Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-871/2025 22.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyaları, geyim və pulun geri qaytarılması» tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2(050)- 59/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, brilant koplekt- (1 ədəd briliant üzük, 1 ədəd briliant sep, 1 ədəd briliant qolbaq, 2 ədəd sırğa) - 6500 manat- 734 əyyar (İtaliya qızılı), 2 ədəd brilant üzük (bir ədəd alyans, bir ədəd tək qaş üzük) -2700 manat -750 əyyar (İtaliya qızılı), qızıl “S” hərfli klonlu sep -450 manat -585 əyyar (türk qızılı), qızıl üzük -300 manat -585 əyyar (türk qızılı), qızıl qolbaq zəncirvari -600 manat -585 əyyar (türk qızılı), 1 ədəd şahmeran qolbaq - 450 manat -585 əyyar (türk qızılı), 1 ədəd brilliant qaşlı qızıl üzük -300 manat - 585 əyyar (türk qızılı) olan qızıl-zinət əşyalarının, ağ krasovka qaşlı 1 ədəd -100 manat (Alexcander Queen), 2 ədəd qaşlı sandalet (biri qaşlı qara rəngli „Alexcander wang” 80 manat, boz rəngli qaşlı 85 manat, 1 cüt stiletto qara rəngl i-60 manat, 1 ədəd qaşlı çanta - boz rəngli 50 manat, 4 ədəd sport-kofta -ağ,qara, çəhrayı rəngli -cəmi 100 manat, 1 ədəd şalvar cins-40 manat, 1 ədəd yun kofta-30 manat, 2 ədəd qara lasini şalvar-40 manat olan geyim əşyalarının və ona məxsus 1200 (bir min iki yüz) manat məbləğində pulun cavabdehdən alınaraq ona qaytarılması, əgər həmin əşayaların qaytarılması mümkün olmadığı halda qeyd edilmiş qızıl-zinət əşyalarının dəyəri 11300 (on bir min üç yüz) manat məbləğində, geyim əşyalarının dəyəri 585 (beş yüz səksən beş) manat məbləğində və ondan götürülmüş 1200 (bir min iki yüz) manat məbləğində pulun, ödənilmiş mediasiya ilə bağlı 50 manat, iddia tələbi ilə bağlı 79.26 manat dövlət rüsumu, ümumilikdə 13.215 (on üç min iki yüz on beş) manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. El adəti ilə toyları olmuş və faktiki ailə qurmuşlar. Cavabdeh və ailəsi ona qızıl və briliant-zinət əşyaları hədiyyə etmişdirlər. Cavabdehlə nişanlı olduqları müddətdə anası və özü ilə problemlər yaşayıb nişanını ailəsi ilə birlikdə öz razılığı ilə geri qaytarmışdır. Cavabdeh nişanı qaytardıqdan sonra onunla barışmaq istədiyini bildirmişdir. Bu nişana ailəsi də razı olmamışdır. Cavabdeh onların ayrı yaşayacaqlarına dair söz vermiş və o, cavabdehlə razılaşmışdır. Cavabdehə inanaraq öz razılığı ilə onunla qaçmışdır. Cavabdehlə ünvan 1 ünvanında ailəsi ilə 1 ay yaşadıqdan sonra el adəti ilə toyları olmuşdur. 1 ay müddətində mütəmadi olaraq anası problemlər yaratmış, o, nişanı qaytardığı üçün oğlunun ondan ayrılmasını istəmiş, onda bir xırda nöqsan olduğu təqdirdə oğlunu ondan ayıracağını bildirmişdir. Ona görə də toy olduğundan bir neçə gün sonra anası onun qızıllarını otağına girib icazəsiz götürmüş və onları ala bilməmişdir. Cavabdeh valideynlərinin yaşadıqları ünvanda öz binalarında eyni blokun 3-cü mərtəbəsində kirayə ev tutmuşlar. Valideynləri kirayə qaldığı evə cehiz əmlakları gətirmiş, toydan iki ay sonra cavabdeh artıq valideynləri ilə yaşayacağını bildirmişdir. Cavabdehin anası iki ay ərzində davamlı olaraq problemlər yaratmağa başlamış, yoldaşı ilə aralarında söz-söhbət salmışlar, ona hədə-qorxu gəlmişlər. 15 mart 2024-cü il tarixdə 6 saylı '"ASAN” xidmət mərkəzinin Qeydiyyat şöbəsində nikahları pozulmuşdur. Ona dəfələrlə zorakılıq hərəkətləri etmişlər, onu boşamaqla təhdid etmişlər. X3 toy olduqdan bir neçə gün sonra onun kirayə qaldığı evdən onun otağından xəbərsiz və icazəsi olmadan ona toyda taxılan 734 əyyar olan 6500 manat məbləğindəki komplektini, cavabdehin ona aldığı şahmeran qolbağı, başqa 2 üzük və onun valideynlərinin aldığı qızıl qolbağı götürmüş, o, gündən etibarən ona verməmişdir. Evdə dava-dalaş olan zaman boynunda olan qızıl sepi də, sırğalarını da ondan almaq istəmişdir. Dava-dalaşdan sonra polisə müraciət etmişdir. Polis bölməsində də onun xəsarətlərini görmüşlər, izahat vermiş, ekspertizadan keçmişdir. Halhazırda indi də ona və ailəsinə şər-böhtan atırlar. Qızılların onda olduğunu deyirlər. Qızılların qarşı tərəfdə olduğuna dair səs yazıları da var. Sosial şəbəkələr vasitəsilə onlayn satış etmişdir və oradan qazandığı 1200 manat pulu da cavabdeh onun əlindən almış və qaytarmamışdır. Cehiz əşyalarını götürsə də, onlarda onun geyim əşyaları, çantaları, ayaqqabıları, qızıl-zinət əşyaları qalıbdır. Cavabdeh ona məxsus olan qızı-zinət əşyalarını verməkdən yayınmışdır. Mediasiya onları çağırdıqda orada da cavabdeh və anası qızılları satdıqlarını, ancaq 500 azn dəyərində pul verə biləcəklərini bildirmişlər. Cavabdehdən polisə şikayət etdikdən sonra söz vermişlər ki, ərizəni geri götürsün, qızılları geri qaytaracaqlar. Ona inanmayıb ərizəni geri götürməmişlər. Lakin, polis özü onların xəbəri olmadan işə xitam vermişdir. İş materiallarına əlavə edilmiş foto şəkillərlə müəyyən edilir ki, ailə qurarkən ona siyahıda sadalanan qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Onun hədiyyə əşyaları qanunsuz olaraq cavabdehdə saxlanılır. Birinci instansiya məhkəməsində icraat Masallı Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2(050)-59/2025 saylı qətnaməsi ilə (hakim C.Abdullayev) iddia qismən təmin edilmiş, 1 ədəd 16 qrаmlıq 585 əyyаrlı qarnitur (qızıl dəst- 1 ədəd üzük, 1 ədəd sep, 1 ədəd qolbaq, bir cüt sırğa) - dəyəri 1800 mаnаt, 1 ədəd 3 qramlıq 585 əyyаrlı nişan üzük-dəyəri 180 mаnаt, 1 ədəd 3 qrаmlıq 585 əyyаrlı alyans üzük-dəyəri 130 manat, 1 ədəd 2,5 qrаmlıq 585 əyyаrlı tək qаş üzük-dəyəri 150 manat, 1 ədəd 2 qrаmlıq 585 əyyаrlı tək qaş üzük (yumuru)-dəyəri 180 manat, 1 ədəd 2 qramlıq 585 əyyarlı “S” hərfli klonlu sep-dəyəri 115 manat olmaqla, ümumlikdə 2555 manat dəyəri olan qızıl-zinət əşyalarının cavabdehlərdən alınaraq İddiaçı verilməsi, qeyd edilən qızıllar olmadıqda onların dəyərinin cavabdeh X1 tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq ərizənin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 80 manat məbləğində pul vəsaitinin 45.55 (qırx beş manat əlli beş qəpik) manat hissəsinin X1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İşin faktiki halları və tərəflərin izahatları ilə mübahisəsiz qaydada müəyyən edilmişdir ki, iddiaçının tələb etdiyi qızıllar, 1 ədəd zəncirvari qolbaq istisna olmaqla cavabdeh tərəfindən iddiaçıya nişan-toy mərasimlərində hədiyyə edilmişdir. 1 ədəd zəncirvari qolbaq isə iddiaçının valideynləri tərəfindən ona hədiyyə verilmişdir. İddiaçı evdən çıxıb gedərkən həmin qızılları özü ilə aparmadığını, qızılların cavabdehə məxsus evdə qaldığını bildirmişdir. Cavabdeh isə tələb edilən qızıllardan birilant komplektə daxil olan qızıl sepin hələ cavabdehin evdən getməmişdən əvvəl onun müalicəsi üçün satıldığını, tələb edilən 1 ədəd qızıl qolbağın iddiaçıya öz anası tərəfindən hədiyyə edildiyini, qızılların hamısını iddiaçı evdən gedərkən özü ilə apardığını, eyni zamanda qızılların iddia tələbində göstərilən qiymətlərdə olmadığını qeyd edərək mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, iddiaçı qızıl-zinət əşyalarının mövcud olmasını, həmin qızılları evdən çıxarkən özü ilə aparmadığını, həmin qızılların və olmadığı halda dəyərinin ödənilməli olmasını iddia etdiyindən sübutetmə yükünə uyğun olaraq həmin tələbi də sübut etmək iddiaçının vəzifəsi hesab edilməlidir. Cavabdeh iddia edilən qızılların mövcud olduğunu, qızılların iddiaçıya hədiyyə verilmiş qızıllar olduğunu etiraf etdiyindən iddiaçı qızılların mövcud olması hissəsində sübut etmək vəzifəsindən azad olmuş, lakin cavabdehin etirazı olaraq brilliant komplektə daxil olan 1 ədəd qızıl sepin satıldığını bildirdiyindən həmin sepin həqiqətən də satılmasını sübut etmək vəzifəsi cavabdehə keçmişdir. Cavabdeh birillant komplektə daxil olan iddiaçının xəstəliyi ilə əlaqədar hələ birgə yaşadıqları dövrdə 360 manata satdıqlarını bildirsə də, həmin qızılın həqiqətən də satıldığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən həmin sepin satılması ilə əlaqədar ödəniş qəbzləri və yaxud sepin satılmasını təsdiq edə biləcək şahidlərin izahatlarının alınması üçün məhkəməyə təklif verməmiş, eləcə də sepin satılmasından əldə edilmiş pulları iddiaçının xəstəliyi ilə əlaqədar xəstəxanalarda xərclədiyini göstərsə də, iddiaçının xəstəliyi ilə bağlı tibbi sənədləri, xəstəliyin müalicəsi ilə bağlı yazılmış reseptləri təqdim etməmişdir. İşin hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı döyülərək münaqişəli vəziyyətdə evdən çıxmış, çıxarkən özü ilə hər hansı əşyasını aparmamışdır. Həmin gün iddiaçı DİN-nin 102 xidmətinə zəng edərək yaşadığı evdə zorakı hərəkətlərə məruz qalması ilə bağlı şikayət vermiş, həmin şikayət əsasında aparılmış araşdırma nəticəsində qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, iddiaçı həqiqətən də evdən çıxarkən qaynanası tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri aldığından qaynanasının barəsində inzibati xətanın tərkib əlamətləri yarandığından işə baxılması aidiyyəti üzrə müvafiq xidmətə göndərilmişdir. Həmin vaxt iddiaçının izahatı alınarkən bildirmişdir ki, evdən çıxmamışdan əvvəl qaynanası “gedirsənsə qızılları ver” ifadəsini işlədərək əlini onun boyun nahiyəsinə ataraq həmin vaxt boynunda olan yeganə sepi də almağa cəhd etmiş, nəticədə sep qırılmış və dırnağı boğaz nahiyəsini cızmışdır. İş üzrə alınmış ekspert rəyi ilə də məhz iddiaçının boyun nahiyəsində müxtəlif dərəcəli xəsarətlərin olduğu müəyyən edilmişdir. İddiaçının qaynanasının “gedirsənsə onda qızılı ver ifadəsini” işlədərək əlini birbaşa iddiaçının boyun nahiyəsinə atması onu göstərir ki, həmin vaxt iddiaçının üzərində digər qızıllar olmamışdır. Əgər həmin vaxt iddiaçının üzərində digər qızıllar hər hansı formada, cibində, əl çantasında olsa idi, birinci həmin qızılları alamağa cəhd edərdi, çünki həmin qızılların miqdarı kifayət qədər çox olmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçı döyülərək evdən qovulduğundan həmin vaxt boyunundakı sepi də qıraraq ondan alınması onu göstərir ki, həmin şəraitdə iddiaçının həmin qızılları ilə özü ilə aparması qeyri-mümkün idi. Eyni zamanda qeyd edilməlidir ki, məhkəmə iclasında tədqiq edilmiş iddiaçının atasının cavabdehin atasının arasında aparılmış telefon əlaqəsinin səs yazılarından görünür ki, cavabdehin atası Sevincin döyülərək evdən qovulması və ona məxsus olan qızılların Sevincə qaytarılması mövzusunda qarşı tərəflə müzakirə etdiyi zaman cavabdehin atasına qızılları Sevincə qaytarmalı olduqlarını bildirdikdə, cavabdehin atası Sevincin onlar barəsində polisə etdiyi şikayətini götürəcəyi halda, qızılları qaytaracağına söz vermişdir. Qeyd edilənlərə əsasən iddiaçı qızılların cavabdehə məxsus evdə qalması ilə bağlı, yəni cavabdehin faktiki olaraq sahibliyində olmasını sübut etmək vəzifəsindən azad olmuş, qızılların cavabdehə məxsus evdə qalmadığını sübut etmək vəzifəsi cavabdehə keçmişdir. Cavabdeh həmin qızıllardan qolbaqları çıxmaq şərti ilə digər qızılların onun sahibliyində olmadığını, həmin qızılları məhz iddiaçının evdən gedərkən özü ilə apardığını sübut edə bilməmişdir. Cavabdeh tərəf iddiaçının evdən getdikdən sonra 2024-cü ilin aprel ayında “instaqram” sosial şəbəkəsində istifadə etdiyi hesabından paylaşılan qızıllardan bir ədəd zəncirvari və 1 ədəd şahmeran qolbağın onun üzərində olduğunu əks etdirən fotoşəkilləri məhkəməyə təqdim etmişdir. İddiaçı qeyd edilən fotoşəkilləri hələ birgə nikah dövründə olduqları vaxt köhnə vaxtda çəkildiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə biləməmişdir. Belə olan halda, məhkəmə iddiaçının qeyd edilən qızıl qolbaqları sonuncu dəfə evdən gedərkən və yaxud ondan əvvəlki vaxtlarda özü ilə apardığı qənaətinə gəlmişdir. Məhkəmə iddiaçının tələb etdiyi qızılların qiyməti ilə bağlı göstərdiklərinə qiymət verərək qeyd edir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, qızıllar cavabdehin anası tərəfindən alınmış, pulları da cavabdehin anası ödəmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsində iddiaçının iddia etdiyi qiymətlərdən aşağı qiymətlərlə qızılların alındığını bildirmişdir. İddiaçı həmin etiraza cavab olaraq, brilliant komplekdən başqa, digər qızılların etiraz ərizəsində göstərilən qiymətlərdən baha alındığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı yalnız brilliant komplektin 1800 manata alındığını təsdiq edən qızıl mağazasında “satılmış qızılların qeydiyyatı”nın aparıldığı kitabdan çıxarışları məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd edilən qızılların dəyərinin məhz cavabdeh tərəfindən ödənildiyini əsas götürərək, cavabdehin qızılların qiymətləri ilə bağlı göstərdiklərini mötəbər sübut kimi qəbul etmişdir. Yalnız brilliant komplektin 1800 manata alındığını iddaçı sübut edə bildiyindən brilliant kompletin məhz həmin qiymətə alındığını qəbul etmişdir. Məhkəmə qızılların qiyməti ilə bağlı yuxarıda qeyd edilən mövqeyini daha da aydın izah edərək göstərir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi qızılları qiymətini əks etdirən qiymətləndirmə rəyini təqdim etmiş və onun əsasında məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi alınmışdır. İddiaçının iddia ərizəsində brilliant komplektin 6500 manata olduğunu iddia etmiş, sonradan özü sübut təqdim edərək həmin komplektin 1800 manata alındığını bildirmişdir. Belə olan halda iddiaçının iddia ərizəsində qızılların qiymətləri ilə bağlı göstərdikləri qızılların qiymətinin real bazar qiymətlərinə uyğun olmadığı, eyni zamanda brilliant qızıl kimi, eləcə də brilliant qaşlı kimi göstərilmiş qızılların brilliantdan ibarət olmadığı təsdiq edilir. Məhz qiymətləndirmə rəyi və ekspert rəyi qızılların iddiaçı tərəfindən göstərilmiş çəkisinə görə, bəzi qızılların isə brilliant qaşlı olmasına əsaslanmaqla verildiyindən qiymətləndirmə və ekspert rəyində qızılların qiymətləri ilə bağlı göstərilən məlumatlar mötəbər sübutlar kimi qəbul edilə bilməz. İddiaçı iddia tələbində ona məxsus geyim əşyalarının və 1200 manat pulun da cavabdehə məxsus evdə qaldığını bildirərək həmin əşyaları və pulu tələb etmişdir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, işə məhkəmədə baxılarkən tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı evdən çıxıb getdikdən 3-4 gün sonra cavabdehin evinə gələrək paltarlarını aparmışdır. İddiaçı özü də bu halı təsdiq etmişdir. İddiaçı iddia etdiyi paltarların və pulun cavabdehin sahibliyində qaldığını, məhz özü ilə aparmadığını sübut edə bilməmişdir. İddiaçı ümumiyyətlə 1200 manat tələbi ilə bağlı izahat verərkən bir kəlmə belə işlətməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 34.1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəllənin 225.2, 157.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 218.3, 217.3, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyator apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiаçı iddiа ərizəsində qızıl-zinyət əşylаrının dəyərini dəfələrlə şişirtmişdir. İddiа ərizəsində brilyаnt kоmplеkt kimi göstərilmiş üzük, sırğа, bilərzik və sеpdən ibаrət kоmplеkt dəsti brilyаnt qаşlı оlmаmışdır. Оnlаrı 800 mаnаtа аlmışdırlar. Brilyаnt üzük kimi göstərilmiş аlyаns və tək qаş üzüklər də brilyаnt qаşlı оlmаmışdır. Аlyаns üzüyü 130 mаnаtа, təkqаş üzüyü isə 150 mаnаtа аlmışıq. «S» hərfli klоnlu sеpi 115 mаnаtа, nişаn üzüyünü 180 mаnаtа, şаhmеrаn qоlbаğı 280 mаnаtа аlmışdırlar. Birilyаnt qаşlı qızıl üzük kimi göstərilmiş üzük isə brilyаnt qаşlı оlmаmış və аnаsınа məхsus оlаn həmin üzüyü 180 mаnаtа аlmışdırlar. İddiа ərizəsində göstərilmiş zəncirvаri qızıl qоlbаğı isə iddiаçıyа öz аnаsı vеrməklə оnun dəyərini bilməmişdir. Yuхаrıdа göstərilən qızıl-zinyət əşyаlаrı həmişə iddiаçının özündə оlmuşdur. İddiаçının səhhətində prоblеmlər оlduğundаn оnu Bаkı şəhərində 2 sаylı və 7 sаylı Pоliklinikаlаrdа, həmçinin nеrvpаtоlоqun yаnındа müаlicə еtdirmişdirlər. İddiаçının müаlicə хərci ilə bаğlı pulа еhtiyаc оlduğundаn оnun özünün rаzılığı ilə kоmplеkt dəstin sеpini 360 mаnаtа sаtıb, pulu оnun müаlicəsinə sərf еtmişdir. Digər qızıllаr isə sаtılmаmaqla iddiaçının özündə olmuşdur. İddiа ərizəsində tоydаn bir nеçə gün sоnrа аnаsının onların оtаqlarınа girib qızıllаrı icаzəsiz götürməsi qеyd еdilmişdir. Hаlbuki onlar tоydаn sоnrа dərhаl vаlidеynləri yаşаmаmışdırlar. Onlar hələ kirаyədə yаşаdıqları 2 аy yаrım müddət ərzində iddiаçı 3 dəfə küsüb аtаsıgilə gеtmiş, sоnrаdаn оnu gеri qаytаrmışdır. Hər dəfə də о, qızıllаrını özü ilə аpаrmışdır. Əgər аnаsı tоydаn bir nеçə gün sоnrа оnun qızıllаrını аlmışdısа, nеcə оlа bilərdi ki, gəzdikləri yеrlərdə çəkdirdikləri şəkillərdə qızıllаr iddiаçının üstündə оlsun? О, hаnsı səbəbdən əvvəllər küsüb gеdəndə qızıllаrı tələb еtməmişdir? Bunlаr isə bir dаhа sübut еdir ki, qızıllаr iddiаçının özündə оlmuşdur. Sоnuncu dəfə fеvrаl аyının 13-də iddiаçı еvdən gеdərkən оndаn hеç kəs qızıl аlmаmış, ümumiyyətlə оnun qızıllаrı ilə mаrаqlаnılmаmışdır. Birinci instаnsiyа məhkəməsi iddiаçının təqdim еtdiyi аtаsı ilə оnun аtаsının tеlеfоn dаnışığınа, həmçinin yuхаrıdа göstərilən fоtоşəkillərə əsаsən qızılаrdаn şаhmеrаn və zəncirvari qоlbаqlardаn bаşqа digər qızıllаrın onlarda оlmаsı, iddiаçının təqdim еtdiyi sаtılmış qızıllаrın qеydiyyаtının аpаrıldığı kitаbdаn surətlərə əsаsən kоmplеktin 1800 mаnаtа оlmаsı qənаətinə gəlmiş, fоtоşəkillərdə digər qızıllаrın dа əks оlunmаsını, аtаsı iddiаçının qızıllаrı ilə mаrаqlаnmаyıb, оnlаrı аpаrıb-аpаrmаsındаn məlumаtsız оlmаqlа iddiаçının аnаsınа qаrşı оlаn şikаyətini gеri götürməsi üçün оnun аtаsının qızıllаrın аlınаcаğı ilə bаğlı dеdikləri ilə rаzılаşmаsını, həmin söhbətin iş üzrə tərəf оlmаyаn şəхslər аrаsındа аpаrılmаqlа bunun iddiаnın еtirаfı kimi dəyərləndirilməsinin qаnunаmüvаfiq оlmаmаsını, iddiаçının 2 аddа qızılı аpаrmаsının оnun digər qızıllаrı dа аpаrmаq imkаnlаrının оlmаsını göstərməsini, iddiаçının qızıllаrı аnаsının оndаn аlmаsını bildirdiyi hаldа, tələbin аnаsınа qаrşı dеyil, ona qаrşı yönəlməsini nəzərə аlmаmış, bununlа dа həm sübutlаrın qiymətləndirilməsində, həm də digər məsələlərdə mаddi və prоsеssuаl hüquq nоrmаlаrının tələblərini pоzmuş və düzgün оlmаyаn qətnаmə qəbul еtmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. İddiaçı iddiasının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Hazırkı iş üzrə iddiaçı 3 şeyi sübut etməli idi. Əşyanın mövcud olmasını, həmin əşyanın özgənin sahibliyində olmasını və həmin əşyadan məhrumolmanın qanunsuz olmasını. İddiaçı isə istinad etdiyi halları sübut edə bilməmişdir. İlk öncə iddiaçı birinci instansiya məhkəməsi zamanı verdiyi izahatlarında qızılların qayınanası tərəfindən götürüldüyü bildirmiş, lakin iddia ərizəsində səhvən əsl olmayan cavabdeh kimi Cavabdeh göstərmişdir. Halbuki hazırkı halda iddiaya cavab verilməli olan tərəf Cavabdeh deyil. İddia ərizəsi səhv tərtib edilmişdir. Digər tərəfdən, iddiaçı iddia ərizəsində qızıl-zinət əşyalarının dəyərini şişirdilmiş qiymətlərlə göstərmişdir. Qızıl-zinət əşyaları həmişə iddiaçının özündə olmuşdur. İş materiallarında olan səs yazıları da cavabdehin atası və iddiaçının atası arasında, yəni tərəf olmayan şəxslər arasında gedən danışıqları əks etdirir. Həmin səs yazılarında belə danışıq təkcə polisdə verilmiş ərizənin geri götürülməsi barədədir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini qəbul etmir. Birinci instansiya məhkəməsi zamanı istinad etdiyi halları təsdiq edən kifayət qədər sübutu məhkəməyə təqdim etmişdir. Cavabdehin bildirdiyi fikirlər tamamilə əsassızdır. Birinci instansiya məhkəməsi zamanı verdiyi izahatları təsdiq edir. Apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş və apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.3-cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə, bağışlama etibarlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 55.4-cü maddəsinə görə əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(050)-59/2025 saylı qətnaməsinin qismən, yəni 1 ədəd 16 qrаmlıq 585 əyyаrlı qаrnitur qızıl dəsti (1 ədəd üzük, 1 ədəd sеp, 1 ədəd qоlbаq, 1 cüt sırğа)-dəyəri 1800 mаnаt, 1 ədəd 3 qrаmlıq 585 əyyаrlı nişаn üzük-dəyəri 180 mаnаt, 1 ədəd 3 qrаmlıq 585 əyyаrlı аlyаns üzük-dəyəri 130 mаnаt, 1 ədəd 2,5 qrаmlıq 585 əyаrlı təkqаş üzükdəyəri 150 mаnаt, 1 ədəd 2 qrаmlıq 585 əyyаrlı təkqаş üzük (yumru)-dəyəri 180 mаnаt, 1 ədəd 2 qrаmlıq 585 əyyаrlı «S» hərfli klоnlu sеp-dəyəri 115 mаnаt оlmаqlа ümumilikdə 2555 mаnаt dəyəri оlаn qızıl-zinyət əşyаlаrının, qеyd еdilən qızıllаr olmadıqdа оnlаrın dəyərinin, həmçinin dövlət rüsumuna görə ödənilmiş 80 manat pul vəsaitinin 45,55 mаnаt hissəsinin ondan alınıb İbişоvа Sеvinc Аbusət qızınа verilməsi hissəsində təmin еdilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Masallı Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2(050)-59/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməsini mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır..Ona görə də məhkəmə tərkibi hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Masallı Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2(050)-59/2025 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi iddianın təmin edilmiş hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, brilant komplekt- (1 ədəd briliant üzük, 1 ədəd briliant sep, 1 ədəd briliant qolbaq, 2 ədəd sırğa) - 6500 manat- 734 əyyar (İtaliya qızılı), 2 ədəd brilant üzük (bir ədəd alyans, bir ədəd tək qaş üzük) -2700 manat -750 əyyar (İtaliya qızılı), qızıl “S” hərfli klonlu sep -450 manat -585 əyyar (türk qızılı), qızıl üzük -300 manat -585 əyyar (türk qızılı), qızıl qolbaq zəncirvari -600 manat -585 əyyar (türk qızılı), 1 ədəd şahmeran qolbaq - 450 manat -585 əyyar (türk qızılı), 1 ədəd brilliant qaşlı qızıl üzük -300 manat - 585 əyyar (türk qızılı) olan qızıl-zinət əşyalarının, ağ krasovka qaşlı 1 ədəd -100 manat (Alexcander Queen), 2 ədəd qaşlı sandalet (biri qaşlı qara rəngli „Alexcander wang” 80 manat, boz rəngli qaşlı 85 manat, 1 cüt stiletto qara rəngl i-60 manat, 1 ədəd qaşlı çanta - boz rəngli 50 manat, 4 ədəd sport-kofta -ağ,qara, çəhrayı rəngli -cəmi 100 manat, 1 ədəd şalvar cins-40 manat, 1 ədəd yun kofta-30 manat, 2 ədəd qara lasini şalvar-40 manat olan geyim əşyalarının və ona məxsus 1200 (bir min iki yüz) manat məbləğində pulun cavabdehdən alınaraq ona qaytarılması, əgər həmin əşayaların qaytarılması mümkün olmadığı halda qeyd edilmiş qızıl-zinət əşyalarının dəyəri 11300 (on bir min üç yüz) manat məbləğində, geyim əşyalarının dəyəri 585 (beş yüz səksən beş) manat məbləğində və ondan götürülmüş 1200 (bir min iki yüz) manat məbləğində pulun, ödənilmiş mediasiya ilə bağlı 50 manat, iddia tələbi ilə bağlı 79.26 manat dövlət rüsumu, ümumilikdə 13.215 (on üç min iki yüz on beş) manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı tərəflərin vermiş olduğu izahatlarından və məhkəməyə təqdim edilmiş sübutlardan 1 ədəd 16 qrаmlıq 585 əyyаrlı qarnitur (qızıl dəst- 1 ədəd üzük, 1 ədəd sep, 1 ədəd qolbaq, bir cüt sırğa), 1 ədəd 3 qramlıq 585 əyyаrlı nişan üzük, 1 ədəd 3 qrаmlıq 585 əyyаrlı alyans üzük, 1 ədəd 2,5 qrаmlıq 585 əyyаrlı tək qаş üzük,1 ədəd 2 qrаmlıq 585 əyyаrlı tək qaş üzük (yumuru), 1 ədəd 2 qramlıq 585 əyyarlı “S” hərfli klonlu sep qızıl-zinət əşyalarının mövcudluğu, həmçinin iddiaçının mülkiyyətində olması, hazırda isə onun sahibliyində olmaması və cavabdehin qanunsuz sahibliyində olması sübuta yetirilmişdir. İlk növbədə qeyd edilməlidir ki, İddiaçı iddia tələbinin qismən təmin olunmasına baxmayaraq Masallı Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2(050)-59/2025 saylı qətnaməsi ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Ona görə də məhkəmə tərkibi Masallı Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2(050)-59/2025 saylı qətnaməsini mübahisələndirilən hissədə cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlamağı vacib bilir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiаçı iddia ərizəsində və birinci instansiya məhkəməsində məhkəmə iclasında verdiiyi izahatında mübahisə predmeti olan qızıllаrın iddiaçının əlindən onun аnаsının аlmаsını bildirdiyi hаldа, tələbin аnаsınа qаrşı dеyil, ona qаrşı yönəlməsini nəzərə аlmаmış, bununlа dа həm sübutlаrın qiymətləndirilməsində, həm də digər məsələlərdə mаddi və prоsеssuаl hüquq nоrmаlаrının tələblərini pоzmuş və düzgün оlmаyаn qətnаmə qəbul еtmişdir. Məhkəmə tərkibi cavabdehin apellyasiya şikayətinin yuxarıda qeyd edilmiş dəlilləri ilə razılaşaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmə tərkibi hesab edir ki, iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi nəzərdən keçirilə bilər; Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Mülki Məcəllənin 157-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların özünün mülkiyyətində (qanuni sahibliyində) olduğunun, onun cavabdehdə saxlandığının, cavabdehlərin həmin əşyaya qanunsuz sahiblik etməsinin sübut olunmasıdır. İlk növbədə qeyd edilməlidir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İddiaçı iddia ərizəsində və birinci instansiya məhkəməsinin iclasında izahatında qeyd etmişdir ki, toy olduğundan bir neçə gün sonra cavabdehin anası onun qızıllarını otağına girib icazəsiz götürmüş və onları ala bilməmişdir. İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan (səhifə 59) görünür ki, iddiaçı həqiqətən də evdən çıxarkən qaynanası tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri aldığından qaynanasının barəsində inzibati xətanın tərkib əlamətləri yarandığından işə baxılması aidiyyəti üzrə müvafiq xidmətə göndərilmişdir. Həmin vaxt iddiaçının izahatı alınarkən bildirmişdir ki, evdən çıxmamışdan əvvəl qaynanası “gedirsənsə qızılları ver” ifadəsini işlədərək əlini onun boyun nahiyəsinə ataraq həmin vaxt boynunda olan yeganə sepi də almağa cəhd etmiş, nəticədə sep qırılmış və qaynansının dırnağı iddiaçının boğaz nahiyəsini cızmışdır. Göründüyü kimi iddiaçının iddia ərizəsindən, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda iddiaçının izahatından aydın olur ki, qızıl-zinət əşyalarının iddiaçının əlindən cavabdeh deyil, cavabdehin anası almışdır. Məhkəmə tərkibi qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Qeyd edilən prosessual hüquq normasının mənasından da göründüyü kimi, birinci instansiya məhkəməsi ona verilmiş hüququndan istifadə etməməklə, mülki icraatı iddiaya cavab verməli olmayan cavabdehin iştirakı ilə davam etdirmişdir. Beləliklə məhkəmə tərkibinin hüquqi mövqeyi ondan ibarətdir ki, iddiaçı tələblərini Cavabdeh yönəltməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi də maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Halbuki, iddiaçı əsl cavabdehin əvəz edilməsi təklifi ilə razılaşmadığı təqdirdə, Cavabdeh qarşı yönəldilmiş iddia tələbləri yalnız bir əsasa görə, iddiaya cavab verməli olmayan şəxs olması əsası ilə təmin olunmamalı idi. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli, yalnız yuxarıda qeyd edilən əsasa görə - iddia ona cavab verməli olmayan şəxsə qarşı yönəldiyi əsasına görə təmin olunmamalıdır. Əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi apellyasiya icraatı zamanı mümkün deyil. Belə ki, Mülki-Prosessual Məcəllənin 55.4-cü maddəsinə görə əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Həmin Məcəllənin apellyasiya icraatına aid olan qaydalarından görünür ki, apellyasiya icraatı zamanı işə əvvəldən baxılmasına başlanması mümkün deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən ədalətli araşdırma aparılmamış, işdə olan sübutlara mülki-prosessal qanunvericiliyin tələblərinə uyğun qiymət verməmişdir. Məhkəmə tərkibi hesab edir ki Cavabdeh 1 ədəd 16 qrаmlıq 585 əyyаrlı qarnitur (qızıl dəst- 1 ədəd üzük, 1 ədəd sep, 1 ədəd qolbaq, bir cüt sırğa) - dəyəri 1800 mаnаt, 1 ədəd 3 qramlıq 585 əyyаrlı nişan üzük-dəyəri 180 mаnаt, 1 ədəd 3 qrаmlıq 585 əyyаrlı alyans üzük-dəyəri 130 manat, 1 ədəd 2,5 qrаmlıq 585 əyyаrlı tək qаş üzük-dəyəri 150 manat, 1 ədəd 2 qrаmlıq 585 əyyаrlı tək qaş üzük (yumuru)-dəyəri 180 manat, 1 ədəd 2 qramlıq 585 əyyarlı “S” hərfli klonlu sep-dəyəri 115 manat olmaqla, ümumlikdə 2555 manat dəyəri olan qızıl-zinət əşyalarının alınaraq İddiaçı verilməsi barədə iddia tələbi təmin edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı bu hissədə təmin etməkdə səhvə yol vermişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən ədalətli araşdırma aparılmamış, iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmamış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirməmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirməmişdir. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Masallı Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2(050)-59/2025 saylı qətnaməsi Cavabdeh 1 ədəd 16 qrаmlıq 585 əyyаrlı qarnitur (qızıl dəst- 1 ədəd üzük, 1 ədəd sep, 1 ədəd qolbaq, bir cüt sırğa) - dəyəri 1800 mаnаt, 1 ədəd 3 qramlıq 585 əyyаrlı nişan üzük-dəyəri 180 mаnаt, 1 ədəd 3 qrаmlıq 585 əyyаrlı alyans üzük-dəyəri 130 manat, 1 ədəd 2,5 qrаmlıq 585 əyyаrlı tək qаş üzük-dəyəri 150 manat, 1 ədəd 2 qrаmlıq 585 əyyаrlı tək qaş üzük (yumuru)-dəyəri 180 manat, 1 ədəd 2 qramlıq 585 əyyarlı “S” hərfli klonlu sep-dəyəri 115 manat olmaqla, ümumlikdə 2555 manat dəyəri olan qızıl-zinət əşyalarının alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Eyni zamanda məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, qətnamənin mübahisələndirilən hissəsi üzrə məbləğ 5000 manatdan az olduğundan, qanunvericilik bu qətnamədən tərəflərə kassasiya şikayəti vermək hüququ tanımamışdır. Ona görə tərəflər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2(050)-59/2025 saylı qətnaməsi iddianın təmin edilmiş Cavabdeh 1 ədəd 16 qrаmlıq 585 əyyаrlı qarnitur (qızıl dəst- 1 ədəd üzük, 1 ədəd sep, 1 ədəd qolbaq, bir cüt sırğa) - dəyəri 1800 mаnаt, 1 ədəd 3 qramlıq 585 əyyаrlı nişan üzük-dəyəri 180 mаnаt, 1 ədəd 3 qrаmlıq 585 əyyаrlı alyans üzük-dəyəri 130 manat, 1 ədəd 2,5 qrаmlıq 585 əyyаrlı tək qаş üzük-dəyəri 150 manat, 1 ədəd 2 qrаmlıq 585 əyyаrlı tək qaş üzük (yumuru)-dəyəri 180 manat, 1 ədəd 2 qramlıq 585 əyyarlı “S” hərfli klonlu sep-dəyəri 115 manat olmaqla, ümumlikdə 2555 manat dəyəri olan qızıl-zinət əşyalarının alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi iddianın təmin edilmiş həmin hissəsində də təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-871/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-871/2025
22.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver