Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-628/2023 27.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı1 Əskər oğlunun və Cavabdeh Əmir oğlunun nümayəndəsi və vəkili X2 iştirakları ilə, Astara Rayon Məhkəməsinin 2(018)1239/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, X6, İddiaçı3 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə 27 aprel 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1 Əskər oğlu, X6, İddiaçı3 və İddiaçı2 Əskər qızı iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının MPM-nin müvafiq maddələrini və digər Qanunvericilik aktlarını rəhbər tutaraq onların vərəsəlik hüquqlarının təmin edilməsi və atasından miras qalmış əmlakın uşaqları arasında bərabər şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar X6 və İddiaçı3 məhkəmə iclasında iştirak etmədilər. Onları nümayəndəsi (digər iddiaçı) İddiaçı1 Əskər oğlu məhkəmə iclasında təmsil etdi. Məhkəmə hazırki mülki işə iddiaçılar X6 və İddiaçı3 nümayəndəsinin iştirakı ilə baxılmasını mümkün hesab etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 Əskər oğlu (digər iddiaçılar X6 və İddiaçı3 nümayəndəsi) iddianı müdafiə edib izahat verərək bildirdi ki, o, digər bacıları və qardaşları ilə mərhum atasına məxsus olan ünvan 1 ünvanında yerləşən 91,4 m2 yaşayış sahəsindən ibarət evdə yaşayıb böyümüşlər. Hazırda onlar ailə həyatı quraraq ayrı-ayrı yerlərdə yaşayırlar. Adət-ənənəyə əsasən miras qalmış evdə kiçik qardaşı Cavabdeh yaşadığını bildirmişdir. Lakin, cavabdeh atasından miras qalmış əmlakı satmaq istədiyindən onlar vərəsəlik hüquqlarının bərpa edilməsinin məcburiyyətində qalmışlar. Bununla bağlı o, ƏMDK-nin Lənkəran Regional ərazi idarəsi reyestr xidmətinin Astara rayon şöbəsinə müraciət etmişdir. Həmin şöbənin əməkdaşı mərhum atasının adına olan evin və həyətyanı torpaq sahəsinin ölçülməsi üçün həmin ünvana getmiş və müvafiq sənədin ona veriləcəyi bildirilsə də, bundan xəbər tutumuş Cavabdeh ekskavator və 08 nəfər fəhlənin köməkliyi ilə 04 sentyabr 2022-ci il tarixdə həmin fərdi yaşayış evini sökmüş və mübahisəli fərdi yaşayış evinə məxsus torpaq sahəsinə dair saxta sənəd əldə etmişdir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı2 Əskər qızı digər İddiaçı1 Əskər oğlu ilə eyni məznumlu izahat verərək İddiaçı1 Əskər oğlunun göstərdiyi xüsusatları bir daha da təsdiq etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh Əskər oğlunun vəkili və nümayəndəsi X4 izahat verərək göstərdi ki, o, iddianı qəbul etmir. Belə ki, tərəflərin atası X13 17 iyul 1987-ci il tarixdə, anası X3 isə 21 mart 1987-ci il tarixdə ölmüşlər. Valideynlərindən miras qalmış fərdi yaşayış evini iddiaçılar faktiki və ya qanuni əsaslarla qəbul etməmişlər, valideynlərinin ölümündən otuz ildən artıq müddət keçdikdən sonra miras əmlakdan payların bölünməsi üçün məhkəmə müraciət etmişlər və qeyd olunan miras əmlakın hazırda mövcüd olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişlər. Mübahisəli miras əmlakı isə cavabdeh tərəfindən qəbul edilmiş, 1996-cı il tarixdə ölkədə keçirilən torpaq islahatı zamanı həmin torpaq sahəsi Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş və bu barədə çıxarış tərtib edilmişdir. Hazırda mübahisəli fərdi yaşayış evi dağıldığından mövcüd olmadığını bildirmişdir. Odur ki, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin 2(018)1239/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim: M.Məmmədov), iddiaçılar İddiaçı1 Əskər oğlu, X6, İddiaçı3 və İddiaçı2 Əskər qızının Cavabdeh Əskər oğluna qarşı «vərəsəlik hüququnun təmin edilməsi və miras qalmış əmlakın bölünməsi tələbinə dair» iddiası əsassız olmasına görə rədd edilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1151.1, 1243.1, 1243.2, 1243.3 və 1246-cı maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçılar İddiaçı1, X6, İddiaçı3 və İddiaçı2 birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, Astara Rayon Məhkəməsinin 2(018)1239/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçıların apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı1 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, izahatında Astara Rayon Məhkəməsinin 2(018)1239/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Əmir oğlunun nümayəndəsi və vəkili X4 apellyasiya icraatı zamanı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Astara Rayon Məhkəməsinin 2(018)1239/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçılar X6, İddiaçı3 və İddiaçı2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş lakin iddiaçılar apellyasiya icraatı zamanı iştirak etməmiş, iştirak etməmələrinin səbəblərini qabaqcadan bildirməmişdir. Odur ki, MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayəti üzrə iddiaçıların iştirakı olmadan baxılması məqsədə müvafiq hesab edilmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Astara Rayon Məhkəməsinin 2(018)1239/2022 saylı, 21 noyabr 2022-ci il tarixli iddiaçılar İddiaçı1, X6, İddiaçı3 və İddiaçı2 apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı pay hüquqlu vərəsələr sayılırlar. 1152-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunun: 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Astara Rayon Məhkəməsinin 2(018)1239/2022 saylı, 21 noyabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçıların apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir Belə ki, iş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X13 ilə X3 arasında olan nikah 15 noyabr 1947-ci il tarixdə 59 nömrəli akt qeydi ilə tərtib edilmişdir. İş materiallarında olan 26 avqust 2022-ci il tarixli arxiv arayışından görünür ki, Astara şəhəri, Qum küçəsi, 147 saylı ev 1930-cu ildə inşa edilmiş iki otaq və açıq eyvandan ibarət fərdi yaşayış evi 1970-ci ildə əlavə bir otaq, mətbəx və dəhliz inşa edilmiş tikililərin ümumi sahəsi 33.5 kv.m, o cümlədən yaşayış sahəsi 57.9 kv.m X11 məxsus olması və yaşayış evi üzrə mülkiyyət hüququ təsdiq edilmişdir. İş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X13 17 iyul 1987-ci il tarixdə, X3 isə 21 mart 1987-ci il tarixdə ölmüşlər. İş materiallarında olan İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, mərhum X13 ölümünə kimi Astara şəhəri, Qum küçəsi, 135 saylı evdə yaşamışdır. Onun ölümündən sonra həmin evdə aşağıdakı ailə üzvləri yaşamışdır. 1.Oğlu: Cavabdeh Əskər oğlu. Çıxıb gedən vərəsələr: 1.Qızı: İddiaçı2 Əskər qızı. 2.Qızı: X6. 3.Qızı: İddiaçı3. 4.Oğlu: İddiaçı1 Əskər oğlu. İş materiallarında olan Astara bələdiyyəsinin sədri və mühasib tərəfindən verilmiş arayışdan görünür ki, mərhum X11 məxsus olmuş Qum küçəsində olan 1026 m2 həyətyanı torpaq sahəsi onun ölümündən sonra Cavabdeh Əskər oğlunun istifadəsində olmaqla, sonuncu Astara bələdiyyəsində vergi ödəyicisi kimi qeydə alınmışdır. İş materiallarında olan Astara şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Qum küçəsi, 147 ünvanında yerləşən İddiaçı1 Əskər oğlunun atasına məxsus evin Cavabdeh Əskər oğlu tərəfindən sökülməsi müəyyən edilmişdir. İş materiallarında olan AN 519199 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Astara rayon AİK-nın 02 iyul 1999-cu il, 18 saylı qərarı ilə Astara şəhərində yerləşən 879 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün Cavabdeh Əskər oğluna verilmişdir. İş materiallarında olan ƏMDX DƏDK və reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 20 oktyabr 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Astara şəhəri, Qum küçəsində yerləşən 0,0879 hektar torpaq torpaq sahəsi Cavabdeh Əskər oğlu, X7, X8, X5 ümumi birgə mülkiyyətinə verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, iddiaçılar vərəsəlik hüquqlarının təmin edilməsi və atasından miras qalmış əmlakın uşaqları arasında bərabər şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Tərəflərin izahatlarına və iş materiallarına əsasən mübahisəli əmlak cavabdeh tərəfindən qəbul edilmiş, ƏMDX DƏDK və reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 20 oktyabr 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən Astara şəhəri, Qum küçəsində yerləşən 0,0879 hektar torpaq torpaq sahəsi Cavabdeh Əskər oğlu, X7, X8, X5 ümumi birgə mülkiyyətinə verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olundu ki, iddiaçılar İddiaçı1 Əskər oğlu, X6, İddiaçı3 və İddiaçı2 Əskər qızı miras əmlakı qəbul etməmişlər və miras əmlak hal-hazırda movcud deyildir. Miras əmlak isə Cavabdeh Əskər oğlu tərəfindən qəbul edilmiş, idarə edilmişdir. İddiaçıların iddia tələbinin mahiyyətində görünür ki, mərhum atasına məxsus olan ünvan 1 ünvanında yerləşən 91,4 m2 yaşayış sahəsindən ibarət evdə yaşayıb böyümüşlər. Hazırda onlar ailə həyatı quraraq ayrı-ayrı yerlərdə yaşayırlar. Adət-ənənəyə əsasən miras qalmış evdə kiçik qardaşı Cavabdeh yaşadığını bildirmişdir. Lakin, cavabdeh atasından miras qalmış əmlakı satmaq istədiyindən onlar vərəsəlik hüquqlarının bərpa edilməsinin məcburiyyətində qalmışlar. Bununla bağlı o, ƏMDK-nin Lənkəran Regional ərazi idarəsi reyestr xidmətinin Astara rayon şöbəsinə müraciət etmişdir. Həmin şöbənin əməkdaşı mərhum atasının adına olan evin və həyətyanı torpaq sahəsinin ölçülməsi üçün həmin ünvana getmiş və müvafiq sənədin ona veriləcəyi bildirilsə də, bundan xəbər tutumuş Cavabdeh ekskavator və 08 nəfər fəhlənin köməkliyi ilə 04 sentyabr 2022-ci il tarixdə həmin fərdi yaşayış evini sökmüş və mübahisəli fərdi yaşayış evinə məxsus torpaq sahəsinə dair saxta sənəd əldə etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Cavabdehin iddia tələbinə etirazından görünür ki, tərəflərin atası X13 17 iyul 1987-ci il tarixdə, anası X3 isə 21 mart 1987-ci il tarixdə ölmüşlər. Valideynlərindən miras qalmış fərdi yaşayış evini iddiaçılar faktiki və ya qanuni əsaslarla qəbul etməmişlər, valideynlərinin ölümündən otuz ildən artıq müddət keçdikdən sonra miras əmlakdan payların bölünməsi üçün məhkəmə müraciət etmişlər və qeyd olunan miras əmlakın hazırda mövcüd olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişlər. Mübahisəli miras əmlakı isə cavabdeh tərəfindən qəbul edilmiş, 1996-cı il tarixdə ölkədə keçirilən torpaq islahatı zamanı həmin torpaq sahəsi Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş və bu barədə çıxarış tərtib edilmişdir. Hazırda mübahisəli fərdi yaşayış evi dağıldığından mövcüd olmadığını bildirmişdir. Odur ki, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası mübahisəli məsələ üzrə qeyd edir ki, qeyd olunan miras əmlak arxiv sənədləri üzrə mövcud olsa da, miras əmlak üzərində mülkiyyət hüququ mərhum X1 həmçinin vəfat etdikdən sonra tanınmamış və dövlət qeydiyyatdan keçirilməmişdir. Belə ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İddiaçıların iddia etdiyi atalarından qalmış əmlak o, vaxt miras kütləsinə daxil edilə bilər ki, ya həmin əmlak miras qoyanın sağlığında, ya da ölümündən sonra mülkiyyəti kimi dövlət qeydiyyatına alınsın. Lakin hazırkı tələbdən görünür ki, iddiaçılar iddia etdiyi əmlakların arxiv arayışına əsasən mərhum X11 məxsus olmasını miras əmlakı miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının-miras aktivi kimi qəbul etmişlər. İddiaçılar həmçinin nəzərə almamışlar ki, yalnız dövlət qeydiyyatına alınmış əmlaklar miras kütləsinə daxil edilə və vərəsələr arasında qanunvericiliyə uyğun bölünə bilər. Göründüyü kimi mərhum İddiaçı1 öldüyü məqamadək ona məxsus olan əmlaklara olan hüquqlarını qeydiyyata aldırmadığından vərəsələr həmin hüququn vərəsələrə keçməsi qaydasını Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsi ilə tənzimləməlidir. Həmin maddədə qeyd olunur ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qeyd olunan normadan başa düşülür ki, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir yəni Daşınmaz Əmlakın Dövlət Reyestr xidməti. Belə bir arayış alındıqdan sonra isə daşınmaz əşya üzərində mülkiyyət hüququ və ya digər əşya hüququ həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Hal-hazırkı mübahisəli məsələdə isə mərhum X9 həyatda olduğu zaman və ya ölümündən sonra daşınmaz əmlak üzərində mülkiyyət hüququnun ona məxsus olması barədə arayış alınmamış və ya müraciət edilməmişdir. Qeyd edilməlidir ki, hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Kollegiya qeyd edir ki, miras qalan əmlakın vərəsələr arasında bölünməsi üçün ilk öncə yuxarıda qeyd olunan arayışın alınmasından ötrü inzibati orqana müraciət edilməlidir. Daha sonra isə mübahisəli məsələni yəni miras əmlakın vərəsələr arasında bölgüsü məhkəmə qaydasında həll edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1152-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunun: 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Kollegiya birinci instansiya məhkəməsinin “miras qalmış əmlak hazırda mövcüd olmadığından həmin əmlakın tərəflər arasında bölünməsi mümkün olmayacaq. Ona görə də, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.” Mövqeyi ilə razılaşır və hesab edir ki, gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya iddiaçıların apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqlda birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçılar İddiaçı1, X6, İddiaçı3 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 2(018)1239/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsi iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-628/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-628/2023
27.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver