Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-415/2024 28.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən gediş-gəliş yolunun açılması, dəmir hasarın cavabdehin hesabına sökülməsi, maneələrin aradan qaldırılması, yola qeyriqanuni müdaxilənin qadağan edilməsi və torpaqdan çıxarılma tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-25/2023 saylı, 01 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən gedişgəliş üçün avtomobil yolunun açılması, dəmir hasarın onun hesabına sökülməsi, maneələrin aradan qaldırılması, yola qeyri-qanuni müdaxilənin qadağan edilməsi və torpaqdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-25/2023 saylı, 01 iyun 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ramiz Nurullayev) iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı evinə gediş-gəliş üçün avtomobil yolunun açılması, dəmir məftilin onun hesabına sökülməsi, maneənin aradan qaldırılması, yola qeyri-qanuni müdaxilənin qadağan edilməsi və avtomobil yoluna aid torpaqdan çıxarılması, Cavabdeh iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat, mütəxəssis rəyi alınmaqdan ötrü ödənilmiş 95 manat pulun alınaraq İddiaçı verilməsi, iş üzrə ekspertiza dəyərini təşkil edən 50 manatın Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-25/2023 saylı, 01 iyun 2023-cü il tarixli qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2024-cü il tarixli, 2(106)-415/2024 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilməklə icraata qəbul edilmiş, işə apellyasiya qaydasında baxılması 28 fevral 2024-cü il tarixə, saat 11:30a təyin edilmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh yazılı qaydada ərizə təqdim edərək bildirmişdir ki, o, Beyləqan Rayon Məhkəməsinin 2(020)-25/2023 saylı, 01 iyun 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. O, hazırda apellyasiya şikayətindən imtina edir və xahiş edir ki, şikayətinin baxılmasına xitam verilsin. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı ərizədən görünür ki, o, apellyasiya şikayətindən imtina edir və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətindən imtinasının dəlillərini iş materialları üzrə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, onun Beyləqan Rayon Məhkəməsinin 2(020)-25/2023 saylı, 01 iyun 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinin tələblərinə uyğun olduğundan qəbul edilməli, həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. MPM-in 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 369 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh Beyləqan Rayon Məhkəməsinin 2(020)-25/2023 saylı, 01 iyun 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-25/2023 saylı, 01 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-415/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-415/2024
28.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver