Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-400/2023 30.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 Əskər oğlu, X2, İddiaçı3 və İddiaçı2 Əskər qızının Cavabdeh Əskər oğluna qarşı «vərəsəlik hüququnun təmin edilməsi və miras qalmış əmlakın bölünməsi tələbinə dair» mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)1239/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 Əskər oğlu, X2, İddiaçı3 və İddiaçı2 Əskər qızı tərəfindən birgə verilmiş apellyasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 Əskər oğlu, X2, İddiaçı3 və İddiaçı2 Əskər qızı iddia ərizəsi ilə Астара Район Мящкямясиня müraciət edərək, Azərbaycan Respublikasının MPM-nin müvafiq maddələrini və digər Qanunvericilik aktlarını rəhbər tutaraq onların vərəsəlik hüquqlarının təmin edilməsi və atasından miras qalmış əmlakın uşaqları arasında bərabər şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Astara Rayon Məhkəməsinin 2(018)1239/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Mübariz Məmmədov), iddianın əsassız olmasına görə rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçılar İddiaçı1 Əskər oğlu, X2, İddiaçı3 və İddiaçı2 Əskər qızının Cavabdeh Əskər oğlu tərəfindən birgə apellyasiya şikayəti verilmişdir. Astara Rayon Məhkəməsinin 2(018)1239/2022 saylı, 05 yanvar 2023-cü il tarixli qərardadı ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin baxılması üçün mülki iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 366.1-ci maddəsinə əsasən apellyasiya məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyü yoxlayır. Burada işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. İş materialları araşdırılarkən müəyyən edildi ki, Astara Rayon Məhkəməsinin 2(018)1239/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsi 24 noyabr 2022-ci il tarixli məktubla (səh.65) iş üzrə tərəflərə göndərilmişdir. İş materiallarında olan xəbərnamələrdən görünür ki (səh.68-69), Astara rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli qətnaməsi İddiaçı1 Əskər oğlu tərəfindən xx.xx.2022-ci il tarixdə, X2 tərəfindən xx.xx.2022-ci il tarixdə, İddiaçı3 tərəfindən xx.xx.2022-ci il tarixdə və İddiaçı2 Əskər qızı tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir. İddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə Astara rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Mülk Prosessual Məcəlləsinin (bundan sonra MPM) 360-cı maddəsinə əsasən Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-nin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Prosessual hüquq normalarının mənasından da göründüyü kimi, yalnız qanuni qüvvəyə minməmiş qətnamələr və qərardadlardan verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkündür. Hazırkı işdə apellyasiya şikayəti verilməsi üçün prosessual müddət iddiacılar X1 və İddiaçı3 münasibətdə müzakirə edilməmiş və mülki iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bu isə ona dəlalət edir ki, işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar olmamışdır. MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.. MPM-in 366.4-cü maddəsinə əsasən Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. MPM-in 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Astara Rayon Məhkəməsinin 2(018)1239/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiacılar tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 402.2.1-ci və 403-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Astara Rayon Məhkəməsinin 2(018)1239/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 Əskər oğlu, X2, İddiaçı3 və İddiaçı2 Əskər qızı tərəfindən birgə verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İddiaçılar İddiaçı1 Əskər oğlu, X2, İddiaçı3 və İddiaçı2 Əskər qızı tərəfindən birgə verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinin tələbinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Astara rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə ondan Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kasasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-400/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-400/2023
30.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver