Məhkəmə qərarları › İş №2(106)-619/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-619/2024

23.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-619/2024 23.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair mülki iş üzrə Açar sözlər: əmlak tələbi, qızıl-zinət və cehiz əşyaları X11 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət və cehiz əşyaları tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2(056)-642/2023 saylı qətnaməsindən (Səlim Allahverdiyev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd sep 15 qram çəkidə 583 əyarlı - 900 manat dəyərində, 2 ədəd qolbaq 585 ayar 1 ədədi 10 qram, 1 ədədi 8 qram çəkidə - cəmi 1080 manat dəyərində, 2 ədəd üzük cəmi 18 qram çəkidə 583 əyarlı - 1080 manat dəyərində, 2 ədəd komplekt (üzük-sırğa) 583 əyarlı cəmi 17 qram çəkidə -1020 manat dəyərində, 2 ədəd sırğalar və 2 ədəd üzüklər cəmi 30 qram çəkidə 583 əyarlı - 1800 manat dəyərində, mebel dəsti: (yataq mebeli, şifoner 6 qapılı, taxt, 2 tumba, termo, yumuşaq mebel: divan və 2 ədəd kreslo, qonaq otaq mebeli,servant 6 qapılı, 8 nəfərlik stol, 6 stul, televizor altı (şüşə), jurnalnı, paltarasılan) - 6800 manat dəyərində, soyuducu 2 qapılı - 360 manat dəyərində, "Samsung” markalı televizor - 200 manat dəyərində, "Evroluks” paltaryuyan maşın - 550 manat dəyərində, ütü və ütü altı - 30+45= 75 manat dəyərində, "Evroluks” elektirik ətçəkən maşın - 140 manat dəyərində, ətçəkən maşın (əl ilə) - 16 manat dəyərində, blender (elektrik) - 30 manat dəyərində, "Evroluks” iri Mikser (qabli) - 35 m+ 25 m= 60 manat dəyərində, "TEFAL” çaydan (dəst pletkalı böyük pletka 2 vallı Meçta) - 40 manat dəyərində, ev qızıdıran peç - 35 manat dəyərində, duxovka - 45 manat dəyərində, "Madonna” obedni serviz - 180 manat dəyərində, 2 dəst (12+12) çaynı serviz - 110 manat dəyərində, 2 ədəd böyük qəfədan (1- balaca) - 18+18= 36 manat dəyərində, qara "Madonna” serviz - 150 manat dəyərində, 3 mərtəbəli meyvə qabı, konfet qabisi, qənd qabısı, boşqabları ilə - 38 manat dəyərində, böyük xürüstal dəsti (hər şeyi içində) - 70 manat dəyərində, Rusiya istehsalı olan xürüstal Qrafin dəsti - 25 manat dəyərində, Bagema meyvə qabıları, konfetqabıları - 80 manat dəyərində, Baqema Dolça (6 ədəd balası) - 50 manat dəyərində, 4 ədəd iri çaynik (2-si balaca) - 20 manat dəyərində, məişət əşyaları (qaşıqlar,vilkalar,boşqablar - 48 ədəd, stəkan və nəlbəkilər - 48 ədəd, qənd qabılar - 24 ədəd)-136,80 manat dəyərində, 3 dəst qazan - 45 manat dəyərində, "TEFAL” qazan dəsti çaydanla dəst 25 manat dəyərində, Samovar, Qazan dəsti 7 İt. - 120 manat dəyərində, Çuğun qazan dəsti 5 İt. - 45 manat dəyərində, Aliminium qazanlar böyük-balaca - 30 manat dəyərində, "TEFAL” Tava - 20 manat dəyərində, Aliminium tava böyük-balaca - 20 manat dəyərində, 2 ədəd böyük xalça: 6x5 m ölçüde brilliant markalı. - 300 manat dəyərində, 5x4 m ölçüdə yun xalça - 250 manat dəyərində, Taxt üstlüyü, gecə lampası - 40 m + 15 m = 55 manat dəyərində, 2 ədəd böyük odeyal-qalın - 70 manat dəyərində, 2 ədəd balaca odeyal- qalın - 50 manat dəyərində, 3 ədəd qalın selikon yorğan - 35 manat manat dəyərində, Kapsella pərdə (altüst- qapı-pəncərə üçün) - 220 manat dəyərində, Taxt döşəyi - 20 kiloqram - 90 manat dəyərində, 2 ədəd tək döşək her biri 10 kiloqramlıq - 120 manat dəyərində, 4 ədəd yun yorğan (1 ədəd -5 kq, 3 ədədi - 4 kq) - 200 manat dəyərində, 9 ədəd yastıq - 180 manat dəyərində, 10 ədəd döşəkçə - 100 manat dəyərində, Sandıq - 90 manat dəyərində, Xrüstal Lüstür -150 manat dəyərində, 6 dəst çexol-prostini 2 nəfərlik -180 manat dəyərində, 2 dəst tək çexol-prostini dəsti 40 manat dəyərində, qeyd olunan əmlaklar və ya özü olmazsa onların ümumilikdə 17561 manat dəyərinin, ödənilmiş dövlət rüsumu əvəzində 143 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdehlə 2010-cu ilin oktyabr ayında el adəti ilə toy edərək faktiki nikaha, xx.xx.2012-ci il tarixdə isə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2011 -ci il tarixdə X8 və xx.xx.2013-cü il tarixdə isə X9 adlı uşaqları doğulmuşdur. Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)- 1782/2022 saylı qətnaməsinə əsasən onlar arasında olan rəsmi nikahın pozulması, azyaşlı uşaqlarının onun yanında qalmalarının müəyyən edilməsi və uşaqların saxlanılması üçün hər ay cavabdehdən hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Aralarında olan nikah münasibətləri pozulduqdan sonra o, uşaqları ilə birlikdə valideynlərinə məxsus evdə yaşayır. Ailə münasibətlərin xitam verilsə də, məlak mübahisələri cavabdehin qanuni tələblərini könüllü icra etməməsi nəticəsində həll edilməmiş qalmışdır. Bu əmlaklar toy-nişan mərasaimində cavabdeh tərəfindən ona hədiyyə olunan qızıl-zinət əşyaları və valideynləri tərəfindən ona hədiyyə olunan cehiz əmlaklarından ibarətdir. Cehiz əmlakları cavabdehin yaşadığı evdə qalmış, qızıl-zinət əmlakları cavabdeh tərəfindən satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı məhkəməyə verdiyi izahatında iddia ərizəsində göstərilənləri təkrar edərək və əlavə olaraq bildirmişdir ki, cavabdehlə onlar 2017-ci ildə faktiki ayrılmışlar. O, cavabdehin valideynləri ilə yaşadığı evdən sinir xəstəsi olaraq çıxmışdır. Orada yaşayanda ayağına dəmir düşmüş, bundan sonra onda sinir xəstəliyi yaranmışdır. Orada ona baxan olmadığına görə anası gəlib onu əvvəl xəstəxanaya, sonra öz yaşadıqları evə aparmışdır. Onun valideynləri ilə cavabdehin valideynləri arasında münasibətlər hər zaman yaxşı olmuşdu. Özünün isə Nicatla münasibətləri xəstəxanaya gedənə qədər və ondan bir neçə il sonra da yaxşı olmuşdur. O, 3-4 il yataq xəstəsi olmuşdur. Arada Nicat gəlib onu öz evlərinə aparmış, müalicəsini davam etdirmək üçün yenə anası evinə qayıtmışdır. Onu xəstəxanaya aparanda anası ona əşyalarını yığmaqda köməklik etmiş, qaynatası isə öz maşını ilə onu xəstəxanaya aparmışdır. 2021-ci ildə o, bir neçə gün Bakı şəhərində birgə yaşamış, sonra yenidən Nicatın ata evinə qayıtmışlar. Orada da bir neçə müddət yaşamışdır. Nicatgilin evində o, Nicat, qaynatası və Nicatın analığı yaşayırdı. Qızılları əmlaklar olan otaqda açıqlıqda olurdu hər zaman. Demək olar ki, hər gün evdə dava-dalaş olurdu. Anasıgildə bir müddət müalicə olub düzəldikdən sonra Nicatgilin evinə qayıdıb yenidən yaşamağa başladıqdan sonra yenidən dava-dalaşlar başlamış, o, yenə sinir krizi keçirmiş və səhər saatlarında Nicatdan xahiş etmişdir ki, onu müalicə alması üçün anasgilə aparsın. Nicat da onu anasgilə aparmış, ondan sonra o, geri qayıtmamışdır. Geri qayıtmamasının bir səbəbi də Nicatın başqa bir qadına qoşulması, evə baxmaması idi. Hazırda o, tələbini tam müdafiə edir və məhkəmədən iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, onun qızıl əmlaklardan xəbəri yoxdur. Belə ki, onlar 2017-ci ildən faktiki ayrılıb ayrı yaşamışlar. Narınc xəstə olduğu üçün anası gəlib onu evinə aparıb evində müalicə etdirirdi. Müalicə xərclərini o və valideynləri ödəyirdi. O, arabir ya gedib, ya da telefon ilə əlaqə saxlayıb Narıncla maraqlanmışdır. Narınc müalicə alıb düzəldikdən sonra yenidən onların yaşadığı evə qayıtmış, bir müddət sonra yenidən səhhətində pisləşmə olduğu üçün valideynlərinin evinə müalicə məqsədi ilə getmişdir. 2020-ci ilin dekabr ayında Narınc koronavirus xəstəliyinə tutulmuş, həmin zaman o, Bakı şəhərində işlədiyi üçün Bakı şəhərində olmuş, Narınc isə anası evində müalicə olunurdu. Həmin zamanlaradək Narınc müalicə olunub onların yaşadığı evə qayıtdığı üçün qızıllar onların yaşadığı evdə Narıncın əşyalarının içərisində olurdu. Narınc xəstə olduğu üçün həmin vaxtlar qızıl fikirləşmək halında deyildi. Ona görə də qızıllar evlərində qalmışdı. O, Bakıda olduğu zaman kiçik bacanağı Asimanı onun ata evinə göndərib qızılları istəmişlər ki, Narıncı hansısa toy məraisiminə aparacaqlar, qızıllar verilsin və Narınc qızıllarını taxsın. O, etiraz etməyib qızılların yeri barədə valideynlərinə demiş, qızıllar Asimana təhvil verilmişdir. Bundan bir qədər sonra yenə ara düzəldiyi, mehribanlıq olduğu üçün o, Bakı şəhərindən işindən icazə alıb bir günlük rayona gəlmiş, Narıncı və uşaqlarını götürüb Bakı şəhərinə getmişdir. Həmin vaxt qızıllarını və sənədləri də özü ilə götürmüşdü. Bakı şəhərində yaşadıqları zaman Narıncın anasının ailəsinə müdaxilə etməsi səbəbi ilə onlar arasında yenə də mübahisə və münaqişələr yaranmağa başladı. Bakı şəhərinə birgə getdikləri zamandan təxminən 15-20 gün sonra onlar yeindən rayona qayıtdılar və bir müddət atası evində yaşadılar. Narıncın xəstəliyi yenidən baş qaldırdığı üçün o, hər gün səhər özü ilə Narıncı anası evinə iynə vurulması məqsədi ilə aparır, axşam isə gedib yaşadıqları evə gətirirdi. Bir gün yenə eyni qaydada səhər saatlarında Narınc hazırlaşmış, o, Narıncı yenə də iynə vurulması üçün anası evinə aparmışdır. Axşam Narıncı gətirməyə gedəndə Narınc geri qayıtmayacağını, qalıb orada müalicə alacağını ona bildirdi. Təxminən 1 ay Narınc orada müalicə aldı. Bir aydan sonra o, Narıncdan evə qayıtmasını tələb etdikdə, Narınc yenə də imtina edərək hələ də özünü idarə edə bilmədiyini bildirdi. Bundan sonra valideynləri Narıncı yaşadıqları evə gətirməyə cəhd etsə də, atası mane oldu. Bir müddət sonra isə Narınc ondan xəbərsız və icazəsiz işə düzəldi. Göründüyü kimi, iddiaçının evdən kimsə qovmamış və o, evdən məcburi qaydada çıxarılmamışdır ki, qızıllar da onda qalmış olsun. İddiaçı özünün istəyi əsasında onun tərəfindən hər gün olmaq şərti ilə iynə vurulması məqsədi ilə anası evinə aparılmış, iddiaçını anası evinə apararkən də iddiaçı sərbəst qaydada evdən hazırlaşıb çıxmış, axşamlar da o, gedib gətirmişdir. Sonuncu dəfə də iddiaçı eyni qaydada evdən çıxmış, axşam arxasınca getdiyi zaman özü onunla qayıtmaqdan imtina etmişdir. Artıq onlar uzun müddətdir ki, ayrıdırlar. İddiaçı özü də yaxşı bilir ki, qızıllar özündədir. Əgər belə olmasa idi, ayrı yaşadıqları müddətdə ona qarşı qızılla bağlı məhkəməyə müraciət etmiş olardı. Hətta iddiaçı qızılların bir qismini bacısı ilə kursa gedərkən satmış, özünə müxtəlif işləyəcəyi işlə bağlı ləvazimatlar almışdır. Bundan əlavə, iddiaçı özü də bilir ki, o, ayrı yaşadıqları müddətdə digər bir qadınla faktiki nikah münasibətinə girmişdir. O, hazırki iddiaçıya qarşı nikahın pozulmasına dair iddia verib bu barədə məhkəmə qətnaməsi çıxdıqdan sonra cavabdeh hazırki tələblə ondan qisas almaq niyyəti ilə məhkəməyə müraciət etmişdir. Həmçinin əgər iddiaçı yenidən geri qayıdacağını fikirləşib getmiş olsa idi özü ilə uşaqların paltarlaını da aparmazdı. Cehiz əmlaklara gəldikdə isə, qeyd etdiyi kimi iddiaçı özü könüllü onların yaşadığı evdən anası evinə gedib geri qayıtmadığı üçün iddaçıya məxsus cehiz əmlaklar onun evində qalmışdır. Əldə etdiyi iddia ərizəsi əsasında o, evdə olan cehiz əmlakların siyahılaşmasını həyata keçirmiş, məlum olmuşdur ki, tələb edilən məlakların böyük hissəsi həqiqətən onun evindədir. Tələb edilən əmlaklardan ev qızdıran peç və və duxovka birgə yaşadıqları zaman xarab olmuş və atılmışdır. Siyahıda 23 nömrə ilə qeyd edilmiş əmlakların daxilində stəkan və nəlbəkilər olmamışdır. Ona görə də o, aşkar edilmiş əmlaklara münasibətdə iddianın təmin edilməsinə etiraz etmir və məhkəmədən qətnamə qəbul edilərkən göstərdiyi xüsusatların nəzərə alınmasını xahiş edir. Cavabdehin izahatına münasibətdə iddiaçı əlavə olaraq bildirnmişdir ki, bacısı əri Asiman qızılları həqiqətən gətirmiş, toyda istifadə etdikdən sonra cavabdeh tərəfindən tələbi ilə o, qızılları yenidən geri qaytarmışdır. Sabirabad Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2(056)-642/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh mebel dəsti: (yataq mebeli, şifoner 6 qapılı, taxt, 2 tumba, termo, yumuşaq mebel: divan və 2 ədəd kreslo, qonaq otaq mebeli,servant 6 qapılı, 8 nəfərlik stol, 6 stul, televizor altı (şüşə), jurnalnı, paltarasılan) - 6800 manat dəyərində, soyuducu 2 qapılı - 360 manat dəyərində, "Samsung” markalı televizor - 200 manat dəyərində, "Evroluks” paltaryuyan maşın - 550 manat dəyərində, ütü və ütü altı - 30+45= 75 manat dəyərində, "Evroluks” elektirik ətçəkən maşın - 140 manat dəyərində, ətçəkən maşın (əl ilə) - 16 manat dəyərində, blender (elektrik) - 30 manat dəyərində, "Evroluks” iri Mikser (qabli) - 35 m+ 25 m= 60 manat dəyərində, "TEFAL” çaydan (dəst pletkalı böyük pletka 2 vallı Meçta) - 40 manat dəyərində, ev qızdıran peç- 35 manat dəyərində, duxovka - 45 manat dəyərində, "Madonna” obedni serviz - 180 manat dəyərində, 2 dəst (12+12) çaynı serviz - 110 manat dəyərində, 2 ədəd böyük qəfədan (1- balaca) - 18+18= 36 manat dəyərində, qara "Madonna” serviz - 150 manat dəyərində, 3 mərtəbəli meyvə qabı, konfet qabısı, qənd qabısı, boşqabları ilə - 38 manat dəyərində, böyük xürüstal dəsti (hər şeyi içində) - 70 manat dəyərində, Rusiya istehsalı olan xürüstal Qrafin dəsti - 25 manat dəyərində, Bagema meyvə qabıları, konfetqabıları - 80 manat dəyərində, Baqema Dolça (6 ədəd balası) - 50 manat dəyərində, 4 ədəd iri çaynik (2-si balaca) - 20 manat dəyərində, məişət əşyaları (qaşıqlar, çəngəllər, boşqablar - 48 ədəd, qənd qabılar - 24 ədəd)- 88,80 manat dəyərində, 3 dəst qazan - 45 manat dəyərində, "TEFAL” qazan dəsti çaydanla dəst 25 manat dəyərində, Samovar, Qazan dəsti 7 İt. - 120 manat dəyərində, Çuğun qazan dəsti 5 İt. - 45 manat dəyərində, Aliminium qazanlar böyük-balaca - 30 manat dəyərində, "TEFAL” Tava - 20 manat dəyərində, Aliminium tava böyük-balaca - 20 manat dəyərində, 2 ədəd böyük xalça: 6x5 m ölçüde brilliant markalı. - 300 manat dəyərində, 5x4 m ölçüdə yun xalça - 250 manat dəyərində, Taxt üstlüyü, gecə lampası - 40 m + 15 m = 55 manat dəyərində, 2 ədəd böyük odeyalqalın - 70 manat dəyərində, 2 ədəd balaca odeyal-qalın - 50 manat dəyərində, 3 ədəd qalın selikon yorğan - 35 manat manat dəyərində, Kapsella pərdə (alt-üst- qapı-pəncərə üçün) - 220 manat dəyərində, Taxt döşəyi - 20 kiloqram - 90 manat dəyərində, 2 ədəd tək döşək her biri 10 kiloqramlıq - 120 manat dəyərində, 4 ədəd yun yorğan (1 ədəd -5 kq, 3 ədədi - 4 kq) - 200 manat dəyərində, 9 ədəd yastıq - 180 manat dəyərində, 10 ədəd döşəkçə - 100 manat dəyərində, Sandıq - 90 manat dəyərində, Xrüstal Lüstür - 150 manat dəyərində, 6 dəst çexol-prostini 2 nəfərlik - 180 manat dəyərində, 2 dəst tək çexol-prostini dəsti 40 manat dəyərində ümumi dəyəri 11581 manat olan cehiz əmlakların və qeyd olunan əmlaklardan hər hansı biri olmadıqda onların dəyəri və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və apellyasiya şikayətinin iddia tələbi üzrə təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsindən qismən (qızıl-zinət əmlaklarının tələbi hissəsində) narazıdır. Qeyd etmək istəyir ki, cavabdeh tərəfindən ona hədiyyə olunan qızıl-zinət əşyaları cavabdeh, tərəflər arasındakı rəsmi nikah qeydi məhkəmə qaydasında ləğv olunmamışdan əvvəl iddiaçıdan məcburi alaraq Sabirabad şəhərində fəaliyyət göstərən "xxxx" qızıl-zinət kredit şirkətinə qoyaraq özü üçün pul götürmüş, nikah qeydi məhkəmə qaydasında pozulduqdan sonra cavabdeh həmin qızıl-zinət əşyalarını LOMBARD şirkətindən götürərək iddiaçıya geri qaytarmamışdır. Bununla bağlı iddiaçı yazılı vəsatətlə məhkəməyə müraciət edərək "xxxx" Şirkətinə sorğu edilməsini və ya şirkətin rəhbərinin ifadə verməsi üçün məhkəmə prosesinə cəlb edilməsini xahiş etsədə məhkəmə iddiaçının hüquqi mahiyyətə əsaslanan vəsatətini məqsədli şəkildə təmin etməmişdir. Məhkəmə qətnamə çıxararkən cavabdehin yaxın qohumlarının ifadələrini maddi sübut vasitəsi kimi qiymətləndirmiş, onların ifadələrinə əsasən qətnamə çıxarmışdır. Halbuki, yaxın qohumların ifadələri maddi sübut kimi əsas götürülə bilməz. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən-qızıl-zinət əşyalarına dair hissədə ləğv edilməsini və həmin hissədə iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ailə qurarkən ona aşağıdakı qızıl-zinət əşyaları hədiyyə olaraq verilmişdir. 1 ədəd sep 15 qram çəkidə 583 əyarlı - 900 manat dəyərində, 2 ədəd qolbaq 585 ayar 1 ədədi 10 qram, 1 ədədi 8 qram çəkidə - cəmi 1080 manat dəyərində, 2 ədəd üzük cəmi 18 qram çəkidə 583 əyarlı - 1080 manat dəyərində, 2 ədəd komplekt (üzük-sırğa) 583 əyarlı cəmi 17 qram çəkidə -1020 manat dəyərində. Həmçinin göstərmişdir ki, iddia ərizəsində 5-ci sırada adları qeyd edilən 2 ədəd sırğalar və 2 ədəd üzüklər cəmi 30 qram çəkidə 583 əyarlı - 1800 manat dəyərində əşyalar ona hədiyyə edilməmişdir. Güman edir ki, həmin əşyalar texniki səhvin nəticəsi olaraq iddia ərizəsinə qeyd edilmişdir. Bildirmişdir ki, qızıl əşyalar həmişə evdə Nicatda olub. Xəstələnib ata evinə gedərkən də qızıllar ər evində qalmışdır. Ayağına dəmir düşdüyündən yeriyə bilməmiş və bir müddət ata evində qalaraq müalicə olmuşdur. Lakin tez-tez öz evlərinə də qayıtmış və orada yaşamışdır. 2021-ci ildə daimi olaraq ər evində yaşamışdır. 2021-ci ildə bacısının toyu olmuş və qızıllarını həmin toya taxmış, toydan sonra yenidən qaytararaq Nicata vermişdir. 2021-ci ilin sonlarında yenidən xəstələnmiş və 2-3 ay yenə anası evində qalmışdır. Bu müddət ərzində öyrənmişdir ki, Nicat onun qızıllarını Lombarda girov qoymuşdur. İndi ona məlum olur ki, Nicat Lombarda cəmi 3 qızıl əşyası qoymuşdur. Həmin qızılların 3-də ona hədiyyə edilmiş qızıllardır. Belə ki, lombarda qoyulan 583 əyyarlı 8 qram üzük vəfat etmiş qaynanasına məxsus olmuş və həmin üzük qaynatası tərəfindən ona hədiyyə edilmişdir. Digər üzük və qolbağ da ona hədiyyə edilmiş qızıllardır. O qızıllarının hamısının lombarda girov qoyulmasını güman etmişdir. Ona hədiyyə edilmiş qızılların lombarda girov qoyulması bütün qızıllarının Nicatda qalmasını təsdiq edir. Cavabdeh və onun vəkili X6 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh əlavə olaraq göstərmişdir ki, iddiaçıya məxsus 3 ədəd qızıl əşyasını Sabirabad şəhərində girova qoymuş, ödənişlər etdikdən sonra qızılları gurovdan azad etmişdir. Hazırda hər 3 qızıl əşyaları onun özündədir. Lombarda qoyulan 583 əyyarlı 8 qram üzük vəfat etmiş anasına məxsus olmuşdur. Həmin qızıl əşyası iddiaçıya hədiyyə edilməmişdir. Həmin üzüyü heç vaxt iddiaçıya verməyəcəkdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən- qızıl-zinət əşyalarına dair hissədə ləğv olunmasını və iddianın həmin hissədə təmin edilməsini xahiş etməklə qətnaməni qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə qismən yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; MM-nin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinin tələbinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvadın kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətidir. 34.2.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olmasından və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 33.1-ci maddəyə əsasən ər-arvadın ümumi birgə əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36-cı maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən- qızıl-zinət əşyalarına dair hissədə ləğv edilərək, iddia həmin hissədə təmin edilməlidir. İddia ərizəsinə əlavə edilmiş: İş materiallarında olan Sabirabad rayon İstehsal-İstehlak Kooperativi Cəmiyyətinin əmtəəşünası İ.Mikayılov tərəfindən tərtib edilmiş qiymətləndirmə rəyindən görünür ki, 1 ədəd sep 15 qram çəkidə 583 əyarlı - 900 manat dəyərində, 2 ədəd qolbaq 585 ayar 1 ədədi 10 qram, 1 ədədi 8 qram çəkidə - cəmi 1080 manat dəyərində, 2 ədəd üzük cəmi 18 qram çəkidə 583 əyarlı - 1080 manat dəyərində, 2 ədəd komplekt (üzük-sırğa) 583 əyarlı cəmi 17 qram çəkidə - 1020 manat dəyərində, 2 ədəd sırğalar və 2 ədəd üzüklər cəmi 30 qram çəkidə 583 əyarlı - 1800 manat dəyərində, mebel dəsti: (yataq mebeli, şifoner 6 qapılı, taxt, 2 tumba, termo, yumuşaq mebel: divan və 2 ədəd kreslo, qonaq otaq mebeli,servant 6 qapılı, 8 nəfərlik stol, 6 stul, televizor altı (şüşə), jurnalnı, paltarasılan) - 6800 manat dəyərində, soyuducu 2 qapılı - 360 manat dəyərində, "Samsung” markalı televizor - 200 manat dəyərində, "Evroluks” paltaryuyan maşın - 550 manat dəyərində, ütü və ütü altı - 30+45= 75 manat dəyərində, "Evroluks” elektirik ətçəkən maşın - 140 manat dəyərində, ətçəkən maşın (əl ilə) - 16 manat dəyərində, blender (elektrik) - 30 manat dəyərində, "Evroluks” iri Mikser (qabli) - 35 m+ 25 m= 60 manat dəyərində, "TEFAL” çaydan (dəst pletkalı böyük pletka 2 vallı Meçta) - 40 manat dəyərində, ev qızıdıran peç - 35 manat dəyərində, duxovka - 45 manat dəyərində, "Madonna” obedni serviz - 180 manat dəyərində, 2 dəst (12+12) çaynı serviz - 110 manat dəyərində, 2 ədəd böyük qəfədan (1- balaca) -18+18= 36 manat dəyərində, qara "Madonna” serviz - 150 manat dəyərində, 3 mərtəbəli meyvə qabı, konfet qabisi, qənd qabısı, boşqabları ilə - 38 manat dəyərində, böyük xürüstal dəsti (hər şeyi içində) - 70 manat dəyərində, Rusiya istehsalı olan xürüstal Qrafin dəsti - 25 manat dəyərində, Bagema meyvə qabıları, konfetqabıları - 80 manat dəyərində, Baqema Dolça (6 ədəd balası) - 50 manat dəyərində, 4 ədəd iri çaynik (2-si balaca) - 20 manat dəyərində, məişət əşyaları (qaşıqlar,vilkalar,boşqablar - 48 ədəd, stəkan və nəlbəkilər - 48 ədəd, qənd qabılar - 24 ədəd)-136,80 manat dəyərində, 3 dəst qazan - 45 manat dəyərində, "TEFAL” qazan dəsti çaydanla dəst 25 manat dəyərində, Samovar, Qazan dəsti 7 İt. - 120 manat dəyərində, Çuğun qazan dəsti 5 İt. - 45 manat dəyərində, Aliminium qazanlar böyük-balaca - 30 manat dəyərində, "TEFAL” Tava - 20 manat dəyərində, Aliminium tava böyük-balaca - 20 manat dəyərində, 2 ədəd böyük xalça: 6x5 m ölçüde brilliant markalı. - 300 manat dəyərində, 5x4 m ölçüdə yun xalça - 250 manat dəyərində, Taxt üstlüyü, gecə lampası - 40 m + 15 m = 55 manat dəyərində, 2 ədəd böyük odeyal-qalın - 70 manat dəyərində, 2 ədəd balaca odeyal- qalın - 50 manat dəyərində, 3 ədəd qalın selikon yorğan - 35 manat manat dəyərində, Kapsella pərdə (altüst- qapı-pəncərə üçün) - 220 manat dəyərində, Taxt döşəyi - 20 kiloqram - 90 manat dəyərində, 2 ədəd tək döşək her biri 10 kiloqramlıq - 120 manat dəyərində, 4 ədəd yun yorğan (1 ədəd -5 kq, 3 ədədi - 4 kq) - 200 manat dəyərində, 9 ədəd yastıq - 180 manat dəyərində, 10 ədəd döşəkçə - 100 manat dəyərində, Sandıq - 90 manat dəyərində, Xrüstal Lüstür -150 manat dəyərində, 6 dəst çexol-prostini 2 nəfərlik -180 manat dəyərində, 2 dəst tək çexol-prostini dəsti 40 manat dəyərində, qeyd olunan əmlaklar ümumilikdə 17561 manat dəyərin dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)- 1782/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X7 cavabdeh X3 qarşı "nikahın pozulması” tələbinə dair iddiası təmin edilərək, tərəflər arasında olan rəsmi nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X5 X1 yanında qalmalarının müəyyən edilməsi və uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı qızıl-zinət əşyalarına dair iddia tələbinin rədd edilməsinə dair hissədə mübahisələndirir. Şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, cavabdeh tərəfindən ona hədiyyə olunan qızıl-zinət əşyalarını cavabdeh, tərəflər arasındakı rəsmi nikah qeydi məhkəmə qaydasında ləğv olunmamışdan əvvəl iddiaçıdan məcburi alaraq Sabirabad şəhərində fəaliyyət göstərən "xxxx" qızıl-zinət kredit şirkətinə qoyaraq özü üçün pul götürmüş, nikah qeydi məhkəmə qaydasında pozulduqdan sonra cavabdeh həmin qızıl-zinət əşyalarını LOMBARD şirkətindən götürərək iddiaçıya geri qaytarmamışdır. Bununla bağlı iddiaçı yazılı vəsatətlə məhkəməyə müraciət edərək "xxxx" Şirkətinə sorğu edilməsini və ya şirkətin rəhbərinin ifadə verməsi üçün məhkəmə prosesinə cəlb edilməsini xahiş etsədə məhkəmə iddiaçının hüquqi mahiyyətə əsaslanan vəsatətini məqsədli şəkildə təmin etməmişdir. Apellyasiya baxışında "xxxx" MMC-yə müvafiq sorğu verilmiş, "xxxx" ASC-nin 15 may 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh ilə "xxxx" ASC arasında (Sizin Lombard) xx.xx.2021-ci il tarixli, GL/0xx/xx/292409 Lombard krediti müqaviləsi bağlanmış və müqavilə öhdəlikləri xx.xx.2022-ci ildə tam icra edilərək lombarda qoyulmuş qızıl əşyalar Cavabdeh tərəfindən təhvil alınmışdır. Hazırda Cavabdeh ilə "xxxx" ASC arasında hər-hansı bir müqavilə öhdəliyi mövcud deyildir. Tərəflər arasında bağlanan lombard müqaviləsi üzrə sənədlərin surətləri məktuba əlavə edilməklə sizə göndərilir. Eyni zamanda apellyasiya baxışında cavabdeh izahatlarında da, qızıl-zinət əşyalarının nikah pozulduqdan sonra lombarddan götürdüyünü etiraf etmişdir. Həmin qızıl əşyalar 3 ədəd olmaqla hamısı 583 əyyarlı 8 və 5 qram üzüklərdən və 8.6 qram qolbağıdan ibarətdir. Kollegiyanın iclasında iddiaçı bacısının 2021-ci ildə keçirilmiş toyunda çəkilən şəkillərdə 1 ədəd sep 15 qram çəkidə 583 əyarlı - 900 manat dəyərində, 2 ədəd qolbaq 585 ayar 1 ədədi 10 qram, 1 ədədi 8 qram çəkidə - cəmi 1080 manat dəyərində, 2 ədəd üzük cəmi 18 qram çəkidə 583 əyarlı - 1080 manat dəyərində, 2 ədəd komplekt (üzüksırğa) 583 əyarlı cəmi 17 qram çəkidə -1020 manat dəyərində əşyalarını onun üzərində olmasını göstərmişdir. Həmçinin göstərmişdir ki, Sabirabadda qadın dərnəyinə gedərkən qızıllarından satmamış və cavabdehin bacısına hər hansı pul məbləği verməmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göründüyü kimi iddiaçı 1 ədəd sep 15 qram çəkidə 583 əyarlı - 900 manat dəyərində, 2 ədəd qolbaq 585 ayar 1 ədədi 10 qram, 1 ədədi 8 qram çəkidə - cəmi 1080 manat dəyərində, 2 ədəd üzük cəmi 18 qram çəkidə 583 əyarlı - 1080 manat dəyərində, 2 ədəd komplekt (üzük-sırğa) 583 əyarlı cəmi 17 qram çəkidə -1020 manat dəyərində əşyalarını 2021-ci il toy şəkillərində onun üzərində olmasını göstərmişdir. Cavabdeh də həmin qızılların iddiaçıya hədiyyə edildiyini bildirmişdir. İddiaçı həmçinin göstərmişdir ki, iddia ərizəsində 5-ci sırada adları qeyd edilən 2 ədəd sırğalar və 2 ədəd üzüklər cəmi 30 qram çəkidə 583 əyarlı - 1800 manat dəyərində əşyalar ona hədiyyə edilməmişdir. Güman edir ki, həmin əşyalar texniki səhvin nəticəsi olaraq iddia ərizəsinə qeyd edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında qızılların iddiaçıda olduğunu bildirmişdir. Lakin Lombarda verilmiş sorğu nəticəsində iddiaçıya məxsus olan 3 ədəd qızıl əşyaüsının girov qoyulması müəyyən edilmiş və həmin əşyalar hazırda cavabdehin özündədir. Belə ki, apellyasiya baxışında "xxxx" MMC-yə müvafiq sorğu verilmiş, cavabında qeyd edilmişdir ki, Cavabdeh ilə "xxxx" ASC arasında (Sizin Lombard) xx.xx.2021-ci il tarixli, GL/0xx/xx/292409 Lombard krediti müqaviləsi bağlanmış və müqavilə öhdəlikləri xx.xx.2022-ci ildə tam icra edilərək lombarda qoyulmuş qızıl əşyalar Cavabdeh tərəfindən təhvil alınmışdır. Hazırda Cavabdeh ilə "xxxx" ASC arasında hərhansı bir müqavilə öhdəliyi mövcud deyildir. İddiaçıya hədiyyə edilmiş qızılların 3-nün lombarda girov qoyulması onun bütün qızıllarının Nicatda qalmasını dolayısı ilə təsdiq edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2(056)-642/2023 saylı qətnaməsi qismən- qızıl-zinət əşyalarının təmin edilməməsinə dair hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə təmin edilməli, 1 ədəd sep 15 qram çəkidə 583 əyarlı - 900 manat dəyərində, 2 ədəd qolbaq 585 ayar 1 ədədi 10 qram, 1 ədədi 8 qram çəkidə - cəmi 1080 manat dəyərində, 2 ədəd üzük cəmi 18 qram çəkidə 583 əyarlı - 1080 manat dəyərində, 2 ədəd komplekt (üzük-sırğa) 583 əyarlı cəmi 17 qram çəkidə -1020 manat dəyərində qızıl-zinət əşyaları, onlar olmadıqda onların dəyəri, cəmi 4080 (dörd min səksən) manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi 71,50 (yetmiş bir manat əlli qəpik) pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göründüyü kimi mübahisələndirilən hissədə iddianın qiyməti 4080 manatdır və 5000 manat məbləğindən azdır və buna görə də hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2(056)-642/2023 saylı qətnaməsi qismən- qızıl-zinət əşyalarının təmin edilməməsinə dair hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə təmin edilsin. 1 ədəd sep 15 qram çəkidə 583 əyarlı - 900 manat dəyərində, 2 ədəd qolbaq 585 ayar 1 ədədi 10 qram, 1 ədədi 8 qram çəkidə - cəmi 1080 manat dəyərində, 2 ədəd üzük cəmi 18 qram çəkidə 583 əyarlı - 1080 manat dəyərində, 2 ədəd komplekt (üzük-sırğa) 583 əyarlı cəmi 17 qram çəkidə -1020 manat dəyərində qızıl-zinət əşyaları, onlar olmadıqda həmin əşyaların dəyəri, cəmi 4080 (dörd min səksən) manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi 71,50 (yetmiş bir manat əlli qəpik) pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar