Məhkəmə qərarları › İş №2(106)-876/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-876/2024

18.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-876/2024 18.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Mayılov Samir İlham oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı avtomobilin qanunsuz sahiblikdən geri qaytarılması tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(017)-198/2024 saylı qətnaməsindən (hakim Rəşad Nuriyev) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “VAZ 21214 minik” markalı, istehsal ili 2014, mühərrik № 0581917, ban № XTA212140E2182678 olan, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü il buraxılışlı, “VAZ 21214” minik markalı, **-HJ-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İddiaçı həmin avtomobili Cavabdeh2 gündəlik 20 manat ödəniş etmək şərtilə vermişdir. Cavabdeh2 xahişi ilə İddiaçı digər Cavabdeh1 3 il müddətinə Bakı şəhəri, 20 saylı notariat ofisində etibarnamə vermişdir. Daha sonra Cavabdeh2 xx.xx.2021-ci il tarixdə iddiaçıya müraciət edərək ona da etibarnamə verməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı Bakı şəhəri, 20 saylı notariat ofisində Cavabdeh2 da etibarnamə vermişdir. Lakin, bir müddət sonra Cavabdeh2 ödəniş etməkdən yayınmışdır. Ona görə də iddiaçı Bakı şəhəri, 20 saylı notariat ofisinə müraciət edərək verilmiş etibarnamələri ləğv etdirmiş və avtomobili cavabdehlərdən geri tələb etmişdir. Lakin cavabdehlər avtomobili iddiaçıya qaytarmamışlar. Ona görə də, göştərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə İddiaçı 30 ay müddətinə, gündəlik 20 manat ödəniş etmək şərtilə 2021-ci ildə Bakı şəhəri, 20 saylı notariat ofisi tərəfindən verilmiş etibarnamə ilə 2014-cü il buraxılışlı, "VAZ 21214” minik markalı, **-HJ-*** dövlət nömrə nişanlı avtomobili almışdır. İddiaçı ilə aralarında olan razılaşmaya əsasən ödəniş müddəti qurtardıqdan sonra avtomobil onun mülkiyyətinə keçməli idi. 29 ay hər gün 20 manat ödəniş etmiş, 1 ay ödəniş etməmişdir. Bundan sonra, İddiaçı ona verilmiş etibarnaməyə xitam vermiş və avtomobilin ondan alınması barədə məhkəmədə iddia qaldırmışdır. Hazırda həmin avtomobil iddiaçıdadır. Belə ki, o avtomaşını Ağcabədi şəhərində saxlayarkən iddiaçı avtomobilin ehtiyat açarından istifadə etməklə avtomobili aparmışdır. İddiaçı ilə aralarında hər hansı bir razılaşmanın olması üçün məhkəmə hazırlıq iclasında avtomobilin onda olmasını və avtomobilin Cavabdeh1 heç bir aidiyyətinin olmamasını göstərmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Ağcabədi Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(017)-198/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 "VAZ 21214 minik” markalı, istehsal ili 2014, mühərrik № 0581917, ban № XTA212140E2182678 olan, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq İddiaçı verilməsi, Cavabdeh2 ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddia tələbinin Cavabdeh1 aid hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermiş, şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı öz iddia tələbində cavabdehlərdən avtomobilin qanunsuz sahiblikdən geri qaytarılması tələb etmiş, Ağcabədi Rayon Məhkəməsi isə qəbul etdiyi qətnamə ilə Cavabdeh2 “VAZ 21214 minik” markalı, istehsal ili 2014, mühərrik № 0581917, ban № XTA212140E2182678 olan, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq İddiaçı verilməsini qət etmişdir ki, bu da onun qanunla nəzərdə tutulan hüquqlarını pozmuşdur. Məhkəmənin qətnaməsinə əsasən, Ağcabədi Rayon Məhkəməsi isə qəbul etdiyi qətnamə ilə Cavabdeh2 “VAZ 21214 minik” markalı, istehsal ili 2014, mühərrik № 0581917, ban № XTA212140E2182678 olan, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq İddiaçı verilməsini qərarı, onun hüquqlarını pozur. xx.xx.2021-ci il tarixdə İddiaçı 30 ay müddətinə, gündəlik 20 manat ödəniş etmək şərtilə 2021-ci ildə Bakı şəhəri, 20 saylı notariat ofisi tərəfindən verilmiş etibarnamə ilə 2014-cü il buraxılışlı, “VAZ 21214” minik markalı, **-HJ-*** dövlət nömrə nişanlı avtomobili almışdır. İddiaçı ilə aralarında olan razılaşmaya əsasən ödəniş müddəti qurtardıqdan sonra avtomobil onun mülkiyyətinə keçməli idi. 29 ay hər gün 20 manat ödəniş etmişdir, 1 ay ödəniş etməmişdir. Bundan sonra, İddiaçı ona verilmiş etibarnaməyə xitam vermiş və avtomobilin ondan alınması barədə məhkəmədə iddia qaldırmışdır. Hazırda həmin avtomobil iddiaçıdadır. Belə ki, o avtomaşını Ağcabədi şəhərində saxlayarkən iddiaçı avtomobilin ehtiyat açarından istifadə etməklə avtomobili aparmışdır. Əgər qətnamə olduğu kimi qalsa bu hal onun üçün gələcəkdə ciddi problemlər və məsuliyyət yarada bilər. Göründüyü kimi məhkəmə iş üçün əhəmiyyətli olan halları nəzərə almadan qətnamə qəbul etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Həmçinin göstərmişdir ki, Cavabdeh2 mübahisəli avtomobilin iddiaçı tərəfindən ehtiyat açarla işə salınaraq götürülüb aparılması ilə bağlı fikrinə münasibət bildirərək qeyd etmişdir ki, bunlar hamısı S. Niftalıyevin uydurmalarıdır. Belə ki, ümumiyyətlə iddiaçıda ehtiyat açar olmamışdır. Bundan başqa iddiaçı tərəfindən qeyd edilən avtomobil hazırda axtarışa verilmiş və axtarılır. Müəyyən edilmiş qaydada cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşdə olan və məhkəmə iclasında elan olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən və «Elektron Məhkəmə» informasiya mənbəyinin məlumatından görünür ki, "VAZ 21214 minik” markalı, istehsal ili 2014, mühərrik № 0581917, ban № XTA212140E2182678 olan, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 13 noyabr 2021-ci il tarixli "Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, İddiaçı adından Cavabdeh2 bu etibarnamə ilə "VAZ 21214” minik markalı, **-HJ-*** dövlət nömrə nişanlı avtomobili sürücülük hüququ olduqda istifadə etməyə dair Cavabdeh2 səlahiyyət vermişdir. Həmin etibarnamə 27 iyul 2023-cü il tarixdə qüvvədən düşmüşdür. İşdə olan və məhkəmə iclasında elan olunmuş 02 fevral 2021-ci il tarixli "Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, İddiaçı adından Cavabdeh1 bu etibarnamə ilə "VAZ 21214” minik markalı, **-HJ-*** dövlət nömrə nişanlı avtomobili sürücülük hüququ olduqda istifadə etməyə dair Cavabdeh2 səlahiyyət vermişdir. Həmin etibarnamə 06 noyabr 2023-cü il tarixdə qüvvədən düşmüşdür. İddiaçı hazırda avtomobilini özgənin qanunsuz sahibliyindən geri tələb etmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddianın əsası kimi cavabdehlərin qanunsuz sahibliyindən tələb olunan "VAZ 21214” minik markalı, **-HJ-*** dövlət nömrə nişanlı avtomobil iddaçı İddiaçı mülkiyyətindədir. Hazırda həmin avtomobil Cavabdeh2 qanunsuz istifadəsindədir və iddiaçı avtomobili cavabdehdən geri ala bilməməsi səbəbindən öz mülkiyyətindən istifadə etməsi qeyri-mümkün olmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, mübahisəli avtomobil Cavabdeh2 istifadəsindədir və həmin avtomobilin digər Cavabdeh1 heç bir aidiyyəti yoxdur. Cavabdeh2 mübahisəli avtomobilin iddiaçı tərəfindən ehtiyat açarla işə salınaraq götürülüb aparılması ilə bağlı apellyasiya dəlilinə kollegiya hüquqi qiymət verərək qeyd edir ki, S. Niftalıyev bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(017)-198/2024 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar