Məhkəmə qərarları › İş №2(106)-65/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-65/2025

26.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-65/2025 26.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoçunəli oğlu və X11 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh1, Cavabdeh4 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə, Cavabdeh3nə, Cavabdeh4, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və 7 saylı Bakı «ASAN xidmət» Mərkəzində Notariat Ofisinə qarşı birgə nikah dövründə əldə edilmiş əmlaka payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)2458/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh4 vəkili və nümayəndəsi Vəkil2 və Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə 26 yanvar 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı; İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri, ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, (yaşayışın) 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzilə İddiaçı ¾ hissədə payının tanınması və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun, eləcə də müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 10 (on) manat olmaqla, ümumilikdə 110 (bir yüz on) manatın Cavabdeh1 alınaraq İddiaçı verilməsi (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MPM-nin 53-cü maddəsinə əsasən iddianın həcminin artırılması və iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə ilə müraciət edərək, icraatda olan e-2(001)- 5743/2022 nömrəli iş üzrə "xxxx" MMC-nin cavabdeh qismində işə cəlb olunması, İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 31 ünvanında yerləşən, 63 nömrəli mənzilin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satşından əldə edilmiş 43823,96 (qırx üç min səkkiz yüz iyirmi üç manat 96 qəpik) manat hissəsinin yarı hissəsinin, yəni 21911,98 (iyirmi bir min doqquz yüz on bir manat, 98 qəpik) manatın və bu tələb üzrə ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 156 (bir yüz əlli altı) manat dövlət rüsumunun, eləcə də vaxtı ilə müvəqqəti təminat tədbiri baradə verilmiş ərizə və şikayət üzrə ödənilmiş 60 (altmış) manat məbləgində dövlət rüsumu olmaqla, ümumilikdə 22127,98 (iyirmi iki min bir yüz iyirmi yeddi manat 98 qəpik) manatın Cavabdeh1 tutularaq İddiaçı verilməsi, İddiaçı Cabrayıl qızı ilə Cavabdeh1 birgə ailə münasibətlərinin yarandığı dövrdə Cavabdeh1 tərəfindən təsis edilmiş və yeganə təsisçi olduğu Cavabdeh2 MMC-nin nizamnamə kapitalının 1/2 hissəsinə İddiaçı pay hüququnun tanınması, mülkiyyət hüququ ilə Cavabdeh2 MMC-yə məxsus olan və ünvan 2 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinə 1/2 hissədə mülkiyət hüququnun tanınması və iddia ərizəsində qeyd olunan digər tələblərin dəyişdirilmədən qüvvədə saxlanılması nəzərə alınmaqla qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MPM-nin 53-cü maddəsinə əsasən iddianın həcminin artırılması və iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə ilə müraciət edərək, icraatda olan e-2(001)- 5743/2022 nömrəli iş üzrə Masallı rayonu Təzə Alvadı kəndində qeydiyyatda olan Cavabdeh4 cavabdeh qismində işə cəlb olunması, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 11 A ünvanında yerləşən "xxxx" MTK-nın üçüncü şəxs qismində işə cəlb olunması, AR-nın İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin üçüncü şəxs qismində işə cəlb olunması, AR-nın İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin vəkil sorğusunun cavablandırması barədə xx.xx.2022-ci il tarixli, **********86 nömrəli məktubuna istinadən, “İ.N.V" MTK tərəfindən təqdim edilmiş, xx.xx.2020-ci il tarixli maliyyə arayışının və "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli, 50 nömrəli protokolundan olan çıxarışın etibarsız hesab olunması, "xxxx" MTK tərəfindən təqdim edilmiş, xx.xx.2020-ci il tarixli maliyyə arayışının və "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli, 50 nömrəli protokolu əsasında ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzilə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv olunması, ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh4 arasında 7 saylı Bakı "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci tarixli, 4 Ə-423 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab olunması, ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzilə dair mübahisələndirilən bağışlanma müqaviləsi əsasında Cavabdeh4 mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv olunması və ilkin iddia ərizəsində və eləcədə iddia tələbinin həcminin artırılması barədə xx.xx.2022-ci il tarixli ərizədə qeyd olunan digər tələblərin dəyişdirilmədən qüvvədə saxlanılması nəzərə alınmaqla qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən iddianın həcminin artırılması və iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə ilə müraciət edərək, icraatda olan e-2(050)- 2458/2023 nömrəli iş üzrə İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri, ünvan 1 ünvanında "xxxx" MTK tərəflndən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzilə İddiaçı 3/4 hissədə pay hüququnun tanınması, İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 31 ünvanında yerləşən, 63 nömrəli mənzilin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satışından ədə edilmiş 43823,96 (qırx üç min səkkiz yüz iyirmi üç manat, 96 qəpik) manat hissəsinin yarı hissəsinin, yəni 21911,98 (iyirmi bir min doqquz yüz on bir manat, 98 qəpik) manatın və bu tələb üzrə ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 156 (bir yüz əlli altı) manat dövlət rüsumunun, elcə də vaxtı ilə müvəqqəti təminat tədbiri barədə verilmiş ərizə və şikayət üzrə ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 22127,98 (iyirmi iki min bir yüz iyirmi yeddi manat, 98 qəpik) manatın Cavabdeh1 tutularaq (alınaraq) İddiaçı verilməsi (ödənilməsi), İddiaçı ilə Cavabdeh1 birgə ailə münasibətlərinin yarandığı dövrdə Cavabdeh1 tərəfindən təsis edilmiş və yeganə təsisçi olduğu "xxxx" MMC-nin nizamnamə (təsis) kapitalının 3/4 hissəsinə İddiaçı pay hüququnun tanınması, mülkiyyət hüququ ilə "xxxx" MMC-yə məxsus olan və ünvan 2 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinə 3/4 hissədə mülkiyyət hüququnun tanınması, AR-nın İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin vəkil sorğusunun cavablandırması barədə xx.xx.2022-ci il tarixli, **********86 nömrəli məktubuna istinadən, “İ.N.V" MTK tərəfindən təqdim edilmiş, xx.xx.2020-ci il tarixli maliyyə arayışının və "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli, 50 nömrəli protokolundan olan çıxarışın etibarsız hesab olunması, "xxxx" MTK tərəfindən təqdim edilmiş, xx.xx.2020-ci il tarixli maliyyə arayışının və "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli, 50 nömrəli protokolu əsasında ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzilə dair Cavabdeh1 adına verilmiş mülkiyyət hüquqları barədə çıxarışın ləğv olunması, ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət oian 17 saylı mənzilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh4 arasında 7 saylı Bakı "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-423 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab olunması, ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4-cü mərtəbəsində yeriəşən, 3 otaqdan ibarət oian 17 saylı mənzilə dair nübahisələndirilən bağışlanma müqaviləsi əsasında Cavabdeh4 mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv olunması və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun eləcə də müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 10 (on) manat olmaqla, ümumilikdə 110 (bir yüz on) manatın Cavabdeh1 alınaraq İddiaçı verilməsi (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında rəsmi nikahları 08 yanvar 2002-ci il tarixdə rəsmiləşdirilmiş olsa da, ancaq tərəflər arasında faktiki nikah münasibətləri 16 iyul 2000-ci il tarixdən başlamışdır. Belə ki, xx.xx.2000-ci il tarixdə tərəflərin el adəti ilə toyları olmuş və həmin tarixdən də birgə ailə münasibətləri olmaqla ümumi təsərrüfat aparmağa başlamışlar. Hətta həmin münasibətlərdən xx.xx.2002-ci il tarixdə Leyla adlı qız övlardları dünyaya gəlmişdir. Qız övladlarının dünyaya gəlməsindən 22 gün qabaq, yəni xx.xx.2002- ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Beləliklə, tərəflər arasında olan nikah münasibətləri faktik olaraq 16 iyul 2000-ci il tarixdən başlamış xx.xx.2002-ci il tarixdə isə rəsmiləşdirmişlər. Daha sonra tərəflər arasında nikah münasibətlərinin davam etdirilməsi mümkün olmadığından bu nikah Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-602/2021 nömrəli qətnaməsi ilə pozulmuşdur. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsindən sonra tərəflərin nikahlarının pozulması barədə xx.xx.2021-ci il tarixli, AZ-İ 409718 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. İstər nikahları rəsmiləşdirilənə qədər, istərsə də nikahları rəsmiləşdirildikdən sonra ümumi gəlirlər hesabına tərəflər bir çox əmlaklar əldə etmişlər. Bunlardan biri də 2005-ci il tarixdə iddiaçının adına rəsmiləşdirilmiş, ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzil olmuşdur. Mənzilə dair müqavilə ilk əvvəl iddiaçının adına rəsmiləşdirilmiş olsa da, ancaq sonradan iddiaçı cavabdehin adına verdiyi etibarnamə əsasında haqqında danışılan mənzil MTK-da cavabdehin adına rəsmiləşdirilmişdir. Lakin sonradan qeyd olunan etibarnamə xx.xx.2021-ci il tarixdə ləğv olunmuşdur (bu barədə “elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarış əlavə olunur). Qeyd olunan mənzilə hal-hazırki vaxta qədər cavabdeh mülkiyyət hüquqlarını rəsmiləşdirməmişdir və hələ də cavabdehin adına müqavilə əsasları ilə keçmişdir (bununla bağlı AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022- ci il tarixli, **********16 nömrəli məktubu iddia ərizəsinə əlavə olunur). Bununla bağlı verilmiş müvafiq vəkil sorğusuna "xxxx" MTK tərəfindən xx.xx.2022-ci il tarixli, 54 nömrəli cavab məktubunda ətraflı olaraq qeyd olunmuşdur. Həmin məktubun mətnindən bir daha təsdiq olunur ki, iddiaçının adına hal-hazırda MTK-da heç bir mənzil yoxdur və cavabdeh də ona verilmiş etibarnamə ilə mənzili öz adına rəsmiləşdirmişdir (məktub iddia ərizəsinə əlavə olunur). Əlavə olaraq, tərəflər arasında olan nikaha xitam verilməsi barədə Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-602/2021 nömrəli qətnaməsi ilə onların birgə nikahlarından dünyaya gəlmiş və hələ də yetkinlik yaşına çatmayan X34 anası İddiaçı yanında qalması qət edilmişdir. Həmçinin, qeyd olunan nikahdan vaxtı ilə dünyaya gəlmiş və artıq yetkinlik yaşlarına çatmış X35 və X29 anaları İddiaçı ilə birlikdə qalmaqla, kirayədə yaşayırlar. Uşaqların mənzil təminatı ilə bağlı tələbata ehtiyacları olmasına baxmayaraq ataları Cavabdeh1 isə nikah dövründə əldə etdikləri mənzilə buraxmır. Qeyd olunan mənzilin 3 otqadan ibarət olması və yaşayış üçün nəzərdə tutulan sahəsinə diqqət yetirdikdə, uşaqların da həmin mənzilə hüquqları istisna olunmur. Bundan başqa, iddiaçının yanında qalan və hələ də yetkinlik yaşına çatmayan bir qız övladının olması və bu qeyd olunanların da nəzərə alınmasına istinadən, haqqında danışılan mənzilə iddiaçının 3/4 hissədə hüquqlarının tanınması önə çəkilməlidir. Çünki əgər iddiaçı tək şəxsdir və nikah dövründə əldə edilmiş mənzil iddiaçının adından cavabdehin verdiyi etibarnamə ilə öz adına rəsmiləşdirdiyi mənzildə tək yaşayır. Ancaq əslində, cavabdehin kirayədə yaşaması mümkün olduğu halda, hər şey tərsinə düşmüşdür. Odur ki, iddiaçının hüquqları qeyd olunan mənzilə daha çoxdur. Haqqında danışılan mənzilin üzərinə həbs qoyulması haqqında müvəqqəti təminat tədbiri barədə ərizə verilmişdir. Ərizə məhkəmənin xx.xx.2022-ci il tarixli, e-16(001)-7/2022 nömrəli qərardadı ilə təmin edilmişdir. Qərardada əsasən, ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, yaşayışın 4cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət 17 saylı mənzilin üzərinə həbs qoyulmaqla, özgəninkiləşdirilməsi qadağan olunmuşdur. Bundan sonra, qərardadın icrası ilə bağlı Binəqədi rayon İŞ-nə, həmçinin məlumatlandırılması barədə də "xxxx" MTK-yə bildirilmişdir. Qərardadın MTK tərəfindən qəbul olunması isə xx.xx.2022-ci il tarixdə həyata keçirilmiş və həmin MTK-nın hüquqşünası tərəfindən imzalanaraq götürülmüşdür (qəbul edilmişdir) (bununla bağlı qəbul olunma barədə qeydi özündə əks etdirən sənədin kserosurəti iddia ərzisinə əlavə olunur). Beləliklə, ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzilə (yaşayış sahəsinə) 3/4 hissədə İddiaçı pay hüquqları tanınmalıdır. Bu əmlakların hüquqi statusu, bölünərkən hansı hüquq normaları əsasında müəyyənləşdirilməsi qanunvericiliklə bağlı hissədə öz əksini tapacaqdır. Qeyd olunan normanın mahiyyəti ondan ibarətdir ki, nikah dövründə əldə edilmiş ümumi gəlirlər hesabına istənilən əşya ər-arvadın birgə mülkiyyəti sayılır. Buraya iddia tələbində qeyd olunan ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, 4cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzil daxildir. Bu da Ailə Məcəlləsinin normasının təsiri altındadır. İddiaçı MPM-nin 53-cü maddəsinə əsasən iddianın həcminin artırılması və iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizədə tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cabrayıl qızı tərəfindən Cavabdeh1 qarşı birgə nikah dövründə əldə edilmiş əmlaka hüquqlarının tanınması tələbi üzrə Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbinə əsasən, birgə nikah dövründə əldə edilmiş və ünvan 3 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarat olan 17 saylı mənzilə 3/4 hissədə İddiaçı hüquqlarının tanınması barədə qatnamənin çıxarılması istənilmişdir. Ancaq tərəflər arasında birgə nikah dövründə təkcə hazırda iddia tələbləri üzrə istinad olunan mənzil deyil, başqa əmlaklar da olmuşdur. Belə ki, həmin əmlaklardan biri ünvan 4 ünvanında yerləşən, 63 nömrəli mənzil olmuşdur. Qeyd olunan mənzilə Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-746/2021 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 1/2 hissədə payları müəyyən olunmuşdur. Bununla bağlı tərəflər arasında mübahisə artıq bitmişdir. Ancaq nəzərə almaq lazımdır ki, qeyd olunan mənzil vaxtı ilə tərəflər arasında ailə münasibətlərinin pozulmadığı bir vaxtda ipoteka müqaviləsinə əsasən, ipoteka ilə "xxxx" QSC-də yüklü olmuşdur. Bankda olan borc məbləği ödənilmədiyindən, hər iki tərəf haqqında da olan mənzilin satılma barədə razılığa gəlmişlər va bu razılıq da tərəflərin həmin mənzilə yarı hissədə hüquqların məhkəmə qətnaməsi ilə təsdiq olunmasından sonra yaranmışdır. Belə ki, ilk növbədə çıxarışda mülkiyyətçi kimi hazırki iş üzrə Cavabdeh1 qeyd olunduğundan bütün rəsmiləşdirmələr onun adından aparıİmış və eləcə də ididaçı İddiaçı da mənzilin satılmasına öz etirazının olmadığını bildirmişdir. Eyni zamanda, mənzilin alqı-satqı dönəmində Banka olan borc 46 176,04 (qırx altı min bir yüz yetmiş altı manat, 04 qəpik) manat təşkil etmişdir. Bu borc da mübahisəsiz olmuş tərəflər arasında razılığa əsasən, mənzilin alqı-satqısından sonra əldə edilmiş pul vəsaitindən birinci növbədə Bankın borcunun bağlanmasına, yerdə qalan məbləği isə tərəflər arasında yarı-yarıya bölünməli idi. Mənzil X2 barədə razılaşdırılmış və buna Bank da etiraz etməmişdir. Alqı-satqı müqaviləsinə əsasən, iddiaçı ilə cavabdehin birgə nikah dövründə əldə etdikləri və yarı hissədə də hər ikisinin pay hüquqları tanınan mənzil 90000 (doxsan min) manat məbləğinə satılmışdır (bununla bağlı notariat işinin təsdiq olunmuş kserosurəti ərizəyə əlavə olunur). Qeyd olunan məbləğdən banka olan borc ödənildikdən sonra, yerdə qalan 43823,96 (qırx üç min səkkiz yüz iyirmi üç manat, 96 qəpik) manat Cavabdeh1 adına köçürülmüşdür. Bu məbləğin yarı hissəsi isə iş üzrə İddiaçı verilməli olduğu halda, Cavabdeh1 həmin məbləği Bankdan götürdükdən sonra, İddiaçı verməmişdir. Dəfələrlə Cavabdeh1lə şifahi danışıqlara və tələb etməsinə baxmayaraq, bu günə qədər də həmin məbləğ cavabdeh tərəfindən qaytarılmamışdır. Ancaq Binəqədi rayon məhkəməsinin yuxarıda istinad edilən qətnaməsi ilə həmin mənzilə yarı hissədə hüquqlar İddiaçı məxsus olmuş və məhkəmənin qətnaməsi də qanuni qüvvəyə minmişdir. Bütün bu qeyd olunanlar onu göstərir ki, cavabdehlə iddiaçının birgə nikah dövründə əldə etmiş olduqları, Bakı şəhəri, Binəqədi rayonu, 14cü Aşırım küçəsi, ev 31 ünvanında yerləşən, 63 nömrəli mənzilin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satış dəyərinin 43823,96 (qırx üç min səkkiz yüz iyirmi üç manat, 96 qəpik) manat hissəsinin yarı hissəsi, yəni 21911,98 (iyirmi bir min doqquz yüz on bir manat, 98 qəpik) manatı Cavabdeh1 alınaraq iddiaçı X12 verilməlidir. Göstərilən bu iddia tələbi üzrə mübahisə predmeti cavabdehdən pul tələbi olduğundan və həmin tələb də 10000 (on min) manatdan 100000 (bir yüz min) manat məbləği aralığını təşkil etdiyindan, "Dövlət rüsumu haqqında" Qanunun təlblərinə əsasən, ödənilməli olan dövlət rüsumu 156 (bir yüz əlli altı) manat təşkil edır. Odur ki, tələb olunan pul vəsaiti ilə yanaşı, ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 156 (bir yüz əlli altı) manat rüsum da cavabdehdən alınaraq iddiaçının xeyirnə ödənilməlidir. Qeyd olunan mənzilin satış dəyərinin İddiaçı çatası hissəsindən başqa, tərəflər arasında birgə təsərrüfat apardıqları dövrdə də əmlaklar əldə edilmişdir. Belə ki, "xxxx" MMC-nin yeganə təsisçisi Cavabdeh1dir. Qeyd olunan cəmiyyət xx.xx.2001-ci il tarixdə təsis edilmişdir. Ancaq tərəflər arasında rəsmi nikah 2002-ci il tarixdə qeydə alınmış olsa da, tərəflərin birgə ailə münasibətlərinin aparılması 16 iyul 2000-ci il tarixdən başlamışdır. Həmin tarixdə onların el adəti ilə toyları olmuş və ailə olaraq yaşamağa başlamışlar. Bu barədə verilmiş iddia ərizəsində ətraflı olaraq göstərilmişdir. Buna görə də, "xxxx" MMC-nin nizamnamə kapitalının (təsis payının) yarı hissəsinə İddiaçı Cabrayıl qızının hüquqları olduğundan, həmin paya da onun hüquqları tanınmalıdır. "xxxx" MMC-nin fəaliyyət göstərdiyi dövrlərdə əldə olunmuş gəlirlər hesabına həmin cəmiyyət tərəfindən ünvan 2 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinin MMC-nin mülkiyyətinə alınmış və hal-hazırda da "xxxx" MMC-nin mülkiyyətindədir (bu barədə DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Əİ-nin xx.xx.2022- ci il tarixli, **********41 nömrəli məktubu ərizəyə əlavə olunur. Ancaq bəllidir ki, qeyd olnan qeyriyaşayış sahəsi cavabdehin, yəni Cavabdeh1 adına yox, yeganə təsisçisi cavabdeh olan "xxxx" MMC-nin adınadır. Qeyd olunan qeyri-yaşayış sahəsi tərəflərin birgə ailə münasibətlərinin olduğu vaxtda yaradılmış hüquqi şəxsin adına rəsmiləşdirliyindən, həmin əşyaya da yarı hissədə iddiaçının mülkiyyət hüquqları vardır. Ancaq bunun üçün ilk növbədə əşyaya mülkiyyət hüququ ilə məxsus olan "xxxx" MMC hazırki mülki iş üzrə cavabdeh qismində işə cəlb olunmalı və bundan sonra isə ona qarşı qeyd olunan tələb irəli sürülməlidir. Buna görə də ilk əvvəl "xxxx" MMC-nin nizamnaməsində olan təsis payına, eləcə də hüquqi şəxsin mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qadağan olunmaqla onun üzərinə həbsin qoyulması üçün müvəqqəti təminat tədbiri barədə ərizə ilə Binəqədi rayon məhkəməsinə müraciət olunmuşdur. Bunun üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ərizənin verilməsinə baxmayaraq işə baxan birinci instansiya məhkəməsi ərizənin təmin olunmaması barədə xx.xx.2022-ci il tarixli, MMT(001)-223/2022 nömrəli qərardad qəbul etmişdir. Qeyd olunan qərərdaddan narazı qalaraq müvafiq qaydada şikayət verilmiş və şikayət yenidən təmin olunmayaraq baxılması üçün Bakı Apelyasiya məhkəməsinə göndərilmişdir. Şikayət verilərkən "Dövlət rüsumu haqqında" AR-nın Qanunun tələblərinə əsasən, 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, qeyd olunan müvəqqəti təminat tədbiri üzrə ödənilmiş ümumi dövlət rüsumunun məbləği 60 (altmış) manat təşkil etmişdir. İşə baxan apellyasiya instansiyası şikayətin təmin olunması, Binəqədi rayon Məhkəməsinin qərardadının ləğv olunması, təminat tədbiri barədə verilmiş ərizənin təmin edilərək "xxxx" MMC-nin təsis payını və həmin MMC-nin adına qeydiyyata alınmış və hazırda mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binasının özgəninkişləşdirilməsinin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qadağan edilməsi barədə xx.xx.2022-ci il tarixli, MTT(103)-339/2022 nömrəli yeni qərardad qəbul etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 nümayəndəsi (vəkil) Vəkil2 izahatında iddianın Cavabdeh4 qarşı qanunsuz və əsassız olduğu üçün, həmdə iddia müddətinin ötürülməsinə görə rədd edilməsini xahiş etdi. Cavabdeh İ.N.V." Mənzil-Tikinti Kooperativinə, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və 7 saylı Bakı «ASAN xidmət» Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Cavabdeh İ.N.V." Mənzil-Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə2 məhkəməyə yazılı müraciət göndərərək bildirmişdir ki, cavabdeh olaraq tərəfindən 26 sentyabr 2023-cü il tarixdə məhkəmədə iştirak edərək mövqeyini məhkəməyə bildirmişdir. Eləcə də, həmin məhkəmə prosesindən sonra MTK-ya aid olan bəzi sənədlər elektron məhkəmə sistemi vasitəsi ilə təqdim olunmuşdur. Məhkəmədə MTK-nın adından iştirak etməyəcəyini və iştirakları olmadan yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh İ.N.V." Mənzil-Tikinti Kooperativinin və ücüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və 7 saylı Bakı «ASAN xidmət» Mərkəzində Notariat Ofisinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi (vəkil) Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, hazırki iş üzrə Masallı rayon məhkəməsinə hakimə etirazla bağlı ərizə ünvanlanmışdır. Etirazın verilməsinə səbəb isə o olmuşdur ki, xx.xx.2023-cü il tarixdə və həmin tarixədək olan dövrü əhatə edir. İlk növbədə qeyd etmişdir ki, neçə müddətdir ki, hazırki iş məhkəmənin icraatındadır və məhkəmə baxışına təyin edilməsinə baxmayaraq işə yekun qərar verilməmişdir, digər səbəb isə cavabdehlər tərəfindən verilmiş sübutların məhkəmənin elektron informasiya sisteminə yerləşdirilməməsi və cavabdehlər tərəfindən istənilən sənədlərin təqdim edilməsidir. Həmçinin, Cavabdeh1 tələbi əsasında iddiaçıya zəng edilərək məhkəmə iclasında məcburi iştirakının təmin edilməsi tələb edilmişdir. Belə olan halda qənaətə gəlinir ki, məhkəmə tərəfindən cavabdehlərin maraqları qorunur. Bu səbəbdən də Masallı rayon məhkəməsinin sədrinə etiraz ilə müraciət edilmişdir. O, məhkəməyə vəsatətlər vermişdir. Lakin vəsatətlərin təmin olunub olunmaması barədə məlumat verilməmişdir. O da məcbur olub yenidən xx.xx.2023-cü ildə xx.xx.2023-cü il tarixli vəsatətinə baxılması ilə bağlı müraciət etmişdir. Qeyd edilən xüsusatlar hazırlıq iclasında olmuşdur. Cavabdeh tərəfindən verilmiş sənədləri isə heç bir halda götürə bilməmişdir. Məcbur qalıb məhkəmədən surətlərini götürmüşdür. O, xx.xx.2023-cü il tarixdə MTK-nın sədrlərinin kim olması ilə bağlı sorğu verilməsi üçün məhkəməyə müraciət etmişdir. MTK tərəfindən xx.xx.2023-cü ildə sorğuya cavab verilmişdir. Sorğuda MTK-nın sədrlərinin kim olması barədə siyahı ona göndərilmişdir. Həmin siyahıda X18 fəaliyyət müddəti xx.xx.2007-ci il tarixədək olmuşdur. Lakin onun sorğusuna verilmiş cavabda MTK-nın sədrlərinin kim olmasına dair sənədlərin məhkəmə istərsə məhkəməyə rəsmi qaydada veriləcəyi qeyd edilmişdir. Vilayət Talıblı ilə bağlıda qeyd edilən sorğuda məlumatlar vardır. xx.xx.2004-cü il tarixdə Vilayət Talıblı MTK-nın sədri təyin edilmişdir. Həmin əmr xx.xx.2004-cü il tarixdə təsdiq edilmişdir. xx.xx.2005-ci il tarixli MTK-nın yığıncağından görünür ki, MTK-nın sədri Nizami Kazımov təyin edilmiş və çıxarış verilmişdir. xx.xx.2005- ci ildə isə alqı-satqı həyata keçilmişdir. Elektronlaşdırma isə xx.xx.2006-cı ildə olmuşdur. Həmin dövrə qədər isə payçı kimi, xx.xx.2004-cü ildə isə qanuni təmsilçi kimi Vilayət Talıblı qeyd olunmuşdur. xx.xx.2004-cü ildən xx.xx.2005-ci ilə kimi alqı-satqı ilə satış olmuş və payçı Vilayət Talıblı deyil başqa şəxslər olmuşdur. xx.xx.2005-ci ildə payçı və təsisçi Nizami Kazımov olmuşdur. xx.xx.2006cı ildən isə təmsilçinin Vilayət Talıblının olması cavabdehlər tərəfindən təqdim edilmiş sənədlərdən görünür. Belə olan halda sual olunur ki, əvvəlki qanuni təmsilci Vilayət Talıblı olmuş, xx.xx.2005-ci il tarixdə isə Nizami Kazımov olmuşdur. Bu fakt qanunla təsdiq edilmiş olsa da, dövlət qeydiyyatına xx.xx.2006-cı ildə təqdim edilmiş və xx.xx.2006-cı ildə isə sistem işlənmişdir. MTK-nın məktubunda qeyd edilmişdir ki, Mülki məcəllənin 111-ci maddəsinə əsasən MTK-nın sədri sadəcə payçı olan şəxs ola bilər. Hazırda qeyd edilən sənədlər iddiaçı tərəfindən təqdim edilə bilməmişdir. Belə ki, tərəflər ayrılan zaman aralarında mübahisə yaranmış və mübahisə zamanı iddiaçı Elmira cavbadeh Vasif tərəfindən döyülmüşdür. Bu şəraitdə isə sənədlər iddiaçı Elmirada qeyd edilən sənədlər, həmçinin müqavilə qalmamışdır. 2021-ci il tarixli qətnamədə hər şey göstərilmişdir. Tərəflər arasında boşanma ilə bağlı hansı vaxtdan hansı vaxtadək yaşadıqları, rəsmi nikahada olduqları və sair qeydlər aparılmamışdır. xx.xx.2005-ci il tarixli müqavilənin surəti olmaqla Vasifə verilməsi qeyd edilmişdir. Həmin müqavilənin Vasiflə heç bir adiyyəti yoxdur. Belə ki, həmin müqavilədə Cavabdeh1 adı və ata adında səhv göstərilmişdir. Həmçinin, həmin müqavilələrdə mənzilin nömrəsi 9 və 10 nömrəli göstərilmişdir və maliyyə arayışlarında İddiaçı ilə bağlı verilmişdir. Burada Cavabdeh1 nə müqaviləsi, nə də arayışı olmamışdır. MTK-dan iki ədəd bir 16, digəri 17 nömrəli mənzil alınmışdır. Hazırda 16 nömrəli mənzillə bağlı mübahisə yoxdur. Hazırki mübahisə edilən mənzil 17 nömrəli mənzildir. Belə ki, 16 nömrəli mənzil etibarnamə üzrə Cavabdeh1, əslində isə İddiaçı tərəfindən X1. Hər iki müqaviləyə baxılan zaman görünür ki, iki müqavilə arasındakı imzalar Vilayət Talıblı adlı şəxsin imzaları fərqlidir. Belə görünr ki, həmin şəxsin adından çəkilmiş imzalar başqa şəxslər tərəfindən icra edilmişdir. Həmin mərtəbənin 4 və 5 olması ilə bağlı qeyd edir ki, İddiaçı ilə bağlı müqavilədə 4-cü mərtəbə qeyd edilir. 2005-ci ildə müqavilə bağlanandan 2020-ci ilədək problem olmamışdır. Hətda İddiaçı Cavabdeh1 etibarnamə vermiş, Cavabdeh1 həmin etibarnamə əsasında xx.xx.2020-ci ildə ərizə yazır. Həmin ərizədə yazır ki, arvadım İddiaçı məxsus olan 4-cü mərtəbədə yerləşən mənzili öz adıma keçirməyə etiraz etmirəm. 2020-ci ildə həmin mənzillə ilə bağlı müqavilə bağlanır. Lakin müqavilədə mərtəbə 5 göstərilmişdir. Çünki 2004-2005-cü illərdən müqavilə bağlanandan sonra 2019-cu ildə layihə təsdiq ediləndən sonra ilk mərtəbə qeyri yaşayış kimi qeydə alınmışdır. 2-ci mərtəbədən başlamaqla isə yaşayış kimi hesablanmışdır. Belə olan halda mərtəbə olaraq 5 hesab edilir və Cavabdeh1 ilə 2020-ci ildə müqavilə bağlanarkən mərtəbə 5 qeyd edilir. Cavabdeh1 ona qarşı şər-böhtan xarakterli müraciətlər edilməsi ilə bağlı müvafiq orqanlara müraciət etmişdir. Onun Cavabdeh1 hədə-qorxu ilə pul tələb etdiyi qeyd edilmişdir. Hazırda o, Cavabdeh1 prokurorluq, polis və məhkəmə orqanlarına sənədlərin saxta olması ilə bağlı müraciət edə bilər. O, İddiaçı ilə 2020-ci ilin iyul ayında müqavilə bağlamışdır. Məhkəmə proseslərindən öncə müvafiq sənədlərin toplanması üçün müvafiq sorğular və sübutların toplanması olmuşdur. Həmin mübahisə ilə bağlı İddiaçı ilə söhbətlər aparılmışdır. Söhbətlər və sorğular zamanı məlum olmuşdur ki, iki mənzil alınmışdır və 16 nömrəli mənzil satılmışdır. Hazırki iddia tələbi üzrə 16 nömrəli mənzillə bağlı deyildir. xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Əgər qeyd edilən sənədlər saxta olmuş olsaydı İddiaçı adına və Cavabdeh1 adına verilmişdir. Cavabdeh1 bacısı oğlunun adına bağışlanma müqaviləsi ilə keçirmişdir. Birgə nikah dövründə əmlaklar əldə edilmişdir. xx.xx.2020-ci ildə İddiaçı adında olan 17 nörməli mənzil Cavabdeh1 adına keçrilmiş və Cavabdeh1 etibarnamə əsasında öz ərizəsi əsasında keçirib adına. Binəqədi Rayon Məhkəməsinin MTT-si əsasında mənzilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Hazırda xahişimiz odur ki, mübahisə predmenti olan 17 nömrəli mənzil birgə nikah dövründə əldə edilmişdir, qeydiyyata alınmasından asılı olmayaraq həmin mənzillə bağlı 2 ədəd MTT verilmişdir. Hər ikisidə MTT təmin edilmiş və özgəninkiləşdirilməsi qadağan edilmişdir, Cavabdeh1 isə 2022-ci ildə sənədləri saxtalaşdırılan qeyd edilən mənzilə dair çıxarış alır. Hazırda həmin əmlaka çıxarış alınmışdır. Həmin əmlak üzərində həbs vardır və boşanma zamanı əmlaklarda paylar müəyyən edilmiş və pulları bölünmüşdür. Odur ki, hazırki iddia ərizəsi əsaslı olduğundan tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məkhəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı tərəfindən verilmiş etirazı Asan xidmətdə olan vəkil vasitəsi ilə əldə etmişdir. Hazırda vəkil Nümayəndə1 qeyd etdiyi kimi Masallı rayon məhkəməsinin hakimi ilə əlbir olması ilə bağlı qeyd edir ki, o, xx.xx.2023-cü il tarixdə onun bir vəsatəti və etirazı verilmişdir. Həmin etiraz Binəqədi rayon Məhkəməsinə və Masallı rayon Məhkəməsinə təqdim edilmişdir, qeyd eidlən vəsatət və etiraz eyni məzmundan ibarət olmuşdur. Onunda vermiş olduğu vəsatətə baxılmamışdır. Həmçinin onun elektron kabineti olmadığı üçün poçtla məhkəməyə müraciətlərini etmişdir. xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək iddiaçı tərəfin təqdim edilmiş sənədləri tələb etmişdir. Lakin sənədlər ona təqdim edilməmişdir. Bu hal onu göstərir ki, məhkəmə ilə onun arasında hər hansı maraqlar qorunmur. O, özü məhkəməyə rəsmi qaydada etiraz etmişdir. Etirazına səbəb isə o olmuşdur ki, məhkəmə hazırlıq iclasında MTK tərəfindən müvafiq sənədlər təqdim olunmuşdur. Həmin sənədlərdə göstərilmişdir ki, İddiaçı adına rəsmi müqavilələr və maliyyə arayışları vardır. O, da buna öz etirazını xx.xx.2023-cü il tarixdə vermişdir. Həmin sənədlərin saxtalaşdırılması barədə fikrini bildirmişdir. Qarşı tərəf etirazında bildirir ki, Muğanbanka sorğu verilməsi ilə bağlı vəsatət verilmiş və məhkəmə vəsatəti təmin etməmişdir. Lakin o, iş materialları ilə tanış olduğu zaman görmüşdür ki, qarşı tərəfin vəsatəti təmin edilmiş və Muğanbanka sorğu ünvanlanmışdır. İddiaçı tərəfindən saxtalaşdırılmış sənədlər təqdim edildikdən sonra o, öz etirazını vermiş və məhkəməyə sənədlərin əslinin təqdim edilməsini tələb etmişdir. Hazırda qarşı tərəfin məqsədi işi yubatmaq və hakimə təsir etməkdir. Hakimə olan etirazı qəbul etmir və əsassız olduğundan baxımamış saxlanılmasını xahiş etdi. Qarşı tərəfin vəkili onu təhqir etmişdir və bununla bağlı vəkil barəsində xüsusi qərar çıxarılmasını xahiş edir. Hazırki işlə bağlı xx.xx.2022-ci ildə məlumatı olmuşdur. Belə ki, Nərimanov rayon icra şöbəsi tərəfindən ona zəng edildikdən sonra məlmatı olmuşdur ki, Binəqədi rayon Məhkəməsində əmlakla bağlı iddia vardır. Binəqədi rayon Məhkəməsinə müraciət edərək barəsində olan MTT-nin ona təqdim edilməsini xahiş etmişdir icra şöbəsi isə ona bildirmişdir ki, ayın 5-də icra söbəsində olması xahiş edilmişdir. xx.xx.2022-ci il tarixli qərardadda qeyd edilmişdir ki, ünvan 8 ünvanında İ.N.V MTK tərəfındən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət olan 17 saylı mənzilin özgəninkiləşdirilməsi qadağan edilməsi qərara alınmışdır. Oda Nərimanov rayon icra şöbəsinə müraciət edərək bildirmişdir ki, onun qeyd edilən 4-cü mərtəbədə yerləşən mənzili yoxdur. 2005-ci ildə MTK ilə onun arasında müqavilə 9 və 10 nömrəli mənzillər üzrə bağlanmışdır. MTK tərəfindən müqavilə tərtib edilərkən onun adı səhvən Vaqif kimi qeyd edilmişdir. Həmçinin qardaşına məxsus olan mənzilin müqaviləsində xarici pasport əsasında qeydiyyat aparılmışdır. Pasportda qardaşının adı X4 qeyd edilmişdir. Belə olan halda həmin mənzilin ona yox qardaşı Vaqifə məxsus olması təsdiqini tapır. Qeyd edilən mənzillərin ödənişi xx.xx.2005-ci ildə dollarla edilmişdir. 2004-cü ildə MTK-ya bina tikilisi üçün sərəncam verilmişdir. Sonra sərəncam ləğv edilmiş və yenidən xx.xx.2007-ci ildə tikiliyə icazə verilmişdir. Onunla bağlanan müqavilələrdə layihə üzrə mənzillər qeyd edilməmişdir. İlkin layihədə də mənzilin kvadratmetri qeyd edilmişdir. İlkin müqavilədə 145 kvadratmetr göstərilmişdir. Sonradan isə blok A, 3-cü mərtəbə qeyd edilmişdir. 17 nönrəli mənzillə bağlı qeyd etmişdir ki, xx.xx.2005-ci il tarixli arayışdan görünür ki, onun tərəfindən pul tam olaraq ödənilmişdir. xx.xx.2020-ci ildə Şahid ailəsi ilə birlikdə Ukranada yaşamışdır və Şahid üçün mənzil almışdır. 2020-ci ildə aldığı mənzil Şahid oğlu Cavabdeh4 tərəfindən göndərilmiş pullar əsasında almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid özüdə qeyd etmişdir ki, oğlu Cavabdeh4 ona mənzilin alınması üçün pul göndərmişdir. İddiaçı adına olan müqavilə tərəflər arasında saxtalaşdırılmış, MTK tərəfindən təqdim edilmiş və onun adı ilə yazılmış ərizə də saxtadır. MTKdan sənədlərin əslinin götürülməsi tələb edilmişdir. Lakin hazırda saxtalaşdırılmış sənədlərdən də görünür ki, ərizə başqa şəxs tərəfindən yazılmış və imza isə başqa şəxs tərəfindən imzalanmışdır. Sənədlərin əsli olmadığı üçün o sənədlərə dair münasibət bildirə bilmir. Sənədlərin saxtalaşdırılmasında sübhəli şəxslər isə MTK-nın sədri, vəkil Nümayəndə1 və İddiaçıdır.14,15,16 tarixlərdə MTK-ya gedən vəkil və iddiaçı sənədlərin saxtalaşdırılmasına iştirak etmişdir. Bununla bağlı onda videogörüntü vardır. 2005-ci ildən 2006-cı ilin 01 yanvar tarixində Vilayət Talıblı sədr, mühasib isə Vəlidir. İddiaçı tərəfindən 2005-2008-ci illərdə olan ödənişlərin edilməsi ilə bağlı sənədlərin təqdim edilməsi xahiş edilmişdir. 2005-ci il qərarı ilə alış-satışlar manatla olması barədə göstəriş verilmişdir. Ona 2020-ci ildə bağlanan müqavilədə 103365 manat, qarşı tərəfin müqaviləsində isə 60904 dollar qeyd edilmişdir. 2005-2013-cü illərə kimi solların qiyməti orta hesabla 78 manat olmuşdur. Bu halda İddiaçı almış olduğu mənzili 57249 manat təsdiq edir. Burada olan məbləğlərin fərqindədə görünür ki, sənədlər saxtalaşdırılmışdır. MTK və İddiaçı arasında bir neçə dəfə saxtalaşdırılma olmuşdur. Vəkil tərəfindən Cavabdeh4 təsir göstərilmişdir. 2020-ci ildə alınmış mənzil ona məxsusdur. Çünki payçısı və pulu o ödəmişdir. İddiaçı tərəfindən həmin mənzilin alınmasına heç bir köməklik göstərilməmişdir. İddiaçı Superfarm MMC-də müdir olmuşdur və əmək haqqı almışdır. 2002-ci ildən 2020-ci ilədək orada işləmişdir. 2021-ci ildə isə boşandıqdan sonra əmrlə işdən çıxarılmışdır. MMC ilə bağlı İddiaçı məhkəmədə iddia qaldıran zaman heç bir iddia irəli sürməmişdir. MC 1992-ci ildə yaradılmışdır. Cavabdeh4 məxsus olan evin kvadratmetrində yanlışlıq olduğu üçün MTK-ya müraciət edilmişdir. Yanlışlıq aradan qaldırıldıqdan sonra rəsmi olaraq onun adında olmuş mənzil Cavabdeh4 adına rəsmiləşdirilmişdir. Sonra isə o, Nərimanov Rayon Polis şöbəsinə müraciət edərək sənədlərin saxtalaşdırılmasını qeyd etmişdir sənədlərin saxtalaşdırılmasında sübhəli şəxslər kimi Nümayəndə1, MTK-nın hüquqşünası Bəhlul İsgəndərov və İddiaçı göstərmişdir. Buna səbəb isə 26000 manat məbləğində MTK-ya qarşı iddianın olmasıdır. Bu səbəbdən MTK və iddiaçı tərəf əlbir olmuşdur. Bu iddiadan kənarda qalmaq üçün. Həmçinin, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım, ev 31, 63 nömrəli mənzilin ½ payının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, mənzil atasına məxsus olmuşdur. Atasından sonra isə ona verilmişdir. İddiaçı adında olan mənzilin pulunun ödənilməsi üçün onun adına olan mənzil ipoteka qoyulmuş və 45000 manat pul götürülmüşdür. 16 nömrəli mənzilin ödənişi edilmişdir. Qalan ipotekadan pulun ödənilməsi üçün isə İddiaçı adına olan mənzil ipotekaya qoyulmuşdur. Lakin buna ödənişləri onun şəxsi vəsaiti əsasında olmuşdur. İddiaçı heç bir ödənişdə iştirak etməmişdir nikah pozulduqdan sonra isə ödənişləri etməyi dayandırmışdır. Sonrasında isə bank İddiaçı qarşı iddia qaldırmışdır. Həmçinin, qeyd etmişdir ki, bu məsələ olan zaman evin ½ hissəsinin payının bölünməsi məsələsi olmamışdır. Həmin mənzilin satılması ilə bağlı məhkəmə qətnamə çıxarmış və qətnamə qanuni qüvvəsini almışdır. Masallı rayon məhkəməsinin İddiaçı barəsində olan qətnaməsi qanuni qüvvəsinin almadan öncə İddiaçı mənzilin onun adına keçrilməsinə razılıq vermişdir. O, bankda 46000 manat, 1600 manat olmaqla ödənişlər etmişdir ki, bank mənzilin onun adına keçililməsinə razılıq versin. O, banka 50000 manata yaxın pul ödəmişdir. Mənzilin satışı qətnamədən sonra olmuşdur. Qətnamə 18 aprel 2022-ci ildə çıxarılmış, satış isə 20 aprel tarixdə olmuşdur. Həmin mənzillə bağlı Binəqədi məhkəməsində icraatında ½ hissənin bölünməsinə etiraz edilmişdir. İcra şöbəsində onlara məlumat verilmişdir ki, mənzil ½ hissəsi bölünməlidir. Şirkətlə bağlı qeyd edir ki, 1992-ci ildə təsis edilmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan, verilmiş sənədlər saxtalaşdırıldığından rədd edilməsini xahiş etdi. Cavabdeh4 nümayəndəsi (vəkil) Vəkil2 məhkəmə iclasında verdiyi izahatında bildirid ki, hazırda iddiaçının vəkili tərəfindən verilmiş etiraz kifayət qədər əsaslandırılmamışdır. Belə ki, məhkəmənin araşdırma aparması nə vaxtdan pozuntu olmuşdur. Vəkil tərəfindən elektron informasiya sisteminə yerləşdirilmiş sənədlərdən görünür ki, həmin sənədlər sürətdir. Həmin sənədlər nə notariat qaydada təsdiq edilməmişdir, nə də ki, əsli sistemə yerləşdirilməmişdir qeyd edilən hal isə qanuni tələblərin birbaşa pozulması deməkdir. Ona görə də məhkəməyə həmin səndlərin əsillərinin alınması barədə vəsatət verilmişdir. Lakin sənədlərin əsli hələ də, məhkəməyə təqdim edilməmişdir. İkinci vəsatət isə o olmuşdur ki, MTK-nın hazırki dövrədək olan sədrlərinin kimlərin olması barədə olmuşdur. Buna səbəb isə işə əlavə edilmiş müqavilələrin hərəsinin bir sədr tərəfindən təsdiq edilməsi olmuşdur. Bu səbəbdən məhkəmədən MKT-nın sədrləri barədə məlumatların alınması tələb edilmişdir. Hazırki iş üzrə qeyd edilən sənədlərin saxtalaşdırılmasında əsaslar vardır. İddiaçı tərəfindən təqdim edimiş müqavilədə MTK-nın sədri başqa şəxs, Vasifdə olan müqavilədə isə sədr başqa şəxsdir. Sual doğulur ki, ər və arvad MTK-da eyni tarixli müqavilə bağlanır və həmin müqavilələr fərqli sədrlər tərəfindən imza edilə bilir. Hazırda İddiaçı iştirakı onun üçün tələb edilmişdir ki, həmin müqavilələr necə, kim tərəfindən, hansı tarixlərdə imzalanmışdır. Hazırda iddiaçının nümayəndəsinin olması isə maraq doğuran sullara cavabın tapılması üçün əhəmiyyət kəsb etmir. Çünki 2005-ci ildə iddiaçının nümayəndə və vəkili olan Nümayəndə1 müqavilənin imzalanması prosesində iştirak etməmişdir. 2005-ci ildə bağlanan müqavilərlə bağlı araşdırma aparılması üçün vaxt istənilmişdir. Hazırda isə vəkil tərəfindən prosesin uzadılmasına etiraz edilir. Hakimə verilən etirazın səbəbi isə müqavilələrdə olan saxtalaşdırmanın üzə çıxmaması və süründürməçilik məqsədi daşıyır. Hazırda isə MTK-nın sədrinin kim olması onlara aydın olmuş və qarşı tərəfdən təqdim edilmiş müqavilənin imzalanmasında iştirak edən şəxslə eyni olması ortaya çıxmışdır. Odur ki, etirazın baxılmamış saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, MTK tərəfindən təqdim edilmiş sənəd müvafiq orqanlar tərəfindən təsdiq edilməmişdir. Həmin sənəd sürət olduğundan və müəyyən hissələri silindiyindən, möhtəbərliyi şübhə doğurduğundan sübut kimi qəbul olunmamalıdır. Amma onun tərəfindən təqdim edilmiş sənədlər müvafiq orqanlar tərəfindən təsdiq edilmişdir bu səbəbdən də onun təqdim etdiyi sənədlər sübut kimi əsas götürülməlidir. Cavabdeh1 özünün gəlirləri ilə mənzili pulunu ödəmişdir. İddiaçı ilə Cavabdeh1anın birgə gəliri iki mənzilin alınmasına kifayət edəcək qədər deyildir. Bu da onu göstərir ki, Elvin Abiyevə bağışlanma müqaviləsi ilə verilmiş mənzilin pulu, məhz Elvin tərəfindən göndərilmiş pullar əsasında alınmışdır. X52 Cavabdeh1 evin alınması məqsədi ilə pul göndərmiş, Cavabdeh1 həmin pullar əsasında ev almışdır. X48 ilə Cavabdeh1 arasında bağlanmış bağışlanma müqaviləsi etibarlıdır və hər hansı qanun pozuntusu sənədlərin təsdiq edildiyi zaman müəyyən edilməmişdir, iddianın Elvin Abiyevə münasibətdə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 30 ilə yaxındır ki, Ukraynanın Odessa şəhərində yaşayır və orada ticarətlə məşğul olur, orada qazandığı pulu ona ev alsın deyə Cavabdeh1 adına göndərmişdir. Həmin mübahisəli binada oğlu Elvinin adına ev almışlar, həmin ev onlarındır və həmin evin pulunu o öz şəxsi pulu hesabına vermişdir. Məhkəmə iclasında Şahid Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 11A, 1952-ci məhəllə, 17 saylı mübahisəli mənzilə dair pul ödəməsi, mənzilin ünvanı, quruluşu, girişi, təmir edilməsi barədə məhkəməyə tam məlumat verə bilmədiyi üçün məhkəmə şahidin ifadəsini iddianın mübahisəli mənzilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh4 arasında xx.xx.2022-ci il tarixli, 4 Ə-423 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsinin, bağışlanma müqaviləsi əsasında Cavabdeh4 mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv edilməsinin rədd edilməsi baxımından əsassız hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat; Masallı Rayon Məhkəməsinin 2(050)2458/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (X44), iddianın qismən təmin edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ünvan 29, mənzil 17, Yeni qaydalarla AZ 1033, ünvan 9 ünvanında yerləşən mənzilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh4 arasında 7 saylı Bakı "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4 Ə-423 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ünvan 29, mənzil 17, Yeni qaydalarla AZ 1033, ünvan 9 ünvanında yerləşən mənzilə dair mübahisələndirilən bağışlanma müqaviləsi əsasında Cavabdeh4 mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv edilməsi, İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ünvan 29, mənzil 17, Yeni qaydalarla AZ 1033, ünvan 9 ünvanında yerləşən mənzilə İddiaçı 1/2 (ikidə bir) hissədə, Cavabdeh1 1/2 (ikidə bir) hissədə paylarının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 yanvar 2026-cı il tarixli qərardadı ilə, hazırkı iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)2458/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qətnaməsi qismən ləğv edilərək İddiaçı Cavabdeh1 qarşı birgə nikah dövründə əldə etdikləri, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 31 ünvanında yerləşən, 63 nömrəli mənzilin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satışından əldə edilmiş 43823,96 (qırx üç min səkkiz yüz iyirmi üç manat 96 qəpik) manat hissəsinin yarı hissəsinin, yəni 21911,98 (iyirmi bir min doqquz yüz on bir manat, 98 qəpik) manatın Cavabdeh1 tutularaq İddiaçı verilməsi tələbinə dair hissədə mülki iş üzrə icraata xitam verilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat; Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Masallı rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qətnaməsinin iddia tələblərinin qismən təmin olunan - “İddiaçı X14 ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş Bakı şəhəri, Nəruimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 1952-ci məhələ, mənzil 17, Yeni qaydalarla; AZ 1033 ünvan 11 ünvanında yerləşən mənzil iddiaçı X8 ½ (ikidə bir) hissədə, Cavabdeh1 ½ hissədə payları müəyyən edilsin” - hissəsində dəyişdirilərək, İddiaçı həmin mənzilə pay hüququnun ¾ hissədə müəyyən olunması və İddianın təmin edilməyən hissəsində qətnamənin ləğv olunması və təmin edilməyən iddia tələblərinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh4 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh4 Masallı rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını və "xxxx" MTK ilə İddiaçı adına mənzil alqı-satqısı ilə bağlı saxta sənədlərin hazırlanaraq, məhkəməyə təqdim edilməsinə görə iddiaçı və "xxxx" MTK-nın vəzifəli şəxslərinin Azərbaycan Respublkası Cinayət Məcəlləsinin 320.1 və 294-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri müəyyən edildiyindən cinayət işi başlanması məsələsinin həll edilməsindən ötrü xüsusi qərardad çıxararaq bu barədə prokurorluq orqanına məlumat verilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh1 Masallı rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını və "xxxx" MTK ilə İddiaçı adına mənzil alqı-satqısı ilə bağlı saxta sənədlərin hazırlanaraq, məhkəməyə təqdim edilməsinə görə iddiaçı və "xxxx" MTK-nın vəzifəli şəxslərinin Azərbaycan Respublkası Cinayət Məcəlləsinin 320.1 və 294-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri müəyyən edildiyindən cinayət işi başlanması məsələsinin həll edilməsindən ötrü xüsusi qərardad çıxararaq bu barədə prokurorluq orqanına məlumat verilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz göndərilərək, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Masallı rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya icraatı zamanı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Masallı rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını, iddiaçı tərəfindən verilmiş apellyasiya şkayətinin isə təmin edilməməsini xahiş etmişdir. Cavabdeh4 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya icraatı zamanı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Masallı rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını, iddiaçı tərəfindən verilmiş apellyasiya şkayətinin isə təmin edilməməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı, cavabdeh İ.N.V." Mənzil-Tikinti Kooperativinə, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və 7 saylı Bakı «ASAN xidmət» Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası iddiaçının və cavabdehlərin apellyasiya şikayətlərinin dəlilləri həddində, Masallı Rayon Məhkəməsinin 2(050)2458/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2 əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 389.1.Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 37.1-ci maddəsinə əsasən müvafiq olaraq ərlə-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)2458/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının və cavabdehlərin apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı iş materiallarını araşdırarkən aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə X15 arasında 08 yanvar 2002-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu VVADQ şöbəsində 05 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Quliyeva soyadı verilmişdir. İş materiallarında olan Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış nikah 08 dekabr 2021-ci il tarixdə pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 09 dekabr 2021-ci il tarixdə, 651 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2 (001)- 602/2021 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək iddiaçı Quliyeva (Cəfərova) Elmira Cəbrayıl qızı ilə Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri Qaradağ rayonu VVADQ şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 yanvar 2002-ci il tarixdə 05 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olmuş xx.xx.2012-ci il təvəllüdlü X34 İddiaçı yanında qalması, xx.xx.2012-ci il təvəllüdlü X23 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 İddiaçı xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tutulması, iddia qalan hissədə rədd edilməsi, aliment məbləği qətnamənin elan edildiyi, yəni xx.xx.2021-ci il tarixdən hesablanması, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(001)-746/2021 nömrəli qətnaməsindən görünür ki, ilk iddia üzrə İddiaçı Cavabdeh1 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlak və cehiz əşyaları” tələbi barədə iddiası təmin edilməsi və ilk iddia üzrə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməsi, Cavabdeh1 İddiaçı qarşı “əmlak” tələbi barədə qarşılıqlı iddiası qismən təmin edilməsi, RX seriyalı ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən 0,07 ha torpaq sahəsinin 1/2 (ikidə bir) hissəsinə Cavabdeh1, 1/2 (ikidə bir) hissəsinə İddiaçı payı müəyyən edilməsi, qalan hissədə qarşılıqlı iddia təmin edilməsi, qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 (on) manatı İddiaçı alınaraq Cavabdeh1 ödənilməsi, bir icraatda birləşdirilmiş İddiaçı Cavabdeh1 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” tələbi barədə iddiası qismən təmin edilməsi, MH seriyalı, ******* nömrəli çıxarışla Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, 31 saylı evin 63 saylı mənzilinin ½ (ikidə bir) hissəsinə İddiaçı, ½ (ikidə bir) hissəsinə isə Cavabdeh1 payı müəyyən edilməsi, qalan hissədə birləşdirilmiş iddia təmin edilməsi, birləşdirilən iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on) manatı Cavabdeh1 alınaraq QuliyevaElmira Cəbrayıl qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(050)- 104/2022 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək cavabdeh İddiaçı 37668,57 manat əsas borc, 6698.26 manat faiz borcu, ümumlikdə 44366,83 manat kredit borcu, 30 manat ödənilmiş dövlət rüsumu, ipotekanın qeydə alınması üçün ödənilmiş 40 manat tutularaq Ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSC-nin hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım, ev 31, 63 nömrəli mənzil açıq hərracda satılması, mənzilin hərracda ilkin satış qiyməti, likvid dəyərinə uyğun 81000 manat müəyyən edilməsi, hərrac yolu satışdan əldə edilmiş pul vəsaitdən İddiaçı borcuna 44366,83 manat kredit borcu, 30 manat ödənilmiş dövlət rüsumu, ipotekanın qeydə alınması üçün ödənilmiş 40 manat tutulması, qalan məbləğ Cavabdeh1 ödənilməsi, Mənzilə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvləri mənzili ən geci 01 ay müddətində tərk etmədikləri və mənzildən çıxmadıqları halda, həmin şəxslər məcburi qaydada mənzildən çıxarılmaları və mənzil boşaldılması qət edilmişdir. İş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativinin 26 avqust 2022-ci il tarixli, 54 nömrəli məktubundan görünür ki, 01 avqust 2022-ci il tarixli, 493 saylı sorğuya cavab olaraq bildirilmişdir ki, ünvan 13 ünvanında inşa edilən binanın blok A, mərtəbə 4, 3 otaqlı, 17 saylı mənzil xx.xx.2005-ci il tarixdə dəyəri ödənilməklə İddiaçı satılmıdır. İddiaçı ƏN-İ N=764054 saylı, 15 noyabr 2018-ci il tarixində baş etibarnaməni Cavabdeh1 vermişdir. Cavabdeh1 həmən etibarnamə əsasında 01 iyul 2020-ci il tarixdə 17 saylı mənzili öz adına rəsmiləşdirmişdir. Halhazırda İddiaçı adına heç bir mənzil yoxdur. İş materiallarında olan Notariat qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, **********890 nömrəli “elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, etibar edən (mülkiyyətçi) İddiaçı etibar edilən Cavabdeh1 etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq imza etmək hüququ ilə bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi buna müvafıq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək, icarə müqaviləsi bağlamaq haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, imzalamağı, varəsəlik işi ilə bağlı bütün işləri görməyi, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında hesabların açılması və bağlanması, hesablar üzərində sarəncam verməyi, bütün növ bank əməliyyatlarını aparmağı, mədaxil və məxaric etməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət və qeyri dövlət idarələrində, vergi orqanlaında, notariat kontorunda, bank, maliyyə və kredit taşkilatlarında, kooperativ va ictimai təşkilatlarda, AR Ədliyyə Nazirliyində, Qeydiyyat şöbəsində, İcra Hakimiyyətində, Əmək va Əhalinin Sosial Müdafiə Fondunda, AR ƏMDK Yanında DƏDRX-in Ərazi İdarəsində, MKİS-də onun adından ərizə yazmağı, imzalamağı, işləri aparmağı, lazım olan sənədləri təqdim etməyi və almağı, adından amlakın satılması barədə razılıq ərizələri veriməyi, onları ləğv etməyi, bağlanmış müqavilələri ləğv etməyi, qeydiyyata almağı, sazişlər bağlamağı bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar edir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, e-16(001)-7/2022 nömrəli qərardadından görünür ki, ünvan 14 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzilin üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsi qadağan edilməsi, qərardad dərhal icra edilməsi, qərardad xx.xx.2022-ci il tarixdə qüvvədən düşmüş hesab edilməsi, qərardadın icrası Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 ünvan 29, mənzil 17 Yeni qaydalarla AZ 1033, ünvan 9 xüsusi mülkiyyətində 150 kv.m olan mənzil verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2022-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, MTT(103)-339/2022 saylı qərardadından görünür ki, şikayət qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli MTT(001)-223/2022 saylı qərardadın ləğv edilməsi, ərizəçi İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizəsi qismən təmin edilməsi, Cavabdeh2 MMC-nin təsis payının və həmin MMC-nin adına qeydiyyata alınmış və hazırda mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binasının özgəninkişləşdirilməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qadağan edilməsi, ərizə qalan hissədə təmin edilməməsi, qərardad dərhal icra edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında elektron baza məlumatlarından çıxarışdan görünür ki, kommersiya qurumu olan Cavabdeh2 MMC-nin (VÖEN **********) qanuni təmsilçisi Cavabdeh1dur. Dövlət qeydiyyatına alındığı tarix xx.xx.2001-ci ildir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********41 nömrəli məktubundan görünür ki, Cavabdeh2 MMC-nin adına Azərbaycan Respublikası üzrə daşınmaz əmlakın olubolmamasına dair müvafiq məlumatların verilməsi ilə bağlı sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, ünvan 15 ünvanında yerləşən qeyri-yaşayış binası Cavabdeh2 MMCnin adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Cavabdeh2 MMC-nin adına ölkə ərazisi üzrə qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, e-16(001)- 7/2022 nömrəli qərardadından görünür ki, vəsatət qismən təmin edilməsi, ünvan 8 ünvanında İ.N.V MTK tərəfındən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət olan 17 saylı mənzilin özgəninkiləşdirilməsi Cavabdeh1 müvəqqəti təminat tədbiri olaraq qadağan edilməsi, qərardadın icrası Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə və İ.N.V MTK-ya həvalə olunması, qərardad dərhal icra edilməsi, vəsatət qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin Cavabdeh1 vermiş olduğu xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan İ.N.V Mənzil-Tikinti Kooperativinin 07 sentyabr 2022-ci il tarixli, 55 nömrəli məktubdan görünür ki, 29 avqust 2022-ci il tarixli, 566 saylı sorğuya cavab olaraq ünvan 13 ünvanında inşa edilən binanın blok A, mərtəbə 4, 3 otaqlı, 17 saylı mənzil xx.xx.2005-ci il tarixində dəyəri ödənilməklə İddiaçı satılmışdır. İddiaçı ƏNİ №764054 saylı, 15 noyabr 2018-ci il tarixdə baş etibarnaməni Cavabdeh1 vermişdir. Cavabdeh1 həmən etibarnamə əsasında 01 iyul 2020-ci il tarixində 17 saylı mənzili öz adına rəsmiləşdirmişdir. xx.xx.2005-ci il tarixdən 01 iyul 2020-ci il tarixədək (Cavabdeh1 adına keçirilənədək), eləcə də həmin tarixdən bu günə kimi başqa şəxslərin adına rəsmiləşdirilməmişdir. Sözügedən bina dövlət orqanlarına təhvil verildiyi üçün mənzilə dair ilkin sənədlər arxivə təhvil verilmişdir. Hal-hazırda mənzillə bağlı ilkin sənədləri təqdim edə bilmədiklərini və məhkəmə qaydasında həmin mənzilə dair sorğu olunarsa o halda arxiv sənədlərinin kserosurətlərini təqdim edə biləcəkləri qeyd edilmişdir. İş materiallarında olan Muğanbank ASC-nin 30 avqust 2022-ci il tarixli, M/11-7505 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli, 559 saylı sorğuya cavab olaraq bank hesabı və bank əmanəti, hesab əməliyyatları və qalıqları, eləcə də müştəri haqqında məlumatlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 967.1-ci maddəsinə və "Banklar Haqqında" Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən bank sirrinə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 967.2-ci maddəsinə və "Banklar Haqqında" Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə əsasən bank sirri təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, kredit bürolarına, kənar auditorlara və maliyyə bazarlarına nəzarət orqanına verilə bilər. Bu cür məlumatlar dövlət orqanlarına və onların vəzifəli şəxslərinə yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verildiyi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********70 nömrəli məktubundan görünür ki, ünvan 29, 17 saylı mənzilə dair müvafiq sənədlərin surətlərinin verilməsi barədə sorğuya cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar "xxxx" MTK-nın xx.xx.2020-ci il tarixli maliyyə arayışı, "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli 50 nömrəli protokolundan çıxarışı və xx.xx.2022-ci il tarixdə 7 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 40-423 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surəti məhkəmə sorğusu əsasında təqdim oluna biləcəyi qeyd edilmişdir. İş materiallarında olan İ.N.V Mənzil-Tikinti Kooperativinin 01 noyabr 2022-ci il tarixli, 56 nömrəli məktubdan görünür ki, 13 oktyabr 2022-ci il tarixli, 656 saylı sorğuya cavab olaraq ünvan 16 ünvanında inşa edilmiş binanın blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqlı, 17 saylı mənzilin dəyəri 14 aprel 2005-ci il tarixdə İddiaçı tərəfindən tam ödənilmiş və pay üzvlüyünə qəbul edilmişdir. İddiaçı verdiyi və müvafiq notariat orqanında da təsdiq olunmuş, 05 noyabr 2018-ci il tarixli, ƏN-1 №764054 nömrəli, müvafiq etibarnamə ilə 01 iyul 2020-ci il tarixdə adı çəkilən mənzili öz adına rəsmiləşdirmişdir (keçirmişdir). Bir müddət sonra, Cavabdeh1 MTK-ya müraciət edərək mənzilə dair hüquqi sənədlərin alınması barədə ümumi yığıncağın protokolundan çıxarış istəsə də, ona bu barədə hər hansı bir protokol və ya protokoldan çıxarış verilməmişdir. Sorğuda istinad olunan və əlavə etdiyi DƏDKR publik hüquqi şəxsin 1 saylı Ərazi İdarəsinin 10 oktyabr 2022-ci il tarixli, **********86 nömrəli məktubunda göstərilən 15 avqust 2022-ci il tarixli, 50 saylı protokoldan çıxarış "xxxx" MTK tərəfindən hazırlanmamış və ümumiyyətlə, 2022-ci il tarixə MTK-nın 50 nömrəli protokolu olmamışdır. İstinad olunan həmin protokoldan çıxarış 2021-ci il tarixdə tərtib edilməklə yanaşı, MTK-nın digər payçısının barəsində verilmişdir. 15 avqust 2022-ci il tarixdə isə, MTK tərəfindən verilmiş protokoldan olan çıxarış həm başqa nömrə, həm də digər şəxsin barəsində olmuşdur, vəkil sorğusunda istədiyi 50 nömrəli protokoldan çıxarış Cavabdeh1 barəsində olmamışdır. Sorğuda istənilmiş və Cavabdeh1 adına verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışı isə qurum tərəfindən ona verilmişdir. Yuxarıda istinad eilmiş hər iki sənəddən yalnız maliyyə arayışının bir nüsxəsi MTK- nın arxivində saxlanıldığından, həmin sənədin təqdim edilməsi üçün müvafiq məhkəmə qərarı və ya sorğusu əsasında mümkündür. Həmçinin, yuxarıda göstərilən 50 nömrəli protokol və bununla bağlı digər hüquq müəyyənedici istənilən sənəd (və ya sənədlər) yenə də məhkəmənin müvafiq tələbi və ya sorğusu əsasında verilə bilər. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, e-16(001)- 50/2022 nömrəli qərardadından görünür ki, Cavabdeh2 MMC-nin nizamnamə kapitalında olan 10 manat məbləğinin və mülkiyyət hüququ ilə Cavabdeh2 MMC-yə məxsus olan ünvan 15 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərinə qoyularaq hər hansı bir qaydada özgəninkiləşdirilməsinin cavabdehlərə qadağan edilməsi, qərardad dərhal icra edilməsi, qərardadın icrası Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə və DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 sentyabr 2022-ci il tarixli, MTT(103)-339/2022 nömrəli qərardadından görünür ki, şikayət qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli MTT(001)- 223/2022 saylı qərardadı ləğv edilməsi, ərizəçi İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizəsi qismən təmin edilməsi, Cavabdeh2 MMC-nin təsis payının və həmin MMC-nin adına qeydiyyata alınmış və hazırda mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binasının özgəninkişləşdirilməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qadağan edilməsi, ərizə qalan hissədə təmin edilməməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. İş materiallarında olan İ.N.V Mənzil-Tikinti Kooperativi üzlərinin ümimi iclasının 15 avqust 2022-ci il tarixli, 50 nömrəli protokolundan çıxarışdan görünür ki, “Quliyev X5 üzv qəbul olunmaqla, MKT-nın Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, 1952-ci məhəllə ünvanında giriş A, mərtəbə V, ümumi sahəsi 159.63 kv.m. olan, 3 (üç) otaqlı, 17 saylı mənzilin payçısı olması təsdiq edilsin. Ailə tərkibi 1 nəfər. Özü Cavabdeh1. Sənədlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhəri Ərazi idarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndəilsin”. İş materiallarında olan Seriyası AB nömrəsi 009722 olan, qeydiyyat nömrəsi 0722 olan 07 iyun 2001-ci il tarixli Lisenziyadan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ünvan 18 ünvanda sərbəst tikilidə “Aptek məntəqəsi” təşkil edib, dərman preparatlarının və tibb ləvəzimatlarının pərakəndə satışını həyata keçirməyə icazə verilmişdir. İş materiallarında olan İddiaçı notariat qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, **********060 nömrəli ərizəsindən görünür ki, İddiaçı birgə nikah dövründə əldə edilmiş Cavabdeh1 məxsus olan ünvan 19 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. Eyni zamanda bəyan etmişdir ki, aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmışdır. İş materiallarında olan "xxxx" MT-nın xx.xx.2022-ci il tarixli, 54 nömrəli məktubdan görünür ki, 01 avqust 2022-ci il tarixli, 493 saylı sorğuya cavab olaraq ünvan 20 ünvanında inşa edilən binanın blok A, mərtəbə 4, 3 otaqlı, 17 saylı mənzil xx.xx.2005-ci il tarixdə dəyəri ödənilməklə İddiaçı satılmışdır.İddiaçı ƏN-İ № 764054 saylı, 15 noyabr 2018-ci il tarixində baş etibarnaməni Cavabdeh1 vermişdir.Cavabdeh1 həmən etibarnamə əsasında 01 iyul 2020-ci il tarixdə 17 saylı mənzili öz adına rəsmiləşdirmişdir.Hal-hazırda İddiaçı adına heç bir mənzil yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********96 nömrəli məktubundan görünür ki, ünvan 29, 17 saylı mənzilin mülkiyyətçisi və üzərində həbsin olub-olmaması haqqında məlumat verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsində baxılmışdır. ünvan 29, 17 saylı mənzil (Yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 71, M5, m2) xx.xx.2022-ci il tarixdə Cavabdeh4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən mənzil üzərinə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e16(001)-7/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadına əsasən qadağa, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-16(001)-62/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən həbs qoyulmuşdur. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, e-16(001)- 62/2022 nömrəli qərardadından görünür ki, ünvan 14 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzilin üzərinə həbs qoyulması, qərardad dərhal icra edilməsi, qərardadın icrası Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə və AR iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan 16 sentyabr 2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən Bakı şəhəri, Nərimanov rayon Əlicabbar Orucəliyev küçəsi, 1952-ci məhəllə, mənzil 17 Yeni qaydalara AZ 1033, ünvan 21 ünvanında yerləşən, ümumi sahəsi 150 km-olan mənzilin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələr) “Hədiyyə alanın” mülkiyyətinə verir(lər). Hədiyyə verən Cavabdeh1 (150 kv.m) bacısının oğlu olan Hədiyyə alan ABİYEV ELVİN SƏDRƏDDİN OĞLUNA; Bağışlanan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə asasən Hədiyyə verənə məxsusdur: ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh1 verimiş **********40-05301-093038 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 150 kv/m; Tərəflər bağışlanan daşınmaz əmlak qiymətləndirmədilər. Real vaxt rejimində daşınmaz əmlakın dövlət-reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixili, qeydiyyal nömrəsi **********YD30702 olan arayışa əsasən müqavilə bağlananadək ünvan 29 mənzil 17 Yeni qaydalarla AZ 1033, ünvan 22 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinə əsasən sadələşdirilmiş vergi ödənişindən azad edilmişdir. Hədiyyə verən Cavabdeh1. Hədiyyə verən “İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə uyğun olaraq mülkiyyətində olan daşınmaz əmlakı icbari qaydada sığorta etdirmişdir.Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi (şəhadətnamələri) -RPA**********. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666- 674-cü maddələrinin məzmunu, habelə Vergi Məcəlləsinin 150-ci, 220-ci maddələrinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquqi və vəzifələri, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələr notarius tərəfindən tərəflərə izah edildi. Müqavilənin notariat qaydasında təsdiqi və rəsmiləşdirilməsi üzrə xərclər Hədiyyə alan Tərəfindən, əmlakın təqdim edilməsinə görə verginin ödənilməsi ilə bağlı bank xərcləri isə Hədiyyə verən tərəfindən ödənilir. Bu Müqavilə dörd nüsxədən ibarət Azərbaycan dilində tərtib edildi. Onlardan bir bağışlama işi ilə birlikdə notariat ofisində saxlanır, biri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müvafiq qeydiyyat aparılması təqdim edilir (müqavilənin elektron nüsxəsi həmin gün, kağız daşıyıcıda olan nüsxəsi sifarişli poçt vasitəsi ilə 2 iş günü ərzində), digər nüsxələri isə Azarbaycan Respublikası Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi tutulduqdan sonra tərəflərə verilir. Müqavilə tərəfinə onların hüququ və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Cavabdeh1 notariat qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, **********962 nömrəli ərizəsinin məzmunundan görünür ki, “DƏDRX ərazi idarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli çıxarış əsasında mənə məxsus mənzili (satmaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq, icarəyə və kirayə vermək) istəyirəm. Bununla əlaqədar həmin əmlak üzrində qadağanın olubolmaması və ya ona həbs qoyulubqoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsini təmin etməyini xahiş edirəm”. İş materiallarında olan RPA********** nömrəli, BB seriyalı, 723871 nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsindən görünür ki, sığortaçı Paşa Şığorta ASC, sığortalı Cavabdeh4dur. **********40-05301-093038 nömrəli dövlət reyestri çıxarışlı yaşayış evi xx.xx.2022ci ildən, xx.xx.2023-cü il tarixədək sığortalanmışdır. İş materiallarında olan Cavabdeh4 notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, **********963 nömrəli ərizəsinin məzmunundan görünür ki, 7 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisində xx.xx.2022-ci il tarixdə rəsimləşdirilmiş 4Ə-421 Reyestri Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Dövlət Reyestr Çıxarışın və Planı və ölçüsünün (10 on) gün ərzində verilməsi üçün ərizəni DƏDRX-nin Ərazi idarəsinə göndərilməsi xahiş edilmişdir. İş materiallarında olan 20 aprel 2022-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı- Satqı müqaviləsindən görünür ki, Satıcı BAKİ ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, 14-CÜ AŞİRİM KÜÇƏSİ EV 31, MƏNZİL 63 ünvanında yerləşən, ümumi sahəsi 42.75 kv.m, yaşayış sahəsi 30.05 kv.m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni "Alıcının" mülkiyyətinə verir: Satıcı Cavabdeh1 (tam hissə, 42.75 kv.m. 2 otaq) Alıcı RZAYEVA FLORA AYDİN QİZİNA; Satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən Satıcıya məxsusdur. ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008 tarixdə Cavabdeh1 verilmiş **********75- 05101-093003 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə, 42.75 kv.m, 2 otaq; Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022 il tarixli, qeydiyyat nömrəsi **********LY72601 olan arayışa əsasən müqavilə bağlanan anda BAKİ ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, 14-CÜ AŞİRİM KÜÇƏSİ, EV 31, MƏNZİL 63 ünvanında yerləşən mənzil LƏĞV PROSESİNDƏ OLAN QSC "xxxx" KB-DA İPOTEKA İLƏ YÜKLÜDÜR. Satıcı daşınmaz əmlakı 90000 manat 00 qəpik (doxsan min manat sıfır qəpik) qiymətinə satdı, Alıcı isə həmin qiymətə aldı: -Alıcı RZAYEVA FLORA AYDİN QİZİ Satıcı Cavabdeh1-dan satdığı tam hissəni (42.75 kv.m 2 otaq) ondan 90000 manat 00 qəpik (doxsan min manat sıfır qəpik) qiymətinə aldı. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh1 ondan ötrü ki, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsində istifadədə olan 0.10307 ha torpaq sahəsində yerləşən 31 nömrəli, 5 mərtəbəli binada, 42.75 kv.m ümumi, 30.05 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 63 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 454 nömrəli reyestr kitabının 42092 nömrəli vərəqində qeydiyyata alınmışdır. Reyestr nömrəsi **********75-05101-093003, qeydiyyat nömrəli **********, qeydiyyat tarixi xx.xx.2008-ci ildir. İş materiallarında olan İddiaçı notariat qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, **********060 nömrəli ərizəsinin məzmunundan görünür ki, “mən İddiaçı birgə nikah dövründə əldə edilmiş Cavabdeh1 məxsus olan ünvan 19 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmirəm.Eyni zamanda bəyan edirəm ki, aramızda satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır”. İş materiallarında olan X24 notariat qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, **********770 nömrəli ərizəsinin məzmunundan görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********75-05101-093003 reyestrli, ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il tarixi çıxarışa əsasən qeydiyyatda olduğu və Cavabdeh1 mülkiyyətində olan ünvan 23 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. İş materiallarında olan X20 notariat qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsinin məzmunundan görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********75-05101-093003 reyestrli, ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il tarixi çıxarışa əsasən qeydiyyatda olduğu və Cavabdeh1 mülkiyyətində olan ünvan 23 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Muğanbank ASC-nin Mətbuat filialına ünvanlanmış məktubun məzmunundan görünür ki, RZAYEVA FLORA AYDİN QİZİ notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 90.0 (doxsan min) manat məbləğində pulun müvafiq müqavilə tərəfimdən təsdiq edildikdən sonra mənim məktubum əsasında: Cavabdeh1 43.823,96 (qırx üç min səkkiz yüz iyirmi üç) manat (doxsan altı) qəpik verilməsi üçün; 46.176, 04 (qırx altı min yüz yetmiş altı) manat (sıfır dörd) qəpik LƏĞV PROSESİNDƏ OLAN BANK QSC STANDARD KB-nın qoşmada qeyd olunan bank hesabına köçürülməsi üçün bankda olan AZ44MUGA**********00001AZM27 nömrəli depozit hesabıma qəbul olunmasını xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə üçota alınması haqqında xx.xx.2006-cı il tarixli, **********-10001 kodlu, **********1 nömrəli arayışından görünür ki, Bakı şəhəri Vergilər Departamentinin 2 saylı filialı tərəfdən verilmiş bu arayış Cavabdeh2 MMC, VÖEN ********** olan, AZ 1069, ünvan 24 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını təsdiq edir. İş materiallarında olan Cavabdeh3 05 sentyabr 2023-cü il tarixli, 59 nömrəli məktubundan görünür ki, 01 sentyabr 2023-cü il tarixli, 1025 saylı sorğuya cavab olaraq Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, 1952-ci məhəllə ünvanında inşa edilmiş yaşayış binasında Masallı rayon Təzə Alvadı kənd sakini İddiaçı blok A, mərtəbə 4, 3 (üç) otaqlı, 17 saylı mənzilin dəyəri tam ödənilərək pay üzvlüyünə qəbul edilmişdir. İddiaçı 17 saylı mənzil satılarkən həmin mənzilin yerləşdiyi binanın birinci mərtəbəsində yerləşən sahələr, Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/04776 saylı 23 sentyabr 2005- ci ildə təsdiqlənmiş və razılaşmasına əsasən qeyri-yaşayış kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən, İddiaçı ilə 14 aprel 2005-ci il tarixdə bağlanmış (imzalanmış) müqavilədə göstərilən 17 saylı mənzil İddiaçı) satılarkən, birinci mərtəbə qeyri-yaşayış sahəsi olduğundan nəzərə alınmamışdır. Ona görə də göstərilən mənzil müqavilədə dördüncü mərtəbədə yerləşdiyi göstərilmişdir (qeyd olunmuşdur). Hətta, 01 avqust 2022-ci il tarixli, 493 nömrəli vəkil sorğusunun cavablandırılması barədə 26 avqust 2022-ci il tarixli, 54 nömrəli rəsmi məktubla bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 mart 2019-cu il tarixli, 74 nömrəli Qərarı ilə təsdiq edilmiş, 30 dekabr 2019-cu il tarixli, 295 nömrəli icazəsinə əsasən (28 dekabr 2019-cu il tarixli, 0325 nömrəli istismara hazırlıq barədə rəy əsasında), həmin yaşayış binası istismara qəbul edilmişdir. Bina istismara verildikdən sonra, binanın birinci mərtəbəsində yerləşən (inşa edilmiş) bütün sähələr qeyri-yaşayış kimi nəzərdə tutulmuşdur. Nəticə etibarı ilə, 01 iyul 2020-ci il tarixdə Cavabdeh1 etibarnamə əsasında İddiaçı məxsus olan 17 saylı mənzili öz adına rəsmiləşdirərkən, binanın birinci mərtəbəsində olan qeyri-yaşayış sahəsi də nəzərə alınmaqla, 01 iyul 2020-ci il tarixli müqavilədə haqqında danışılan mənzil beşinci mərtəbə yerləşdiyi göstərilmişdir. Beləliklə, həm İddiaçı, həm də Cavabdeh1 ilə bağlanmış müqavilələrdə nəzərdə tutulan və Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, 1952-ci məhəllə ünvanında inşa edilmiş yaşayış binasında yerləşən 17 saylı mənzil binada olan qeyri-yaşayış sahələri nəzərə alınmaqla beşinci mərtəbədə, həmin qeyri-yaşayış sahələri nəzərə alınmadıqda isə, dördüncü mərtəbədə yerləşməsi müəyyən olunur. Bu isə onu bildirir ki, mənzil eynidir (yəni həmin mənzildir) və sadəcə olaraq, vaxtı ilə müqavilələr rəsmiləşdirlərkən qeyriyaşayış sahələrinin nəzərə alınıb-alınmamsına görə onun yerləşmə mərtəbəsi xəyali (yəni, say hesabı ilə) olaraq dəyişir. Bu səbəbdən, 17 saylı mənzil əvvəl İddiaçı məxsus olmuş, sonradan Cavabdeh1 adına yuxarıda qeyd edilmiş əsaslar üzrə rəsmiləşdirilmişdir. İş materiallarında olan Cavabdeh3 Kooperativ Binada Mənzil Tikintisi Haqqında 01 iyul 2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh3, sonralar "xxxx" adlanan və kooperativin Nizamnaməsinə əsasən hərəkət edən Cavabdeh3 MTK-nın sədri X36 bir tərəfindən ünvan 26 ünvanında yaşayan, sonralar «Payçı» adlandırılan Cavabdeh1 digər tərəfdən aşağıdakılar haqqında müqavilə bağlanmışdır. Kooperativ, ünvan 27 ünvanında yerləşmiş Cavabdeh3 MTK-nın binasında 17 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən mənzil 3 (üç) otaqdan ibarətdir. Mənzilin ümumi 159.63 kv.m, Mənzilin bloku, mərtəbəsi A blok; V mərtəbə, Mənzil son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə payçının özünə verilir. Göstərilən mənzilin ümumi dəyəri 103.365 (yüz üç min üç yüz altmış beş) AZN məbləğində müəyyən olunmuşdur. Müqavilə bağlandığı gündən 5 gün ərzində payçı tərəfindən mənzilin ümumi qiymətinin 30% məbləğindən az olmayaraq ilk haqq ödənilir. Payçı, pulun qalan hissəsini kooperativə 3 ay müddətində hər ayın 20-30 arasında ödəməyi öhdəsinə götürür. Tikinti etapı və müddəti ilə payçı tanışdır. Gecikdirilən hər ay üçün ümumi məbləğin 1,4%-i məbləğində cərimə hesablanır. Ödəniş nəğd pulla həyata keçirilir. Payçı ilk ödəməni gecikdirərsə, Kooperativin ixtiyarı var ki, müqaviləyə əsasən öhdəlikdən pay üzvünü azad etsin. İlk ödəmədən sonrakı haqların 10 gündən artıq gecikdirilməsi halında MTK payçıya ümumi məbləğin 2% cərimə tətbiq etsin, kooperativin ixtiyarı var ki, müqaviləni bir tərəfli qaydada ləğv etsin. Bu halda ödənilmiş pulun miqdarı kooperativ tərəfindən yalnız həmin mənzil başqa bir şəxsə verildikdən sonra payçıya qaytarılır. Müqavilənin tərəfləri arasındakı bütün mübahisəli məsələlər Azərbaycan Respublikasının qüvvədə olan Qanunvericiliyinə uyğun şəkildə həll olunur. Müqavilə imzalandığı gündən qüvvəyə minir. Müqavilə iki nüsxədə tərtib olunmuşdur, bunlardan hər biri eyni hüquqa malikdir. İş materiallarında olan Cavabdeh3 01 iyul 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, 1952-ci məhəllə ünvanında yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-sına məxsusdur. Bu binanın A giriş, V mərtəbəsində, ümumi sahəsi 159.63 kv.m. olan 3 (üç) otaqlı, 17 saylı mənzilin ümumi pay dəyəri 103.365 AZN (yüz üç min üç yüz altmış beş) manat payçı Cavabdeh1 tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşısımaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2021-ci il tarixli, **********60 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-746/2021 saylı icra vərəqəsinin icrasına dair Bakı şəhəri Binəqədi Rayon icra Şöbəsinin xx.xx.2022-ci il tarixli, 17/68N4691-4 saylı məktubuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsində baxılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 746/2021 saylı icra vərəqəsi ilə Cavabdeh1 müikiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 14cü aşırım küçəsi, 31 saylı evin 63 saylı mənzilinin 1/2 (ikidə bir) hissəsinə İddiaçı, 1/2 (ikidə bir) hissəsinə cavabdeh X6 payının müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, 14-cü aşırım küçəsi, 31 saylı evin 63 saylı mənzili hal-hazırda QSC "xxxx" KB tərəfindən xx.xx.2013-cü il tarixli, 141/14/249/13 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka saxlayanın razılıq ərizəsi idarəyə daxil olacağı təqdirdə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-746/2021 saylı icra vərəqəsinin icrasına qanunamüvafiq qaydada baxılacaqdır. İş materiallarında olan Cavabdeh3 22 sentyabr 2023-cü il tarixli 64 nömrəli məktubundan görünür ki, İddiaçı Cabrayıl qızının cavabdehlər Cavabdeh1, eləcə də “İ.N.V," MTK-ya qarşı iddia tələbləri üzrə Masallı rayon məhkəməsinin 31 avqust 2023-cü və 14 sentyabr 2023-cü il tarixli, 2(050)- 2458/2023 nömrəli məktubların icra olunması üçün elektron məhkəmə sistemi vasitəsi ilə "xxxx" MTK-ya təqdim olunmuşdur. İlk olaraq qeyd edilmişdir ki, sözügedən mənzilə dair ünvan 28 ünvanında inşa edilmiş binanın blok A, mərtəbə 4, 3 otaqlı, 17 saylı mənzil 14 aprel 2005-ci il tarixdə dəyəri ödənilməklə İddiaçı satılmışdır. X21 ƏN-İ 764054 saylı, 15 noyabr 2018-ci il tarixdə baş etibarnaməni Cavabdeh1 vermişdir. Cavabdeh1 da həmin etibarnamə əsasında 01 iyul 2020ci il tarixdə 17 saylı mənzili öz adına rəsmiləşdirmişdir (keçirmişdir). Eyni zamanda, haqqında danışılan mənzil xx.xx.2005-ci il tarixdən 01 iyul 2020-ci il tarixədək (Cavabdeh1 adına keçirilənədək) heç kəsin adına rəsmiləşdirilməmişdir. Qeyd olunan bu xüsusatlarla əlaqədar iddiaçının vəkilinin verdiyi sorğular “İ.N.V." MTK-nın 26 avqust 2022-ci il tarixli, 54 nömrəli və 07 sentyabr 2022-ci il tarixli, 55 nömrəli məktublar ilə cavablandırılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq Masallı rayon məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(050)-2458/2023 nömrəli məktubunun icrası ilə əlaqədar, ünvan 29 ünvanında inşa edilmiş binanın blok A, mərtəbə 4, 3 otaqlı, 17 saylı mənzillə bağlı bütün hüquq müayyənedici sənədlər təqdim edilmişdir. İş materiallarında olan Cavabdeh3 Kooperativ Binada Mənzil Tikintisi Haqqında 14 aprel 2005-ci il tarixli Müqavilədən görünür ki, Cavabdeh3, sonralar "xxxx" adlanan və kooperativin Nizamnaməsinə əsasən hərəkət edən Cavabdeh3 MTK-nın sədri X30 bir tərəfindən Masallı rayonu, Təzə Alvadı kəndində yaşayan, sonralar «Payçı» adlandırılan vətəndaş İddiaçı tərəfdən aşağıdakılar haqqında müqavilə bağlanmışdır. Kooperativ, ünvan 27 ünvanında yerləşmiş Cavabdeh3 MTK-nın binasında 17 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən mənzil 3 (üç) otaqdan ibarətdir. Mənzilin ümumi 159.63 kv.m, Mənzilin bloku, mərtəbəsi A blok; İV mərtəbə (qeyri-yaşayış sahəsi nəzərə alınmadan), mənzil son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə payçının özünə verilir. Göstərilən mənzilin ümumi dəyəri 60.904 (altmış min doqquz yüz dörd) ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Müqavilə bağlandığı gündən 5 gün ərzində payçı tərəfindən mənzilin ümumi qiymətinin 30% məbləğindən az olmayaraq ilk haqq ödənilir. Payçı, pulun qalan hissəsini kooperativə 3 ay müddətində hər ayın 20-30 arasında ödəməyi öhdəsinə götürür. Tikinti etapı və müddəti ilə payçı tanışdır. Gecikdirilən hər ay üçün ümumi məbləğin 1.4%-i məbləğində cərimə hesablanır. Ödəniş nəğd pulla həyata keçirilir. Payçı ilk ödəməni gecikdirərsə, Kooperativin ixtiyarı var ki, müqaviləyə əsasən öhdəlikdən pay üzvünü azad etsin. İlk ödəmədən sonrakı haqların 10 gündən artıq gecikdirilməsi halında MTK payçıya ümumi məbləğin 2% cərimə tətbiq etsin kooperativin ixtiyarı var ki, müqaviləni bir tərəfli qaydada ləğv etsin. Bu halda ödənilmiş pulun miqdarı kooperativ tərəfindən yalnız həmin mənzil başqa bir şəxsə verildikdən sonra payçıya qaytarılır. Müqavilənin tərəfləri arasındakı bütün mübahisəli məsələlər Azərbaycan Respublikasının qüvvədə olan Qanunvericiliyinə uyğun bir şəkildə həll olunur. Müqavilə imzalandığı gündən qüvvəyə minir. Müqavilə iki nüsxədə tərtib olunmuşdur, bunlardan hər biri eyni hüquqa malikdir. İş materiallarında olan Cavabdeh3 12 fevral 2013-cü il tarixli maliyyə arayışından görünür ki, ünvan 30 ünvanında yerləşən kooperativ yaşayış binası Cavabdeh3 MTK-ya məxsusdur. Bu binanın A giriş, İV mərtəbəsində, ümumi sahəsi 159,63 kv.m. olan 3 (üç) otaqlı, 17 saylı mənzilin ümumi pay dəyəri 60904 (altmış min doqquz yüz dörd) ABŞ dolları tərəflər arasında 14 aprel 2005-ci il tarixdə bağlanmış müqavilə üzrə İddiaçı tərəfindən tam ödənilmişdir. Hal-hazırda Cavabdeh3 MTK-ya borcu yoxdur. İş materiallarında olan Cavabdeh3 Kooperativ Binada Mənzil Tikintisi Haqqında 14 aprel 2005-ci il tarixli Müqavilədən görünür ki, Cavabdeh3, sonralar "xxxx" adlanan və kooperativin Nizamnaməsinə əsasən hərəkət edən MTK Cavabdeh3ın sədri Talıblı V.Ə bir tərəfindən ünvan 31 ünvanında yaşayan, sonralar «Payçı» adlandırılan vətəndaş Cavabdeh1 digər tərəfdən aşağıdakılar haqqında müqavilə bağlanmışdır. Kooperativ, Bakı şəhəri Nərimanov rayonu Ə.Orucəliyev küçəsi 18, yerləşmiş MTK Cavabdeh3-nin tikilməkdə olan binasında 9 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən mənzil 3 (üç) otaqdan ibarətdir. Mənzilin ümumi 145.12 kv.m, Mənzilin bloku, mərtəbəsi A blok; İİİ mərtəbə. Mənzil son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə payçının özünə verilir. Göstərilən mənzilin ümumi dəyəri 65304 (altmış beş min üç yüz dörd) ABŞ dolları şərti vahid məbləğində müəyyən olunmuşdur. Müqavilə bağlandığı gündən 5 gün ərzində payçı tərəfindən mənzilin ümumi qiymətinin 30% məbləğindən az olmayaraq ilk haqq ödənilir. Payçı, pulun qalan hissəsini kooperativə bərabər hissələrlə olmaqla, ümumi qiymətin 10%-i məbləğində hər ayın 20-30 arasında ödəməyi öhdəsinə götürür tikinti etapı və müddəti ilə payçı tanışdır. Ödəniş nəğd pulla həyata keçirilir. Payçı ilk ödəməni gecikdirərsə Kooperativin ixtiyarı var ki, müqaviləyə əsasən öhdəlikdən pay üzvünü azad etsin.İlk ödəmədən sonrakı haqların 30 gündən artıq gecikdirilməsi halında kooperativin ixtiyarı var ki, müqaviləni bir tərəfli qaydada ləğv etsin.Bu halda ödənilmiş pulun miqdarı kooperativ tərəfindən yalnız həmin mənzil başqa bir şəxşə verildikdən sonra payçıya qaytarılır. Müqavilənin tərəfləri arasındakı bütün mübahisəli məsələlər Azərbaycan Respublikasnın qüvvədə olan Qanunvericiliyinə uyğun şəkildə həll olunur. Müqavilə imzalandığı gündən qüvvəyə minir. Müqavilə iki nüsxədə tərtib olunmuşdur, bunlardan hər biri eyni hüquqa malikdir. İş materiallarında olan Cavabdeh3 maliyyə arayışından görünür ki, Cavabdeh3 MTKnə məxsus kooperativ yaşayış binasının A giriş, İİİ mərtəbəsində, ümumi sahəsi 1545.12 kv.m, olan 3 (üç) otaqlı, 9 saylı mənzilin ümumi pay dəyərindən payçı X39 tərəfindən mənzilin ümumi pay dəyəri ödənilmişdir. xx.xx.2005-ci ildə 5000 ABŞ dolları, xx.xx.2005-ci idə 10000 ABŞ dolları. İş materiallarında olan Cavabdeh3 maliyyə arayışından görünür ki, Cavabdeh3 MTKna məxsus kooperativ yaşayış binasının A giriş, İV mərtəbəsində, ümumi sahəsi 156.64 kv.m, olan 3 (üç) otaqlı, 16 saylı mənzilin ümumi pay dəyərindən payçı İddiaçı tərəfindən mənzilin ümumi pay dəyəri ödənilmişdir. xx.xx.2007-ci ildə 13050 manat, xx.xx.2007-ci idə 4000 manat, xx.xx.2007-ci ildə 5500 manat, xx.xx.2007-ci ildə 4500 manat, xx.xx.2008-ci ildə 3000 manat, xx.xx.2008-ci ildə 16800 manat, xx.xx.2012- ci ildə 4000 manat, xx.xx.2013-cü ildə 7000 manat. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 331 nömrəli sərəncamından görünür ki, Azərbaycan Respublikasının Baş Prokurorunun xx.xx.2005-ci il tarixli, 76502 saylı təqdimatı və sifarişçi tərəfindən sərəncamda qeyd edilən bəndlərin tələbləri yerinə yetirilmədiyi nəzərə alınaraq, "xxxx" MTK-ya Nərimanov rayonu, Orucəliyev küçəsi, 1952 saylı məhəllədə yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 323 saylı sərəncamının 46-cı bəndi ləğv edilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh4 ünvan 29, mənzil 17 Yeni qaydalarla AZ 1033, ünvan 9 xüsusi mülkiyyətində 150 kv.m olan mənzil verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********40-05301-093038, ********** qeydiyyat nömrəsi, xx.xx.2022-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh3 20 oktyabr 2023-cü il tarixli, 65 nömrəli məktubundan görünür ki, 17 oktyabr 2023-cü il tarixli, 1121 saylı sorğuya cavab olaraq "xxxx" MTK-ya təqdim edilmiş və 14 aprel 2005-ci il tarixdə Cavabdeh1 ilə MTK arasında bağlanmış, ünvan 32 ünvan ünvan 33inasında olan 9 və 10 nömrəli mənziliərin (A bloku, 3-cü mərtəbədə yerləşən, ümumi sahəsi 145,12 olan, 3 otaqlı) Vasif Məmmədqulu oğluna satılması ilə əlaqədar müqavilələrin sorğunuzda adı çəkilən şəxslərlə heç bir əlaqəsi olmamışdır. Masallı rayon Məhkəməsinin icraatında olan və "xxxx" MTK-nın cavabdeh qismində iştirakı nəzərdə tutulan e-2(050)-2458/2023 nömrəli iş üzrə mübahisə predemti olan 17 nömrəli mənzilin təqdim etdiyi sənədlərlə heç bir əlaqəsi yoxdur. Əlavə olaraq, müqavilələr bağlanarkən MTK-nın sədri ilə bağlı məsələlərə aydınlıq gətirərək bildiririk ki, "xxxx" MTK-nın dövlət qeydiyyatına alındığı gündən hazrki vaxta qədər (hazırki cavab məktubunun təqdim edildiyi gün də daxil olmaqla) qanuni təmsilçiləri aşağıdakı kimi olmuşdur. 1. "xxxx" MTK ilk olaraq, 14 aprel 2003-cü il tarixdə rəsmi qaydada dövlət qeydiyyatına alınmış və bu zaman onun fəaliyyəti olmadığından, qanuni təmsiliçisi təyin edilməmişdir. 2. "xxxx" MTK-nın ilk qanuni təmsilçisi, X9 ümumi yığıncağın 03 dekabr 2004-cü il tarixli qərarı asasında təyin olunmuşdur. 3. "xxxx" MTK-nın ilk qanuni təmsilçisi X3 fəaliyyət müddəti 16 yanvar 2005-ci il tarixədək olmuşdur. Həmin tarixdə ümumi yığıncağın qərarı ilə X30 MTK-nin sədri təyin edilmişdir.

4. "xxxx" MTK-nın qanuni təmsilçisi X18 fəaliyyət müddəti 15 yanvar 2007-ci il tarixədək olmuşdur. Həmin tarixdə ümumi yığıncağın qərarı ilə X22 MTK-nin sədri təyin edilmişdir. 5. "xxxx" MTK-nın qanuni təmsilçisi X10 fəaliyyət müddəti 2013-cü il tarixədək olmuşdur. Bu tarixdə isə "xxxx" MTKnı növbəti sədri X27 təyin edilmişdir. 6. "xxxx" MTK-nın qanuni təmsilçisi X16 fəaliyyət müddəti 2015-ci il tarixədək olmuşdur. Bu tarixdə isə "xxxx" MTK-nın növbəti sədr yenidən X22 təyin edilmişdir. 7. "xxxx" MTK-nın qanuni təmsilçisi X10 fəaliyyət müddəti 2016-cı il tarixədək olmuşdur. Bu tarixdə isə "xxxx" MTK-nın növbət sədri X17 təyin edilmişdir. 8. "xxxx" MTK-nın qanuni təmsilçisi X7 fəaliyyət müddəti 2018-ci il tarixədək olmuşdur. Bu tarixdə isə "xxxx" MTK-nın növbəti sədri X36 təyin edilmişdir. Hal-hazırda da "xxxx" MTK-nin sədri X28r. Sorğuya əlavə edilmiş və İddiaçı adına verilmiş maliyyə arayışı barədə qeyd edilmişdir ki, həmin arayışda olan mənzil 16 nömrəlidir. Hal-hazırda isə, Masallı rayon Məhkəməsində olan mülki mübahisə predmet 17 nömrəli mənzillə bağlıdır. Digər tərəfdən, qeyd olunan 16 nömrəli mənzil haqqında 07 iyul 2022-ci il tarixli, 438 nömrəli vəkil müraciətinə cavab olaraq bildirilmişdir ki, göstərilən 16 saylı mənzil əvvəlcə İddiaçı məxsus olsa da, onun tərəfindən ünvan 34 ünvanında qeydiyyatda olan X13 xx.xx.2013-cü il tarixdə verilmiş, AR-İ 240068 nömrəli (reystrdə 7-E-02-1648 nömrəsi ilə qeyd olunmuş) etibarnamə əsasında digər şəxsə satılmışdır. Bu rəsmiləşdirmə İddiaçı əri Cavabdeh1 12 fevral 2013-cü il tarixdə notariat qaydada təsdiq edilmiş razılıq ərizəsinə uyğun həyata keçirilmişdir. İş materiallarında olan uliyeva Elmira Cəbrayıl qızının xx.xx.2018-ci il tarixli etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 tərəfindən "xxxx" MTK-yə ünvanlanmış ərizənin məzmunundan görünür ki, “həyat yoldaşı İddiaçı xx.xx.2018-ci il tarixli mənə verdiyi etibarnamə əsasında hərəkət edərkən yoldaşıma məxsus olan Nərimanov r, 1952-ci məhəllə, Ə.Orucəliyev küç, 11A ünvanında yaşayış binası, a bloku, İV mərtəbə, 159.63 kv.m, 3 otaqlı, 17 saylı mənzilə 103.365 AZN (yüz üç min üç yüz altmış beş) manat məbləğində ödədiyim bütövlükdə həyat yoldaşım Cavabdeh1 adına keçirəsiniz və məni könüllü olaraq pay üzvlərindən azad edəsiniz bununla əlaqədar gələcəkdə MTB rəhbərliyi və yeni qəbul olunmuş payçıya heç bir iddia və tələbim olmayacaqdır. Ərizəni oxudum mənim sözlərimlə düzgün yazılmışdır. Doğruluğunu imzamla təsdiq edirəm”. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçı cavabdehlə birgə nigah dövründə əldə olunduğunu iddia etdiyi əmlakın bölgüsü tələb edir. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 225 və Ailə Məcəlləsinin 31-37-ci maddələrinə istinad edir. İddiaçının tələbi aşağıdakılardan ibarətdir:

1. ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, (yaşayışın) 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzilə İddiaçı ¾ hissədə payının tanınması

2. Cavabdeh2 MMC-nin nizamnamə (təsis) kapitalının 3/ 4 hissəsinə İddiaçı pay hüququnun tanınması

3. Cavabdeh2 MMC-yə məxsus olan və ünvan 2 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinə ¾ hissədə pay hüququnun tanınması

4. xx.xx.2022-ci il tarixli, **********86 nömrəli məktuba istinadən, “İ.N.V" MTK tərəfindən təqdim edilmiş, xx.xx.2020-ci il tarixli maliyyə arayışının və "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli, 50 nömrəli protokolundan olan çıxarışın etibarsız hesab olunması

5. ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzilə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv olunması, həmin mənzilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh4 arasında 7 saylı Bakı "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci tarixli, 4 Ə-423 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilə dair mübahisələndirilən bağışlanma müqaviləsi əsasında Cavabdeh4 mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv edilməsi Kollegiya qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qaldırılan məsələnin düzgün həlli üçün ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubu ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 münasibətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 11A, 1952-ci məhəllə, 17 saylı mənzilə dair sənədləri tədqiq edərək iş materillarına əlavə edilmişdir. Həmin məktuba qoşma sənədlərdən görünür ki, 01 iyul 2020-ci il tarixli maliyyə arayışı ilə ünvan 29 ünvanında yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-na məxsusdur. Bu binanın A giriş, V mərtəbəsində, ümumi sahəsi 159.63 kv.m olan 3 otaqlı, 17 saylı mənzilin ümumi pay dəyəri 103.365 manat paycı Cavabdeh1 tərəfindən tərəflər rəsmi nikah münasibətində olduqları zaman ödənilmişdir. İş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativinin 26 avqust 2022-ci il tarixli, 54 nömrəli məktubundan görünür ki, 01 avqust 2022-ci il tarixli, 493 saylı sorğuya cavab olaraq bildirilmişdir ki, ünvan 13 ünvanında inşa edilən binanın blok A, mərtəbə 4, 3 otaqlı, 17 saylı mənzil xx.xx.2005-ci il tarixdə dəyəri ödənilməklə İddiaçı satılmıdır. İddiaçı ƏN-İ N=764054 saylı, 15 noyabr 2018-ci il tarixində baş etibarnaməni Cavabdeh1 vermişdir. Cavabdeh1 həmən etibarnamə əsasında 01 iyul 2020-ci il tarixdə 17 saylı mənzili öz adına rəsmiləşdirmişdir. Halhazırda İddiaçı adına heç bir mənzil yoxdur. Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kollegiya qeyd edir ki, qanunverici ər-arvadın hər birinin əmlakının onların ümumi mülkiyyəti hesab edilməsi ilə bağlı xüsusi qayda da müəyyən etmişdir. Belə ki, Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən, ərə (arvada) ayrıca məxsus olan əmlaka nikahda olduqları dövrdə onların ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına onun dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Bu məsələni tənzimləyən analoji norma Mülki Məcəllənin 225.4-cü maddəsidir. İş materiallarından görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ünvan 29, mənzil 17, Yeni qaydalarla AZ 1033, ünvan 37 ünvanında yerləşən mənzil İddiaçı və Cavabdeh1 birgə nikah dövründə əldə edildiyindən və həmin əmlakın alınmasına münasibətdə tərəflərin əmlakla bağlı payların bölünməsi barədə razılaşmaları olmadığından Rayon məhkəməsi haqlı olaraq tərəflərin ½ hissədə payını müəyyən etmişdir. Məhkəmə mübahisəli mənzilin İV mərtəbə olması ilə bağlı iddiaçının, cavabdehlərin isə mübahisəli mənzilin V mərtəbədə yerləşməsi ilə bağlı fikir ayrılığına münasibətdə qeyd edir ki, iş üzrə cavabdeh İ.N.V." Mənzil-Tikinti Kooperativinin təqdim etdiyi mübahisəli mənzilə dair sənədlərlə müəyyən edilmişdir ki, binanın 2 yeraltı qarajı olmaqla, 1 qeyri-yaşayış sahəsi daxil olmaqla mübahisəli mənzil V mərtəbə kimi xəyali qeyd edilmişdir, qeyri-yaşayış sahəsi nəzərə alınmadıqda isə İV mərtəbə hesab edilir. Mübahisə məhz həmin mənzillə bağlıdır və Cavabdeh1 eyni binada fərqli mərtəbələrdə mənzilin yerləşməsi ilə bağlı dəlilləri əsassızdır. İddiaçı həmçinin 12 oktyabr 2022-ci il tarixli ərizədə ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzilə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv olunması, həmin mənzilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh4 arasında 7 saylı Bakı "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci tarixli, 4 Ə-423 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilə dair mübahisələndirilən bağışlanma müqaviləsi əsasında Cavabdeh4 mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsi həmin hissədə iddianı qismən təmin edərək, xx.xx.2022-ci il tarixli, 4 Ə-423 reyestr nömrəli bağışlanma müqaviləsini etibarsız hesab etmiş, mübahisəli mənzilə dair Cavabdeh4 mülkiyyət hüquqlarını təsdiq edən çıxarış ləğv etmiş, iddianı Cavabdeh1 adına verilmiş çıxarışın ləğv olunması hissəsində təmin etməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaraq qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi ünvan 29, mənzil 17, Yeni qaydalarla AZ 1033, ünvan 9 tərəflərin birgə nikah dövründə əldə edilmişdir. Tərəflərin birgə mülkiyyətində olan əmlakın bağışlama yolu ilə Cavabdeh1 tərəfindən Cavabdeh4 verilməsi ümumiyyətlə iddiaçının mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Cavabdeh ilk öncə mübahisələndirilən mənzilin ailədən kənar hesab etdiyi hansı gəlir hesabına aldığını sübut edə bilmir. Əksinə iş materiallarına əlavə edilmiş sübutlardan müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh1a qarşı birgə nikah dövründə əldə edilmiş ünvan 29, mənzil 17, Yeni qaydalarla AZ 1033, ünvan 9-nin aralarında bölgüsü barədə məhkəməyə iddia qaldırdıqdan sonra cavabdeh tərəfindən həmin mübahisəli mənzil Cavabdeh1 tərəfindən bacısı oğlu Cavabdeh4 bağışlamaqla uydurmaq əqd bağlamış, məqsədi isə iddiaçı ilə birgə nikah dövründə əldə edilmiş həmin mübahisəli mənzilin aralarında bölünməsinin qarşısını almaq olmuşdur. İş materiallarından da görünür ki, tərəflər uzun müddət birgə nikahda olmaqla birlikdə yaşamışlar. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Elmira Əliyeva ilə Cavabdeh1 birgə nikah müddətində əldə etdiyi əmlak Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31- 37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. İşin müəyyən edilən hallarından görünür ki, mübahisəli mənzil xx.xx.2005-ci il tarixdə dəyəri ödənilməklə İddiaçı satılmıdır. İddiaçı ƏN-İ N=764054 saylı, 15 noyabr 2018-ci il tarixində baş etibarnaməni Cavabdeh1 vermişdir. Cavabdeh1 həmən etibarnamə əsasında 01 iyul 2020-ci il tarixdə 17 saylı mənzili öz adına rəsmiləşdirmişdir. Cavabdeh1 iddia tələbinə etirazında mübahisəli mənzilin birgə nikah dövründə əldə edilmədiyini, həmin əmlak bacısı oğlu tərəfindən ona göndərilən pul vəsaiti hesabına alındığını bildirir, iddiaçı isə mübahisəli mənzilin birgə nikah dövründə birgə vəsait hesabına alındığını, həm xx.xx.2005-ci il tarixdə bağlanan, həm də 01 iyul 2020-ci il tarixdə bağlanan müqavilənin mahiyyətindən aslı olmayaraq hər iki müqavilənin birgə nikah dövründə bağlandığını bildirir, yəni əmlakın nikah dövründə əldə olunmuş (qazanılmış) əmlak kimi ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. (Mülkü Məccəllə maddə 225.1, Ailə Məcəlləsi 32.1) Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsiərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirməkvəzifəsi daşımır. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. Belə ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfinüzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. Göründüyü kimi Cavabdeh1 ünvan 29, mənzil 17, Yeni qaydalarla AZ 1033, ünvan 9-nin İddiaçı ilə birgə nikah müddətində əldə edilsə də, onların birgə vəsaiti hesabına deyil bacısı oğlu Cavabdeh4 tərəfindən göndərilən pul vəsaiti hesabına alınmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Kollegiya həmçinin hazırkı mübahisə ilə bağlı iddiaçı iddia tələblərinin əsası kimi adlarında olan xüsusi mülkiyyəti təsdiq edən çıxarış əsasında əmlakın cavabdehlə aralarında bölünməsini iddia etməklə yanaşı, cavabdehin adına İ.N.V" MTK tərəfindən təqdim edilmiş, xx.xx.2020-ci il tarixli maliyyə arayışının və "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli, 50 nömrəli protokolundan olan çıxarışın etibarsız hesab edilməsini tələb etməsi tələblərdə ziddiyət (paradoks) yaradır. İş materiallarında olan 01 mart 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda qeyd edilir ki, təqdim olunmuş Cavabdeh1 payçı qəbul edilməsinə dair 50 nömrəli xx.xx.2022-ci il tarixli MTK-nın ümumi yığıncağının protokolundan çıxarışdan və əldə olunmuş sübutlardan görünür ki, çıxarışda yalan məlumat yoxdur. Çıxarış rəsmi şəxs tərəfindən tərtib edilmiş və imzası, möhürü ilə təsdiq olunmuşdur. Çıxarışın mətninə heç bir yalan məlumat əlavə edilməmiş, düzəlişlər olunmamışdır. Bununla belə çıxarış qeydiyyata alınmadığından tarix, nömrə düzgün deyil və imza etmək səlahiyyəti olan şəxslərin imzaları saxtalaşdırılmışdır. Sənədin mətni həqiqətə uyğun olduğundan və səlahiyyətli şəxs tərəfindən təsdiq edildiyindən digər rekvizitlərin əldə olunması sənədin mahiyyətini dəyişmədiyindən sənədlərin saxtalaşdırılması və saxta hazırlanması kimi hesab oluna bilməz. Bu səbəbdən həmin fakt üzrə də cinayət işinin bağlanması rədd edilmişdir. Bu baxımdan kollegiya qeyd edir ki, xx.xx.2022-ci il tarixli, **********86 nömrəli məktuba istinadən, “İ.N.V" MTK tərəfindən təqdim edilmiş, xx.xx.2020-ci il tarixli maliyyə arayışının və "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli, 50 nömrəli protokolundan olan çıxarışın etibarsız hesab olunması barədə iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Digər tərəfdən həmin müqavilə əsasında Cavabdeh1 verilən xx.xx.2022-ci il tarixli **********40-05301-093038 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın Mülki Məcəllənin 140-cı maddəsi baxımında prezumpsiyası mövcuddur. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Başqa sözlə qeyd olunan müqavilə əsasında Cavabdeh1 verilən xx.xx.2022-ci il tarixli **********40-05301-093038 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın qüvvədə olması həmin çıxarışın verilməsinə əsas olan sənədin etibarsızlığının tələb edilməsi reallıqda mövcud olan lakin məntiqi baxımdan izah olunmayan, öz-özlüyündə ziddiyyət təşkil edən və ya məntiq normalarına sığmayan vəziyyət yaradır. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq iddianı İ.N.V" MTK tərəfindən təqdim edilmiş, xx.xx.2020-ci il tarixli maliyyə arayışının və "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli, 50 nömrəli protokolundan olan çıxarışın etibarsız hesab edilməsində təmin etməmiş, hesab etmişdir ki, birgə nikah dövründə ədlə edilmiş əmlak tərəflər arasında bölünməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mübahisəli mənzilin ərarvadın birgə mülkiyyəti hesab edilərək hər birinin həmin mənzil üzərində ½ payının müəyyən edilməsi barədə mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə həmin hissədə iş üzrə mühim əhəmiyyət kəsb edən halları araşdırmaqla qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehlər Cavabdeh1 ilə Cavabdeh4 arasında 7 saylı Bakı "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci tarixli, 4 Ə-423 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilə dair mübahisələndirilən bağışlanma müqaviləsi əsasında Cavabdeh4 mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv edilməsi tələbi ilə bağlı qeyd edir ki, Cavabdeh1 həmin əmlakın İddiaçı ilə aralarında bölünməsinin qarşısını almaq məqsədilə, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə mübahisəli mənzilin bölünməsi ilə bağlı iddia qaldırıldıqdan dərhal sonra, yəni xx.xx.2022-ci il tarixdə bacısı oğlu Cavabdeh4lə formal olaraq mübahisə olunan bağışlama müqaviləsini bağlamaqla əslində uydurma əqd bağlamışdır. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir. Normanın məzmunundan göründüyü kimi uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır Məhkəmə kollegiyası qeyd edir ki, uydurma əqd bir qayda olaraq üçüncü şəxsləri aldatmaq və xarici aləmə həqiqətdə olmayan bir hüquqi vəziyyəti göstərmək məqsədilə bağlandığı üçün bu vəziyyətə görə mənafeyi pozulan hər bir şəxs həmin əqdin etibarsızlığına dair məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Mövcud vəziyyətdə həmin şəxsin subyektiv hüququnun olmaması barədə mövqe məhkəmə müdafiəsi hüququna ziddir. Kollegiya ilk öncə qeyd edir ki, hazırki mübahisə üzrə hüquqi dəyərləndirmə ilk vəzifə tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almaqla həmin əqdin etibarlı olub-olmadığı müəyyən etməkdən ibarətdir. Çünki MM-nin 404-cü maddəsinin mənasına görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Məlum olduğu kimi məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgünhəlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülkü prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurmasıonun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlikəmələ gətirmir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən tərəf iradəsinin zədələnməsini və buna görə əqdi mübahisələndirməsini sübut etdikdə, yaxud məhkəmə işin halları əsasında bunu müəyyən etdikdə, etibarsızlıq nəticəsini xüsusi bir iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq nəzərə almalı və ona görə qərarverməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair2 aprel 2021-ci il tarixli qərarı). Kollegiya belə qənaətə gəlir ki, Cavabdeh1 mübahisəli mənzili xx.xx.2022-ci tarixli, 4 Ə-423 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında Cavabdeh4 verməklə gələcəkdə qəbul ediləcək qətnamənin icrasına süni surətdə maneçilik yaratmaq istəmişdir. İş materiallarından görünür ki, tərəflər arasında olan nikah münasibətləri faktik olaraq 16 iyul 2000-ci il tarixdən başlamış və xx.xx.2002-ci il tarixdə isə rəsmiləşdirmişdir. İddiaçı qeyd edilən əsasla tərəflər arasında nikah münasibətləri faktik olaraq 16 iyul 2000-ci il tarixdən başladığı üçün Cavabdeh2 MMC-nin nizamnamə (təsis) kapitalının 3/ 4 hissəsinə onun pay hüququnun tanınmasını, mülkiyyət hüququ ilə Cavabdeh2 MMC-yə məxsus olan və ünvan 2 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinə ¾ hissədə pay hüququnun tanınmasını xahiş edir. İddiaçı iddiasının əsası kimi, həmin müəssənin əmlak dəyərinin birgə nikah dövründə tərəflərin vəsaiti hesabını artırıldığını bildirir. Kollegiya qeyd edir ki, tərəflər nikahlarını xx.xx.2002-ci il tarixdə rəsmiləşdirmişlər və Cavabdeh2 MMC-i isə xx.xx.2001-ci ildə dövlət qeydiyyatına alınmışdır. Belə ki, işdə olan sənədlər və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, “JUGİ” kiçik müəssisəsi 1992-ci ildən təsis edilərək fəaliyyət göstərir, Cavabdeh2 MMC 06.05. 1994-cü il tarixdə 9486 saylı şəhadətnamə ilə Ədliyə Nazirliyində qeydiyyatdan keçmiş “JUGİ” kiçik müəssisəsinin bazasında yaranıb və onun hüquqi varisidir. Cavabdeh2 MMC xx.xx.2001-ci il tarixdə 1360 saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Təsisçisi olaraq Cavabdeh1 qeydiyyatdan keçmiş digər təsisçisi və payçısı yoxdur. İşin təqdiq edilən halından görünür ki, Cavabdeh2 MMC tərəflər rəsmi nikaha daxil olmazdan əvvəl təsis edilmiş və Cavabdeh1 məxsus olmuşdur. Həmçinin iddiaçı həmin müəssisənin dəyərinin birgə nikah dövründə artırılması barədə də sübutlarını təqdim edə bilməmişdir. Ona görə də İddiaçı Cabrayıl qızı ilə Cavabdeh1 birgə ailə münasibətlərinin yarandığı dövrdə Cavabdeh1 tərəfindən təsis edilmiş və yeganə təsisçi olduğu Cavabdeh2 MMC-nin nizamnamə (təsis) kapitalının 3/4 hissəsinə İddiaçı pay hüququnun tanınması, mülkiyyət hüququ ilə Cavabdeh2 MMC-yə məxsus olan və ünvan 2 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinə 3/4 hissədə pay hüququnun tanınması barədə iddia tələbi əsassız olduğundan rədd edilmişdir. Kollegiya əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Ailə qanunvericiliyində ərarvad arasında ailə münasibətlərinin yaranmasını, yəni ər-arvad arasında nikahdan irəli gələn hüquq və vəzifələrin yaranmasını nikahın rəsmi qeydə alınması ilə əlaqələndirir. Birgə yaşama, dini nikah və ya “faktiki nikah” rəsmi nikah hesab edilmir. Yəni, sadəcə bir yerdə yaşamaq və ya özünü ailə kimi aparmaq hüquqi baxımdan ailə münasibəti yaratmır. Qeyri-rəsmi nikahda olan şəxslər ər-arvad sayılmır, bir-birinə qarşı ər-arvad hüquq və vəzifələrinə malik olmur, birgə əldə edilən əmlak avtomatik olaraq ümumi mülkiyyət sayılmır. Bundan əlavə kollegiya qeyd edir ki, İddiaçı uşaqlarının da onunla birgə yaşamasına əsas gətirərək mübahisəli mənzilə ¾ hissədə pay tələb etsə də, birinci instansiya məhkəməsi haqlı olaraq mübahisəli mənzili ər-arvad arasında birgə vəsait hesabına əldə edilmiş əmlak hesab edərək hər birinin ½ hissədə paylarını müəyyən etmişdir. Beləliklə kollegiya yekun olaraq birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə bağlı mövqeyini qanuni və əsaslı hesab edərək qeyd edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağa zərurət görmür. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində ehtiva edilən məhkəmə müdafiəsi hüququnun prosessual təminatını realizə edən mülki prosessual qanunvericilikdə göstərilmişdir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 386, 387, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh4 vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)2458/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qətnaməsi qismən, yəni İddiaçı Cavabdeh1 qarşı birgə nikah dövründə əldə etdikləri, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 31 ünvanında yerləşən, 63 nömrəli mənzilin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satışından əldə edilmiş 43823,96 (qırx üç min səkkiz yüz iyirmi üç manat 96 qəpik) manat hissəsinin yarı hissəsinin, yəni 21911,98 (iyirmi bir min doqquz yüz on bir manat, 98 qəpik) manatın Cavabdeh1 tutularaq İddiaçı verilməsinin təmin edilməməsi hissəsində ləğv edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar