Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-732/2023 10.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 2(064)-458/2022 saylı, 26 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd edilən cehiz əmlakın və qızıl-zinət əşyalarının naturada, bu mümkün olmadıqda dəyərinin Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 2020-ci ilin dekabr ayının 12-də faktiki nikahla evlənərək, cavabdehin yaşadığı Füzuli rayonu, Əhmədbəyli kəndindəki evə gəlin köçmüşdür. Ailə-nikah münasibətləri normal davam etmədiyinə görə 2021-ci ilin dekabr ayının 4-də saat 09 radələrində cavabdehin anası Reyhan tərəfindən yaşadığı həmin evdən zorla çıxarılmışdır. Həmin vaxtdan Füzuli rayonu, Mahmudlu-2 kəndində valideynlərinin evində yaşayır. 2021-ci ilin dekabr ayının 04-dən bu günədək cavabdeh və onun valideynləri tərəfindən cavabdehin evinə qayıtmağına təşəbbüs belə göstərilməmişdir. Ona görə də cavabdehlə artıq birgə evliliklərinin davam etməyəcəyini başa düşərək cavabdehin evinə qayıtmaq istəmir. Evlənərkən cavabdehin evinə müxtəlif adda cehiz əmlaklar aparmış və həmin əmlakları rayonun müxtəlif mağazalarından, mebeli isə rayonun Əhmədbəyli kəndinin ərazisində yerləşən "Rəşid" marketdən, marketin müdiri X3 2800 manata almışdır. Həmçinin evlənərkən cavabdeh tərəfindən ona müxtəlif adda qızıl-zinət əşyaları hədiyyə edilmişdir. 2021-ci ilin dekabr ayının 04-də saat 09 radələrində cavabdehin anası Reyhan tərəfindən yaşadığı həmin evdən zorla çıxarılarkən cehiz və qızıl-zinət əşyalarını özü ilə götürə bilməmiş və hazırda cehiz və qızıl-zinət əşyalarını cavabdehdən tələb etməyinə baxmayaraq, müsbət nəticəsi olmamışdır. Cehiz əmlak və qızıl-zinət əşyaları birgə nikah dövründə əldə edilmədiyinə, eləcə də qızıl-zinət əşyaları ona toy hədiyyəsi olaraq verildiyinə görə onun mülkiyyəti kimi cavabdehin qanunsuz sahibliyindən alınaraq İddiaçı verilməlidir. Cehiz əmlak və qızıl-zinət əşyalarının cavabdehdən alınıb İddiaçı verilməsi üçün Mediasiya Xidmətinə müraciət etmiş, həmin xidmətdən verilmiş 14 yanvar 2022-ci il tarixli məktubda göstərilmişdir ki, tərəf Cavabdeh1 keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməyə dəvət edilsə də, prosesdə iştirak etməkdən imtina etmişdir. Ona görə də aşağıdakı siyahıda göstərilən cehiz əmlak və qızıl-zinət əşyalarını naturada, mövcud olmadıqda dəyərinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını istəyir. Cehiz əmlaklar: 2 ədəd gecə lampası ---------- 60 manat, - 35 ədəd xörək qaşığı ---------- 50 manat, 48 ədədli yemək qabı dəsti -- 50 manat, - 25 ədəd çay qaşığı ------------- 30 manat, 24 ədədli yemək qabı dəsti -- 48 manat, - 25 ədəd çəngəl ----------------- 50 manat, 24 ədəd sadə stəkan dəsti --- 14 manat, - 24 ədəd nəlbəki dəsti ------ 16,80 manat, 6 ədədli bakal dəsti ------------ 15 manat, 2 ədəd bakal, 2 ədəd qrafınka, yanında 6 ədəd kiçik bakal --------------------- 25 manat, 2 ədəd çömçə ------------------- 20 manat, - 2 ədəd kəfgir --------------------- 30 manat, 1 ədəd aşsüzən ----------------- 10 manat, - 4 ədəd kapron ləyən ----------- 40 manat, 1 ədəd emul olunmuş teşt ----- 30 manat, - 2 ədəd alimiııum teşt ------------ 20 manat, 1 ədəd oxloy ---------------------- 5 manat, - 1 ədəd yuxa yayma duvağı ---- 12 manat, 1 ədəd çuqun padnos ---------- 6 manat, - 2 ədəd emul olunmuş padnos - 50 manat, 1 ədəd emul olunmuş çaynik - 25 manat, - 1 ədəd çaydan ---------------------- 7 manat, 1 ədəd emul olunmuş vedrə -- 15 manat, - 1 ədəd emul olunmuş biton ---- 25 manat, 1 ədəd çörək qabı --------- ----- 3,5 manat, - 2 ədəd kapron solfet qabı------ 0,6 manat, 2 ədəd qazan altı ------------------ 4 manat, - 1 ədəd kapron aşsüzən ---------1,5 manat, 1 ədəd limon doğrayan --------- 12 manat, - 1 ədəd qoz çəkən -----------------15 manat, 1 ədəd üzərrik qabı --------------- 8 manat, - 3 ədəd bıçaq -------------------------6 manat, 6 ədəd mətbəx dəsmalı ---------- 6 manat, - 1 ədəd limon sıxan ---------------3,5 manat, 1 ədəd kapron qabyuma qabı - 15 manat, -1 ədəd zibil qabı ---------------------5 manat, 1 ədəd süpürgə -------------------- 5 manat, -1 ədəd toralan ------------------------5 manat, 1 ədəd elektrik ütüsü ------------ 55 manat, -1 ədəd tozsoran------------------250 manat, 1 ədəd duxovka ----------------- 130 manat, -1 ədəd ətçəkən maşın-------85 manat, 1 ədəd divar saatı ---------------- 35 manat, -1 ədəd qış odeyalı-----------75 manat, 5 ədəd çay servisi ---------------- 35 manat, -1 ədəd taxt odeyalı-------- 80 manat, 1 ədəd üzəri qaşlı bakal dəsti - 15 manat, -1 ədəd yük odeyalı-------- 150 manat, 1 ədəd taxta qaşıq və çömçə --- 4 manat, -1 ədəd şir şəkilli deyal---------- 100 manat, 3 ədəd meyvə qabı --------------- 40 manat, - 1 ədəd qrafinka, 6 bakal ilə--- 15 manat, 12 ədəd rəngbərəng sap dəsti - 12 manat, -1 ədəd iynə dəsti ------------------1,5 manat, 1 ədəd "Tefal" qazan dəsti ---- 250 manat, -1 ədəd təmənə -----------------------2 manat, 1 dəst emul olunmuş qazan -- 150 manat, -1 dəst stəkan-nəlbəki -------------15 manat, 1 dəst aliminum qazan ---------- 85 manat, -2 ədəd kül qabı ---------------------- 5 manat, 6 ədəd duz qabı -------------------- 6 manat, -6 ədəd araq rumkası ---------8 manat, 6 ədəd salat qabı ------------------12 manat, -12 ədəd meyvə bıçağı ------------12 manat, 6 ədəd dənə qabı ------------------ 4 manat, -15 ədəd çay dəsmalı--------------75 manat, 12 ədəd əl-üz dəsmalı ---------- 96 manat, -1 ədəd xəmir süfrəsi --------------15 manat, 6 ədəd taxt mələfəsi ----------- 300 manat, -1 ədəd taxt mələfə-çexolu-------75 manat, 1 ədəd lüstr ------------------------ 85 manat, -1 ədəd çıraq ----------------------- 20 manat, 4 ədəd qətifə ---------------------- 80 manat, -1 ədəd bəy hamam dəsti ------ 150 manat, 1 ədəd taxta sandıq -------------- 85 manat, -1 xırdavatla dolu çemodan-----100 manat, 2 ədəd eviçi ayaqqabı ----------- 10 manat, - 2 ədəd bayır çəkələyi---------------4 manat, 12 dəst corab ---------------------- 12 manat, - 12 dəst qadın alt paltarı --------18 manat, 2 ədəd qadın pejaması --------- 40 manat, - 3 ədəd yorğan ------------------- 150 manat, 3 ədəd döşək -------------------- 300 manat, - 4 ədəd tük yastıq ---------------- 80 manat, 6 ədəd yaşdıqca ------------------ 60 manat, - 2 ədəd silekon yastıq ---------- 20 manat, 1 ədəd kaşimir xalça ----------- 250 manat, - 2 dəst paltarasan ------------------ 4 manat, 1 ədəd sadə xalça -------------- 150 manat, - 1 ədəd paltaryığma səbəti------ 15 manat, 1 ədəd paltarasma ipi ------------- 5 manat, - 1 ədəd nət paltar örtüyü ------- 15 manat, 1 mebel dəsti ------------------- 2800 manat. Ümumilikdə 7452 manat. Qızıl-zinət əşyaları: Ağ qızıldan boyunbağı, sırğa və üzükdən ibarət zinət əşyası toyda hədiyyə edilib; 1 ədəd qızıl nişan üzüyü, 1 ədəd qızıl sırğa nişan zamanı hədiyyə edilib, 1 ədəd sadə qızıl üzük - toyda cavabdehin nənəsi hədiyyə edib. Onu da bildirir ki, cavabdehin yaşadığı evə cehiz əmlakın aparılmasını, eləcə də cavabdehin ona qızıl-zinət əşyaları hədiyyə etməsini əks etdirən və sübut hesab olunan fotoşəkillər və videoçəkiliş diski özündədir, onları məhkəmə baxışı zamanı təqdim edəcək. Həmçinin bildirir ki, cehiz əmlakları valideynlərinin evindən cavabdehin evinə Füzuli rayonu, Bala Bəhmənli kənd sakini Qeysər adlı şəxsin idarə etdiyi “QAZEL” markalı avtomaşınla aparılmış, zəhmət haqqı kimi atası tərəfindən sürücüyə 15 manat pul verilmişdir. İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, Cavabdeh1 anası Cavabdeh2 ikinci cavabdeh kimi prosesə cəlb olunmasını xahiş etmişdir. İddiaçı vəsatətini onunla əsaslandırmışdır ki, qızıl-zinət əşyaları daim qaynanasında olmuşdur. Sonradan İddiaçı iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 dəyəri 680 manat olan 585 əyarlı 8 qram 1 ədəd boyunbağı, dəyəri 442 manat olan 585 əyarlı 5,2 qram 1 ədəd qolbaq, dəyəri 272 manat olan 585 əyarlı 3,2 qram 1 ədəd üzük, dəyəri 382,5 manat olan 585 əyarlı 4,5 qram 1 ədəd üzük, dəyəri 297,5 manat olan 585 əyarlı 3,5 qram 1 ədəd üzük, dəyəri 323 manat olan 585 əyarlı 3,8 qram 1 ədəd sırğa, dəyəri 357 manat olan 585 əyarlı 4,2 qram 1 ədəd sırğanın naturada və ya bu mümkün olmadıqda dəyərinin alınaraq ona verilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 2(064)-458/2022 saylı, 26 may 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Yaşar Həşimov) iddia qismən təmin olunmuş, Cavabdeh1 50 manat dəyərində 48 ədəd yemək qabı, 48 manat dəyərində 24 ədəd yemək qabı, 15 manat dəyərində 6 ədəd bakal, 10 manat dəyərində 1 ədəd çömçə, 10 manat dəyərində 1 ədəd aşsüzən, 25 manat dəyərində 18 ədəd xörək qaşığı, 12 manat dəyərində 6 ədəd çəngəl, 5 manat dəyərində 6 ədəd çay qaşığı, 12 manat dəyərində 6 ədəd balaca çəngəl, 8,40 manat dəyərində 12 ədəd nəlbəki, 40 manat dəyərində 4 ədəd kapron ləyən, 5 manat dəyərində 1 ədəd oxlov, 25 manat dəyərində 1 ədəd emal olunmuş çaydan, 15 manat dəyərində 1 ədəd emal olunmuş vedrə, 3,5 manat dəyərində 1 ədəd çörək qabı, 12 manat dəyərində 1 ədəd limon taxtası, 8 manat dəyəində 1 ədəd üzərlik qabı, 5 manat dəyərində 1 ədəd süpürgə, 5 manat dəyərində 1 ədəd qurumalan (toralan), 130 manat dəyərində 1 ədəd duxovka, 55 manat dəyərində 1 ədəd elektrik ütüsü, 35 manat dəyərində 1 ədəd divar saatı, 4 manat dəyərində 1 ədəd taxta qaşıq və 1 ədəd taxta çömçə, 40 manat dəyərində 3 ədəd meyvə qabı, 250 manat dəyərində “Tefal” qazan dəsti, 150 manat dəyərində emal olunmuş qazan dəsti, 6 manat dəyərində 6 ədəd duz qabı, 12 manat dəyərində 6 ədəd salat qabı, 4 manat dəyərində 6 ədəd dənə qabı, 250 manat dəyərində 1 ədəd kaşmir xalça, 12 manat dəyərində 1 ədəd yuxa yayma duvağı, 50 manat dəyərində 2 ədəd şüşə padnus, 0,6 manat dəyərində 2 ədəd salfet qabı, 1,5 manat dəyərində 1 ədəd aşsüzən, 15 manat dəyərində 1 ədəd qozçəkən, 4 manat dəyərində 2 ədəd bıçaq, 3,5 manat dəyərində 1 ədəd limonsıxan, 5 manat dəyərində 1 ədəd zibil qabı, 5 manat dəyərində 1 ədəd tor alan, 250 manat dəyərində 1 ədəd tozsoran, 85 manat dəyərində 1 ədəd ətçəkən, 150 manat dəyərində 1 ədəd yun ədyal, 1,5 manat dəyərində iynə dəsti, 2 manat dəyərində 1 ədəd təmənə, 5 manat dəyərində 2 ədəd kül qabı, 8 manat dəyərində 6 ədəd araq rumkası, 12 manat dəyərində 12 ədəd meyvə bıçağı, 15 manat dəyərində 1 ədəd paltaryığma səbəti, 75 manat dəyərində 1 ədəd taxt mələfə üzlüyü naturada və ya bu mümkün olmadıqda onların dəyərinin pulla alınaraq İddiaçı verilməsi, Cavabdeh2 dəyəri 680 manat olan 585 əyarlı 8 qram 1 ədəd boyunbağı, dəyəri 442 manat olan 585 əyarlı 5,2 qram 1 ədəd qolbağı, dəyəri 272 manat olan 585 əyarlı 3,2 qram 1 ədəd üzük, dəyəri 382,50 manat olan 585 əyarlı 4,5 qram 1 ədəd üzük, dəyəri 297,50 manat olan 585 əyarlı 3,5 qram 1 ədəd üzük, dəyəri 323 manat olan 585 əyarlı 3,8 qram 1 ədəd sırğa, dəyəri 357 manat olan 585 əyarlı 4,2 qram 1 ədəd sırğanın naturada və ya bu mümkün olmadıqda onların dəyərinin pulla alınaraq İddiaçı verilməsi, iddia tələbinin digər hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. İddiaçı apellyasiya şikayətində Füzuli Rayon Məhkəməsinin 2(064)-458/2022 saylı, 26 may 2022-ci il tarixli qətnaməsinin dəyişdirilərək iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Füzuli Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qətnaməsinə əsasən iddiası qismən təmin olunmuş, iddia cehiz əmlaklara dair hissədə cavabdehin təqdim etdiyi siyahıda qeyd edilmiş şəkildə təmin edilmişdir. İddia ərizəsində qeyd olunan mebellər və bir çox əmlaklar isə yanğın məsələsinə görə təmin olunmamışdır. İddia ərizəsində göstərilən cehiz əmlakların, qızıl-zinət əşyalarının hamısı iddiaçının şəxsi əmlakı hesab edilir və həmin əmlakların cavabdehlərdən alınıb iddiaçıya verilməsi məsələsi də həll olunmalı idi. Lakin yanğın bəhanəsi adı altında iddiaçıya məxsus olan və iddia ərizəsində sadalanmış cehiz əmlakların əksəriyyəti cavabdehlərdən alınıb iddiaçıya verilməmişdir. Məhkəmə cehiz əmlaklardan yalnız cavabdehlərin təqdim etdiyi siyahı üzrə cehiz əmlaklarının alınıb ona verilməsini təmin edərkən, digər cehiz əmlakların da cavabdehlərdə olmasını nəzərə almamışdır. Halbuki, iddiaçıya məxsus olan bütün cehiz əmlakların hamısı bir yerdə olmuşdur. İddiaçı iddia ərizəsində qeyd etdikləri və məhkəmənin gedişində mübahisələndirilən cehiz əmlaklarının təmin olunmayan hissələrini və onun şəxsi əmlakı olan mobil telefonu istəyir. Onun şəxsi əmlakı barədə də hər hansı mübahisə olmamışdır. Yanğın hadisəsi cavabdehlərə məxsus olan yaşayış evində cavabdehlərə məxsus olan əmlakın – “Wi-Fi’’-nin nasazlığı nəticəsində baş vermişdir. Belə olan halda da iddiaçıya məxsus olan, iddia ərizəsində qeyd etdiyi cehiz əmlaklarına görə cavabdehlər hər bir halda mülki məsuliyyət daşıyırlar. Birinci instansiya məhkəməsi iş üzrə araşdırmanı və ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmişdir. Belə ki, iddiaçıya məxsus olan cehiz əmlakların yanmasının cavabdehlərə məxsus olan yaşayış evində baş verdiyindən iddiaçıya məxsus olan cehiz əmlaklarına görə də məsuliyyət cavabdehlərin üzərinə qoyulmalı idi. Bu hala məhkəmə tərəfindən heç bir əhəmiyyət verilməmişdir. İddiaçıya məxsus olmuş cehiz əmlakların yanğın təhlükəsizliyinin təmin olunması zamanı qorunub saxlanılmasında ilk növbədə cavabdehlərin birgə məsuliyyət daşımağa borclu olmaları, iddia ərizəsində qeyd edilmiş və iddiaçıya məxsus olan cehiz əmlakları ona verməyə hər bir halda borclu olmaları, fərdi yaşayış evinin sahiblərinin cehiz əmlaklarına görə məsuliyyət daşıması halı, yaşayış evinin sığorta olunmaması, iddiaçının mülkiyyətdən məhrum edilməsinin qarşısının alınması halları məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv olaraq araşdırılmamışdır. Cavabdeh2 apellyasiya şikayətində Füzuli Rayon Məhkəməsinin 2(064)-458/2022 saylı, 26 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində döyülərək evdən qovulmasını, bu səbəbdən də qızıl-zinət əşyalarının birinci cavabdeh, yəni Cavabdeh1 qaldığını qeyd etmiş, əvvəlki məhkəmə iclaslarında da belə ifadə vermiş, axırıncı məhkəmə iclasında isə bu dediklərinin əksinə qızılların Cavabdeh2 olduğunu söyləmiş, eyni zamanda evdən bir gün sonra, hamı yatarkən və Cavabdeh1 evdə olmayanda səhər saatlarında öz xoşu ilə çıxıb getdiyini bildirmişdir. Bu ziddiyyətlərlə bağlı məhkəmə iclasında vəkilin verdiyi suallara isə cavab verə bilməmişdir. Həmçinin, məhkəmənin 13 may tarixində keçirilmiş iclasında iddiaçı demişdir ki, evdə yanğın olan zaman qaynanası ondan soruşmuşdur ki, qızılları hara qoymusan, o da yerini demiş, sonra Sərvan adlı qohumları qızılları həmin yerdən çıxararaq yanğından xilas etmişdir. Buradan da göründüyü kimi, qızıl-zinət əşyaları həmişə iddiaçının faktiki sahibliyində olmuş, istədiyi vaxt istifadə etmiş, hətta iddiaçının və onun yaxınlarının, yəni anası və nənəsinin verdiyi ifadələrə görə də, yanğından sonra və əvvəl də iddiaçı qızıl-zinət əşyalarını istifadə edərək məclislərə getmişdir. Həmin qızıl-zinət əşyaları heç vaxt Cavabdeh2 olmamışdır. Bundan əlavə, şahid kimi işə cəlb olunmuş iddiaçının nənəsi və anası da qızıl əşyalarının Cavabdeh2 olması ilə bağlı heç bir sübut təqdim etməmiş, sadəcə iddiaçının yaxın qohumu olduqlarından belə ifadələr vermişlər. Hansı ki, onlar qızıl əşyalarının məhz Cavabdeh2 olması barədə deyil, yalnız qızıl əşyalarının mövcudluğu barədə ifadə vermişlər. Həmçinin, qətnamənin əsaslandırıcı hissəsində - qətnamənin 5-ci səhifəsinin 4-cü abzasında qeyd edilmişdir ki, məhv olmuş cehiz əşyaları, ümumiyyətlə, ikinci mərtəbədə yerləşən bütün əmlak Cavabdeh1 və İddiaçı sahibliyi və istifadəsində olmuşdur. Lakin sonradan həmin əmlaka daxil olan qızıl-zinət əşyalarının niyə Cavabdeh2 sahibliyində və istifadəsində olması qənaətinə gəlməsinin səbəbi aydın deyil. Məhkəmə ona aid hissədə düzgün və hərtərəfli araşdırma aparmamış, işə birtərəfli yanaşmamışdır. Apellyasiya məhkəməsinin iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, o, cehiz və qızıl-zinət əşyalarını cavabdehlərdən tələb edir. Həqiqətən də, cavabdehlərə məxsus evdə 17 dekabr 2020-ci ildə yanğın baş vermiş, yanğın nəticəsində evin 2-ci mərtəbəsində olan əşyaları yanmışdır. Məhkəmə isə salamat qalan əşyalarla bağlı iddianı təmin etmişdir. Lakin hesab edir ki, nə qədər ki, ona məxsus əşyalar cavabdehlərə məxsus evdə yanmışdır, ona görə də yanmış əşyaların dəyərini də cavabdehlər ödəməlidir. O qeyd etdi ki, tələb etdiyi qızıl-zinət əşyaları cavabdehlərin qohumu olan Sərvan adlı şəxs tərəfindən yanğından çıxarılaraq qaynanası olmuş Cavabdeh2 verilmişdir. Cavabdeh2 1-2 dəfə həmin qızılları istifadə etməsi üçün ona versə də, sonradan qaytarmamışdır. Odur ki, o, öz apellyasiya şikayətinin təmin edilməsini, Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh2 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, onların evində 17 dekabr 2020-ci ildə yanğın baş vermiş, yanğın zamanı temperaturun təsiri ilə tələb edilən qızıl-zinət əşyaları deformasiyaya uğramışdır. Eyni zamanda bildirdi ki, həmin qızıl-zinət əşyaları toy zamanı kreditlə 3500 manata alınaraq iddiaçıya hədiyyə edilmiş, lakin kreditin pulu ödənilməmişdir. Ona görə də, o, yanğından sonra qızıl-zinət əşyalarını Bakı şəhərində 2000 manata satdırmış, əldə edilmiş pul vəsaiti ilə kredit borcunu ödəmişdir. Hal-hazırda onda heç bir qızıl-zinət əşyası yoxdur. Odur ki, o, öz apellyasiya şikayətinin təmin edilməsini, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməmiş hissəsində dəyişdirilməsini və iddia tələbinin tam təmin edilməsini, Cavabdeh2 isə qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etməklə, iddiaçı qətnaməni iddia tələbinin təmin edilməmiş hissəsində, Cavabdeh2 isə qətnaməni iddia tələbinin ona münasibətdə təmin edilmiş hissəsində mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə İddiaçı apellyasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: İddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İş materiallarında olan birinci instansiya məhkəməsinin 28 fevral 2022-ci il tarixli hazırlıq iclasının protokolundan görünür ki, Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, 2020-ci ilin dekabr ayının 17-də yaşadıqları ikimərtəbəli evin 2-ci mərtəbəsində yanğın olduğundan və İddiaçı cehiz əşyalarının əksəriyyəti və eləcə də qızılzinət əşyaları orada olduğundan hamısı yanaraq kül olmuşdur. İddiaçıya məxsus cehiz əşyalarının bir hissəsi evin 1-ci mərtəbəsində olduğundan salamat qalmışdır və iddiaçı həmin əşyaları götürüb apara bilər. 1-ci mərtəbədə qalmış cehiz əşyaları bunlardır: 50 manat dəyərində 48 ədəd yemək qabı, 48 manat dəyərində 24 ədəd yemək qabı, 15 manat dəyərində 6 ədə bakal, 10 manat dəyərində 1 ədəd çömçə, 10 manat dəyərində 1 ədəd aşsüzən, 25 manat dəyərində 18 ədəd xörək qaşığı, 12 manat dəyərində 6 ədəd çəngəl, 5 manat dəyərində 6 ədəd çay qaşığı, 12 manat dəyərində 6 ədəd balaca çəngəl, 8,40 manat dəyərində 12 ədəd nəlbəki, 40 manat dəyərində 4 ədəd kapron ləyən, 5 manat dəyərində 1 ədəd oxlov, 25 manat dəyərində 1 ədəd emal olunmuş çaydan, 15 manat dəyərində 1 ədəd emal olunmuş vedrə, 3,5 manat dəyərində 1 ədəd çörək qabı, 12 manat dəyərində 1 ədəd limon taxtası, 8 manat dəyəində 1 ədəd üzərlik qabı, 5 manat dəyərində 1 ədəd süpürgə, 5 manat dəyərində 1 ədəd qurumalan (toralan), 130 manat dəyərində 1 ədəd duxovka, 55 manat dəyərində 1 ədəd elektrik ütüsü, 35 manat dəyərində 1 ədəd divar saatı, 4 manat dəyərində 1 ədəd taxta qaşıq və 1 ədəd taxta çömçə, 40 manat dəyərində 3 ədəd meyvə qabı, 250 manat dəyərində “Tefal” qazan dəsti, 150 manat dəyərində emal olunmuş qazan dəsti, 6 manat dəyərində 6 ədəd duz qabı, 12 manat dəyərində 6 ədəd salat qabı, 4 manat dəyərində 6 ədəd dənə qabı, 250 manat dəyərində 1 ədəd kaşmir xalça, 12 manat dəyərində 1 ədəd yuxa yayma duvağı, 50 manat dəyərində 2 ədəd şüşə padnus, 0,6 manat dəyərində 2 ədəd salfet qabı, 1,5 manat dəyərində 1 ədəd aşsüzən, 15 manat dəyərində 1 ədəd qozçəkən, 4 manat dəyərində 2 ədəd bıçaq, 3,5 manat dəyərində 1 ədəd limonsıxan, 5 manat dəyərində 1 ədəd zibil qabı, 5 manat dəyərində 1 ədəd tor alan, 250 manat dəyərində 1 ədəd tozsoran, 85 manat dəyərində 1 ədəd ətçəkən, 150 manat dəyərində 1 ədəd yun ədyal, 1,5 manat dəyərində iynə dəsti, 2 manat dəyərində 1 ədəd təmənə, 5 manat dəyərində 2 ədəd kül qabı, 8 manat dəyərində 6 ədəd araq rumkası, 12 manat dəyərində 12 ədəd meyvə bıçağı, 15 manat dəyərində 1 ədəd paltaryığma səbəti, 75 manat dəyərində 1 ədəd taxt mələfə üzlüyü. İşdəki Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Qarabağ regional X4 İdarəsinin 14 yanvar 2022-ci il tarixli arayışının surətindən görünür ki, 17 dekabr 2020-ci il tarixində Füzuli rayonu, Əhmədbəyli kəndində X1 məxsus fərdi yaşayış evində yanğın hadisəsi baş vermişdir. İşdəki Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin 02 fevral 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, 17 dekabr 2020-ci il tarixdə, saat 12 radələrində Füzuli rayonunun Əhmədbəyli kəndində yerləşən X1 məxsus fərdi yaşayış evində baş vermiş yanğında cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, 17 dekabr 2020-ci il tarixdə, saat 12 radələrində fərdi yaşayış evinin 2ci mərtəbəsində döşəmə üzərinə qoyulmuş internet aparatının qızaraq döşəməyə od salması səbəbindən yanğın baş vermişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi cehiz əşyalarına münasibətdə iddia tələbini qismən təmin edərkən, Cavabdeh1 tərəfindən tələbin qismən qəbul edilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bildirir ki, qalan əşyalar evin yanğın baş vermiş 2-ci mərtəbəsində qalmaqla məhv olmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsinə dair 02 fevral 2021-ci il tarixli qərarla müəyyən edilir ki, yanğının baş verməsinə səbəb evin 2-ci mərtəbəsində döşəmə üzərinə qoyulmuş internet aparatının qızaraq döşəməyə od salması olmuşdur. Bununla yanaşı, o da nəzərə alınmalıdır ki, iddiaçı həmin evə xx.xx.2020-ci ildə köçdüyündən, yanğın baş verdiyi zaman iddiaçı da həmin evdə yaşadığından, baş vermiş yanğın nəticəsində məhv olmuş əşyaların və ya onların dəyərinin tələb olunması əsaslı deyil. Belə ki, qeyd edilən əşyalar yanğının baş verdiyi zaman da cavabdehlərin qanunsuz sahibliyində olmadığından, həmin əşyalara münasibətdə MM-in 157.2-ci maddəsi tətbiq edilə bilməz. İddiaçı apellyasiya şikayətində ona məxsus olan mobil telefonun da cavabdehlərdən alınmasını istədiyini qeyd etsə də, o, nə iddia ərizəsində, nə də sonradan tələbin dəqiqləşdirilməsi və həcminin artırılmasına dair ərizələrində həmin telefonla bağlı hər hansı tələb irəli sürməmişdir. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. MPM-in 372.2-ci maddəsinə əsasən, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Odur ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: Birinci instansiya məhkəməsi Cavabdeh2 dəyəri 680 manat olan 585 əyarlı 8 qram 1 ədəd boyunbağı, dəyəri 442 manat olan 585 əyarlı 5,2 qram 1 ədəd qolbaq, dəyəri 272 manat olan 585 əyarlı 3,2 qram 1 ədəd üzük, dəyəri 382,50 manat olan 585 əyarlı 4,5 qram 1 ədəd üzük, dəyəri 297,50 manat olan 585 əyarlı 3,5 qram 1 ədəd üzük, dəyəri 323 manat olan 585 əyarlı 3,8 qram 1 ədəd sırğa, dəyəri 357 manat olan 585 əyarlı 4,2 qram 1 ədəd sırğanın naturada və ya bu mümkün olmadıqda onların dəyərinin pulla alınaraq İddiaçı verilməsini qət etmişdir. Bu səbəbdən də, apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 apellyasiya şikayətinə əsasən qətnaməni iddia tələbinin qızıl-zinət əşyalarına aid hissəsində yoxlayır. Cavabdeh2 apellyasiya şikayətində qızıl-zinət əşyalarının həmişə iddiaçının faktiki sahibliyində olduğunu, istədiyi vaxt istifadə etdiyini, hətta iddiaçının və onun anası və nənəsinin verdiyi ifadələrə görə, yanğından sonra və əvvəl də iddiaçının qızıl-zinət əşyalarını istifadə edərək məclislərə getdiyini, həmin qızıl-zinət əşyalarının heç vaxt özündə - Cavabdeh2 olmadığını bildirmişdir. Lakin apellyasiya məhkəməsinin iclasında çıxış edərkən Cavabdeh2 tələb edilən qızılzinət əşyalarının kreditlə 3500 manata alınaraq iddiaçıya hədiyyə edildiyini, onların baş vermiş yanğın nəticəsində deformasiyaya uğradığını, qızılları Bakı şəhərində 2000 manata satdıraraq əldə edilmiş pul vəsaiti ilə kredit borcunu ödədiyini bildirmişdir. Göründüyü kimi, Cavabdeh2 öz ifadəsi ilə tələb edilən qızıl-zinət əşyalarının özü tərəfindən satıldığını etiraf etmişdir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. İddiaçı isə tələb edilən qızıl-zinət əşyalarının dəyərinin müəyyənləşdirilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 04 may 2022-ci il tarixli, 22 nömrəli qiymətləndirmə rəyini təqdim etmişdir. Həmin rəydən görünür ki, tələb edilən qızıl-zinət əşyalarının ümumi dəyəri 2754 manat təşkil etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh2 özünün və ya dəyərinin tutularaq iddiaçıya verilməsi qət edilmiş qızıl-zinət əşyalarının Cavabdeh2 tərəfindən satılması və satışdan əldə olunmuş pul vəsatinin iddiaçıya ödənilməməsi cavabdehin öz ifadəsi ilə təsdiq edildiyindən, birinci instansiya məhkəməsi həmin hissədə də düzgün nəticəyə gəlmişdir. Odur ki, Cavabdeh2 apellyasiya şikayəti də təmin edilməməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sadalananlara əsasən yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 2(064)-458/2022 saylı, 26 may 2022-ci il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Mübahisələndirilən hissədə iddianın qiyməti qanunla müəyyən edilmiş həddi aşdıqda, qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-732/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-732/2023
10.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver