Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-547/2023 19.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X11 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, Cavabdeh, cavabdehin vəkili və eyni zamanda nümayəndəsi Vəkil3 iştirakları ilə, iddiaçı Məmmədova (Həmidova) Əsmər Rasim qızının Cavabdeh qarşı “cehiz əmlakları, qızıl-zinət əşyalarının və yaxud dəyərinin cavabdehdən alınaraq ona verilməsi” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2(050)- 2561/2022 saylı qətnaməsindən (hakim H.Bəhmənov) cavabdeh, onun vəkili və eyni zamanda nümayəndəsi Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Məmmədova (Həmidova) Əsmər Rasim qızı Cavabdeh qarşı “cehiz əmlakları, qızıl-zinət əşyalarının və yaxud dəyərinin cavabdehdən alınaraq ona verilməsi” tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, sadə armudu stəkan 50 ədəd-50 manat, nəlbəki 50×2=100 manat, sadə rumka 100×1,5=150 manat, xörək qaşığı 100×1=100 manat, bulud qaşığı 6×2=12 manat, çay qaşığı 100×1=100 manat, çəngəl 100×1=100 manat, bıçaq 12×3=36 manat, yağ bıçağı 26×2=52 manat, limon çəngəli 26×1=26 manat, toyuq qayçısı 4×5=20 manat, taxta qaşıq dəsti 6×10=60 manat, çuqun qazan dəsti 2×250=500 manat, tefal qazan (tək) 100 manat, tefal tava 2 dəst 2×50=100 manat, tefal tava (tək) 130 manat, nikkelli tava (150 manat), nikkelli qazan dəstləri 2×170=340 manat, nikkelli tava dəsti 2×120=240 manat, nikkelli çaynik dəsti 60 manat, çuqun qazan tək 40 manat, çuqun ləyən dəsti 240 manat, çuqun vedrə 2×1= 20 manat, çuqun çaynik 6×25=150 manat, çuqun qruşka 16 manat, çuqun boşqab dəsti 60 manat, çuqun bak (çötək üçün) 50 manat, çuqun balon 40 manat, çuqun qorapalan 2×15=30 manat, çuqun padnos 6×10=60 manat, tökmə qazan dəsti 2×150=300 manat, tökmə tava dəsti 2×5=150 manat, alümunium qazan dəsti 2×100=200 manat, alüminium tava dəsti 300 manat, alüminium qazan tək 50 manat, alüminium ləyən dəsti 200 manat, şirəçəkən 200 manat, ətçəkən 250 manat, mikser 150 manat, blender 200 manat, duxovka 200 manat, ütü 100 manat, tozsoran 420 manat, elektrikli çaydan 2×30=60 manat, tefal çaydan 2×30=60 manat, toster 150 manat, elektrikli sac 70 manat, ventelyator 80 manat, mikrodalğalı soba 100 manat, soyuducu 700 manat, stablizator (5000 vt) 150 manat, tort qabı 90 manat, çörək qabı 6×5=30 manat, bulud 6×15=90 manat, souz nimçəsi 150 manat, plov nimçəsi 200 manat, salat nimçəsi 100 manat, kabab nimçəsi 100 manat, kasa 50×3=150 manat, fincan 100 manat, meyvə qabı 120 manat, su stəkanı 50 manat, çay stəkanı 100 manat, nəlbəki 50×1,5=75 manat, yemək dəsti 600 manat (2×125 predmet), büllur vaz 6 ədəd 1200 manat, büllur stəkan 840 manat, nəlbəkilər 560 manat, büllur armudu stəkan və nəlbəki 902 manat, büllur rumkalar 1200 manat, büllur güldan,külqabı 300 manat, büllur qənd qabı, duz qabı 370 manat, büllur ləbləbi qabı,mürəbbə qabı və razetka 870 manat, büllur suvenir, dolçalar 310 manat, büllur stolüstü saat 100 manat, büllur konfet qabı 6×25=150 manat, yataq dəsti 300 manat, qonaq otağı dəsti 3100 manat, qorka, termo, stol və stul (6 ədəd) 750 manat, televizor 850 manat, televizor altlığı 150 manat, jurnal masası 100 manat, divan kreslo 1000 manat, mətbəx mebeli 500 manat, tək kravat 70 manat, uşaq kravatı 400 manat, beşik 50 manat, paltaryuyan maşın 600 manat, Samsung DVD 250 manat, şüşə qənd qabı 26×5= 130 manat, şüşə duz qabı 26×3=78 manat, şüşə razetka 26×3=78 manat, şüşə mürəbbə qabı 12×7=84 manat, şüşə konfet qabı 12×7=84 manat, şüşə dondurma qabı 24×2=48 manat, şüşə lodka 6×17=102 manat, şüşə ləbləbi qabı 6×10=60 manat, salfetka qabı 12×10=120 manat, tefal qazan 2 dəst 2×150=300 manat,şüşə vaz 4×12=48 manat, büllur su stəkanları 390 manat, büllur lampa 50 manat, büllur lodkalar 300 manat, bagema güldan 3×100=300 manat, bagema vaz 6×40=240 manat,bagema rumka 2520 manat, bagema lampa 30 manat, bagema konfet qabı 6×25=150 manat, bagema dolça qabı 450 manat, bagema su stəkanı 25×25= 625 manat, mimoza qabı 140 manat, qaşıq dəstləri 3×200=600 manat, bıçaq dəstləri 6×70=420 manat, çömçə dəstləri 3×50=150 manat, çay dəsti (12 predmet) 680 manat, çay dəsti (16 predmet) 480 manat, kofe dəstləri 460 manat, çay fincan dəstləri 6×100= 600 manat, dolça su qabı 6×40=240 manat, samovar 150 manat, samovar 50 manat, çini çaynik 120 manat, divar saatı 50 manat, süfrə 6×15=90 manat, yuxayayan oxlovla 15 manat, zibil qabı dəsti 35 manat, aftafa-ləyən dəsti 15 manat, lüstur 100 manat, kalçuk vedrələr, ləyənlər 62 manat, mətbəx dəsti 36 manat, döşəmə silən dəsti 25 manat, şiş dəsti, ələk 34 manat, paltar asan və paltar asan şkaf 107 manat, şüşə külqabılar 6×5=30 manat, qoz çəkən 12 manat, soğan çəkən 12 manat, elektrikli radiater qızdırcı 120 manat, 6 dəst yorğan-döşək 1200 manat, balış-yastıq 12 ədəd 840 manat, silikon balış-yastıq 90 manat, nalça 12 ədəd, 12 yun adyal 1120 manat, çarpayı örtlüyü 6 ədəd 600 manat, pərdə-taxt üstü dəsti 250 manat, taxt yataq ağları 600 manat, təknəfərlik 300 manat, balış çuxolları 7×24=168 manat, hamam dəsmalları 150 manat, əl-üz dəsmalı 192 manat, çay dəsmalı 5×24=120 manat,masa örtükləri 600 manat, pəncərə alt-üst pərdələri 4 ədəd 4×140=560 manat, xalçalar (5×3;4×3;3×2;3×2)=660 manat, jurnal masa örtüyü 6×15=90 manat, divan örtüyü 70 manat, 3 mərtəbə vaz, qara vaz 70 manat, anqorka yun kostyum 2 dəst 300 manat, yay kostyumu 4 dəst 400 manat, yun jaket 3 ədəd 240 manat, yun kofta 6 ədəd 300 manat, yupkalar 12 ədəd 30×12=360 manat, yay yupkası 12 ədəd 300 manat, qış xalatları 8 ədəd 8×25=200 manat, gecəliklər 10 ədəd 250 manat, mayka 14 ədəd 140 manat, hamam dəsti 200 manat, yay geyimləri 12 dəst 600 manat, şərf yaylıq 10×20=200 manat, pijamalar(yay, qış) 240 manat, damaşniklər 14×16=210 manat, kalqotka və corablar 32×5= 160 manat, basanoşka 6 cüt 240 manat, vetnamka 6 cüt 72 manat, kurtka 1 dəst (dəri) 350 manat, palto 250 manat, jilet 100 manat, idman kostyumu 5 dəst 250 manat, kosmetika dəstləri 600 manat, ətir dəstləri 4×150=600 manat, əl çantası 2×50=100 manat, çemadanlar 120 manat, pencək 4 dəst 4×70=280 manat, saç ütüsü, fen 130 manat, daraq dəstləri 90 manat və şampun və sabunlar 300 manat dəyərində olan əmlakları cavabdehin evində qalmışdır. Bunlardan başqa brilyant nişan üzüyü 2000 manat, brilyant sırğa-üzük dəsti 3000 manat, qolbağı və boyunbağı dəsti 4000 manat, qaynı Telman qızıl üzük hədiyyəsi 500 manat, bibisi Sədəfin qızıl üzük hədiyyəsi 300 manat, birinci uşağa qızıl qolbağı nənəsindən hədiyyə 500 manat, ikinci uşağa sırğa və boyunbağı anasından hədiyyə 700 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların ümumi dəyərini təşkil edən 64791 manat pulun cavabdehdən alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2008-ci ildə el adəti üzrə toy edərək cavabdehlə ailə həyatı qurmuşlar, nikahlarını 06 oktyabr 2008-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 26 may 2009-cu ildə Hüseyn və 02 may 2011-ci ildə Ləman adlı uşaqları olmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri gərginləşməyə başlamış, hər gün evdə söz-söhbət yaradaraq dava-dalaş salmışdır. Nikahları formal xarekter daşıdığından məcbur qalıb ayrılmışlar. Ailə qurarkən apardığı cehiz əmlakları cavabdehin evində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı Məmmədova (Həmidova) Əsmər Rasim qızı iddiasını müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmiş, əlavə olaraq izahatında göstərmişdir ki, el adətinə uyğun olaraq iddia ərizəsində qeyd olunmuş cehiz əşyalarını ər evinə aparmışdır. Bundan başqa toy mərasimində cavabdeh tərəfindən 7 qramlıq nişan üzüyü, 10 qramlıq üzük-sırğa dəsti, 26 qramlıq qolbaq və boyunbağı dəsti, 4 qramlıq üzük qardaşı Telman, 4 qramlıq üzük cavabdehin bibisi Sədəf, həmçinin oğlu Hüseyn anadan olanda anası Həkimə 6 qramlıq qolbağı, qızı Ləman anadan olanda anası Həkimə 4 qramlıq sırğa, oğlu Hüseynin ad günündə anası Həkimə 5 qramlıq boyunbağı hədiyyə etmişlər. Həmin qızıllar həmişə yataq otaqlarında olan paltar şkafında qızıl qabında saxlanılırdı və cavabdeh yerini bilirdi. Ailə qurduqdan sonra həm Masallıda, həmçinin ərinin işi ilə əlaqədar Bakı şəhərində az müddətdə kirayədə yaşamışlar. Kirayə qalarkən heç bir əmlak aparmamışlar. Salman və valideynləri onu son dövrlər tez-tez incitmişlər. Hətta Bakı şəhərində kirayədə qaldıqları evdə əri onu döyərkən DİN-nin 102 xidmətinə zəng vurmuşdur. 2020-ci ilin iyun ayında axşam Salman onu yenə döymüş, qayınanası onu evdən çölə çıxarmışdır. Uşaqları da onun yanında olmuşdur. Ata evi qonşuluqda olduğuna görə, ayaqyalın çəpərdən keçərək uşaqları ilə birlikdə valideynlərinin evinə getmiş və bir daha qayıtmamışdır. Cavabdeh tərəf sonradan barışmağa cəhd göstərsə də, razılaşmamışdır. Hal-hazırda cavabdeh qızıl-zinət əşyalarını, hətta özünün və uşaqlarının paltarlarını vermir, onda olmasını inkar edir. Qızıl-zinət əşyalarının çəkisini və əyarını dəqiq bilir, qiymətini isə mütəxəssis rəyinə uyğun hesablamışdır. Nişan üzüyünün və sırğa üzük dəstinin brilyant olmasını dəqiq bilmir. Xahiş edir qızıl-zinət və cehiz əşyaları cavabdehdən alınb ona verilsin. Birinci instansiya məhkəməsində cavabdehin vəkili və eyni zamanda Vəkil2 Müslüm oğlu iddianı cehiz əmlaklarına aid hissədə qismən, yəni iddianın təmin tədbirinə dair qərardadın icrası ilə əlaqədar siyahıya alınan əmlaklar hissədə qəbul edərək təmin, cehiz əmlaklarının qalan hissəsində və qızıl-zinət əşyaları hissədə qəbul etməyərək rədd olunmasını xahiş etmişdir. İzahatında göstərmişdir ki, tələb olunan cehizlik əşyaları evdədir. Həmin əşyalar iddianın təmin tədbiri ilə bağlı sıyahıya alınmış və onlar taxt 1 ədəd, şifoner 1 ədəd, şifoner tumbası 2 ədəd, divan 1 ədəd, kreslo 2 ədəd, termo 1 ədəd, televizor altlığı 1 ədəd, tək nəfərlik çarpayı 1 ədəd, stenka mebel 1 ədəd, stol 1 ədəd, stul 6 ədəd, jurnalni stol 1 ədəd, xalça 3 ədəd, ütü altlığı 1 ədəd, LG paltaryuyan maşın 1 ədəd, lüstur 1 ədəd, qarniz 5 ədəd, pərdə 5 ədəd, kukla heyvan 2 ədəd, divar saatı 1 ədəd, kəllə qənd 1 ədəd, gül buketi 1 ədəd, döşək 4 ədəd, nalça 6 ədəd, balış 8 ədəd, güldan 4 ədəd, ədyal 4 ədəd, taxt üstlüyü 2 ədəd, kurtka 1 ədəd, palto 2 ədəd, uşaq paltarları (qarışıq), qadın çəkməsi 1 ədəd, qadın qırmızı paltar 1 ədəd, madonna serviz 1 komplekt, serviz komplekt qarışıq bəzəkli 1 komplekt, serviz qrafinka və bakallar 1 komplekt, serviz qrafinka və bakallar 1 komplekt-uzun və qısa, komplekt bakallar 1 komplekt, meyvə qabı xrustal 3 ədəd, güldan 1 ədəd, lampa 1 ədəd, armudu stəkan xrustal 9 ədəd, xrustal stəkan 12 ədəd, kasa 6 ədəd, maskur 6 ədəd, tort qabı 6 ədəd, 1 ədəd böyük tort qaşığı 1 ədəd, keramika qaşıq 6 ədəd, şam qabı 2 ədəd, güzgü 1 ədəd, kofe qabı 5 ədəd, nəlbəki 6 ədəd, nəlbəki 12 ədəd və 6 ədəd balaca, çüyün vedrə 2 ədəd, qəfədan 1 ədəd, teşt 1 ədəd, ləyən 1 ədəd, plastmas ləyən 1 ədəd, elektrik artırıcısı 1 ədəd, soyuducu 1 ədəd, mətbəx mebeli komplekti, çaydan 2 ədəd, böyük balaca, armudu stəkan 17 ədəd, nəlbəki 14 ədəd, maskur sadə 9 ədəd, ədviyyat qabı 3 ədəd, külqabı 1 ədəd, duzqabı 2 ədəd, qəndqabı 2 ədəd, mürəbbə qabı 3 ədəd, naçnik 2 ədəd, ləpə qabı 3 mərtəbə 2 ədəd, qənd doğrayan 1 ədəd, balaca ləyən 1 ədəd, bıçaq dəsti 1 komplekt, tefal ütü 1 ədəd, boşqablar 10 ədəd, nimçə 5 ədəd, kastorka 3 ədəd, tava 1 ədəd, qorapalan 2 ədəd, süzgəc 1 ədəd, çamadan qaşıq 1 ədəd, balaca samovar 1 ədəd, uşaq beşiyi 1 ədəd, televizor 1 ədəd, çörək bişirən soba 1 ədəd əşyalardan ibarətdir. Ona görə də cehiz əşyalarının həmin saya və ada uyğun təmin olunmasını xahiş edir. Qızıl-zinət əşyaları ilə bağlı isə iddiaçı doğru danışmır. Belə ki, Əsmər evdən özü getmişdir və o, evdən gedərkən Salman Bakı şəhərində xəstəxanada olmuşdur. Çünki o, sol böyrəyin xərcəngi xəstəliyindən əziyyət çəkir. Əsmər evdən gedərkən onu heç kim döyməmiş, incitməmiş, gedərkən qızıl-zinət əşyalarını da özü ilə aparmış, yalnız toyunda qayının ona hədiyyə etdiyi 3 qramlıq kişi üzüyü evdə qalmışdır. Tələb olunan qızılların dəyəri və çəkisinə gəldikdə isə 2008-ci ildə alınarkən nişan üzüyü 5 qram olmuş və 200 manata, sırğa üzük dəsti 10 qram olmuş və 200 manata, qolbağ və boyunbağı dəsti 20 qram olmuş və 400 manata, bibisi Sədəfin hədiyyə etdiyi üzük 2 qram olmuş və 40 manata alınmışdır. Masallı Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2(050)-2561/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh taxt 1 ədəd-300 manat, şifoner 1 ədəd-107 manat, şifoner tumbası 2 ədəd-150 manat, divan və kreslo dəsti-1000 manat, termo 1 ədəd-150 manat, televizor altlığı 1 ədəd-150 manat, tək nəfərlik çarpayı 1 ədəd-70 manat, stenka mebel 1 dəst-3100 manat, stol 1 ədəd, stul 6 ədəd-600 manat, jurnalni stol 1 ədəd-100 mçanat, xalça 3 ədəd-660 manat, ütü altlığı 1 ədəd-40 manat, LG paltaryuyan maşın 1 ədəd-600 manat, lüstur 1 ədəd-100 manat, qarniz 5 ədəd, pərdə 5 ədəd-150 manat, kukla heyvan 2 ədəd 20 manat, divar saatı 1 ədəd-30 manat, kəllə qənd 1 ədəd-15 manat, gül buketi 1 ədəd-15 mnata, döşək 4 ədəd-800 manat, nalça 6 ədəd-80 manat, balış 8 ədəd-560 manat, güldan 4 ədəd, ədyal 4 ədəd-200 manat, taxt üstlüyü 2 ədəd-250 manat, kurtka 1 ədəd-150 manat, palto 2 ədəd-250 manat, uşaq paltarları (qarışıq), qadın çəkməsi 1 ədəd, qadın qırmızı paltar 1 ədəd, madonna serviz 1 komplekt-480 manat, serviz komplekt qarışıq bəzəkli 1 komplekt-680 manat, serviz qrafinka və bakallar 1 komplekt, serviz qrafinka və bakallar 1 komplekt-uzun və qısa, komplekt bakallar 1 komplekt, meyvə qabı xrustal 3 ədəd-120, güldan 1 ədəd 50 manat, lampa 1 ədəd-20 manat, armudu stəkan xrustal 9 ədəd-20 manat, xrustal stəkan 12 ədəd-30 manat, kasa 6 ədəd-5 manat, maskur 6 ədəd-4 manat, tort qabı 6 ədəd-20 manat, 1 ədəd böyük tort qaşığı 1 ədəd-6 manat, keramika qaşıq 6 ədəd-3 manat, şam qabı 2 ədəd-20 manat, güzgü 1 ədəd,- kofe qabı 5 ədəd, nəlbəki 6 ədəd, nəlbəki 12 ədəd və 6 ədəd balaca, çuqun vedrə 2 ədəd, qəfədan 1 ədəd, teşt 1 ədəd, ləyən 1 ədəd, plastmas ləyən 1 ədəd, elektrik artırıcısı 1 ədəd-50 manat, soyuducu 1 ədəd-700 manat, mətbəx mebeli komplekti- 500 manat, çaydan 2 ədəd, böyük balaca, armudu stəkan 17 ədəd-70 manat, nəlbəki 14 ədəd, maskur sadə 9 ədəd, ədviyyat qabı 3 ədəd, külqabı 1 ədəd, duzqabı 2 ədəd, qəndqabı 2 ədəd, mürəbbə qabı 3 ədəd, naçnik 2 ədəd-60 manat, ləpə qabı 3 mərtəbə 2 ədəd-80 manat, qənd doğrayan 1 ədəd-7 manat, balaca ləyən 1 ədəd-5 manat, bıçaq dəsti 1 komplekt-25 manat, tefal ütü 1 ədəd-30 manat, boşqablar 10 ədəd-5 manat, nimçə 5 ədəd-5 manat, kastorka 3 ədəd-80 manat, tava 1 ədəd-15 manat, qorapalan 2 ədəd-20 manat, süzgəc 1 ədəd-5 manat, çamadan qaşıq 1 ədəd-120 manat, balaca samovar 1 ədəd-60 manat, uşaq beşiyi 1 ədəd 200 manat, televizor 1 ədəd-850 manat, çörək bişirən soba 1 ədəd-150 manat cehizlik əmlaklar, o cümlədən nişan üzüyü 5 qram-345 manat, sırğa-üzük dəsti 10 qram-690 manat, qolbağ və boyunbağı dəsti 20 qram-1380 manat, üzük 2 qram-138 manat, 4 qram-276 manat dəyərində qızıl-zinət əşyaları və yaxud qətnamə icra olunan vaxt olmayan əmlakın - qızılın dəyərinin alınaraq iddiaçı X8 verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 152.1, 157, 666.1-ci, Ailə Məcəlləsinin 34.1, 34.2-ci maddələrinə istinadla hesab etmişdir ki, cehizlik əşyaların Cavabdeh yaşadığı evdə olması onun öz izahatı ilə də təsdiq olunur və ona görə də həmin əşyalar cavabdehən alınaraq iddiaçıya verilməlidir. Həmin əşyalar cavabdehin etiraf etdiyi həddə təmin olunmalıdır. Çünki tələb olunan əşyaların hamısının cavabdehin evində olması tam sübuta yetmir. Qızıl-zinət əşyaları ilə bağlı qeyd edilir ki, tərəflərin 2020-ci ilin iyun ayına qədər olan ailə münasibətlərini, iddiaçının evdən getmə şəraitini, gedərkən qızıl-zinət əşyalarını özü ilə aparmaq imkanının olub-olmaması araşdırılmış və məlum olmuşdur ki, tərəflər əvvəllər normal ailə həyatı sürsələr də, sonradan ailədə tez-tez narazılıqlar yaranmışdır. Sonuncu dəfə belə hal 2020-ci ilin iyun ayında olmuş və iddiaçı əri tərəfindən döyüldüyü üçün uşaqları ilə birlikdə qonşuluqda yaşayan valideynlərinin evinə gəlmişdir. Bu halı cavabdeh qəbul etməsə də, məhkəmə bu barədə iddiaçının izahatını ona görə inandırıcı hesab edir ki, onun izahatı ilə şahid Həkimə Məmmədovanın ifadəsində ziddiyətli hal müəyyən edilməmiş, iddiaçının izahatı məntiqə uyğun olmuş, Cavabdeh Əsmər evdən gedərkən xəstəxanada olması ilə bağlı sübut təqdim etməmiş, təqdim olunmuş ambulator kart arayışa əsasən Cavabdeh 2020-ci ilin iyun ayında deyil, avqust ayında ambulator müayinədən keçmişdir. Bundan başqa cavabdeh tərəf qeyd edir ki, Əsmərin qardaşı tərəfindən toyda hədiyyə edilmiş 3 qramlıq kişi üzüyü evdə qalmışdır. Bu isə ona əsas verir ki, digər qızıllar da cavabdehdədir. Çünki Əsmərin bir üzüyü ayırıb, digərlərini özü ilə aparması məntiqli görünmür. Göründüyü kimi Cavabdeh qızılları iddiaçının özü ilə aparması üçün əsaslı və ya inandırıcı hal qeyd etmir və bu hal da qızılların onda olmasına əsas verir. Ona görə də göstərilən qızıl-zinət əşyaları cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh, onun vəkili və eyni zamanda nümayəndəsi Vəkil3 apellyasiya şikayəti verərək ləğv olunmasını, iddianın qismən, yəni müvəqqəti təminat tədbirinin icrası zamanı aşkar edilmiş əşyalar həddində təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnamə ilə müəyyən etdiyi hallar və gəldiyi nəticə işin faktiki halları və işdə olan sübutlarla tamamilə ziddiyyət təşkil edir və qəbul edilməsi mümkün deyil. Məhkəmə, prossesi çəkişmə prinsiplərinə əsaslanmaqla və bütün sübutlara məcmu halda qiymət verməklə araşdırmalı olduğu halda, yalnız iddiaçının təqdim etdiyi əsassız və qeyri-mötəbər sübutlara istinad etməklə, birtərəfli qaydada araşdırmışdır. 1. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində münasibətlərimizin pis olduğunu və mənim onu döydüyümü bildirmişdir. Hətta Bakıda kirayədə yaşayarkən bununla bağlı DİN-nin 102 xidmətinə zəng etdiyini və evdən çıxıb getdiyi gün də, mənim onu döydüyümü və anamın onu evdən qovduğunu bildirmişdir. Məhkəmə isə iddiaçının bu izahatı və onun işin nəticəsində bilavasitə maraqlı olan anasının şahid qismində verdiyi ifadəni mötəbər ifadə kimi qəbul edərək, iddiaçının mənim onu döyməyim və anamın onu evdən qovması nəticəsində evdən getməsinə istinad edərək, iddianı qismən təmin etmişdir. Halbuki mən həmin vaxt Bakı şəhərində olmuşam. Anamın isə həmin vaxt 66 yaşı vardı və iki dəfə infakt keçirmiş xəstə bir adamdır. Məhkəmənin qətnamədə gəldiyi nəticəni aşağıda qeyd edilənlərə əsasən tamamilə qeyriqanuni və əsassız hesab edirəm. Məhkəmə qətnamənin qət etdi hissəsində bütün əşyalara, xüsusən də cehiz və fərdi geyim əşyalarını iddaçının iddia ərizəsində göstərdiyi qiymətlərə istinad etməklə və əsaslanmaqla təmin etmiş və həmin əşyalar olmadığı təqdirdə onların həmin məbləğdə dəyərinin məndən alınmasını qət etmişdir. Lakin həmin qiymətlərlə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin həmin qiymətlər heç də ağlabatan deyil. Lakin buna baxmayaraq məhkəmə iddianı təmin edərkən birbaşa həmin qiymətlərə istinad etmiş və əsaslanmışdir. 2. Bundan başqa məhkəmə qətnamənin qət etdi hissəsində bütün tələbləri tamamilə qarışdıraraq cehiz əşyaları, iddiaçının şəxsi əşyaları və uşaqların paltarlarının hamısına cehizlik əşyalar kimi qiymət vermişdir. 3. Ziynət əşyalarının daima iddiaçının özündə olması və iddiaçının həmin ziynət əşyalarını öz yataq otağında məhz öz yanında saxlaması onu sübut edir ki, qeyd edilən ziynət əşyaları daim iddianın özündə olmuş, heç kim heç zaman iddiaçının ona məxsus olan ziynət əşyalarından istifadə etməsini, özündə saxlamasını və onlarla bağlı sərəncam hüquqlarını məhdudlaşdırmamışdır. Beləliklə də, iddiaçı özünə məxsus olan ziynət əşyaları ilə bağlı tam şəkildə sərbəst sərəncam vermək səlahiyyətinə sahib olmuşdur. İddiaçının öz izahatı bunu birbaşa təsdiq edir. Bu isə onu sübut edir ki, iddiaçının istənilən vaxt həmin ziynət əşyalarını götürüb getməsi üçün onları heç kimdən istəməsi və ya bununla bağlı kimdənsə icazə alması ilə bağlı heç bir zəruriyyət və heç bir maneə olmamışdır. Lakin məhkəmə bu faktların heç birinə əhəmiyyət verməmişdir. 4. Mən 2020-ci ilin əvvəllərindən demək olar ki, sonuna qədər Bakı şəhərində olmuşam və valideyinlərimin Masallı rayonunun Təklə kəndində yerləşən evinə getməmişəm. Belə ki, mən xəstəliyimlə əlaqədar olaraq 2019-cu ilin sonlarından müalicələrdə olmuşam. 01 may 2020-ci il tarixindən 10 sentyabr 2020-ci il tarixinə qədər isə hər 10 (on) gündən bir uzatmaq şərti ilə fasiləsiz olaraq Bakı şəhərində əsasən ambulator və qısa müddətə isə stasionar müalicədə olmuşam. Bununla bağlı zəruri sənədləri apellyasiya şikayətinə əlavə edirəm. Buna görə də həmin vaxt mənim Masallı rayonunun Təklə kəndində olmağım mümkün deyil. Bu səbəbdən də mənim iddiaçını döyməyim və onun guya evdən döyülərək qovulması barədə iddia ərizəsində göstərdikləri və anasının verdiyi şahid ifadəsi uydurmadan və cəfəngiyyatdan başqa bir şey deyil. Belə ki, iddiaçı iddiasının təmin edilməsi üçün sadəcə həmin şəraiti yaratmaq məqsədilə bu senarini uydurmuşdur. Məhkəmənin diqqəqinə çatdırıram ki, Masallı Rayon Məhkəməsi də məhz iddiaçının evdən getmə şəraitini əsas götürərək iddianı təmin etmiş və bu halın mövcudluğuna istinad etmişdir. Məhkəmənin iddianı təmin etmək üçün istinad etdiyi başqa heç bir əsaslı sübut yoxdur. 5. İddiaçının və onun şahidinin iddiaçının hansı gün evdən “qovulması” ilə bağlı dəqiq ifadə verməkdən qaçmaları onların həqiqətən də yalan ifadə vermələrini sübut edir. Belə ki, iddiaçı və onun şahidi mənim həmin vaxt xəstə və müalicədə olduğumu bildiklərindən iddia ərizəsində göstərəcəkləri günün mənim xəstəxanada müalicədə olduğum gün olmasından ehtiyat edərək, iddiaçınnı hansı gün evdən “qovulduğu”nu dəqiq göstərməmişdir. 6. Məhkəmə iddiaçının qardaşının toyda mənə hədiyyə etdiyi üzüyü qoyub getməsini əsas gətirərək həmin üzüyün evdə olmasının qalan ziynət əşyalarının da evdə qalması kimi qiymətləndirmişdir. Halbuki əgər həmin üzük iddiaçıya məxsus olsaydı bu zaman iddiaçı həmin üzüyü də götürərdi. Həmçinin əgər mən bütün ziynət əşyalarını götürmüş olsaydım və iddiaçının həmin ziynət əşyalarını aparmasına istinad etsəydim, belə olan halda həmin üzüyün qalmasını niyə bildirirdim. İddiaçı bütün ziynət əşyalarını da götürüb gedib deyərdim. İddia ərizəsində sayı və dəyəri həddindən artıq şişirdilməklə göstərilmiş 153 adda cehiz əşyasının, 7 adda zinyət əşyasının və 29 adda geyim və bəzək əşyalarının sayı və dəyərinin reallığa uyğun olmaması, iddiaçının həmin əşyaların mövcud olması ilə bağlı heç bir sübut təqdim edə bilməməsi, məhkəmənin iddianı evdə tapılmış əşyalar həddində təmin etməsi (hansı ki, mən əvvəldən də yalnız qətnamə ilə təmin edilmiş əşyaların mövcud olmasını qeyd edirdim) bir daha onu göstərir ki, iddiaçının qaldırdığı iddia əsassız və uydurmadır. Məhkəmə iddiaçının evdən getməsi şəraitini və mənim həmin vaxt valideyinlərimin Masallı rayonunun Təklə kəndində yerləşən evində olub-olmamağımla bağlı halları araşdırmadan, tək iddiaçı və onun anasının ifadəsinə istinad etməklə kifayətlənmişdir. Halbuki həmin hallar işin tam, hərtərəfli və obyektiv şəkildə araşdırılması, ədalətli və qanuni qətnamə çıxarılması üçün çox mühüm əhəmiyyət kəsb edir. Xüsusi ilə də iddianın ziynət əşyaları ilə bağlı hissəsinin təmin və ya rədd edilməsi, həmin məsələnin aydınlaşdırılması ilə bilavasitə bağlıdır. Məhkəmə qətnamədə mənim iddiaçını döyməyim və evdən qovulması səbəbindən ona məxsus olan əşyalarını götürmək imkanı olmamasını əsas gətirərək və həmin hallara istinad edərək, iddianı qismən təmin etmişdir. Halbuki işdə olan materiallardan və sübutlardan da açıq-aşkar surətdə görünür ki, həmin hal heç bir sübutla öz təsdiqini tapmır və sübuta yetirilmir. Məhkəmə qətnamədə mənim iddiaçını döyməyim və evdən qovulması səbəbindən ona məxsus olan əşyalarını götürmək imkanı olmamasını əsas gətirərək və həmin hallara istinad edərək iddianı qismən təmin etmişdir. Lakin həmin hal heç bir sübutla öz təsdiqini tapmır. Çünki mən həmin vaxt Bakı şəhərində uzun müddətli müalicədə olmuşam. Həmçinin həmin vaxt COVİD-19 pandemiyasi ilə əlaqədar olaraq yaşayış yerini tərk etmək qadağan idi. Eyni zamanda xüsusi icazəsi olan şəxslər və qanunda müəyyən edilmiş hallar istisna olmaqla rayonlardan Bakıya, Bakıdan isə rayonlara getmək hamı üçün qadağan edilmişdi. AR MPM-nin 82.1-ci maddəsinin tələbləri baxımından həmin hal mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Mənim həmin dövrdə xüsusi icazəsi olan şəxs statusum olmamış və rayona getmək üçün icazə verən halım da olmamışdır. Eyni zamanda səhhətimlə bağlı aldığım müalicə də buna imkan verməmişdir. Göründüyü kimi qeyd edilən hallar işin faktiki halları ilə tam şəkildə ziddiyət təşkil edir və uyğun gəlmir. Məhkəmə isə nə bu hallara əhəmiyyət vermiş, nədə həmin halları araşdırmamışdır. İddiaçı bundan əvvəl də 2020-ci ildə eyni iddia tələbi ilə məhkəməyə müracitə etmişdi. Həmin məhkəmə prossesi uzun müddət davam etmişdir. Belə ki, bir neçə dəfə iddiaçının iştirak etməməsi səbəbindən həmin iş baxılmamış saxlanılmış və sonradan məhkəmə həmin iş üzrə icraatı təzələmişdi. Həmin məhkəmə prossesi zamanı X1 və X5 mənim vəsatətim əsasında şahid qismində məhkəmə prossesinə cəlb edilmiş və məhkəməyə ifadə vermişdilər. Məhkəmə işi dəfələrlə baxılmamış saxlayaraq sonradan icraatı təzələdiyi üçün mən hazırkı işi həmin məhkəmə prossesinin davamı hesab etmişəm və şahidlərimin artıq ifadə verdiyini nəzərə alaraq onları yenidən ifadə vermələri üçün bu məhkəmə prossesinə cəlb etməmişəm. Həmçinin prosessual qənaətlilik baxımından iş üzrə kifayət qədər məlumata malik olan digər şahidləri də məhkəmə prossesinə cəlb etməmişəm. Hesab edirəm ki, həmin şahidlərin ifadəsinin alınması hazırkı iş üzrə obyektiv, ədalətli və qanuni qətnamə çıxarılması üçün əhəmiyyət kəsb edir. Məhkəmə tərəfimdən təqdim edilmiş sübutların istinad etdiyim halları təsdiq etmək üçün yetərli olmaması ilə bağlı məni xəbərdar etməmiş, bununla bağlı məndən əlavə olaraq hər hansı bir sübutumun olub-olmamasını soruşmamış və əlavə sübutlarım varsa onları təqdim edə biləcəyimi izah etməmişdir. Buna görə də mən də təqdim etdiyim sübutların yetərli olmasını və prosessual qənaətlilik prinsipini əsas tutaraq istinad etdiyim halları sübut edən özümdə olan sənədləri və müvafiq orqanlardan alıb verə biləcəyim sübutları məhkəməyə təqdim etməmişəm. Belə ki, məndə həmin vaxt Bakıda müalicə olunmağım və Bakıdan heç bir yerə getməməyimlə bağlı kifayət qədər sübutlar vardır. Mən hazırda əlimdə olan sübutları məhkəməyə təqdim edirəm. Verdiyim sorğular əsasında alacağım cavabları isə məhkəmə prossesi zamanı təqdim edəcəyəm. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdil. Məhkəmədə cavabdehin vəkili və eyni zamanda nümayəndəsi Vəkil3 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdil. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə qabaqcadan qanunamüvafiq qaydada məlumatlandırılmış iddiaçı təkrarən məhkəmə baxışında iştirak etməmiş, nümayəndəsi vasitəsilə təmsil olunmamışdır və bunun üzürlü səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin, onun vəkili və eyni zamanda nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin qismən ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə qismən düzgün hüquqi nəticəyə gəlmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqdaqəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid X6 ifadəsində göstərmişdir ki, iddiaçı Əsmərin anasıdır. Onlar cavabdehlə qonşudurlar. Əsmərlə Salmanın ailə münasibətləri normal olmamışdır. Qızı həmişə ona döyülməsindən şikayət etmişdir. 2020-ci ilin iyun ayında, gününü dəqiq xatırlamır, evlərində olarkən axşam nəvəsi Ləman qaçaraq onlara gəlmiş, anasının döyülməsini bildirmişdir. Bundan az sonra Əsmər ayaqyalın və ağlaya-ağlaya digər övladı Hüseynlə birlikdə onlara gəlmişdir. Həmin vaxt o, heç bir əşya gətirməmişdir. Sonradan Salman dəfələrlə barışmaq istəsə də, Əsmər barışmamışdır. O, nəvəsi Hüseyn anadan olanda 6 qramlıq qolbağı, nəvəsi Ləman anadan olanda 4 qramlıq sırğa, nəvəsi Hüseynin ad günündə 5 qramlıq boyunbağı ailə üzvləri adından hədiyyə etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Cavabdeh qarşı "nikahın pozulması və alimentin tutulması" tələbinə dair iddiası üzrə Masallı Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2(050)-1673/2020 saylı qətnaməsindən görünür ki, tərəflər arasında 06 oktyabr 2008-ci ildə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından 26 may 2009-cu ildə doğulmuş Hüseyn, 02 may 2011-ci ildə doğulmuş Ləman adlı uşaqların anaları İddiaçı yanında qalmaları müəyyən edilmiş və 02 iyul 2020-ci il tarixindən başlayaraq yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər birinə görə 100 manat olmaqla cəmi 200 manat alimentin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş qızıl-zinət əşyalarının qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, 1ədəd brilyant nişan üzüyü 585 əyar-7 qr, 860 manat dəyərində, 1 ədəd brilyant sırğa üzük dəsti 585 əyar -10 qr 1460 manat dəyərində, 1 ədəd qolbaq və boyunbağı dəsti 750 əyar - 26 qr 1800 manat dəyərində, 2 ədəd üzük 585 əyar - 8 qr 552 manat dəyərində, 1 ədəd uşaq qolbağı 585 əyar - 6 qr 414 manat dəyərində, 1 ədəd uşaq sırğası 583 əyar - 4 qr. 276 manat dəyərində, 1 ədəd uşaq boyunbağısı 585 əyar - 5 qr 345 manat dəyərindədir. Şirvan Apellyasiya Məhkəməsinin sorğusu əsasında təqdim edilmiş Masallı Rayon Məhkəməsinin 2(050)-3357/2021 saylı mülki iş materiallarından müəyyən olunur ki, İddiaçı eyni məzmunlu iddia ərizəsi ilə (hazırki 2(050)-2561/2022 saylı mülki işdəki iddia ərizəsi əvvəlki işdəki ərizənin ksorusurətidir) 29 sentyabr 2021-ci ildə Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin mülki işdə iddiaçı iddianın təmin təmin tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmənin 02 dekabr 2021-ci il tarixli 2(050)-3357/2021 saylı qərardadı ilə ərizə təmin olknmuş, Masallı rayonu Təklə kəndində Cavabdeh yaşadığı evdə İddiaçı məxsus iddia ərizəsində qeyd edilən cehiz əmlaklarının yararsız hala salınması cavabdehlərə qadağan edilmişdir. Məhkəmənin 12 may 202-ci il tarixli qərardadı ilə iddia ərizəsi MPM-nin 259.0.6-cı maddəsinə istinadla baxılmamış saxlanmışdır. Hazırki mülki işin materiallarına əlavə edilmiş Masallı rayon İcra və probasiya şöbəsinin 20 dekabr 2021-ci il tarixli aktından görünür ki, Masallı Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli 2(050)-3357/2021 saylı iddianın təmin tədbirinin görülməsinə dair qərardadının icrası ilə əlaqədar cavabdehin evində iddia ərizəsində qeyd olunan əşyaların mövcudluğu yoxlanılmış və 82 adda cehiz əşyaları siyahıya alınaraq yararsız hala salınması X3 qadağan edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2 əmək qabiliyyətinin olmaması vərəqələrindən görünür ki, Cavabdeh 01 may 2020-ci ildən başlayaraq hər 10 gündən bir müayinədən keçmiş və 10 oktyabr 2020-ci il tarixinədək aldığı malicələrlə bağlı əmək qabiliyyətsiz hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin ambulator kartdan arayışından görünür ki, SOCAR Təhlükəsizlik İdarəsinin atıcısı Cavabdeh 05 avqust 2020-ci ildən 06 avqust 2020-ci il tarixədək sol böyrəyin xərçəngi diaqnozu ilə stasionar müalicədə olmuşdur, xəstədə zəiflik, halsızlıq müşahidə olunur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir; 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır; 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir; 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki,onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir,həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir.Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır; 668.1.3-cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdiyi halda bağışlama etibarlıdır; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədıyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1. və 34.2.-ci maddələrinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız cavabdeh tərəfindən mübahisələndirildiyindən, məhkəmə isə cehiz əşyalarına münasibətdə iddianı qismən olaraq müvəqqəti təminat tədbirinə dair qərardadın icrası ilə əlaqədar siyahıya alınan əmlaklar hissədə təmin etdiyindən, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək mülkiyyətçinin hüququ olduğundan, apellyasiya şikayətinin dəlilləri cehiz əşyalarına aid hissədə qətnamənin ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Qızıl-zinət əşyalarına aid hissədə apellyasiya şikayətinin dəlillərini işdə olan sübutlarla birlikdə tədqiq edən kollegiya, dəlilləri əsaslı hesab edir. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatında qızıl-zinət əşyalarının öz sahibliyində olduğunu, həmişə yataq otaqlarında olan paltar şkafında qızıl qabında saxlandığını bildirərək, onların əlindən alınmasını 2020-ci ilin iyun ayında axşam əri Salman tərəfindən döyülərək, qayınanası tərəfindən evdən çıxarılması, atası evi qonşuluqda olduğundan ayaqyalın çəpərdən keçərək uşaqları ilə birlikdə valideyinlərinin evinə getməsi və bir daha geri qayıtmaması ilə əsaslandırmışdır. İddiaçı bu dəlilini təsdiq edə biləcək hər hansı bir mötəbər sübutunu məhkəməyə təqdim etməmiş, yalnız anası şahid qismində ifadə vermişdir. İddiaçı bildirir ki, 2020-ci ilin iyun ayında axşam əri Salman tərəfindən döyülərək ər evini tərk etməyə məcbur olmuş və həmin vaxtdan bir daha geri qayıtmamışdır. Bu onu deməyə əsas verir ki, iddiaçı ər evini tərk edərkən özü üçün birdəfəlik getdiyini yəqin etmiş olmuşdur. Belə olan halda isə döyülməsi ilə bağlı iddiaçının DİN-nin 102 xidmətinə məlumat verməməsi sual doğurmaya bilməz, çünki bundan öncə iddiaçı əri ilə birlikdə Bakı şəhərində yaşayarkən əri tərəfindən döyülməsi ilə bağlı həmin xidmətə müraciət etdiyini bildirmişdir. İddiaçının qeyd olunan əsaslandırması apellyasiya şikayətinin dəlilləri ilə tam təkzib olunur. Belə ki, iş materiallarına əlavə edilmiş X2 əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən Cavabdeh 01 may 2020-ci ildən başlayaraq hər 10 gündən bir müayinədən keçmiş və 10 oktyabr 2020-ci il tarixinədək aldığı malicələrlə bağlı əmək qabiliyyətsiz hesab edilmiş, Bakı şəhərində olmuşdur. Həmin dövrdə Covid 19 pandemiyası ilə bağlı Azərbaycanda sərt karantin rejiminin tətbiq olunduğu (yalnız avqust ayının 5-dən yumşalmalar olmuşdur) və xüsusi icazələr əsasında şəxslərin yaşayış yerini tərk etmələri hamıya bəlli olan bir haldır. Kollegiya hesab edir ki, qızıl-zinət əşyaları ər evini tərk edənədək iddiaçının sahibliyində olduğundan, sahiblikdən məhrumetmə ilə bağlı sübutlar vermək də iddiaçının üzərinə düşür. Bu zaman iddiaçının ər evini hansı şəraitdə tərk etməsinin müəyyən olunması xüsusi önəm daşıyır. İddiaçı qızıl-zinət əşyaları üzərində sahiblikdən məhrumedilməsini əri tərəfindən döyülərək, ər evini tərk etmək məcburiyyətində qalması ilə əsaslandırsa da, buna dair mötəbər sübutlar verməmişdir. Əksinə cavabdeh tərəfin təqdim etdiyi yazılı sübutlar daha inandırıcı olmaqla, iddiaçının ər evini tərk etməsi şəraitinə dair verdiyi əsaslandırmanın tamamilə yanlış olduğunu çılpaqlığı ilə ortalığa qoymuş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması qızıl-zinət əşyaları hissədə mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi qızıl-zinət əşyalarının cavabdehdən tutulması hissədə ləğv olunmalı və iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə qəbul edilmiş qətnamənin iddiaçıya münasibətdə mübahisələndirilən hissədə iddianın qiyməti təmin olunmayan qızıl-zinət əşyalarının dəyəri ilə (345+690+1380+138+276=2829) məhdudlaşır ki, prosessual qanunvericiliyə görə iddiaçı tərəfindən qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh, onun vəkili və eyni zamanda nümayəndəsi Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2(050)-2561/2022 saylı qətnaməsi "nişan üzüyü 5 qram-345 manat, sırğa-üzük dəsti 10 qram-690 manat, qolbağ və boyunbağı dəsti 20 qram-1380 manat, üzük 2 qram-138 manat, 4 qram-276 manat dəyərində qızıl-zinət əşyaları"nın Cavabdeh alınaraq iddiaçı X8 verilməsi hissədə ləğv olunsun və həmin hissədə iddia rədd edilsin. Qətnamə Cavabdeh, onun vəkili və eyni zamanda nümayəndəsi Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Kasasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-547/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-547/2023
19.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver