Məhkəmə qərarları › İş №2(106)-411/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-411/2024

30.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-411/2024 30.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçı X2, cavadehlər Nümayəndə və Cavabdeh2 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Nümayəndə qarşı qızıl-zinət əşyaları və cehiz əmlakları tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(050)-1133/2023 saylı qətnaməsindən Cavabdeh2 (Vəkil2) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Əhmədova X5 Natiq Adil oğlu və Nümayəndə qarşı ona məxsus qızıl-zinət əşyaları və cehiz əmlakları tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə nikahlarını 19 mart 2011-ci il tarixdə qeydə alınmışdır. Birgə nikahlarından 21 sentyabr 2011-ci il tarixdə X6, 19 dekabr 2012-ci il tarixdə X4 və 14 yanvar 2019-cu il tarixdə X8 dünyaya gəlmişdir. Cavabdeh2 evdə mütəmadi olaraq mübahisələr və narazılıqlar yaratmış, ailədə səmimi rəftar etməmiş, onunla yola getməmiş, ailəyə baxmamışdır. Ona görə də, onlar boşanmaq qərarına gəlmiş və boşanmışlar. Masallı Rayon Məhkəməsinin 2(050)-161/2020 saylı 28 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən nikah pozulmuşdur. O, gəlin köçdüyü vaxt ona müxtəlif cehizəmlak və toy hədiyyəsi kimi qızıl-zinət əşyaları verilmişdir. Lakin ailə münasibətləri kəsildiyindən və ayrıldıqdan sonra o özünə aid olan cehiz-əmlak və toy hədiyyəsi kimi verilmiş qızıl-zinət əşyaları cavabdehin yaşadığı Masallı rayonu Türkoba kəndində yerləşən evində qalmışdır. Özünə aid olan əmlakını tələb etsə də, bu günə kimi ona verilmiş cehiz-əmlak və toy hədiyyəsi olaraq verilmiş qızıl-zinət əşyaları ona qaytarılmamışdır. Qızıllar 1 boyunbağı- 750 əyyar brilyant qaş, 1 sırğa- 750 əyyar brilyant qaş, 1 qolbağ- 750 əyyar brilyant qaş - 5000 manat, 1 nişan üzüyü- 750 əyyar brilyant qaş 800 manat, 1 üzük- 585 əyyar türk qızılı ağ qaş tək- 200 manat, 1 üzük- 585 əyyar türk qızılı paxlava şəkilli- 200 manat, 1 üzük- 583 əyyar rus qızılı- 400 manat, 1 üzük- 583 əyyar rus qızılı- 300 manat, 1 saat- 583 əyyar rus qızılı- hədiyə- 800 manat təşkil edir. Mebellər- 4000 manat: yataq mebeli- 2 kamod (200 manat), taxt (500 manat), güzgülü termo (400 manat), şifoner (800 manat). qonaq dəsti- divan, kreslo (500 manat), 1 stol, 6 stul (300 manat), qorka (1000 manat), televizor altlığı (200 manat), yazı stolu (200 manat) təşkil edir. Məişət avadanlıqları: 1 televizor- “Hissense”- 800 manat, 1 soyuducu- “Nord”- 380 manat, 1 qaz sobası- 250 manat, 1 tozsoran- 70 manat, 1 ətçəkən- 50 manat, 1 çörək bişirən soba- 70 manat, 1 çörək bişirən-80 manat, 1 mikser-50 manat, 1 şirəçəkən-50 manat, 1 paltaryuyan-300 manat, 1 elektrikli çaydan-hədiyə-70 manat, 1 ütü- 30 manat təşkil edir. Qab-qacaqlar: 1 qazan dəsti güllü-tefal-160 manat-1 tava, 3 qazan, 1 çaydançaynik, 1 qazan dəsti alüminium- 3 ədədli, 1 qazan tək termoz materiallı- 40 manat, 1 qazan dəsti termoz materiallı- 50 manat, 1 ədəd çaydan-çaynik dəst güllü- 50 manat, 1 ədəd çaydançaynik dəst dəmir- 40 manat, 1 termoz- çay dəsti-12 manat, 1 sarı çuqun ləyən- 1 vedrə çuqun, 1 bak sarı çuqun- 160 manat, 1 aşsüzən ayaqlı-10 manat, xonçalar- 2 ədəddəmir- 28 manat, 1 əlavə- qulplu- 30 manat, 1 ələk- 5 manat, 1 çamadan qaşıq dəst- 40 manat, 1 qutu qaşıq dəsti asılqan-100 manat, 3 paketdə-18 ədəd boşqab dəsti- 100 manat, 1 tort qabı dəsti- 25 manat, 3 qutu şirə bakalları-100 manat, 1 qutu kofe fincanı- 40 manat, 1 qutu qaşıq dəsti- 50 manat, 12 ədəd kasa- 40 manat, 60 ədəd boşqab balaca-18 manat, 1 qutu qapaq açmaq üçün dəst- 25 manat, 1 ləbləbi qabı böyük- 8 manat, 1 xırdalayıcı dəst qutu- 30 manat, 18 ədəd billur stəkan böyük- 3 paket- 60 manat, 12 ədəd armudu stəkan- 40 manat, 12 ədəd nəlbəki- madonna- 20 manat, 12 ədəd nəlbəki- armudu- 20 manat, 12 ədəd ağ xətli nəlbəki- 20 manat, 2 qutu mürəbbə nəlbəkisi- 12 manat, 2 ədəd salfet qabı- göy rəng-10 manat, 4 ədəd duz qabı- göy rəng-10 manat, 1 qutu çaydançaynik dəsti güllü- 40 manat, 2 göy ləbləbi qabı- balaca dəmir qulplu- 20 manat, 2 ədəd ağ ləbləbi qabı- balaca dəmir qulplu - 20 manat, 2 ədəd ləbləbi qabı- 3 mərtəbəli- 20 manat, 2 ədəd güldan-billur- 30 manat, 2 ədəd çörəkqabı- 5 manat, 1 ədəd meyvə qabı billur- 30 manat, 2 ədəd meyvə qabı- güllü lepkalı- 50 manat, 2 ədəd qəndqabı- qapaqlı billur- 30 manat, 2 mürəbbə qabı- qapaqlı göy- 20 manat, 1 dondurma qabı- 6 balaca dəst- 30 manat, 1 çaydan (səsli)- 20 manat, 12 ədəd güllü stəkan- 50 manat təşkil edir. Yemək dəsti- çay servizi-164 ədədli- 3 bulud boşqab- 300 manat, 6 ədəd- xallı stəkan- 20 manat, 12 ədəd- bakal- qara ayaqlı- 50 manat, 6 ədədli bogema dəsti- lepkalı mavi- 30 manat, 6 ədəd bakal billur- 40 manat, 1 qutu dəst rumkalar zərli- 50 manat, 1 ədəd dəmir balaca ləyən- çuqun, 2 ədəd plastmas-10 manat, 1 ədəd ləyənçə qapaqlı dəmir-10 manat, 1 saat balaca- 40 manat, 3 lüstr-150 manat. Yorğan-döşək: 1 ədəd yorğan- sintifon- 60 manat, 7 ədyal- 1 taxt üstü, 2- tək kravat, 1-maxer, 3 ədyal tək, 1 sintifon yorğan, 1 dəst pakraval pərdəli- 3 sintifon balış- 250 manat, lüstr- 3 ədəd-150 manat, 3 xalça- 2 böyük-1 balaca- 300 manat, divan üstü ədyal- 30 manat, 1 qutu dəsmal- 4 ədədli- 50 manat, 3 stolüstü süfrə-150 manat, 3-4 qutu çay dəsmalı 100 manat, 4 ədəd can dəsmalı- 60 manat, 5 ədəd əl dəsmalı- 50 manat, 1 paket döşək üzü- təzə parça-100 manat, 3 döşək-1 taxt- 2 tək, 3 yorğan-1 taxt- 2 tək, 6 yastıq- 2 taxt- 4 böyük-150 manat təşkil edir. Cavabdeh Nümayəndə məhkəməyə etiraz ərizəsi təqdim edərək orada göstərmişdir ki, mübahisəli qızılları özü almış, boyunbağını 300 manata, qolbağını 170 manata, sırğanı 120 manata, nişan üzüyünü 250 manata almışdır. İddiaçı 2020-ci ilin fevral ayında gəlib əşyalarının bir hissəsini aparmış, həmin vaxt da qızıl-zinət əşyaları ilə bağlı tələbi olmamışdır. Tələb olunan cehiz əşyalarından 4000 manat məbləğində mebellər, çörək bişirən, güllü tefal qazan dəsti, 1 tava, 3 qazan, 1 çaydan-çaynik, alüminium qazan dəsti, termoz materialı olan qazan, güllü çaydan-çaynik, dəmir çaydan-çaynik, termoz-çay dəsti, sarı çuqun ləyən, çuqun vedrə, sarı çuqun bak, ayaqlı aşsüzən, dəmir xonçalar, qulplu xonça, ələk, çamadan qaşıq dəsti, 3 paketdə 18 ədəd boşqab dəsti, 1 qutu qaşıq dəsti, 12 ədəd kasa, 60 ədəd balaca boşqab, 1 qutu qapaq açmaq üçün dəst, 1 böyük ləbləbi qabı, 3 pakektdə 18 ədəd böyük billur stəkan, 12 ədəd armudu stəkan, 12 ədəd madonna nəlbəki, 6 ədəd armudu nəlbəki, 2 qutu mürəbbə nəlbəkisi, 12 ədəd armudu nəlbəki, 1 ədəd salfet qabı, 1 qutu güllü çaydan-çaynik dəsti, 2 göy ləbləbi qabı balaca dəmir qulplu, 1 ədəd ağ ləbləbi qabı balaca dəmir qulplu, 2 ədəd çörəkqabı, 2 ədəd billur qapaqlı qənd qabı, 1 ədəd qapaqlı mürəbbə qabı, 6 balaca dəst dondurma qabı, 12 ədəd güllü stəkan, yemək dəsti və çay servisi, 1 ədəd balaca dəmir ləyən, 2 ədəd plastmas, 1 ədəd qapaqlı dəmir ləyənçə, 2 ədəd sintifon yorğan, 1 maxer, 3 adyal, 1 sintifon yorğan, 1 dəst pərdəli pakrıval, 3 sintifon balış, 3 ədəd lüstur, 4 ədədli 1 qutu dəsmal, 3-4 qutu çay dəsmalı, 4 ədəd can dəsmalı, 5 ədəd əl dəsmalı, 1 paket döşək üzü yoxdur. Qeyd olunan cehiz əmlakları və qızıl-zinət əşyaları tələbi hissəsində iddianın rədd olunmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(050)-1133/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh2 və Nümayəndə yataq mebeli - 2 kamod (200 manat), taxt (500 manat), güzgülü termo (400 manat), şifoner (800 manat). qonaq dəsti- divan, kreslo (500 manat), 1 stol, 6 stul (300 manat), qorka (1000 manat), televizor altlığı (200 manat), yazı stolu (200 manat), 1 televizor- “Hissense”- 800 manat, 1 soyuducu- “Nord”- 380 manat, 1 qaz sobası- 250 manat, 1 tozsoran- 70 manat, 1 ətçəkən- 50 manat, 1 çörək bişirən soba70 manat, 1 çörək bişirən-80 manat, 1 mikser-50 manat, 1 şirəçəkən-50 manat, 1 paltaryuyan-300 manat, 1 elektrikli çaydan- hədiyə-70 manat, 1 ütü- 30 manat, 1 qazan dəsti güllü-tefal-160 manat-1 tava, 3 qazan, 1 çaydançaynik, 1 qazan dəsti alüminium- 3 ədədli, 1 qazan tək termoz materiallı- 40 manat, 1 qazan dəsti termoz materiallı- 50 manat, 1 ədəd çaydan-çaynik dəst güllü- 50 manat, 1 ədəd çaydan-çaynik dəst dəmir- 40 manat, 1 termoz- çay dəsti-12 manat, 1 sarı çuqun ləyən- 1 vedrə çuqun, 1 bak sarı çuqun- 160 manat, 1 aşsüzən ayaqlı-10 manat, xonçalar- 2 ədəd- dəmir- 28 manat, 1 əlavə- qulplu- 30 manat, 1 ələk- 5 manat, 1 çamadan qaşıq dəst- 40 manat, 1 qutu qaşıq dəsti asılqan-100 manat, 3 paketdə-18 ədəd boşqab dəsti- 100 manat, 1 tort qabı dəsti- 25 manat, 3 qutu şirə bakalları-100 manat, 1 qutu kofe fincanı- 40 manat, 1 qutu qaşıq dəsti50 manat, 12 ədəd kasa- 40 manat, 60 ədəd boşqab balaca-18 manat, 1 qutu qapaq açmaq üçün dəst- 25 manat, 1 ləbləbi qabı böyük- 8 manat, 1 xırdalayıcı dəst qutu- 30 manat, 18 ədəd billur stəkan böyük- 3 paket- 60 manat, 12 ədəd armudu stəkan- 40 manat, 12 ədəd nəlbəki- madonna- 20 manat, 12 ədəd nəlbəki- armudu- 20 manat, 12 ədəd ağ xətli nəlbəki- 20 manat, 2 qutu mürəbbə nəlbəkisi- 12 manat, 2 ədəd salfet qabıgöy rəng-10 manat, 4 ədəd duz qabı- göy rəng-10 manat, 1 qutu çaydan-çaynik dəsti güllü- 40 manat, 2 göy ləbləbi qabı- balaca dəmir qulplu- 20 manat, 2 ədəd ağ ləbləbi qabı- balaca dəmir qulplu - 20 manat, 2 ədəd ləbləbi qabı- 3 mərtəbəli- 20 manat, 2 ədəd güldan-billur- 30 manat, 2 ədəd çörəkqabı- 5 manat, 1 ədəd meyvə qabı- billur- 30 manat, 2 ədəd meyvə qabı- güllü lepkalı- 50 manat, 2 ədəd qəndqabı- qapaqlı billur- 30 manat, 2 mürəbbə qabı- qapaqlı göy- 20 manat, 1 dondurma qabı- 6 balaca dəst- 30 manat, 1 çaydan (səsli)- 20 manat, 12 ədəd güllü stəkan- 50 manat, yemək dəsti- çay servizi, 3 bulud boşqab- 300 manat, 6 ədəd- xallı stəkan- 20 manat, 12 ədəd- bakal- qara ayaqlı- 50 manat, 6 ədədli bogema dəsti- lepkalı mavi- 30 manat, 6 ədəd bakal billur- 40 manat, 1 qutu dəst rumkalar zərli- 50 manat, 1 ədəd dəmir balaca ləyən- çuqun, 2 ədəd plastmas-10 manat, 1 ədəd ləyənçə qapaqlı dəmir-10 manat, 1 saat balaca- 40 manat, 3 lüstr-150 manat, 1 ədəd yorğan- sintifon- 60 manat, 7 ədyal- 1 taxt üstü, 2- tək kravat, 1- maxer, 3 ədyal tək, 1 sintifon yorğan, 1 dəst pakraval pərdəli- 3 sintifon balış- 250 manat, lüstr- 3 ədəd-150 manat, 3 xalça- 2 böyük-1 balaca- 300 manat, divan üstü ədyal- 30 manat, 1 qutu dəsmal- 4 ədədli- 50 manat, 3 stolüstü süfrə-150 manat, 3-4 qutu çay dəsmalı 100 manat, 4 ədəd can dəsmalı- 60 manat, 5 ədəd əl dəsmalı- 50 manat, 1 paket döşək üzü- təzə parça-100 manat, 3 döşək-1 taxt- 2 tək, 3 yorğan-1 taxt- 2 tək, 6 yastıq- 2 taxt- 4 böyük-150 manat, o cümlədən 50 qram komplekt dəsti-dəyəri 4000 manat, 4 qramlıq nişan üzüyü- dəyəri 320 manat, üzük- dəyəri 200 manat, üzük-dəyəri 200 manat, üzük dəyəri- 400 manat, yaxud olmayan əşyanın dəyəri, həmçinin dövlət rüsumuna görə 155,26 manatın cavabdehlər Cavabdeh2 və Nümayəndə müştərək qaydada alınaraq İddiaçı verilməsi cavabdehlər Cavabdeh2 və Nümayəndə müştərək qaydada alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh2 (nümayəndə Vəkil2) apellyasiya şikayəti verərək qətnamənin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İş materiallarında olan qızıl-zinət əşyalarının qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, 1 ədəd qarnitur 750 əyar, 2 karat-50 qram 6500 manat dəyərində, 1 ədəd nişan üzüyü 750 əyar, 0.70 karat-4 qram 650 manat dəyərində, 1 ədəd ağ qaşlı üzük 583 əyar–3.5 qram 315 manat dəyərində, 1 ədəd üzük 585 əyar–1.5 qram 135 manat dəyərində, saat və qolbaq 583 əyar - 16 qram 1400 manat dəyərində, cəmi 9000 manat dəyərindədir. İş materiallarında olan təqdim olunmuş fotoşəkillərdən və diskdən görünür ki, toy mərasimlərində İddiaçı qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Toy mərasimində olan fotoşəkillər tərəflərin iştirakı ilə tədqiq edilmiş, cavabdeh Nümayəndə boyunbağı, qolbağı, üzük və sırğa dəstinin, o cümlədən nişan üzüyünün hədiyyə olunmuş qızıllar olmasını təsdiq etmiş, digər qızıllardan məlumatı olmadığını bildirmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-411/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/7447 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 750 əyarlı, 2 karat 1 ədəd qarnitur (boyunbağı, sırğa, qolbaq) -50 qram; 750 əyarlı, 0,7 karat nişan üzüyü-4 qram, 583 əyarlı ağ qaşlı üzük-3,5 qram; 585 əyarlı üzük- 1,5 qram; 583 əyarlı saat və qolbaq-16 qram qızıl-zinət əşyalarının dəyəri, cəmi 1575 manat təşkil edir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmə iclasında qızılzinət əşyalarının həmişə və hazırda da, məhz cavabdehin anasında, yəni digər cavabdehdə olmasını bildirərək həmin qızıllarının Cavabdeh2 olmamasını etiraf etmişdir. Sözügedən bu hal, yəni qızıl-zinət əşyalarının Cavabdeh2 olmamasına dəlalət etdiyindən məhkəmə tərəfindən həmin qızıl-zinət əşyalarının cavabdehdən tutulması qənaətinə gəlinməsi əsassız olmuşdur. Bundan başqa, iddiaçı tərəf sübut etməli idi ki, 2020-ci ilin fevral ayında əşyalarının bir hissəsini apardığı zaman hansı səbəbdən qızıl-zinət əşyalarını aparmamışdır. Bundan başqa, iddiaçı məhkəmə iclasında sübut növündə qızılzinət əşyalarının qiymətləndirilməsi barədə rəy təqdim etmişdir ki, bu hal məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Birinci instansiya məhkəməsi qızıl-zinət əşyalarına münasibətdə qətnaməsi əsaslandırarkən maddi hüquq normalarının tətbiqində yalnışlığa yol vermiş mötəbər sübut təqdim edilmədən iddiaçının iddia tələbinin əsası kimi çıxış edərək qızıl komplektin dəyərini 4000 manat, üzükləri isə əsassız olaraq 200 manat kimi qiymətləndirmişdir. Halbuki, cavabdehin nümayəndəsi qismində anası məhkəmədə izahat verərkən qızılın 12-13 il öncə alınmasını bildirmiş, türk qızılı olmasını və dəyərinin boyunbağı, 300, qolbaq 170, sırğa 120, nişan üzüyünün isə 250 manata alınmasını, bunların da cəminin 840 manat civarında olmasını qeyd etmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı və cavabdeh ayrı mənzildə, onların qaynanası isə tamamilə başqa mənzildə yaşayırlar. İddiaçı cavabdehlə aralarında nikah pozulduqdan sonra dəfələrlə həmin mənzilə gəlmiş, orada qalmış və qayıtmışdır. Bundan əlavə, tərəflər arasında olan nikah 2010-cu ildə bağlanmış, 2019-cu ilədək birgə təssərüfat aparılmış 2 övladları olmuş, lakin iddiaçı iddia tələbində cehiz əşyalarının tamamını tələb edir. Belə çıxır ki, keçən 9 il ərzində iddiaçı iddia tələbində qeyd etdiyi cehiz əmlakdan istifadə etməmiş, həmin cehizəmlakdan heç qırılan, sınan, itən olmamışdır. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Vəkil2 izahatında bildirmişdir ki, özü birinci instansiya məhkəməsi zamanı iştirak etməmişdir. İddiaçı və cavabdeh Natiqin nikahları 2019-cu ildə pozulmuşdur. 2020-ci ilin fevral ayında iddiaçı özüylə gedərkən əşyalarının bir hissəsini özüylə aparmışdır. Lakin həmin əşyaların nədən ibarət olmasını bilmirlər. Onların yaşadıqları ev 2 otaqlı olmuşdur. Cavabdeh Vaqiyyə iddiaçının qayınanası olmaqla ayrı evdə yaşamışdır. İddiaçı 2023-cü ildə iddia qaldırmış, cehiz əmlakın həm özünü, həm dəyərini tələb etmişdir. İddia ərizəsinə nəzər saldıqda həmin əmlakların dəyərinin şişirdilmiş qiymət olduğu müəyyən edilir. İddiaçı cavabdehlə ayrılmazdan öncə də, evdən getmişdir. İddiaçı evdən getmə səbəbi kimi cavabdeh Natiqin onu döyməsini qeyd edir, lakin məhkəmənin diqqətinə çatdırır ki, cavabdeh Natiq özü 2-ci qrup əlildir və epilepsiya xəstəsidir. Elə bir vəziyyətdə olan adamın iddiaçını necə döyə bilməsi sual doğurur. İddiaçı qeyd edilən halı iddia edirsə, sübutetmə yükü onun üzərinə düşür və qeyd etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. İddiaçının yaşadığı evdən onun 2017-ci ildə öz xətti ilə yazılmış xatirə dəftəri tapılmışdır. Həmin xatirə dəftərində o, başqa bir şəxslə bir-birini sevdiklərini və sair qeydlər aparmışdır. Buradan müəyyən edilir ki, iddiaçının evdən getməsi ilə bağlı səbəbləri olmuşdur. İddiaçı boşandıqdan sonra özünə məxsus cehizi yığıb aparmışdır. Buradan sual yaranır: Necə olur ki, iddiaçı evə gələrək əşyalarını götürür, lakin qızıllar evdə qalır? Yox əgər qızıllar qayınanasındadırsa, onda niyə həmin qızılları keçmiş ərindən istəyir? Qeyd edir ki, birinci instansiya məhkəməsi zamanı əşyalar natamam qeyd edilmişdir. Əşyalardan cehiz olanları, cehiz olmayanları da var. İddianın təmin olunmuş hissədə tam ləğv edilməsini xahiş edirlər. İş materiallarına nəzər saldıqda müəyyən edilir ki, rəy tərtib etmiş şəxsin hansı səlahiyyətlə rəy verməsi qeyri-müəyyəndir. Olmayan qızıl-zinət əşyaları ilə bağlı necə rəy tərtib etmək olar? Onlar da müvafiq rəy almışlar və qiymətlər 2010-cu ilə uyğun müəyyən edilmişdir. İş üzrə əvvəlcə ekspertiza müəyyən edilməli, sonra işə baxılmalıdır. İddiaçı maneəsiz şəkildə cehiz əmlaklarını özüylə aparıbsa, deməli qızılların evdə qalması absurd görünür. Yox əgər qızıllar evdə qalmışdırsa, niyə 2020-ci ildə yox, 2023-cü ildə iddia qaldırmışdır? Əvvəlki məhkəmə iclasında cavabdeh Nümayəndə məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçı onun keçmiş gəlinidir. Qızıllar həmişə iddiaçının özündə olmuşdur. İş üzrə ekspertiza keçirilməsinə etirazı yoxdur. Hazırkı məhkəmə iclasında bildirmişdir ki, qızıl-zinət əşyalarının içərisində 50 qramlıq qızıl olmamışdır. Heç bir gəlin öz qızıllarını qaynanasına verməz. İddiaçı ”qızıllarımı qaynanama vermişəm” deməklə yalan danışır. Boyunbağının qiyməti 300 manat, qolbağın qiyməti 170 manat, sırğanın qiyməti isə 120 manat, nişan üzüyünün qiyməti isə 250 manat təşkil etmişdir. Həmin qızılları iddiaçı və cavabdeh evlənməmişdən öncə almışdı. Əvvəlki məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, Natiq keçmiş əri, Vaqiyyə isə həm keçmiş qayınanası və həm də doğma bibisidir. Qızıllar həmişə qaynanasında olmuşdur. Onu ümumiyyətlə toylara aparmırdılar. Sonuncu dəfə 2018-ci ildə toya gedən zamanı qayınanası qızılları çıxararaq ona taxmağa vermiş, toydan sonra təkrar geri götürmüşdür. 26 avqust 2019-cu il tarixdə yaşadığı evdən əri və baldızları tərəfindən döyülərək qovulmuş, bu səbəbdən evdən getmişdir. Faktla bağlı Masallı rayon polis şöbəsinin keçmiş əməkdaşı Elman Əliyevə ərizə ilə müraciət etmiş, iş üzrə müvafiq araşdırma aparılmışdır. Natiqin epilepsiya olduğunu heç vaxt görməmiş və evli olduqları zaman Natiq aylarla ölkəni tərk etmiş, Rusiya Federasiyasına işləməyə getmişdir. Evdən döyülərən qovulduğu üçün ona məxsus əmlakın heç birini götürmüməmiş, evdən təkcə ayaqqabı ilə çıxmışdır. Evdən çıxdıqdan sonra 1 dəfə evə gedərək uşaqların paltarlarını götürmüşdür. Məhkəməyə gec müraciət etməsinin səbəbi həmin dövrlər yaranmış mövcud pandemiya şəraiti idi. Hazırkı məhkəmə iclasında bildirmişdir ki, yaşadıqları fərdi evlər arasında hasar mövcud olmamışdır. Qolbaq, sep, sırğa komplektə aid qızıl zinət-əşyaları idi. Ev bir mərtəbəli ev olmuşdur. Qızıl-zinət əşyalarının oğurlanmaması üçün Nümayəndə ondan alıb özündə saxlamışdır. Qızıl-zinət əşyalarını nadir hallarda istifadə etməyi üçün verir, istifadə etdikdən sonra isə Nümayəndə özünə qaytarırdı. Onu sonuncu dəfə evdən döyərək qovmuşlar. 30 avqust 2019-cu ildə Sumqayıtda yerləşən tibb müəssisələrindən birinin Travmatologiya şöbəsində analiz vermişdir. Övladlarının sənədlərini ona qaytarmamışlar. İddiaçı da bu səbəbə görə həmin sənədləri yenidən çıxarmışdır. Bir daha qeyd edir ki, qızıl-zinət əşyaları və ali təhsil haqqında diplomu qaynanasında qalmışdır. Ccavabdeh Nümayəndə digər Cavabdeh2 məhkəmə iclasında iştirakına həmişə mane olmuşdur. Cavabdehin vəkili Vəkil2 məhkəmə iclasında bildirmişdir ki, ekspertin rəyində müəyyən anlaşılmazlıq mövcuddur. Ekspert rəyində əksini tapmış 4000 manat məbləğlə bağlı razı deyildir. Cavabdeh övladlarını 2018-ci ildə atıb getmişdir. Bu gedişlə sonra qayıdıb və yenidən getmişdir. Cavabdeh2 2-ci qrup əlildir. İddiaçı qızıl-zinət əşyalarını həm ərindən, həm də cavabdeh Nümayəndə tələb edir. Bununla bağlı sübut qismində videogörüntülər də tələb edə bilər. İddiaçı nikah dövründə əri ilə ayrı evdə yaşamışdır. Cavabdeh isə onlarla birlikdə yox öz evində yaşamışdır. Ona görə də, iddiaçının qızıl-zinət əşyalarını cavabdehin eyni zamanda Nümayəndə tələb etməsi ağlabatan deyildir. İddiaçının bütün əşyaları cavabdehin yanında olmuşsa, niyə məhz qızıl-zinət əşyalarını cavabdehdən tələb edir. İddiaçı və cavabdeh ayrı-ayrı evlərdə yaşayırlar. Hazırkı qətnaməni ancaq qızıl-zinət əşyalarının onlardan tutulması hissəsində mübahisələndirirlər. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Masallı Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(050)-1133/2023 saylı qətnaməsi qismən ləğv edilərək həmin hissədə iddia qismən təmin edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə tam yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb edə bilər. Bu normadan göründüyü kimi, qızıl-zinət əşyalarının qaytarılması üçün göstərilən 3 hal sübut olunmalıdır: 1) əşyaların mövcud olması; 2) əşyaların iddiaçıya məxsus olması; 3) əşyaların cavabdehlərin sahibliyində olması. MM-in 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi aldığı əmlak onun mülkiyyətidir. MM-in 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Buna görə də, Masallı Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(050)- 1133/2023 saylı qətnaməsi qismən - 4 qramlıq nişan üzüyü- dəyəri 320 manat, üzükdəyəri 200 manat, üzük-dəyəri 200 manat, üzük dəyəri- 400 manat, yaxud olmayan əşyanın dəyəri cavabdehlər Cavabdeh2 və Nümayəndə müştərək qaydada alınaraq İddiaçı verilməsinin təmin edilməsi hissədə ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilərək cavabdeh Nümayəndə 50 qram komplekt dəsti - dəyəri 4000 manat, 1 ədəd 4 qram nişan üzüyü - dəyəri 320 manat, 1 ədəd 1,5 qram üzük - dəyəri 135 manat, 1 ədəd üzük - dəyəri 200 manat yaxud olmayan əşyaların dəyəri tutularaq İddiaçı verilməlidir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçı ərizəsində mübahisəli qızıl-zinət əşyalarının cavabdeh Nümayəndə olmsaını bildirməsinə baxmayaraq birinci instansiya məhkəməsi hər iki cavabdehdən tutmuş və onun Cavabdeh2 qalmasını əsaslandırmamışdır. İddiaçı cavabdehlərin evindən əri və baldızları tərəfindən 26 avqust 2019-cu il tarixdə döyülərək qovulmasını və həmin faktla bağlı Masallı rayon polis şöbəsində araşdırma aparılmasını bildirmiş, habelə işdən görünür ki, İddiaçı 30 avqust 2019-cu ildə Sumqayıt Təcili Tibbi Yardım xəstəxanasında müayinədən keçmiş və sağlamlığında pozuntular aşkar edilmişdir. Beləliklə, kollegiya hesab çatdırır ki, cavabdeh Nümayəndə İddiaçı tərəfindən qızılzinət əşyalarının özü ilə aparılmasını sübut edə bilməmişdir. Bu baxımdan da, həmin əşyaların cavabdeh Nümayəndə qalması barədə qənaət doğru hesab edilməlidir. Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır ("F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli və N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarlar). Məhkəmə qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Habelə MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 385, 392, 393 və 402-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(050)-1133/2023 saylı qətnaməsi qismən - 4 qramlıq nişan üzüyü - dəyəri 320 manat, üzük - dəyəri 200 manat, üzük - dəyəri 200 manat, üzük dəyəri - 400 manat, yaxud olmayan əşyanın dəyəri cavabdehlər Cavabdeh2 və Nümayəndə müştərək qaydada alınaraq İddiaçı verilməsinin təmin edilməsi hissədə ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh Nümayəndə 50 qram komplekt dəsti - dəyəri 4000 manat, 1 ədəd 4 qram nişan üzüyü - dəyəri 320 manat, 1 ədəd 1,5 qram üzük - dəyəri 135 manat, 1 ədəd üzük dəyəri 200 manat yaxud olmayan əşyaların dəyəri tutularaq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar