Məhkəmə qərarları › İş №2(106)-476/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-476/2023

30.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-476/2023 30.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 “cehiz və qızıl-zinət əmlakları” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Açar sözlər: cehiz və qızıl-zinət tələbi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X5, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, cavabdeh və Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iştirakı ilə açıq məhkəmə iclasında, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 “cehiz və qızıl-zinət əmlakları” tələbinə dair iddiası üzrə Masallı Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(050)-2618/2022 saylı qətnaməsindən (hakim H.Bəhmənov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 “cehiz və qızıl-zinət əmlakları” tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada cehiz əmlakları və ya onların dəyəri olan 9020 manat pul və ödənilmiş 69 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə el adəti qaydasında toy edərək ailə qurmuş, onun valideynlərinə məxsus Masallı rayonun Həsənli kəndində yerləşən evlərinə gəlin köçüşdür. Birgə yaşadıqları müddətdə 2 nəfər uşaqları olmuşdur. Gəlin köçərkən valideynləri tərəfindən hədiyyə olaraqcehiz əmlakı verilmiş, həmin əmlakları da cavabdehin yaşadığı evə yığmışdır. Cavabdeh1 ilə bir müddət mehriban yaşasalar da, sonradan narazılıqları olduğundan ayrılmışlar. Lakin ona məxsus cehiz əmlakları cavabdehin yaşadığı evdə qalmışdır. Həmin əmlaklar 1 ədəd mətbəx mebeli- 700 manat, 1 ədəd divan 2 kreslo- 600 manat, 1 ədəd taxt, 2 ədəd tumba, 1 ədəd kamot, 1 ədəd servant, 1 ədəd paltar şkafı- 3000 manat, 1 ədəd stol, 6 ədəd stul- 350 manat, 1 ədəd televizor altlığı-200 m, 1 ədədjurnalni stol- 150 manat, 1 ədəd kaşmir xalça- 250 manat, karniz- 150 manat, 1 ədəd pərdə yataq otağı, 1 ədəd mətbəx üçün pərdə- 200 manat, 1 ədəd tək kravat- 200 manat, 1 ədəd ədyal 80 manat, 1 ədəd sintifon yorğan- 120 manat, 1 ədəd taxt üstlüyü- 120 manat, 3 ədəd divan-kreslo üzlükləri- 100 manat, 3 ədəd yorğan- 120 manat, 2 ədəd döşək- 80 manat, 7 ədəd böyük balış, 3 taxt balışı- 140 manat, 2 dəst balış- 60 manat, 10 ədəd nalça- 150 manat, 1 ədəd naçnik- 30 manat, 1 ədəd paltar asılqanı- 40 manat, 1 ədəd ütü masası- 80 manat, 1 ədəd ayaqqabı polkası- 30 manat, 1 ədəd lüstur- 50 manat, 1 ədəd paltar səbəti- 15 manat, 1 ədəd teşt- 15 manat, 1 ədəd çuqun ləyən- 20 manat, 1 ədəd divar tablosu- 30 manat, 1 ədəd termos- 20 manat, 1 əd aşsüzən- 15 manat, 1 ədəd soğan çəkən- 30 manat, 1 ədəd elektrikli çaynik- 40 manat, 1 ədəd pletka 30 manat, 1 ədəd padnos nabor- 35 manat, 2 əd böyük padnos 30 manat, 1 ədəd çuqun vedrə- 20 manat, 1 ədəd dəmir vedrə 10 manat, 1 ədəd kalçuk vedrə-7 manat, 3 ədəd çörək qabı- 15 manat, 1 ədəd çörək taxtası- 10 manat, 1 ədəd böyük çaynik- 15 manat, 1 ədəd balaca çaynik- 10 manat, 2 ədəd külqabı- 15 manat, 1 ədəd ələk- 10 manat, 1 ədəd xalça şotkası- 5 manat, 3 ədəd çaynik altlığı- 10 manat, 3 ədəd salfetka qabı- 10 manat, 2 dəst meyvə bıçağı- 20 manat, 1 ədəd bıçaq keramika- 20 manat, 1 ədəd mətbəx bıçaq dəsti- 50 manat, 3 ədəd qənd, pesok, 3 çəkic qənd dəsti- 20 manat, 1 ədəd saat- 20 manat, 2 ədəd su qızıdıran- 10 manat, 1 ədəd pol silən- 15 manat, 1ədəd patalok silən- 20 manat, 1 ədəd künc güldanı güllərlə birlikdə- 45 manat, 1 ədəd DVD- 110 manat, 1 ədəd rakvi- 80 manat, 1 ədəd lampa- 8 manat, 36 ədəd armudu stəkan və nəlbəkisi- 40 manat, 24 ədəd böyük stəkan və nəlbəki- 30 manat, 24 ədəd qara boşqab- 30 manat, 1 dəst böyük qaşıq naboru mebel üçün- 40 manat, 1 ədəd kiçik qaşıq naboru- 30 manat, 2 ədəd böyük ləpə qabı- 60manat, 6 ədəd kasa- 15 manat, 2 dəst tort qabı- 40 manat, 6 ədəd sok stəkanı- 15 manat, 1 ədəd çuqunqab- 20 manat, 2 dəst çaşka naboru-60 manat, 1 ədəd zibil vedrəsi- 20 manat, 1 ədəd balıq təmizləyən- 5 manat, 1 ədəd suvenir güldan, 2 at, 1 bülbül əşya- 15 manat, 1 ədəd abedni dəsti- 30 manat, 1 ədəd kofeni dəsti- 30 manat, 1 ədəd çayni dəsti- 30 manat, 1 ədəd meyvə qabı, 1 xrustal, 1 sadə- 60 manat, 4 ədəd xrustal konfet qabı- 70 manat, 1 ədəd bogemama dəsti, 1 güldan, 1 meyvə və 2 konfet qabı- 50 manat, 4 ədəd bulud- 30 manat, 6 ədəd balaca ləpə qabı- 30 manat, 2 böyük kalçuk ləyən- 20 manat, 1 balaca kalçuk ləyən- 10 manat, 1 ədəd böyük, 1 ədəd orta qazan- 20 manat, 1 ədəd keramika böyük qazan- 60 manat, 6 əd duz qabı- 10 manat, 2 paçka paltar şpilkası- 5 manat, nabor nerjavika dəsti- 30 manat, 1 ədəd çuqun kastorka böyük- 30 manat, 36 ədəd boşqab dəsti- 100 manat, 1 ədəd soba- 80 manat, 1 ədəd balıq çevirən- 10 manat, 1 ədəd rəndə- 5 manat, 1 ədəd kartof kəsən- 5 manat, 3 ədəd tefal qazan-60 manat, ümumi 9020 manat dəyərində olan əmlaklardan ibarətdir. İddiaçı sonradan iddianın həcminin artırmış və ərizədə qeyd olunmuşdur ki, toy-nişan mərasimində cavabdehlər ona ümumi olaraq 2500 manat dəyərində üzük, sırğa, qolbağı, boyunbağı komplekti, nişan üzüyü, 1 ədəd üzük hədiyyə almışlar. Həmin qızlları toy gününün səhəri günü ondan almışlar. Cehiz və qızıl-zinət əşyalarını cavadehlərdən tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı iddia tələbini müdafiə edib, qətnamədə şərh olunanların məzmunu ilə oxşar məzmunda izahat verərək bildirmişdir ki, 2015-ci ilin sentyabr ayında Cavabdeh1 ilə ailə həyatı qurmuşdur. Gəlin köçərkən iddia ərizəsində adlarını qeyd etdiyi cehiz əmlakları valideynləri tərəfindən ona hədiyyə edilmiş və onlar hal-hazırda cavabdehlərin evindədir. Bundan başqa toy-nişan mərasimində cavabdehlər onu “Təzə Bazar” adlanan bazara aparmışlar, oradan komplekt üzük, sırğa, qolbağı və boyunbağı dəsti, nişan üzüyü alınmışlar. Onların həmin vaxt dəyəri 2500 manat hesablanmışdır. Bundan başqa “8 mart Qadınlar” günü münasibəti ilə üzük, elçi gələndə nazik boyunbağı,1 ədəd qaşsız üzük ona hədiyyə olunmuşdur. Toylarından az müddət sonra Vüsalla birlikdə Bakı şəhərinə getmişlər. Çünki Vüsal Bakı şəhərində işləyirdi və orada kirayə yaşamışlar. Bakı şəhərinə gedərkən qayınanası Şəlalənin təklifi ilə komplekt üzük, boyunbağı, qolbağı və sırğa dəstini yataq otaqlarında qoymuşdur. Hesab etmişlər ki, onlar gündəlik istifadə olunmur, itər və ya oğurlanar. Üzərində nişan üzüyü, nazik boyunbağı, 2 ədəd üzük olmuşdur. Toydan təqribən 9 ay sonra Masallı rayonuna gəlmişlər. Toya görə qızılları taxmaq istəmiş, həmin vaxt qızıllarının yerində olmadığını görmüş, soruşanda qayınatasıgil ehtiyaca görə satılmasını bildirmişlər. Bu barədə etiraz etsə də, ona əhəmiyyət verməmişlər. Sonradan nişan üzüyünü də Vüsal Bakıda satmış, özü üçün telefon almışdır. Vüsal nişan üzüyü satarkən, ona yenisini alacağını bildirmişdir. 27 dekabr 2020-ci ildə Vüsal atası evinə gəlmiş, evin kirayə pulunu verməmiş, 30 dekabr 2020-ci ildə isə özü də məcbur olub atası evinə gəlmişdir. Cavabdehin bu kimi hərəkətlərinə görə 2021-ci ilin sentyabr ayında nikahları pozulmuşdur. Qızıllarından iki üzük və bir sadə nazik boyunbağı özündədir. Digər satılmış qızıllarını və ya onların dəyərini tələb edir. Birinci instansiya məhkəməsində İddiaçı nümayəndəsi Nümayəndə İddiaçı ilə eyni məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 izahatında göstərmişdir ki, onlar 2020-ci ilin dekabr ayından ayrı yaşayırlar. Tələb olunan cehiz əşyalarından 1 ədəd yorğan, 1 ədəd ütü masası, 1 ədəd elektrik çaynik, 1 ədəd pletka, 2 ədəd böyük podnis, 1 ədəd dəmir vedrə, 1 ədəd çörək qabı, 1 ədəd böyük çaynik, 1 ədəd balaca çaynik, 1 ədəd ələk, 1 ədəd xalça şotkası, 2 ədəd çaynik altlığı, 1 ədəd salfetka qabı, 2 dəst meyvə bıçağı, 1 ədəd bıçaq keramika, 1 ədəd mətbəx bıçağı, 3 ədəd qənd, pesok, çəkic dəsti, 2 ədəd suqızdıran, 1 ədəd polsilən, 1 ədəd DVD, 24 ədəd böyük stəkan və nəlbəki, 1 dəst böyük qaşıq naboru, 1 ədəd kişik qaşıq naboru, 2 ədəd kasa, 1 ədəd çuqun qab, 2 dəst çaşka naboru, 2 ədəd xrustal konfet qabı, 2 ədəd balaca ləpə qabı, 1 ədəd böyük, 1 ədəd orta qazan, 2 paçka paltar şpilkası, nabor nerjavika dəsti, 1 ədəd çuqun kasturka, 16 ədəd boşqab dəsti, 1 ədəd duxovka, 1 ədəd kartofçəkən, 2 ədəd tefal qazan istisna olmaqla, digər cehiz əşyaları evlərindədir və onların götürülməsinə etirazları yoxdur. Qızıl-zinət tələbi ilə bağlı izahatında Cavabdeh1 bildirmişdir ki, tələb olunan qızıl-zinət əşyaları həqiqətən İddiaçı hədiyyə olunmuşdur. Lakin qızlların hamısını bir yerdə yaşayanda Qumrunun razılığı ilə satmışlar. Belə ki övladları olanda iş yerindən 450 manat borc almış, həmin borcunu ödəyə bilmədiyinə görə komplekt dəsti 500 manata satmış və borcunu ödəmişdir. Nişan üzüyünü də 200 manata satıb, yarı puluna telefon almış, qalan pulu isə Qumrunun müalicəsinə xərcləmişlər. Nişan üzüyünü sonradan almağa söz versə də, maddi imkanı olmadığına görə yenisini ala bilməmişdir. Komplekt dəst valideynləri tərəfindən satılmamışdır, birinci dəfə Bakı şəhərinə gedəndə qızıllar həqiqətən evdə qalmış, lakin sonradan Masallıya gəlib Bakıya qayıdanda Qumru bütün qızılları özü ilə aparmış və onun razılığı ilə Bakı şəhərində satmışdır. Göstərdiyi əsaslara görə iddianın qızıl-zinət tələbi hissəsinin rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 vəkili Vəkil onun eyni əsaslarla çıxış etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh3 izahatında göstərmişdir ki, 1 ədəd yorğan,1 ədəd ütü masası, 1 ədəd elektrik çaynik, 1 ədəd pletka, 2 ədəd böyük podnis, 1 ədəd dəmir vedrə, 1 ədəd çörək qabı, 1 ədəd böyük çaynik, 1 ədəd balaca çaynik, 1 ədəd ələk, 1 ədəd xalça şotkası, 2 ədəd çaynik altlığı, 1 ədəd salfetka qabı, 2 dəst meyvə bıçağı, 1 ədəd bıçaq keramika, 1 ədəd mətbəx bıçağı, 3 ədəd qənd, pesok, çəkic dəsti, 2 ədəd suqızdıran, 1 ədəd polsilən, 1 ədəd DVD, 24 ədəd böyük stəkan və nəlbəki, 1 dəst böyük qaşıq naboru, 1 ədəd kiçik qaşıq naboru, 2 ədəd kasa, 1 ədəd çuqun qab, 2 dəst çaşka naboru, 2 ədəd xrustal konfet qabı, 2 ədəd balaca ləpə qabı, 1 ədəd böyük, 1 ədəd orta qazan, 2 paçka paltar şpilkası, nabor nerjavika dəsti, 1 ədəd çuqun kasturka, 16 ədəd boşqab dəsti, 1 ədəd duxovka, 1 ədəd kartofçəkən, 2 ədəd tefal qazan istisna olmaqla, digər cehiz əşyaları evlərindədir və onların götütülməsinə etirazları yoxdur. Lakin qızılzinət əşyalarından məlumatı yoxdur. Onları qızıl satmamışlar. Qızıllar həmişə Qumrunun özündə olmuşdur, kirayə qalarkən də Bakı şəhərinə özü ilə aparmışdır və orada Vüsalla satmışlar. İddianın qızıl-zinət tələbi hissənin rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh2 da Cavabdeh3 ilə eyni məzmunda izahat verərək, qızıl komplekt dəstini 1150 manata 2015-ci almasını bildrimiş, qızıl-zinət tələbi hissəsində iddianın rədd olunmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(050)-2618/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, 1 ədəd mətbəx mebeli- 700 manat, 1 ədəd divan 2 kreslo- 600 manat, 1 ədəd taxt, 2 ədəd tumba, 1 ədəd kamot, 1 ədəd servant, 1 ədəd paltar şkafı- 3000 manat, 1 ədəd stol,6 ədəd stul- 350 m, 1 ədəd televizor altlığı-200 m, 1 ədəd jurnalni stol- 150 m, 1 ədəd kaşmir xalça- 250 m, karniz- 150 m, 1 ədəd pərdə yataq otağı, 1 ədəd mətbəx üçün pərdə- 200 m, 1 ədəd tək kravat- 200 m, 1 ədəd ədyal 80 m, 1 ədəd sintifon yorğan- 120 m, 1 ədəd taxt üstlüyü- 120 m, 3 ədəd divan-kreslo üzlükləri- 100 m, 2 ədəd yorğan- 120 m, 2 ədəd döşək- 80 m, 7 əd böyük balış, 3 taxt balışı- 140 m, 2 dəst balış- 60 m, 10 ədəd nalça- 150 m, 1 ədəd naçnik- 30 m, 1 ədəd paltar asılqanı- 40 m, 1 ədəd ayaqqabı polkası-30 m, 1 ədəd lüstur- 50 m, 1 ədəd paltar səbəti- 15 m, 1 ədəd teşt- 15 m, 1 ədəd çuqun ləyən- 20 m, 1 ədəd divar tablosu- 30 m, 1 ədəd termos- 20 m, 1 ədəd aşsüzən- 15 m, 1 ədəd soğan çəkən- 30 m, 1 ədəd padnos nabor- 35 m, 1 ədəd çuqun vedrə- 20 m, 1 ədəd kalçuk vedrə-7 m, 1 əd çörək qabı- 15 m, 1 ədəd çörək taxtası- 10 m, 2 ədədkülqabı- 15 m, 2 ədəd çaynik altlığı- 10 m, 2 ədəd salfetka qabı- 10 m, 1 ədəd saat- 20 m, 1 ədəd patalok silən- 20 m, 1 ədəd künc güldanı güllərlə birlikdə- 45 m, 1 ədəd rakvi- 80 m, 1 ədəd lampa- 8 m, 36 ədəd armudu stəkan və nəlbəkisi- 40 m, 24 ədəd qara boşqab- 30 m, 2 ədəd böyük ləpə qabı- 60 m, 2 dəst tort qabı- 40 m, 6 ədəd sok stəkanı- 15 m, 1 ədəd zibil vedrəsi- 20 m, 1 ədəd balıq təmizləyən- 5 m, 1 ədəd suvenir güldan, 2 at, 1 bülbül əşya- 15 m, 1 ədəd abedni dəsti- 30 m, 1 ədəd kofeni dəsti- 30 m, 1 ədəd çayni dəsti- 30 m, 1 ədəd meyvə qabı, 1 xrustal, 1 sadə- 60 m, 2 ədəd xrustal konfet qabı- 35 m, 1 ədəd bogemama dəsti, 1 güldan, 1 meyvə və 2 konfet qabı- 50 m, 4 ədəd bulud- 30 m, 4 ədəd balaca ləpə qabı- 30 m, 2 böyük kalçuk ləyən- 20 m, 1 balaca kalçuk ləyən- 10 m, 1 ədəd keramika böyük qazan- 60 m, 6 ədəd duz qabı- 10 m, 20 ədəd boşqab dəsti- 100m, 1 ədəd balıq çevirən- 10 m, 1 ədəd rəndə- 5 m, 1 ədəd tefal qazan-20 m dəyərindəolan laklardan ibarət cehiz əşyaları, o cümlədən 1150 manat dəyərində qolbağı, boyunbağı, üzük və sırğa komplekt dəsti və ya olmayan əmlakların dəyəri, ödənilmiş dövlət rüsumuna görə 113,78 manat cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada, həmçinin 200 manat dəyərində 3 qramlıq nişan üzüyü vəya dəyəri Cavabdeh1 alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və əsassız sayır və hesab edir ki, qətnamə ləğv olunmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş halları qismən qəbul etmir. Belə ki, məhkəmə qətnamə qəbul edərkən iddiaçı olaraq onun verdiyi iddia tələbini heçə sayaraq cavabdhlərin məhkəmə zalında vermiş olduqları izahatlarına əsaslanaraq qətnamə qəbul etmişdir. O, qətnamənin qızıl əşyalarının qiymətləri hissəsində və təmin edilməyən cehiz hissəsində qəbul etmir. Məhkəmə ümumiyyətlə onun verdiyi iddia tələbini araşdırmamışdır. İddia ərizəsini cavabdehlər veriblərmiş kimi işə yanaşaraq onların verdikləri etiraz ərizəsinə və izahatlarına əsaslanıb qətnamə qəbul etmişdir. Məhkəmə onun iddia tələbinə hüquqi qiymət verməməklə maddi hüquq normalarını pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, məhkəmə iddianı qızıl əşyaları hissəsində təmin edərkən onun tərəfindən təqdim edilən mütəxəssiz rəyini nəzərə almamış, cavabdehlərin mülahizəsinə əsasən özü qiymət müəyyən etmişdir. Cavabdeh tərəfindən zinət əşyalarının dəyəri mübahisələndirilməmiş, həmçinin onun təqdim etdiyi qiyməti inkar edəcək sübut təqdim etməmişdir. Onlar qızıl əşyalarının 1150 manat məbləğində qiymətləndirilməsi ilə razı deyil. Belə ki, həmin qızıl-zinət əşyaları 7 il bundan öncə alınmışdır. Həmin dövrdən indiyədək qızıl əşyalarının qiymətində kəskin artım olmuş, məhkəmədə bunu nəzərə almamışdır. Bundan başqa onun bəzi cehiz əşyaları da məhkəmə tərəfindən təmin olunmamışdır. Buna görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmədə cavabdeh və Cavabdeh1 nümayəndəsi Cavabdeh2 göstərmişdir ki, iddiaçıya məxsus olan məhkəmə qətnaməsində qət edilmiş bütün cehiz əşyaları hazırda evlərindədir. Lakin cavabdeh gəlib əşyalarını aparmır. Ola bilər ki, evdə iddiaçıya məxsus digər əşyaslar da olsun. Lakin iddiaçı əşyalarını gəlib aparmadığından bunları müəyyən edə bilmirlər. İddiaçı əşyalarını aparacağı halda əgər evdə başqa cehiz əşyalarının qalması müəyyən edilərsə həmin əşyaları da ona verəcəklər. Həmçinin qətnamədə təmin olunan qızıl-zinət əşyalarını da alıb iddiaçıya verməyə hazırdır. Göstərmişdir ki, həmin qızılları iddiaçı üçün 1150 manata almışlar. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddiasının tam təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin ; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir, 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir, 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır, 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir, 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki,onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir,həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir.Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır, 668.1.3-cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdiyi halda bağışlama etibarlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Masallı Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(050)-2618/2022 nömrəli qətnaməsi qızıl-zinət əşyasının dəyərinə münasibətdə dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş sənədlər: Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı 08 iyun 2016-cı ildə rəsmi nikaha girmişlər. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X2 31 may 2016-cı ildə, X3 25 iyun 2018-ci ildə doğulmuşlar. Uşaqların atası Cavabdeh1, anası İddiaçıdır. Masallı Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(050)-2090 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında olan nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş mütəxəssiz rəyindən görünür ki, 585 əyyarlı, 16 qram sep-kolyenin dəyəri 1300 manat, 585 əyyarlı 5 qram qolbağ-kolyenin dəyəri 400 manat, 585 əyyarlı 10 qram komplekt-kolyenin dəyəri 800 manat, 585 əyyarlı 3 qram nişan üzüyünün dəyəri 240 manat, 585 əyyarlı 4 qram üzüklər-müxtəlif dəyəri 320 manatdır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsaslı olmasa da, mübahisəli qızıl-zinət əşyalarınını dəyəri hissəsində dəyişdirilməsi üçün əsasdır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh tərəf məhkəmə araşdırması zamanı mübahisəli qızıl-zinət əşyalarının toy günü iddiaçıya verilməsini inkar etməmişdir. Göründüyü kimi iddiaçı iddia tələbinin əsası kimi, cavabdeh isə iddia tələbinə etirazının əsası kimi istinad etdikləri hallara dair izahat vermiş, həmçinin mövcud olan və təqdim edilməsi mümkün olan sübutlar məhkəməyə təqdim edilmişdir. Tərəflərə təklif olunsa da, təqdim olunanlardan əlavə məhkəməyə hər hansı bir sübut təqdim etmək imkanlarının olmadığını bildirmişlər. Birinci instansiya məhkəmə işin halları üzrə düzgün nəticəyə gəlsə də qətnamə üzrə təmin olunan qızıl-zinət əşyalarının qiymətinin müəyyən edərkən cavabdehin etirafını əsas götürməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı qızıl əşyalarının dəyəri barədə ən azından məhkəməyə mütəxəssiz rəyi təqdim etmiş, cavabdeh isə bunun əksini sübuta yetirəcək hər hansı dəlilini məhkəməyə tədim etməmişdir. Belə olan halda məhkəmə mütəxəssiz rəyini əsas götürə bilərdi. Çünki tərəflərin nikaha daxil olduqları vaxtdan hazırkı vaxtadək bazarda qızıl əşyalarının qiymətlərində əhəmiyyətli artım olmuşdur. Kollegiya hesab edir ki, qətnamə üzrə təmin olunan qızıl əşyalarını hazırkı vaxta 1350 manata alınması mümkün deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qızıl-zinət əşyalarının dəyəri onun izahatı ilə yanaşı digər mötəbər sübutlarla birgə qiymətləndirilməlidir. Bu baxımdan kollegiya belə qənaətə gəlir ki, qeyd olunan qızıl-zinətin dəyərinə münasibətdə mütəxəssiz rəyi daha mötəbər sübut kimi qəbul edilməlidir. Bu səbəbdən də işdə olan mütəxəssiz rəyində göstərilən qiymətlər nəzərə alınmaqla iddiaçıya məxsus olan iddia ərizəsində göstərilən 2500 manat dəyərində qolbağı, boyunbağı, üzük və sırğa komplekt dəsti (1300+400+800=2500), 240 manat dəyərində 3 qramlıq nişan üzüyü, həmin əşyalar olmadıqda onların dəyəri alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 389-cu maddəsinə görə, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyrimötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(050)- 2618/2022 nömrəli qətnaməsi mübahisəli qızıl-zinət əşyasının dəyərinə münasibətdə mütəxəssiz rəyi əsas götürülməklə dəyişdirilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə iddianın qiyməti 12 080 manat təşkil edir. Qətnamə isə 2702 manat hissədə mübahisələndirilmişdir. Bu isə 5000 manatdan az olduğundan iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz. Həmçinin cavabdehlər də qətnaməni apellyasiya qaydasında mübahisələndirmədiklərindən onlar tərəfindən də kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(050)-2618/2022 nömrəli qətnaməsi “qolbağ, boyunbağı, üzük və sırğa komplekt dəstindən ibarət komplekt dəstinin və 1 ədəd 3 qramlıq nişan üzüyünün” qiyməti hissəsində dəyişdirilsin. Masallı Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(050)-2618/2022 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməsi qət edilmiş “qolbağ, boyunbağı, üzük və sırğa komplekt dəstindən ibarət komplekt dəstinin dəyəri 2500 (iki min beş yüz) manat”, Cavabdeh1 alınaraq İddiaçı verilməsi qət edilmiş “1 ədəd 3 qramlıq nişan üzüyünün dəyəri 240 (iki yüz qırx) manat” müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar