Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-781/2023 11.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 qarşı əmlak tələbinə dair mülki işi üzrə Açar sözlər: əmlak tələbi X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Sulidin oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil1 iştirakı ilə, ddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 qarşı əmlak tələbinə dair mülki işi üzrə Füzuli Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(064)-221/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. a) İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atasından qalmış miras kimi qaramal və davarın mənimsənilməsindən 36.800 və maşının mənimsənilməsindən 40.554 manat olmaqla, cəmi 77.354 manat pulun 4 nəfər qanuni vərəsələr arasında bölüşdürülməsindən ona çatası 19.338,5 manat pulun müştərək qaydada bərabər şəkildə cavabdehlərdən alınmaqla ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı həmçinin iddia tələbinin həcmini azaldaraq iddia tələbinin yalnız mal-qaranın və ya dəyərinin verilməsi hissəsində baxılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh qismində işə cəlb olunan hər üç şəxs onun bacıları olmaqla hər üçü ailə quraraq köçüb getmişlər və yuxarıda cavabdeh kimi qeyd etdiyi ünvanlarda yaşayırlar. Anası, X9 01 dekabr 2018-ci il tarixdə vəfat etmiş və bu barədə Füzuli rayon Qeydiyyat Şöbəsində 21 dekabr 2018-ci il tarixli 314 №li akt qeydi tərtib olunmuşdur. 2022-ci ilin əvvəlindən atası xəstə olduğu üçün bacıları ata yurdunda qalmalı olurdular. O, atasını müalicə etdirmək məqsədi ilə əlindən gələni etsə də, hər hansı bir xırda şeyin üstündə bacıları söz-söhbət yaradırmış və bu da atasına mənfi təsir edirmiş. Ona görə də, o, atası ilə ikilikdə məsləhətləşərək ailəsini də götürüb məcburiyyət qarşısında müvəqqəti yaşamaq məqsədi ilə Füzuli rayonu, 400 evlik Fin şəhərciyi, 259 saylı evə kirayəyə köçmüşdür. Atası 3 iyun 2022-ci il tarixdə vəfat etmişdir. Ölüm şəhadətnaməsinin surəti işə əlavə olunur. Atası vəfat etməzdən əvvəl onun mülkiyyətində 18 baş balalı inək, hər biri 1.150 manata olmaqla cəmi : 20700 manat dəyərində, 1 baş boğaz inək, qiyməti 1100 manat dəyərində , 75 baş qoyun-quzu , hər biri orta hesabla 200 manat olmaqla cəmi 15000 manat dəyərində olmaqla ümumilikdə 36800 manat dəyərində qaramal və davar cavabdehlər tərəfindən mənimsənilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinin tələbinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı olduğuna” və bu qanunun 77.1 maddəsinin tələbinə əsasən “hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduqlarına” görə o, Füzuli rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti rəisi Mirqayıl Həmidovun imzası ilə verilmiş 01 avqust 2022-ci il tarixli, 79 № li arayışı iddia ərizəmə sübut növü kimi əlavə edərək bildirir ki, həmin arayışla 18 baş qaramalın vaksinasiya olunması və 19-nun isə boğaz olduğuna görə vaksinasiya olunmadığı qeyd olunmuşdur. Bundan başqa, o, əmlak tələbi kimi kredit götürməklə aldığı “Nissan-Qaşqay” markalı maşının Azərbaycan Respublikasının MM-in 1159-cu maddəsinin tələbinə əsasən o, 1-ci pilləli vərəsələr arasında bölüşdürülməsini iddia edir. Ona görə ki, bu maşın atasının mülkiyyəti olmuşdur və onu cavabdehlər sataraq mənimsəmişlər. Azərbaycan Respubilkası MM-in 1159-cu maddəsinin tələbinə əsasən onlar qardaş-bacılar qanuni vərəsə olduğuna görə atasının mülkiyyəti onlar üçün paylı mülkiyyət hesab olunmalıdır. Azərbaycan Respubiklası MM-in 220.1-ci maddəsinin tələbinə əsasən “paylı mülkiyyətdə olan əşiya, mülkiyyətçilər arasında razılaşmaya əsasən onlar arasında bölünə bildiyindən” və bu qanunun 220.2 maddəsinin tələbinə əsasən “paylı mülkiyyətin mülkiyyətçisi, öz payının ayrılmasını tələb edə bildiyindən” və payçılar arasında yuxarıda qeyd etdiyi razılaşma olmadığından bu bölgünü notariusda aparmaq qeyri-mümkün olduğundan o, yuxarıdakı paylı mülkiyyətdən öz payını almaq məqsədi ilə iddia qaldırmalı olmuşdyr. Belə ki, bu maşını 40.554 manat olmaqla 3 ilə yəni 36 ay müddətinə o, xx.xx.2013-cü il tarixdə “NBC Bank” olan bankdan öz adına götürərək xx.xx.2017-ci il tarixədək ödəyib qurtardığı kreditlə almışdır. Əslində o, maşının dəyərinin bölüşdürülməsini deyil, onun dəyərini özü ödədiyini sübut edən “NBC Bank” ödəniş cədvəlini sübut növü kimi işə əlavə etdiyinə əsaslanaraq bu 40.554 manat məbləği miras kimi bölüşdürmədən iddia edərək ona qaytarılmasını iddia etməli idi. Təəssüf ki, bu maşını atasının adına sənədləşdirdiyindən bu maşının dəyərinin miras kimi bölüşdürülməsini iddia edir. İddia ərizəsi sübut kimi Azərbaycan Respublikası ƏƏSMN-nin Qarabağ filialı Füzuli Şöbəsinin xx.xx.2022-ci il tarixli, **********3 saylı arayışını ona görə əlavə etmişdir ki, məhkəməyə məlum olsun ki, 514,74 manat pensiya alan atası heç vaxt həmin maşını bu pensiya ilə ala bilməzdi, o, isə yuxarıdakı bank sənədinə əsasən hər ay 631 manat kredit ödəməli olmuş. O, həmin maşını əldə etdikdən yəni aldıqdan sonra həmin maşını İmişli rayonunda Regional qeydiyyat İdarəsində birbaşa atasının adına sənədləşdirmişdir. Əgər atası bu və ya digər yolla həmin maşını özgəninkiləşdirmək fikirində olsa idi, o, bunu səhətinin yaxşı vaxtında etmiş olardı. Təəssüf ki, bu atasının səhhətinin ağırlaşdığı vaxt, yəni ölümündən 16 gün əvvəl o, artıq özünü idarə etmək iqtidarında olmadığı vaxt bu sənədləşdirmə saxta yolla başa çatdırılmışdır. O, tez-tez huşunu itirir və sonuradan özünə gəlirdi və sanki sağlam adama bənzəyirdi. Belə olduğu halda, onun bu vəziyyətindən istifadə edərək maşını əvvəlcə etibarnamə ilə Fətəliyev familiyalı bir şəxsin adına keçirmişlər (hansıki, həmin şəxsin maşının alqı- satqısı ilə əslində heç bir bağlılığı olmamaışdır. O, sadəcə olaraq bu alqı-satqının formal olaraq həyata keçirilməsində vasitəçi rolunu oynamışdır). Bundan sonra, həmin maşını güya Fətəliyev alqı-satqı yolu ilə böyük bacısı Cavabdeh1 adına keçirmişdir. Beləliklə də onun o evdən nəyə görə uzaqlaşdırılmağı bəlli olur. Görünür ki, bu əməllər atasının mülkiyyətinin qeyri- qanuni yolla ələ keçirilməyinə hesablanmışdır. Ona görə də, həmin maşının qanunsuz alqı-satqısı məhkəmə yolu ilə ləğv olunmalı və məhkəmə yolu ilə onun maşının özümə qaytarılmalı və ən pis halda o, atasının mülkiyyəti kimi onlar qanuni vərəsələr arasında bölüşdürülməlidir. Miras əmlak Azərbaycan Respublikası MM-in 1159.1-ci maddəsinin tələbinə əsasən qanuni vərəsələr arasında bölüşdürülməli olduğuna və həmin qanunun 220-ci maddəsinin tələbinə əsasən paylı mülkiyyət, payçılar arasında bölüşdürülməli olduğuna görə, o, qaramal və davarın mənimsənilməsindən 36.800 manat və maşının tələsik satılaraq mənimsənilməsinə görə 40.554 manat olmaqla 36.800 + 40.554=77.354 manat dəyərində olan mirasın qanuni vərəsələr olan 3 cavabdehin və onunla birlikdə 4 nəfərin arasında bərabər bölüşdürülməsini, yəni 77.354:4=19.338,5 manatı ona ödənilməlidir. Yəni ki, çatası miras məbləğinin hər üç cavabdehdən müştərək qaydada olmaqla bərabər şəkildə bölüşdürülməklə ona ödənilməsi təmin olunmalıdır. Buna görə də, məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: b) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunda izahat verərək iddia tələbini müdafiə etdiyini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasınıxahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, o, atası vəfat etməmişdən bir neçə ay əvvəl ailəsini də götürüb başqa ünvanda kirayədə qalmışdır. Atası vəfat edəndən sonra ata-baba mülkünün həyətində iki baş inək görmüşdür. Lakin hesab edir ki, əslində mal-qaranın sayı çox olmuşdur. Belə ki, atası öləndən sonra bacıları dəyər-dəyməzinə mallarım hamısını satmışlar. Birinci instansiya məhkəməsində İddiaçı nümayəndəsi vəkil X10 oxşar məzmunda izahat verərək iddia tələbini müdafiə etdiyini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X11 iddia tələbinə etirazla məhkəməyə müraciət edərək bildirmişlər ki, iddia ərizəsində qeyd edilənlər həqiqətə uyğun deyil və tamamilə əsassızdır. Belə ki, iddia ərizəsindəqeyd edilir ki, guya ataları X13 vəfat etməmişdən əvvəl onun mülkiyyətində 18 baş balalı inək, hər biri 1.150 manat olmaqla cəmi 20.700 manat dəyərində, 1 başboğaz inək qiyməti 1.100 manat dəyərində, 75 baş qoyun-quzu hər biri orta hesabla 200 manat olmaqla cəmi 15.000 manat dəyərində olmaqla, ümumilikdə 36.800 manat dəyərində qaramal və davar cavabdehlər tərəfindən mənimsənilib. Həqiqətdə isə mal-qara və qoyunlar ataları xəstə olmamışdan qabaq satılıb, bir qismi isə ataları xəstələndikdən sonra hissə-hissə satılaraq bu pullarla özünü müalicə etdirmişdir. Mərhum atalarının 8 baş mal-qarası, 16 qoyun və 8 quzusu var idi. Onu da məcburiyyətdən saxlayırdı. Həmişə deyirdi ki, qoca adam tez-tez xəstələnir, pul lazım olar. Bu pulu da ona verən yoxdur. Ona görə də, əziyyət çəkir. Onlar üç bacı müəllimə işləyirlər. Mal-qara, qoyunları bağlamaq, südünü sağmaq kimi işləri bacarmırlar. Ona görə də, mal- qara və qoyunların sayı ilə maraqlanmamışlar və bilmirlər. Mərhum ataları Bakıda müalicə olunduğu zaman kənddə atalarına kimsə zəng vurub atalarının kənddə olmadığından istifadə edib Səbuhinin qoyunları oğurlayacağını bildirmişdir. Bundan sonra, ataları təşvişlə onlara zəng vurub demişdir ki, təcili qoyunları sayın və ona deyin. Onlar onda bilmişlər ki, atalarının nə qədər mal-qara və qoyunu var. Ataları mal-qara və qoyunları sataraq Səbuhinin borclarının bir qismini ödəmişdir. Atalarının səhhətinin pisləşməsi Səbuhinin evdən gedişi və borc sahiblərinin hər gün yolda, evdə onu narahat etməsi də atalarına pis təsir etmişdir. Ataları oğlunun onu atıb getdiyi üçün çox kədərli idi. Bütün bu hadisələr atalarının səhhətini gündən-günə ağırlaşdırırdı. Səbuhinin borc pul aldığı tanışları tez-tez atalarının yanına gələrək borc pulu tələb edirdlər. Cavabdehlər iddia tələbini qəbul etməyərək atalarının hələ sağlığında mal-qaranı sataraq özünün müalicəsinə və qardaşları Səbuhinin borcunun bağlanmasına sərf edildiyini bildirdilər. Birinci instansiya məhkəməsində Cavabdeh1 vəkili Vəkil2 cavabdehlərlə oxşar məzmunlu izahat verərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddiaçının təşəbbüsü ilə dəvət edilmiş şahid X12 bildirdi ki, mərhum X13 onun qardaşı olmuşdur. Onda olan məlumata görə mərhum qardaşının 18 inəyi və 50 baş qoyun-quzusu vardı. Lakin həmin mal-qaranın əksəriyyəti satılmışdı, kimin satmasını dəqiq bilmir. Füzuli Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(064)-221/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X1 miras qalmış 8 baş inək, 16 qoyun və 8 quzudan ibarət əmlakın ¼ hissəsinə İddiaçı vərəsəlik payının tanınması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 müştərək qaydada hər birinin dəyəri 1.150 manat olan 2 baş inək, hər birinin dəyəri 200 manat olan 4 baş qoyun və hər birinin dəyəri 200 manat olan 2 baş quzu naturada və ya bu mümkün olmadıqda isə dəyəri pulla alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini, 18 balalı inək, 1 yetik boğaz düyə və 50 baş qoyun-quzudan ona çatası ¼ payın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunun tələbinə əsasən mülkiyyət toxunulmazdır və hər kəs özgəsinin qanunsz sahibliyinən öz əmlakını tələb edə bilər. Lakin, cavabdehlər miras payı kimi onun əmlakına sahibləndiklərindən və məhkəmə onun iddiasına əsasən iddianı qismən təmin etdiyindən qalan hissədə bu müddəaların təlblərin pozulduğunu hesab edir. Məhkəmə bu müddəanın tələbini pozaraq qanuni vərəsə kimi ona 18 baş balalı inək, hər biri 2150 manat olmaqla, cəmi:38700 manat və bir boğaz düyə qiyməti 2100 manat olmaqla cəmi: 38700+2100=40800 manat olan inəklərdən və 50 baş qoyun-quzunun hər biri 200 manat olmaqla cəmi: 10000 manat olmaqla, bütövlükdə 40800+10000=50800 manatlıq heyvandan ¼ pay ayırmaqla ona çatan miras payı 12700 manat hesablanmalı olduğu halda, iddianı cəmi: 3500 manat civarında təmin etməklə bu müddəanın tələbini pozmuşdur. Məhkəmə işi obyektiv, tam və hər tərəfli araşdırmış olsa idi, 2 rəsmi arayışı və əmisinin ifadəsini düzgün qiymətləndirər, arayışlardakı iş üçün faktiki halları araşdırar və iddianı tam təmin edərdi. ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə İddiaçı apellyasiya şikayətini müdafiə etmiş və əlavə olaraq göstərmişdir ki, məhkəməyə Bala Bəhmənli kənd İcra nümayəndəliyindən əldə edərək təqdim etdiyi arayışdan görünür ki, atasının onun ölən günə kimi qalan heyvanlarının sayı 8 baş iribuynuzlu və 45 baş xırda buynuzlu heyvanları olmuşdur. Məhkəmə isə yalnız 24 baş qoyunu vərəsələr arasında bölmüşdür. Göstərmişdir ki, əslində atasının 75-ə yaxın qoyunları olmçuşdur. Lakin icra nümayəndəliyi yalnız atasının ölən günə olan qoyunların sayı barədə arayış vermişdir. Məhkəmə 45 qoyundan ona düşən payı ona verməli olduğu halda 24 qoyun-quzunu bölmüşdür. Bununla razı deyil. Cavabdehlər inəkləri və qoyunların demək olar ki, əksər hissəsini razılıq olmadan satmışdır. Heyvanlara o özü baxmışdır. Məhkəmədə iddiaçının vəkili Vəkil1 da iddiaçı ilə eyni məzmunda izahat vermiş və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq, xx.xx.2023-cü il tarixdə keçiriləcək məhkəmə prosesində himayəsində xəstə azyaşlı uşaq olduğuna görə məhkəmədə iştirak edə bilməyəcəkdir. İddiaçının ona qarşı iddiasını qəbul etmir və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış Cavabdeh2 və X11 məhkəmədə iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə apellyasiya şikayətinə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. e) Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etməklə, qətnaməni tam olaraq mübahisələndirmişdir və kollegiya Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşan hüquqi mövqe baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddiaçıya münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. ə) Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1147.2-ci maddəsinə əsasən əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. 1159.1.1-ci maddəsinə əsasən Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1162-ci maddəsinə əsasən Sağ qalan arvadın (ərin) birgə mülkiyyətdə paya hüququ sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2-ci maddəyə görə isə bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. f) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa da, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi hüquq normalarını düz tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan tam ortaqlı “Şamil” firması tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli, 05 saylı rəydə göstərilmişdir ki, 18 baş inək balalı birinin qiyməti 1.150 manat olmaqla cəmi 20.700 manat, 1 baş boğaz inək birinin qiyməti 1.100 manat olmaqla cəmi 1.100 manat, 75 baş qoyun-quzu birinin qiyməti 200 manat olmaqla cəmi 15.000 manat olmaqla ümumilikdə məbləği 36.800 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən verilmiş 01 avqust 2022-ci il tarixli, 79 saylı arayışda qeyd edilir ki, idarə tərəfindən 25 fevral 2020-ci il tarixində X8 məxsus 18 baş iri buynuzlu heyvanlarda qarayara xəstəliyinə qarşı profilaktiki vaksinasiya aparılmış və 1 baş iri buynuzlu heyvan boğazlığın axırıncı ayı olduğuna görə profilaktiki vaksinasiya aparılmamışdır. İş materiallarında olan AZ-İİ № 237262 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2022-ci il tarixində Füzuli rayonunda vəfat etmişdir. İş materiallarında olan Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli çıxarışdan görünürki, X9 xx.xx.2018-ci il tarixində Füzuli rayonunda vəfat etmişdir. İş materiallarında olan Füzuli rayon İHB Bala Bəhmənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindənverilmiş 26 avqust 2022-ci il tarixli, 3 saylı arayışda qeyd edilir ki, Füzuli rayon, Araz Zərgər kənd sakini olmuş mərhum X7 ölümündən qabaq həyətyanı sahəsində 8 iri buynuzlu heyvanı və 45 baş xırda buynuzlu heyvanı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti üzrə işin faktiki halları düzgün müəyyən edilsə də mahiyyət etibarı ilə hissəvi düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, birinci onstansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan Füzuli rayon İHB Bala Bəhmənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 avqust 2022-ci il tarixli, 3 saylı arayışda qeyd edilir ki, Füzuli rayon, Araz Zərgər kənd sakini olmuş mərhum X7 ölümündən qabaq həyətyanı sahəsində 8 iri buynuzlu heyvanı və 45 baş xırda buynuzlu heyvanı olmuşdur. Göründüyü kimi miras qoyanın ölümundən əvvəl həyətində 8 baş inəyin olmasını cavabdehlər öz etiraz ərizəsində etiraf etmişlər. Məhkəmə Füzuli rayon İHB Bala Bəhmənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 avqust 2022-ci il tarixli arayışını daha mötəbər sübut kimi qəbul edərək 45 qoyun üzərində iddiaçının payı müəyyən edilməklə həmin əmlaklar olmadıqd isə dəyəri alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(064)-221/2023 nömrəli qətnaməsi X1 miras qalmış “16 qoyun və 8 quzudan ibarət əmlakın ¼ hissəsinə İddiaçı vərəsəlik payının tanınması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 müştərək qaydada hər birinin dəyəri 200 manat olan 4 baş qoyun və hər birinin dəyəri 200 manat olan 2 baş quzu naturada və ya bu mümkün olmadıqda isə dəyərinin pulla alınaraq İddiaçı verilməsi” hissəsində dəyişdirilməli və X1 miras qalmış “45 qoyundan ibarət əmlakın ¼ hissəsinə İddiaçı vərəsəlik payı tanınsın, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 müştərək qaydada hər birinin dəyəri 200 manat olan 11 baş qoyun naturada və ya bu mümkün olmadıqda isə dəyərinin pulla, həmçinin 1 qoyunun dəyərinin ¼-i olan 50 manat alınaraq İddiaçı verilməlidir”, qətnamə qalan hissələrdə dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(064)-221/2023 nömrəli qətnaməsi X1 miras qalmış “16 qoyun və 8 quzudan ibarət əmlakın ¼ hissəsinə İddiaçı vərəsəlik payı tanınsın, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 müştərək qaydada hər birinin dəyəri 200 manat olan 4 baş qoyun və hər birinin dəyəri 200 manat olan 2 baş quzu naturada və ya bu mümkün olmadıqda isə dəyərinin pulla alınaraq İddiaçı verilməsi” hissəsində dəyişdirilsin və; X1 miras qalmış “45 qoyundan ibarət əmlakın ¼ hissəsinə İddiaçı vərəsəlik payı tanınsın, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 müştərək qaydada hər birinin dəyəri 200 manat olan 11 baş qoyun naturada və ya bu mümkün olmadıqda isə dəyərinin pulla, həmçinin 1 qoyunun dəyərinin ¼-i olan 50 manat alınaraq İddiaçı verilsin.” Qətnamə qalan hissələrdə dəyişdirilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-781/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-781/2023
11.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver