Məhkəmə qərarları › İş №2(106)-91/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-91/2025

09.12.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-91/2025 09.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, İddiaçı və nümayəndəsi Nümayəndə, Cavabdeh (eyni zamanda Cavabdeh1 hüquqi varisi) Cavabdeh2 iştirakları ilə, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-102/2024 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq ona məxsus olan İmişli şəhəri İ.Əliyev küçəsində yerləşən yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsini eyni adlı küçə ilə birləşdirən keçid üzərində tikilmiş tövlə binasının və İmişl şəhəri İ.Əliyev küçəsinə çıxışda qoyulan dəmir darvazanın sökülərək gediş-gəliş yolunun açılması və ərazinin bundan sonra tutulmasına yönəlmiş qanunazidd hərəkətlərə son qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə Cavabdeh1 məxsus olan İmişli şəhəri İ.Əliyev küçəsi 27-də yerləşən fərdi yaşayış evində yaşamış və çəpər daxilində yerləşən həyətyanı torpaq sahəsində başqa fərdi yaşayış evi tikərək 2015-ci ildə həmin evə köçmüşdür. Ona məxsus olan evin yerləşdiyi 0.05-0.06 ha həyətyanı torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla torpaq islahatı keçirilərkən ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinə bitişik yerləşir və onun tərəfindən hasarlanaraq Cavabdeh1 həyətyanı sahəsindən ayrılmışdır. Həmin torpaq sahəsini İmişli şəhəri İ.Əliyev küçəsi ilə birləşdirən yeganə keçid Cavabdeh1 həyətyanı sahəsindən keçir və ərazisi uzun müddətdən bəri istifadəsiz qalmış çiy kərpic materialından tikilmiş tövlə binası ilə tutularaq İmişli şəhəri İ.Əliyev küçəsinə çıxışda dəmir darvaza qoyulmaqla bağlanmışdır. Ona məxsus olan həyətyanı torpaq sahəsini İmişli şəhəri İ.Əliyev küçəsi ilə birləşdirən keçidin açılması barədə Cavabdeh1 ilə razılığa gəlsə də, Cavabdeh2 buna maneçilik törətmişdir. Cavabdeh2 uzun müddət öz ailə üzvləri ilə birlikdə başqa yerdə yaşamış və İmişli şəhəri S.Əsədov küçəsində yerləşən evini satdıqdan sona onu ailə üzvləri ilə birlikdə valideynlərinə məxsus olan evdən çıxarıb yenidən İmişli şəhəri İ.Əliyev küçəsi 27-də yerləşən fərdi yaşayış evinə köçərək onun əmlak hüquqlarını pozan hərəkətlər etməkdə davam etmişdir. Belə ki, Cavabdeh2 mal-qara saxladığı yeri, çirkab suların toplandığı hopdurucu çalanı və su çənini ona məxsus olan evin yaxınlığına gətirmiş, o cümlədən onun həyətyanı torpaq sahəsini İmişli şəhəri İ.Əliyev küçəsi ilə birləşdirən keçid üzərində tikilmiş tövlə binasını və İmişli şəhəri İ.Əliyev küçəsinə çıxışda qoyulmuş dəmir darvazanı sökməyə qoymayaraq gediş-gəliş yolunu bağlı saxlamışdır. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-102/2024 saylı qətnaməsi ilə (hakim Ülvi Qənbərov) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus olan İmişli şəhəri İ.Əliyev küçəsi 27-də yerləşən bir mərtəbəli fərdi yaşayış evinin həyətyanı torpaq sahəsini eyni adlı küçə ilə birləşdirən keçid üzərində tikilmiş tövlə binasını və İmişli şəhəri İ.Əliyev küçəsinə çıxışda qoyulan dəmir darvazanı sökərək həmin tərəfdə hasaradək 4,0 metr enində ərazini azad etməsi və həmin ərazidən gediş-gəliş yolu kimi istifadə edilməsinə maneçilik törədən qanunazidd hərəkətlərə son qoyulması qət edilmişdir. Cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir. İŞİNHALLARİ: Torpağın mülkiyyətə verilməsinə dair (JN 564 A saylı) şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən İmişli şəhərində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi İddiaçı, Cavabdeh1, X4, X5, X2 və X1 ümumi mülkiyyətindədir. JN 564 A saylı Plana əsasən mülkiyyətdə olan 0,06 ha həyətyanı torpaq sahəsi ilə İmişli şəhəri İ.Əliyev küçəsində yerləşən mülkiyyətdə olan qonşu torpaq sahələri arasında bir tərəfdə 5,0 metr (miqyas: 1000 x 5,0mm), digər tərəfdə isə 6,0 metr (miqyas:1000 x 6,0mm) enində gediş-gəliş yeri vardır. Cavabdeh1 məxsus olan fərdi yaşayış evi (564AJ) və tikili (564AN) mülkiyyətdə olan torpaq sahəsinin hüdudlarından (dönmə nöqtələrini birləşdirən xətlərdən) kənarda yerləşir. İddiaçı məxsus olan fərdi yaşayış evi bələdiyyə mülkiyyətində (521 3BB) olan torpaq sahəsində yerləşir. Cavabdeh1 məxsus olan fərdi yaşayış evinin bir hissəsi bir tərəfdə gediş-gəliş yolu üzərinə düşdüyündən həmin tərəfdə gediş-gəliş yolu 1,5 metr (miqyas:1000 x 1,5mm) eninə qədər daralmışdır. Digər tərəfdən keçən 5,0 metr enində gediş-gəliş yolu ilə həmsərhədd olan mülkiyyətdə olan qonşu həyətyanı torpaq sahəsinin sərhəddindən həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinədək olan məsafə 5,0 metr (miqyas:1000 x 5,0mm) təşkil edir. Elektron mənbədən alınmış ortofotofotodan çıxarışa əsasən İddiaçı istifadəsində olan həyətyanı torpaq sahəsi İmişli şəhəri İ.Əliyev küçəsindən Cavabdeh1 istifadəsində olan həyətyanı torpaq sahəsi ilə ayrılmışdır. İddiaçı istifadəsində olan həyətyanı torpaq sahəsini İmişl şəhəri İ.Əliyev küçəsinə birləşdirən mümkün ən qısa keçid Cavabdeh1 istifadəsində olan həyətyanı sahənin düzxətt boyunca yerləşən bir tərəfindən keçir və üzərində tikili (qeyri-yaşayış sahəsi) vardır. Cavabdeh1 istifadəsində olan həyətyanı torpaq sahəsinin həmin tərəfndən keçən sərhəddi ilə qonşu həyətyanı torpaq sahəsi üzərindəki fərdi yaşayış evi arasından həmin qoşunun həyətinə yol keçir və girişdə darvaza qoyulmuşdur. İmişli Bələdiyyəsinin 295 saylı xx.xx.2024-cü il tarixli məktubuna görə İddiaçı istifadəsində İmişli şəhəri İ.Əliyev küçəsində həyətyanı torpaq sahəsi vardır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 Saylı Beyləqan Ərazi İdarəsinin 10 aprel 2025-ci il tarixli 3-21-3-45/2-2142/2025 saylı mütəxəssis rəyindən görünür ki, araşdırmanın nəticəsi olaraq aşağıdakılar müəyyən edilmişdir: Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə (JN 564 A saylı KOD ********) əsasən İddiaçı Tayyar oğlu, X6. X4, X7, X3 və X1 ümumi mülkiyyətində olan və İmişli şəhərində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin naturada hüdudları müəyyən edilmişdir. İmişli şəhərində yerləşən İddiaçı faktiki istifadəsində olan bələdiyyə mülkiyyətinə aid 0.04 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. İmişli şəhərində yerləşən İddiaçı məxsus fərdi yaşayış evi "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə (JN 564 A saylı KOD ********) əsasən İddiaçı. Cavabdeh1. X4, X5, X2 və X1 ümumi mülkiyyətində olmaqla İmişli şəhərində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində deyil, həmin yerləşən onların istifadəsində olmuş, hal-hazırda İddiaçı faktiki istifadəsində olan bələdiyyə mülkiyyətinə aid 0.04 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. İmişli şəhərində yerləşən İddiaçı məxsus fərdi yaşayış evindən İddiaçı tərəfindən sərbəst istifadəyə, habelə həmin eve giriş-çıxışa maneəçilik törədən dəmir darvaza, çiy kərpicdən tikilmiş 460 kv.m (10mx4.6m) ölçüdə tikili (tövlə), fərdi yaşayış evi və günlük mövcuddur. Həmin tikililər "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə (JN 564 A saylı KOD ********) əsasən İddiaçı, Cavabdeh1, X4, X5, X2 və X1 ümumi mülkiyyətində olan və Cavabdeh2 Cavabdeh1 və digər ailə üzvlərinin istifadəsində olan 0.06 ha həyətyanı torpaq sahəsində yerləşir. İddiaçı məxsus fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və ya başqa şəxslər tərəfindən sərbəst istifadəyə, habelə həmin eve girişçıxışa maneəçilik törədən tikililər və giriş darvazası "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə (JN 564 A saylı KOD ********) əsasən İddiaçı, Cavabdeh1, X4, X5, X2 və X1 ümumi mülkiyyətində olan və İmişli şəhərində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində mövcud olmuşdur və həmin həyətyanı torpaq sahəsinin mülkiyyətçiləri tərəfindən inşa edilərək birgə İstifadə edilmişdir. 6. İddiaçı məxsus fərdi yaşayış evinə giriş-çıxış Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə (JN 564 A saylı KOD ********) əsasən İddiaçı, Cavabdeh1, X4, X5, X2 və X1 ümumi birgə mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsindən təsdiq olunmuş bölgü sxemi əsasında İddiaçı iddia etdiyi və payına düşən 0.01 ha torpaq sahəsinin ayrılması təqdirdə mümkündür. Cavabdeh1 Ölüm haqqında şəhadətnamədən (AZ-İİ 532106) görünür ki, xx.xx.2025-ci il tarixdə ölmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təxminən 1960-cı ildə mübahisəli həyətdə hazırkı yaşadığı evi tikmiş və bütün uşaqları da həmin həyətdə doğulub boyabaşa çatmışdır. İddiaçının izahatında qeyd etdiyi çiy kərpicdən tikilmiş tövlə də təxminən 50 il bundan qabaq tikilmişdir. Hazırda həmin tövlənin bir otağında xırda buynuzlu heyvanlar, digər otağında isə quşlar saxlanılır. Rayonda gedən torpaq islahatı zamanı həyətyanı (0,06 ha) torpaq sahəsi o da daxil olmaqla 6 nəfər ailə üzvünün ümumi birgə mülkiyyətinə verilmişdir. Hazırda torpaq mülkiyyətçilərindən arvadı Solmaz və oğlu Nemət vəfat etmişdir. Təxminən 1960-cı ildən həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu iddiaçının göstərdiyi darvazadan olmuşdur. 2015-ci ildə oğlu İddiaçı özünə həyətinin bir hissəsində ev tikmək istəyəndə o bildirmişdir ki, evini düzgün yerdə tikmir, belə ki, gələcəkdə həmin evin ayrıca yolu olması üçün çətinlik yaranacaqdır. Çünki həyəti dörd bir tərəfdən qonşularla əhatə olunmuşdur. Həyətinə yalnız bir yerdən giriş-çıxış yolu vardır. Yasinin evinə gedən yol isə onların hazırda yaşadıqları evin qarşısından keçir ki, həmin yolun da eni girişdə 3,5 metr olsa da, həyətin içərsinə doğru getdikcə tövləyə görə daha da daralaraq 2 metr olur. O Yasinə bu barədə deyərkən o, bildirdi ki, onların istifadə etdiyi yoldan o da onlarla birlikdə istifadə edəcək və buna görə də, narahat olmağa dəyməz. Beləliklə, bu günə kimi Yasin də həmin yoldan heç bir maneə olmadan istifadə edir. Yasin öz həyətini onun həyətindən daş hasarla ayırmış və onun həyətinə tərəf bir piyada qapısı qoymuşdur. Heç kəs oğlu Yasinə və onun ailəsinə yoldan keçmək üçün heç vaxt heç bir maneə yaratmamışdır. Bunların hamısı onların arasına söz-söhbət salmaq istəyən adamların işidir ki, onlar da Yasini öyrədərək atasını məhkəməyə verməyə məcbur etmişdir. 0,06 hektar həyətyanı torpaq sahəsindən hər bir mülkiyyətçiyə 0.01 hektar torpaq sahəsi verilmişdir. Hazırda Yasinin hasara aldığı həyətyanı torpaq sahəsi demək olar ki, bütün həyətin yarısını təşkil edir və bütün bu torpaq ayrılmaları sənədlə rəsmiləşdirilməmişdir. Yasinin tikdiyi evin mülkiyyətə dair sənədi də yoxdur. Məhkəmə qətnamədə qət etdiyi nəticə ilə bir mülkiyyətçiyə yol versə də, digər mülkiyyətçilərin 60 ildən çox bir müddətdə istifadə etdikləri gediş-gəliş yolunu bağlamışdır. Məhkəmə aydınlaşdırmamışdır ki, Yasin digər torpaq mülkiyyətçilərinin pay torpaqlarını zəbt edib, orada ev tikmiş və indi də zəbt etdiyi torpaq sahəsinə onun evinin 2 metrliyindən keçən yolunu hasarlayaraq özünə ayrıca yol etmək istəyir. Hələ bələdiyyələr yaranmamış Yasinin hazırda evinin yerləşdiyi ərazini onun həyətyanı sahəsi olmuşdur. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, 3.5 metr yolun açılması ilə razıdır. Yolun açılması üçün tövlənin yola düşən hissəsinin sökülməsinə də etirazı yoxdur. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, sökülməsi tələb edilən tövlə yolun üstündə yerləşir. Sökülmədiyi halda yolun açılması mümkün deyildir. Həmin sahədə kanal mövcuddur və suvarma üçün tam əlverişlidir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, 3.5 metr enində yolun açılması və tövlənin yola düşən hissəsini sökməyə razıdır. Məhkəmə tərkibi işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, İmişli Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 2(036)-102/2024 saylı qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İmişli şəhəri İ.Əliyev küçəsinə çıxışda qoyulan dəmir darvazanı sökərək həmin tərəfdə hasaradək 4,0 metr enində ərazini azad etmələri hissəsində dəyişdirilməli və hasaradək məsafə 3,5 metr enində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq qətnamənin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.2 və 157.4-cü maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 Saylı Beyləqan Ərazi İdarəsinin 10 aprel 2025-ci il tarixli 3-21-3-45/2-2142/2025 saylı mütəxəssis rəyindən göründüyü kimi, yolun açılması tələb edilən 0.06 ha həyətyanı torpaq sahəsində İddiaçı da payı mövcuddur və oradan payı naturada ayrıldığı təqdirdə yolun açılması da mümkün olacaqdır. Habelə Cavabdeh2 və iddiaçılar İddiaçı və onun nümayəndəsi Nümayəndə, məhkəmə iclasında tövlənin yola düşən hissəsinin sökülməsi və 3.5 metr enində yolun açılması ilə razı olduqlarını bildirmişlər. Belə olan halda, adıçəkilən mütəxəssis rəyini və cavabdehin razılığını - etirafını əsas götürməklə məhkəmə tərkibi hesab edir ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-102/2024 saylı qətnaməsi qismən –Cavabdeh2 İmişli şəhəri İ.Əliyev küçəsinə çıxışda qoyulan dəmir darvazanı sökərək həmin tərəfdə hasaradək 4,0 metr enində ərazini azad etmələri hissəsində dəyişdirilməli, həmin hasaradək məsafə 3,5 metr enində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 Saylı Beyləqan Ərazi İdarəsinin 10 aprel 2025-ci il tarixli 3-21-3-45/2-2142/2025 saylı mütəxəssis rəyinin verilməsi ilə əlaqədar İddiaçı tərəfindən ödənilmiş 170 (yüz yetmiş) manat məbləğində pul vəsaitinin yarısı - 85 (səksən beş) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı ödənilməli, digər hissəsi isə İddiaçı aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya tərkiblərinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya tərkiblərinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən və MPM-in 14, 77, 217, 372, 384, 385, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-102/2024 saylı qətnaməsi qismən - Cavabdeh2 İmişli şəhəri İ.Əliyev küçəsinə çıxışda qoyulan dəmir darvazanı sökərək həmin tərəfdə hasaradək 4,0 metr enində ərazini azad etməsi hissədə dəyişdirilərək, hasaradək məsafə 3,5 metr enində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 Saylı Beyləqan Ərazi İdarəsinin 10 aprel 2025-ci il tarixli 3-21-3-45/2-2142/2025 saylı mütəxəssis rəyinin verilməsi ilə əlaqədar İddiaçı tərəfindən ödənilmiş 170 (yüz yetmiş) manat məbləğində pul vəsaitinin yarısı - 85 (səksən beş) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, o, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar