Məhkəmə qərarları › İş №2(106)-896/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-896/2024

25.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-896/2024 25.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, X9 oğlunun katibliyi, Cavabdehin və nümayəndəsi Vəkil2, iddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz və birgə nikah dövründə əldə olunmuş əmlak tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-33/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi Vəkil2 və iddiaçının nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh gəlin köçərkən ona hədiyyə kimi verilən cehiz əmlaklarının, olmadığı təqdirdə həmin əmlakların dəyəri olan 37857 manatın, toyunda və toyundan sonra ona hədiyyə olunan qızıl-zinət əşyalarının, olmadığı təqdirdə həmin əşyaların dəyəri olan 18205 manatın, birgə nikah dövründə əldə etdikləri əmlakların, olmadığı təqdirdə həmin əmlakların dəyərinin yarısı olan 10710 manatın, birgə nikah dövründə əldə etdikləri “Moskviç 21412” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinin, birgə nikah dövründə inşa edib təmir etdikləri fərdi yaşayış evinin, həyətin tikinti və təmir xərclərinə çəkilmiş pulun yarısı olan 75000 manat pulun və ödənilmiş 518 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh mebel yataq dəsti termo və şifoner – 5200 manat, stenka komplekt – 1900 manat, Divan-kreslo – 2600 manat, Stol stul komplekt – 1400 manat, Jurnalni stol – 400 manat, 3 ədəd böyük Xalça – 1800 manat, 2 ədəd orta xalça - 800 manat, Xalça- taxt, divan, kreslo və stol üçün örtük – 210 manat, Taxt örtüyü iki ədəd – 140 manat, Divan örtüyü iki ədəd - 120 manat, Yorğan döşək taxt üçün – 180 manat, Yorğan döşək 5 dəst – 700 manat, Balış 12 ədəd böyük – 600 manat, Balış 4 ədəd balaca – 220 manat, Nalça 12 ədəd – 300 manat. Buxovni adyal taxt üçün 4 ədəd – 500 manat, Yorğan türk istehsalı taxt üçün – 170 manat, Buxovni adyal taxt üçün iri 1 ədəd – 210 manat, Yorğan türk istehsalı 4 ədəd – 360 manat, Duxovka 1 ədəd – 520 manat, Elektrik ətçəkən maşın bir ədəd – 320 manat, Blendr 1 ədəd – 230 manat, Ətçəkən maşın əl ilə - 110 manat, Əl-üz dəsmalı 15 dəst - 375 manat, Hamam dəsmalı qətifə 6 ədəd – 210 manat, Çay dəsmalı 12 dəst – 180 manat, Süfrə 7 ədəd 5 metrdən (7x5=35) – 525 manat, Stol üçün skater 6 ədəd – 270 manat, Jurnal stol üçün skater 4 ədəd – 180 manat, Mətbəxt dəsmalı komplekt – 30 manat, Skater dəsti – 340 manat, Ütü stolu – 80 manat, Xrustal bakal dəsti – 120 manat, Xrustal stəkan 36 ədəd – 540 manat, Qara nəlbəki 36 ədəd – 180 manat, Xrustal armudu stəkan 24 ədəd – 340 manat, Armudu stəkan üçün nəlbəki 24 ədəd – 120 manat, Sadə xrustal stəkan 36 ədəd – 150 manat, Sadə armudu stəkan 24 ədəd – 80 manat, Sadə nəlbəki armudu stəkan üçün 24 ədəd - 80 manat, Sadə stəkanın nəlbəkisi 36 ədəd – 120 manat, Dolça bagema 3 dəst – 270 manat, Dolça sadə 2 dəst – 160 manat, Çaynik 3 dəst – 510 manat, Çaynik çaşka ilə 3 dəst – 480 manat, Çaynik çaşka kofe üçün dəst – 350 manat, Obedniy servis 1 komplekt – 900 manat, Boşqab 1 dəst – 40 manat, Badələr 1 dəst – 60 manat, Bagema badə 1 dəst – 80 manat, Saxlama qabları 3 dəst çüyün – 30 manat, Saxlama şüşə qabları 1 dəst – 15 manat, Saxlama plastmas qabları 1 dəst – 12 manat, Nəlbəki stəkan 1 komplekt – 80 manat, Bulud 8 ədəd – 200 manat, Boşqab böyük 36 ədəd – 210 manat, Nimçə orta 36 ədəd – 210 manat, Nimçə 36 ədəd – 200 manat, Nimçə balaca 36 ədəd – 190 manat, Boşqa orta 36 ədəd – 200 manat, Nimçə orta 36 ədəd güllü - 200 manat, Boşqab orta 36 ədəd güllü – 200 manat, Boşqab sadə 20 ədəd – 120 manat, Qaşıq vilka bıçaq 2 şamadan – 720 manat, Qaşıq vilka bıçaq (3x36) böyük – 270 manat, Qaşıq vilka bıçaq (3x36) balaca – 240 manat, Bıçaq dəsti bir komplekt – 175 manat, Bıçaq qarışıq 20 ədəd – 135 manat, Tort üçün bulud boşqab 2 komplekt – 360 manat, Plov üçün bulud boşqab 2 dəst – 320 manat, Çaşka nəlbəki 2 dəst – 160 manat, Kasa 24 ədəd – 120 manat, Masqur 24 ədəd – 120 manat, Taxt üçü pastel 4 dəst – 320 manat, Tək kravat üçün pastel 3 dəst – 120 manat, Qazan 5 litr aliminium 1 ədəd – 150 manat, Qazan tefal 3 ədəd – 180 manat, Tefal tava 5 ədəd – 290 manat, Tefal stek tava 1 ədəd – 350 manat, Elektrik samovar 1 ədəd – 190 manat, Qazan nerjavik 1 dəst – 270 manat, Qazan çüyün 2 dəst – 260 manat, Qazan şüyün 6 ədəd – 170 manat, Tefal tava 1 komplekt – 250 manat, Nerjavik qazan sadə - 200 manat, Aliminium teşt böyük 1 ədəd – 100 manat, Aliminium ləyən 1 ədəd – 60 manat, Plasmas ləyən 5 ədəd – 50 manat, Şa süzən böyük 1 ədəd – 140 manat, Aş süzən balaca 3 ədəd – 210 manat, Kofe üyüdən makina 1 ədəd elektrik – 250 manat, Dəm çayniki 4 ədəd – 80 manat, Kəkbir aliminium 2 ədəd böyük – 80 manat, Kəkbir mis 2 ədəd – 110 manat, Meyvə qabları xrustal 2 ədəd – 200 manat, Meyvə qabı bagema 2 ədəd – 140 manat, Meyvə qabı sadə 4 ədəd – 200 manat, Xrustal konfet qabları 4 ədəd – 320 manat, Xrustal ləpə qabları 4 ədəd – 140 manat, Mürəbbə qabı xrustal 12 ədəd – 140 manat, Xrustal vaz 2 ədəd – 140 manat, Bagema vaz 1 ədəd – 90 manat, Qənd qabı sadə 4 ədəd – 140 manat, Çaynik çuqun 4 ədəd – 160 manat, Bakal sok üçün 18 ədəd – 50 manat, Şüşə qablar 3 ədəd – 60 manat, Şüşə qab duxovka üçün 1 ədəd – 50 manat, Şirniyyat qabları 3 mərtəbə 3 dəst – 100 manat, Şirniyyat qabları 6 ədəd – 70 manat, Potnis sini 6 ədəd – 120 manat, Patnos aliminium 3 ədəd – 120 manat, Patnos nikkel 3 ədəd – 150 manat, Patnos çuqun 1 ədəd – 90 manat, Konfet qabı yeni 2 dəst – 80 manat, Qənd qabı qapaqlı 2 dəst – 80 manat, Konfet qabı qara 2 ədəd – 80 manat. Aliminium kasturka 1 ədəd – 80 manat, Çuqun qazan dəsti böyük (rus) – 230 manat, Qranit qazan 1 ədəd – 100 manat, Çuyun sadə qazan 1 ədəd – 90 manat,Tökmə qazan böyük 1 ədəd – 45 manat,Tökmə qazan orta 1 ədəd – 40 manat,Tökmə qazan balaca 2 ədəd – 50 manat,Tökmə tavalar 3 ədəd – 75 manat,Çuqun qazan böyük 1 ədəd – 200 manat,Tökmə qazan böyük 1 ədəd – 90 manat, Toyuq doğramaq üçün qayçı 2 ədəd – 20 manat, Banka bağlayan 2 ədəd – 40 manat dəyərində olan cehiz əşyalarının, olmadığı təqdirdə ümumi dəyəri olan 37857 manat pulun, birgə nikah dövründə əldə etdikləri əmlakları olan Kuxna mebeli – 1600 manat, Künc divanı – 1800 manat, Stol stul komplekt – 540 manat, Paltaryuyan maşın – 800 manat, Plazma televizor – 600 manat, Ütü tefal – 250 manat, ətçəkən maşın – 260 manat, Tava tefal – 60 manat, Qoz tavası – 35 manat, DVD – 120 manat, Video kamera – 800 manat, Krosno (peyk anteni) – 180 manat, Soyuducu – 480 manat, Video – 140 manat, Qaz peçi Samsung – 560 manat, Qaz iki gözlü – 1200 manat, Asperator – 200 manat, Tək kravat 4 ədəd (4x260) – 1040 manat, Şifoner 2 ədəd (2x450) – 900 manat, Tefal termos 1 ədəd – 80 manat, Tefal çaynik 1 ədəd – 11 manat, Şirəçəkən tefal 1 ədəd – 280 manat, Tək kravat örtüyü 3 ədəd – 150 manat, Tək kravat pastellari 6 dəst – 180 manat, Qazan dəsti nikel – 500 manat, Qaşıq – bıçaq dəsti çanadan – 280 manat, Saç feni – 70 manat, Ütü fen – 80 manat, Mis qazan – 200 manat, Mis kəkbir – 40 manat, Qranit qazan balaca – 60 manat, Qranit qazan böyük – 70 manat, Stol künc divanı üçün – 250 manat, Bıçaq vilka qaşıq çamadan 1 dəst – 300 manat, Pastel dəsti taxt üçün 2 dəst – 140 manat, Pastel dəsti kravat üçün 4 dəst – 160 manat, Ariston su qızdırıcı 100 litrlik 1 ədəd – 355 manat, Kombu 1 ədəd – 1600 manat, Kombi aristonlu 1 ədəd – 2000 manat, Dəst stol-stul komplekt 3 dəst – 300 manat, Şiş 12 ədəd – 80 manat, Mikser 1 ədəd – 120 manat, Kombi radiatoru 17 ədəd – 2550 manat dəyərində olan əşyalarının yarısı, olmadığı təqdirdə ümumi dəyəri olan 21421 manat pulun yarısı 10710 manat pulun, toyunda və toyundan sonra ona hədiyyə olunan qızıl-zinət əşyaları-Boyunbağı 1 ədəd, 583 əyyarlı, 25 qram – 2250 manat, Boyunbağı 1 ədəd, 583 əyyarlı, 15 qram – 1350 manat, Komplekt brilyant 1 ədəd, 583 əyyarlı, 2 karat, 15 qram – 1700 manat, Nişan üzüyü 1 ədəd, 583 əyyarlı, 0.50 sot, 5 qram – 700 manat, Üzük 1 ədəd, 583 əyyarlı, 3.5 qram – 310 manat, Qəpik onluq (qulplu) 1 ədəd, 875 əyyarlı, 12 qram – 850 manat, Qolbaq 1 ədəd, 583 əyyarlı, 12 qram – 1080 manat, Qəpik 5-lik (qulplu) 1 ədəd, 875 əyyarlı, 4.25 – 450 manat, Boyunbağı tros 1 ədəd, 583 əyyarlı, 20 qram – 1800 manat, Boyunbağı kardinal 1 ədəd, 583 əyyarlı, 20 qram – 1800 manat, Üzük 1 ədəd, 583 əyyarlı, 2.5 qram – 225 manat, Sırğa 1 ədəd, 585 əyyarlı, 3 qram – 270 manat, Qolbaq 1 ədəd, 585 əyyarlı, 2.5 qram – 225 manat, Boyunbağı 1 ədəd, 583 əyyarlı, 10 qram – 900 manat, Boyunbağı 1 ədəd, 585 əyyarlı, 3 qram – 270 manat, Qolbaq 1 ədəd, 583 əyyarlı, 10 qram – 900 manat, Qolbaq 1 ədəd, 583 əyyarlı, 8 qram – 720 manat, Qolbaq 1 ədəd, 583 əyyarlı, 8 qram – 700 manat, Üzül 1 ədəd, 583 əyyarlı, 3.5 qram - 315 manat, Üzük brilyant 1 ədəd, 583 əyyarlı, 0.50 sot, 5 qram – 650 manat, Üzük 1 ədəd, 585 əyyarlı, 2.5 qram – 225 manat, Üzük 1 ədəd, 585 əyyarlı, 2.5 qram – 225 manat, Üzük 1 ədəd, 585 əyyarlı, 3 qram – 270 manat dəyərində olan əşyaların, olmadığı təqdirdə ümumi dəyəri 18205 manat pulun, birgə nikah dövründə inşa edib təmir etdiyikləri fərdi yaşayış evinin və həyətinin tikinti və təmir xərclərinə çəkilmiş 150000 (bir yüz əlli min) manat pulun yarısı olan 75000 (yetmiş beş min) manatın və həmçinin birgə nikah dövründə əldə etdikləri VAZ 2101 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin, VAZ 21043 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Jeep Hover markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin, QAZ 31105 markalı 44-BT240 dövlət qeydiyyat nişanlı avtomobilin, VAZ 21074 markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Moskviç 21412 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin dəyərinin yarısının və ödənilmiş 518 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-33/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Firdovsi Əliyev) iddia qismən təmin edilərək Cavabdeh mebel yataq dəsti termoşfoner, divar mebel dəsti (stenka), divan-kreslo dəsti, 1 ədəd stol, 3 ədəd stul, 1 ədəd yazı masası, 1 ədəd xalça böyük, 1 ədəd xalça balaca, 3 ədəd divan-kreslo xalçası, 1 ədəd taxt örtüyü, 1 ədəd tüklü odeyal, 2 ədəd yorğan, 7 ədəd böyük balış, 6 ədəd nalça, 1 ədəd döşək taxt üçün, 2 ədəd tək döşək, 1 ədəd masa xalçası böyük, 1 ədəd masa xalçası balaca, 1 ədəd uşaq döşəyi balaca, 1 ədəd pərdə, 6 ədəd xrustal stəkan, 6 ədəd qara nəlbəki, 11 ədəd xrustal nəlbəki, 4 ədəd sadə xrsutal stəkan, 15 ədəd armudu stəkan üçün nəlbəki, 1 ədəd ağ bagema servis dəsti, 1 ədəd qara bagema servis dəsti, 3 ədəd çuğun qazan dəsti, 2 ədəd çuğun qazan, 1 ədəd elektrikli samovar, 1 dəst qazan, 1 ədəd lampa, 4 ədəd bulud, 12 ədəd qara boşqab, 29 ədəd ağ boşqab dəsti böyük-dayaz, 17 ədəd ağ böyük boşqab, 16 ədəd ağ boşqab balaca, 7 ədəd ağ maskura, 5 ədəd ağ kasa, 3 ədəd ağ dərin boşqab, 1 ədəd çörək qabı, 2 ədəd plasmas ləyən, 10 ədəd sadə kasa, 9 ədəd sadə maskura, 4 ədəd padnos, 4 ədəd tefal tava, 2 ədəd bagema meyvə qabı, 5 ədəd qızılı şirə üçün stəkanı, 1 ədəd böyük tort qabı, 6 ədəd balaca tort qabı, 14 ədəd sadə dərin boşqab, 1 ədəd qazan, 1 ədəd böyük qazan, 1 ədəd tava, 1 ədəd aş süzən, 2 ədəd çuğun ləyən, 1 ədəd çılçıraq, 6 ədəd duz qabı, 2 ədəd xrustal qənd qabı, 2 ədəd xrustal konfet qabı, 1 ədəd xrustal meyvə qabı, 1 ədəd mürəbbə qabı, 2 ədəd xrustal ləpə qabı, 9 ədəd sadə qənd qabı, 25 ədəd sadə nəlbəki, 10 ədəd qara sadə nəlbəki, 2 ədəd dolça, 1 ədəd sarı qəfədan, 1 ədəd çaydan, 1 ədəd sürtgəc, 1 ədəd plasmast çömçə dəsti, 2 ədəd banka bağlayan, 8 ədəd böyük qaşıq, 6 ədəd çəngəl, 2 ədəd çömçə, 7 ədəd balaca qaşıq, 12 ədəd böyük qaşıq dəsti, 12 ədəd bıçaq, 12 ədəd çəngəl, 8 ədəd balaca çəngəl, 8 ədəd qaşıq, 4 ədəd dəsmal, 4 ədəd qətfə, 1 ədəd 25 qramlıq, 583 əyyarlı boyunbağı və ya dəyəri 2250 (iki min iki yüz əlli) manat, 1 ədəd 15 qramlıq, 583 əyyarlı boyunbağı və ya dəyəri 1350 (bir min üç yüz əlli) manat, 1 ədəd 15 qramlıq, 583 əyyarlı briliyant qaşlı sırğaüzük dəsti və ya dəyəri 1700 (bir min yeddi yüz) manat, 1 ədəd 5 qramlıq, 583 əyyarlı briliyant qaşlı nişan üzüyü və ya dəyəri 700 (yeddi yüz) manat, 1 ədəd 12 qramlıq, 875 əyyarlı qəpik onluq (qulplu) və ya dəyəri 850 (səkkiz yüz əlli) manat, 1 ədəd 5 qramlıq, 583 əyyarlı briliyant qaşlı üzük və ya dəyəri 650 (altı yüz əlli) manatın alınaraq İddiaçı verilməsi, həmçinin tərəflərin birgə nikahı dövründə əldə etdikləri “Moskviç” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin ½ (ikidə bir) hissəsində Cavabdeh və ½ (ikidə bir) hissəsində İddiaçı pay hüquqlarının tanınması, ödənilmiş dövlət rüsumuna görə Cavabdeh 203 manatın tutularaq İddiaçı verilməsi, iddian tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək Masallı Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 2(050)-33/2024 saylı qətnaməsini qismən - iddia tələbinin ondan 1 ədəd 25 qramlıq, 583 əyyarlı boyunbağı və ya dəyəri 2250 (iki min iki yüz əlli) manat, 1 ədəd 15 qramlıq, 583 əyyarlı boyunbağı və ya dəyəri 1350 (bir min üç yüz əlli) manat, 1 ədəd 15 qramlıq, 583 əyyarlı briliyant qaşlı sırğa-üzük dəsti və ya dəyəri 1700 (bir min yeddi yüz) manat, 1 ədəd 5 qramlıq, 583 əyyarlı briliyant qaşlı nişan üzüyü və ya dəyəri 700 (yeddi yüz) manat, 1 ədəd 12 qramlıq, 875 əyyarlı qəpik onluq (qulplu) və ya dəyəri 850 (səkkiz yüz əlli) manat, 1 ədəd 5 qramlıq, 583 əyyarlı briliyant qaşlı üzük və ya dəyəri 650 (altı yüz əlli) manatın alınaraq İddiaçı verilməsi hissəsində ləğv еdərək, iddanın həmin hissədə təmin еdilməməsi barədə qətnamə çıхarılmasını хahiş еtmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ötən ilin aprel ayında İddiaçı ona qarşı əmlak tələbi ilə mediasiyaya müraciət etmiş və xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalamışlar. Həmin sazişə görə İddiaçı cehiz əmlakını 1 ay ərzində evdən çıxarmağı, o isə onun qızıl-zinət əşyalarının yarısını pul dəyərində, yəni 600-700 manat pul ödəməsi ilə bağlı öhdəlik götürmüşdür. Lakin İddiaçı əşyalarını sazişdə qeyd olunan müddət ərzində evdən götürməmiş, ona qarşı əmlak tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələblərini bir neçə dəfə dəyişən iddiaçı ondan cehiz əşyaları ilə yanaşı, yaşadıqları evin dəyərinin yarısı adı ilə 75000 manat, müxtəlif adda qızılların dəyərini və müxtəlif adda avtomobillərin dəyərinin yarısını tələb etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının qızıl zinyət əşyalarına münasibətdə iddia tələbinin əsası kimi, yəni mübahisəli qızıl-zinət əşyalarının onda olmasını təsdiq еdən sübut təqdim еdə bilməməsini nəzərə almamışdır. Barışıq sazişində iddiaçı qızıllarının yarısının dəyəri kimi ondan 600-700 manat pul almağa razılaşır. Məhkəmə isə iddiaçının hansı səbəbdən qızıllarının hamısını deyil, ondan olan yarısı ilə razılaşmasını araşdırmamışdır. Halbuki, iddiaçının tələb etdiyi və məhkəmənin də təmin etdiyi boyunbağılardan biri satılaraq iddiaçının müalicəsinə sərf edilmiş, digərini isə apardığından onda olmamışdır. Təmin edilən digər qızıllar isə lombarda qoyulmaqla əldə olunan vəsait ailənin ehtiyaclarına sərf edilməsinə baxmayaraq həmin lombardın borcunu tək ödəyir. İddiaçı buna heç bir köməklik etmir. Halbuki, qazancı kimi xərclərinə, borclarına da iddiaçı şərik olmalıdır. Bun barədə bildirməyinə baxmayaraq, məhkəmə sübutları qiymətləndirərkən bunların heç birini nəzərə almamışdır. Birinci instansiya məhkəməsi təmin edilən qızıl-zinət əşyalarına münasibətdə həmin əşyaların məndə olması qənaətinə gəlmiş, lakin bu nəticə iş matеriallarında оlan hеç bir sübutla təsdiqlənməmişdir. Bu isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən еdilən iş üçün əhəmiyyəti оlan yuхarıdakı хüsusatın sübut еdilməməsini göstərir. Cavabdehin nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, əslində tərəflər arasında çox ciddi konflikt yaşanmamış, barışıq əldə olunması üçün cəhd edilmiş, lakin son anda bu mümkün olmamışdır. Qeyd edir ki, onlar Masallı Rayon Məhkəməsinin 2(050)-33/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsini qızıl-zinət əşyalarına dair hissədə bütöv şəkildə mübahisələndirirlər. İddiaçı evdən gedən zaman cavabdeh evdə olmamış, iddiaçı özünə məxsus qızılları götürüb atasıgilə getmişdir. İddiaçıya bu barədə sual verdikdən sonra da məlum olmuşdur ki, o, evdən gedərkən cavabdeh evdə olmamış, yəni onun evdən qızıllarla getməsinə hər hansı bir maneə yaradılmamışdır. Məhkəməyə iki ədəd fotoşəkil təqdim etmişlər. Hansı ki, həmin fotoşəkillər 2022-ci ilin sentyabr ayında olan toy zamanı çəkilsə də, həmin şəkilləri birinci instansiya məhkəməsi qətnamə qəbul etdikdən sonra əldə edə bilmişlər. İddiaçıya verdiyi sual zamanı da müəyyən edilmişdir ki, onun qohumu İlhamın toy məclisi o, evdən çıxdıqdan sonra olmuşdur. Təqdim etdiyi fotoşəkillər həmin toy məclisində çəkilmiş iddiaçının fotoşəkilləridir. Həmin fotoşəkillərə nəzər saldıqda aydın olur ki, iddiaçının üzərində iki ədəd üzük var. Bunlardan biri paxlava formalı üzükdür. Hansı ki, birinci instansiya məhkəməsi zamanı təqdim etdikləri fotoşəkildəki üzüyə bənzəyir. Barmağındakı isə həmin üzükdür. Üzüklərdən biri sırğanın dəstidir. Buradan sual yaranır ki, necə ola bilər ki, iddiaçı evdən gedərkən üzüyü apasın, lakin sırğa evdə qalsın? Başqa bir nüansı kollegiyanın diqqətinə çatdırır ki, tərəflər arasında qızıl-zinət əşyaları ilə bağlı barışıq sazişi mövcuddur. Həmin barışıq sazişində iddiaçı bütün qızılların dəyərinin yarısı olaraq 600-700 manat məbləğində pulun cavabdeh tərəfindən ona ödənilməsini qəbul etmişdir. Həmin barışıq sazişi etibarsız hesab edilməmiş, mübahisələndirilməmişdir. Hazırda isə iddiaçı həmin barışıq sazişinə rəğmən qızıl-zinət tələbi ilə çıxış edir. Bu iddianı qaldırmışdırsa, bəs barışıq sazişində niyə elə razılıq vermişdir? Əslində lombardda sep, onluq ya beşlik, bir də üzük olmuşdur. Həmin qızıllar lombarda qoyulmuş, pul götürülmüşdür. Cavabdeh də düşünmüşdür ki, həmin qızılları lombardda olduğu üçün iddiaçıya pul ödəmək öhdəliyinə sahibdir. Özü barışıq sazişi zamanı orada iştirak etməmişdir. Mübahisəli fərdi yaşayış evi barədə qeyd edir ki, həmin ev tərəflərin birgə nikahı dövründə əldə edilsə də, birgə vəsait hesabına əldə edilməmişdir. Birgə nikah dövründə əldə edilən hər əmlak tərəflərə məxsus olmalı deyildir. Qeyd etmək lazımdır ki, iddiaçı barışıq sazişində mübahisəli fərdi yaşayış evinin adını belə çəkməmişdir, çünki evin onlar tərəfindən tikilmədiyini bilirdi. "xxxx" QSC-nin Nərimanov filialı və cavabdehin yeznəsi İman Fəttayev arasında başqa bir mənzilin icarəsi barədə icarə müqaviləsi bağlanmışdır. Həmin mənzil faktiki olaraq cavabdehin qardaşı Qalib Qəniyevə məxsus olsa da, özü Qazaxıstanda olduğu üçün mənzili İman Fəttayevin adına rəsmiləşdirmişdir. Həmin mənzilin icarəsindən əldə edilən gəlirlər İman Fəttayev tərəfindən Qalib Qəniyevə verilmişdir. Qalib Qəniyev həmin pul vəsaitləri hesabına mübahisəli fərdi yaşayış evini tikdirmişdir. Masallı rayonu Bədəlan kəndində yerləşən həyət evində 3 ev mövcuddur. Ata evi köhnədir və qəzalı vəziyyətdə olduğu üçün söküləcəkdir. Digər ev isə Qalib Qədirov özü üçün tikdirmiş, lakin hələ evə çıxarış almamışdır. İddia edilən evi isə cavabdehin qardaşı Qalib Qəniyev anası üçün tikdirmiş və bacısının adına müvafiq Çıxarış almışdır. Həmin evlərin yerləşdiyi torpaq sahəsi də onların bacısının adınadır. İddiaçı həmin evin tərəflərin birgə vəsaiti hesabına tikilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əlavə olaraq, mülkiyyət hüququ ilə Aynur Qəniyevə məxsus mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikahı dövründə cavabdehin qardaşının vəsaiti hesabına onun anası, bacısı üçün tikilməsinə baxmayaraq tərəflər əvvəl orada yaşamışlar. Həmin çıxarış iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Evin birgə nikah dövründə tikilməsi, habelə evin dəyərini sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Qeyd etmək lazımdır ki, bu ilin sentyabr ayında övladlarının təhsili ilə əlaqədar olaraq cavabdeh Bakı şəhərinə köçəcəkdir. Onun olmayan evə görə niyə 75000 manat məbləğində pulu iddiaçıya ödəməlidir? Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, vəkilinin dediklərini təsdiq edir. Qeyd edir ki, mübahisəli fərdi yaşayış evi 2009-cu ildə qardaşı tərəfindən ana və bacısının yaşaması üçün tikilmişdir. Evin sənədi olmamış, daha sonra bacısının adına müvafiq Çıxarış əldə edilmişdir. Mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi isə nənəsinin adına olmuş, daha sonra vərəsəlik qaydasında keçmişdir. Mülkiyyətçi olmuş X6 onun əmisidir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, cavabdehlə 2003-cü ildən 2023-cü ilədək evli olsalar da, faktiki olaraq xx.xx.2022-ci il tarixdən ayrı yaşayırlar. Belə ki, həmin tarixdə evdən çıxaraq atasıgilə getmişdir. Onlar nikaha daxil olduqdan sonra bir müddət həmin həyətdə yerləşən digər evdə cavabdehin ailəsi ilə yaşasalar da, 2009-cu ildə mübahisəli evi tikmiş, daha sonra isə orada yaşamağa başlamışlar İlhamın toyu o, evdən çıxdıqdan sonra olmuşdur. O, evdən çıxan gün cavabdehin anası həyətdə olmuşdur. Cavabdeh özü evdə olmamış, zəng etsələr də, evə gəlməmişdir. Barışıq sazişində birinci instansiya məhkəməsi zamanı təqdim olunan fotoşəkillərdəki qızıllarla bağlı cavabdehlə razılaşmamışdır. Həmin vaxt atası ilə cavabdeh dalaşmış, qabağına kağız gətirərək ona oxutmadan imzalatmışlar. Sazişdə 600-700 manat məbləğdə razılığı bilməmişdir. O, sadəcə qızıllarını istəyir. İddia ərizəsinə qeyd etdiyi qızılları istəyəndə, onu aldadıb sazişə imza atdırmışlar. 600-700 manat razılıq barədə yalnız məhkəmə iclası zamanı məlumatlı olmuşdur. Mediasiyaya müraciət edən zaman qızılların siyahısını vermişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, cavabdehin apellyasiya şikayətinin dəlillərini və iş materiallarını yoxlayıb, toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)- 33/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddia tələbinin “qızıl-zinət əşyalarının və ya dəyərinin cavabdehdən alınaraq iddaçıya verilməsi” hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 08 fevral 2023-cü il tarixli rəyindən görünür ki, 1 ədəd 25 qramlıq, 583 əyyarlı boyunbağının qiyməti 2250 manat, 1 ədəd 15 qramlıq, 583 əyyarlı boyunbağının qiyməti 1350 manat, 1 ədəd 15 qramlıq, 583 əyyarlı 2 karat, komplekt-brilyant qaşlı sırğa-üzük dəstinin qiyməti 1700 manat, 1 ədəd 5 qramlıq, 583 əyyarlı, 0.50 sot, nişan üzüyünün qiyməti 700 manat, 1 ədəd 3.5 qramlıq, 583 əyyarlı, üzüyün qiyməti 310 manat, 1 ədəd 8.55 qramlıq, 875 əyyarlı onluq qəpiyin (qulplu) qiyməti 850 manat, 1 ədəd 12 qramlıq, 583 əyyarlı qolbağın qiyməti 1080 manat, 1 ədəd 4.25 qramlıq, 875 əyyarlı beşlik qəpiyin (qulplu) qiyməti 450 manat, 1 ədəd 20 qramlıq, 583 əyyarlı tros boyunbağının qiyməti 1800 manat, 1 ədəd 20 qramlıq, 583 əyyarlı kardinal boyunbağının qiyməti 1800 manat, 1 ədəd 2.5 qramlıq, 583 əyyarlı üzüyün qiyməti 225 manat, 1 ədəd 3 qramlıq, 585 əyyarlı sırğa dəstinin qiyməti 270 manat, 1 ədəd 2.5 qramlıq, 585 əyyarlı qolbağın qiyməti 225 manat, 1 ədəd 10 qramlıq, 583 əyyarlı boyunbağının qiyməti 900 manat, 1 ədəd 3 qramlıq, 585 əyyarlı boyunbağının qiyməti 270 manat, 1 ədəd 10 qramlıq, 583 əyyarlı qolbağın qiyməti 900 manat, 1 ədəd 8 qramlıq, 583 əyyarlı qolbağın qiyməti 720 manat, 1 ədəd 8 qramlıq, 583 əyyarlı qolbağın qiyməti 720 manat, 1 ədəd 3.5 qramlıq 583 əyyarlı üzüyün qiyməti 315 manat, 1 ədəd 5 qramlıq, 583 əyyarlı 0.50 sot birliyant qaşlı üzüyün qiyməti 650 manat, 1 ədəd 2.5 qramlıq, 585 əyyarlı üzüyün qiyməti 225 manat, 1 ədəd 2.5 qramlıq, 585 əyyarlı üzüyün qiyməti 225 manat, 1 ədəd 3 qramlıq, 585 əyyarlı üzüyün qiyməti 270 manat müəyyən edilmişdir. İş materiallarında olan Nişan və toy mərasimlərinin fotoşəkillərinə baxış zamanı iddiaçının üzərində 2 ədəd boyunbağı, 1 ədəd sırğa-üzük dəsti, 1 ədəd nişan üzüyü, 1 ədəd qulplu qəpik onluq və 1 ədəd üzük olması müəyyən olunmuşdur. İş materiallarında olan X1 tərəfindən təsdiq edilmiş 04 aprel 2023-cü il tarixli MŞL/MT 014/2023-00674 saylı barışıq sazişindən görünür ki, ikinci tərəf Cavabdeh birinci tərəf yəni İddiaçı cehiz əmlakının qaytarılmasına razılıq verdi. Cehizlər 1 ay ərzində çıxarılacaqdır. İkinci tərəf Cavabdeh birinci tərəf yəni İddiaçı qızıl-zinət əşyalarının yarısını pul dəyərində yəni 600-700 manat pul ödəyəcəyinə öhdəlik götürmüşdür. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, 04 aprel 2023cü il tarixli MŞL/MT 014/2023-00674 saylı barışıq sazişinin ikinci hissəsində göstərilən Cavabdeh İddiaçı qızıl-zinət əşyalarının yarısının dəyəri olan 600-700 manat pul ödəyəcəyinə öhdəlik götürməsi hissəsi ilə bağlı qeyd edir ki, sazişin həmin hissəsi iddiaçının hüquqlarını məhdudlaşdırmaqla qanuna zidd şəkildə bağlanmışdır. Məhz bu səbəbdən də məhkəmə hesab edir ki, qeyd olunan saziş həmin hissədə etibarsız hesab edilməlidir. Çünki, iddianın qızıl-zinət tələbi əsaslı olan hissədə, zinət əşyalarının ümumi dəyəri 7500 manat təşkil edir. Göründüyü kimi, həmin məbləğə münasibətdə sazişdə qeyd olunmuş 600-700 manat cüzi məbləğdir və MM-nin 6.1.4-cü maddəsində nəzərdə tutulmuş mülkiyyətin toxunulmazlığı prinsipinə tam ziddir. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma əsasında qeyd edir ki, iş materiallarına əsasən tərəflər arasında Mediasiya prosesi nəticəsində xx.xx.2023-cü ildə barışıq sazişi bağlanmış və həmin sazişin 1.2.3-cü bəndində qeyd edilmişdir ki, ikinci tərəf Cavabdeh birinci tərəf yəni İddiaçı cehiz əmlakının qaytarılmasına razılıq verdi. Cehizlər 1 ay ərzində çıxarılacaqdır. İkinci tərəf Cavabdeh birinci tərəf yəni İddiaçı qızıl-zinət əşyalarının yarısını pul dəyərində yəni 600-700 manat pul ödəyəcəyinə öhdəlik götürmüşdür. Habelə adıçəkilən barışıq sazişi hazırda da qüvvədə olmaqla mübahisələndirilməmişdir. Beləliklə, Mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə barışıq sazişindən aydın olur ki, qızıl-zinət əşyaları ilə bağlı mübahisə tərəflər arasında həll edilmişdir. Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 23 fevral 2024-cü il tarixli № 01/2024 qərardadına əsasən barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Əlavə olaraq, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1ci maddəsinə görə barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Habelə MM-in 881.2-ci maddəsinə görə barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata hallarda xitam verir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, cavabdehin nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin 2(050)-33/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddia tələbinin “qızıl-zinət əşyalarının və ya dəyərinin cavabdehdən alınaraq iddaçıya verilməsi” hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 261, 372, 384, 391 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiya QƏRARAALDİ: Cavabdeh nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-33/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddia tələbinin “qızıl-zinət əşyalarının və ya dəyərinin cavabdehdən alınaraq iddaçıya verilməsi” hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kasassiya şikayəti verilə bilər. Qərardaddan həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar