Məhkəmə qərarları › İş №2(106)-80/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-80/2023

11.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-80/2023 11.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı qızının Cavabdeh qarşı əmlak tələbinə dair mülki işi üzrə Açar sözlər: əmlak tələbi X27 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı qızının, onun nümayəndəsi (vəkili) X3, Cavabdeh vəkili X16 iştirakları ilə, İddiaçı qızının Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2(041)-687/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Qanunvericiliyə uyğun olaraq 2 ədəd pastel dəsti-80 manat, 4 ədəd dəsmallar-120 manat, 5 ədəd balaca əl-üz dəsmalı-100 manat, 1 ədəd qətvə -35 manat, 1 ədəd bilinçik bişirən-80 manat, 1 ədəd kakao üyüdən-30 manat, 1 ədəd elektrik soğan çəkən-30 manat, 6 ədəd çay dəsmalı-30 manat, Qızıl-zinət əşyaları, Qarnitur 750 əyarlı, 3,00 karat brilyant qaşlar ilə 45 qram çəkidə-8400 manat, boyunbağı, 583 əyarlı, 40,00 qram çəkidə-4000 manat, Klon, 583 əyarlı, 1,00 karat brilyant qaşlar ilə 6 qram-1500 manat, nişan üzüyü, 750 əyarlı 1,00 karat brilyant qaşlar ilə 9 qram çəkidə, 2000 manat, Fantaziya üzük sirkon qaşlar ilə 583 əyarlı, 5,00 qram çəkidə-500 manat, fantaziya üzük, sirkon qaşlar ilə 6,00 qram çəkidə- 600 manat, tək qaş üzük, 583 əyarlı, 0,20 karat brilyant qaş ilə 4,00 qram-600 manat, Onluq sikkə, 900 əyarlı, 8,60 qram-1100 manat, həmin əmlaklar olmadıqda onların dəyəri 19205 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə el adəti üzrə xx.xx.2021-ci il tarixdə evlənib ailə qurmuş, nikahlarını xx.xx.2021-ci il tarixdə qeyd etdirmişlər. O, cavabdehin valideynlərinin evinə gəlin köçmüş və adət-ənənəyə uyğun olaraq özünə məxsus cehiz əmlaklarını da aparıb cavabdehin valideynlərinin evində onu ayrılmış otağa yığmışdır. Cavabdehlə ər-arvad yaşadıqları müddətdə uşaqları olmamışdır. Toy-nişan məclislərində cavabdehin valideynləri tərəfindən ona qızıl-zinət əşyaları hədiyyə verilmişdir. Bundan əlavə öz valideynləri tərəfindən də ona qızıl-zinət əşyaları hədiyyə verilmişdir. Cavabdehlə evləndiyi ilk vaxtlardan başlayaraq cavabdehin anası Qəniyeva Tərlan mütəmadi olaraq onu söyüb təhqir etmiş, öldürməklə hədələmiş və döymüşdür. Toydan sonra cavabdehin anası Qəniyeva Tərlan ona hədiyyə verilən qızılların hamısını əlindən alıb evdə olan sandığa qoyub özündə saxlamışdır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə, saat 23 radələrində qaynanası Tərlan Qəniyeva onu oxumağa qoymayacağını bildirib, onunla mübahisə etmiş və onu söyüb təhqir edərək öldürməklə hədələyib onu vurmaq istəyəndə əri Rəvan buna imkan verməmişdir. Həmin gecə qaynanası Tərlan Qəniyeva onu evdən qovmaq istəmiş, lakin gec olduğundan səhəri gün özü evdən gedəcəyini bildirmişdir. Bundan sonra səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə saat 10 radələrində anasına zəng edərək gəlib onu aparmalarını xahiş etmiş və anası ilə qardaşı birlikdə gəlib onu öz evlərinə aparmışlar. Həmin vaxt özünə məxsus olan geyim paltarlarının bir hissəsini götürmüş, qalan bütün əmlakları və qızıl-zinət əşyalarının hamısı qaynanası tərəfindən əvvəlcədən əlindən alındığına görə cavabdehin valideynlərinin evində qalmışdır. Sonradan, yəni xx.xx.2021-ci il tarixdə cavabdehin valideynlərinin evində qalan cehiz əmlaklarını götürmüş və bu barədə hər iki tərəf ayrılıqda akt tərtib etmişlər. Cehiz əmlaklarını cavabdehin valideynlərinin evindən götürüb akt tərtib ediləndən sonra onun anası Məmmədova Əminə cavabdeh tərəfinin tərtib etdiyi aktın hər vərəqinin axırına cehizləri götürməsi barədə imza etmiş, özü də şahidlərlə birlikdə aktın axırıncı vərəqinə cehizlərini təhvil alması barədə imza etmişdir. Cehizlərini götürərkən cavabdehdə qalan qızıl-zinət əşyalarını tələb etsə də qızılları ona verməmişlər. Akt tərtib edilərkən həmin aktda qızıllar barədə heç bir məlumt qeyd edilməsə də, sonrdan cavabdeh və ya onun valideynləri tərəfindən cehiz əşyaları ilə birlikdə qızıllarında aparıldığı barədə kiril hərifləri ilə saxta qeydiyyat aparmışlar. Cavabdehin valideynlərinin evində qalan cehiz əmlaklarını götürməsi barədə şahidlər Abdullayeva İlhamə, Xəlilova Leyla və digərlərinin iştirakı ilə tərtib edilmiş aktda cehiz sahibi kimi anası Məmmədova Əminənin adı qeyd edilmiş, cavabdehin anası Qəniyeva Tərlan cehizləri təhvil verdim kimi qeyd edilərək imza etdiyi, iştirak edən şahidlərin aktı imzaladıqları, özünün isə həmin akta imza edərək cehizlərini və tələbə biletini təhvil alması qeyd edilmiş, qızıllar barədə heç bir məlumat qeyd edilməmişdir. Sonradan cavabdehin valideynləri maddi məsuliyyətdən yaxa qurtarmaq üçün müxtəlif bəhanələr gətirib Kürdəmir rayon polis şöbəsinə müraciət edərək guya onlar, yəni cavabdehin valideynləri evdə olmayanda onun bütün əşyalarını, hədiyyələrini yığıb evdən qaçdığını həmçinin onun başına bir iş gələcəyi təqdirdə heç bir məsuliyyət daşımadıqları barədə, bundan sonra isycavabdehin anası qabaqlayıcı tədbir kimi 2021-ci ilin dekabr ayında DİN-nin 102 xidmətinə zəng edərək qvardaşı X12 onu söyüb təhqir etməsi barədə verdiyi yalan məlumat yoxlanılmış və hər iki şikayət üzrə cinayət işi başlanması rədd edilmişdir. Göründüyü kimi cavabdehin valideynləri onların evində qalan 80 manat dəyərində 2 ədəd pastel dəstini, 120 manat dəyərində 4 ədəl dəsmalları, 100 manat dəyərində 5 ədəd balaca əl-üz dəsmalını, 35 manat dəyərində 1 ədəd qətvəni, 80 manat dəyərində 1 ədəd bilinçik bişirəni, 30 manat dəyərində 1 ədəd kakao üyüdəni, 30 manat dəyərində 1 ədəd elektrik soğan çəkəni, 30 manat dəyərində 6 ədəd çay dəsmalını, ona məxsus qızıl-zinət əşyaları-8400 manat dəyərində 750 əyarlı, 3,00 karat brilyant qaşlar ilə 45 qram çəkidə Qarnituru, 4000 manat dəyərində 583 əyarlı, 40,00 qram çəkidə 1 ədəd boyunbağı, 1500 manat dəyərində 583 əyarlı, 1,00 karat brilyant qaşlar ilə 6 qram çəkidə Klonu, 2000 manat dəyərində 750 əyarlı, 1,00 krartbrilyant qaşlar ilə 9 qram çəkidə nişan üzüyü, 500 manat dəyərində sirkon qaşlar ilə 583 əyarlı, 5,00 qram çəkidə 1 ədəd Fantaziya üzüyü, 600 manat dəyərində sirkon qaşlar ilə 6,00 qram çəkidə 1 ədəd fantaziya üzüyü, 600 manat dəyərində 583 əyarlı, 0,20 karat brilyant qaş ilə 4,00 qram çəkidə 1 ədəd tək qaş üzüyü, 1100 manat dəyərində 900 əyarlı, 8,60 qram çəkidə 1 ədəd Onluq sikkəni qaytarmamaq üçün polis şöbəsinə yalan məlumatlar verməkdən belə çəkinməmişlər. Ona görə də Cavabdeh onun yaşadığı evdə qalan 80 manat dəyərində 2 ədəd pastel dəstini, 120 manat dəyərində 4 ədəl dəsmalları, 100 manat dəyərində 5 ədəd balaca əl-üz dəsmalını, 35 manat dəyərində 1 ədəd qətvəni, 80 manat dəyərində 1 ədəd bilinçik bişirəni, 30 manat dəyərində 1 ədəd kakao üyüdəni, 30 manat dəyərində 1 ədəd elektrik soğan çəkəni, 30 manat dəyərində 6 ədəd çay dəsmalını, ona məxsus qızıl-zinət əşyaları-8400 manat dəyərində 750 əyarlı, 3,00 karat brilyant qaşlar ilə 45 qram çəkidə Qarnituru, 4000 manat dəyərində 583 əyarlı, 40,00 qram çəkidə 1 ədəd boyunbağı, 1500 manat dəyərində 583 əyarlı, 1,00 karat brilyant qaşlar ilə 6 qram çəkidə Klon, 2000 manat dəyərində 750 əyarlı, 1,00 krartbrilyant qaşlar ilə 9 qram çəkidə nişan üzüyü, 500 manat dəyərində sirkon qaşlar ilə 583 əyarlı, 5,00 qram çəkidə 1 ədəd Fantaziya üzüyü, 600 manat dəyərində sirkon qaşlar ilə 6,00 qram çəkidə 1 ədəd fantaziya üzüyü, 600 manat dəyərində 583 əyarlı, 0,20 karat brilyant qaş ilə 4,00 qram çəkidə 1 ədəd tək qaş üzüyü, 1100 manat dəyərində 900 əyarlı, 8,60 qram çəkidə 1 ədəd Onluq sikkənin özlərini, özləri olmadıqda isə onların dəyəri olan 19205 manat və dövlət rüsumu olaraq ödədiyi 148 manat pulun, ümumilikdə 19353 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı iddia tələbinin məzmununa uyğun izahat vermişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, iddiaçı X18 ilə xx.xx.2021-ci il tarixdə evlənib ailə qurmuş, nikahlarını isə xx.xx.2021-ci il tarixdə qeyd etdirmişlər. İddiaçı ilə birgə nikahlarından uşaqları olmamışdır. O, iddiaçı ilə evlənəndə iddiaçı özünə məxsus cehiz əmlaklarını gətirib onların yaşadığı evə yığmışdır. İddiaçı ilə təxminən iki ay bir yerdə yaşayandan sonra ər-arvad münasibətləri pozulmuş və ayrılmışlar. Aralarında bağlanmış nikah məhkəmənin qətnaməsinə əsasən pozulmuşur. Sonradan iddiaçı onların yaşadığı evdə qalan özünə məxsus cehiz əmlaklarını və qızıl-zinət əşyalarını aparıb, bu barədə iddiaçının, onun anasının və şahidlərin iştirakı ilə akt da tərtib edilib. İddiaçı tələb etdiyi qızılların qiymətini şişirdilmiş vəziyyətdə göstərmişdir. Belə ki, onun tələb etdiyi nişan üzüyünün qaşı brilyant deyil, sadə qaş olub, Fantaziya üzüyü olmayıb, tək qaş üzük 4 qram olmaqla brilyant qaşları olmayıb, Onluq sikkə isə 900 əyarlı olmayıb. Həmin qızılların hamısı iddiaçının özündə olmuş və evdən çıxıb gedərkən özü ilə aparmışdır. Hazırda onun yaşadığı evdə iddiaçıya məxsus heç bir əmlak qalmayıb. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X4 ifadəsində göstərdi ki, İddiaçı qızı ona hədiyyə verilən qızılların qiymətləndirilməsi ilə bağlı ərizə ilə ”İdeal” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etmiş və ərizəsində tələb etdiyi qızılların adlarını, əyarını və çəkisini dəqiq göstərmiş, lakin qızılların heç biri ona təqdim edilməmişdir. O, notariat qaydasında təsdiqlənmiş qaydada iddiaçının ərizəsində göstərdiyi əsaslarla qızılları qiymətləndirmiş və bu barədə xx.xx.2022-ci il tarixli, 847 nömrəli mütəxəssis rəyi vermişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X8 ifadəsində göstərmişdir ki, o, 16 noyabr 2021-ci il tarixdə Rəvanın arvadı Cəmilənin cehizlərinin götürülməsində iştirak etmişdir. Həmin gün Cəmilə anası ilə birlikdə özünə məxsus olan cehiz əşyalarını və tələbə biletini götürmüş, bu barədə tərtib olunan akta o, digər iştirakçılarla birlikdə imza etmişdir. Cehiz əşyaları götürülərkən orada qızıl-zinət əşyası görməmiş və qızılların verilməsi ilə bağlı tərtib olunan aktda heç bir məlumat qeyd edilməmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X9 ifadəsində göstərdi ki, o, 16 noyabr 2021-ci il tarixdə Rəvanın arvadı Cəmilənin özünə məxsus cehizlərinin Rəvanın yaşadığı evdən götürülməsində iştirak etmişdir. Həmin gün Cəmilə anası ilə birlikdə özünə məxsus olan cehiz əşyalarını və tələbə biletini götürmüş, bu barədə tərtib olunan akta o, orada iştirak edən digər şəxslərlə birlikdə imza etmişdir. Cehiz əşyaları götürülərkən orada qızıl-zinət əşyası görməmiş və qızılların verilməsi ilə bağlı tərtib olunan aktda heç bir məlumat qeyd edilməmişdir. Bundan başqa tərtib olunan akta Cəmilə özü, onun anası və Rəvanın anası Tərlan da imza etmişlər. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X2 ifadəsində göstərdi ki, o, cavabdehin əmisi gəlinidir. xx.xx.2021-ci il tarixdə Cəmilə cavabdehin yaşadığı evdən özünə məxsus cehiz əşyalarını aparanda orada iştirak etmiş və cehizlər aparılarkən həmin vaxt qızılları görməmişdir. Cəmilənin özünə məxsus qızılları əvvəlcədən aparmasını cavabdehin valideynlərindən eşitmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X10 ifadəsində göstərdi ki, Cavabdeh onun qaynıdır. O, Rəvanla Cəmilənin toyunda iştirak etmiş və qızılların hamısı toyda Cəmiləyə hədiyyə verilmişdir. Cəmilə cavabdehin yaşadığı evdən çıxıb gedəndə eşitdiyinə görə ayaqqabı mazından bəri və qızıllarını da özü ilə aprmışdır. Cavabdehin valideynləri tərəfindən Cəmiləyə hədiyyə verilən nişan üzüyünün qaşı düşmüş və həmin üzüyə yeni qaş qoydurmuşlar. Kürdəmir Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2(041)-687/2022 saylı qətnaməsi ilə (sədrlik edən M.Bayramov) iddia tələbi təmin edilərək Cavabdeh onun yaşadığı evdə qalması sübuta yetirilən 80 manat dəyərində 2 ədəd pastel dəsti, 120 manat dəyərində 4 ədəd dəsmallar, 100 manat dəyərində 5 ədəd balaca əl-üz dəsmalı, 35 manat dəyərində 1 ədəd qətvə, 80 manat dəyərində 1 ədəd bilinçik bişirən, 30 manat dəyərində 1 ədəd kakao üyüdən, 30 manat dəyərində 1 ədəd elektrik soğan çəkən, 30 manat dəyərində 6 ədəd çay dəsmalı, qızıl-zinət əşyaları-8400 manat dəyərində 750 əyarlı, 3,00 karat brilyant qaşlar ilə 45 qram çəkidə Qarnitur, 4000 manat dəyərində 583 əyarlı, 40,00 qram çəkidə 1 ədəd boyunbağı, 1500 manat dəyərində 583 əyarlı, 1,00 karat brilyant qaşlar ilə 6 qram çəkidə 1 ədəl klon, 2000 manat dəyərində 750 əyarlı, 1,00 krart brilyant qaşlar ilə 9 qram çəkidə 1 ədəd nişan üzüyü, 500 manat dəyərində sirkon qaşlar ilə 583 əyarlı, 5,00 qram çəkidə 1 ədəd Fantaziya üzüyü, 600 manat dəyərində sirkon qaşlar ilə 6,00 qram çəkidə 1 ədəd fantaziya üzüyü, 600 manat dəyərində 583 əyarlı, 0,20 karat brilyant qaş ilə 4,00 qram çəkidə 1 ədəd tək qaş üzüyü, 1100 manat dəyərində 900 əyarlı, 8,60 qram çəkidə 1 ədəd Onluq sikkənin özlərini, özləri olmadıqda isə onların dəyəri olan 19205 (on doqquz min iki yüz beş) manat pul alınıb İddiaçı qızına verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Kürdəmir Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2(041)-687/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı qızı ilə Cavabdeh el adəti üzrə xx.xx.2021-ci il tarixdə toy edib ailə qursalar da, nikahları xx.xx.2021-ci il tarixdə qeyd edilmişdir. İddiaçı ona öz valideynləri tərəfindən qızıl-zinyət əşyalarının verildiyini bildirsə də, məhkəməyə bununla bağlı ona nə vaxt və hansı qohumu tərəfindən hansı növ qızıl zinyət əşyasının verildiyini təsdiq edən hər hansı sənəd sübut təqdim edə bilməmişdir. Amma nədənsə birinci instansiya məhkəməsi iddiaçının mülahizələrini mötəbər sübut kimi qəbul edərək iddianı tam təmin etmişdir. Məhkəməyə iddiaçının cavabdehlə toy və nişan mərasimində çəkilmiş şəkilləri təqdim edilməsinə, həmin şəkilllərdə iddiaçının iddia etdiyi nişan üzüyünün nə çəkisi, nə də dəyəri onun iddia etdiyi rəqəmlərlə heç cür uyğun gəlmir. İddiaçı həmin nişan üzüyünün 2000 manat dəyərində 750 əyarlı, 1.00 karat brilyant ilə 9 qram çəkidə olmasını göstərsə də. iddiaçı ilə cavabdehin nişan mərasimində çəkilmiş şəkillərdən görünür ki, həmin nişan üzüyü 170 manat dəyərində olmaqla, 585 əyyarlı, 2.45 qram çəkidə olan üzükdür. Bundan əlavə iddiaçı ona ərinin valideynləri tərəfindən bağışlanmış Qarniturun 8400 manat dəyərində 750 əyarlı. 3.00 karat brilyant qaşlar ilə 45 qram çəkidə olduğunu iddia etsə də. iddiaçı ilə cavabdehin nişan mərasimində çəkilmiş şəkillərdən görünür ki, həmin qarnitur 585 əyarlı olub, cəmi 10,45 qram qızıldan ibarət olmaqla dəyəri 735 manat təşkil edir. Lakin birinci instansiya məhkəməsi bu sübutlara nədənsə heç bir qiymət vermədən iddiaçının sözləri əsasında guya ki, mütəxəssis tərəfindən zinyət əşyalarına və ya onun şəkillərinə istinad edilmədən qoyulmuş qiymətləri əsas götürməklə qanunsuz, qeyriobyektiv qətnamə qəbul etmişdir. Məhkəmə iclası zamanı dindirilmiş X4 ifadəsində göstərmişdir ki, İddiaçı ona hədiyyə kimi verilmiş qızılların qiymətləndirilməsi ilə bağlı ərizə ilə “İdeal" MMC-yə müraciət etmiş və həmin zaman ona heç bir qızıl təqdim etməmiş, yalnız dəyərləndirilməsini tələb etdiyi qızılların adı, əyarı və çəkisi barədə ərizəsində göstərmişdir. Belə olan halda onun tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinin heç biri sübut əhəmiyyəti kəsb etməməsinə baxmayaraq məhkəmə həmin mütəxəssis rəyini mötəbər sübut kimi qəbul etmişdi. Bundan əlavə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, iddiaçı iddia etdiyi qızıl zinyət əşyalarının və məişət əşyalarının cavabdehlərdə olduğunu sübut etməli olduğu halda, yalnız həmin əşyaların ər evində qayınanasına məxsus sandıqda olduğunu bildirməklə kifayətlənmişdir. Məhkəməyə təqdim olunmuş fotoşəkillərdən də görünür ki, qızıl zinyət əşyaları iddiaçının özündə olmuş və onun həmin qızıl zinyət əşyalarını da evdən heç kimin olmadığı zamanda çıxıb gedərkən aparmadığı da şübhə doğurur. Lakin iddiaçı qızılların ər evində qaldığ heç bir dəlillə sübuta yetirə bilməmişdir. Məhkəmə iddiaçının ər evini hansı şəraitdə tərk etdiyini, evdə başqa heç kimin olmadığı zaman sərbəst şəkildə evdən çıxıb getdiyini, həmin zaman ona məxsus olan istədiyi qızıl zinyət əşyasını aparmaq imkanın olduğunu da nəzərə almamışdır. Əgər iddiaçı qeyd edilən qızıl zinyət əşyalarını evdən könüllü surətdə gedərkən özü ilə aparmamışdısa, həmin əşyaların ər evində qalmasını sübut etməli idi. Lakin bununla bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməsə də, məhkəmə qızıl zinyət əşyaları ilə bağlı iddaçının iddiasını əsassız olaraq təmin etmişdir. Bundan əlavə, iddaçı İddiaçı məhkəməyə verdiyi ilkin izahatında ona nənəsi tərəfindən qızıl onluq bağışlandığını bildirsə də, daha sonra həmin qızıl onluğun anası tərəfindən nənəsinin adından ona verildiyini bildirmiş, ona qızıl onluq bağışlanmasını və həmin qızıl onluğu ər evinə gətirməsini təsdiq edə biləcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak İddiaçı qızı birinci instansiya məhkəməsində vermiş olduğu izahata oxşar olan izahat vermiş və əlavə olaraq göstərmişdir ki, iddia ərizəsində sadaladığı qızıl əşyalar ona hədiyyə kimi verilmişdir. O, əşyalarını sonradan gəlib götürüb aparmışdır. Ona verilən qızıllar briliyant qaşla olmuşdur. Bunu qaynanası çəkiliş zamanı da etiraf etmişdir. Sonradan gəlib cehiz əşyalarını aparsa da qızılları ona verilməmişdir. Hesab etmişdir ki, apellyasiya şikayəti əsassızdır. İddiaçının nümayəndəsi də oxşar izahat verərək apellyasiya şikayətini əsassız hesab etdi və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh vəkili X23 apellyasiya şikayətini müdafiə etdi və əlavə olaraq göstərdi ki, iddiaçıya Qarnitur 750 əyarlı, 3,00 karat brilyant qaşlar ilə 45 qram çəkidə 8400 manat, 1 ədəd boyunbağı 583 əyarlı, 40,00 qram çəkidə 4000 manat, Klon 583 əyarlı, 1,00 karat brilyant qaşlar ilə 6,00 qram çəkidə 1500 manat, Nişan üzüyü 750 əyarlı, 1,00 karat brilyant qaşlar ilə, 9,00 qram çəkidə 2000 manat, Fantaziya üzük sirkon qaşlar ilə 583 əyarlı, 5,00 qram çəkidə 500 manat, Fantaziya üzük sirkon qaşlar ilə 583 əyarlı, 6,00 qram çəkidə 600 manat, Tək qaş üzük, 583 əyarlı 0,20 karat brilyant qaş ilə 4,00 qram çəkidə 600 manat, Onluq sikkə, 900 əyarlı, 8,6 qram çəkidə 1100 manat dəyərində zinət əşyaları hədiyyə olaraq verilməmişdir. iddiaçıya hədiyyə edilən aşağıdakı zinət əşyaları olmuşdur ki, həmin əşyalar da iddiaçı tərəfindən evdən çıxarkən özü ilə aparmışdır. Kül şəklində 1 karat 90 sot briliant qaşlarla, 585 əyarlı, ümumi çəkisi 10,45 qram olan Qarniturun (qolbağ, sırğa və klon), 585 əyarlı, 2,45 qram çəkidə sirkon qaşlı qadın nişan üzüyü, 585 əyarlı, 2,82 qram çəkidə 1 ədəd qadın üzüyü, 585 əyarlı, 2,09 qram çəkidə qızıl zəncir, 585 əyarlı, sirkon qaşlı, 2,46 qram çəkidə 1 ədəd qadın üzüyü. Həmçinin qeyd etmişdir ki, 2 ədəd pastel dəsti-80 manat, 4 ədəd dəsmallar-120 manat, 5 ədəd balaca əlüz dəsmalı-100 manat, 1 ədəd qətvə -35 manat, 1 ədəd bilinçik bişirən-80 manat, 1 ədəd kakao üyüdən-30 manat, 1 ədəd elektrik soğan çəkən-30 manat, 6 ədəd çay dəsmalı-30 manat əşyalarının onlarda olmasını qəbul edirlər və bu əşyalar işin mübahisəsiz halıdır. Bütün bunları nəzərə alaraq apellyasiya şikayətini təmin edərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; MM-nin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinin tələbinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvadın kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətidir. 34.2.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olmasından və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 33.1-ci maddəyə əsasən ər-arvadın ümumi birgə əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36-cı maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2(041)-687/2022 saylı qətnaməsi – qızıl-zinyət əşyalarının tutulması hissəsində ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, AZ-T 029232 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X13 Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi, ev 29/2-də yaşayan X19 və ailə üzvlərinin xx.xx.2021-ci il tarixdə gəlinləri X7 evdə heç kim olmayan zaman bütün əşyalarını və hədiyyələrini yığıb evdən qaçıb getməsi barədə, həmçinin X7 qaynanası Tərlan Qəniyevanın mütəmadi olaraq onu söyüb təhqir etməsi, öldurməklə hədələməsi barədə Kürdəmir RPŞ-nə etdikləri müraciət əsasında toplanmış matarial üzrə X11 barəsində cinayət işi başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı qızına verilmiş xx.xx.2022-ci il tarixli, 847 nömrəli mütəxəssis rəyindən görünür ki, Qarnitur 750 əyarlı, 3,00 karat brilyant qaşlar ilə 45 qram çəkidə 8400 manat, 1 ədəd boyunbağı 583 əyarlı, 40,00 qram çəkidə 4000 manat, Klon 583 əyarlı, 1,00 karat brilyant qaşlar ilə 6,00 qram çəkidə 1500 manat, Nişan üzüyü 750 əyarlı, 1,00 karat brilyant qaşlar ilə, 9,00 qram çəkidə 2000 manat, Fantaziya üzük sirkon qaşlar ilə 583 əyarlı, 5,00 qram çəkidə 500 manat, Fantaziya üzük sirkon qaşlar ilə 583 əyarlı, 6,00 qram çəkidə 600 manat, Tək qaş üzük, 583 əyarlı 0,20 karat brilyant qaş ilə 4,00 qram çəkidə 600 manat, Onluq sikkə, 900 əyarlı, 8,6 qram çəkidə 1100 manat dəyərində azad bazar qiyməti ilə qiymətləndirilmişdir. Məhkəmənin sorğusuna əsasən Kürdəmir rayon polis şöbəsindən alınıb iş materiallarına əlavə edilmiş Kürdəmir rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X5 Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi, ev 29/2-də yaşayan X11 xx.xx.2021-ci il tarixdə Kürdəmir şəhər sakini X12 onu söyüb təhqir edərək öldürəcəyilə hədələməsi və yaşadığı evində ov silahının saxlamasını göstərməklə onun cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə və Kürdəmir rayon PŞ-nə etdiyi müraciət əsasında toplanmış matarial üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, X12 X1 təhqir etməsi ilə bağlı şərəf və ləyaqətinin müdafiəsi üçün xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüquqları Q.Qəniyevaya izah edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6460 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda göstərilən 6 adda qızıl-zinyət əşyalarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 10470,00 manat müyəən edilri. Digər 2 adda qızılzintə əşyası haqqında kifayət qədər məlumat (əyarı) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Qiymətləndirilən qızıl-zinyət əşyalarının ayrı ayrılıqda adları və qiymətləri tədqiqi hissəsində göstərilmişdir. Ekspertiza xərci 100 manat təşkil edir. Adı və markalanma göstəriciləri Qramı Bir Üm ədədinin umi qiyməti (qramının) qiyməti 750 əyarlı 3.00 karat brilyant qaşlar ilə 45 45 100 450 qram çəkidə qarnitur 0 583 əyarlı, 40.00 qram çəkidə 1 ədəd 40 80 320 boyunbağı 0 1.00 karat brilyant qaşları ilə 6 qram çəkidə 1 6 aydın 0 ədəd klon deyil 750 əyarlı, 1.00 karat brilyant qaşlar ilə 9 qram 9 100 900 çəkidə 1 ədəd nişan üzüyü Sirkon qaşlar ilə 583 əyarlı, 5.00 qram çəkid\ 1 5 80 400 ədəd Fantaziya üzük Sirkon qaşlar ilə 6.00 qram çəkidə 1 ədəd 6 Aydın 0 fantaziya üzük deyil 583 əyarlı, 0.2 karat brilyant qaş ilə 4.00 qram 4 80 320 çəkidə 1 ədəd tək qaş üzük 900 əyarlı, 8.60 qram çəkidə 1 ədəd onluq 1 1150 115 sikkə 0 Cəmi: 104 70.00 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/238 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, iddia ərizəsində adları sadalanan qızıl-zinyət əşyalarının nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1621.60 manat müəyyən edilir. Zərgərlik məmulatlarının üzərində olan brilyant qaşların qiymətini müəyyən etmək üçün həmin brilyant qaşlara baxış keçirmədən onların keyfiyyətini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də brilyant qaşlar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Adı və markalanma göstəriciləri Qramı Bir Üm ədədinin umi qiyməti (qramının) qiyməti Kül şəklində 1 karat 90 sot brilliant qaşlarla, 10.45 80 836 585 əyarlı, ümumi çəkisi 10.45 qram olan qarnitur (qolbağ, sırğa və klon) 585 əyarlı, 2.45 qram çəkidə sirko qaşlı qadın 2.45 80 196 nişan üzüyü 585 əyarlı, 2.82 qram çəkidə qadın üzüyü 2.82 80 225 .60 585 əyarlı, 2.09 qram çəkidə qızıl zəncir 2.09 80 167 .20 585 əyarlı, sirkon qaşlı, 2.46 qram çəkidə 2.46 80 196 qadın üzüyü .80 Cəmi 162 1.60 Apellyasiya şikayətlərinin dəlillərinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qismən əsaslı olduğundan apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iddiaçı məhkəmə kollegiyasının iclasında 583 əyarlı, 40.00 qram çəkidə 1 ədəd boyunbağı, 1.00 karat brilyant qaşları ilə 6 qram çəkidə, 1 ədəd klon Sirkon qaşlar ilə 583 əyarlı, 5.00 qram çəkidə 1 ədəd Fantaziya üzük, Sirkon qaşlar ilə 6.00 qram çəkidə 1 ədəd fantaziya üzük, 900 əyarlı, 8.60 qram çəkidə 1 ədəd onluq sikkədən ibarət zinət əşyaları ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Yəni, iddiaçı məhkəmə iclasında dəyəri 4500 manat olan 750 əyarlı, 3.00 karat brilyant qaşlar ilə 45 qram çəkidə qarnitur, 900 manat 750 əyarlı, 1.00 karat brilyant qaşlar ilə 9 qram çəkidə 1 ədəd nişan üzüyü, 320 manat dəyərində 583 əyarlı, 0.2 karat brilyant qaş ilə 4.00 qram çəkidə 1 ədəd tək qaş üzükdən ibarət əşyaları ya fotaşəkillər ya da nişan və toy disklərində göstərə bilsə də 583 əyarlı, 40.00 qram çəkidə 1 ədəd boyunbağı, 1.00 karat brilyant qaşları ilə 6 qram çəkidə, 1 ədəd klon Sirkon qaşlar ilə 583 əyarlı, 5.00 qram çəkidə 1 ədəd Fantaziya üzük, Sirkon qaşlar ilə 6.00 qram çəkidə 1 ədəd fantaziya üzük, 900 əyarlı, 8.60 qram çəkidə 1 ədəd onluq sikkədən ibarət zinət əşyalarının mövcudluğunu təsdiq edilməsi nə şəkillərdə nə də nişan-toy diskində göstərə bilməmişdir. Halbuki, iddiaçı qeyd edilən əşyaların ona hədiyyə edilməsini və həmin əşyaların cavabdehdə qalmasını sübut etməyə borcludur. Cavabdeh isə məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, iddiaçıya toy zamanı zinət əşyaları hədiyyə kimi verilmişdir. Lakin həmin əşyalar iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarından ibarət olmamışdır. İddiaçı qızılların həm əyyarını həm də sayını düzgün göstərməmişdir. Toy zamanı iddiaçıya Kül şəklində 1 karat 90 sot briliant qaşlarla, 585 əyarlı, ümumi çəkisi 10,45 qram olan Qarniturun (qolbağ, sırğa və klon), 585 əyarlı, 2,45 qram çəkidə sirkon qaşlı qadın nişan üzüyü, 585 əyarlı, 2,82 qram çəkidə 1 ədəd qadın üzüyü, 585 əyarlı, 2,09 qram çəkidə qızıl zəncir, 585 əyarlı, sirkon qaşlı, 2,46 qram çəkidə 1 ədəd qadın üzüklərindən ibarət əşyalar hədiyyə edilmiş, lakin iddiaçı evdən gedərkən həmin əşyaları özü ilə aparmışdır. Məhkəmə cavabdehin gətirmiş olduğu arqumentlərlə razılaşmamışdır. Çünki, iddiaçı sonradan gəlib cehiz əşyalarını siyahıya alaraq aparan zaman ona hər hansı qızıl əşyalarının geri qaytarılması öz əksini tapmamışdır. Belə ki, əşyaların aparılması zamanı tərtib edilmiş siyahıda “Qızıllar” bölməsi öz əksini tapsa da həmin siyahıda iddiaçıya hər hansı qızıl əşyalarının geri qaytarılması görünmür. Bu halı iş üzrə şahidlər də təsdiq etmişlər. Bundan başqa kollegiya cavabdehin hədiyyə edilən zinət əşyalarının hamısının serkon qaşdan ibarət olması fikrinə də tənqidi yanaşır. Belə ki, nişan diskinə baxış zamanı iddiaçının qaynanası təqdim edilən qızıl əşyalarının briliyant qaşla olmasını bildirir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2(041)- 687/2022 saylı qətnaməsi – qızıl-zinyət əşyalarının tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin olunmalı, dəyəri 4500 manat olan 750 əyarlı, 3.00 karat brilyant qaşlar ilə 45 qram çəkidə qarnitur, 900 manat 750 əyarlı, 1.00 karat brilyant qaşlar ilə 9 qram çəkidə 1 ədəd nişan üzüyü, 320 manat dəyərində 583 əyarlı, 0.2 karat brilyant qaş ilə 4.00 qram çəkidə 1 ədəd tək qaş üzükdən ibarət əşyalar, olmadıqda isə həmin əşyaların dəyəri Cavabdeh alınaraq İddiaçı qızına verilməli, iddia qızıl-zinyət əşyalarına aid qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2(041)-687/2022 saylı qətnaməsi – qızıl-zinyət əşyalarının tutulması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Dəyəri 4500 manat olan 750 əyarlı, 3.00 karat brilyant qaşlar ilə 45 qram çəkidə qarnitur, 900 manat 750 əyarlı, 1.00 karat brilyant qaşlar ilə 9 qram çəkidə 1 ədəd nişan üzüyü, 320 manat dəyərində 583 əyarlı, 0.2 karat brilyant qaş ilə 4.00 qram çəkidə 1 ədəd tək qaş üzükdən ibarət əşyalar, olmadıqda isə həmin əşyaların dəyəri Cavabdeh alınaraq İddiaçı qızına verilsin. İddia qızıl-zinyət əşyalarına aid qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Kasasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar