Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-519/2023 13.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, Masallı Rayon Məhkəməsinin 2(050)3041/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 13 aprel 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1.800 manat dəyərində ağ rəngdə “Embowood” yataq mebelinin, 350 manat dəyərində 2 ədəd komplekt pərdə, 100 manat dəyərində 2 ədəd qarniz (5x4), 700 manat dəyərində 2 ədəd böyük xalça, 150 manat dəyərində 2 ədəd kiçik xalça, 1.600 manat dəyərində 1 dəst ağ rəngli mətbəx mebeli, 200 manat dəyərində 2 ədəd lüstür, 50 manat dəyərində Türkiyə istehsalı ütü, 55 manat dəyərində ütü masası, 50 manat dəyərində 1 ədəd (yerli istehsal) güldan, 55 manat dəyərində 1 ədəd paltaryuyan, 250 manat dəyərində 1 ədəd taxtüstü pakrıval, 100 manat dəyərində 1 dəst taxt döşəyi, 160 manat dəyərində 4 dəst çexol prastina, 50 manat dəyərində hamam dəsmal naboru, 80 manat dəyərində 8 ədəd dəsmal, 50 manat dəyərində stəkan dəsti, 50 manat dəyərində 5 mərtəbəli uşaq şkafı, 250 manat dəyərində 1 ədəd uşaq kravatı, 400 manat dəyərində mətbəx divan dəsti, 100 manat dəyərində 1 ədəd televizor altı, 750 manat dəyərində 1 ədəd “Beko” markalı soyuducu, 600 manat dəyərində 1 ədəd (Soliton) “Beko” markalı paltaryuyan, 300 manat dəyərində (Soliton) Beko, 250 manat dəyərində 1 ədəd mətbəx pərdəsi (5x4), 20 manat dəyərində 1 ədəd tefal çaynik, 50 manat dəyərində 1 ədəd elektrik tefal çaynik, 80 manat dəyərində 1 ədəd 2 mərtəbəli çaynik, 40 manat dəyərində 2 ədəd şüşə çaynik, 100 manat dəyərində 1 ədəd mikser, 200 manat dəyərində 1 ədəd blender nabor, 100 manat dəyərində 1 ədəd əl üçün blender, 400 manat dəyərində 6 ədəd tefal qazan dəsti, 150 manat dəyərində 4 ədəd tefal qazan dəsti, 50 manat dəyərində 1 ədəd qırmızı tefal qazan, 80 manat dəyərində tökmə tava dəsti, 20 manat dəyərində 1 ədəd ağ rəngdə çuqun tava, 300 manat dəyərində 1 ədəd “Beko” markalı tozsovuran, 70 manat dəyərində Türkiyə istehsalı moyka qabyuyan, 200 manat dəyərində Türkiyə istehsalı qaz, 60 manat dəyərində 1 dəst krant filtr, 30 manat dəyərində 2 ədəd paltar səbəti, 30 manat dəyərində 5 ədəd kalçuk ləyən, 30 manat dəyərində 1 ədəd çuqun vedrə, 20 manat dəyərində 2 ədəd kalçuk vedrə, 35 manat dəyərində 1 ədəd su qrafiqi dəsti, 20 manat dəyərində 1 ədəd su qrafiqi, 50 manat dəyərində 12 ədəd fincan dəsti, 50 manat dəyərində xrustal stəkan nəlbəki dəsti, 20 manat dəyərində 6 ədəd armudu stəkan nəlbəki dəsti, 40 manat dəyərində 2 dəst 6 ədəd quluplu armudu stəkan, 20 manat dəyərində 6 ədəd su stəkan, 50 manat dəyərində Türkiyə istehsalı bıçaq nabor dəsti, 50 manat dəyərində gümüş sarı qaşıq naboru, 200 manat dəyərində 1 ədəd sandıq mebeli, 40 manat çömçə dəsti, 50 manat dəyərində 1 dəst 6 ədəd salatqabı naboru, 40 manat dəyərində 6 ədəd Türkiyə istehsalı çörəkqabı dəsti, 100 manat dəyərində 2 ədəd xrustal lotka, 50 manat dəyərində 2 ədəd qəndqabı madonna, 50 manat dəyərində 1 dəst qaşıq çəngəl naboru, 50 manat dəyərində 1 ədəd çaynik altı dəsti, 50 manat dəyərində 6 ədəd tort qabı dəsti, 40 manat dəyərində 1 ədəd qara şirniyyat qabı, 20 manat dəyərində 1 ədəd termos, 40 manat dəyərində 1 dəst 6 ədəd yağ qabı, 20 manat dəyərində pesok qabı qənd qabı dəsti, 10 manat dəyərində ayaqqabı geyən (rajok), 60 manat dəyərində modem internet, 50 manat dəyərində 6 ədəd podnos nabor, 10 manat dəyərində 1 ədəd lak podnos, 20 manat dəyərində 1 ədəd qazüstü dəmir, 300 manat dəyərində 1 ədəd uşaq motosklet, 2.000 manat dəyərində qızıl sırğa, üzük, bilərzik (dəst) və 600 manat dəyərində 1 ədəd qızıl boyunbağının, özləri olmadığı təqdirdə isə dəyəri cəmi 17.635 manat pulun cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə nikahları qeyd edilmədən ailə qurmuşlar. Sonradan 24 noyabr 2020-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə 18 sentyabr 2020-ci ildə X8 adlı uşaqları doğulmuşdur. Ailədə qısa bir müddət mehriban olsalar da, sonradan aralarında narazılıqlar olduğu üçün nikahları məhkəmə qaydasında pozulmuşdur. Cavabdehlə münasibətləri kəskildiyi üçün məcburiyyət qarşısında qalıb əmlak tələbi ilə yanaşı qızıl-zinət əşyalarını da tələb etmək üçün məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, cavabdehlər qızıl əmlaklarını və cehiz əşyalarını ondan alıb onlara qanunsuz sahiblik etməklə onu əmlaklarından məhrum etmişlər. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 222.2, 225.1, 152,1 157.2, 21.1, 21.2-ci; Ailə Məcəlləsinin 32.1, 34.1, 34.2, 36.1, 36.3, 37.1-ci maddələrinə əsaslanmışdır. Cavabdehlər Cavabdeh2 və X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, bildirdi ki, tələb etdiyi əmlak cehiz əmlaklarıdır, qızıl-zinət əşyaları isə ona toyunda qaynanası X5 tərəfindən verilmişdir. Ailədə tez-tez sözsöhbət olurdu. Bununla bağlı evdən qovulmuşdur. 2021-ci ilin əvvəlləri ailədəki davadalaş ilə bağlı evdən getmiş, qayıdandan sonra qızıl-zinət əşyalarının yerindəolmadığını görmüşdür. Qızıllarının harada olmasını Rahiddən soruşmuş, o, isə bildirmişdir ki, satıb maşın üçün xərcləmişdir, sonra alar. 2022-ci ilin iyun ayına kimi birgə yaşamışlar. Qızılların dəyərini mütəxəssis hesablamışdır. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Vəkil2 məhkəmə iclasında iddianı müdafiə edərək, bildirdi ki, iddiaçının marağında deyil ki, əsassız olaraq artıq əmlak tələb etsin. Bu zaman iddianın qiyməti yüksək olur və buna uyğun dövlət rüsumu ödənilir. Sonradan əsassız iddia rədd edilərkən dövlət rüsumu ona aid edilir. Sonda Vəkil2 iddianın təmin edilməsini xahiş etdi. Nümayəndə Cəbiyeva X3 Jalə Niyaz qızının izahatına uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddianı qismən - tələb edilən cehiz əmlaklar hissəsində qəbul etdiklərini, qızıl-zinət əşyalarının tələbi hissəsində isə qəbul etmədiklərini bildirərək, göstərdi ki, Cavabdeh1 taksi sürücüsüdür. İddiaçı onun ikinci həyat yoldaşı olub. Qızıl-zinət əşyaları 1000 manat alınmış, birgə nikah dövründə razılıq əsasında satılaraq əldə olunmuş pul ailənin xərcləri üçün xərclənmiş, qarşı tərəfə söz verilib ki, imkan olanda alınacaq. Sonda Vəkil1 iddianın qızıl-zinət əşyalarının tələbi hissəsində rədd edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən - tələb edilən cehiz əmlaklar hissəsində qəbul etdiyini, qızıl-zinət əşyalarının tələbi hissəsində isə qəbul etmədiyini bildirərək, göstərdi ki, 4 ədəd qızılı 1000 manata Bakı şəhərində yerləşən “Laçın” Ticarət Mərkəzindən anası üçün almışdır. Həmin qızılzinət əşyaları toy günü keçmiş həyat yoldaşı İddiaçı verilmişdir. 2021-ci ilin əvəlləri karantin vaxtı qızıl-zinət əşyalarının hamsını 850 manata satmış, övladı üçün alınmış mallar (qida məhsulları, bez) ilə bağlı yaranmış borca vermişdir. Qızıl-zinət əşyalarını satarkən keçmiş həyat yoldaşı İddiaçı ata evində olmuş, sonradan gələndən sonra qızıllarını istəmiş, bildirmişdir ki, satıb, imkan olanda alacaq. Sonda Cavabdeh1 iddianın qızıl-zinət əşyalarının tələbi hissəsində rədd edilməsini xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)3041/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim: C.Quliyev), iddianın qismən təmin edilməsi, İddiaçı məxsus olan - 1.800 manat dəyərində ağ rəngdə “Embowood” yataq mebeli, 350 manat dəyərində 2 ədəd komplekt pərdə, 100 manat dəyərində 2 ədəd qarniz (5x4), 700 manat dəyərində 2 ədəd böyük xalça, 150 manat dəyərində 2 ədəd kiçik xalça, 1.600 manat dəyərində 1 dəst ağ rəngli mətbəx mebeli, 200 manat dəyərində 2 ədəd lüstür, 50 manat dəyərində Türkiyə istehsalı ütü, 55 manat dəyərində ütü masası, 50 manat dəyərində 1 ədəd (yerli istehsal) güldan, 55 manat dəyərində 1 ədəd paltaryuyan, 250 manat dəyərində 1 ədəd taxtüstü pakrıval, 100 manat dəyərində 1 dəst taxt döşəyi, 160 manat dəyərində 4 dəst çexol prastina, 50 manat dəyərində hamam dəsmal naboru, 80 manat dəyərində 8 ədəd dəsmal, 50 manat dəyərində stəkan dəsti, 50 manat dəyərində 5 mərtəbəli uşaq şkafı, 250 manat dəyərində 1 ədəd uşaq kravatı, 400 manat dəyərində mətbəx divan dəsti, 100 manat dəyərində 1 ədəd televizor altı, 750 manat dəyərində 1 ədəd “Beko” markalı soyuducu, 600 manat dəyərində 1 ədəd (Soliton) “Beko” markalı paltaryuyan, 300 manat dəyərində (Soliton) Beko, 250 manat dəyərində 1 ədəd mətbəx pərdəsi (5x4), 20 manat dəyərində 1 ədəd tefal çaynik, 50 manat dəyərində 1 ədəd elektrik tefal çaynik, 80 manat dəyərində 1 ədəd 2 mərtəbəli çaynik, 40 manat dəyərində 2 ədəd şüşə çaynik, 100 manat dəyərində 1 ədəd mikser, 200 manat dəyərində 1 ədəd blender nabor, 100 manat dəyərində 1 ədəd əl üçün blender, 400 manat dəyərində 6 ədəd tefal qazan dəsti, 150 manat dəyərində 4 ədəd tefal qazan dəsti, 50 manat dəyərində 1 ədəd qırmızı tefal qazan, 80 manat dəyərində tökmə tava dəsti, 20 manat dəyərində 1 ədəd ağ rəngdə çuqun tava, 300 manat dəyərində 1 ədəd “Beko” markalı tozsovuran, 70 manat dəyərində Türkiyə istehsalı moyka qabyuyan, 200 manat dəyərində Türkiyə istehsalı qaz, 60 manat dəyərində 1 dəst krant filtr, 30 manat dəyərində 2 ədəd paltar səbəti, 30 manat dəyərində 5 ədəd kalçuk ləyən, 30 manat dəyərində 1 ədəd çuqun vedrə, 20 manat dəyərində 2 ədəd kalçuk vedrə, 35 manat dəyərində 1 ədəd su qrafiqi dəsti, 20 manat dəyərində 1 ədəd su qrafiqi, 50 manat dəyərində 12 ədəd fincan dəsti, 50 manat dəyərində xrustal stəkan nəlbəki dəsti, 20 manat dəyərində 6 ədəd armudu stəkan nəlbəki dəsti, 40 manat dəyərində 2 dəst 6 ədəd quluplu armudu stəkan, 20 manat dəyərində 6 ədəd su stəkan, 50 manat dəyərində Türkiyə istehsalı bıçaq nabor dəsti, 50 manat dəyərində gümüş sarı qaşıq naboru, 200 manat dəyərində 1 ədəd sandıq mebeli, 40 manat çömçə dəsti, 50 manat dəyərində 1 dəst 6 ədəd salatqabı naboru, 40 manat dəyərində 6 ədəd Türkiyə istehsalı çörəkqabı dəsti, 100 manat dəyərində 2 ədəd xrustal lotka, 50 manat dəyərində 2 ədəd qəndqabı madonna, 50 manat dəyərində 1 dəst qaşıq çəngəl naboru, 50 manat dəyərində 1 ədəd çaynik altı dəsti, 50 manat dəyərində 6 ədəd tort qabı dəsti, 40 manat dəyərində 1 ədəd qara şirniyyat qabı, 20 manat dəyərində 1 ədəd termos, 40 manat dəyərində 1 dəst 6 ədəd yağ qabı, 20 manat dəyərində pesok qabı qənd qabı dəsti, 10 manat dəyərində ayaqqabı geyən (rajok), 60 manat dəyərində modem internet, 50 manat dəyərində 6 ədəd podnos nabor, 10 manat dəyərində 1 ədəd lak podnos, 20 manat dəyərində 1 ədəd qazüstü dəmir, 300 manat dəyərində 1 ədəd uşaq motoskletindən ibarət əşyalar və ya qət olunan əşyaların naturada alınması mümkün olmadığı hallarda həmin əyşaların dəyəri cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 alınaraq İddiaçı verilməsi, 1800 manat dəyərində 1 ədəd qızıl sırğa, üzük, bilərzik (dəst) və 1 ədəd qızıl boyunbağından ibarət qızıl-zinət əşyaları və ya qət olunan əmlakların naturada alınması mümkün olmadığı hallarda həmin əmlakların dəyəri Cavabdeh1 alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 131,6 manat Cavabdeh1, Cavabdeh2 və X2 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya bu qənaətə gələrkən Mülki Məcəllənin 157.2, 666.1, 666.2-ci maddəsinə istinad edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş və tətbiq etdiyi maddi hüquq normasını səhv təfsir etmişdir. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh1 Masallı Rayon Məhkəməsinin 2(050)3041/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qətnaməsinin qızılzinət əşyalarının və ya onların dəyərinin ondan alınaraq iddiaçıya ödənilməsi hissəsində ləğv edilməsini, iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh1 keçirilən məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar vermiş, izahatında Masallı Rayon Məhkəməsinin 2(050)3041/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qətnaməsinin 1800 manat dəyərində 1 ədəd qızıl sırğa, üzük, bilərzik (dəst) və 1 ədəd qızıl boyunbağından ibarət qızıl-zinət əşyaları hissəsində ləğv edilərək həmin hissədə iddia tələbini qismən yəni 1000-1200 manat dəyərində təyin edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya icraatı zamanı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini Masallı Rayon Məhkəməsinin 2(050)3041/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri həddində Masallı Rayon Məhkəməsinin 2(050)3041/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 225.2-ci maddəsinə əsasən mikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)3041/2022 saylı, 11 noyabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X9 arasında 24 noyabr 2020-ci il tarixdə Masallı Rayon Qeydiyyat şöbəsində 49 nömrəli nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Hüseynov (a) soyadı verilmişdir. İş materiallarında olan şəkillərdən müəyyən olunur ki, X4 qızıl-zinət əşyaları hədiyyə edilmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)- 2173/2022 saylı qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, Cavabdeh1 ilə İddiaçı arasında 24 noyabr 2020-ci il tarixdə Masallı Rayon Qeydiyyat şöbəsində bağlanmış, 49 № ilə qeyd edilmiş nikahın pozulması, 18 sentyabr 2020-ci il təvəllüdlü X6 anası İddiaçı yanında saxlanılması, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh1 18 sentyabr 2020-ci il təvəllüdlü X1 üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi və alimentin tutulmasının 26 iyul 2022-ci il tarixdən hesablanması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi və qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 16(050)- 20/2022 saylı qərardadı ilə ərizənin təmin edilməsi, ünvan 1 ünvanında yerləşən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Rahib qızının yaşadığı evdə ərizəçi İddiaçı məxsus iddia ərizəsində qeyd olunmuş əmlakların siyahıya alınaraq onların üzərinə həbs qoyulması qərara alınmışdır. Qərardadın icrası ilə bağlı həmin qərardad, icra vərəqəsi və iddia ərizəsi icra orqanına təqdim edilmiş, icra vərəqəsinin (iddia ərizəsində göstərilmiş əmlaklar ilə bağlı) icrası ilə bağlı icra məmuru tələb edilən əmlakların yerləşdiyi ünvan 1 yerləşən fərdi yaşayış evində olmuş, xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Həmin aktda göstərilmişdir ki, “...icra zamanı tələbkarın iddia ərizəsində qızıl-zinyət əşyalarından başqa bütün cehiz əmlaklar yerində olması müəyyən olundu.” İş materiallarında olan qiymətləndirici X10 (VÖEN **********) tərəfindən verilmiş İddiaçı xx.xx.2022-ci il tarixdə təqdim etdiyi foto və CD olan qızıl-zinyət əşyalarının qiymətləndirilməsinə dair 29 avqust 2022-ci il tarixli rəydə göstərilir ki, təqdim edilən 3 ədəd foto və 2 ədəd CDyə baxış keçirilmiş, qiymətləndirməyə təqdim edilmiş əmlaklar - qarnitur, 585 əyyarlı, 20 qr, cəmi 1800 manat təşkil edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, iddiaçı Cavabdeh1 ilə nikahları qeyd edilmədən ailə qurmuşlar. Sonradan 24 noyabr 2020-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə 18 sentyabr 2020-ci ildə X8 adlı uşaqları doğulmuşdur. Ailədə qısa bir müddət mehriban olsalar da, sonradan aralarında narazılıqlar olduğu üçün nikahları məhkəmə qaydasında pozulmuşdur. Cavabdehlə münasibətləri kəsildiyi üçün məcburiyyət qarşısında qalıb əmlak tələbi ilə yanaşı qızıl-zinət əşyalarını da ümumi dəyəri 17.635 manat tələb etmək üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. İddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.
1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.
2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;
3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Hazırkı işin halları ilə iddia tələbinin əsaslı olması baxımından tələb olunan bu 3 komponentin hamısının mövcudluğu öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə kollegiyası ilk növbədə tələb edilən cehiz əmlaklar ilə bağlı bildirir ki, həmin hal işin mübahisələndirilməyən tərəfidir. Cavabdeh tərəf də iddia tələbini həmin hissədə mübahisələndirmir. İşin bu halı Masallı Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 16(050)-20/2022 saylı qərardadı ilə də təsdiqini tapır. Belə ki, qeyd edilən qərardadın icrası ilə bağlı həmin qərardad, icra vərəqəsi və iddia ərizəsi icra orqanına təqdim edilmiş, icra vərəqəsinin (iddia ərizəsində göstərilmiş əmlaklar ilə bağlı) icrası ilə bağlı icra məmuru tələb edilən əmlakların yerləşdiyi ünvan 1 yerləşən fərdi yaşayış evində olmuş, xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Həmin aktda göstərilmişdir ki, “...icra zamanı tələbkarın iddia ərizəsində qızıl-zinyət əşyalarından başqa bütün cehiz əmlaklar yerində olması müəyyən olundu.” Məhkəmə kollegiyası tələb edilən qızıl-zinət əşyalarına münasibətdə isə bildirir ki, işin mübahisələndirilməyən tərəfi ondan ibarətdir ki, tərəflərin hər biri etiraf edir ki, tələb edilən - 4 ədəd qızıl-zinət əşyası İddiaçı oğlan evi tərəfindən hədiyyə edilmişdir. Lakin qarşı tərəf idda edir ki, qızıl-zinət əşyaları satılaraq əldə olunmuş pul ailənin xərcləri (övladı üçün alınmış qida məhsulları, bez) üçün xərclənmişdir. Məhkəmə bununla bağlı ilk növbədə bildirir ki, cavabdehin özü də etiraf edir ki, İddiaçı hədiyyə edilmiş qızıl-zinət əşyalar onun (mülkiyyətçinin) razılığı alınmadan satılmışdır. Belə ki, Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, qızıl-zinət əşyaları İddiaçı ata evində olarkən onun tərəfindən satılmışdır. Məhkəmə qızılzinət əşyalarının satılaraq əldə olunmuş pulun ailə xərcləri üçün sərf olunması ilə bağlı cavabdehin mövqeyinə münasibətdə isə bildirir ki, məhkəmə araşdırması zamanı cavabdeh bunu təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Onun məhz həmin ərəfədə (ailədəki söz-söhbət vaxtı iddiaçının atası evində olarkən) qızıl-zinət əşyalarının mülkiyyətçisinin razılığını almadan başqasına məxsus əmlakı sataraq, əldə olunmuş vəsaitin ailənin xərcləri üçün sərf olunması barədə mövqeyi inandırıcı deyil. Halbuki, sübutetmə yükü baxımdan qeyd edilən halı (qızıl-zinət əşyalarının satışından əldə edilmiş vəsaitin ailənin xərcləri üçün sərf olunması) sübut etmək onun vəzifəsidir. Belə ki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin mövqeyi ilə razılaşılsa onda anoloji işlər üzrə hər bir cavabdeh tələb edilən qızıl-zinət əşyalarının nikah dövründə satılmasından əldə olunan vəsaitin ailənin məsrəfləri üçün xərclənməsini bildirər və bununla məsələ bitmiş olar. Məhkəmə həmçinin qeyd edir ki, hətta tərəflərin ümumi borcu olmuş olsaydı belə, bu hal cavabdehə başqasına məxsus olan əmlakın mülkiyyətçinin razılığı olmadan satılması üçün əsas ola bilməzdi. Məhkəmə kollegiyası tələb edilən qızıl-zinət əşyalarının dəyərinə münasibətdə bildirir ki, cavabdeh qızıl-zinət əşyalarının dəyərini mübahisələndirməmiş, bununla bağlı əlavə araşdırmanın aparılmasını (mütəxəsssis, ekspert rəyinin alınması ilə bağlı vəsatət və s.) tələb etməmiş, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyini də mübahisələndirməmiş, yalnız izahatında qızıl-zinət əşyalarını vaxtı ilə 1200 manata aldığını bildirsədə, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, onun mövqeyinə görə məbləğindən asılı olmayaraq qızıl-zinət əşyalarının satılmasından əldə olunmuş pul ailənin xərcləri üçün istifadə olunmuşdur və bu səbəbdən iddia həmin hissədə rədd edilməlidir. Belə bir vəziyyətdə işdə olan mütəxəsis rəyinə əsasən qızıl-zinət əşyalarının dəyəri nəzərə alınmışdır. İddiaçı həmin əmlaklarının dəyərinin 2600 manat olduğunu iddia etsədə, 29 avqust 2022-ci il tarixli rəydə göstərilir ki, təqdim edilən 3 ədəd foto və 2 ədəd CD-yə baxış keçirilmiş, qiymətləndirməyə təqdim edilmiş əmlaklar - qarnitur, 585 əyyarlı, 20 qr, cəmi 1800 manat təşkil edir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, birinci instansiya məhkəməsi onun maddi imkanını nəzərə almıyaraq qızıl-zinət əşyalarının dəyərinin 1000 manat olmasına baxmayaraq həmin qızıl-zinət əşyalarına görə ondan 1800 manat pul tutmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin yuxarıda göstərilən dəlili ilə bağlı qeyd edir ki, iş materiallarında olan mütəxəssis rəyindən görünür ki, qızıl-zinət əşyası olan qarnitur 1800 AZN dəyərində olması müəyyən edilmişdir. Cavabdeh birincin instansiya məhkəməsi icraatı zamanı iştirak etməsinə baxmayaraq həmin mütəxəssis rəyini mübahisələndirməmişdir. Həmçinin cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, məhkəmə iclasında etiraf etmişdir ki, o qətnamənin yalnız qızıl-zinət tələbi barədə hissəsində mübahisələndirir. Həmçinin apellyasiya icraatı zamanı cavabdeh bildirmişdir ki, həmin qızıl-zinət əşyalarını uşağının xəstə olması və maddi vəziyyətinin pis olması səbəbindən satmışdır. Daha sonra isə iddiaçıya maddi vəziyyəti düzələcəyi təqdirdə ona qızıl-zinət əşyası alacağını bildirmişdir. Həmçinin iddiaçının qızıl-zinət tələbinə dair etirazı yoxdur sadəcə onun maddi vəziyyətinin pis olmasına görə iddiaçıya 1000-1200 manat məbləğində qızıl-zinət əşyası ala biləcəyinə və ya həmin pulu nağd şəkildə iddiaçıya ödəyə biləcəyini qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsi icraatı zamanı, qızılın qiymətləndirilməsinə dair mütəxəssis rəyini mübahisələndirməmiş və ya satılan qızılın onun tərəfindən 1200 manat məbləğində almasını sübut etməmişdir. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 2(050)3041/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Cavabdeh apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 2(050)3041/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etsə də, apellyasiya icraatı zamanı müəyyən olunmuşdur ki, o qətnaməni yalnız qızıl-zinət əşyalarının dəyəri hissəsində mübahisələndirir. Belə olan halda cavabdehin apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti 1800 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)3041/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.