Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-916/2025 13.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2(050)-288/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları Qızıl-zinət əşyalarının qiymətinə dair mütəxəssis rəyindən görünür ki, 1 ədəd, 585 əyyarlı, 16 qram çəkidə olan sep kalyenin dəyəri 1600 manat, 1 ədəd 585 əyyarlı, 5 qram çəkidə qolbaq kalyenin dəyəri 500 manat, 1 ədəd 585 əyyarlı 9 qram çəkidə komplekt kalyenin dəyəri 850 manat, 3 ədəd 585 əyyarlı 12 qram çəkidə üzüklərin dəyəri 1000 manat və 2 ədəd 583 əyyarlı 7 qram çəkidə göyqaşlı və sadə üzüklərin dəyəri 650 manat qiymətləndirilmişdir. İddiaçı toyda və evdə çəkilmiş fotoşəkillərindən görünür ki, onun cavabdehdən tələb etdiyi qızıl zinət əşyaları ona hədiyyə olunmuş qızıllardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Fatimə onun xalası nəvəsidir. Onun toyunda iştirak edib, qızılları görmüşdür. Fatimənin incidildiyini və döyüldüyünü bilir. Eşitdiyinə görə qızılları Səbahəddin götürüb. Bunları Əzizbəyimin dediklərindən bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Fatimənin qızılları olub. Onun toyunda iştirak edib. Fatimə ona demişdir ki, qızılları qayınanasında olurdu, Səbahəddin evdən götürüb satıb. Qızılları tələb edirdi qaytarmırdılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Səbahəddinin analığıdır. 2016-2017-ci ildə mübahisələri olmuş və həyat yoldaşı Saleh Səbahəddini evdən qovmuşdur. Gəlinlə münasibətləri yaxşı olub. Lakin ötən ilin yay ayında mübahisələri olmuş və Fatimə çıxıb getmişdir. Onda heç vaxt Fatiməyə məxsus qızıl-zinət əşyaları olmayıb. İşdə olurmuş. Səbahəddin evdən qovulduqdan sonra onunla münasibətləri kəsilmişdir. Fatimə həmişə evdə olurdu. Fatimə ondan heç vaxt qızıl istəməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, oğlu Səbahəddin hazırda Bakı şəhərindədir. Əvvəllər mehriban olmuşlar. Aralarında mübahisə olub və dözməyib oğlunu evdən çıxarıb ki, ölüm olmasın. Gəlini evdən çıxarmayıb ki, övladı var idi. Fatimə ilə Səbahəddin 2017-ci ildə ayrılmışlar. Qızıllar həmişə Fatimədə olub və saxlamaq üçün Həbibəyə verməyib. O, saat 09:00-dan saat 18:00-dək işdə olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları və ya onların dəyəri tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1600 manat dəyərində 1 ədəd kalye sep, 500 manat dəyərində 1 ədəd kalye qolbaq, 850 manat dəyərində 1 ədəd kalye komplekt, 1000 manat dəyərində 3 ədəd üzük, 650 manat dəyərində 2 ədəd göyqaşlı və sadə üzüklərin və ya onların dəyəri olan 4600 manat pulun, həmçinin dövlət rüsumuna görə 66 manat tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti ilə 2008-ci ildə ailə qurmuşlar və nikahları qeydə alınmamışdır. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X1 adlı uşaqları anadan olmuşdur. Hazırda cavabdehlə ayrılmışlar və münasibətləri tamamilə pozulmuşdur. Cavabdehlə 5 iyul 2024-cü il tarixdə münasibətləri pozulmuş və həmin vaxtdan etibarən valideynlərinin yanında yaşayır. Ondan sonra birgə yaşamamışlar. Cavabdehlə ailə qurarkən ona valideynləri və digər şəxslər qızıllar hədiyyə etmişlər, el adətinə uyğun olaraq ona da qızıllar hədiyyə olunmuşdur. Bunu təsdiq edəcək fotoşəkillər və şahidləri vardır. Həmin qızıllar 1600 manat dəyərində 1 ədəd kalye sep, 500 manat dəyərində 1 ədəd kalye qolbaq, 850 manat dəyərində 1 ədəd kalye komplekt, 1000 manat dəyərində 3 ədəd üzük, 650 manat dəyərində 2 dəd göyqaşlı və sadə üzüklərdən ibarət olmuşdur. Cəmi dəyəri 4600 manat olmuşdur. Toydan sonra qızıllarını evdə saxlamaq üçün qayınanasına vermiş, hər zaman qızıllar qayınanasında olmuş və saxlamışdır. Lakin cavabdeh ondan xəbəri olmadan qızılları evdən götürmüş və yəqin ki, satmışdır. Ayrılan zaman qızıllarını tələb etsə də, qızıllarının olmadığını bildirmişlər. O, qayınatası və qayınanası ilə Zabrat qəsəbəsində yaşamışlar və qızıllar həmin evdə olmuşdur. Lakin cavabdeh qızıllarını götürmüş və ona verməmişdir. Mediasiya orqanınada müraciət etmiş, lakin cavabdeh gəlmədiyi üçün arayış verilmişdir. Odur ki, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehlə 2008-ci ildə ailə qurmuş və nikahları qeydə alınmamışdır, nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X1 adlı uşaqları anadan olmuşdur, hazırda cavabdehlə ayrılmışlar və münasibətləri tamamilə pozulmuşdur. Cavabdehi atası oğurluq etdiyi üçün evdən qovmuşdur. Qızılları cavabdeh götürdüyü üçün ondan tələb edir. Hər dəfə qızılları cavabdehdən tələb edəndə deyirdi ki, gətirib verəcəkdir, 4 iyul 2024-cü il tarixdə cavabdeh tərəfindən döyülərək xəsarət almışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, qızı Fatimə cavabdehdən 2017-ci ildə ayrılmışdır. Qohumlarda toy olacaqmış, Fatimə qızılları taxmaq üçün istəmişdir. Oğlan deyib ki, alıb verəcək. Bu səbəbdən də mübahisələri olmuş və atası oğlunu evdən qovmuşdur. Fatimənin qızıllarını Səbahəddin yaşadıqları evdən aparmış və hələ də Fatiməyə verməmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil2 iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçının maddi imkanı zəifdir. Əgər yalan iddia olsaydı, iddia qaldırmazdı. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Masallı Rayon Məhkəməsinin (hakim Zeynal Zeynalov) 2(050)-288/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 1600 manat dəyərində 1 ədəd 585 əyyarlı 16 qram kalye sep, 500 manat dəyərində 1 ədəd 585 əyyarlı 5 qram kalye qolbaq, 850 manat dəyərində 1 ədəd 585 əyyarlı 9 qram kalye komplekti, 333 manat dəyərində 1 ədəd 585 əyyarlı üzük, 650 manat dəyərində 2 ədəd 583 əyyarlı 7 qram göyqaşlı və sadə üzük və ya onların ümumi dəyəri 3933 manat və 59.33 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 666.1, Mülki Prosessual Məcəllənin 14.2, 217.4, 218.3, 107-ci maddələrinə istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, İddiaçı cavabdehdən tələb etdiyi ona məxsus olan qızıl zinət əşyalarını 1600 manat dəyərində 1 ədəd 585 əyyarlı 16 qram kalye sepin, 500 manat dəyərində 1 ədəd 585 əyyarlı 5 qram kalye qolbağın, 850 manat dəyərində 1 ədəd 585 əyyarlı 9 qram kalye komplektin, 650 manat dəyərində 2 ədəd 583 əyyarlı 7 qram göyqaşlı və sadə üzüklərin ona hədiyyə edilməsi sübut olunmuş, tələb etdiyi 1000 manat dəyərində 3 ədəd üzükdən bir üzüyün nişan üzüyü olması, qalan 2 ədəd üzüklər barədə sübut təqdim edə bilmədiyi üçün 333 manat dəyərində 1 ədəd 585 əyyarlı üzüyün (nişan üzüyü) ona hədiyyə edilməsini və məhz Cavabdeh tərəfindən evdən aparıldığı və qaytarılmadığı sübut edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş, şikayətində göstərmişdir ki, məhkəmə heç bir araşdırma aparmadan qanunsuz bir qətnamə çıxarmışdır. İddiaçı bildirir ki, qızılları qaynanasına vermişdir, qaynanasından da cavabdeh oğurlamışdır. Lakin məhkəmə iddiaçıdan bu barədə heç bir sübut tələb etmir. Vəkili tərəfindən iddiaçıya verilən suallara cavab olaraq bildirmişdir ki, qızıllarının qaynanama verilməsi və qaynanamdan cavabdehin oğurlanması barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Çünki mötəbər sübutu yoxdur. Həmçinin məhkəmə iddiaçının onun valideyinləri ilə bir evdə o olmadan 2017-2024-cü illər aralığında yaşamasını, 2024-cü ilin iyul ayı iddiaçı valideynlərinin evindən cehiz əmlaklarını məhkəmə qərarı olmadan sakit şəkildə gəlib aparmasını, cehiz əmlakları götürərkən heç bir qızıl əşyalarını tələb etməməsini, üzərindən 8 il keçdikdən sonra qızılları ondan tələb etməsini qətnaməsində əsaslandıra bilməmişdir. Məhkəmə hansı hallarla sübut etdi ki, qızılları o iddiaçıdan götürmüşdür. Məhkəmənin çıxarmış olduğu qətnamə məhkəmə iclasında aparılmış araşdırma ilə yox, otaq şəraitində çıxarılmış qətnaməyə bənzəyir. Sadaladığı iş üçün əhəmiyyətli olan halları məhkəmə araşdırmadan qəbul etdiyi qətnaməsi ləğv edilməyə məhkumdur. Məhkəmə hansı mötəbər sübuta istinad etmişdir ki, heç bir əsas olmadan iddia tələbini təmin etsin. Daxili inamı ilə onun əleyhinə qərar çıxarmış olsa belə, ən azından heç olmasa bir mötəbər sübuta istinad etmiş olmalıydı. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı, iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, Cavabdeh deyil. İddiaçı qızıl əşyalarını qaynanasına verdiyini iddia etmişdir. Lakin qaynana həmin qızılları almadığını, evə nəzarəti iddiaçının özünün həyata keçirdiyini qeyd etmişdir. İddiaçı qızılların oğurlandığını bildirsə də, bu barədə polis orqanlarına hər hansı müraciət etməmişdir. Bundan əlavə, 2014-cü ildən 2024-cü ilə qədər cavabdeh ailə yaşayış yerində olmamış, yalnız övladını görmək məqsədilə ziyarət etmişdir. Cavabdehin qızıl əşyalarının yeri və mövcudluğu barədə məlumatı yoxdur. Şahid ifadələri isə əks tərəfin söylədiklərinə əsaslanır. Göstərilən hallara görə, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, qızıl əşyalarını tələb etdiyi zaman qaynı və qaynatası tərəfindən döyülmüşdür. Bu hadisə 04 iyun 2024-cü il tarixində baş vermiş və polis orqanlarına müraciət etmişdir. İddiaçı qeyd etmişdir ki, 2008-ci ildə ailə qurduqdan sonra qızıl əşyalarını qaynanasına vermiş və ehtiyac olduqda ondan götürmüşdür. Qızıllar 2016-cı ilin dekabr ayına qədər qaynanasında olmuş, həmin dövrdə cavabdeh qızılları götürdüyünü etiraf etmişdir. İddiaçı həmin vaxt qızılların oğurlandığını bildiyini və etiraz etdiyini vurğulamışdır. 2024-cü ildə evi tərk etdiyini bildirən iddiaçı əlavə etmişdir ki, bu müddət ərzində etiraz etdikdə cavabdeh qızılları qaytaracağına dair vəd vermişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikahı girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətindədir. Həmin Məcəllənin 225.3-cü maddəsində göstərilir ki, daş-qaş və digər zinət şeylər istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.3.-cü maddəsinə əsasən Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. 372.1.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbi rədd edilməlidir. İddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, iş üzrə sübut etmə yükü İddiaçı üzərinə düşür və məhz o, qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsində və məhkəmə baxışı zamanı verdiyi izahatlarında bildirmişdir ki, o, 2008-ci ildə ailə həyatı qurduqdan sonra ona məxsus qızıl-zinət əşyalarını qaynanasına vermiş, zərurət yarandıqda isə həmin əşyalardan istifadə etmişdir. İddiaçı həmçinin qeyd etmişdir ki, qızıllar 2016-cı ilin dekabr ayına qədər qızıllar qaynanasında olmuş, bu dövrdə cavabdeh həmin qızılları götürdüyünü etiraf etmişdir. İddiaçı bildirib ki, o zaman bu hərəkətə etiraz etmiş və əşyaların oğurlandığını düşünmüşdür. Bununla belə, təqdim olunan sübutlar və izahatlardan aydın olur ki, qızıl əşyalar ilkin olaraq cavabdehə deyil, onun anasına-yəni iddiaçının qaynanasına təhvil verilmiş və həmin şəxs tərəfindən saxlanılmışdır. Bu halda, mübahisəli əşyaların saxlanma və onların qaytarılmaması ilə bağlı mülki məsuliyyət ilkin olaraq məhz həmin şəxsə, yəni qaynana olaraq tanınan şəxsə aid olmalıdır. Bu səbəbdən, bu mülki mübahisə üzrə əsl cavabdeh qızıl əşyaları sonadək faktiki nəzarətdə saxlayan şəxs olmalı idi. AR Mülki Prosessual Məcəlləsinin 54.1.-ci madddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. AR Mülki Prosessual Məcəlləsinin 54.2.-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi Cavabdeh hazırki iş üzrə subyektiv vəzifə daşıyıcısı olmadığını nəzərə almamış, əslində iddianın təqdim edildiyi şəxsə qarşı irəli sürülməsi üçün əsasların mövcud olmamasına baxmayaraq, onun barəsində mübahisəyə baxılmasını davam etdirmişdir. Bu isə maddi və prosessual hüquq normalarının pozulması deməkdir. Qeyd olunmalıdır ki, iddiaçı cavabdehin həmin qızıl-zinət əşyalarını “oğurladığını” bildirsə də, Kollegiyanın mövqeyinə görə, şəxsin təqsirli sayılması üçün bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş aktı olmalıdır. Belə qərar mövcud olmadıqda, mülki mühakimə icraatı çərçivəsində məhkəmənin şəxsin inzibati və ya cinayət xarakterli əməl törətməsini müəyyən etməsi mümkün deyildir və bu barədə verilmiş izahat preyudisial əhəmiyyət kəsb etmir. Bu səbəbdən, iddiaçının “qızılların cavabdeh tərəfindən oğurlanması” barədə verdiyi izahat hüquqi nəticələr doğurmur və mübahisənin həllinə təsir edən hal hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin maddi və prosessual hüquq normalarına riayət olunmaqla qəbul olunub-olunmadığını yoxlayır. Mülki hüququn ümumi prinsiplərinə əsasən, hər bir subyektiv hüquqa müvafiq subyektiv vəzifə uyğun gəlir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdeh qismində Cavabdeh qarşı iddianın irəli sürülməsi hüquqi və faktiki əsaslara malik olmamış, cavabdehin bu hüquq münasibətində subyektiv vəzifə daşıyıcısı olmadığı şəraitdə onun barəsində qətnamə çıxarılması qanuna zidd olmuşdur. Digər tərəfdən, iş üzrə mövcud olan şahid ifadələri mübahisə predmeti olan qızıl əşyalarının mövcudluğunu təsdiq etsə də (halbuki bu hal işin mübahisəsiz halıdır), həmin qızılların cavabdehin qanunsuz sahibliyində olmasını və ya onun tərəfindən oğurlanmasını təsdiq etmir. Şahid1 bildirir ki, eşitdiyinə görə qızılları Səbahəddin götürüb. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 104.3-cü maddəsinə əsasən, alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd edilən prinsip, hüquq sisteminin ən əsas prinsiplərindən biri olan “sübutetmə yükü” prinsipi məhkəmələrdə mübahisələrin həlli zamanı aşağıdakı məqsədləri təmin edir: 1.Ədalətli qərar qəbul etmək- Məhkəmə yalnız təqdim olunan sübutlar əsasında qərar qəbul edir və tərəflərin hər birinin mövqeyini əsaslandırmaq üçün eyni imkanlara malik olmasını təmin edir.
2. Həqiqətin müəyyən olunması-sübutetmə yükü tərəflərin prosessual aktivliyini artıraraq, faktiki halların tam və hərtərəfli araşdırılmasını təmin edir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Masallı Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2(050)- 288/2025 saylı qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qətetdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2(050)-288/2025 saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.