Məhkəmə qərarları › İş №2(106)-490/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-490/2023

10.05.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-490/2023 10.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X30 və X11 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçı, eyni zamanda digər iddiaçı Nümayəndəsi, həmçinin iş materiallarına barləşdirilmiş digər mülki iş üzrə sıradan çıxmış tərəfin hüquqi varisi İddiaçı, birləşdirilmiş mülki iş üzrə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan digər şəxs Maraqlı şəxs iştirakları ilə, birgə iddiaçılar İddiaçı və Nümayəndə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Ofisinə və X25 qarşı "daşınmaz əmlakın (torpaq sahəsinin və fərdi yaşayış evinin) alqı-satqı müqaviləsinin eitbarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(049)-320/2022 saylı qətnaməsindən (hakim M.İsayev) iddiaçılar İddiaçı və Nümayəndə tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə, iş materialına birləşdirilmiş digər mülki iş üzrə birgə iddiaçılar X27 (hüquqi varisi X12r) və Nümayəndə cavabdehlər Cavabdeh3 və X25 qarşı "evin alqı-satqı müqaviləsinin eitbarsız sayılması" tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(049)-448/2021 saylı qətnaməsindən (hakim T.Məmmədov) iddiaçı Nümayəndə, eyni zamanda sıradan çıxmış digər iddiaçı X15 hüquqi varisi İddiaçı, həmçinin işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan digər şəxs Maraqlı şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birgə iddiaçılar İddiaçı və Nümayəndə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Ofisinə və X25 qarşı "daşınmaz əmlakın (torpaq sahəsinin və fərdi yaşayış evinin) alqı-satqı müqaviləsinin eitbarsız hesab edilməsi" tələbinə dair işin halları: Birgə iddiaçılar İddiaçı və Nümayəndə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Ofisinə və X25 qarşı "daşınmaz əmlakın (torpaq sahəsinin və fərdi yaşayış evinin) alqı-satqı müqaviləsinin eitbarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsinin üzərində yerləşən və ümumi sahəsi 221.1 kv.metr olan fərdi yaşayış evi barəsində 26 aprel 2019-cu il tarixdə Lənkəran rayonu 1 saylı notariat ofisində bağlanılmış AN-İ №-0773959 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan iddiaçılar tələblərini dəqiqləşdirib, daha sonra isə həcmini artıraraq ünvan 2 ünvanında 0.05 ha torpaq sahəsinin üzərində yerləşən və ümumi sahəsi 221.1 kv.metr olan fərdi yaşayış evi barəsində 26 aprel 2019-cu il tarixdə Lənkəran rayonu 1 saylı notariat ofisində bağlanılmış AN-İ №-0773959 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin fərdi yaşayış evində talanandək olmuş və siyahısı təqdim edilmiş əşyaların, yaxud onların dəyəri qismində 64472 (altmış dörd min dörd yüz yetmiş iki) manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, 2021-ci ildə onlara məlum olmuşdur ki, 20 noyabr 2020-ci il tarixdə vəfat etmiş mərhum anaları X27 vəfat etməzdən əvvəl 2019-cu ilin aprel ayında özünün uzun sürən xəstəliyinin müalicəsindən, həmçinin bankda olan və gecikən kredit borcunu bağlamaqdan ötrü pul lazım olduğundan, həmin vaxtlarda Lənkəran rayonunda fəaliyyət göstərən "xxxx" ASC-nin Lənkəran filialına yaxınlaşmışdır. Orada onu həmin filialın məsul işçisi Cavabdeh1 qəbul etmiş və bir müddət onu dinlədikdən, ünvan 3 ünvanında 0.05 ha torpaq sahəsinin üzərində yerləşən və ümumi sahəsi 221.1 kv.metr olan fərdi yaşayış evinin olduğunu, həmin evi banka ipoteka qoymağa hazır olduğunu öyrəndikdən sonra, Səmayə Nəsirovaya bildirmişdir ki, hazırda bankın ona kredit vermək imkanı yoxdur, lakin onun Cavabdeh3 adlı qohumu heç bir problem olmadan istədiyi qədər məbləğdə pul borcu verməklə ona köməklik edə bilər. Anaları çətin maddi və mənəvi vəziyyətdə olması səbəbindən Cavabdeh1 bu təklifi ilə razılaşmış, sonra sonuncu qohumu kimi təqdim etdiyi X6 ilə Səmayə Nəsirovanı tanış etmişdir. Həmin söhbətlərdən yalnız üzün müddət keçdikdən sonra 2021-ci ildə tam təfsilatı ilə onlara məlum olmuşdur ki, vətəndaş Cavabdeh1 və onun qohumları hansı hiyləyə əl ataraq, anaları Səmayə Nəsirovanın və onun oğlu Nümayəndə etibarından sui-istifadə edərək, qanunsuş şəkildə onların külli miqdarda əmlakını mənimsəmişlər. Onların bu qanunsuz hərəkətləri anaları X15 qəfil beyin infarktı keçirməklə, ölümünə səbəb olmuşdur. Cavabdeh3 ilə görüşən anaları Səmayə Nəsirova uzun sürən xəstəliyinin müalicəsindən, həmçinin bankda olan və gecikən kredit borcunu bağlamaqdan ötrü pul lazım olduğunu bildirmişdir. Cavabdeh3 isə analarına sələm kimi 30000 manat pul verə biləcəyini bildirərək, həmin pul məbləğinin faizi qismində hər ay üçün 1200 manat ödənilməklə bir il və ya daha çox müddət ərzində əsas pul borcun faizləri ilə birlikdə qaytarılmalı olduğunu bildirmişdir. Faizli borc (kredit) vermək səlahiyyətində olmayan Cavabdeh3 anaları Səmayə Nəsirovadan tələb etmişdir ki, borc müqaviləsi bağlamaq əvəzinə, verəcəyi pul borcunun qaytarılmasının təminatı kimi girov qismində mülkiyyət hüququ ilə Səmayə Nəsirovaya məxsus olan, içindəki qızıl-zinət və digər qiymətli əşyaları ilə birlikdə ümumi dəyəri təxminən 300000 manat olan daşınmaz əmlakını, yəni, ünvan 3 ünvanında 0.05 ha torpaq sahəsinin üzərində yerləşən və ümumi sahəsi 221.1 kv.metr olan fərdi yaşayış evini müvəqqəti olaraq Cavabdeh3nm adna veriləcək etibarbamə vasitəsilə onun sərancamına versin. Lakin sonradan, yəni 2021-ci ildə məlum olmuşdur ki, Cavabdeh3 yaşlı, savadsız və həmin zaman ağır xəstəlikdən əziyyət çəkən, maddi sıxıntı içində olan Səmayə Nəsirovanı aldadaraq etibarnamə alacağı adı ilə notariusa aparıb (apazdırıb) orada Səmayə Nəsirovaya yalançı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ni imzalatdırmışdır. Bu məqsədlə alqı-satqı müqaviləsinin bağlanmasından bir gün əvvəl, yəni 25 aprel 2019-cu il tarixdə Cavabdeh3 hətta öz oğlu Cavabdeh2 Lənkəran rayonu 1 saylı notariat ofisində müvafiq etibarnamə vermiş və həmin Cavabdeh2 sabahısı günü - 26 aprel 2019-cu il tarixdə anası X27 ilə yalançı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ni Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X7 yanında bağlamışdır. Bundan sonra, 2019-cu ilin may ayından etibarən 2020-ci ilin yanvar ayınadək müddətdə, X15 həmin vaxt Rusiya Federasiyasında yaşayan lakin, ünvan 3 ünvaınndakı fərdi yaşayış evində daimi qeydiyyatda olan oğlu Nümayəndə aylıq faiz ödənişi qismində hər növbəti ay üçün 45450 Rus Rublu miqdarında, o zamankı valyuta məzənnəsinə əsasən 1200 (bir min iki yüz) manat pul vəsaitini “Zolotaya Korona" və "Wester Union” sürətli pul köçürmələri sistemləri vasitəsilə göndərmiş və Cavabdeh2 həmin məbləğləri mütamadi olaraq yerli bankdan götürmüşdür. Borcun əsas məbləğinin ödənilməsi isə bir ilin sonunda nəzərdə tutulurdu. Ümumilikdə 2019-cu ilin may ayından etibarən 2020-ci ilin yanvar aymadək müddətdə Nümayəndə tərəfindən Cavabdeh2 409050 (dörd yüz doqquz min əlli) Rus Rublu, o vaxtkı məzənnə ilə 10800 (on min səkkiz yüz) manat miqdarında pul vəsaiti göndərilmiş və Cavabdeh2 tərəfindən yerli bankdan götürülmüşdür. Lakin 2019-cu ilin sonlarında, 2020-ci ilin əvvəllərində "COVİD-19" pandemiyası səbəbindən Nümayəndə tərəfindən borc pul üzrə aylıq faiz məbləğlərinin ödənilməsində problem yaranmış və ödənişlər bir neçə ay yubanmışdır. Bunu görən Cavabdeh2 onlardan tələb etmişdir ki, ona birdəfəlik 50000 manat ödəsinlər. Sonra bu işə özünü onun atası kimi təqdim edən Hacıyev Bəşir adlı şəxs qarışaraq onlara demişdir ki, onların ağır vəziyyətini nəzərə alaraq əvvəlki ödənişlərdən əlavə onlardan 40000 manat alacaqdır. Həmin pulu isə onlara onun tanışı olan başqa şəxs faizli borc şəklində verə biləcək və anası bundan ötrü həmin şəxsin adına da müvafiq etibarnamə verməli olacaqdır. Beləliklə onların qohumu Cavabdeh3 yalnız etibarnamə olduğuna onları inandırmaqla, əslində Bəşir Hacıyev və Cavabdeh2 planlaşdırmışdılar ki, evi istədikləri adama sataraq böyük və qanunsuz qazanc əldə etsinlər. Həmin söhbətlərdən artıq çox müddət keçdikdən sonra, yalnız 2021-ci ildə artıq anaları Səmayə Nəsirova həmin şəxslərin qanunsuz hərəkətlərinə dözməyərək 2020-ci ilin noyabr ayında vəfat edəndən bir neçə ay sonra onlara məlum olmuşdur ki, Cavabdeh3 əvvəlcə onlarınm ünvan 3 ünvanında yerləşən evlərini içindəki qızıl zinət əşyaları və digər qiymətli əşyaları ilə birlikdə Səmayə Nəsirovaya imzalatdırılmaqla yalançı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"ni bağlaması yolu ilə öz adına mülk kimi keçirmiş, daha sonra isə 11 iyun 2020-ci il tarixdə özünün etibarnamə əsasında nümayəndəsi qismində çıxış edən vəkil Cavabdeh4 vasitəsilə başqa bir şəxsə satmışdır. Onlarda olan məlumata görə evlərinin içində olmuş qızıl-zinət və digər qiymətli əşyalarını isə Cavabdeh4 naməlum yerdə yerləşdirmişdir. Yalnız bir neçə aydan sonra 2020-ci ilin sonlarında öyrənə bilmişlər ki, içindəki qızıl-zinət və digər qiymətli əşyaları ilə birlikdə ən azından 300000 manat dəyərində olan evləri vətəndaş X25 təxminən 50000 manata satılmışdır. Beləliklə Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Hacıyev Bəşir oğlundan ibarət bir qrup şəxs, anaları X32 və Nümayəndə etibarlarından sui istifadə etməklə, borc müqaviləsini pərdələmək məqsədi ilə onun əvəzinə "müəyyən müddət üçün” yalançı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ni bağlamaqla, aylıq alaraq 1200 manat, 9 ay ərzində 10800 manat əlavə pul almaqla kifayətlənməyərək, ağına-bozuna baxmadan içindəki bahalı qızıl-zinət və digər əşyalarla birlikdə ümumi dəyəri 300000 manat olan evlərini tamamilə başqa şəxsə qanunsuz olaraq 50000 manata satmaqla və həmin pulu da mənimsəməklə, nəticə etibarı ilə 30000 manat qanunsuz qazanc əldə etmişlər, onlara isə ümumilikdə təxminən 280000 manat məbləğində maddi ziyan vurmuşlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçılar, onların vəkili olaraq nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsində üçüncü şəxs X33 iddianın əsassız olduğunu bildirib, rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, mübahisəli evi Cavabdeh3 almışdır. Noatariat qayda alqı-satqı etmiş, ona evlə bağlı hər hansı problemin olduğunu bildirilməmişdir. Evi alarkən ev boş olmuş, orada heç bir əmlak olmamışdır. Bundan başqa iddiaçılar X27 və Nümayəndə ona və Cavabdeh3 qarşı «evin alqı-satqı müqaviləsinin etibarsız sayılması» tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh3 ilə arasında bağlanmış ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 221.1 kv.metr olan fərdi yaşayış evinin 11 iyun 2020-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılmasını xahiş etmişlər. Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(049)-448/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və həmin şikayət Şirvan Apellyasiya Məhkəməsinin icraatındadır. Lənkəran Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(049)-320/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayəti və ona etirazın dəlilləri: Apellyasiya şikayətinin dəlilləri. Qətnamədən hir iki iddiaçı ayrı-ayrılıqda apellyasiya şikayəti verərək ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətləri iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, həmin torpaq sahəsinin və torpaq sahəsinin üzərində olan evin alqı-satqı məqsədi ilə deyil, borc müqabilində alınmış pulun qaytarılmasına təminat olaraq girov məqsədi ilə formal alqı-satqı müqaviləsi bağlanması, evdə olmuş qiymətli əşyaların talanması və kim tərəfindən hansı məqsədlərlə götürülməsi, eləcə də bank vasitəsi ilə beynəlxalq pul köçürmə sistemlərindən göndərilən pulun hansı məqsədlə heç bir qohumluq əlaqəsi olmayan şəxsə hər ay eyni məbləğdə göndərilməsi halları birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamış, həmin hallar tam, hərtərəfli və obyektiv olaraq qiymətləndirilməmişdir. Məhkəmə hazırki işə baxarkən qanunun normalarını pozaraq sözügedən alqı-satqı müqaviləsinin mərhum anaları X27 tərəfindən X3 almış olduğu 30000 manat pulun təminatı olaraq bağlanması halını və bu faktın mövcudluğunu təsdiq edən satıcı tərəfindən alıcının yaxın qohumu kimi özünü təqdim edən şəxsə hər ay mütəmadi olaraq xarici ölkədən pul göndərilməsi faktlarını, həmin alqı-satqı müqaviləsi bağlanandan sonra 24 aprel 2019-cu il tarixədək evin satıcıya tam təhvil verməsi öhdəliyinin götürülməsinə baxmayaraq, satıcının həmin yaşayış evini satdıqdan sonra evi alıcıya təhvil verməməsini nəzərə almamışdır. Bundan başqa alqı-satqı müqaviləsində yalnız evin və evin yerləşdiyi torpaq sahəsinin satılması qeyd edilsədə, ev əşyaları ilə birlikdə cavabdehlər tərəfindən mənimsənilmiş və evdə olan qiymətli əşyaların oradan götürülməməsi, həmin halın evdə kirayədə qalan məhkəmə iclasında dindirilmiş şahidlərin də ifadələri ilə təsdiqini tapmasına baxmayaraq, məhkəmə tərəfindən bütün bu hallar araşdırılmamış, bu hallara mötəbər sübut kimi yanaşılmayaraq qanunsuz və əsassız nəticəyə gəlinmişdir. Bundan əlavə alqı satqı müqaviləsində alıcı satıcıya ödəməli olduğu 30000 (otuz min) manat pulu hansı bank hesabına qoyması və satıcının həmin pulu hesabdan götürüb-götürməməsi halları, eləcə də ilk alqı-satqı müqaviləsi üzrə alıcı olan Cavabdeh3 həmin əmlakı adına rəsmiləşdirəndən sonra iki il müddətində hər hansı bir təmir və ya bərpa işi aparmadan 50000 manata satması, həmin əmlakın ilkin alınan zaman dəyərindən qat-qat aşağı qiymətə, yəni ilkin alqı-satqı üzrə satıcı tərəfindən borc olaraq götürülmüş 30000 manata alınması faktı da həmin alqısatqının verilmiş borcun qarşılığında borc müqaviləsinin pərdələnməsi məqsədi ilə bağlanmasının bariz nümunəsi olmaqla həmin faktı təsdiq edir. Beləliklə işə baxan məhkəmə işin fatiki hallarını araşdırmamaqla düzgün olmayan nəticəyə gəlməklə həmin alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd olmasına baxmayaraq qanunvericiliyin tələbini işin halları üzrə deyil, hərfi mənada tətbiq etmiş və bununla da Konstitusiya Məhkəməsinin analoji iş üzrə qərarına istinad etməmiş və həmin qərarda göstərilən halları nəzərə almadan heç bir araşdırma aparmamışdır. Lənkəran Rayon Məhkəməsi iş materiallarında olan iddiaçı tərəfindən verilmiş sübutların həqiqiliyini yoxlamadan, mötəbər sübut növünə aid olmasına baxmayaraq həmin sübutları, bank köçürmələrini, şahid ifadələrini, evin və torpaq sahəsinin alınmasından sonra iki ildən az müddətə təkrarən iki qat baha qiymətə (həmin evin real bazar qiymətinə uyğun qiymətə) satılması ilkin alqı-satqı müqaviləsində göstərilən məbləğin formal olaraq qiymətləndirilməsinə dair sübutları, eləcə də alqı-satqı müqaviləsində göstərilən şərtlərin, yəni satıcının həmin evdə yaşamağa davam etməsi, evdə olan kirayədə yaşayan tələbələrin kiyadə qalmaqda davam etməsi, kirayə pulunu da evin yeni sahibinə deyil, satıcıya ödəmələri hallarını da sübut kimi qiymətləndirməmişdir. İş materialına birləşdirilmiş digər mülki iş üzrə birgə iddiaçılar X27 (hüquqi varisi X12r) və Nümayəndə cavabdehlər Cavabdeh3 və X25 qarşı "evin alqı-satqı müqaviləsinin eitbarsız sayılması" tələbinə dair işin halları: Birgə iddiaçılar X27 (hüquqi varisi X12r) və Nümayəndə cavabdehlər Cavabdeh3 və X25 qarşı "evin alqı-satqı müqaviləsinin eitbarsız sayılması" tələbinə dair iddia ərizəsi ilə 23 oktyabr 2020-ci ildə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, 11 iyun 2020-ci il tarixdə Cavabdeh3 ilə X33 arasında bağlanmış ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 221.1 kv.metr olan fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, Səmayə Nəsirova xəstəliyinə görə pul lazım olduğundan 2019-cu ildə gediş-gəliş etdiyi, yaxın münasibətdə olduğu Cavabdeh3 30000 (otuz min ) manat pul borc almış və bildirmişdir ki, həmin pulu bir il ərzində ona qaytaracaq. Bu danışıqdan sonra dəyəri 150000 manat olan evinə dair cavabdehə etibarnamə verərək, ondan isə 30000 (otuz min) manat pul alaraq Rusiya Federasiyası Dağıstan Respublikasının Xasayurd şəhərinə müalicə almağa getmişdir. Yaşadıqları yerdə borc aldığı pulla müalicə almış, Elşad isə işləyir, Mahirənin pulunu hissə-hissə göndərirdi. 2020-ci ilin mart ayında pandemiya olduğundan Elşad işləyib pulu Mahirəyə göndərə bilməmişdir. Bununla bağlı mahirə xanımla telefonla danışmışlar. Bu qısa müddət ərzində cavabdeh onlardan xəbərsiz evi əvvəlcə etibarnamə ilə oğluna, yəni Cavabdeh2 etibarnamə vermiş, sonra həmin etibarnamə ilə öz adına rəsmiləşdirmiş, daha sonra isə hal-hazırda sonuncu şəxsə, yəni X25 50000 (əlli min) manata, onun bütün əşyaları ilə satmışdır. Bundan da faciəlisi odur ki, evi bütün əşyaları ilə satmışdır, Nümayəndə həmin evdə qeydiyyatda olduğu halda, onun imzası olmadan Lənkəran şəhər 1 saylı notariat ofisi bu alqı-satqını həyata keçirmişdir. Evin qiyməti əslində 150000 manat olduğu təqdirdə, cavabdeh hansı haqla yeganə öz şəxsi mənafeyi naminə satmışdır. Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinə ərizə ilə müraciət etmiş və ona bəlli olmuşdur ki, cavabdeh etibarından sui-istifadə edərək evini özgəninkiləşdirmişdir. Həmin ev qısa müddət ərzində iki dəfə alqı-satqı olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində işin baxışı zamanı iddiaçılardan X27 20 noyabr 2020ci ildə ölərək sıradan çıxdığından hüquqi varisi kimi İddiaçı ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsində iddiaçı X15 hüquqi varisi və eyni zamanda digər iddiaçı Nümayəndəsi İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh X33 iddianı qəbul etməyərək, rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, Cavabdeh3 ev almışdır. Bilsə idi o evi almazdı. Çünki o, pul verib halal evini almışdır. Alqı-satqını notariat qaydada etmiş, ona evlə bağlı hər hansı problemin olduğu bildirilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(049)-448/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayəti və ona etirazın dəlilləri: Apellyasiya şikayətinin dəlilləri. Qətnamədən iddiaçı Nümayəndə, eyni zamanda sıradan çıxmış digər iddiaçı X15 hüquqi varisi İddiaçı birgə, həmçinin işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan digər şəxs Maraqlı şəxs ayrılıqda apellyasiya şikayətləri verərək ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişlər. İddiaçı Nümayəndə, eyni zamanda sıradan çıxmış digər iddiaçı X15 hüquqi varisi İddiaçı birgə apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğuna, işin faktiki halları ilə uyğunlaşmadığına görə ləğv edilməlidir. İşin faktiki halları ondan ibarətdir ki, anaları X27 uzun müddət ağır xəstəlikdən əziyyət çəkmiş və 20 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. X27 və Nümayəndə mübahisəli evdə, yəni ünvan 6 ünvanında yaşamışlar. Anaları xəstə olmaqla savadsız olmuş, yazı-pozu bilməmişdir. Nümayəndə isə Rusiya Federasiyasına işləmək üçün getmişdir. X27 xəstəlikdən müalicə olunmaq üçün tanışı Cavabdeh3 borc pul istəmiş, sonuncu ilə şifahi razılaşaraq qərara gəlmişlər ki, mülkiyyətində olan mübahisəli evi notariat orqanlarında girov qoymaqla borc pul müaqviləsi imzalansın. Lakin, Cavabdeh3 X1 və ağır xəstə olmasından sui istifadə edərək onu aldatmış, borc pul müqaviləsi bağlamaq əvəzinə, ondan etibarnamə almış və sonda mülkiyyətində olan mübahisəli evi özgəninkiləşdirilmişdir. X21 cəmi 30 min manat pul vermişdir. Halbuki evin dəyəri 150000 manatdır. Məhkəmədə bu barədə verdikləri izahatları təhrif edilmişdir. Bundan əlavə, analarının aldığı 30 min manat puldan xeyli məbləğdə borc pul Nümayəndə tərəfindən hələ analarının sağlığında Cavabdeh3 ödənilmişdir. Cavabdeh3 analarının ağır vəziyyətindən istifadə etmiş, eyni zamanda onların xəbəri olmadan qanunsuz olaraq satmışdır. İşə baxan məhkəmə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan mülki və mülki prosessual qanunvericiliyin tələblərini pozaraq, iddianın təmin edilməməsi barədə məlum qətnaməni çıxartmışdır. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan digər şəxs Maraqlı şəxs tərəfindən verilən apellyasiya şikayəti, birgə iddiaçılar İddiaçı və Nümayəndə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Ofisinə və X25 qarşı "daşınmaz əmlakın (torpaq sahəsinin və fərdi yaşayış evinin) alqı-satqı müqaviləsinin eitbarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Lənkəran rayonu 1 saylı Notariat ofisinin xüsusi notariusu X7 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 10 saylı Lənkəran Şəhər Ərazi İdarəsinin rəisinə ünvanlandırdığı 10 iyun 2021-ci il tarixli, 1455 saylı məktubda digər məsələlərlə bərabər, həmçinin göstərilmişdir ki, 20 noyabr 2020-ci il tarixdə vəfat etmiş X15 vərəsələrinin dairəsi müəyyən edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən İddiaçı, Nümayəndə, Novruzova (Novruzsoy) Təranə Ələkbər qızı, X17 miras qoyanın qanun üzrə vərəsələridir. Həmin dövrdə və hazırki vaxtda da, Rusiya Federasiyasında müvəqqəti yaşayır və COVİD-17 koronavirus xəstəliyinin yayılması səbəbindən baş verən pandemiya üzrə karantin tədbirləri ilə əlaqədar olaraq Azərbaycan Respublikasına qayıda bilmədiyindən, yuxarıda göstərilən məhkəmə işinin mahiyyəti, gedişatı və nəticələrindən zamanında məlumatı olmamışdır. Apellyasiya instansiya məhkəməsində icraat. Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə müvafiq olaraq mübahisənin tam hərtərəfli və obyektiv araşdırılması, qanuni və ədalətli həlli üçün yuxarıda qeyd mülki işlərə bir icraatda baxılması məqsədəmüvafiq hesab edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(106)-22/2023 saylı qərardadı əsasında birgə iddiaçılar X27 (hüquqi varisi X12r) və Nümayəndə cavabdehlər Cavabdeh3 və X25 qarşı "evin alqı-satqı müqaviləsinin eitbarsız sayılması" tələbinə dair 2(106)-22/2023 saylı mülki işlə, birgə iddiaçılar İddiaçı və Nümayəndə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Ofisinə və X25 qarşı "daşınmaz əmlakın (torpaq sahəsinin və fərdi yaşayış evinin) alqı-satqı müqaviləsinin eitbarsız hesab edilməsi" 2(106)-490/2023 saylı mülki iş bir icraatda birləşdirilmiş, mülki işin 2(106)-490/2023 nömrə altında məhkəmə baxışının davam etdirilməsi qərara alınmışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı, eyni zamanda digər iddiaçı Nümayəndəsi, həmçinin iş materiallarına barləşdirilmiş digər mülki iş üzrə sıradan çıxmış X15 hüquqi varisi İddiaçı hir iki mülki iş üzrə verilən apellyasiya şikayətlərini müdafiə edib, yuxarıda şərh olunan məzmunları ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, mübahisəli evi ikinci əldən alan X34 anasının uzaqdan qohumudur və onların problemlərindən məlumatlı olmuşdur. Hətta evi almağa baxmaq üçün gedərkən qonşular onun qabağını kəsmiş, evin başqa bir Səmayəyə aid olduğunu, bu evlə bağlı şikayətlərinin olduğunu bildirmişlər. Buna baxmayaraq Mayis Səfərov evi ucuz satılır deyə almaq niyyətindən vaz keçməmişdir. Alqı-satqıdan sonra qardaşı Elşad Mayislə telefonla danışmış, evin geri qaytarılmasını xahiş etmiş, əvəzində Mayis 70000 manat pul istəmişdir. Məhkəmədə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan digər şəxs Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Mahirə Orucova pandemiya şəraitində anası və qardaşının Rusiyadan gələ bilmədiklərindən istifadə edərək digər cavabdehlərlə birlikdə mübahisəli evi təcili satışa çıxarmış, evdəki əşyaları çıxartdıraraq evi boşaltdırmışdır. Hətta qonşular bildirirdilər ki, əşyaları evdən çölə çıxarıb kim istəyirsə, verirlərmiş. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər təkrarən məhkəmədə iştirak etməmişlər, bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda hər iki mülki iş üzrə çıxarılmış qətnamələri iddiaçılar apellyasiya qaydasında mübahisələndirərək ləğv olunmalarını xahiş etməklə qətnamələri tam mübahisələndirmişlər. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnamələrinin iddiaçılara münasibətdə, apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, birgə iddiaçılar İddiaçı və Nümayəndə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Ofisinə və X25 qarşı "daşınmaz əmlakın (torpaq sahəsinin və fərdi yaşayış evinin) alqı-satqı müqaviləsinin eitbarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(049)-320/2022 saylı qətnaməsindən iddiaçılar İddiaçı və Nümayəndə tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən əsaslı, birləşdirilmiş digər mülki iş üzrə birgə iddiaçılar X27 (hüquqi varisi X12r) və Nümayəndə cavabdehlər Cavabdeh3 və X25 qarşı "evin alqı-satqı müqaviləsinin eitbarsız sayılması" tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(049)-448/2021 saylı qətnaməsindən iddiaçı Nümayəndə, eyni zamanda sıradan çıxmış digər iddiaçı X15 hüquqi varisi İddiaçı, həmçinin işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan digər şəxs Maraqlı şəxs tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri isə tam əsaslı hesab edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə işin faktiki hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarını hər iki mülki iş üzrə səhf tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçıların və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan digər şəxsin apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində birgə iddiaçılar İddiaçı və Nümayəndə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Ofisinə və X25 qarşı "daşınmaz əmlakın (torpaq sahəsinin və fərdi yaşayış evinin) alqı-satqı müqaviləsinin eitbarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Yardımlı rayonunun Obun kəndində doğulmuşdur. 2018-ci ildə X13 qəbul olunması ilə əlaqədar olaraq Lənkəran şəhərində kirayə ev axtarmışdır. X15 otaq kiryə verdiyini bildikdən sonra, onun yaşadığı ünvan 3 ünvana getmiş və Səmayə xanımla onun evinin bir otağında kirayə qalması barədə razılığa gəlmişdir. 2018-ci ildən 2020-ci ilin mart ayına qədər orada qalmışdır. Onun qaldığı otaqda bir çarpayı döşəmədə xalça olmuşdur. Evin zalında isə kondinsoner, soyuducu, iri çil-çıraq, döşəmədə xalça, pəncərədə miz, divan, pəncərədə pərdə və jalüz, mətbəxdə künclük divan var idi. Xala qiymətli əşyalarını öz otağında, qab-qacağı isə evin mansarında saxlayırdı. Xalanın barmağında qədimi üzük, boynunda isə sep var idi. X27 vəfat edən zaman pandemiya əlaqədar orada yaşamamış, orada olan əmlakları kimlər apardığından məlumatı olmamışdır. Sonradan evin satılması ilə əlaqədar orada olan və özünə məxsus əmlakları aparmışdır. Məhkəmə iclasında həmin iş üzrə şahid qismində dindirilmiş X8 da, şahid X9 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Əvvəlki apellyasiya baxışında iştirak etmiş cavabdehlərdən Cavabdeh4 iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, iddiaçıların mərhum anası ona təcili pul lazım olduğu üçün evini girova qoyub pul götürmək istəyib. Sonra bankda işləyən Rüfət Mahirəyə bildirib ki, belə bir məsələ var. Pul təcili lazım olduğu üçün Mahirə pulu verməyi öhdəsinə götürüb və aralarına alqı-satqı həyata keçirilib. Alqı-satqı müqaviləsi bütün prosedurları keçib və qanunun tələbinə uyğun həyata keçirilib. Sonra mənzilin satılmasını Cavabdeh3 ona tapşıraraq, adına etibarnamə vermişdi. Mənzilin Mayis Şərifova satılmsı proseduru ilə tam tanışdır. Mahirə evi təcili satmaq istəyirdi. Həmin vaxt Mayis evi almaq üçün ona müraciət etmişdi və evə baxması üçün evin açarını vermişdi Mayisə. Həmin vaxt qonşular Mayisin qabağını kəsmiş və ona demişdilər ki, bu ev Səmayənin evidir. Həmin zaman bu mənzillə bağlı Mayisə problem olduğunu, evin əvvəlki sahibinin övladlarının bu evlə bağlı şikayətlər verdiyini, lakin problem yaranmayacağını bildirmişdir. Belə ki, Mayis evə gedəndə qonşular qabağını kəsdiyi üçün, Mayis ona zəng vuraraq məsələni soruşmuşdu. Mayisə izah etmişdi ki, müəyyən şikayətlər var, lakin problem yaranmayacaq. Lənkəran rayon 1 saylı notariat ofisinin Lənkəran Rayon Məhkəməsinin sorğusu əsasında təqdim olunmuş 26 aprel 2019-cu il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə notariat işinin təsdiq olunmuş surətindəki sənədlərdən müəyyən olunur (2(049)-448/2021 saylı iş 34-55-ci vərəqlər); Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15 noyabr 2018-ci ildə verilmiş **********62-10302 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 8 ünvanında yerləşən 0.05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 221.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında tam pay üzrə X15 mülkiyyətində olmuşdur, Lənkəran şəhər qeydiyyat şöbəsinin rəisi tərəfindən 24 aprel 2019-cu ildə verilmiş arayışa əsasən X15 31 yanvar 1981-ci ildən 24 aprel 2019-cu il tarixinədək nikahı haqında akt qeydi aşkar olunmamışdır. X22 ilə X27 arasında 27 noyabr 1973-cü ildə nikah rəsmiləşdirilmiş, həmin nikahın pozulması 31 yanvar 1981-ci ildə 07 saylı akt qeydi ilə Lənkəran rayon qeydiyyat şöbəsində qeydə alınmışdır, Cavabdeh3 tərəfindən 25 aprel 2019-cu ildə Cavabdeh2 verilmiş etibaraməyə əsasən, adına daşınmaz əmlak almaq, bəxşişi qəbul etmək, notariat ofisində alqı-satqı və ya bağışlama müqaviləsini imzalamaq, rüsumları ödəmək, notariusun depozit hesabına pul qoymaq, sənədləri DƏDRX-nə təqdim etmək, adından sənədləri imzalamaq, çıxarış və texniki pasportu almaq və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar lazım olan bütün hərəkətləri etmək sonuncuya etibar edilmişdir, X27 tərəfindən notariat ofisinə 26 aprel 2019-cu ildə verilmiş ərizəyə əsasən sonuncu Dövlət reyestrindən 15 noyabr 2018-ci ildə verilmiş **********62-10302 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsus olmaqla ünvan 8 ünvanında yerləşən evi və torpaq sahəsini satmaq istədiyini bildirərək, bununla bağlı real vaxt rejimində həmin əmlak üzərində qadağanın olub-olmaması barədə məlumatın daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsini xahiş etmişdir, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Ünvan Reyestrindən 24 aprel 2019-cu ildə verilmiş arayışa əsasən ünvan 8 ünvanı, keçmiş ünvan 9PŞ tərəfindən 07 may 2013-cü ildə verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 13605448 saylı şəxsiyyət vəsiqəsinə əsasən X10 olmaqla, Lənkəran şəhəri, V.Hüseynov küçəsi, ev 17 ünvanında qeydiyyatdadır, "Elektron notariat" X2 25 aprel 1019-cu il tarixli çıxarışa əsasən Lənkəran şəhəri, V.Hüseynov küçəsi, bina D1, Mənzil 17 parametrlərinə uyğun axtarış zamanı qeyd edilən ünvanda qeydiyyatda heç-bir şəxs aşkar edilməmişdir, 25 aprel 2019-cu il tarixli ödəniş qəbzinə əsasən Cavabdeh3 tərəfindən alqı-satqı müqaviləsi üzrə notariusun "Muğanbank" Lənkəran filialındakı depozit hesabına 30000 manat vəsait köçürülmüşdür, AN-İ № ******* saylı 26 aprel 2019-cu il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nə əsasən satıcı X27 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15 noyabr 2018-ci ildə verilmiş **********62-10302 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam pay üzrə xüsusi mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən 0.05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərindən inşa olunmuş 221.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evini 30000 manata sataraq alıcı Cavabdeh3 mülkiyyətinə vermişdir. Müqaviləni Cavabdeh3 əvəzindən etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 imzalamışdır. İş materiallarına əlavə edilmiş Lənkəran ŞRPŞ tərəfindən 15 avqust 2008-ci ildə verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Məmmədov X18 şəhəri, V.Hüseynov küçəsi, ev 17 ünvanında qeydiyyatdadır (2(049)-320/2022 saylı iş 1-ci cild 24-cü vərəq). İş materiallarına əlavə edilmiş Rusiya Federasiyası "xxxx" KB MMC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Dağıstan Respublikası Xasavyurt şəhərində yaşayan Nümayəndə müraciətinə 05 iyul 2021-ci il tarixdə verilən cavab məktubuna əsasən, sonuncu tərəfindən bankın Xasavyurt şəhərindəki əlavə filialının xəzinəsinə sonradan "Zolotaya Korona" və "Vestern Yunion" pul köçürmə sistemləri üzərindən köçürülmələrinin təmin edilməsindən ötrü 01 aprel 2019-cu ildən 15 noyabr 2019-cu il tarixinədək olan dövr üçün mədaxil orderləri barədə məlumatlar təqdim olunmuşdur (2(049)-320/2022 saylı iş 2-ci cild 3-22-ci vərəqlər); 20 may 2019-cu ildə Nümayəndə tərəfindən "Zolotaya Korona" pul köçürmə sistemi üzərindən köçürülməsi üçün 5353 rubl mədaxil olunub, 27 may 2019-cu ildə Nümayəndə tərəfindən "Zolotaya Korona" pul köçürmə sistemi üzərindən köçürülməsi üçün 12625 rubl mədaxil olunub, 01 iyul 2019-cu ildə Nümayəndə tərəfindən "Zolotaya Korona" pul köçürmə sistemi üzərindən köçürülməsi üçün 45450 rubl mədaxil olunub, 45000 rubl Cavabdeh2 göndərilib, 27 iyul 2019-cu ildə Nümayəndə tərəfindən "Zolotaya Korona" pul köçürmə sistemi üzərindən köçürülməsi üçün 5555 rubl mədaxil olunub, 01 avqust 2019-cu ildə Nümayəndə tərəfindən "Zolotaya Korona" pul köçürmə sistemi üzərindən köçürülməsi üçün 46460 rubl mədaxil olunub, 46000 rubl Cavabdeh2 göndərilib, 30 avqust 2019-cu ildə Nümayəndə tərəfindən "Zolotaya Korona" pul köçürmə sistemi üzərindən köçürülməsi üçün 47470 rubl mədaxil olunub, 01 oktyabr 2019-cu ildə Nümayəndə tərəfindən "Zolotaya Korona" pul köçürmə sistemi üzərindən köçürülməsi üçün 46460 rubl mədaxil olunub, 05 noyabr 2019-cu ildə Nümayəndə tərəfindən "Zolotaya Korona" pul köçürmə sistemi üzərindən köçürülməsi üçün 45450 rubl mədaxil olunub, 45000 rubl Cavabdeh2 göndərilib, 13 dekabr 2019-cu ildə Nümayəndə tərəfindən "Vestern Union" pul köçürmə sistemi üzərindən köçürülməsi üçün 35350 rubl mədaxil olunub, 35000 rubl Cavabdeh2 göndərilib, 16 dekabr 2019-cu ildə Nümayəndə tərəfindən "Vestern Union" pul köçürmə sistemi üzərindən köçürülməsi üçün 7500 rubl mədaxil olunub, 7500 rubl Cavabdeh2 göndərilib. İş materiallarına əlavə edilmiş AN-İ № ******* saylı 11 iyun 2020-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nə əsasən satıcı Cavabdeh3 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30 aprel 2019-cu ildə verilmiş **********62-10302 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam pay üzrə xüsusi mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən 0.05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 221.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evini 50000 manata sataraq alıcı X23 mülkiyyətinə vermişdir. Müqaviləni Cavabdeh3 əvəzindən etibarnamə üzrə nümayəndəsi Cavabdeh4 imzalamışdır (2(049)-448/2021 saylı iş 78-ci vərəq). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02 iyul 2020-ci ildə verilmiş **********62-10302 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 8 ünvanında yerləşən 0.05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 221.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi üzərində alıcı X23 tam pay üzrə xüsusi mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən 01 dekabr 202-ci il tarixdə verilən arayışdan görünür ki, X27 20 noyabr 2020-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 06 oktyabr 2021-ci il tarixli rəyindən görünür ki, ünvan 8 ünvanında yerləşən 0.05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 221.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin 2021-ci il vəziyyətinə orta bazar dəyəri 96700 manat, likvid dəyəri isə 90900 manat təşkil edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar, 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir, 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir, 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər, 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir, 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir, 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır, 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır, 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür, 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir, 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları). Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququ Konstitusiyanın 13 və 29-cu maddələrində təsbit edilmişdir. Mülkiyyət hüququ yalnız qanunvericilikdə nəzərdə tutulan hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu halında yaranır. Belə faktlardan biri kimi ikitərəfli əqd olan müqavilələr, o cümlədən alğı-satqı müqaviləsi çıxış edir. İşdən görünür ki, satıcı (mərhum) X27 ilə alıcı Cavabdeh3 arasında 26 aprel 2019-cu ildə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı tam pay üzrə xüsusi mülkiyyət hüququ əsasında özünə məxsus olmaqla ünvan 8 ünvanında yerləşən 0.05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 221.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evini 30000 manata sataraq, alıcının mülkiyyətinə vermişdir. Müqavilənin 11-ci bəndinə əsasən satıcı X27 26 aprel 2019-cu il tarixinədək daşınmaz əmlakı alıcı Cavabdeh3 faktiki sahibliyinə verməyi, 26 may 2019-cu il tarixinədək isə həmin ünvandan qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. X4 qanun üzrə vərəsələri İddiaçı və Nümayəndə qeyd olunan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun bütün hüquqi nticələrinin ləğv olunması tələbi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişlər. Tələb belə əsaslandırılmışdır ki, mərhum anaları həmin müqaviləni alqı-satqı niyyəti olmadan, alıcı qismində çıxış etmiş Cavabdeh3 borca almış olduğu 30000 manat pulun qaytarılmasının təminatı olaraq girov qoyulması düşüncəsi ilə bağlamışdır. Razılaşmaya əsasən borca verilmiş pul müqabilində hər ay 1200 manat faiz ödənilməli, sonda isə əsas borc qaytarılmalı idi. Səmayə Nəsirova pulu aldıqdan sonra xəstəliyinin müalicəsi üçün Rusiyanın Dağıstan Respublikasının Xasavyurt şəhərində yaşayan oğlu Nümayəndə yanına getmişdir. Bundan sonra, 2019-cu ilin may ayından etibarən 2020-ci ilin yanvar ayınadək müddətdə X15 həmin vaxt Rusiya Federasiyasında yaşayan lakin, ünvan 3 ünvaınndakı fərdi yaşayış evində daimi qeydiyyatda olan oğlu Nümayəndə aylıq faiz ödənişi qismində hər növbəti ay üçün 45450 rus rublu miqdarında, o zamankı valyuta məzənnəsinə əsasən 1200 (bir min iki yüz) manat pul vəsaitini “Zolotaya Korona" və "Wester Union” sürətli pul köçürmələri sistemləri vasitəsilə göndərmiş və borc verən Cavabdeh3 tapşırığı əsasında hərəkət edən vəkalətli nümayəndəsi Cavabdeh2 tərəfindən həmin məbləğlər mütamadi olaraq yerli bankdan götürmüşdür. Borcun əsas məbləğinin ödənilməsi isə bir ilin sonunda nəzərdə tutulurdu. Ümumilikdə 2019-cu ilin may ayından etibarən 2020-ci ilin yanvar ayınadək müddətdə Nümayəndə tərəfindən borclunun vəkalətli nümayəndəsi Cavabdeh2 409050 (dörd yüz doqquz min əlli) rus rublu, o vaxtkı məzənnə ilə 10800 (on min səkkiz yüz) manat miqdarında pul vəsaiti göndərilmiş və Cavabdeh2 tərəfindən yerli bankdan götürülmüşdür. Sonrakı mərhələlərdə isə "Covid-19" pandemiyasının yayılması səbəbilə Nümayəndə işləyib aylıq faizi göndərə bilməmiş, cavabdehlər isə sərhədlərin bağlı olmasından, hərəkət məhdudiyyətindən istifadə edərək mübahisəli fərdi yaşayış evini X25 50000 manata satmışlar, evdə olan əmlakları isə çıxararaq talamışlar. Məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Məlum olduğu kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz 337.1, 337.4 və 337.5, 3402-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). İş materiallarından mərhum Səmayə Nəsirovanın mübahisəli fərdi yaşayış evini satmaq niyyətinin olması, bununla bağlı elan verməsi, Bakı şəhərində qeydiyyatda olmaqla daimi əsaslarla yaşayan Cavabdeh3 isə Lənkəran şəhərindən ev almaq istəyinin olması, tərəflərin məhz ev alqı-satqısı ilə bağlı bir-birini tanımaları müəyyən olunmur. Qeyd olunan halların mövcudluğu tərəflərin həqiqi iradə ifadələrinin mübahisəli evin alqı-satqısına yönəlik deyil, Cavabdeh3 tərəfindən Səmayə Nəsirovaya faizlə borca verilən pulun təminatı olaraq evin girov predmeti kimi çıxış etməsinə yönəlik olmasının birbaşa sübutudur. Alqı-satqıdan sonra müqavilədə nəzərdə tutulduğu kimi 26 aprel 2019-cu ildə evin satıcı tərəfindən alıcının faktiki sahibliyinə verilməməsi, 26 may 2019-cu il tarixinədək isə həmin ünvandan qeydiyyatdan çıxmaması və bununla bağlı alıcı tərəfindən hər hansı bir tələbin irəli sürülməməsi, sonrakı mərhələlərdə 2019-cu ilin may ayından etibarən 2020-ci ilin yanvar ayınadək olan müddətdə satıcının oğlu tərəfindən faiz məbləği olaraq Rusiyadan "Zolotaya Korona" və "Vestern Union" pul köçürmə sistemləri üzərindən alıcının tapşırığı əsasında hərəkət edən vəkalətli nümayəndəsi Cavabdeh2 adına müxtəlif məbləğlərdə pul vəsaitlərinin göndərilməsi və sonuncu tərəfindən qəbul edilməsi, Nümayəndə tərəfindən pul göndərilməsinin dayandırıldığı 2021-ci ilin əvvəllərinədək tərəflər arasında hər-hansı bir mübahisənin yaranmaması, tərəflərin iradə ifadələrinin mübahisəli fərdi yaşayış evinin alqı-satqısına yönəlik olmamasının əlavə sübutlarıdır. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Kollegiya işin müəyyən olunan faktiki hallarını yuxarıda sadalanan qanunvericilik aktı normaları və Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında formalaşan hüquqi mövqe baxımından təhlil edərək belə nəticəyə gəlir ki, satıcı X27 ilə alıcı Cavabdeh3 arasında 26 aprel 2019-cu ildə bağlanmış "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" yalan əqd olmaqla, əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin, yəni alıcı olaraq Cavabdeh3 və satıcı olaraq Səmayə Nəsirovanın həqiqi iradə ifadələri əsas götürülməklə mübahisəyə hüquqi qiymət verilərək, tərəflər arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətlərinin olması müəyyən olunur. Apellyasiya şikayətinin dəlillərini mübahisəli fərdi yaşayış evində talanandək olmuş və siyahısı təqdim edilmiş əşyaların, yaxud onların dəyəri qismində 64472 (altmış dörd min dörd yüz yetmiş iki) manat pulun cavabdehlərdən tutulmasının təmin olunmaması hissədə tədqiq edən kollegiya hesab edir ki, həmin hissədə tələb olunan əşyaların mövcudluğuna dair sübutlar verilmədiyindən, talanmasında isə təqsirli şəxslər müəyyən olunmadığından, iddia həmin hissədə təmin oluna bilməz. Bununla yanaşı talanma faktına hüquqi qiymət verilməsindən ötrü xüsusi qərardad çıxarılaraq prokurora məlumat verilməlidir. Bütün yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək kollegiya hesab edir ki, birgə iddiaçılar İddiaçı və Nümayəndə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Ofisinə və X25 qarşı "daşınmaz əmlakın (torpaq sahəsinin və fərdi yaşayış evinin) alqı-satqı müqaviləsinin eitbarsız hesab edilməsi və maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(049)-320/2022 saylı qətnaməsindən iddiaçılar tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq yeni qətnamə qəbul edilməli, iddia qismən təmin olunaraq 26 aprel 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, iddia qalan hissədə təmin olunmamalıdır. İş materialına birləşdirilmiş digər mülki iş üzrə birgə iddiaçılar X27 (hüquqi varisi X12r) və Nümayəndə cavabdehlər Cavabdeh3 və X25 qarşı "evin alqı-satqı müqaviləsinin eitbarsız sayılması" tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(049)-448/2021 saylı qətnaməsindən iddiaçı Nümayəndə, eyni zamanda sıradan çıxmış digər iddiaçı X15 hüquqi varisi İddiaçı tərəfindən birgə, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan digər şəxs Maraqlı şəxs tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinin dəlillərinə mülki işin yuxarıda müəyyən olunan faktiki halları baxımından qiymət verən kollegiya hesab edir ki, X25 münasibətdə əqdin etibarsız hesab edilməsi məsələsində alıcı olaraq sonuncunun vicdanla hərəkət etməsi, hüquqdan sui-istifadə halına yol verib-verməməsi prizmasından yanaşılmalıdır. Belə ki, qeyd olunan hissədə işin müəyyən olunan faktiki halları ondan ibarət olmuşdur ki, alıcı kimi X33 mübahisəli evi almamışdan əvvəl problemli olduğunu bilmiş, konkret olaraq evə baxmağa gedərkən qonşular onun qabağını kəsərək evin Səmayə Nəsirovaya məxsus olduğunu, evlə bağlı övladlarının şikayətlərinin olduğunu bildirmişlər. O isə öz növbə baxmaq üçün evin açarlarını ona vermiş satıcı Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi Cavabdeh4 zəng edərək baş verənləri söyləmiş, sonuncu belə bir halların olduğunu təsdiq etmiş, lakin problem yaranmayacağına onu əmin etmişdir. Mübahisəli evin əvvəlki sahiblərinin şikayətçi olduqlarını bilə-bilə, evin real bazar dəyərindən 2 dəfə aşağı qiymətə alan alıcının vicdanlı alıcı kimi qəbul edilməsi yolverilməzdir. Alıcı olaraq Mayis Şərifovun mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi Səmayə Nəsirova ilə qohumluq münasibətlərinin olması, həmin ailənin problemlərindən məlumatsız olmaması isə onun davranışlarının vicdanlı olmasını əlavə olaraq şübhə altına alır. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin: 16.1-ci maddəsində müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 560.1 və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 182.1-ci maddələrinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli plenum qərarında göstərilir : “Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Yuxarıdakıları göstərməklə, Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mübahisəli fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi ilə alıcı Mayis Şərifovun qohumluq münasibətlərinin olması, evi ona satan yeni mülkiyyətçi ilə əvvəlki mülkiyyətçi arasında mübahisənin mövcudluğundan məlumatlı olması və mübahisənin mövcudluğunu bilə-bilə evin real bazar dəyərindən 2 dəfəyə yaxın aşağı qiymətə alması, alıcı ilə satıcı arasında daşınmaz əmlakla bağlı alqısatqı müqaviləsi bağlananadək formalaşan münasibətlər olaraq, hazırki mübahisənin həlli zamanı xüsusi önəm daşımalıdır. İşin yuxarıda qeyd olunan müəyyən edilmiş halları isə əqdin legitimsizliyi barədə şübhələrin olmamasını söyləməyə, alıcının isə vicdanlı alıcı qismində qəbul olunmasına əsas vermir. Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il taixli 4 nömrəli Qərarının 6.10-cu bəndində göstərilmişdir ki, əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. Bütün yuxarıda sadalanaları nəzərə alaraq kollegiya hesab edir ki, iş materialına birləşdirilmiş digər mülki iş üzrə birgə iddiaçılar X27 (hüquqi varisi X12r) və Nümayəndə cavabdehlər Cavabdeh3 və X25 qarşı "evin alqı-satqı müqaviləsinin eitbarsız sayılması" tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(049)-448/2021 saylı qətnaməsindən iddiaçı Nümayəndə, eyni zamanda sıradan çıxmış digər iddiaçı X15 hüquqi varisi İddiaçı tərəfindən birgə, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan digər şəxs Maraqlı şəxs tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, yeni qətnamə qəbul edilməli, iddia təmin olunmalı, 11 iyun 2020-ci il tarixdə Cavabdeh3 ilə X33 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilərək, tərəflər əqd üzrə aldıqlarını qaytarmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi(385.1.1-ci madd.), məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması (385.1.2-ci madd.) məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Birgə iddiaçılar İddiaçı və Nümayəndə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Ofisinə və X25 qarşı "daşınmaz əmlakın (torpaq sahəsinin və fərdi yaşayış evinin) alqı-satqı müqaviləsinin eitbarsız hesab edilməsi və maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(049)-320/2022 saylı qətnaməsindən iddiaçılar tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(049)-320/2022 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15 noyabr 2018-ci ildə verilmiş **********62-10302 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam pay üzrə X4 xüsusi mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən 0.05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 221.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə dair X27 ilə Cavabdeh3 arasında bağlanmış AN-İ № ******* saylı 26 aprel 2019-cu il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" etibarsız hesab edilsin. Həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh3 adına 30 aprel 2019-cu il tarixdə verilmiş **********62-10302 reyestr, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. İddia qalan hissədə təmin olunmasın. Birləşdirilmiş mülki iş üzrə birgə iddiaçılar X27 (hüquqi varisi X12r) və Nümayəndə cavabdehlər Cavabdeh3 və X25 qarşı "evin alqı-satqı müqaviləsinin eitbarsız sayılması" tələbinə dair Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(049)-448/2021 saylı qətnaməsindən iddiaçı Nümayəndə və sıradan çıxmış digər iddiaçı X15 hüquqi varisi İddiaçı tərəfindən birgə, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan digər şəxs Maraqlı şəxs tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(049)-448/2021 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Mübahisəli ünvan 8 ünvanında yerləşən 0.05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 221.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə dair Cavabdeh3 ilə X33 arasında bağlanmış AN-İ № ******* saylı 11 iyun 2020-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" etibarsız hesab edilsin. Həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X23 adına 02 iyul 2020-ci il tarixdə verilmiş **********62-10302 reyestr, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. Mübahisəli daşınmaz əmlak üçün ödənilmiş 50000(əlli min) manat pul Cavabdeh3 tutularaq X25 ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gundən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə qanunla müəyyən olunan qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar