Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-402/2023 07.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3̇ qızının iştirakı ilə, Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Eldənı̇ z qızının cavabdehlər Məmmədov Alı̇ k Təyyub oğluna, Cavabdeh2, Cavabdeh3̇ qızına qarşı şəxsi, cehiz əmlaklarının və ya onların dəyərinin və dövlət rüsumunun alınıb ona qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Astara rayonu, Artupa kəndində yerləşən evində onların qanunsuz sahibliyində olan iddia ərizəsində göstərdiyi şəxsi və cehiz əmlaklarının və ya onların dəyəri olaraq 16337 (on altı min üç yüz otuz yeddi) manat pulun, ödədiyi 139 (bir yüz otuz doqquz) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin (hakim M.Məmmədov) xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 İddiaçı məxsus Masallı istehsalı olan qonaq otağı uçun 1 ədəd servant (iki qapılı), 1 ədəd servant (bir qapılı), 1 ədəd kamot, 1 ədəd böyük stol, 6 ədəd stul (bir komplekt) ağ - qara rəngli- qiyməti 1600 manat, Masallı istehsalı olan yataq otağı üçün 1 ədəd çarpayı (matrasla birlikdə), 1 ədəd termo, 2 ədəd tumba, 1 ədəd şıfoner pup (bir komplekt) ağ - qara rəngli- qiyməti 1700 manat, Masallı istehsalı olan mətbəx dəsti 2,5 metr, 1 şüşəli stol üstu, 6 stul (bir komplekt) ağ qara rəngli- qiyməti 700 manat, uşaq çarpayısı 1 ədəd qiyməti-300 manat, uşaq maneji 1 ədəd qiyməti-60 manat, televizor, televizor altı, 1 ədəd qiyməti-550 manat, uşaq beşiyi 1 ədəd qiyməti-60 manat, uşaq vanna dəsti 1 ədəd qiyməti-40 manat, uşaq avtomobili 1 ədəd qiyməti- 80 manat, uşaq arabası 1 ədəd-qiyməti 200 manat, uşaq qarşoku 1 ədəd qiyməti-5 manat, uşaq çamadanı 1 ədəd qiyməti-30 manat, uşaq şkafı 1 ədəd qiyməti-50 manat, şərbət bardağı 1 ədəd qiyməti-50 manat, badə (boqema) 1 dəst qiyməti-30 manat, ağ qara badə 6 ədəd qiyməti-30 manat, nahar servisi 12 ədəd qiyməti-100 manat, çay servisi 12 ədəd qiyməti-100 manat, kofe servisı 12 ədəd qiyməti-100 manat, iki mərtəbəli şirniyyat qabı 1 ədəd qiyməti-10 manat, kabab nimçəsi 12 ədəd qiyməti-30 manat, kiçik nimçələr 12 ədəd qiyməti-35 manat, böyük qaşıq 6 ədəd qiyməti-6 manat, balaca qaşıq 6 ədəd qiyməti-6 manat, çəngəl 6 ədəd qiyməti-6 manat, mürəbbə qabı 12 ədəd- qiyməti 20 manat, soyuducu 1 ədəd qiyməti-600 manat, mətbəx pərdəsi 2 ədəd qiyməti-20 manat, mətbəx karnizi 2 ədəd qiyməti-7 manat, böyük zibil qabı 1 ədəd qiyməti 30 manat, balaca zibil qabı 1 ədəd qiyməti 5 manat, yataq otağı pərdəsi 1 ədəd qiyməti-50 manat, yataq otağının qapı pərdəsi 1 ədəd qiyməti-7 manat, 50 qəpik, yataq otağının çılçırağı 1 ədəd qiyməti-150 manat, zal üçün çılçıraq 2 ədəd qiyməti- 100 manat, yataq otağı üçün karniz 2 ədəd qiyməti-10 manat, balaca kaşmir xalça 3 ədəd qiyməti-60 manat, 6 ədəd duz qabı qiyməti-30 manat, zal xalçası 2 ədəd qiyməti-300 manat, zal pərdəsi 5 ədəd qiyməti-100 manat, pərdə astarı 3 ədəd qiyməti-50 manat, çarpayı üzü 1 ədəd qiyməti-150 manat, çarpayı üzü 1 ədəd qiyməti-150 manat, tək yorğan 2 ədəd qiyməti- 100 manat, ütü 1 ədəd qiyməti-50 manat,ütü stolu 1 ədəd qiyməti-40 manat, balıq qabı 3 ədəd qiyməti-30 manat, çarpayı döşəyi 1 ədəd qiyməti-200 manat, çarpayı yorğanı 1 ədəd- qiyməti 100 manat, çarpayı döşəyi 1 ədəd qiyməti-100 manat, tək yorğan 2 ədəd qiyməti-200 manat, bulud qaşığı 2 ədəd qiyməti 10 manat, kilidli qazan 1 ədəd qiyməti-50 manat, çuqun xəmir qabı 1 ədəd qiyməti-20 manat, çuqun vedrə 1 ədəd qiyməti-20 manat, dəmir vedrə 1 ədəd qiyməti 8 manat, gecə lampası 2 ədəd qiyməti-100 manat, böyük balış 6 ədəd qiyməti-70 manat, nalça 8 ədəd qiyməti-60 manat, çörək qabı 1 ədəd qiyməti-10 manat, saat 1 ədəd qiyməti-30 manat, metrəli süfrə 2 ədəd qiyməti-30 manat, çuqun qab 1 ədəd qiyməti-15 manat, kilidli şirniyyat qabı 1 ədəd qiyməti-4 manat, süzgəc 1 ədəd qiyməti-5 manat, yazı stolu 1 ədəd qiyməti-25 manat, qab dəmiri 1 ədəd qiymət-35 manat, sandıq 1 ədəd qiyməti-150 manat, biçaq dəsti 1 ədəd-qiyməti 37 manat, 50 qəpik, ətçəkən maşın 1 ədəd qiyməti-150 manat, qaşıq çamadanda 1 ədəd qiyməti-100 manat, tozsovuran 2 ədəd qiyməti 150 manat, mecmeyi dəst 1 ədəd qiyməti-50 manat, tək mecmeyi 1 ədəd qiyməti-5 manat, qaşlı çay qabı 3 ədəd qiyməti-20 manat, qəfədan 2 ədəd-qiyməti 26 manat, balaca kasa 6 ədəd-qiyməti 12 manat, mətbəx üçün çılçıraq qiyməti-25 manat, komplekt brilliant qaşlı 1 ədəd qiyməti-2000 manat, brilliant qaşlı nişan üzüyü 1 ədəd qiyməti-850 manat, tək göy brilliant qaşlı üzük 1 ədəd qiyməti 350 manat, paxlava brilliant qaşlı üzük 1 ədəd qiyməti-400 manat, brilliant qaşlı gül üzük 1 ədəd qiyməti 350 manat, brilliant qaşlı butalı üzük 1 ədəd qiyməti 400 manat, sırğa 1 ədəd qiyməti-300 manat, tək sep 1 ədəd qiyməti 150 manat və ya həmin əmlakların dəyəri alınaraq İddiaçı verilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ödənilmiş dövlət rüsumunun 100 (bir yüz) manat hissəsi müştərək qaydada alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Alı̇ k, Təyyub və Humayə Məmmədovlar birgə apellyasiya şikayət vermişlər. Cavabdehlər apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin qismən təmin edilməsi barədə (yalnız etirazında qeyd etdiyi əmlaklar hissəsində) qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Apellyasiya baxışında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3̇ qızı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı və digər cavabdeh Məmmədov Alı̇ k Təyyub oğlu apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 149.2.4-1-ci maddəsinin tələbinə görə iddia ərizəsində “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.1.7-ci maddəsinə əsasən iddia ərizəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi qaytarılır. İşin hallarından görünür ki, hazırki iş üzrə tərəflərin “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirakı müəyyən edilmir. Eləcə də iddia ərizəsində həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməmiş və ərizəyə həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. (İddia ərizəsinə əlavə edilmiş protokoldan tərəflər arasında yaranmış əmlak mübahisəsi ilə bağlı deyil, nikahın pozulması ilə bağlı mediasiyaya müraciət etdikləri müəyyən edilir). Azərbaycan Respublikasının MPM-nin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsinə əsasən, aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; 21.9.2. tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə; 21.9.3. tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə; 21.9.4. bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə. Göstərilənlər onu deməyə əsas verir ki, hazırki iş üzrə tərəflərin “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirakı müəyyən edilmədiyindən, iddia ərizəsində həmin tələbə riayət edilməsinə dair məlumat göstərilmədiyindən və ərizəyə həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən birinci instansiya məhkəməsi iddianı icraata götürməməli, yaxud icraata götürdükdən sonra baxılmamış saxlamalı olduğu halda işə mahiyyəti üzrə baxıb qətnamə çıxarmışdır. Azərbaycan Respublikasının MPM-nin 387.2.8-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmənin işə mahiyyəti üzrə baxması, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddia ərizəsinin verilməsi ilə əlaqədar dövlət rüsumuna görə ödənilmiş 140 manat İddiaçı Eldənı̇ z qızına, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar dövlət rüsumuna görə ödənilmiş 70 manat cavabdehlər Məmmədov Alı̇ k Təyyub oğluna, Cavabdeh2, Cavabdeh3̇ qızına qaytarılmalı və pul vəsaitinin qaytarılması Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Astara Şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilməlidir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddianın baxılmamış saxlanılması maraqlı tərəfin ilkin olaraq mediasiyaya müraciət etməsini və iümumi qaydada iddia ilə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259, 384.0.5, 385.1 və 400-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(018)-613/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Eldənı̇ z qızının cavabdehlər Məmmədov Alı̇ k Təyyub oğluna, Cavabdeh2, Cavabdeh3̇ qızına qarşı şəxsi, cehiz əmlaklarının və ya onların dəyərinin və dövlət rüsumunun alınıb ona qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin verilməsi ilə əlaqədar dövlət rüsumuna görə ödənilmiş 140 manat İddiaçı Eldənı̇ z qızına, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar dövlət rüsumuna görə ödənilmiş 70 manat Məmmədov Alı̇ k Təyyub oğluna, Cavabdeh2, Cavabdeh3̇ qızına qaytarılsın; Pul vəsaitinin qaytarılması Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Astara Şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-402/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-402/2023
07.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver