eyni zamanda məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, qətnamənin mübahisələndirilən hissəsi üzrə məbləğ 5000 manatdan az olduğundan, qanunvericilik bu qətnamədən tərəflərə kassasiya şikayəti vermək hüququ tanımamışdır. Ona görə tərəflər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Həsənova (Abuşova) Firuzə Bəybala qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1687/2024 saylı qətnaməsi qarşılıqlı iddia tələbinin təmin edilən 2700 manat dəyərində 30 qram çəkidə 583 əyyarlı qızıl boyunbağı və 1440 manat dəyərində 16 qram çəkidə 585 əyyarlı qızıl qolbağın İddiaçı alınaraq Cavabdeh1 verilməsi hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi həmin hissədə təmin edilməsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1687/2024 saylı qətnaməsi mübahisələndirilən digər hissələrə dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-380/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-380/2025
06.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver