Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-80/2025 03.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X2 ibarət məhkəmə tərkibində, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, Suidimzadə (Miriyeva) Miranə qızının iştirakı ilə, İddiaçı Suidimzadə (Miriyeva) Miranə Ağayar qızının Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(049)- 694/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus əmlakların - 3400 manat dəyərində yataq mebeli (taxt), termo, 2 tumba, paltar dolabı (şifoner), 500 manat dəyərində uşaq mebeli (beşik kamot) 50 manat dəyərində uşaq beşik tül oyuncaq, ümumilikdə 100 manat dəyərində uşaq beşik matras yorğanı yastıq dəsti, 50 manat dəyərində uşaq çarşaf dəsti, 15 manat dəyərində uşaq südəmər yastığı, 200 manat dəyərində 2 nəfərlik döşək yorğan və 2 yastıq dəsti, 50 manat dəyərində türkiyə istehsalı 2 yastıq, 250 manat dəyərində 2 yastıq üzü ilə birlikdə örtük dəsti, 60 manat dəyərində yun adyal, 40 manat dəyərində yaşıl rəngli adyal, 30 manat dəyərində sarı rəngli adyal, 40 manat dəyərində 2 nəfərlik yay yorğanı, 80 manat dəyərində 2 ədəd tək nəfərlik yay yorğanı, 100 manat dəyərində 2 nəfərlik yorğan, 80 manat dəyərində 2 ədəd tək nəfərlik yorğan, 450 manat dəyərində 2 ədəd çilçıraq, 250 manat dəyərində 3 ədəd xalça, 250 manat dəyərində günlük pərdə tül, 200 manat dəyərində 5 ədəd hamam dəsmalı, 540 manat dəyərində 4 ədəd süfrə, 20 manat dəyərində kiçik masa süfrəsi, 450 manat dəyərində 4 ədəd kiçik ölçülü adyal, 400 manat dəyərində 12 ədəd əl-üz dəsmalı, 200 manat dəyərində çay dəsmalı dəsti, 150 manat dəyərində 18 ədəd çay dəsmalı, 5 manat dəyərində paltar asmaq üçün asılqan (şpilka), 20 manat dəyərində 1 ədəd paltar səbəti, 120 manat dəyərində ütü masası, 50 manat dəyərində güzgü, 50 manat dəyərində 1 ədəd uşaq vanna dəsti, 850 manat dəyərində soyuducu, 800 manat dəyərində “Vestel” markalı televizor, 200 manat dəyərində “Samsung” markalı tozsoran, 200 manat dəyərində ətçəkən 50 manat dəyərində blender, 50 manat dəyərində ütü, 50 manat dəyərində “Fakir” markalı elektrik çayniki, 760 manat dəyərində qazan dəsti, 500 manat dəyərində yemək dəsti (boşqab dəsti 12 nəfərlik +çay dəsti +kofe dəsti +servis boşqab dəsti 6 nəfərlik+6 nəfərlik çay dəsti), 400 manat dəyərində “Versace” boşqab dəsti, 150 manat dəyərində məcməi dəsti, 30 manat dəyərində 2 ədəd məcməi, 30 manat dəyərində bıçaq dəsti, 25 manat dəyərində qozqıran dəsti, 20 manat dəyərində 2 ədəd şirniyat saxlama qabı, 10 manat dəyərində 2 ədəd oxlov, 15 manat dəyərində balon açan, 20 manat dəyərində böyük çörək qabı, 20 manat dəyərində 2 ədəd kiçik çörək qabı, 15 manat dəyərində 2 ədəd aşsüzən, 15 manat dəyərində yağ qabı, 30 manat dəyərində ədviyyat qabı dəsti, 6 manat dəyərində ələk, 20 manat dəyərində plastmas ərzaq qabları, 90 manat dəyərində böyük ölçülü alüminium qab, 70 manat dəyərində 2 tərəfli qazan, 40 manat dəyərində şərab stəkanı (bokallar), 40 manat dəyərində kiçik ölçülü stəkan (rumkalar), 15 manat dəyərində 6 nəfərlik qaşıq dəsti, 50 manat dəyərində qaşıq dəsti (çamadan), 20 manat dəyərində 2 ədəd salat qabı, 35 manat dəyərində 3-lü dəst salat qabı, 5 manat dəyərində tualet fırçası, 20 manat dəyərində iri ölçülü meyvə qabı, 35 manat dəyərində 2 ədəd meyvə qabı, 100 manat dəyərində böyük ölçülü 2 ədəd meyvə qabı, 60 manat dəyərində 4 ədəd iri qənd qabı, 20 manat dəyərində kiçik ölçülü 2 ədəd qənd qabı, 30 manat dəyərində şirniyyat qabı, 80 manat dəyərində 5 gözlü ləpə qabı, 6 manat dəyərində 2 ədəd ləpə qabı, 30 manat dəyərində çərəz qab rəngli, 15 manat dəyərində göyərti doğrayan taxta, 10 manat dəyərində doğrayıdıcı (Tyorka), 50 manat dəyərində çaynik dəsti (qızılı dəm çayniki), 40 manat dəyərində 6 nəfərlik stəkan dəsti, cəmi 13262 manat dəyərində cehiz əmlaklar, habelə 1800 manat dəyərində 585 əyarlı, 1 qram çəkidə türkiyə istehsalı olan pandora qızıl-zinət dəsti, 1500 manat dəyərində 999 əyarlı, 16 qram çəkidə qolbaq (ərəbistan istehsalı), 700 manat dəyərində 750 əyarlı 6 qram çəkidə olan İtaliya istehsalı nişan üzüyü, 2000 manat dəyərində 750 əyarlı, 18 qram çəkidə İtaliya istehsalı olan qızıl-zinət dəsti, cəmi 6000 manat dəyərində qızıl-zinət əşyalarının naturada, naturada olmadığı halda onların 19262 manat məbləğində dəyərinin cavabdehdən alınıb ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun əridir. Onunla xx.xx.2019-cu ildə rəsmi nikaha daxil olmuşlar və birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X4 doğulmuşdur. Cavabdeh Bakı şəhərində Müdafiə Nazirliyinin fəxri qarovulunda işlədiyinə görə ailə qurduqdan sonra onlar ilkin olaraq Yasamal rayonunda 1 otaqlı evə kirayəyə yaşamışlar. Daha sonra öz anası ilə qaynanası birləşib onlara ev almışlar. Kirayədə yaşadıqları 1 il müddət ərzindəki vaxtda onun cehizlərinin bir qismi öz anasının evində qalmışdır. Gündəlik lazım olan ev əşyalarını götürsə də, qalan cehizlər anasının evində saxlamışdır. Bir ildən sonra onlar Xırdalan şəhəri Heydər Əliyev prospekti "xxxx" MTK binası 1-ci blok 12-ci mərtəbə 101-ci otağı ipoteka krediti ilə almışlar. Həmin ödənişin yarısını onun anası vermişdir. Sonra o yuxarıda qeyd olunan bütün cehiz əmlaklarını yeni aldıqları - Xırdalan şəhəri Heydər Əliyev prospekti "xxxx" MTK binası 1-ci blok 12-ci mərtəbə 101-ci mənzilə gətirmişdir. Anası mebel almaq üçün qaynanasına 3500 manat pul vermişdir. Atası vəfat emiş, anası tək ailə başçısıdır, bu səbəbdən atasının və anasının qohumları cehizləri almış və onlara vermişlər. 2022-ci ilin oktyabr ayınadək həmin evdə yaşamış, lakin sonuncu dəfə əri Cavabdeh tərəfindən döyüldüyündən övladını da götürərək həmin evi tərk etmiş, özü ilə heç nə aparmamışdır. Aldığı cehiz əmlakları da hazırda cavabdehin yaşadığı evdədir. Qızıl-zinət əşyaları isə nişan və toy mərasimlərində ona hədiyyə edilmişdir. Qızıl qolbağı ona qaynanası hədiyyə vermişdir. Qızıllar onun yataq otağında şkafda olmuş və orada saxlamışdır. Qaynanası da lazım olan həmin qızıllardan alıb istifadə edir, sonra onun özünə qaytarırdı, yəni evdən çıxanadək ona hədiyyə olaraq alınmış bütün qızıl-zinət əşyaları onun özündə olmuş, lakin əri tərəfindən döyüldüyü üçün sadəcə olaraq canını qutarıb evdən çıxmış, qızıl-zinət əşyalarını apara bilməmişdir. Cehiz əmlaklarının bir hissəsini ata nənəsi, bir hissəsini bibisi, digər hissəsini isə anası almışdır. İŞİNHALLARİ: İşdə olan fotoşəkillərdən görünür ki, İddiaçı nişan və toy mərasimlərində onun üzərində qızıl qızıl-zinət əşyaları vardır. Məhkəmə iclasında həmin fotşəkillərə Cavabdeh iştirakı baxış keçirilmiş, baxış zamanı Cavabdeh İddiaçı hədiyyə olunan qızıl-zinət əşyalarının fotoşəkillərdə olan əşyalar olduğunu təsdiq etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, iddiaçının anasıdır. İddiaçı toy mərasimi zamanı Cavabdeh ailəsi tərəfindən Miranəyə qızıl nişan üzüyü, bilərzik, boyunbağı və digər əşyalar hədiyyə olunmuşdur. Qızıl qolbaq nişan mərasimi zamanı Cavabdeh bacısı tərəfindən Miranəyə hədiyyə olunmuşdur. Qızıl-zinət əşyaları evli olduğu zaman Miranənin özündə olmuşdur. Lakin 2022-ci ilin oktyabr ayında (dəqiq tarixi yadında deyil) ata evinə qayıdanda Miranənin üzərində heç nə olmamışdır. Miranə evə gələndə Vidadi tərəfindən döyüldüyünü, buna görə də, canını qutarıb, uşaqlarını da götürüb gəldiyini bildirmişdir. Ancaq telefonu üzərində idi. Özü ilə başqa əşya gətirməmişdi. Çünki evə gələrkən Miranənin Vidadidən ayrılmaq fikri yox idi. Miranə ailə quranda Vidadinin Bakı şəhərində evi yox idi. Buna görə də, Miranə kirayə qaldıqları evə gəlin köçdü. Miranəyə cehiz əşyalarını sonralar Xırdalan şəhərində ev aldıqdan sonra vermişdir. Mebellərini də özü almış, bəzi avadanlıqları isə Miranənin ata nənəsi, bibisi alıb vermişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Miranə onun qardaşı qızıdır. Miranə ilə Vidadinin toyları ilini xatırlamasa da, yay aylarında olmuşdur. Miranənin toyunda və nişan mərasimində iştirak etmiş, ona qızıl-zinət əşyalarının hədiyyə olunmasını şəxsən görmüşdür. Miranəyə qızıl nişan üzüyü, pandora qızıl dəsti, qızıl qolbaq və komplekt qızıl dəst hədiyyə edilmişdir. Miranə ailə qurandan sonra Vidadi ilə birlikdə Bakı şəhəri Yasamal rayonunda bir ilə yaxın kirayədə yaşadılar. Kirayədə yaşadığı zaman həmin evə az sayda cehiz apardı. Lakin Xırdalan şəhərinə öz evlərinə köçdükdən sonra bütün cehiz əşyalarını ora apardı. Onun cehiz əmlaklarının alınmasında da şəxsən iştirak etmişdir. Nişan mərasimi zamanı hədiyyə olaraq ona “Samsung” markalı tozsoran almışdır. Anası, yəni Miranənin nənəsi paltaryuyan maşını və bütün digər elektrik avadanlıqlarını da almışdır. Bəzi əşyaları isə İranın Ərdəbil şəhərindən alınmış və cehiz kimi Miranəyə verilmişdir. Cehiz əşyaları yük taksisi ilə Miranənin Xırdalanda yaşadığı evinə aparılmışdır. Miranə sonuncu dəfə 2022-ci ilin oktyabr ayında gəlmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 izahat verərək bildirib ki, Miranə onun bacısı qızıdır. 2019- cu ilin iyul ayında onunla Vidadinin toyu olmuşdur. Nişan və toy mərasimlərində ona Vidadi və onun qohumları tərəfindən nişan üzüyü, pandora qızıl dəsti, qızıl qolbaq və komplekt qızıl dəst hədiyyə edilmişdir. Miranə ailə qurduqdan sonra 1 il kirayədə yaşamış, sonra isə Xırdalan şəhərində yerləşən evə köçmüşlər. Bu zaman bütün cehiz əşlarını da o evə aparmışdır. Tozsoranı bibisi hədiyyə etmiş, elektrik ət çəkən maşını isə o hədiyyə etmişdir. Vidadinin Miranə tərəfindən heç bir cehiz əşya aparmaması ilə bağlı bildirdikləri ilə razılaşa bilməz. Çünki Lənkəranda bir adət vardır ki, burada yaşayan ən kasıb insan belə qızı ailə qurarkən nəşğ və ya nisyə çəklində almaqla öz qızına cehiz əmlak hədiyyə edir. Miranə 2022-ci ilin oktyabr ayının axırında Vidadidən ayrılıb Lənkərana gəldi, gələndə üzərində yalnız ev paltarı var idi. Vidadinin onu döydüyünü bildirdi. Lənkəran Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(049)-694/2023 nömrəli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia təmin edilmiş, İddiaçı məxsus yataq mebeli (taxt), termo, 2 tumba, şifoner, uşaq mebeli (beşik kamot), uşaq beşik tül oyuncaq, uşaq beşik matras yorğanı yastıq dəsti, uşaq çarşaf dəsti, uşaq südəmər yastığı, 2 nəfərlik döşək yorğan və 2 yastıq dəsti, türkiyə istehsalı 2 yastıq, 2 yastıq üzü ilə birlikdə pakrval dəsti, yun adyal, yaşıl rəngli adyal, sarı rəngli adyal, 2 nəfərlik yay yorğanı, 2 ədəd tək nəfərlik yay yorğanı, 2 nəfərlik yorğan, 2 ədəd tək nəfərlik yorğan, 2 ədəd çılçıraq (lüstur), 3 ədəd xalça, günlük-pərdə tül, 5 ədəd hamam dəsmalı, 4 ədəd süfrə, kiçik masa (jurnalni) süfrəsi, 4 ədəd kiçik ölçülü adyal, 12 ədəd əl üz dəsmalı, çay dəsmalı dəsti, 18 ədəd çay dəsmalı, paltar asmaq üçün ipəzor (şpilka), 1 ədəd paltar səbəti, ütü masası, güzgü, 1 ədəd uşaq vanna dəsti, soyuducu, Vestel markalı televizor, Samsung markalı tozsoran, ətçəkən, dəyərində blender, ütü, Fakir markalı elektrik çayniki, qazan dəsti, yemək dəsti (boşqab dəsti 12 nəfərlik +çay dəsti +kofe dəsti +servis boşqab dəsti 6 nəfərlik+6 nəfərlik çay dəsti), Versace boşqab dəsti, padnos dəsti, 2 ədəd padnos, bıçaq dəsti, qozqıran dəsti, 2 ədəd şirniyat saxlama qabı, 2 ədəd oxlov, balon açan, böyük çörək qabı, 2 ədəd kiçik çörək qabı, 2 ədəd aşsüzən, yağ qabı, ədviyyat qabı dəsti, ələləyi, plasmas ərzaq qabları, böyük ölçülü aliminium qab, 2 tərəfli qazan, şərab stəkanı (bokallar), kiçik ölçülü stəkan(rumkalar), 6 nəfərlik qaşıq dəsti, qaşıq dəsti (çamadan), 2 ədəd salat qabı, 3-lü dəst salat qabı, tualet fırçası, iri ölçülü meyvə qabı, 2 ədəd meyvə qabı, böyük ölçülü 2 ədəd meyvə qabı, 4 ədəd iri qənd qabı, kiçik ölçülü 2 ədəd qənd qabı, şirniyyat qabı, 5 gözlü ləpə qabı, 2 ədəd ləpəqabı, çərəz qab rəngli, göyərti doğrayan taxta, doğrayıdıcı (tyorka), çaynik dəsti(dəm çayniki çaynik qızılı), 6 nəfərlik stəkan dəsti, 585 əyalı, 1 qram çəkidə türkiyə istehsalı olan pandora qızıl-zinət dəsti, 999 əyarlı, 16 qram çəkidə qolbaq (ərəbistan istehsalı), 750 əyarlı 6 qram çəkidə olan İtalya istehsalı nişan üzüyü, 750 əyarlı, 18 qram çəkidə İtalya istehsalı olan qızıl-zinət dəsti, həmin əmlaklardan hər hansı biri olmadıqda isə əmlakı dəyərinin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin qismən təmin edilərək apellyasiya şikayətində göstərdiyi cehiz əmlakların evdə olan hissəsinə münasibətdə təmin, digər hissələrin və eləcə də, qızıl-zinət əşyalarına münasibətdə rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmə tərəfindən işin faktiki halları tam araşdırılmamış, MPM-in tələbləri pozulmuşdur. İddiaçının yaxın qohumları olan anası, xalası və bibisinin ziddiyyətli, heç bir sübuta söykənməyən ifadələri sübut kimi qəbul edilmiş, ona isə şahid gətirməyə imkan yaradılmamışdır. Məhkəmə işi tam və hərtərəfli araşdırmadan, ekspertiza təyin etmədən yekun nəticəyə gəlmişdir ki, bu da onun hüquqlarının pozulması ilə nəticələnmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məişət əşyalarının dəyərini müəyyən edən qiymətləndirmə hesabatına görə qiymətləndirilməyə təqdim olunan əşyaların qiymətləndirilməsi iş materiallarında mövcud olan ərizəyə əlavə olunmuş siyahı və təqdim olunmuş fotoşəkillər üzrə nəzəri olaraq aparılmışdır. Bütün göstərilənlər nəzərə alınmaqla, apardığı təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, qiymətləndirilən əşyaların dəyəri cəmi 14035 manat məbləğ təşkil edir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 sentyabr 2023-cü il tarixli 2(106)-1224/2023 nömrəli qətnaməsi ilə (hakimlər İ.Q.Əsədov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və T.X.Heydərov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli e2(049)-694/2023 saylı qətnaməsi dəyişdirilmiş, iddia təmin edilərək İddiaçı məxsus - dəyəri 3400 olan 1 dəst yataq mebeli (taxt), termo, 2 tumba, sifoner, dəyəri 500 manat olan uşaq mebeli (besik kamot), dəyəri 48 manat olan uşaq besik tül oyuncaq, dəyəri 100 manat olan uşaq beşik matras yorğanı yastıq dəsti, dəyəri 50 manat olan uşaq carşaf dəsti, dəyəri 15 manat olan uşaq südəmər yastığı, dəyəri 200 manat olan 2 nəfərlik döşək yorğan -2 yastıq dəsti, dəyəri 50 manat olan yastıq türkiyə, dəyəri 250 manat olan pakrval dəsti +2 yastıq üzlü, dəyəri 58 manat olan 1 ədəd yun ədyal, dəyəri 40 manat olan 1 ədəd yaşıl ədyal, dəyəri 30 manat olan 1 ədəd sarı ədyal, dəyəri 40 manat olan 1 ədəd 2 nəfərlik yay yorğanı, dəyəri 80 manat olan 2 ədəd tək nəfərlik yay yorğanı, dəyəri 100 manat olan 2 nəfərlik yorğan, dəyəri 80 manat olan 2 ədəd tək nəfərlik yorğan, dəyəri 250+200=450 manat olan 2 ədəd çil-çıraq, dəyəri 300+200+250=750 manat olan 3 ədəd xalça, dəyəri 250 manat olan pərdə tül günlük, dəyəri 200 manat olan 5 ədəd hamam dəsmalı, dəyəri 300+100+80+60=540 manat olan 4 süfrə, dəyəri 20 manat olan 1 ədəd jurnal masası üçün süfrə, dəyəri, 150+100+80+120=450 manat olan 4 ədəd kiçik ölçülü ədyal, dəyəri 400 manat olan 12 ədəd əl üz dəsmalı, dəyəri 200 manat olan çay dəsmalı dəsti, dəyəri 144 manat olan 18 ədəd çay dəsmalı, dəyəri 5 manat olan şpilka, dəyəri 20 manat paltar səbəti, dəyəri 120 manat olan ütü masası, dəyəri 50 manat olan güzgü, dəyəri 50 manat uşaq vanna dəsti (1 ədəd vanna, verdə, quruşka, qarşok), dəyəri 830 manat olan soyuducu, dəyəri 800 manat olan “Vestel” markalı televizor, dəyəri 200 manat olan “Samsung” markalı tozsoran, dəyəri 200 manat olan ətçəkən, dəyəri 50 manat olan blender, dəyəri 50 manat ütü, dəyəri 50 manat olan “Fakir” markalı tefal çaynik, dəyəri 760 manat olan qazan dəsti, dəyəri 500 manat olan servis boşqab dəsti 12 nəfərlik-çay dəsti, kofe dəsti, servis boşqab dəsti 6 nəfərlik+6 nəfərlik çay dəsti, dəyəri 380 manat olan “Versaje” dəsti, dəyəri 150 manat olan padnos dəsti, dəyəri 30 manat olan 2 ədəd padnos, dəyəri 30 manat olan bıçaq dəsti, dəyəri 25 manat olan qozqıran dəsti, dəyəri 20 manat olan 2 ədəd şirniyyat saxlama qabı, dəyəri 10 manat olan 2 ədəd oxlov, dəyəri 15 manat olan balon açan, dəyəri 20 manat olan böyük çörək qabı, dəyəri 20 manat olan 2 ədəd kiçik ölçülü çörəkqabı, dəyəri 15 manat olan 2 ədəd aşsüzən, dəyəri 15 manat olan yağ qabı, dəyəri 30 manat olan ədviyyat qabı dəsti, dəyəri 6 manat olan əl ələyi, dəyəri 20 manat olan plastmas ərzaq qabları, dəyəri 90 manat olan böyük ölçülü aliminium qab, dəyəri 70 manat olan 2 tərəfli qazan, dəyəri 40 manat olan bakallar, dəyəri 40 manat olan rumkalar, dəyəri 13 manat olan 6 nəfərlik qaşıq dəsti, dəyəri 50 manat olan qaşıq çamadan, dəyəri 20 manat olan 2 ədəd salat qabı, dəyəri 35 manat olan 3-lü dəst salat qabı, dəyəri 4 manat olan tualet fırçası, dəyəri 20 manat olan iri meyvə qabı, dəyəri 35 manat olan 2 ədəd meyvə qabı, dəyəri 100 manat olan 2 ədəd böyük ölçülü meyvə qabı, dəyəri 60 manat olan 4 ədəd iri qənd qabı, dəyəri 20 manat olan 2 ədəd kiçik qəndqabı, dəyəri 30 manat olan şirniyyat qabı, dəyəri 80 mant olan 5 gözlü ləpə qabı, dəyəri 6 manat olan 2 ədəd ləpə qabı, dəyəri 30 manat olan rəngli çərəz qabı, dəyəri 15 manat olan taxta, dəyəri 8 manat olan tyorka, dəyəri 50 manat olan qızılı çaynik dəsti, dəyəri 40 manat olan 6 nəfərlik çay dəsti, 585 əyarlı, 16 qram çəkidə pandora qızıl-zinət dəsti – dəyəri 1600 manat, 916 əyarlı, 16 qram çəkidə qolbaq (ərəbistan istehsalı) – dəyəri 2400 manat, 750 əyarlı 6 qram çəkidə olan İtalya istehsalı nişan üzüyü -dəyəri 1000 manat, 750 əyarlı, 18 qram çəkidə İtalya istehsalı olan qızıl-zinət dəsti – dəyəri 2340 manat, həmin əmlaklardan hər hansı biri olmadıqda isə əmlakın dəyəri Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh (vəkil Cavabdeh) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbini etiraf etdiyi hissədə qismən təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-255/2024 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1224/2023 nömrəli iş üzrə 08 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərarda göstərilmişdir ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 13262 manat dəyərində cehiz əmlak, 6000 manat dəyərində qızıl-zinət əşyalarını naturada, həmin əmlaklar naturada mövcud olmadığı halda onların 19262 manat məbləğində dəyərinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə birinci instansiyada baxan məhkəmə əmlakın natura şəklində alınmasını qət etsə də, alınmalı əmlakın dəyərini müəyyən edib nəticə hissəsində göstərməmiş, qətnamə icra olunan vaxt əmlaklar naturada mövcud olmadığı təqdirdə dəyərinin alınmalı olmasını müəyyən etməmiş, MPM-in 222.1-ci maddəsinin tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi bu pozuntunu aradan qaldırmış, lakin eyni zamanda başqa bir prosessual qanun pzuntusuna yol vermişdir. Belə ki, iddiaçı cehiz əmlakların dəyəri kimi 13262 manat, qızıl-zinət əşyalarının dəyəri kimi 6000 manat tələb etməsinə baxmayaraq, apellyasiya məhkəməsi müstəsna hallar olmadığı halda iddia tələblərindən kənara çıxaraq cehiz əmlakların dəyəri kimi 14245 manat, qızıl-zinət əşyalarının dəyəri kimi isə 7340 manat, cəmi 21585 manat alınmasını qət etmiş, bununla da MPM-in 218.3-ci maddəsinin tələblərini pozmuşdur. Habelə apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi qənaətinə gəlməsinə baxmayaraq, yenidən iddianın təmin olunmasını qət etmiş, bu baxımdan qətnamənin nəticə hissəsi ziddiyyətli olmuşdur. Apellyasiya məhkəməsi tərəfindən iddianın təmin olunması üçün birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli idi. Birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş iddianın yenidən təmin olunması məntiqsiz olmaqla prosessual qanunvericiliyin normalarına uyğun hesab edilə bilməz. İşin yuxarıda şərh olunan hallarına və sadalanan qanunvericilik aktlarına əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş göstərilən qanun pozuntuları düzgün olmayan qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulmasıdır. Ona görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. İddiaçı Suidimzadə (Miriyeva) Miranə Ağayar qızı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ekspertin rəyi ilə razı deyil. O, cehiz və qızıl-zinət əşyalarının geri qaytarılmasını istəyir. Ərəb qolbağı onundur və toydan 15 gün əvvəl təxminən 1600 manat məbləğə keçmiş əri onun üçün Bakı şəhərində yerləşən “Laçın Ticarət Mərkəzi”ndən almışdır. Toyda pandora üzərində olmamışdır. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq özü (və ya səlahiyyətli nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri ilə bağlı məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı və Lənkəran Rayon Məhkəməsinin 26 aprel 2023-cü tarixli 2(049)-694/2023 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya qeyd edir ki, MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olməyaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər xx.xx.2019-cu il faktiki nikaha daxil olmuş, tərəflərin toy və nişan mərasimlərində iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Ailə qurduqdan sonra iddiaçı və cavabdeh 1 il müddətinə Bakı şəhərində kirayədə yaşamış, daha sonra Xırdalan şəhəri Heydər Əliyev pr. Nuray MTK binası 1-ci blok 12-ci mərtəbə ev 101 ünvanına köçmüşlər. İddiaçıya ailə qurarkən iddia ərizəsində qeyd olunan cehiz əşyalar hədiyyə olunmuş, tərəflər Xırdalan şəhəri Heydər Əliyev pr. Nuray MTK binası 1-ci blok, 12-ci mərtəbə 101 saylı mənzilə köçdükdən sonra cehiz əşyaları həmin evə aparılmışdır. İddiaçı 2022-ci ilin oktyabr ayında atasının evinə qayıtmış və bir daha Xırdalan şəhərində yerləşən həmin evə qayıtmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ-İV hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. MM-in 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (AM) 31.1 və 31.2-ci maddələrinə görə ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. AM-in 32-ci maddəsinin tələbinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olməyaraq, nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. AM-in 34-cü maddəsinin tələbinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin olunmuş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-9/7735/2025 saylı rəyi Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Ekspert baxışına təqdim edilmiş dörd adda malların istifadə olunması nəzərə alınmaqla hazırkı orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 860 manat, təqdim edilməmiş 4 adda qızıl-zinət əşyalarının isə 5434 manat müəyyən olunur. Qərardadda və iş materialında qeyd edilən digər mallar ekspert baxışına təqdim edilmədiyindən, onların markası, modeli, ölçüləri, istehsal yeri, materialı və s. barədə məlumat olmadığından həmin mallar üzrə tədqiqat aparılmamışdır. Kollegiya yuxarıda qeyd edilənlərə əsasən müəyyən etmişdir ki, iddiaçı öz tələbində cehiz əşyaların dəyərini cəmi 13262 manat dəyərində qiymətləndirmişdir. Ancaq ekspert baxışına təqdim edilmiş dörd adda malların istifadə olunması nəzərə alınmaqla hazırkı orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 860 manat məbləğ təşkil edir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, adıçəkilən əşyaların tələbdə nəzərdə tutulmuş ümumi dəyəri 3400 manat deyil, əslində 860 manat məbləğdir. Bu baxımdan, cehiz əşyaların real dəyəri 10722 manat (13262-2540(3400- 860=2540)=10722) müəyyən edilir. Qızıl-zinət əşyalarının dəyərinə gəldikdə, bu MPM-in 218-ci və 372-ci maddələrinin, habelə dispozitivik prinsipinin tələbləri nəzərə alınmaqla ekspert rəyi ilə müəyyən edilmiş qaydada həll olunmalıdır. Belə ki, tələb edilən qızıl-zinət əşyalarından ilk olaraq tələb olunan 1800 manat dəyərində 585 əyarlı 16 qram çəkidə türkiyə istehsalı olan pandora qızıl-zinət dəsti rəylə 1440 manat, 1500 manat dəyərində 999 əyarlı 16 qram çəkidə qolbaq (ərəbistan istehsalı) rəylə 2464 manat, 700 manat dəyərində 750 əyarlı 6 qram çəkidə olan İtaliya istehsalı nişan üzüyü rəylə 720 manat, 2000 manat dəyərində 750 əyarlı 18 qram çəkidə İtaliya istehsalı olan qızıl-zinət dəsti rəylə 2160 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə tərkibi yuxarıda qeyd edilən normaların tələbləri nəzərə alınmaqla dəyərləndirmə apararaq hesab edir ki, adıçəkilən əşyaların tələbdə nəzərdə tutulmuş ümumi dəyəri 6000 manat deyil, real olaraq 5640 manat təşkil edir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Göründüyü kimi, məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və eyni zamanda məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. Hətta mülki prosessual qanunvericilikdə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müvafiq məhkəmə aktlarının (qətnamə və qərardadın) ləğv edilməsi üçün əsas kimi nəzərdə tutulmuşdur. Belə ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilməmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 26 aprel 2023-cü tarixli 2(049)-694/2023 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, Cavabdeh ona məxsus əmlakların - 860 manat dəyərində yataq mebeli (taxt), termo, 2 tumba, paltar dolabı (şifoner), 500 manat dəyərində uşaq mebeli (beşik kamot) 50 manat dəyərində uşaq beşik tül oyuncaq, ümumilikdə 100 manat dəyərində uşaq beşik matras yorğanı yastıq dəsti, 50 manat dəyərində uşaq çarşaf dəsti, 15 manat dəyərində uşaq südəmər yastığı, 200 manat dəyərində 2 nəfərlik döşək yorğan və 2 yastıq dəsti, 50 manat dəyərində türkiyə istehsalı 2 yastıq, 250 manat dəyərində 2 yastıq üzü ilə birlikdə örtük dəsti, 60 manat dəyərində yun adyal, 40 manat dəyərində yaşıl rəngli adyal, 30 manat dəyərində sarı rəngli adyal, 40 manat dəyərində 2 nəfərlik yay yorğanı, 80 manat dəyərində 2 ədəd tək nəfərlik yay yorğanı, 100 manat dəyərində 2 nəfərlik yorğan, 80 manat dəyərində 2 ədəd tək nəfərlik yorğan, 450 manat dəyərində 2 ədəd çilçıraq, 250 manat dəyərində 3 ədəd xalça, 250 manat dəyərində günlük pərdə tül, 200 manat dəyərində 5 ədəd hamam dəsmalı, 540 manat dəyərində 4 ədəd süfrə, 20 manat dəyərində kiçik masa süfrəsi, 450 manat dəyərində 4 ədəd kiçik ölçülü adyal, 400 manat dəyərində 12 ədəd əl-üz dəsmalı, 200 manat dəyərində çay dəsmalı dəsti, 150 manat dəyərində 18 ədəd çay dəsmalı, 5 manat dəyərində paltar asmaq üçün asılqan (şpilka), 20 manat dəyərində 1 ədəd paltar səbəti, 120 manat dəyərində ütü masası, 50 manat dəyərində güzgü, 50 manat dəyərində 1 ədəd uşaq vanna dəsti, 850 manat dəyərində soyuducu, 800 manat dəyərində “Vestel” markalı televizor, 200 manat dəyərində “Samsung” markalı tozsoran, 200 manat dəyərində ətçəkən 50 manat dəyərində blender, 50 manat dəyərində ütü, 50 manat dəyərində “Fakir” markalı elektrik çayniki, 760 manat dəyərində qazan dəsti, 500 manat dəyərində yemək dəsti (boşqab dəsti 12 nəfərlik +çay dəsti +kofe dəsti +servis boşqab dəsti 6 nəfərlik+6 nəfərlik çay dəsti), 400 manat dəyərində “Versace” boşqab dəsti, 150 manat dəyərində məcməi dəsti, 30 manat dəyərində 2 ədəd məcməi, 30 manat dəyərində bıçaq dəsti, 25 manat dəyərində qozqıran dəsti, 20 manat dəyərində 2 ədəd şirniyat saxlama qabı, 10 manat dəyərində 2 ədəd oxlov, 15 manat dəyərində balon açan, 20 manat dəyərində böyük çörək qabı, 20 manat dəyərində 2 ədəd kiçik çörək qabı, 15 manat dəyərində 2 ədəd aşsüzən, 15 manat dəyərində yağ qabı, 30 manat dəyərində ədviyyat qabı dəsti, 6 manat dəyərində ələk, 20 manat dəyərində plastmas ərzaq qabları, 90 manat dəyərində böyük ölçülü alüminium qab, 70 manat dəyərində 2 tərəfli qazan, 40 manat dəyərində şərab stəkanı (bokallar), 40 manat dəyərində kiçik ölçülü stəkan (rumkalar), 15 manat dəyərində 6 nəfərlik qaşıq dəsti, 50 manat dəyərində qaşıq dəsti (çamadan), 20 manat dəyərində 2 ədəd salat qabı, 35 manat dəyərində 3-lü dəst salat qabı, 5 manat dəyərində tualet fırçası, 20 manat dəyərində iri ölçülü meyvə qabı, 35 manat dəyərində 2 ədəd meyvə qabı, 100 manat dəyərində böyük ölçülü 2 ədəd meyvə qabı, 60 manat dəyərində 4 ədəd iri qənd qabı, 20 manat dəyərində kiçik ölçülü 2 ədəd qənd qabı, 30 manat dəyərində şirniyyat qabı, 80 manat dəyərində 5 gözlü ləpə qabı, 6 manat dəyərində 2 ədəd ləpə qabı, 30 manat dəyərində çərəz qab rəngli, 15 manat dəyərində göyərti doğrayan taxta, 10 manat dəyərində doğrayıdıcı (Tyorka), 50 manat dəyərində çaynik dəsti (qızılı dəm çayniki), 40 manat dəyərində 6 nəfərlik stəkan dəsti, cəmi 10722 manat dəyərində cehiz əmlaklar, habelə 1440 manat dəyərində 585 əyarlı 16 qram çəkidə türkiyə istehsalı olan pandora qızıl-zinət dəsti, 1500 manat dəyərində 999 əyarlı 16 qram çəkidə qolbaq (ərəbistan istehsalı), 700 manat dəyərində 750 əyarlı 6 qram çəkidə olan İtaliya istehsalı nişan üzüyü, 2000 manat dəyərində 750 əyarlı 18 qram çəkidə İtaliya istehsalı olan qızıl-zinət dəsti, cəmi 5640 manat dəyərində qızıl-zinət əşyaları naturada, olmadığı halda dəyəri alınıb iddiaçı Suidimzadə (Miriyeva) Miranə Ağayar qızına verilməlidir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalı, iş üzrə digər məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 385, 392, 393 və 402-ci maddələrinin rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 26 aprel 2023-cü tarixli 2(049)-694/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh ona məxsus əmlakların - 860 manat dəyərində yataq mebeli (taxt), termo, 2 tumba, paltar dolabı (şifoner), 500 manat dəyərində uşaq mebeli (beşik kamot) 50 manat dəyərində uşaq beşik tül oyuncaq, ümumilikdə 100 manat dəyərində uşaq beşik matras yorğanı yastıq dəsti, 50 manat dəyərində uşaq çarşaf dəsti, 15 manat dəyərində uşaq südəmər yastığı, 200 manat dəyərində 2 nəfərlik döşək yorğan və 2 yastıq dəsti, 50 manat dəyərində türkiyə istehsalı 2 yastıq, 250 manat dəyərində 2 yastıq üzü ilə birlikdə örtük dəsti, 60 manat dəyərində yun adyal, 40 manat dəyərində yaşıl rəngli adyal, 30 manat dəyərində sarı rəngli adyal, 40 manat dəyərində 2 nəfərlik yay yorğanı, 80 manat dəyərində 2 ədəd tək nəfərlik yay yorğanı, 100 manat dəyərində 2 nəfərlik yorğan, 80 manat dəyərində 2 ədəd tək nəfərlik yorğan, 450 manat dəyərində 2 ədəd çilçıraq, 250 manat dəyərində 3 ədəd xalça, 250 manat dəyərində günlük pərdə tül, 200 manat dəyərində 5 ədəd hamam dəsmalı, 540 manat dəyərində 4 ədəd süfrə, 20 manat dəyərində kiçik masa süfrəsi, 450 manat dəyərində 4 ədəd kiçik ölçülü adyal, 400 manat dəyərində 12 ədəd əl-üz dəsmalı, 200 manat dəyərində çay dəsmalı dəsti, 150 manat dəyərində 18 ədəd çay dəsmalı, 5 manat dəyərində paltar asmaq üçün asılqan (şpilka), 20 manat dəyərində 1 ədəd paltar səbəti, 120 manat dəyərində ütü masası, 50 manat dəyərində güzgü, 50 manat dəyərində 1 ədəd uşaq vanna dəsti, 850 manat dəyərində soyuducu, 800 manat dəyərində “Vestel” markalı televizor, 200 manat dəyərində “Samsung” markalı tozsoran, 200 manat dəyərində ətçəkən 50 manat dəyərində blender, 50 manat dəyərində ütü, 50 manat dəyərində “Fakir” markalı elektrik çayniki, 760 manat dəyərində qazan dəsti, 500 manat dəyərində yemək dəsti (boşqab dəsti 12 nəfərlik +çay dəsti +kofe dəsti +servis boşqab dəsti 6 nəfərlik+6 nəfərlik çay dəsti), 400 manat dəyərində “Versace” boşqab dəsti, 150 manat dəyərində məcməi dəsti, 30 manat dəyərində 2 ədəd məcməi, 30 manat dəyərində bıçaq dəsti, 25 manat dəyərində qozqıran dəsti, 20 manat dəyərində 2 ədəd şirniyat saxlama qabı, 10 manat dəyərində 2 ədəd oxlov, 15 manat dəyərində balon açan, 20 manat dəyərində böyük çörək qabı, 20 manat dəyərində 2 ədəd kiçik çörək qabı, 15 manat dəyərində 2 ədəd aşsüzən, 15 manat dəyərində yağ qabı, 30 manat dəyərində ədviyyat qabı dəsti, 6 manat dəyərində ələk, 20 manat dəyərində plastmas ərzaq qabları, 90 manat dəyərində böyük ölçülü alüminium qab, 70 manat dəyərində 2 tərəfli qazan, 40 manat dəyərində şərab stəkanı (bokallar), 40 manat dəyərində kiçik ölçülü stəkan (rumkalar), 15 manat dəyərində 6 nəfərlik qaşıq dəsti, 50 manat dəyərində qaşıq dəsti (çamadan), 20 manat dəyərində 2 ədəd salat qabı, 35 manat dəyərində 3-lü dəst salat qabı, 5 manat dəyərində tualet fırçası, 20 manat dəyərində iri ölçülü meyvə qabı, 35 manat dəyərində 2 ədəd meyvə qabı, 100 manat dəyərində böyük ölçülü 2 ədəd meyvə qabı, 60 manat dəyərində 4 ədəd iri qənd qabı, 20 manat dəyərində kiçik ölçülü 2 ədəd qənd qabı, 30 manat dəyərində şirniyyat qabı, 80 manat dəyərində 5 gözlü ləpə qabı, 6 manat dəyərində 2 ədəd ləpə qabı, 30 manat dəyərində çərəz qabı (rəngli), 15 manat dəyərində göyərti doğrayan taxta, 10 manat dəyərində doğrayıdıcı (Tyorka), 50 manat dəyərində çaynik dəsti (qızılı dəm çayniki), 40 manat dəyərində 6 nəfərlik stəkan dəsti, cəmi 10722 manat dəyərində cehiz əmlaklar, habelə 1440 manat dəyərində 585 əyarlı 16 qram çəkidə türkiyə istehsalı olan pandora qızıl-zinət dəsti, 1500 manat dəyərində 999 əyarlı 16 qram çəkidə qolbaq (ərəbistan istehsalı), 700 manat dəyərində 750 əyarlı 6 qram çəkidə olan İtaliya istehsalı nişan üzüyü, 2000 manat dəyərində 750 əyarlı 18 qram çəkidə İtaliya istehsalı olan qızıl-zinət dəsti, cəmi 5640 manat dəyərində qızıl-zinət əşyaları naturada, olmadığı halda dəyəri alınıb iddiaçı Suidimzadə (Miriyeva) Miranə Ağayar qızına verilsin. Ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutusun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, o, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-80/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-80/2025
03.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver