Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-515/2023 21.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Salyan Rayon Məhkəməsinin (hakim M.Qasımov) 07 sentyabr 2022-ci il tarixli qərardadı ilə müvafiq sübutlar işə əlavə edilmədiyindən iddia baxılmamış saxlanılmışdır. İddiaçı məhkəməyə ərizə təqdim edərək, icraatın təzələnməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, dəfələrlə işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyi üçün axırıncı məhkəmə iclasına teleqram vurmamış və mülki iş baxılmamış saxlanılmışdır. Həmçinin o, mübahisələndirdiyi avtomobilin sənədlərini əldə edə bilmədiyi üçün həmin sənədlərin məhkəmə sorğusu əsasında alınmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsi 01 noyabr 2022-ci il tarixli qərardadı ilə icraatın təzələnməsi barədə ərizə təmin edilməmişdir. İddiaçı tərəf məhkəməyə vəsatət təqdim edərək, müvafiq sənədləri əldə etdiyini əsas gətirərək icraatın təzələnməsini və işə baxılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsi mülki işi Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmışdır. Kollegiya iş üzrə materialları nəzərdən keçirib, hesab edir ki, iş üzrə apellyasiya qeyrimümkün hesab edilməlidir. İş materiallarından müəyyən edilir ki, Salyan Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçının tələb etdiyi əşyalara dair müvafiq sənədlər iddia ərizəsinə əlavə edilmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Eyni zamanda izah edilmişdir ki, müvafiq nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla iddia verilə bilər. İddiaçı müvafiq nöqsanları aradan qaldırdıqdan sonra ərizə ilə müraciət edərək icraatın təzələnməsini xahiş etmiş, məhkəmə ərizəni təmin etməmişdir. İşin hallarından görünür ki, iddiaçı Salyan Rayon Məhkəməsi 01 noyabr 2022-ci il tarixli qərardadını qanunsuz hesab edərək işə Azərbaycan Respublikasının MPM-nin 269-cu maddəsinin tələbləri qaydasında baxılmasını tələb etməmişdir. Kollegiya hesab edir ki, işə baxarkən məhkəmə iddiaçının qərardadı qanunsuz hesab edərək onun ləğv edilməsini istəmədiyi halda mülki işi baxılmaq üçün əsassız olaraq Apellyasiya Məhkəməsinə göndərmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.2-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Salyan Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qərardadı ilə bağlı apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Salyan Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən, ondan 10 gün müddətində kassasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-515/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-515/2023
21.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver