Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-570/2023 20.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, Cəlilabad Rayon Məhkəməsinin 2(073)667/2022 saylı, 24 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 aprel 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı avtomobilin qaytarılması və ya avtomobilin dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan «Opel Astra» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin texniki pasportu ilə birlikdə tam işlək vəziyyətdə cavabdehdən alınıb ona (iddiaçıya) verilməsinə, avtomobil olmadığı, satıldığı və ya xarab vəziyyətdə olduğu halda avtomobilin dəyəri olan 8 200 (səkkiz min iki yüz) manat pulun və 30 manat dövlət rüsumunun, cəmi 8 230 (səkkiz min iki yüz otuz) manat pulun Cavabdeh alınıb ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X1 nümayəndəsi (vəkili) X3 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı mülkiyyətində olan «Opel Astra» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili saz vəziyyətdə xx.xx.2013-cü ildən xx.xx.2016-cı ilədək Cavabdeh etibar etmiş və bu barədə cavabdehə notarial qaydada təsdiq edilmiş etibarnamə verimişdir. Cavabdeh həmin avtomobillə müxtəlif tarixlərdə yol hərəkəti qaydalarını pozduğuna görə iddiaçı notariat kontoruna müraciət edərək, cavabdehin adına verilmiş etibarnaməni xitam etdirmişdir. İddiaçı cavabdehdən avtomobilini geri qaytarmasını tələb etmiş, lakin cavabdeh avtomobili qaytarmaqdan imtina etmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı mülkiyyətində olan və “Zamin Bank”-ın Masallı filialında girovda olan «Opel Astra» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında ondan ilkin ödəniş almaqla onun (cavabdehin) istifadəsinə vermiş, lakin aylıq ödənişləri gecikdiyi üçün uzun müddət keçmədən, yəni həmin sözügedən avtomobili istifadəsinə götürdüyü vaxtdan bir ay sonra “Zamin Bank”-ın Masallı filialına təhvil vermişdir. Bundan sonra isə həmin avtomobildən məlumatı olmamışdır. Sonradan əldə etdiyi məlumata görə iddiaçı həmin avtomobili başqa şəxsə satmışdır. İddianı tam əsassız hesab edir. Bundan başqa, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il müəyyən edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddia müddətinin keçməsi, həmçinin iddianın qərəzli və əsassız olduğu üçün rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin 2(073)667/2022 saylı, 24 may 2022-ci il tarixli qətnaməsi ilə (Hakim: Q.Paşayev), iddianın təmin edilməsi, Cavabdeh «Opel Astra» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (texniki pasportu ilə birlikdə) tam işlək vəziyyətdə, həmin nəqliyyat vasitəsi olmadığı, satıldığı və yaxud nasaz (xarab) olduğu halda dəyəri olan 8 200 (səkkiz min iki yüz) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 373.2, 377.1-ci maddələrinə istinad etmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Babayev X2 Rayon Məhkəməsinin 2(073)667/2022 saylı, 24 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apelyasiya şikayətinin dəlillərinə qarşı etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdir. Lakin cavabdeh məhkəmə kollegiyasına teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdeh səhhəti ilə əlaqədar hər hansı bir sənəd təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin dəlilləri həddində Cəlilabad Rayon Məhkəməsinin 2(073)667/2022 saylı, 24 may 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcələsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)667/2022 saylı, 24 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışdan görünür ki, X1 mülkiyyətində olan «Opel Astra» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil istifadə edilməsi üçün etibar edən X4 tərəfindən xx.xx.2013cü ildən xx.xx.2016-cı ilədək Cavabdeh etibar edilmişdir. İş materiallarına əlavə edilmiş Ləğv prosesində olan "xxxx" ASC-in xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, X1 mülkiyyətində olan «Opel Astra» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avto nəqliyyat vasitəsi "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun dayanacağında aşkar edilməmişdir. İş materiallarında olan qiymətləndirici "xxxx"MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 01/22-163 saylı avtomobilin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, 1998- 1999-cu il buraxılışlı «Opel Astra» markalı nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixə olan bazar dəyəri 8500 (səkkiz min beş yüz) manat təşkil edir. Məhkəmə kollegiyası iş materialları araşdıraraq müəyyən edir ki, iddiaçının mülkiyyətində olan «Opel Astra» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cəlilabad rayon 1 saylı Notariat Ofisində təsdiq edilmiş etibarnamə əsasında xx.xx.2013-cü il tarixdə Cavabdeh etibar edilmiş, lakin sonradan mülkiyyətçinin müraciəti əsasında həmin etarnaməyə xitam verilmişdir. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh «Opel Astra» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini mülkiyyətçisi olan İddiaçı qaytarmamışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Birinci instansiya məhkəmə iclasında Cavabdeh «Opel Astra» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin "xxxx" ASC-yə təhvil verdiyini göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 2(073)1448/2014 saylı 22 iyul 2014-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı kreditin və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 3466 (üç min dörd yüz altmış altı) manat məbləğində kredit borcu və 375 (üç yüz yetmiş beş) manat faiz borcu olmaqla cəmi 3841 (üç min səkkiz yüz qırx bir) manat məbləğində vəsait alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, ipoteka ilə yüklü edilmiş Opel Astra markalı ** BM *** dövlət nömrə nişanlı avtomaşının hərracda satılması, satışdan əldə edilən pul vəsaitindən 3841 (üç min səkkiz yüz qırx bir) manat iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, Opel Astra markalı ** BM *** dövlət nömrə nişanlı avtomobilin ilkin hərrac qiyməti 6700 (altı min yeddi yüz) manat müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmçinin ləğv prosesində olan "xxxx" ASC-in xx.xx.2021-ci il tarixli məktubdan da müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan «Opel Astra» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-yə təhvil verilməmişdir. Bundan başqa, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehin iddiaçı tərəfindən iddia müddətini ötürməsi və iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə qiymət verilməsi barədə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlar iddiaçı tərəfindən iddia müddəti ötürülməsini hesab etməyə əsas vermir. Belə ki, məhkəmə iddia müddətinin iddiaçı tərəfindən ötürülməsi barədə cavabdehin izahatının həqiqətə uyğun olmadığını və mülki məsuliyyətdən yayınmaq üçün irəli sürüldüyünü hesab etməyə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına görə dövlət mülkiyyət hüququna təminatı mülkiyyətin formasından asılı olmayaraq verir; bu hüquq, qanunla qadağan olunmamış bütün vasitələrlə müdafiə olunur, əsas müdafiə vasitəsi qismində isə məhkəmə müdafiəsi çıxış edir. Mülkiyyətə dair mübahisənin məhz məhkəmə həlli zamanı bütün mübahisə iştirakçılarının – həm məcburi hüquqi qüvvəsi olan məhkəmə aktı ilə təmin olunacağını güman etdikləri əmlak tələblərini irəli sürən şəxslərin, həm də irəli sürülmüş tələblərlə razılaşmayan şəxslərin hüquqlarına təminat verilir. Qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüqüq və qanuni mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malik olmalıdırlar. Qanun və məhkəmə qarşısında bərabərlik isə hər bir məhkəmə işinə eyni prosessual qaydada və formada, tərəflər üçün eyni prosessual təminatlarla baxılması ilə təmin edilir. Bununla maraqlı şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, onlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin yuxarıda göstərilən dəlili ilə bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı). Göründüyü kimi, iddiaçı hal hazırkı mülki iş üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə iddiaçının subyektiv hüququnu pozmuşdur. Kollegiya hesab edir ki, hal-hazırkı mülki iş üzrə iddia müddətinin iddiaçı tərəfindən ötürülməsi barədə cavabdehin dəlili həqiqətə uyğun olmadığını və mülki məsuliyyətdən yayınmaq üçün irəli sürüldüyünü hesab etməyə əsas verir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi və iddia müddətinin tətbiq edilməməsi mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilən iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiya şikayətinin təmin edilməsi və Cəlilabad Rayon Məhkəməsinin 2(073)667/2022 saylı, 24 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)667/2022 saylı, 24 may 2022-ci il tarixli qətnaməsi Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-570/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-570/2023
20.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver